Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-94/2024 02.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1969-cu il tarixdə Saatlı rayonu, Qaracallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu, İkinci Şahsevən ərazi dairəsi, İkinci Şahsevən kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində fərdi yaşayış evində kirayədə yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə günorta saatlarında ünvan 1 ünvanından istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1,812 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 13:00-da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 1,812 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 07 iyul 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, "Papanin" adlanan ərazidə istintaqa məlum olmayan mənbədən 10 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,532 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 19:05-də Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nǝ gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 0,532 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, əvvəllər iki dəfə məhkumluğu olmuşdur. 07 iyul 2023-cü il tarixdə saxlanıldığı zaman üzərində həqiqətən narkotik vasitə olmuşdur. Narkotik vasitəni “siqan”dan almışdır. Lakin 05 yanvar 2023-cü il tarixdə tutulan zaman onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Həmin günü Ülvi Hüseynzadə adlı şəxslə birlikdə saxlanılmış, Ülvi Hüzeynzadənin siqaret paçkasının içindən 2 büküm çıxmışdır. Ülvi də o da Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qalırlar. O və Ülvi dəmir yığmaqla məşğul olurlar, Ülvini də ordan tanıyır. Yanvar ayında Ülvi ilə birlikdə saxlanılmış, saxlanılarkən onun üzərində heçnə olmamışdır. Bölmədə polis əməkdaşları bükümün birini ona verərək cibinə qoymasını, çəkilişdə çıxarmasını bildirdikləri üçün cibinə qoyaraq çəkiliş zamanı cibindən çıxarmışdır. O, polis bölməsinə gətirilən zaman fiziki təzyiqə məruz qalmışdır, xəstə adam olduğu üçün isə nəsə edə bilməmişdir. Hər hansı bir yerə şikayət etməmişdir, müdafiəçisi olmamışdır, bir dəfə prokurorluğun işçisi yanına gəldikdə təzyiqə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə ağır onkoloji xəstə olduğunu, beş aydır müalicə müəssisəsində olduğunu, əməliyyat olunmalı olduğunu nəzərə alınaraq ona yüngül, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. 07 iyul 2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanında Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs saxlamışlar. Sonuncu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün polis bölməsinə dəvət edilmişdir. Bölmədə təhqiqatçının iş otağında onun üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan bir büküm təqdim edərək həmin bükümün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni “Papanin” adlanan ərazidən aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. 07 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinin inzibati binasına gətirmişlər. Bölmədə onun üzərinəvideo-çəkiliş aparılmaqlabaxış keçirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs üzərində heroinə bənzər narkotik vasitə naşkar olunmuş, həmin heroinə bənzər narkotik vasitəni könüllü olaraq təqdim edərək həmin narkotik vasitəni təxminən 10 manata “Papanin” adlanan ərazidən aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. 05 yanvar 2023-cü il tarixdə, təxminən günorta vaxtlarında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna dair əməliyyat məlumatı daxil olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncunu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən narkotik vasitə aşkar edilmişdir. Özü şəxsən şəxsi axtarışda iştirak etmişdir, Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olmuş, özü könüllü şəkildə həmin narkotik vasitəni təqdim etmiş və həmin narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün təxminən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə hər hansı fiziki və ya psixi təziq olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. 05 yanvar 2023-cü il tarixdə, saat 13:00 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, Döngə 12-də Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyindən saxlanılmış və 40-cı polis bölməsinə dəvət olunmuşdur. Şəxsi daha əvvəldən də narkotik aludəçisi kimi tanımışdır. Bölmədə üzərinə baxış keçirilmiş və geyindiyi göy rəngli gödəkcənin sol iç cibindən bir büküm aşkar edilmiş və həmin büküm sübut əhəmiyyətinə malik ola biləcəyindən zərfə qoyularaq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı məlumat əsasında sonuncunu bölməyə təmin etmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman onunla birlikdə Ülvi Hüseynzadə də saxlanılmışdır. Bölməyə gətiriləndə Təqsirləndirilən şəxs onun nəzarətində olmuşdur, təqsirləndirilən şəxsin dediyinin əksinə kimsə ona cibinə qoyması üçün narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təsir olmamışdır. Həmin narkotik vasitəni 10 manat tanımadığı “Murad” adlı şəxsdən aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v 78) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (i.v 83-84) xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:10-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2023-cü il tarixdən, saat 13:00-dan hesablanmışdır. (i.v 98) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkcəsinin sol iç cibindən içərisində qəhvəyi rəngdə toz halında narkotik maddəyə bənzər maddə olan şəffaf sellofana bükülmüş 1 ədəd bükümü təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs 4 ildir el arasında “kakos” kimi tanınan narkotik vasitə heroini falqanın üzərində çəkməklə istifadə etdiyini, üzərindən aşkar edilmiş həmin bükümün içərisindəkinin heroin olmasını və həmin heroini xx.xx.2023-cü il tarixdə, saat 12:50 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsində üzdən tanıdığı "Murad" adlı şəxsdən 5 manat verməklə şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. İçərisində narkotik maddəyə bənzər şəffaf sellofana bükülmüş maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 234 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v 108-110) xx.xx.2023-cü il tarixli, 6/30 nömrəli nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,812 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. QEYD: Heroinin təmiz çəkisi 1, 812 qram, təqdqiqata sərf edildi 0, 05 qram, qalıq 1,762 qram. (i.v 121-124) Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli, 6/30 nömrəli materialların məhkəmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd iki) manat olmuşdur. (i.v 120) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (saat 09:00-da). (i.v 137-138) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30-dan saat 10:15-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. xx.xx.2023-cü il tarixli “Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş, onun barəsində digər qətimkan tədbirinin seçilməsi və saxlandığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi qərara alınmışdır. (i.v 154-156) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 157-158) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə şəxsin axtarışının elan edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v 177) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v 178) xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən axtarışda olan Rüstəmov X6 RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 40-cı polis bölməsinə gətirilmişdir. (i.v183) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir. (i.v184-185) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 189-190) xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v 1) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (i.v 5-6) xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:15-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2023-cü il tarixdən, saat 19:05-dən hesablanmışdır. (i.v 24) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş bükümün "heroin" deyilən narkotik vasitə olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 10:00 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidən üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. (i.v 36-38) xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3678 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,532 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. QEYD: Heroinin təmiz çəkisi 0, 532 qram; tədqiqata sərf edildi 0,05 qram; qalıq 0, 482 qram. (i.v 46-48) Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/3678 nömrəli materialların məhkəmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd iki) manat olmuşdur. (i.v 45) xx.xx.2023-cü il tarixli “Şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00-da müvəqqəti saxlama yerindən azad olunmuşdur. (i.v 59-60) xx.xx.2023-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* saylı cinayət işləri bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə altında davam etdirilmişdir. (i.v 75) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 63-64) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Rüstəmov X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il muddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v 171-172) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narokomaniyadan məcburi müalicǝyǝ ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 175-176) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-724/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v 203-208) xx.xx.2023-cü il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 05 yanvar 2023cü il tarixdə saat 15:05 dəqiqədə qeydə alınır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkcəsinin sol iç cibindən içərisində qəhvəyi rəngdə toz halında narkotik maddəyə bənzər maddə olan şəffaf sellofana bükülmüş 1 ədəd bükümü və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən yaşıl rəngdə alışqanı təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs 4 ildir el arasında “kakos” kimi tanınan narkotik vasitə heroini falqanın üzərində çəkməklə istifadə etdiyini, üzərindən aşkar edilmiş həmin bükümün içərisindəki heroin olmasını və həmin heroini xx.xx.2023-cü il tarixdə, saat 12:50 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsində üzdən tanıdığı "Murad" adlı şəxsdən 5 manat verməklə şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. (i.v 213) xx.xx.2023-cü il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 07 iyul 2023cü il tarixdə saat 20:30 dəqiqədə qeydə alınır. Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən baxış keçirlən otaq süni işıqlandırma ilə işıqlandırılmış Binəqədi RPİ 40-cı PB-nin inzibati binasında olan otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, çəkiliş Binəqədi RPİ KTQ-nin ekspert-kriminalisti, polis mayoru X5 tərəfindən aparılır. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli klassik şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülmüş bükümün "heroin" deyilən narkotik vasitə olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 10:00 radələrində Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan ərazidən üzdən tanıdığı, əvvəllər tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. (i.v 212) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(089)-16/2011 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 206.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2010-cu il tarixdən hesablanmışdır. (i.v 227-234) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, onun üzərindən aşkar edilmiş bir ədəd bükümdə, təmiz çəkisi 0,532 qram olan narkotik vasitə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra 0,482 qalıq qalmış narkotik vasitə saxlanca təhvil verilmiş, həmçinin sonuncudan aşkar edilmiş 1,812 qram heroin də cinayət işi üzrə maddi sübut kimi tanınmış, həmin narkotik vasitənin qalıq qalmış 1,762 qram hissəsi də saxlanca təhvil verilmişdir. Bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/30 nömrəli nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-6/3678 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 109 nömrəli rəyi, şahid ifadləri, protokollar və digər sənədlər cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v 244-250) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (i.v 259-260) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1020/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır.(i.v 294-295) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-688/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-688/2023 saylı, xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, xx.xx.2023-cü il tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlaması epizodu üzrə özünü təqsirli bilməməsi, həmin zaman üzərində narkotik vasitə olmaması, video-yazı zamanı üzərindən çıxardığı narkotik vasitənin polis əməkdaşı tərəfindən ona verilməsi, həmin narkotik vasitənin ona aidiyyatının olmaması, müdafiəçi ilə təmin edilməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, xx.xx.2023-cü il tarixli epizod üzrə özünü təqsirli bilməməsi barədə ifadə verməklə Təqsirləndirilən şəxs həmin epizod üzrə cinayət məsuliyyətindən yayınmağa, ümumi olaraq isə məsuliyyətini yüngülləşdirməyə çalışır. Çünki Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş aparılmaqla onun üzərində baxış axtarış, götürmə istintaq hərəkəti aparılarkən o hər iki epizod üzrə üzərində olan narkotik vasitəni könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmiş, tutulduqdan dərhal sonra müdafiəçi ilə təmin edilmiş, istintaq hərəkətlərinin aparılmasında müdafiəçisi ilə birlikdə iştirak etmiş və müvafiq protokollar onu özü və ona təyin edilmiş müdafiəçi tərəfindən imzalanmışdır. Bundan başqa həmin istintaq hərəkətləri aparılarkən törətdiyi əməlləri səmimi olaraq etiraf etmiş, bundan sonra da ibtidai istintaq dövründə qeyd edilənləri bağlı hər hansı şikayət və tələbi olmamışdır. Hazırda məhkəmə baxışında bir epizod üzrə onun üzərində narkotik vasitənin olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəindən ona verilməsi barədə verdiyi ifadəsini məhkəmə özünü müdafiə xarakterli və məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə hesab edir. Məhkəmə qeyd edir ki, şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra onlar dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, şahidlərin ifadələri ilə məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ifadələri ilə yanaşı şahid ifadələri, maddi sübütlar,videoçəkilişlərin aparıldığı CD disklər, protokollar, ekspertiza rəyləri və digər istintaq materialları ilə təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Rüstəmov X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(089)-16/2011 nömrəli hökmü ilə AR CMnin 206.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2018-ci il tarixdə azad edildikdən sonra altı il keçmədən, yəni məhkumluğu ödənilmədən və götürlmədən yenidən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bundan başqa Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1,812 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmçinin 07 iyul 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,532 qram çəkidə narkotik vasitə olan heroini təkrar olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərinə görə məhkum olunmadığından və ya cinayət məsuliyyətindən azad edilmədiyindən sonuncunun qeyd edilən əməlləri cinayətin təkrar törədilməsi hesab edilməlidir. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halın olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində, CM-in 65.2-ci maddəsi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə baxmayaraq islah onumadığını və azadlığıa çıxdıqdan sonra yenidən qəsdən cinayət törətməsini, cəzanın məqsədini, onun cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00-da şübhəli şəxs kimi saxlanılmış, xx.xx.2023-ci il tarixdə saat 09:30-dan 10:15-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun “Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş, onun barəsində digər qətimkan tədbirinin seçilməsi və saxlandığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi qərara alınmış, həmin tarixdə müstəntiq tərəfindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli qərarla axtarış elan edilmiş, həmin qərarın icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə tutularaq Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə təhvil verilmiş, xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa İş materiallarından o da müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:05-də şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə, saat 18:00-da müvəqqəti saxlama yerindən azad edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmış, daha sonra həbsdə saxlama müddəti uzadılmış, məhkəmənin hazırlıq iclasının qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və hazırkı tarixədək həbsdədir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 20-ci bəndində göstərilmişdir ki, “Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.” Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirli şəxs qismində tutulduğu iki gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tutulduğu bir gün müddət, həmçinin onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu bir gün müddət ona təyin ediləcək cəza müddətindən çıxılmalı, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli isə xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsn əməlində residiv müəyyən edildiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanca təhvil verilmiş xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,762 qram heroin və xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,482 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu cəmi 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc kamerasında saxlanılan xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,762 qram olan narkotik vasitə heroin və xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,482 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-94/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-94/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver