Məhkəmə qərarları › İş №1(001)-95/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-95/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-95/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1990-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Muğan ərazi Dairəsi, Kazımbad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 iyun 2021-ci il tarixdə gecə saat 02:00 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış Zərərçəkmiş şəxs3 istifadəsində olan VAZ 2107 markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan qapısını özü ilə gətirdiyi vintaçanla açıb avtomobilin salonuna daxil olmağa nail olub avtomobilin salonundan istifadədə olmuş, dəyəri 120(yüz iyirmi) manat olan 01 ədəd üzərində “MOSFET 45WX4” və DVD/VCD/CD/CD-RW/MP3/MP4” yazıları olan, SD kart USB oxuducu, monitorlu maqnitolanı və 150(yüd əlli) manat dəyərində olan «Millioner» markalı kişi ətrini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 270(iki yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyul 2021-ci il tarixdə gecə saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 11A nömrəli binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus VAZ 2107 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan qapısının kilid hissəsini özü ilə gətirdiyi vintaçanla sındırmaqla avtomobilin salonuna daxil olmağa nail olub avtomobilin salonundan istifadədə olmuş, dəyəri 160(yüz altmış) manat olan 01 ədəd «Pioneer» markalı «DEH-P7150UB» modelli avtomaqnitafonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 iyul 2021-ci il tarixdə gecə saat 02:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi 9/25 nömrəli binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus VAZ 2106 markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan qapısının nəfəsliyini özü ilə gətirdiyi vintaçanla açıb, əlini həmin nəfəslikdən salıb qapını içəridən açmaqla avtomobilin salonuna daxil olmağa nail olub avtomobilin salonundan istifadədə olmuş, dəyəri 160(yüz altmış) manat olan 01 ədəd «Pioneer» markalı «DEH- P7150UB» modelli avtomaqnitafonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi ehtiyacı olduğu üçün oğurluq əməlini törətmişdir. Zərəçəkmiş şəxslərə məxsus oğurladığı əmlakları istintaq orqanına təhvil vermişdir. Yaşlı, xəstə anası və az yaşlı övladı vardır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 01.06.2021-ci il tarixdə saat 23:45 radələrində “VAZ-21074” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 3 ünvanın qarşısında saxlayıb, qapılarını bağlayıb evinə getmişdir. 02.06.2021-ci il tarixdə saat 12:00 radələrində evdən çıxmış və avtomobilinə yaxınlaşıb qapısını açmaq istədiyi zaman avtombilin sağ ön qapısının açıq olduğunu aşkar etmişdir. Avtomobilin salonuna baxan zaman salondan monitorlu «Pioneer» markalı maqnitafonun və 01 ədəd «Millioner» markalı ətirin oğurlandığın görmüşdür. Bundan sonra DİN-nin 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Ona vurulmuş ziyan (1 ədəd maqnitofon 380 manat, 1 ədəd Millioner markalı ətir 150 manat) ödənilməmişdir. İş üzrə digər iki zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 14.12.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək istintaq orqanında verdikləri ifadəni təsdiq etmiş,təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanın tam şəkildə ödənildiyi və heç bir şikayət və tələblərinin olmadığını bildirmişdirlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən etibarən 40 nömrəli xətt üzrə sərnişin avobuslarında sürücü vəzifəsində işləyir. Bir gündən bir işə çıxır, işi 06:00-dan 22:00 qədər davam edir. Hər dəfə işə çıxanda “Karsan” markalı lakin müxtəlif qeydiyyat nişalı sərnişin avtobusları idarə edir. 2021-ci ilin yanvar ayının təxminən əvvəllərində 40 nömrəli sərnişin avtobuslarının sonuncu dayanaçağı olan Bakı şəhəri Xətai rayonu, köhnə Günəşli qəsəbəsində olarkən, əvvələr tanımadığı özünü Orxan kimi təqdim edən şəxs ona yaxınlaşmış, özünün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən maşın bazarında işlədiyini bildirmişdi. Daha sonra özünün orada fəaliyyət göstərən mağzaların birində avtomaqnitafon ustası işlədiyini və buna görədə özündə işlənmiş çox sayda avtomaqnitafon olduğunu söyləmişdir. Bundan sonra sözü gedən avtomaqnitafonları ucuz qiymətə satdığını bildirmişdi. Həmin vaxt idarə etdiyi sərnişin avtobusunda avtomaqnitafon olmadığından almaq qərarına gəlmişdir. Orxan əlində olan sellofan torbanın içərisindən 01 ədəd “Pioneer 3250” markalı avtomaqnitafonu çıxarıb ona göstərmiş və o, bəyənmişdir. Orxan 01 ədəd “Pioneer 3250” markalı avtomaqnitafonu 50 manata satdığını bildirmişdi. Orxanın təklifi ilə razılaşmış və ona 50 manat verərək avtomaqnitafonu almışdır. 2021-ci ilin iyun ayında 40 nömrəli sərnişin avtobuslarının sonuncu dayanaçağı olan Bakı şəhəri Xətai rayonu, köhnə Günəşli qəsəbəsində olarkən, Orxan ona yaxınlaşmış və üzərində markası olmayan monitorlu avtomaqnitafonu satdığını bildirmişdir. Həmin avtomaqnitafona baxmış bəyənmiş və 40 manat qarşılığında almışdır. Bildirmək istəyir ki, aldığı avtomaqnitafonlardan birini şəxsi avtomobilinə quraşdırmış, digərini isə idarə etdiyi sərnişin avtobusuna quraşdırmışdır . Həmin maqnitofonları istintaq orqanına geri qaytarnışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27.07.2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə AR CM-nin CM-in 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 27.07.2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27.07.2021-ci il saat 20:00-da tutulmuşdur. 29.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 177.2.2-ci maddəsi üzrə ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-767/2021 saylı, 29.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş və o dərhal məhkəmə iclas zalından azad edilmişdir. 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 ədəd “Pioneer” markalı maqnitafonları könüllü olaraq təhqiqata təqdim etmişdir. 12 oktyabr 2021-ci il tarixli təqdim etmə protokolundan görünür ki, Ovçiyev X3 Orxan Azad oğlundan aldığı 02 ədəd «Pioneer» markalı maqnitafonu istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 13.11.2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilən maqnitafonlar arasında özünə məxsus üzərində «Mosfet 45VVX4» yazısı olan maqnitafonu tanımışdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27.07.2021-ci il tarixli 9/5152 №-li rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Pioneer» markalı «DEH-P7150UB» modelli avtomaqnitafonun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 160 manat müəyyən edilir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27.07.2021-ci il tarixli 9/5151 №-li rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Pioneer» markalı «DEH-P7150UB» modelli avtomaqnitafonun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 160 manat müəyyən edilir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.11.2021-ci il tarixli 9/7895 №-li rəydən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “MOSFET 45WX4” və DVD/VCD/CD/CD-RW/MP3/MP4” yazıları olan, SD kart USB oxuducu, monitorlu maqnitolanın istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən olunur. Digər 1 ədəd qərarda göstərilən «Millioner» markalı kişi ətri haqqında kifayət qədər məlumat (həcmi, istehsal yeri və s.) olmadığı üçün qiymətləndirmə aparılmamışdır. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd «Pioneer» markalı DEH-P7150UB modelli avtomaqnitafon, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd «Pioneer» markalı DEH-P7150UB modelli avtomaqnitafon, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd üzərində «Mosfet 45VVX4» yazıları olan maqnitola maddi sübut kimi Binəqədi RPİ-də saxlanılmışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 05.09.2012ci il tarixli hökmü ilə AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Hal hazırda məhkumluğu ödənilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X4 CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-c ü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, oğurladığı əmlakları könüllü təhvil verməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1, mənzil 88 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs 27.07.2021-ci il tarixdən 29.07.2021-ci il tarixədək 02 (iki) gün tutulmuş və 02.08.2021-ci il tarixdən hazırkı vaxtadək, yəni 05 (beş) ay 27 (iyirmi yeddi) gün həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu cəmi 05 ay 27 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut qismində Binəqədi Rayon Polis İdarəsində saxlanılan 3 ədəd maqnitafondan 02 ədədi sahiblari Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarıldığı nəzərə alınaraq onların istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə maddi sübut qismində Binəqədi Rayon Polis İdarəsində saxlanılan 01 ədəd maqnitafon sahibi Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 200 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyul 2021-ci ildən 29 iyul 2021-ci ilədək tutulduğu və 02 avqust 2021-ci ildən hazırkı vaxtadək həbsdə olduğu, 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 06 (gün) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1, mənzil 88 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Pioneer” markalı DEH-P7150UB modelli avtomaqnitafon sahibiu Zərərçəkmiş şəxs1, bir ədəd “Pioneer” markalı DEH-P7150UB modelli avtomaqnitafon sahibi Zərərçəkmiş şəxs2 qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində “Mosfet 45VVX4” yazıları olan və Binəqədi RPİ-də saxlanılan maqnitola sahibi Zərərçəkmiş şəxs3 qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar