Məhkəmə qərarları › İş №1(001)-94/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-94/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-94/2023 26.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ermənistanın Novonberyan rayonu, Yuxarı Körpülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2022-ci il tarixdə saat 11:55-də "xxxx" MMC məxsus texniki cəhətdən saz vəziyyətdə olan **-PJ-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobillə saatda 10-15 km sürətlə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozub, yəni sürücü yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməli, yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verməli, arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli olduğu halda, bu qaydalara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tətbir görməyərək əks hərəkət yolunda hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «Kuba- Dragon» markalı mopedi qabaq sol hissəsindən vurması nəticəsində ehtiyyatsızlıqdan ona- qapalı kəllə-beş m travması və baş beş in silkələnməsi ilə müşaşiət olunan sağ alıngicgah nahiyyəsinin qançır-şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyənin qançırı, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin qançırı, sağ bud nahiyyəsinin qançırı, sağ və sol əlin arxa səthlərinin, sağ diz oxmağı nahiyəsinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aid bədən xəsarətləri, həmçinin mopedin zədələnməsinə görə zərərçəkmiş Zərərçəkmiş şəxs 720 manat, “Samsung S6 Edge” markalı mobil telefonun zədələnməsinə görə 300 manat olmaqla ümumilkdə 1020 manat məbləğində maddi ziyanın vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də **-PJ-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobillə sürücü işləmiş və həmin MMC-nin sifarişlərini yerinə yetirmişdir. xx.xx.2022-ci il tarixdə MMC-nin verdiyi sifarişi yerinə yetirmək üçün ona göndərilmiş ünvana gedən zaman saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində hərəkətdə olarkən avtomobilin sürətini azaldaraq geriyə dönmə əməliyyatı etmək üçün qarşı hərəkət istiqaməti ilə hərəkətdə olan avtomobillərin ona yol verməsini gözləmişdir. Avtomobilinin sola dönmə işığını yandırmış və avtomobillər yol verdiyi üçün dönmə əməliyyatını etməyə başlamışdır. Dönmə əməliyyatını başa çatdırıb öz yoluna çıxaraq müştərini götürmək üçün avtomobilini yolun sağ kənarına park etmək istəyərkən arxadan çıxan motoskletin onun avtomobilinin sağ qabaq təkərinə toxunduğunu görmüşdür. Bundn sonra o, dərhal avtomobilini saxlayıb aşağı düşmüş və həmin motosikletin sürücüsünün yerə yıxıldığını görmüşdür. O, həmin şəxsə yaxınlaşaraq DYPİ-nin 902 qaynar xətinə məlumat verərək hadisə barədə məlumat vermiş, daha sonra həmin şəxsi öz avtomobili ilə xəstəxanaya aparıb müayinədən keçirmişdir. Sonra isə onunla birilkdə hadisə yerinə gəlmiş və daha sonra Binəqədi RPİ-nə getmişdir. Polis idarəsində hadisə barədə izahat verərək, onda təqsir olmadığını və hadisə üzrə özünü təqsirli bilmədiyini qeyd etmişdir. Çünki motosiklet sürücü onu öz yolunda vurması səbəbindən özü özünə xəsarət yetirmişdir. Ona görə də, məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayında «wolt-kuryer» daşıma şirkətində kuryer işləmişdir. Kuryer kimi “Kuba-Dragon” markalı mopedlə fəaliyyət göstərmiş və mopedin mühərrik həcmi 49.2, sürət həddi isə 53 km/saatdır. Onun üçün də həmin mopedlərə dövlət qeydiyyat nişanı verilmir. Hər gün saat 10:00-dan axşam saat 21:00-dək xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixdə saat 11:50-də idarə etdiyi mopedlə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkət etmiş, həmin vaxt mopedin üzərində tək olmuşdur. İdarə etdiyi mopedlə Azadlıq prospektində yolun hərəkət hissəsinin sağ kənarı ilə saatda təxminən 35- 40 km sürətlə hərəkətdə olarkən eyni yolda sol tərəfində hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillərin tormuz edib dayandığını görmüş və qarşıdan yola çıxan olduğu üçün solundakı avtomobil sürətini azaltmışdır. Bu zaman "xxxx" markalı 77- PJ-240 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu sola dönmə edib geriyə geriyə qayıtdığını görmüş və hərəkətini yolun tam sağ hərəkət hissəsindən kənara çıxarmış, lakin buna baxmayaraq həmin avtomobil dönmə əməliyyatını tam yerinə yetirməklə onu vurmuşdur. Nəticədə idarə etdiyi moped aşmış və o, yerə yıxılmışdır. Həmin vaxt ətrafa yoldan keçən tanımadığı çoxsaylı şəxslər toplaşmış, "xxxx" markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü köməklik göstərmək üçün onu xəstəxanaya aparmağı təklif etmişdir. Bu zaman bədəninin sağ tərəfində ağrılar hiss etdiyindən onunla razılaşmış və həmin şəxsin idarə etdiyi "xxxx" markalı 77- PJ-240 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 8 nömrəli poliklinikaya getmişdir. Poliklinikada sürücü ona ilkin tibbi yardım göstərilməsini təmin etmiş, lakin həkim personalı burun nahiyəsinin rentgen müayinəsinə ehtiyac olmasını bildirdiyinə görə sürücü onu digər hər hansı bir tibb müəssisəsinə aparmaqdan imtina etmişdir. Daha sonra isə avtomobilin sürücüsü hadisənin qanuni araşdırılması üçün DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində mopedinə 720 manatlıq, “Samsung S6 Edge” markalı mobil telefonun zədələnməsinə görə isə 300 manatlıq ziyan vurulmuş və ümumilikdə ona dəymiş ziyan 1020 manat təşkil edir. Hazırda hadisə nəticəsində ona vurulmuş maddi ziyan ödənilməmiş və o, təqsirləndirilən şəxslə barışmamışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı az ağır dərəcəli bdən xəsarətləri alması faktına görə toplanmış material üzrə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baş vermiş hadisə xx.xx.2022-ci il tarixdə saat 11:55-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində baş vermişdir. **-PJ-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil hərəkətdə olduğu yolda qırıq xətlər olduğu yolda sağa dönmə əməliyyatı edərkən dönmə əməliyyatını başa çatdırıb geriyə dönərkən qarşı tərəfdən gələn «Kuba Dragon» markalı mopedi onun hərəkətdə olduğu sağ hərəkət zolağının sağında yerləşən sarı xəttdin üzərində vurmuşdur. Hadisə sağdan sola birinci hərəkət zolağında sarı xətdin üzərində baş vermişdir. Hərəkət zolağının ümumi eni 6 metr, hər bir hərəkət zolağının eni isə 3 metrdir. Hadisə yerinə baxış keçirilərkən tormoz və ya digər izlər aşkar olunmamışdır. Hadisə yerində piyada keçidi yoxdur. Hərəkət surəti 60 km\ saat surətindədir. Sürücünün dediyinə görə avtomobili ilə hərəkətdə olduğu yolda ağ qırıq xətlərdən istifadə edərək geriyə dönmə əməliyyatını edərəkən qarşıdan gələn avtomobillər ona yol vermiş, lakin sağ hərəkət zolağı ilə hərəkətdə olan «Kuba Dragon» markalı moped onun qarşısına anidən çıxaraq onunla toqquşmuşdur. Avtomobil və həmçinin «Kuba Dragon» markalı mopedi texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə və mopedə sərnişin olmamış, avtomobildə yük olmamış, toqquşma avtomobilin qabaq sağ hissəsi ilə olmuşdur. İş materiallarından göründüyü kimi «Kuba Dragon» markalı mapedin sürücsü üçün təhlükə "xxxx" markalı avtomobilin onun qarşısına aralarında olan 6 metirlik məsafədən çıxdığı andan yaranmış və aralarında toqquşma olmuşdur. AC 024870 nömrəli sürücülük vəsiqəsindən və portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs verilmiş BC kteqoriyalı sürücülük vəsiqəsi xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlıdır və hazırkı vaxtadək aktiv olmuşdur. xx.xx.2022-ci il tarixli, 2/19354 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni 10 iyun 2022-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 xx.xx.2022-ci il tarixli, 1185 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- qapalı kəllə-beş m travması və baş beş in silkələnməsi ilə müşaşiət olunan sağ alın-gicgah ııahiş əsinin qançır-şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyənin qançırı, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin qançırı, sağ bud nahiyyəsinin qançırı, sağ və sol əlin arxa səthlərinin, sağ diz oxmağı nahiyəsinin sıyrıqları bərk küt əşşanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozan sağlamlığa Az AGİR zərərvurmaya aiddirir. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterim və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə şəni xx.xx.2022-ci il tarixdə idarə etdıyi mopedlə minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə “Samsung S6 Edge” markalı mobil telefonun ekran hissəsi zədələnməklə yararsız vəziyyətə düşmüşdür və zərərçəkmiş şəxsin ifadəsi üzrə bunun üçün ona 300 manat maddi ziyan dəymişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2193 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Toyota Prius markalı, 77PJ240 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Kuba Dragon markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 62 nömrəli qiymətləndirmə aktından görünür ki, “Kuba Dragon” markalı mopedin zədələnməsinə görə 720 manat maddi ziyan çıxarılmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və cinayət işinə əlavə edilmiş bir ədəd diskdən müəyyən edilmişdir ki, baş vermiş hadisə xx.xx.2022-ci il tarixdə saat 11:55-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində baş vermişdir. **-PJ-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil hərəkətdə olduğu yolda qırıq xətlər olduğu yolda sağa dönmə əməliyyatı edərkən dönmə əməliyyatını başa çatdırıb geriyə dönərkən qarşı tərəfdən gələn «Kuba Dragon» markalı mopedi onun hərəkətdə olduğu sağ hərəkət zolağının sağında yerləşən sarı xəttdin üzərində vurmuşdur. Hadisə sağdan sola birinci hərəkət zolağında sarı xətdin üzərində baş vermişdir. Hərəkət zolağının ümumi eni 6 metr, hər bir hərəkət zolağının eni isə 3 metrdir. Hadisə yerinə baxış keçirilərkən tormoz və ya digər izlər aşkar olunmamışdır. Hadisə yerində piyada keçidi yoxdur. Hərəkət surəti 60 km\ saat surətindədir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə "xxxx" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və Kuba-Dragon» markalı moped, 1 (bir) ədəd “Samsung S6 Edge” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və məhkmə hökmünə kimi saxlanılmaları üçün sahiblərinə qaytarılmışdır. İş üzrə baş vermiş hadisənin qeydə alındığı 1 ədəd disk üzərində hadisənin izləri saxlandığından sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmasını, habelə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış **-PJ-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobilin və «Kuba- Dragon» markalı mopedin, 1 (bir) ədəd “Samsung S6 Edge” markalı mobil telefonun sahiblərinə təhvil verilməsi nəzərə alınmalı və iş üzrə sübut qismində tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış üzrə maddi sübut kimi tanınmış **-PJ-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobilin və «Kuba-Dragon» markalı mopedin, 1 (bir) ədəd “Samsung S6 Edge” markalı mobil telefonun sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut qismində tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalısın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar