Məhkəmə qərarları › İş №1(001)-94/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-94/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-94/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.55 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs, Mülki iddiaçı X8 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 1997-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİ Qarabağ müharibə iştirakçısı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair və xx xxxxx 2000-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış,Lənkəran şəhəri, Boladı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, İslam Abuşov küçəsi fərdi yaşayış evində yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “tap.az” satış elanı səhifəsində yerləşdirilən Zərərçəkmiş şəxs sahibliyində olan 2023-cü il buraxılışlı, “Tufan S150” markalı, 99-H-407 dövlət qeydiyyat nişanlı mopedi görüb həmin mopedi almaq adı ilə 11 may 2024-cü il tarixdə, saat 15.00 radələrində Zərərçəkmiş şəxs iş yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan küçəsində yerləşən “Mus moto” servisə yaxınlaşaraq, həmin mopedə görə ilkin ödəniş kimi 500 manata ödənilməsinə razılaşıb həmin pul vəsaitindən 100 manatını bir neçə gün sonra təqdim edəcəyini bildirərək 400 manat verməklə, 9 ay ərzində isə hər ay 500 manat olmaqla, cəmi 5000 manata alacağına dair sonuncuya yalan vəd verərək razılığa gəlmiş, həmin gün eyni ünvanda qeyd olunan mopedi tanışı Şahid1 idarə etmək üçün etibarnamə verildikdən sonra Zərərçəkmiş şəxs məxsus qeyd olunan mopedi etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdikdən sonra, həmin mopedi “tap.az” satış elan səhifəsində yerləşdirməklə həmin elan üzrə onunla əlaqə saxlayan X10 11 may 2024-cü il tarixdə Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında 1200 manata sataraq, Zərərçəkmiş şəxs 3.300 (üç min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və istintaqla şəxsiyyəti araşdırılan İlyas adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 12 may 2024-cü il tarixdə, saat 15.00 radələrində Zərərçəkmiş şəxs iş yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan küçəsində yerləşən “Mus moto” servisə yaxınlaşaraq, satışda olan 2 ədəd mopedə görə hər birinə ayrılıqda ilkin ödəniş kimi 500 manata ödənilməsinə razılaşıb həmin pul vəsaitindən 100 manatını bir neçə gün sonra təqdim edəcəyini bildirərək 400 manat verməklə, 9 ay ərzində isə hər ay 500 manat olmaqla, cəmi 5 000 manata alacaqlarına dair sonuncuya yalan vəd verərək razılığa gəlmiş, həmin gün eyni ünvanda qeyd olunan mopedlərin tanışları Şahid2 və X4 idarə etmək üçün etibarnamə ilə verildikdən sonra Zərərçəkmiş şəxs məxsus 2023-cü il buraxılışlı “Tufan S150” markalı, 99-H-630 dövlət qeydiyyat nişanlı və 2023-cü il buraxılışlı “Tufan S150” markalı, 99-H-804 dövlət qeydiyyat nişanlı mopedləri etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdikdən sonra, həmin mopedləri 12 may 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “İst Petrol” yanacaq doldurma məntəqəsində X10 cəmi 2200 manata sataraq, Zərərçəkmiş şəxs cəmi 6.600 (altı min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və istintaqla şəxsiyyəti araşdırılan İlyas adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 12 may 2024-cü il tarixdə, saat 15.00 radələrində Zərərçəkmiş şəxs iş yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan küçəsində yerləşən “Mus moto” servisə yaxınlaşaraq, satışda olan 2 ədəd mopedə görə hər birinə ayrılıqda ilkin ödəniş kimi 500 manata ödənilməsinə razılaşıb həmin pul vəsaitindən 100 manatını bir neçə gün sonra təqdim edəcəyini bildirərək 400 manat verməklə, 9 ay ərzində isə hər ay 500 manat olmaqla, cəmi 5 000 manata alacaqlarına dair sonuncuya yalan vəd verərək razılığa gəlmiş, həmin gün eyni ünvanda qeyd olunan mopedlərin tanışları Şahid2 və X4 idarə etmək üçün etibarnamə ilə verildikdən sonra Zərərçəkmiş şəxs məxsus 2023-cü il buraxılışlı “Tufan S150” markalı, 99-H-630 dövlət qeydiyyat nişanlı və 2023-cü il buraxılışlı “Tufan S150” markalı, 99-H-804 dövlət qeydiyyat nişanlı mopedləri etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdikdən sonra, həmin mopedləri 12 may 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “İst Petrol” yanacaq doldurma məntəqəsində X10 cəmi 2 200 manata sataraq, Zərərçəkmiş şəxs cəmi 6.600 (altı min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, “Wolt” çatdırılma şirkətində sürücü kuryer işləmiş, borcları yarandığı üçün vəziyyətdən çıxış yolu axtarmış, 10 may 2024-cü ildə “Tap.Az” elan səhifəsində “Tufan S150” markalı motoskilet satışını görmüş, həmin vaxt onun qiyməti kredit şərtləri ilə ilkin ödəniş kimi 500 manat, 9 aya hər ayı 500 manat ödənilməklə satıldığı qeyd olunmuşdur. Həmin vaxt o, elanda qeyd olunan mobil nömrə ilə əlaqə saxlamış, şərtlərlə razı olduğunu bildirmiş, bundan sonra həmin şəxsə sürücülük vəsiqəsinin olmadığını izah etmiş, o isə sürücülük vəsiqəsi olan tanışının gəlib həmin motoskileti ala biləcəyini bildirmiş, o, həmin motoskileti kreditlə alıb, satacağını, oradan əldə etdiyi qazancı isə yaranmış borclarını bağlamaq üçün istifadə edəcəyini bildirmişdir. 11 may 2024-cü ildə təxminən saat 14.00 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində əvvəllər tanımadığı yerə getmiş, orada 3 ədəd “Tufan S150” markalı motoskilet olmuş, həmin motoskiletə baxmış, 400 manat pulu Ədalət adlı şəxsə verərək motoskileti ondan almış, əvvəlcə Ədalət onun sürücülük vəsiqəsinin olmadığını bildirmiş, bu barədə tanışı Şahid1 ilə danışmış, sürücülük vəsiqəsi olduğu üçün ona video görüntü ilə zəng edərək, Ədaləti onunla danışdırmış, Ədalət onunla danışaraq aralarındakı münasibəti öyrənmiş, Həmidin adına etibarnamə vermiş, o, “Tufan S150” markalı, 99-H- 407 dövlət qeydiyyat nişanlı motoskileti idarə edərək, Sahil metrostansiyası istiqamətində getmiş, həmin vaxt orada Təqsirləndirilən şəxs2 və İlyas adlı şəxs olmuş, onlar motoskiletə baxıb bəyənmiş, aldığı şərtləri onlara bildirmiş, borcu olduğu üçün həmin motoskileti sataraq borcunu bağlayacağını izah etmişdir.12 may 2024-cü ildə o, Elşad və İlyas adlı şəxs yenidən Ədalət adlı şəxsin yanına getmiş, orada olan “Tufan S150” markalı, 99-H-630 dövlət qeydiyyat nişanlı və “Tufan S150” markalı, 99-H-804 dövlət qeydiyyat nişanlı motoskiletləri eyni şərtlərlə almaq istədiklərini Ədalətə bildirmiş, Elşad tanışı olan Şahid2, İlyas isə tanışı olan X4 məxsus sürücülük vəsiqələri əsasında həmin motoskiletləri almış, ilkin ödəniş kimi isə hər biri 400 manat pul vermişdir. O, motoskileti aldığı gün, yəni 11 may 2024-cü ildə “Tap.Az” elan səhifəsinə satış üçün yerləşdirmiş, onun qiymətini 1200 manat olaraq müəyyən etmiş, həmin vaxt Xaçmaz rayonundan Taleh adlı şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng edərək, motoskilet barədə maraqlanmış, Taleh onun 20 yanvar dairəsində görüşmüş, heç bir sənəd olmadan aralarında alqı-satqı olmuş, alqı-satqı nəticəsində Taleh ona 1200 manat pul vermiş.Taleh ona əgər belə ucuz qiymətə motoskilet olarsa alacağını bildirmişdir. Daha sonra Elşad və İlyas onun birlikdə həmin motoskiletləri aldıqları gün, yəni 12 may 2024-cü ildə 2 ədəd motoskileti Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İS” petrol yanacaq doldurma məntəqəsində Taleh adlı şəxslə görüşərək motoskileti birinin qiyməti 1 100 manat olmaqla 2 200 manata satmış, Elşad və İlyası Talehlə o, tanış etdiyindən alınan, motoskiletlerin satışında onlara köməklik göstərdiyindən alqı-satqıdan əldə etdikləri pulun bir hissəsini, yəni ayrı-ayrılıqda hərəsi 200 manat ona vermiş, əldə etdiyi pullar ilə yaranmış borclarını bağlamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını, “Vətən Müharibəsi iştirakçısı», «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilməsini, vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə az ağır cinayət törətməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, “Wolt” çatdırılma şirkətində sürücü kuryer işləmişdir. Tanşı Təqsirləndirilən şəxs1 işlədiyi “Wolt” çatdırılma şirkətindən tanımışdır. Həmin vaxt o, Orxanla borcları yarandığı üçün vəziyyətdən çıxış yolu axtarmış, Orxan isə 10 may 2024cü il tarixdə “Tap.Az” elan səhifəsində “Tufan S150” markalı motoskilet satışını gördüyünü bildirmiş, ondan motoskiletin qiyməti kredit şərtləri ilə maraqlandıqda, o, ilkin ödəniş kimi 500 manat, 9 aya hər ayı 500 manat ödənilməklə motoskiletin satıldığını ona bildirmiş, həmin vaxt Orxanla razılaşmış, Orxan elanda qeyd olunan mobil nömrə ilə əlaqə saxlamış, şərtlərlə razı olduğunu bildirmişdir.Həmin şəxsə sürücülük vəsiqəsinin olmadığını izah etmiş, o isə sürücülük vəsiqəsi olan tanışının gəlib həmin motoskileti ala biləcəyini bildirmişdir. 12 may 2024-cü ildə təxminən saat 14 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində əvvəllər tanımadığı yerə getmiş, orada 2 ədəd “Tufan S150” markalı motoskilet olmuş, həmin motoskiletə baxmış, 400 manat pulu Ədalət adlı şəxsə verərək “Tufan S150” markalı, 99-H-630 dövlət qeydiyyat nişanlı motoskileti ondan almışdır.Əvvəlcə Ədalət onun sürücülük vəsiqəsinin olmadığını bildirmiş, ona motoskileti satmaq istəməmişdir. O, əvvəlcədən bu barədə tanışı Şahid2 ilə danışmış, sürücülük vəsiqəsi olduğu üçün ona video görüntü ilə zəng edərək, Ədaləti onunla danışdırmış, Ədalət onunla danışaraq aralarında münasibəti öyrənmiş, Sənanın adına etibarnamə verə biləcəyini soruşmuş, Sənan isə narazılığının olmadığını bildirmiş, etibarnamə verə biləcəyini ona demişdir.Ədalət onlayn formada motoskileti sürmək üçün Sənana etibarnamə vermiş, o, “Tufan S150” markalı, 99-H-630 dövlət qeydiyyat nişanlı motoskileti idarə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İST” yanacaq doldurma məntəqəsinə getmiş, orada Təqsirləndirilən şəxs1 və İlyas adlı şəxslə görüşmüş, həmin vaxt Orxan özünə məxsus olan motoskileti aldığı gün “Tap.Az” elan səhifəsinə satış üçün yerləşdirdiyini bildirmiş, qiymətini 1200 manat olaraq müəyyən etdiyini, həmin vaxt Xaçmaz rayonundan olan Taleh adlı şəxsə satdığını bildirmişdir. O, aldığı motoskileti həmin Taleh adlı şəxsə sata biləcəyini demiş, onlar birlikdə həmin mopedləri Taleh adlı şəxsə satmaq barədə razılaşmış, birlikdə həmin gün Yasamal rayonu ərazisində yerləşən “İst petrol” yanacaq doldurma məntəqəsində Taleh adlı şəxslə görüşmüş, onlar mopedləri Orxan vasitəsi ilə Taleh adlı şəxsə cəmi 2 200 manat pula satmış və həmin mopedə görə Orxana 200 manat pul vermişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X.Natavan küçəsində yerləşən "Mus moto" servisdə işləmiş, 2 may 2024-cü ildə o, "Moto Plaza"-dan 3 ədəd hər birinin qiyməti 3 000 manat olan "Tufan S150" markalı motosiklet almış, həmin motosikletləri işlədiyi sexə gətirmiş, "Tap.az" satış elanı səhifəsində birini 5 000 manata yerləşdirmiş, 11 may 2024-cü ildə sonradan Təqsirləndirilən şəxs1 kimi tanıdığı şəxs ona zəng edərək, həmin motosikletə baxmaq istəməsini bildirmiş, həmin gün saat 15.00 radələrində Orxan işlədiyi sexə gəlmiş, motosikletə baxmış, ilkin olaraq 500 manat pul verəcəyini, 9 ay ərzində hər ay 500 manat ödəyəcəyini izah edilmiş, Orxan ilkin ödəniş kimi 400 manat pul vermiş, 100 manat pulu isə 15 gün ərzində verəcəyini bildirmiş, Orxandan sürücülük vəsiqəsi tələb etdikdə o, sürücülük vəsiqəsi olmadığını bildirmiş, Orxan həmin vaxt tanışı Şahid1 ilə danışmış, etibarnamə verilməsində problem olmadığını bildirdiyi üçün Şahid1 etibarnamə (sürmək üçün) vermiş, həmin vaxt Orxan "Tufan S150" markalı, 99-H-407 dövlət qeydiyyat nişanlı motosikletə əyləşmiş və sürərək uzaqlaşmışdır.12 may 2024-cü ildə saat 15.00 radələrində Orxan yanında sonradan tanıdığı Təqsirləndirilən şəxs2 və İlyas adlı şəxslə gəlmiş, Orxan həmin şəxslərin də motosiklet almalarını bildirmiş, onlara şərtlər barədə demiş, razı olduqlarını bildirmişlər.Həmin vaxt Təqsirləndirilən şəxs2 Şahid2 ilə danışaraq onun sürücülük vəsiqəsi əsasında Sənan adlı şəxsə etibarnamə vermiş, Elşad 400 manat pul vermiş, ona "Tufan S150" markalı, 99-H-630 dövlət qeydiyyat nişanlı motosikleti vermiş, İlyas adlı şəxs isə tanışı X7 ilə danışmış, Fərid Muxtarova etibarnamə vermiş, İlyas adlı şəxs "Tufan S150" markalı, 99-H-804 dövlət qeydiyyat nişanlı motosikleti almışdır.Təxminən 3-4 gün sonra X2 adına verilmiş etibarnamə ləğv olunmuş, Orxana zəng etmiş, lakin zəng çatmamışdır.Daha sonra Elşad və İlyas adlı şəxslərə zəng etmiş, lakin zəng çatmamışdır.Bundan sonra baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng edərək məlumat vermişdir.Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdığını və onlardan heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən mülki iddiaçı X8 etibarnamə üzrə nümayəndəsi və vəkili X9 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi X11 11 may 2024-cü ildə “Tap.az” satış elanı səhifəsində “Tufan S150” markalı motosikletin satışını görmüş, həmin motosikletin sahibi ilə telefon vasitəsi ilə əlaqə saxlamış, motosikleti bəyənmiş, qiyməti 1 300 manat olaraq qeyd olunmuşdur.Sonradan Təqsirləndirilən şəxs1 kimi tanıdığı şəxslə danışmış, onunla həmin motosikletin qiymətini 1200 manat olaraq razılaşmış, dərhal yaşadığı Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndindən Bakı şəhəri istiqamətində gəlmiş, “20 Yanvar” metrostansiyasının yaxınlığına gəlib çatmış, orada Orxanla görüşmüş, Orxanla söhbət zamanı o, hansısa bir tanışının “A” kateqoriyalı sürücülük vəsiqəsinin olmasının vacibliyini bildirmiş, 1200 manat pulu Orxana vermiş, Orxan oradan uzaqlaşaraq getmiş, tanımadığı taksi ilə motosikleti də həmin taksiyə yükləyərək yaşadığı ünvana getmiş, 12 may 2024-cü ildə yenidən Orxanla əlaqə saxlamış, etibarnamə barədə danışmış, Orxan iki ədəd motosiklet olmasını bildirmiş, onların “Tufan S150” markalı olmasını izah etmiş, iki motosikletə görə Orxanla cəmi 2 200 manata razılaşmış, həmin gün yenidən Bakı şəhərinə gəlmiş, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İst petrol” yanacaq doldurma məntəqəsinə getmiş, Orxanla görüşmüş, iki ədəd motosikletə taksi sifariş etmiş, motosikletin birini həmin taksiyə yükləmiş, digərini isə Orxanın yanında olan digər tanımadığı şəxs sürmüş, onlar Sumqayıt şəhərinin girişində görüşmüş, Orxana 2200 manat pul vermiş, orada başqa taksi sürücüsü tapmış, digər motosikleti də həmin taksiyə yükləmiş, oradan uzaqlaşaraq yaşadığı kənd istiqamətində getmişdir.Təxminən 1 həftə bundan əvvəl bir nəfər tanımadığı motosikletin sahibi ona zəng edərək, ona məxsus motosikletlərin onda olmasını bildirmiş, həmin şəxsə belə motosikletin olmamasını izah etmiş, bir neçə gündən sonra bu dəfə isə polis əməkdaşları ona zəng edərək, polis bölməsinə dəvət etmiş, o, isə Xaçmaz rayonunda yaşadığı üçün yalnız Xaçmaz rayon polis şöbəsinə gedə biləcəyini izah etmişdir. Məhkəmə iclasında çıxış edən mülki iddiaçının nümayəndə və vəkili X9 mülki iddianı müdafiə edərək 3.400 manat məbləğində maddi zərərin, 2.000 manat məbləğində mənəvi zərərin, həmçinin ödənilmiş 74 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilən 325 manat cəmi 5.799 (beş min yeddi yüz doxsan doqquz) manat pulun cavabdeh Təqsirləndirilən şəxs1 tutulub mülki iddiaçı X10 ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, onun “A” kateqoriyalı, BD seriyalı 059429 nömrəli sürücülük vəsiqəsi vardır.11 may 2024-cü ildə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək, özünə motosiklet almaq istəməsini, lakin sürücülük vəsiqəsinin olmamasını bildirmiş, daha sonra həmin motosikleti almaq üçün sürücülük vəsiqəsi lazım olmasını və ona köməklik etməsini xahiş etmiş, Orxanın kuryer işləməsini bildiyi üçün ona köməklik etmək istəmiş, ona görə də sürücülük vəsiqəsinin şəklini çəkib Orxana göndərmiş, bundan sonra onun heç nədən məlumatı olmamışdır.Bir neçə gündən sonra Orxan, Elşad və onlarla birlikdə olan tanımadığı İlyas adlı şəxsin 3 ədəd “Tufan S150” markalı motosikletləri ələ keçirdiklər üçün polis əməkdaşları tərəfindən tutulmalarını eşitmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 şahid qismində ifadə vermiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək eyni xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini, müdafiəçilərin çıxışlarını, dövlət ittihamçısının mövqeyini, zərərçəkmiş şəxsin ifadəsini və mülki iddiaçının nümayəndə və vəkilinin çıxışını, şahidlərin ifadələrini dinləyib, ekspertizanın rəyini, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən dəymiş maddi ziyan tam ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, iş materiallarında olan mülki iddiaçı X8 nümayəndə və vəkili X9 tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddiaya əsasən məlum olur ki, 3.400 manat məbləğində maddi zərərin, 2.000 manat məbləğində mənəvi zərərin, həmçinin ödənilmiş 74 manat dövlət rüsumunun və hüquqi yardıma görə 325 manat, cəmi 5.799 manat pulun cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İş materiallarda olan Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 ona qarşı verilən mülki iddianı qismən qəbul edir, lakin mülki iddianı hissə-hissə, yəni ayda 500 manat olmaqla ödəmək imkanı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 avqust 2024-cü il tarixli, 9/5300 nömrəli rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim olunmuş 3 ədəd 2023-cü il buraxılışlı, “Tufan S150” markalı mopedlərin istifadə olunması nəzərə alınmaqla, 2024-cü ilin may ayına orta bazar qiyməti ümumi dəyəri təxminən 9.900 (3x3300) manat müəyyən edilir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanın tamamilə ödənməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılığını, vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə az ağır cinayət törətməsini, eləcə də İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını, “Vətən Müharibəsi iştirakçısı», «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə əməlləri düzgün olaraq tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 178.2.1, 178.2.4-cü maddələrinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 23 may 2024-cü il tarixdən 22 yanvar 2025-ci il tarixədək tutulduğu 7 (yeddi) ay 30 (otuz) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Ələhməd Əhmədli tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə şübhəli şəxs qismində 23 may 2024-cü il tarixdə tutulmuşdur.Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-375/2024 saylı, 25 may 2024-cu il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində 23 may 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, İslam Abuşov küçəsi fərdi yaşayış evində çəkməlidir.Həmçinin, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 23 may 2024-cü il tarixdən saat 21.55-dən 25 may 2024-cü il tarixədək saat10.05-dək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Ələhməd Əhmədli tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə şübhəli şəxs qismində 23 may 2024-cü il tarixdə tutulmuşdur.Həmçinin, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-376/2024 saylı, 25 may 2024-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Ələhməd Əhmədli tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı ünvan 4 üyvanında çəkməlidir. Həmçinin, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, mülki iddiaçı maddi ziyanın tutulması hissəsində iddianı qismən etiraf etdiyindən və bu fakt onun məhkəməyə təqdim etdiyi yazılı ərizəsinə əsasən, habelə iş materialllarına və tərəflərin ifadələrinə əsasən təsdiq olunduğundan, mülki iddiaçı X8 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” müki iddiası qismən təmin olunmalı, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 3.400 (üç min dörd yüz) manat maddi zərər və 74 (yetmiş dörd) manat ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat vəsait tutularaq mülki iddiaçı X10 ödənilməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.Həmçinin, CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.Buna görə də, məhkəmə hesab edir ki, mülki iddia ilə bağlı dövlət rüsumunun və nümayəndəyə çəkilən xərclərin tutulması ilə bağlı mülki prosessual qanunvericiliyin normaları tətbiq olunmalıdır. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni zamanda, nəzərə alınmalıdır ki, CPM-nin 183.1-ci maəddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər.İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, mülki iddia qalan hissədə, yəni mənəvi ziyanın tutulması hissəsində təmin edilməməlidir.Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür.Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür.Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir.Buna görə də, məhkəmə hesab edir ki, mənəvi ziyanın ödənilməsi hissəsində mülki iddia təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 3 ədəd 2023-cü il buraxılışlı mopedlərin zərərçəkmiş şəxs -sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X6 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Cinayət işi üzrə Müdafiəçi2 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 57 saat hüquqi xidmətin dəyəri 342 (üç yüz qırx iki) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə Müdafiəçi1 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 57 saat hüquqi xidmətin dəyəri 342 (üç yüz qırx iki) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 4 ünvanda çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «barəsində başqa yerə getməmək haqqında iltizam» qətimkan hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Mülki iddiaçı X8 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” müki iddiası qismən təmin olunsun. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 3.400 (üç min dörd yüz) manat maddi zərər və 74 (yetmiş dörd) manat ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat vəsait tutularaq mülki iddiaçı X10 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Cinayət işi üzrə Müdafiəçi2 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 57 saat hüquqi xidmətin dəyəri 342 (üç yüz qırx iki) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 23 may 2024-cü il tarixdən 22 yanvar 2025-ci il tarixədək həbsdə olduğu 7 (yeddi) ay 30 (otuz) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Bakı şəhəri, Binəqədi rayonu, İslam Abuşov küçəsi fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək «barəsində başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbri seçilsin. İş üzrə maddi sübut – 3 ədəd 2023-cü il buraxılışlı mopedlərin zərərçəkmiş şəxs -sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X6 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi1 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 57 saat hüquqi xidmətin dəyəri 342 (üç yüz qırx iki) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar