Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-95/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx xxxxxx 1988-ci il tarixdə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı övladı olan, işləməyən, məhkum olunmamış,Qobustan şəhərində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, 28 May qəsəbəsində yaşayan,barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq silah əldə edib saxlamış və üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının sonlarında Qobustan rayonu, Nərimankənd kəndində tanışı X1 qanunsuz olaraq bir ədəd zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı texniki cəhətdən saz, atəş üçün yararlı, nömrəsi silinmiş, yivli odlu silah hesab olunan tapançanı, həmin konstruksiyalı silahın kompleks hissəsi olan texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı və həmin silahdan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən bir ədəd 9 mm kalibrli patronu əldə edib idarə etdiyi “VAZ-21214” markalı 90UM041 dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq yaşadığı ünvan 1 ünvanına gətirərək fərdi yaşayış evinin həyətyanı sahəsində torpağa basdırmaqla gizlədib saxlamış və xx xxxx 2020-ci il tarixdən etibarən həmin odlu silahı darağında bir ədəd döyüş sursatı hesab edilən patronla birlikdə üzərində qanunsuz gəzdirməklə daşımış, xx xxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında Təqsirləndirilən şəxs və Şahid4 ehtiyyatsızlıqdan odlu silahdan açılmış atəş nəticəsində xəsarət almaları faktı ilə bağlı başlanmış cinayət işi üzrə xx xxxx 2020-ci il tarixdə ünvan 3 ünvanının həyətyanı sahəsinə baxış keçirilərkən toyuq hininin dam örtüyündən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi darağı ilə birlikdə bir ədəd “Makarov” konstruksiyalı tapança aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 40 gün əvvəl həmkəndlisi olan, hazırda da Qobustan rayonu, Nərimankənd kəndində yaşayan atasının adı Səməd olan, öz adı Nurlan olan tanışı onun istifadəsində ***-***-**-** nömrəsinə zəng edib bildirmişdir ki, onda tapança var, həmin tapançanı 1.000 manata satır.O, da həmin tapançanı almaq niyyətində olduğunu bildirmişdir. İdarə etdiyi «Niva» markalı, **-UM-*** nömrəli avtomaşınla Nərimankənd kəndinə gedib Nurlanla görüşmüşdür.Nurlanla görüşdüyü gün onun ad günü olmuşdur. Nurlandan soruşmuşdur ki, silahla əvvəllər hansısa cinayət törədilibmi, Nurlan isə cavabında bildirmişdir ki, silah təmizdir, yəni həmin silahla heç bir cinayət törədilməmişdir.Bundan sonra, həmin silahın yararlı olub-olmamasını yoxlamaq məqsədi ilə Cəngi qəsəbəsində fermaya gedən yolun yaxınlığında boşluq olan, heç kimin olmadığını düzənlik sahəyə gəlmişlər.Həmin sahədə Nurlan tapançanın darağına təxminən 3-4 güllə doldurmuş və atəş açmaq üçün ona vermişdir.O silahı göyə tuşlayıb 3- 4 dəfə atəş açmış və əmin olmuşdur ki, silah atəşə yararlıdır. Bu atəşlərdən sonra tapançanın sandıqçasında bir güllə qalmışdır. Tapançanı Nurlan ona 1.000 manata satsa da, o, Nurlana əvvəlcə 50 manat vermiş və bildirmişdir ki, pulun qalan hisəsini növbəti gün görüşüb ona verəcəkdir. Lakin niyyəti pulun qalan hissəsini verməmək olmuşdur.Aralarında olan razılığa əsasən növbəti görüşlərində Nurlan ona əlavə güllə də verəcəkdi.Həmin gün Nurlanla görüşü saat 24.00 radələrində başa çatmış və o, tapançanı götürüb «Niva» markalı avtomaşını ilə Bakı şəhərinə, yaşadığı ünvana gəlmiş, silahı da gətirmişdir.Nurlanı da həmin görüşdən sonra görməmişdir.Bakıya qayıtdıqdan sonra tapançanı yaşadığı evin həyətində torpağı qazıb gizlətmişdir.Təxminən xx xxxx 2020-ci il tarixdən etibarən tapançanı üzərində gəzdirməyə başlamışdır. Tapançanı şalvarının ön hissədən kəmərinə keçirdilmiş vəziyyətdə üzərində daşımış, köynəyi isə şalvarının üzərinə salmışdır ki, tapança görsənməsin.xx xxxx 2020-ci il tarixdə günortadan sonra, saatını xatırlamadığı vaxtda saçını kəsdirmək üçün qəsəbədə bərbər kimi çalışan Elçin adlı bərbəri «VAZ-21015» markalı avtomaşınla qaynanası Şahid2 məxsus Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən «Elit» kafesinə gətirmişdir.Saçını kəsdirmək üçün oturmamışdan əvvəl silahı çıxardıb dəri oturacağının altına qoymuşdur. Oturacağın altına qoymamışdan əvvəl bərbər Elçin silahı əlində gördüyünə görə soruşmuşdur ki, «o, nədir?». O da demişdir ki, həqiqi silahdır.Elçin onun saçını kəsərkən kafedə olan tanışı Rövşən ona məxsus işlə bağlı qeydlər apardığı kitabçanı vərəqləməklə vaxtını keçirmişdir.Bundan sonra, Rövşən, bərbər Elçin və o kafeni tərk etmişlər.Bərbər Elçini avtomaşını ilə Müşviqabad qəsəbəsində yaşadığı evə düşürdükdən sonra birdən yadına düşmüşdür ki, silahı gizlətdiyi yerdən, kafedəki dəri oturacağın altından götürməmişdir.Buna görə də, «VAZ-21015» markalı avtomaşınla təkrarən kafeyə qayıtmışdır.Özü avtomaşından düşməmiş, yanında olan Rövşəndən xahiş etmişdir ki, gedib tapançanı oturacağın altından götürüb ona təqdim etsin.Rövşən də onun göstərişini icra edib kafeyə daxil olub silahı oturacağın altından götürmüş və ona təqdim etmişdir.Həmin tapançanı yenidən ön hissədən şalvarın bel kəmərinə keçirtməklə üzərində daşımışdır.Həmin gün yaşadığı evə qayıtdıqdan sonra tapançanı yenidən evin həyətyanı sahəsindəki toyuq hini olan ərazidə torpağa basdırmışdır.Bakıda silahı üzərində gəzdirən zaman üzərində bir patron olmuşdur.xx xxxx 2020-ci il tarixdə saat 11.00 radələrində yuxudan durmuş, azyaşlı oğlu Qorxmazın 4 yaşı tamam olduğuna görə həmin gün işə getməmiş, onun əvəzinə işə qardaşı Zamiq getmişdir. Ad günü ilə bağlı evə bazarlıq edib gətirmiş, saat 13.00 radələrində tapançanı gizlətdiyi torpaq yerdən götürüb ön hissədən bel kəmərinə keçirtməklə Müşviqabad qəsəbəsinə getmişdir.Qəsəbədə olarkən tanışı Əliağanı və Pərvizi görmüş, Əliağa televizor ustası olduğuna görə onu televizoru dalğaya kökləməsi üçün evə dəvət etmişdir. İşə başlamamışdan əvvəl Əliağanı evə duz və uşaq üçün şar almağa dükana yollamışdır.Əliağa gələnə kimi o, Pərvizlə evin geniş olan zirzəmisinə düşmüşlər.Belə ki, həmin evdə iki zirzəmi var.Birinci, zirzəmi nisbətən kiçikdir, orada oturmaq üçün şərait yoxdur.İkinci zirzəmi isə evin əsas giriş qapısının alt tərəfində yerləşir, içində oturmaq üçün şərait var, yəni zirzəmi otaq şəklindədir.Həmin zirzəmidə kiçik masa, kiçik stullar və üzərində parça döşək olan çarpayı var. O və Pərviz həmin zirzəmidə oturmuş, bir qədər sonra dükandan qayıdan Əliağa da gəlib zirzəmidə onlara qoşulmuşdur.Onlar zirzəmidə oturub söhbət etməyə başlamışlar.Əliağa onun sol tərəfində oturub mobil telefonla oynamış, Pərviz isə sağ tərəfində oturaraq telefonla oynamışdır.Onlar zirzəmidə olan çarpayının üzərində oturmuşlar, Əliağa ona Pərvizə nisbətdə sıx şəkildə, bir qədər hündürdə oturmuşdur.Tapança qarnını sıxdığına görə rahat olmağı üçün tapançanı ön hissədən kəmərindən sağ əli ilə çıxartmışdır.O özü də bilmədən silahda olan yeganə patron sandıqçadan lüləyə ötürülmüş vəziyyətdə, yəni atış üçün hazır vəziyyətə gətirilmiş şəkildə olmuşdur.Lakin o bunu əvvəlcədən bilməmişdir.Tapançanı çıxarıb sol ayağının bud nahiyəsinin üzərinə qoymuş, xatırlamadığı əli ilə silahın qoruyucusunu açmış, qoruyucunu açmağı ilə gözlənilmədən atəş açılmış, atəş açılan kimi arxaya tərəf hoppanmış, əli ilə güllə girən, yəni yaralı ayağını tutmuşdur.O barmağını tətiyə basmamış, silahdan atəş açmaq fikri olmamışdır.Atəş nəticəsində güllə onun sol baldır nahiyəsini deşib keçməklə sol tərəfində sıx və hündürdə əyləşmiş Şahid4 sağ ayağının bud nahiyəsinə dəymişdir.Güllə onun da ayağını deşib keçmiş, yəni güllə ayaqda qalmamışdır. O ayağını əlləri ilə sıxaraq zirzəmidən evin həyətinə çıxmış və «Ay bibi» deyərək qayınanası Şahid2 çağırmışdır.Daha sonra pillikənlə evə daxil olmuş, Lətafətə demişdir ki, əlində tapança açılmış, güllə ona və Əliağaya dəymişdir.Bundan sonra, evdə olan ailə üzvləri, yəni Şahid2, həyat yoldaşı Xəyalı Niftalıyevə, anası Rafət Həmidova, dayısı və o evdən həyətə çıxaraq görmüşlər ki, Pərviz yaralı Əliağanı qucağına alıb evin əsas giriş darvazasına tərəf gedir.İlk əvvəl özü Əliağanı «VAZ-21015» markalı, **-BS-*** nömrəli avtomaşınla xəstəxanaya aparmaq üçün sükan arxasında əyləşmiş, lakin ayağı yaralı olduğuna görə və ona ağrı verdiyinə görə avtomaşının mühərrikini işə sala bilməmişdir.Bundan sonra, Şahid2 Namik Rəhmanova zəng edərək köməyə çağırmış, Namik öz «Niva» markalı avtomaşını ilə gəlmiş, lakin həmin avtomaşının salonu dar olduğuna görə onunla deyil, Şahid2 «Hyundaı» markalı avtomaşını ilə Binəqədi qəsəbəsindəki 6 saylı xəstəxanaya yollanmışlar.Namik sükan arxasında Lətafət qabaq oturacaqda, o, Əliağa və Pərviz arxa oturacaqda əyləşmişlər.İlkin olaraq Binəqədi rayonu ərazisində yerləşən 6 nömrəli xəstəxanaya getmişlər, daha sonra onları təcili tibbi yardım maşını ilə «Respublika» xəstəxanasına əməliyyat olunmaları üçün aparmışlar. Həmin xəstəxanada hər ikisi əməliyyat olunmuşdur.Atəşdən sonra evə girməmiş zirzəmidən çıxan kimi tapançanı toyuq hini olan həyətyanı sahədə görünməyən bir küncə atmışdır.Namik Rəhmanov köməyə gələnə kimi isə tapançanı həmin yerdən götürüb toyuq hininin dam örtüyünün üzərində gizlətmişdir.Tapançanı dam örtüyünün üzərində gizlətdiyini evdə olan şəxslərdən heç kim görməmişdir.xx xxxx 2020-ci il tarixdə saat 22.00 radələrində tibbi əməliyyatdan sonra özünə gələn kimi 40-cı PB-nin əməliyyat müvəkkili Ceyhuna xəstəxanada silahı gizlətdiyi yeri, yəni toyuq hininin dam örtüyü barədə könüllü məlumat vermişdir.Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində idarə etdiyi VAZ 21015 markalı avtomobilin salonundan aşkar edilmiş 1 ədəd patron başlığı güllənin ona məxsus olduğunu, özünü və tanışı Şahid4 ehtiyyatsızlıqdan yaraladıqdan sonra gülləni zirzəmidən tapdığını və avtomobilə əyləşən zaman əlindən düşdüyünü bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ailəli olmasını, himayəsində 3 (üç) azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, babasına məxsus olan ünvan 5 ünvanında yerləşən mənzildə yaşayır və qəsəbədə bərbər kimi fəaliyyət göstərir.2020-ci ilin iyul ayının əvvəllərində Respublika ərazisində «Covid 19» Pandemiyası ilə bağlı bərbərxanalar fəaliyyət göstərməmişdir.Buna görə də, xx xxxx 2020ci il tarixdə saat təxminən 15-16 radələrində evdə olan zaman Faiq 055-lə başlayan digər rəqəmləri yadında qalmayan nömrədən ona zəng vuraraq saçını qırxmasını ondan xahiş etmiş və ona demişdir ki, onun saçını qaynanası Lətafətə məxsus olan kafedə qırxsın. O da etiraz etməmiş və razılaşmış, aradan bir qədər keçəndən sonra Faiq idarə etdiyi qara rəngli VAZ 21015 markalı dövlət qeydiyyat nişanı yadında olmayan avtomobillə onun yaşadığı binanın yanına gəlib onu götürmüş və onlar birlikdə Lətafətin kafesinə gəlmişlər.Kafeyə arxa giriş qapısından daxil olmuşlar, həmin vaxt kafenin arxa hissəsində ustalar işləmiş, Namik Rəhmanovun onların yanında olub-olmamasına fikir verməmişdir.O, içəri keçəndən sonra sol tərəfdə zal kimi otağa keçmiş, orada üzlə qəsəbədə yaşayan adam kimi tanıdığı adını bilmədiyi oğlan divanları çəkərək yer düzəltmiş və balaca bir masanı onun qarşısına qoyub, onun yanına da bir stul qoymuş, bundan sonra masanın üzərinə saç qırxmaq üçün istifadə etdiyi ləvazimatları çıxarıb yığmış və hazırlığını görmüş, təxminən bir iki dəqiqə keçəndən sonra Faiq o olan otağa gəlmiş və cibindən siqaretini, mobil telefonunu çıxarıb onunla üzbəüz divanın qarşısındakı masanın üzərinə qoymuş və qarın nahiyəsindən köynəyini qaldıraraq əynində olan şalvarının kəmər hissəsindən bir ədəd qara rəngli metaldan olan tapancanı çıxarıb masanın üstünə qoymaq istəyən zaman onun özünə də maraqlı gəldiyi üçün Faiqdən xahiş etmişdir ki, tapancanı versin ki, o, da baxsın, Faiq də buna etiraz etməmiş və tapancanı ona vermiş, tapancanı əlinə götürən zaman onun ağırlığından əsl tapanca olduğunu anlamış, əlində orasına burasına baxandan sonra tapancanı Faiqə qaytarmış, sonra Faiq onun qarşısındakı stulda əyləşmiş və onun saçını kəsməyə başlamışdır.Bir neçə dəqiqə keçmişdir ki, qəsəbə sakini kimi tanıdığı Rövşən kafenin onlar olan otağına daxil olmuş və onlarla üzbəüz Faiq əşyalarını qoyduğu masanın yanındakı divanda əyləşmiş, bir qədər ordan burdan danışdıqdan sonra onlar olan otaqdan çıxıb getmiş və geri qayıtmış, onun qarşısı ilə isə Namik kafenin onlar olan otağına gəlmiş və otağa daxil olan kimi sağ tərəfdə olan şüşəli böyük soyuducunun yanındakı qapıdan içəri keçmiş, həmin vaxt Rövşən yenə də gəlib onlarla üzbəüz oturmuş və bir qədər söhbət etmişdirlər.Daha sonra, o, işini qurtardıqdan sonra öz əşyalarını yığışdırmış, daha sonra Faiq onu kafedən həmin VAZ 21015 markalı avtomobillə yaşadığı evin yanına gətirib düşürmış və ona zəhmət haqqı olaraq 5 manat pul vermiş, o da çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, o, Bakı şəhəri, 5 saylı şəhər xəstəxanasında növbəlilik qaydasında sürücü işləyir, boş vaxtlarında isə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində peyk antenalarının təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs bir qəsəbədə yaşadıqları üçün tanımışdır.Şahid3 orta məktəbdən dostluq etdiyi üçün tanıyır.xx xxxx 2020-ci il tarixdə saat təxminən 13-14 radələrində Pərvizlə birlikdə Müşfiqabad qəsəbəsində yerləşən 4B saylı binanın girişi ilə üzbəüz Rəhim adlı tanışının işlətdiyi ət mağazasının qarşısında dayanmışlar.Təxminən bir neçə dəqiqə keçmiş Təqsirləndirilən şəxs VAZ 21015 markalı avtomobillə onlardan təxminən 10 və ya 15 metr aralıda yerləşən tikinti materialları mağazasının qarşısında dayanmış, avtomobildən düşüb aralıdan onlara salam vermiş, onlar Faiqin salamını aldıqdan sonra Pərviz ona yaxınlaşmış və hər ikisi tikinti materiallarının satışı mağazasına keçmişlər, bir neçə dəqiqədən sonra onların mağazadan çıxmadıqlarını görüb onların arxası ilə getmiş və görmüşdür ki, mağazanın arxa hissəsində yerdə yarım oturulu vəziyyətdə iki əli ilə qara rəngli tapançanı tutub, Pərviz isə tapançanın lüləsinə salınmış dəmir parçasını arxasından çəkiclə vurur, həmin vaxta qədər Faiqdə tapança olmasını görməsə də ancaq onun özündən eşitmişdir ki, onda tapança vardır. Daha sonra Faiq onlara təklif etmişdir ki, onunla birlikdə mağazaya gedib evinə bazarlıq etsinlər. Onlarda razılıq vermiş birlikdə bazarlıq edib Faiqgilə getdikdən sonra Faiq ona təklif etmişdir ki, övladının ad günü olsa da yaddan çıxıb şar almamış, bu səbəbdən ondan xahiş etmişdir ki, onun avtomobili ilə mağazaya gedib şar alıb gəlsin. O da razılaşmış, Faiqin VAZ 21015 markalı avtomobili ilə mağazaya getmiş, Faiqlə Pərviz isə Faiqin evində qalmışlar. Bundan sonra mağazadan qayıtdıqda Faiqlə Pərvizin evin zirzəmisində əyləşdiklərini görmüş, onların yanına düşüb Faiqlə birlikdə çarpayıda əyləşmiş, Faiq onun sağ tərəfində əyləşmiş, Pərviz isə ayrıca onlarla üzbəüz masada əyləşmişdir, bir qədər əyləşdikdən sonra qəflətən silah səsi eşidilmiş, Faiqə tərəf çönüb baxdıqda Faiqin əlində tapançanı görmüş, həmçinin həmin vaxt o və Faiq ayağından güllə yarası almışdır.Bundan sonra Pərviz ona kömək edib zirzəmidən çıxarmış, daha sonra Faiqin qaynanasına məxsus olan Hyundai İX 35 markalı avtomobillə qaynanasının çağırdığı Namik idarə edərək onları xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, o, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində qeydiyyatda olsa da faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5 b, mənzil 46-da yaşayır.2011 və 2012-ci ildən qəsəbə sakini kimi yəni heç bir yaxın münasibəti olmadığı Faiq adlı şəxsi tanımış, salam sağoldan başqa heç bir yaxın münasibəti olmamışdır, lakin ora balaca bir qəsəbə olduğu üçün hamı demək olar ki, bir birini tanıyır, onun Faiqlə belə bir tanışlığı yaranmışdır.Ancaq onun mobil telefon nömrəsi asan yadda qalan olduğu üçün Faiqin nömrəsini bilir, Faiqin nömrəsi ***- ***-**-** idi, həmin nömrədən başqa Faiqin mobil telefon nömrəsinin olub olmamasından xəbəri olmamışdır.X3 təxminən bir il olar ki, üzlə qiyabi olaraq tanıyır, Namiqlə onun heç bir münasibəti yoxdur.2012-ci ildə təsadüfən Bakı Beynəlxalq avtovağzal kompleksində sərnişin kimi görüb tanıdığı, sonradan isə sevdiyi qızla ailə qurmuş və valideynləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşamağa başlamışdır.xx xxxx 2020-ci il tarixə keçən gecə işdə gecə növbəsində olmuş, səhər saat 08.00 radələrində işdən çıxaraq 114 nömrəli marşrutla yaşadığı Müşfiqabad qəsəbəsinə gəlmiş, saat təxminən 13 radələrinə qədər evdə yatmış, saat təxminən 13 radələrində evdən çıxıb yaşadığı binanın baş tərəfində binanın qarşısına giriş hissədə dayanmış, təxminən 5 dəqiqə dayanıb daşın üstündə oturduqdan sonra Əliağa onun yanına gəlmiş və dayanıb təxminən 40 dəqiqə söhbət etmişlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli VAZ 21015 markalı avtomobillə onlara yaxınlaşmış, həmin avtomobilin dövlət qeydiyyat nişanı hazırda onun yadında qalmamışdır, Faiq gəlib onlara çatanda avtomobili saxlamış və avtomobildən düşüb onlara yaxınlaşıb, görüşüb hal-əhval edəndən sonra hansı səbəbdən burada dayandıqlarını soruşmuş, onlarda Faiqə elə-belə dayandıqlarını demişlər, Faiq onlara təklif etmişdir ki, onunla birlikdə mağazaya gedək bazarlıq edib evə versin, sonra qayıdar. Əliağa da etiraz etməmiş və Faiqin idarə etdiyi avtomobilə əyləşib getmişlər.Həmin vaxt Faiqin avtomobilin arxada sağ tərəfdə əyləşmişdir, Əliağa isə qabaq sərnişin oturacağında əyləşmişdir. Bundan sonra qəsəbənin içərisində olan mağazaya getmişlər, həmin vaxt o və Əliağa da Faiqlə birlikdə mağazaya düşmək istəsələrdə tibbi maskaları olmadığı üçün mağazaya buraxmamışlar, çöldə dayanmışlar, Faiq mağazadan çıxandan sonra bir qədər aralıda yerləşən qarpız yemiş satan şəxsə yaxınlaşmışlar, oradan Faiq evi üçün qarpız yemiş almış və onlar gəlib avtomobilə əyləşib getmişlər, Faiqin yaşadığı 28 may qəsəbəsində yerləşən evinə getmişlər. Evə çatanda Faiq demişdir ki, bəs uşaq üçün şar almayıb yadından çıxıb, ona görə də Əliağadan xahiş etmişdir ki, onun avtomobili ilə gedib şar alıb gətirsin. Əliağa da etiraz etmədiyi üçün qədərini bilməmiş, ancaq onu bilir ki, Faiq Əliağaya pul vermiş və avtomobilin açarını vermişdir ki, onun avtomobili ilə gedib şar alıb gəlsin, avtomobildə olan ərzaqları isə ondan xahiş etmişdir ki, onunla birlikdə evə daşısın, onlar ərzağı evin həyətinə keçirtmişlər, oradan Faiq ərzağı evə qaldırmış və ondan xahiş etmişdir ki, evə keçsin, o isə evdə ailə uşaq olduğundan evə keçməmiş və həyətdə dayanmağın yaxşı olduğunu bildirmiş, Faiq ərzağı evə verəndən sonra ona demişdir ki, onda gəl zirzəmi sərin olur, keçək zirzəmidə oturaq. O da etiraz etməmiş, evə giriş qapısının pilləkənlərinin arxasında olan qapıdan zirzəmiyə düşmüş, zirzəmidə bir masa, bir oturacaq və köhnə bir çarpayı olduğunu görmüş, o oturacaqda əyləşmiş, zirzəmiyə daxil olduqda sağ tərəfdə çarpayı olmuş, onun qarşısında massa var idi, o, masanın digər tərəfində oturacaqda əyləşmiş, bu zaman o su istəmiş, Faiq də özü qalxıb evdən ona içməli su gətirmiş, Faiq su gətirməkdən qayıdanda artıq Əliağa da qayıtdığı üçün ikisi birlikdə zirzəmiyə girmişlər, Faiqlə Əliağa ikisidə çarpayı da əyləşmişlər, Əliağa zirzəminin giriş qapısı tərəfdən əyləşmişdir.Bundan sonra, o, görmüşdür ki, istidir, ona görə də onlara təklif etmişdir ki, «gəlin çölə çıxaq» deyərək ayağa durmuş, üzü qapıya tərəf getmək istəmişdir ki, arxadan silah səsi eşitmiş, çönüb arxaya baxdıqda görmüşdür ki, həm Faiq həm Əliağa çarpayının üstündə oturulu vəziyyətdə olmuş və hər ikisi bir ayağının bud nahiyəsini tutmuşlar, geri çönəndə Əliağa demişdir ki, «qaqa kömək elə» o Faiqə demişdir ki, neynədin sən, Faiq də ona cavab verərək «bilmirəm, bilmirəm» dedi. Həmin vaxt Faiqin əlində qara rəngli modelini bilmədiyi tapanca olmuşdur, həyəcandan kimin hansı ayağını tutmasını görməmiş, bundan sonra Əliağanı tutub kömək edib zirzəmidən çölə çıxartmış və Əliağa evin qarşısında torpaqlıq yaşıllıq olan ərazi ilə arakəsmə dəmir barmaqlıqlardan tutub dayanmış, silah səsinə evdən Faiqin qaynanası Lətafət həmçinin ailə üzvləri çıxmışlar, nə baş verməsi ilə maraqlandıqda o demişdir ki, bir şey verin Faiq və Əliağanın ayağını sarısınlar, bundan sonra evdən bir yaylığa oxşar bir şey vermişlər, o da həmin yaylıqla Əliağanın həyəcandan yadımda qalmayıb hansısa bir ayağını qan axan yerdən yuxarı hissəsindən sıxaraq bağlamış, Əliağanın ayağının hansı nahiyəsindən xəsarət almasını görməmiş, sadəcə olaraq şalvarında qan ləkəsi olan yerin yuxarı hissəsindən onun ayağını sıxmışdır.Bu vaxt o, görmüşdür ki, Faiqdə zirzəmidən çıxıbdır, həmin vaxt Faiqin əlində silah görməmiş, Faiqin də ayağını sarımışlar, Faiqin qaynanası Lətafət kiməsə zəng etmiş və çağırmışdır ki, ora ki gəlib bunları xəstəxanaya aparsın.Təxminən 5 və ya 6 dəqiqədən sonra Lətafət qapıdan baxaraq demişdir ki, Namik gəlmiş və bundan sonra o Əliağaya kömək edib çölə çıxarmış, Faiqi kimin çıxarmasını bilməmiş, çölə çıxanda görmüşdür ki, gələn şəxs X4r, Namik Hyundai İX 35 markalı avtomobildə sükan arxasında əyləşmiş, Lətafət onun yanında əyləş, o sağ tərəfdən arxada, Faiq ortada oturmuş, Əliağa isə sürücünün arxasında əyləşmiş, bir qədər şəhər istiqamətində hərəkət edəndən sonra Lətafət 103 təcili yardıma zəng vurmuşdur ki, hansı xəstəxanaya aparsınlar. Bundan sonra oradan məsləhət bilinmişdir ki, Rəsulzadə qəsəbəsində yerləşən 6 saylı birləşmiş şəhər xəstaxanasına aparsınlar, həmin xəstəxanaya getmişlər, orada qəbul şöbəsinə Faiqlə Əliağanı təhvil vermişlər, həmin vaxt Əliağaya sistem köçürülməyə başlanılmış və xəstəxanada yer olmadığı üçün oradan Faiqi və Əliağanı bir təcili tibbi yardım avtomaşını ilə Respublika xəstəxanasına aparmışlar, onlar təcili tibbi yardım avtomaşının arxası ilə Respublika xəstəxanasına gedən zaman təxminən 6 saylı xəstaxanadan bir qədər aralıda ona məlum olmayan səbəbdən Namik avtomobili saxlamış və düşüb getmişdir, onlar Respublika xəstaxanasına çatandan sonra Əliağanın atası ilə anası da həmin yerə gəlmişlər. Əliağanın anasının səhhətində ciddi problemlər olduğu üçün təklif etmişdir ki, salamatçılıqdı heç bir ciddi hadisə yoxdur və Əliağanın atasına demişdir ki, arvadı aparmaq lazımdır, bundan sonra Əliağa ilə anası onunla birlikdə Azərsu ASC-nin qarşısından yola düşmüşlər, Müşfiqabad qəsəbəsinə getmişlər, bundan sonra evə getmiş, telefon vasitəsi ilə Əliağanın atası ilə əlaqə saxlayaraq vəziyyəti barədə maraqlanmışdır.Əliağanın anasının xahişinə əsasən idman geyimini xəstəxanaya aparıb xəstaxananın qarşısında Əliağanın atasına verərək geri qayıtmışdır.Daha sonra isə evdə olmuş, heç bir yerə getməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, ünvan 2 ünvanında qızı Xəyalə Niftalıyeva, kürəkəni Təqsirləndirilən şəxs və nəvələri ilə birgə yaşayır.Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Ticarət cərgəsi, «Elit» çay evi ona məxsusdur.Həmin kafenin işlərində Namik Rəhmanov 3-4 ildir ki, köməklik edir. Əldə olunan gəlirdən Namik Rəhmanovun da gündəlik payı vardır. O mütəmadi olmasa da, arada-bir həmin kafeyə gedir. Namik Rəhmanov isə hər gün kafedə olur, kafeni özü açıbbağlıyır. Təqsirləndirilən şəxs onun kürəkənidir. Rəsmi olaraq avtobus nəqliyyatında dispetçer vəzifəsində çalışsa da, ailəsinin maddi xərclərini o ödəyir. xx xxxx 2020-ci il tarixdə saat 13.00 radələrində «Elit» kafesinə getmişdir ki, təmirdə çalışan ustalara yemək versin. Saat 15.00 radələrində yaşadığı evə bacısı X5 ilə birgə qayıtmışdır. Həmin gün nəvəsi Qorxmaz Niftalıyevin 4 yaşı tamam olmuşdur. Evdə kiçik bir ad günü məclisi təşkil etmişlər. O evə gələndə Təqsirləndirilən şəxs tək evin həyətində görmüşdür. Evə daxil olanda qızı Xəyalə demişdir ki, lavaş almısanmı, o da cavab vermişdir ki, yadımdan çıxıb Faiqə deyəcək alsın. Buna görə də həyətdə olan Faiqə demişdir ki, gedib lavaş alsın. Onun bu sözündən 5 dəqiqə sonra bir dəfə atəş səsimi eşitmişdir. Belə düşünmüşdür ki, kimsə bayram füşəngi partladır. Atəş səsi yaxından gəldiyinə görə pəncərədən boylanmış, heç kimi görməmişdir. Bu zaman Təqsirləndirilən şəxs «ay bibi» çağırışlı qışqırdığını eşitmişdir.Evin giriş qapısından bayıra çıxmış görmüşdür ki, pilləkənlərin yaxınlığında Təqsirləndirilən şəxs ayağını əlləri ilə tutub və qışqırır, ayağından isə qan gəlir. O nə baş verməsini soruşduqda Faiq demişdir ki, güllə təsadüfən ayağına dəyib, bundan bir neçə saniyə sonra qəsəbə sakini, televizor ustası olan, həm də təcili tibbi yardımda işləyən Şahid4 qışqıra-qışqıra həyətin əsas giriş darvazası tərəfindən ona tərəf gəlmiş və görmüşdür ki, onun da ayağında qan var.O, Xəyalədən yaylıq gətirməsini istəmiş, yaylığı ondan götürüb Təqsirləndirilən şəxs yaralı ayağına bağlamışdır.Daha sonra Şahid4 da yaralı ayağını yaylıqla bağlamışdır ki, qanı kəssin. Səs-küyə yaxınlıqdan keçən Pərviz adlı qəsəbə sakini gəlmişdir. O, təcili tibbi yardıma zəng etmək istəmiş, lakin Əliağa demişdir ki, onları özü xəstəxanaya aparacaq.O,həyəcanlı olduğuna görə köməklik üçün Namik Rəhmanovu zəng edib çağırmışdır. 5 dəqiqə sonra Namik özünü çatdırmış və ona məxsus olan «Hyundaı» markalı, **-GK-*** nömrəli avtomaşını Namik idarə edərək yaralı Faiq və Əliağanı xəstəxanaya aparmışlar. Yolda «103» xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Həmin xidmətdən ona demişlər ki, Binəqədi rayonundakı 6 saylı xəstəxanaya aparsınlar.Xəstəxanaya yaralıları onla birgə Namik və qəsəbə sakini Pərviz aparmışlar. Onlar xəstəxanaya gətirdikdən sonra Namik kafeyə getmişdir.Pərviz bir qədər sonra Əliağanın atasının qarşılamaq üçün getmiş və geri qayıtmamışdır. Faiq və Əliağanı həkim baxışına götürmüşlər. Müayinədən sonra yaralıları əməliyyat üçün metronun «20 Yanvar» stansiyasının yaxınlığında yerləşən «Respublika» xəstəxanasına aparmışlar.Həmin xəstəxanada əməliyyat olunmuşlar.Həmin gün saat 22.00 radələrində ona bacısı Rafət zəng etmişdir ki, «Elit» kafesinə polis əməkdaşları gəliblər.O həmin kafeyə getmiş və görmüşdür ki, polis əməkdaşları kafeyə daxil olub və ona təklif etmişlər ki, baxışda iştirak etsin, lakin o bundan imtina etmişdir.Polis əməkdaşları ondan Namik Rəhmanovun yerini soruşmuşlar, o da demişdir ki, bu barədə məlumatı yoxdur. Sonradan polis tərəfindən aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, baxış nəticəsində kafedən bükümlərdə narkotik vasitə aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 20/342 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş 01 ədləd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.Tapançanın hissələri və mexanizmləri üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir.Tədqiqata təqdim olunmuş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bir cərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Cinayət işi üzrə hadisə yerindən götürülmüş 01 ədəd 9 mm kalibrli güllə, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş 9 mm kalibrli Makarov konstruksiyalı tapançadan atılmışdır.Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş 9 mm kalibrli Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri və ********* nömrəli cinayət işi üzrə hadisə yerindən götürülmüş 01 ədəd 9 mm kalibrli güllə, DİN KTİ-nin güllə-giliz kartotekasında olan digər açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə “Arsenal” avtomatlaşdırılmış ballistik identifikasiya sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun xx xxxxxx 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində 3 (üç) azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Həmçinin, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru Vüsal Salehov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə tutulmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan – Bakı şəhər Baş Polis İdarəsində saxlanılan - ünvan 7 ünvanından aşkar edilərək götürülmüş, 1 ədəd darağı ilə birlikdə «Makarov» kostruksiyalı tapança və 1 ədəd güllə istifadə üçün yararlı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan – Bakı şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvarı – sahibi Təqsirləndirilən şəxs və Şahid4 məxsus bir ədəd idman şalvarı sahibi Şahid4 qaytarılmalıdır Bundan başqa, iş üzrə maddi sübut –cinayət işi üzrə görüntülərin əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli tutulduğu tarixdən, yəni 13 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan – Bakı şəhər Baş Polis İdarəsində saxlanılan - ünvan 7 ünvanından aşkar edilərək götürülmüş, 1 ədəd darağı ilə birlikdə «Makarov» kostruksiyalı tapança və 1 ədəd güllə istifadə üçün yararlı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan – Bakı şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvarı – sahibi Təqsirləndirilən şəxs və Şahid4 məxsus bir ədəd idman şalvarı sahibi Şahid4 qaytarılsın. İş üzrə maddi sübut – iş üzrə görüntülərin əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-95/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-95/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver