Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-95/2024 23.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 Vəli oğlunun, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 və Abşeron Rayon Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-cı il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib sonuncunun oğlu Şahid2 “Socar” Neft şirkətinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin iyul ayının sonlarında günorta saatlarında ünvan 2 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs2 10000 manat pul vəsaitini alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 10000 (on min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs4 etibarından sui istifadə edərək Respublikanın rayonlarından iri və xırda buynuzlu heyvanlar alaraq kəsib satışını həyata keçirib sonuncuya yüksək gəlir verəcəyini yalan vəd verib aldadaraq bu məqsədlə 20 dekabr 2021-ci il tarixdə günorta saatlarında ünvan 2 ünvanın yaxınlığında sonuncudan 11000 manat pul vəsaitini alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 11000 (on bir min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək sonuncunu “Socar” Neft şirkətinə anbardar vəzifəsinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq bu məqsədlə 23 dekabr 2021-ci il tarixdə günorta saatlarında ünvan 2 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs1 17000 (on yeddi min) manat pul vəsaitini alıb ələ keçirərək sonuncunun şikayət etməsinin qarşısını almaq məqsədilə 2023-cü ilin avqust ayında 3000 manat qaytarmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 14000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə X9 etibarından sui istifadə edərək sonuncunu “Socar” Neft şirkətinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq 09 iyul 2022-ci il tarixdə günorta saatlarında ünvan 2 ünvanın yaxınlığında Üsürüf Abasovdan 20000 manat pul vəsaitini alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs Üsürüf Abasova ümumilikdə 20000 (iyirmi min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda göstərilənlərin heç bir ilə razı deyil. Belə ki, o uzun illər iribuynuzlu mal-qaranın alqı-satqısı, qəssablıq fəaliyyəti ilə məşğul olmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxslərlə aralarında yaranmış borc münasibətlər də elə birlikdə ət satıb qazanc əldə etmək nıticəsində yaranmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 guya onun Saleh Allehverdiyevi və Zərərçəkmiş şəxs3, eyni zamanda Zərərçəkmiş şəxs2 oğlunu Socar neft şirkətinə işə düzəldəcəyi adı ilə onlardan pul almasını bildirmişlər. Lakin, onların ifadələrində qeyd etdikləri ilə razı deyil. Belə ki, o həqiqətən də onlardan pul almışdır, lakin, həmin pulları işə düzəltmək adı ilə yox, birgə iribuynuzlu və xırdabuynuzlu mal-qara alıb, ət satıb gəlir əldə etmək məqsədi ilə almışdır. Uzun müddət Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunənbəyov küçəsində yerləşən mağazada qəssab işləmiş, zərərçəkmiş şəxsləri də orada işləyən zaman tanımışdır, belə ki, zərərçəkmiş şəxslər o işlədiyi mağazaya qonşuluqda yerləşən binada yaşamışlar. O zərərçəkmiş şəxslərdən aldığı pulların bir qismini işləyib qaytarmışdır,bununla bağlı onun mağazada etdiyi qeyd dəftərində qeydlər də var. Lakin, zərərçəkmiş şəxslərdən Socar neft şirkətinə işə düzəltmək adı ilə pul almamışdır. Ona pulu Zərərçəkmiş şəxs1 yox, onun oğlu Şahid1 vermişdir. Səbuhi ona pulu ət satıb, qazanc əldə etmək məqsədi ilə vermişdir.Sonradan maddi vəziyyəti ilə bağlı Səbuhinin ona verdiyi pulu geri qaytarmaqda çətinlik çəkmişdir. Bir dəfə Səbuhi onu yaşadığı evdən istifadəsində olduğu nəqliyyat vasitəsinə mindirərək aparmışdır, sonradan onun yaşlı anasının Daxili İşlər Nazirliyinin 102 Zəng Xidməti Mərkəzinə etdiyi zəngdən sonra Səbuhi onu yolda avtomobildən düşürtmüşdür. Eləcə də,Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 ona pulu ət satıb qazanc əldə etmək məqsədi ilə vermişdir. Hazırda hansı səbəbdən onların guya Sucar şirkətinə işə düzəlməsi ilə bağlı ona pul vermələrinə dair ifadə vermələrinin səbəbləri ona məlum deyil. O uzun müddət qəssab işləmiş və Socar neft şirkətində hər hansı bir yüsək vəzifəli şəxsi tanımamışdr. Öz oğlu da hazırda işssizdir, əgər belə bir tanışı olsa idi, ilk növbədə oğlunu Socar neft şirkətinə işə düzəldərdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda zərərçəkmiş şəxslərin hansı səbəbdən onlardan işə düzəltmək adı ilə pul almasını bildirmələrinə dair heç bir şey deyə bilmir, o özünü CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilmir, lakin cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyan ailə üzvləri tərəfindən ödənilmişdir, buna səbəb isə həmin şəxslərə pul borclu olmasıdır. İfadəsində göstərdiyi xüsusatları təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmir, yalnız zərərçəkmiş şəxslərə ayrı-ayrı vaxtlarda etdiyi ödənişlərlə bağlı mağazada olan qeyd dəftərindən çıxarışlar var. Barəsində olan cinayət işinə baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o,ünvan 3 ünvanında yaşayır, evlidir və iki yetkinlik yaşına çatmış uşağı vardır, təqaüdçüdür və rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 14-15 ildir ki, tanımışdır, belə ki, sonuncu yaşadığı binanın qarşısında olan mağazada ət satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmin mağazanı icarəyə götürmüşdür. Aqil ilə daima normal münasibəti olmuş, aralarında heç vaxt narazılıq, ədavət və düşmənçiliyi olmamışdır. Daima yaşadığı evə əti Aqildən almışdır. 2021 -ci ilin dekabr ayının ortalarında Aqil ilə işlədiyi mağazada söhbət edən zaman sonuncu bildirmişdir ki, “Socar” Neft şirkəti ilə əlaqələri genişdir. Belə ki, “Socar” Neft şirkətinə ət vermiş və ayda oraya 5 ton civarında ət verməklə bağlı müqavilə də bağlamışdır. Bu minvalla “Socar” Neft şirkətində işləyən yüksək vəzifələri şəxslərlə tanışlığı yaranmışdır. Aqillə bu barədə dəfələrlə işlədiyi mağazada danışığı olmuşdur. Danışıqlarının birində Aqil təklif etmişdir ki, ona pul versin, o, həmin pulla Respublikanın rayonlarından iri və xırda buynuzlu heyvanlar alaraq kəsib “Socar” Neft şirkətinə satacaq və bu yolla gəlir verəcəkdir. Aqil aldığı bütün heyvanları özünə məxsus fermaya gətirəcəyini bildirmişdir. Aqildən fermasının harada olmasını soruşmuş, sonuncu da yaşadığı evə apararaq fermanı göstərmişdir. Fermaya baxmış və Aqilin həqiqətəndə təsərrüfat ilə məşğul olmasını görmüşdür. Bundan sonra Aqilə inamı daha da artmışdır. Aqilin təklifini qəbul etmiş və pul verəcəyini bildirmişdir. Aqil ilə ona 11000 manat pul verməsi, Aqilin həmin pulla iri və xırda buynuzlu heyvanlar alaraq yaşadığı evdə olan fermaya gətirməsi və kəsimini həyata keçirib “Socar’’ Neft şirkətinə satması, bu yolla yaxşı gəlir əldə etməsi barədə razılaşmışdır. Yaşadığı evdə 11000 manat pulu olmuş, danışıqlarında Aqilə də bu barədə bildirmişdir. Aqil də demişdir ki, həmin pulu istifadə etmir, evdə qalmasına ona versin və ticarətlə məşğul olub pul əldə edərək öz aralarında bölsünlər. Heç bir yerdə işləmədiyi üçün razılaşmış və fikirləşmişdir ki, ticarətlə məşğul olaraq pul qazancaq, 20 dekabr 2021-ci il tarixdə 11000 manat pulu evindən götürüb həyətdə Aqilin işlədiyi ət mağazasına gəlmişdir. Mağazada pulu Aqilə vermiş və sonuncu sayaraq pulu götürmüşdür. Aqil həmin pulla heyvanlar alacağını bildirmişdir. Bir neçə gün sonra Aqil bildirmişdir ki, artıq iri və xırda buynuzlu heyvanlar almasını demişdir. Aqilə baxmaq istədiyini demiş və sonuncu Mehdiabad qəsəbəsində olan evinə aparıb orada göstərmişdir. Evin həyətində olan fermada Aqil xırda və iri buynuzlu heyvanlar göstərmişdir. Bundan sonra daha da rahat olmuşdur. Lakin bir neçə gün keçməsinə baxmayaraq Aqil heç bir qazanc verməmişdir. Aqilin həyətdəki mağazasında ət satmasını görmüş və şübhələnmişdir. Buna görədə Aqildən bildirmişdir ki, gündəlik olaraq mağazada ət satırsan, lakin heç bir məbləğdə qazanc vermirsən. Aqil də demişdir ki, “Socar” Neft şirkətinin mühasibini həbs etmişlər və ətin pulu həmin şəxsdədir. Aqildən xahiş etmişdir ki, mühasibin nömrəsini versin, özüdə həmin şəxslə danışsın, lakin Aqil müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra məlum olmuşdur ki, Aqil onu aldatmış və pulunu ələ keçirmişdir. Aqildən pulunu hər gün tələb etmiş və sonuncunun ailə üzvləri ilə görüşüb aldatmasını bildirmiş, Aqil və yaxın qohumları pulunu qaytaracaqlarını söz vermiş, eyni zamanda Aqil evini satıb pulunu qaytaracağına söz vermişdir. Bu yolla Aqil 2023-cü ilin iyun ayına qədər aldatmışdır. Buna görədə Aqildən şikayət etməmişdir. Sonradan öyrənmişdir ki, Aqil qonşusu Zərərçəkmiş şəxs1 da aldatmışdır. Eyni zamanda tanımadığı, lakin sonradan adlarını öyrəndiyi Əli və Üsürüf adlı şəxsləri də Aqilin aldatmasını öyrənmişdir. Bundan sonra onlar Aqildən kollektiv olaraq şikayət etmişdir. Bundan əlavə, o, Aqilə 11000 manat pulu iri və xırda buynuzlu heyvanlar alıb “Socar” Neft şirkətinə sataraq qazanc əldə etmək məqsədilə vermişdir. Aqilə 11000 manat pulu verməyi ilə bağlı aralarında qəbz və yaxud müqavilə olmamışdır. Aqilə pulu yaşadığı evin həyətində olan mağazasında vermiş və həmin vaxt yanlarında heç kim olmamışdır. Aqil demişdir ki, “Socar” Neft şirkəti ilə əlaqələri genişdir, belə ki, şirkətə ət satdığı üçün münasibətləri yaranmış və sonuncuya bildirmişlər ki, daha çox ət lazımdır, lakin daha çox ət verməsi üçün maddi imkanı yoxdur. Ancaq Aqil kiminsə konkret adını çəkməmişdir. Sonradan isə ətin pulunun mühasibdə olmasını bildirmişdir. Zərərçəkmiş şəxs1 qonşusudur, Zərərçəkmiş şəxs2 və Üsürüf Abasovu isə əvvəllər tanımamışdır. Onları sonradan Aqilin iş yerinə gəlib-gedən zaman görüb tanış olmuş və bilmişdir ki, Aqil Əli və Üsürüf adlı şəxsləri də aldatmışdır. Onların Aqilə pul verməsini görməmişdir, özləri Aqilə pul verdiklərini bildirmişlər ki,. Bundan sonra hər biri razılaşmışlar ki, kollektiv olaraq şikayət etsinlər. Təqsirləndirilən şəxs göstərdikləri yalandır, belə ki, sonuncu məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə etmişdir. Aqilə 11.000 manat pul vermiş və sonuncu ona heç bir məbləğdə pul qaytarmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 əlavə olaraq bildimişdir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsində bildirdikləri tamamilə yalandır. Belə ki, Aqil onu hər ay Socar şirkətinə 5 tona yaxın ət satdığına inandırdığı üçün pul vermişdir. Aqil isə onu aldadıb pulu qaytarmadığından şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bundan əlavə Aqil Bank of Bakudan kredit götürmüş, o da həmin kredit müqaviləsi üzrə zamin dayanmış, Aqil bankdan 30000 manat məbləğində kredit götürmüş, həmin kreditin 15000 manatına Aqilin banka əvvəldən olan borcu ödənmiş,qalan 15000 manat üzrə Aqil kredit müqaviləsi üzrə ödənişləri etməkdə çətinlik çəkdiyindən o həmin müqavilə üzrə banka ödənilməsində Aqilə köməklik etmişdir. Hazırda Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən Təqsirləndirilən şəxsla barışmışdır, na qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsinin əslini təqdim edərək, göstərilən halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır, evlidir və bir yetkinlik yaşına çatmış uşağı vardır. Belə ki, oğlu Şahid2 1990-cı il təvəllüdlüdür, ali təhsillidir, lakin heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs 10-15 ildir ki, tanımışdır, belə ki, sonuncu yaşadığı binanın qarşısında olan mağazada ət satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmin mağazanı icarəyə götürmüşdür. Aqil ilə daima normal münasibəti olmuş, aralarında heç vaxt narazılıq, ədavət və düşmənçiliyi olmamışdır. Daima yaşadığı evə əti Aqildən almışdır. 2021 -ci ilin iyul ayının ortalarında Aqil ilə işlədiyi mağazada söhbət edən zaman sonuncu bildirmişdir ki, “Socar” Neft şirkəti ilə əlaqələri genişdir. Aqildən əlaqə dedikdə nəyi nəzərdə tutumasını soruşmuş, sonuncuda bildirmişdir ki, “Socar” Neft şirkətinə ət vermiş və şirkətə ayda 5 ton civarında ət vermək barədə razılaşmışlar. Aqil bununla bağlı şirkət ilə müqavilədə bağlamasını da demişdir. Bu minvalla “Socar” Neft şirkətində işləyən yüksək vəzifələri şəxslərlə tanışlığı yaranmışdır. Aqillə bu barədə dəfələrlə işlədiyi mağazada danışığı olmuşdur. Danışıqlarının birində Aqil bildirmişdir ki, oğlu Orxan işsizdir və sonuncunu işə düzəldə bilər. Aqil oğlunu “Socar” Neft şirkətinə işə düzəltməyi təklif etmişdir. Aqildən nə iş olmasını soruşduqda sonuncu demişdir ki, “Socar” da yüksək əmək haqqı olan işlər vardır. Deməsinə görə oğlunu öz ixtisası ilə bağlı “Socar” Neft şirkətində işə düzəldə bilər və hər gün saat 09 radələrindən axşam saat 18 radələrinə qədər işdə olacaq. Aqili uzun müddətdir ki, tanıdığına və onun normal bir şəxs olmasına görə dediklərinə inanmışdır. Aqildən oğlunu necə işə düzəldəcəyini soruşduqda sonuncu bunun müqabilində 10000 manat pul istəmişdir. Aqil ilə razılaşmış və pulu verəcəyini demişdir 2021-ci ilin iyul ayının sonlarında yaşadığı evdən 10000 manat pul götürüb Aqilin işlədiyi ət mağazasına getmişdir. Pulu orada Aqilə vermiş və sonuncu sayaraq pulu götürmüşdür. Aqilin deməsinə görə 10 gün ərzində lazimi sənədlər bildiriləcək, Aqil də öz növbəsində ona deyəcəkdir. Lakin Aqil 10 gün ərzində heç nə deməmişdir. Aqildən şübhələnib 10000 manat pulu aldığını, heç bir sənəd tələb edilmədiyini bildirdikdə, Aqil ona sənəd göstərmiş, həmin sənəd müqavilə olmuşdur. Müqavilədə Aqilin “Socar” neft şirkətinə ayda 5 ton ət verməsi göstərilmişdir. Aqil 1-2 gün də gözləməsini xahiş etmişdir. Lakin həmin müddətdən artıq gözləmiş, lakin heç bir nəticə olmamışdır. Aqilin onu aldatmasından şübhələnib sonuncudan pulunu tələb etmişdir. Aqil “Socar” Neft şirkətinin mühasibini həbs etdiklərini, aldığı pulu həmin şəxsə verdiyini və özünün də həmin şəxsdə ətinin pulu olmasını bildirmişdir. Aqildən mühasibin nömrəsini verməsini xahiş etdikdə, sonuncu müxtəlif bəhanələr gətirmişdir. “Socar” Neft şirkətinin baş idarəsinə gedərək orada Aqil barədə maraqlanmış, lakin heç kim Aqili tanımamışdır. Şirkətdən Aqil ilə müqavilə bağlanılmadığını və sonuncunun şirkətə ət vermədiyi bildirilmişdir. Bundan sonra məlum olmuşdur ki, Aqil onu aldatmış və pulunu ələ keçirmişdir. Aqildən pulunu hər gün tələb etmiş və sonuncunun ailə üzvləri ilə görüşüb aldatmasını bildirmişdir. Aqil və yaxın qohumları pulunu qaytaracaqlarına, eyni zamanda Aqil evini satıb pulunu qaytaracağına söz vermişdir. Bu yolla Aqil 2023-cü ilin iyun ayına qədər onu aldadaraq gözlətmişdir. Buna görədə Aqildən şikayət etməmişdir. Sonradan öyrənmişdir ki, Aqil bir neçə nəfər şəxsi aldatmışdır. Bundan sonra onlar Aqildən kollektiv olaraq şikayət etmişlər. Aqilə 10000 manat pulu oğlu Orxanı “Socar” Neft şirkətində işə düzəltməsi üçün vermişdir. Aqilə 10000 manat pulun verilməsi ilə bağlı aralarında qəbz və yaxud müqavilə olmamışdır. Aqilə pulu işlədiyi mağazada vermişdir. Həmin vaxt mağazada ikisi olmuşdur. Aqil demişdir ki, “Socar" Neft şirkəti ilə əlaqələri genişdir və orada işləyən yüksək vəzifələri şəxslər ona bildirmişdir ki, işə düzəlmək istəyən şəxs olacağı halda edə bilərlər. Ancaq Aqil kiminsə konkret adını verməmişdir. Sonradan isə yalandan bildirmişdir ki, güya aldığı pulu mühasibə vermişdir. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, X14 əvvəllər tanımamış və görməmişdir. Onları sonradan Aqilin iş yerinə gəlib-gedən zaman görüb tanış olmuş və onların da Aqilə pul verdiklərini bilmişdir. Onların Aqilə pul verməsini görməmişdir, özləri Aqilə pul verdiklərini bildirmişlər. Bundan sonra hər biri razılaşmışdır ki, kollektiv olaraq şikayət etsinlər. Təqsirləndirilən şəxs yalan danışmış, belə ki, sonuncu məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildimişdir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsində bildirdikləri tamamilə yalandır. Belə ki, o Aqilə oğlunu işə düzəltməsi adı ilə pul vermişdir. Aqil isə onu aldadıb pulu qaytarmadığından şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən Təqsirləndirilən şəxsla barışmışdır, na qarşı heç bir şikayət və tələbi yoxdur, göstərilən halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır, evlidir və iki yetkinlik yaşına çatmış uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi işlərlə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs 15 ildir ki, tanıyır, belə ki, sonuncu yaşadığı binanın qarşısında olan mağazada ət satmaqla məşğul olur. Təqsirləndirilən şəxs həmin mağazanı icarəyə götürmüşdür. Aqil ilə daima normal münasibəti olmuşdur, aralarında heç vaxt narazılıq, ədavət və düşmənçilikləri olmamışdır. Daima yaşadığı evə əti Aqildən almışdır, 2021-ci ilin dekabr ayının əvvəllərində Aqil ilə işlədiyi mağazada söhbət edən zaman sonuncu bildirmişdir ki, “Socar” Neft şirkəti ilə əlaqələri genişdir. Aqildən əlaqə dedikdə nəyi nəzərdə tutumasını soruşmuş, o da bildirmişdir ki, “Socar" Neft şirkətinə ət vermişdir və bundan sonra şirkətlə ayda 5 ton civarında ət vermək barədə razılaşmışdır. Aqil bununla bağlı şirkət ilə müqavilə də bağlamasını demişdir. Bu minvalla “Socar” Neft şirkətində işləyən yüksək vəzifələri şəxslərlə tanışlıqları yaranmışdır. Aqillə bu barədə dəfələrlə işlədiyi mağazada danışıqları olmuşdur. Danışıqlarının birində Aqil onu “Socar” Neft şirkətinə işə düzəltməsini təklif etmişdir. Belə ki, heç bir yerdə işləmədiyi üçün sonuncu ona iş təklif etmişdir. Aqildən nə iş olmasını soruşduqda o demişdir ki, “Socar” da yüksək əmək haqqı olan işlər vardır. Aqilin deməsinə görə “Socar” Neft şirkətində anbardar kimi onu işə düzəldə bilər və hər gün saat 09 radələrindən axşam saat 18 radələrinə qədər işdə olacaqdır. Aqili uzun müddətdir tanıdığına və normal bir şəxs olmasına görə dediklərinə inanmışdır. Aqildən yaşının çox olmasını və necə işə düzəldəcəyini soruşduqda o bunun müqabilində 20000 manat pul istəmişdir. Aqilə 20000 manat pulun çox olmasını və həmin məbləğdə pulunun olmadığını bildirmiş, Aqil də tanışlıqlarını nəzərə alıb 17000 manat istəmişdir. Belə ki, Aqil bildirmişdir ki, işi düzəldəcək şəxsə onun tanışı olmağını bildirmiş, o da 17000 manata həll edəcəyini demişdir. Aqil ilə razılaşdıqdan sonra 23 dekabr 2021cü il tarixdə Aqil zəng edərək təcili olaraq pulun “Socar” Neft şirkətinə çatdırılmalı olduğunu bildirmişdir. Həmin vaxt rayonda olduğundan Aqilə rayonda olduğunu demişdir. Eyni zamanda Aqildən sənədlərin necə olacağı barədə soruşmuş, Aqil isə bildirmişdir ki, ilkin olaraq pul verildikdən sonra hansı sənədlərin lazım olduğu deyiləcək. Aqilə inanmış və oğluna zəng edib pulu çatdıracağını demişdir. Bundan sonra oğlu Şahid1 zəng edərək bildirmişdir ki, evdə olan ona məxsus 17000 manat pulu götürüb iş yerində Aqilə versin. Bundan sonra oğlu evdən 17000 manat pulu götürüb Aqilə vermiş və bu barədə ona xəbər vermişdir. Daha sonra Aqil özü də pulu almasını bildirmişdir. Aqilin deməsinə görə 10 gün ərzində lazimi sənədləri bildirəcəkdi. Lakin Aqil 10 gün ərzində heç nə deməmişdir. Aqildən şübhələnib 17.000 manat pulu almasına baxmayaraq, heç bir sənəd tələb edilmədiyini bildirdikdə Aqil 1-2 gün də gözləməyini xahiş etmişdir. Həmin müddətdən artıq gözləsə də, heç bir nəticə olmamışdır. Aqilin aldatmasından şübhələnib pulunu tələb etdikdə Aqil də “Socar" Neft şirkətinin mühasibini həbs etdiklərini, aldığı pulu ona verdiyini və özünün də həmin şəxsdə ətinin pulu olmasını bildirmişdir. Aqildən xahiş etmişdir ki, mühasibin nömrəsini versin, lakin o, müxtəlif bəhanələr gətirmişdir. Daha sonra “Socar” Neft şirkətinin baş idarəsinə gedərək orada Aqil barədə maraqlanmış, lakin heç kim Aqili tanımamış, onunla müqavilə bağlanılmadığını və Aqilin şirkətə ət vermədiyini bildirmişdirlər. Bundan sonra məlum olmuşdur ki, Aqil onu aldadıb pulunu ələ keçirmişdir. Aqildən pulunu hər gün tələb etmiş, onun ailə üzvləri ilə görüşüb aldatmasını bildirmiş, Aqil və yaxın qohumları da pulunu qaytaracaqlarına söz vermişlər, eyni zamanda Aqil evini satıb pulunu qaytaracağına söz vermişdir. Bu yolla Aqil məni 2023-cü ilin iyun ayına qədər aldatmışdır, buna görə də Aqildən şikayət etməmişdir. 2023-cü ilin əvvəllərində Aqil hissəhissə olmaqla 3000 manat qaytarmış, qalan 14000 manatını isə ələ keçirmişdir. Sonradan öyrənmişdir ki, Aqil qonşu Zərərçəkmiş şəxs4 da aldadıb. Eyni zamanda Aqilin onun tanımadığı, lakin sonradan Aqilin iş yerinə gəlib-gedən zaman görüb adlarını öyrəndiyi Əli və Üsürüf adlı şəxsləri də aldatmasını öyrənmişdir. Bundan sonra onlar Aqildən kollektiv olaraq şikayət etmişlər. Həmçinin bildirirmişdir ki, Aqilə 17.000 manat pulun verilməsi ilə bağlı aralarında qəbz və yaxud müqavilə olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu Socar MMC-də anbardar vəzifəsində, maaşı 2000-2500 manat aralığı olan işə düzəldəcəyinə dair vəd vermişdir, o pulu aparıb Socar MMC-də bir şəxsə verəcəyini desə də, həmin şəxsin adını ona deməmiş, bununla bağlı heç bir sənəd verməmiş, yalnızca vəd yolu ilə onu aldatmışdır.O Təqsirləndirilən şəxs evinə zərərçəkmiş şəxslərlə birlikdə borcla bağlı dəfərlərlə getmişdir, Aqilin ailəsi onlara evi satıb pulu ödəyəcəklərini bildirilmişlər. Təqsirləndirilən şəxs iş yerinə təqdim etməsi ilə bağlı əmək kitabçası və ya başqa sənəd lazım olub-olmamasını soruşduqda ona hansı sənəd lazım olması haqqda ona 10 gün ərzində deyəcəyəni bildirmişdir. Təqsirləndirilən şəxs ona Socar MMC-də geniş əlaqələrinin olduğunu, həmin neft şirkətinə 5 ton ət verdiyini bildirdiyi üçün onun vədlərinə inanmışdır. Pulu Təqsirləndirilən şəxs oğlu vermiş, həminvaxt onların yanında digər şəxs olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsində bildirdikləri tamamilə yalandır. Belə ki, Aqilə onu işə düzəltməsi adı ilə pul vermişdir. Aqil isə onu aldadıb pulu qaytarmadığından şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən Təqsirləndirilən şəxsla barışmışdır, na qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsinin əslini təqdim edərək, göstərilən halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X18 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında yaşayır, evlidir və üç yetkinlik yaşına çatmış uşağı vardır. Əvvəllər Rusiya Federasiyasında yaşamış və orada işləmişdir, lakin sonradan Bakı şəhərinə köçmüşdür. Təqsirləndirilən şəxs 15-20 ildir ki, tanımışdır, belə ki, Aqil yaşadığı binanın yaxınlığında olan mağazada ət satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmin mağazanı icarəyə götürmüşdür. Aqil ilə daima normal münasibətləri olmuşdur, aralarında heç vaxt narazılıq, ədavət və düşmənçilikləri olmamışdır. Daima yaşadığı evə əti Aqildən almışdır. Aqilə bir neçə dəfə borca pul vermiş və Aqil də aldığı borcu qaytarmışdır. 2022-ci ilin iyul ayının əvvəllərində Aqil ilə işlədiyi mağazada söhbət edən zaman o bildirmişdir ki, “Socar” Neft şirkəti ilə əlaqələri genişdir. Aqildən əlaqə dedikdə nəyi nəzərdə tutumasını soruşduqda, o, “Socar” Neft şirkətinə ət verdiyini və ayda şirkətə 5 ton civarında ət vermək barədə razılaşdıqlarını bildirmişdir. Aqil bununla bağlı şirkət ilə müqavilə bağlamasını da bildirmişdir. Bu minvalla “Socar” Neft şirkətində işləyən yüksək vəzifələri şəxslərlə tanışlıqları yaranmışdır. Aqillə bu barədə dəfələrlə işlədiyi mağazada danışıqları olmuşdur. Danışıqlarının birində Aqil demişdir ki, işsiz olduğuna görə onu danışıb “Socar” Neft şirkətinə işə düzəldə bilər. Aqildən nə iş olmasını soruşduqda o demişdir ki, “Socar” da yüksək əmək haqqı olan işlər vardır. Deməsinə görə “Socar” Neft şirkətində normal düzəldə bilər və hər gün saat 09 radələrindən axşam saat 18 radələrinə qədər işdə olacaqdır. Aqili uzun müddətdir ki, tanıdığına və onun normal bir şəxs olmasına görə, eyni zamanda Aqilə bir neçə dəfə borca pul verib aldığı üçün inanmışdır. Aqildən necə işə düzəldəcəyini soruşduqda o bunun müqabilində 20000 manat pul istəmişdir. Aqil ilə razılaşmış və pulu tezliklə verəcəyini bildirmişdir. 09 iyul 2022-ci il tarixdə yaşadığı evdən 20000 manat pul götürüb Aqilin işlədiyi ət mağazasına getmiş, pulu orada Aqilə vermiş və o da sayaraq pulu götürmüşdür. Aqilin deməsinə görə bir ay ərzində ona lazimi sənədlər bildiriləcək, o da həmin sənədləri hazırlayıb təqdim edəcəkdir. Lakin Aqil bir ay ərzində heç nə deməmiş, Aqildən şübhələnib sənədlərin deyilmədiyini və işin nə yerdə olduğunu soruşduqda isə o verdiyi 20.000 manat pulu verdiyini demişdir. Aqil bir neçə gün də gözləməyini xahiş etmiş, lakin Aqilin dediyi müddətdən artıq gözləsə də, heç bir nəticə olmamışdır. Aqilin aldatmasından şübhələnib pulunu tələb etdikdə Aqil “Socar” Neft şirkətinin mühasibini həbs etdiklərini, ondan aldığı pulu həmin mühasibə verdiyini və özünün də həmin şəxsdə ətinin pulu olmasını bildirmişdir. Aqildən mühasibin nömrəsini verməsini xahiş etdikdə, o, müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra məlum olmuşdur ki, Aqil onu aldatmış və pulunu ələ keçirmişdir. Aqildən pulunu hər gün tələb etmiş, onun ailə üzvləri ilə görüşüb aldatmasını bildirmişdir, Aqil və yaxın qohumları pulunu qaytaracaqlarına söz vermişlər, eyni zamanda Aqil evini satıb pulunu qaytaracağına söz vermişdir. Bu yolla Aqil 2023-cü ilin iyun ayına qədər onu aldatmışdır. Buna görə də Aqildən şikayət etməmişdir. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Talib oğlunu əvvəllər tanımamış və görməmişdir. Onlarla sonradan Aqilin iş yerinə gəlibgedən zaman görüb tanış olmuş və bilmişdir ki, onlar da Aqilə pul vermişdirlər. Onların Aqilə pul verməsini görməmişdir, özləri Aqilə pul verdiklərini bildirmişlər. Bundan sonra Aqilin aldatdığı digər şəxslər ilə kollektiv olaraq şikayət etmişlər. Həmçinin bildirirmişdir ki, Aqilə 20.000 manat pulun verilməsi ilə bağlı aralarında qəbz və yaxud müqavilə olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X18 ona verilən suallara cavab olaraq bildrmişdir ki, o uzun müddət Rusiya federasiyasında yaşamış, orada fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Karonavirusla bağlı bütün dünyada yaranmış olan vəziyyətlə bağlı olaraq o yaşadığı Bakı şəhərinə geri qayıtmışdır. Onun yaşadığı ev Təqsirləndirilən şəxs ət satdığı mağazanın yaxınlığında yerləşir. Aqillə aralarında olan söhbət zamanı mövcud olan vəziyyətlə bağlı Bakı şəhərinə geri qayıtdığını, işsiz olduğunu bildirmişdir. O da Socar neft şirkətinə hər ay bir neçə yon ət verməsini, bu səbəndən orada işləyən müəyyən şəxslərlə əlaqəsinin yarandığını, istəsə onu da Socar neft şirkətinə işə düzəldə biləcəyini bildirmişdi. O inandığından Aqilə onu işə düzəltməsi üçün pul vermişdir. Təqsirləndirilən şəxs işləyəcəyi işin nə olduğunu soruşmuş, o isə daha sonra öyrənib ona deyəcəyini bildirmiş, aralarında olan səmimiyyət və dostluğa görə Aqilə inanaraq pulu vermişdir. Aqildən Onu hansı işə düzəldəcəyi barədə soruşduqda daha sonra öyrənib deyəcəyini bildirmiş, aralarında olan səmimiyyət və dostluğa görə ona inanaraq pulu vermişdir.Əgər düzəldəcəyi işin aylıq maaşı ona sərf etməsəydi, ona verdiyi pulu geri alacaqdı. Aqilə verdiyi pulla bağlı heç bir sənəd verməmiş, yalnızca vəd yolu ilə və aralarında olan səmimiyyətdən istifadə edərək onu aldatmışdır.Təqsirləndirilən şəxs ondan əvvəllər də pul almışdır, həmin pulu qaytarsa da, işə düzəltməklə bağlı verdiyi puldan heç bir məbləğ qaytarmamışdır.Aqilin ailə üzvləri ilə görüşən zaman ona dəymiş ziyandan pul qaytarmamışlar.Aqil bu işdən əlavə əvvəllər ondan iki dəfə pul almış, birinci dəfə pulu vaxtında qaytarsa da, daha sonra aldığı pulu bir az gec qaytarmışdır. Bundan əlavə bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsində bildirdikləri tamamilə yalandır. Belə ki, Aqilə onu işə düzəltməsi adı ilə pul vermişdir. Aqil isə onu aldadıb pulu qaytarmadığından şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən Təqsirləndirilən şəxsla barışmışdır, na qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsinin əslini təqdim edərək, göstərilən halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır və ayrı yaşayırlar. Lakin yaşadıqları mənzillər bir binada yerləşir. Təqsirləndirilən şəxs 10 ildir ki, tanıyır, belə ki, Aqil yaşadığı binanın qarşısında olan mağazada ət satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmin mağazanı icarəyə götürmüşdür. Aqil ilə daima normal münasibətləri olmuşdur, aralarında heç vaxt narazılıq, ədavət və düşmənçilikləri olmamışdır. Daima yaşadığı evə əti Aqildən almışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində atası bildirmişdir ki, Aqil onu “Socar" Neft şirkətində anabardar kimi işə düzəldəcək və yüksək əmək haqqı alacaqdır. Atasından yaşının çox olmasını və Aqilin bunu necə edəcəyini soruşmuş, atası da bildirmişdir ki, Aqil “Socar” Neft şirkəti ilə müqavilə bağlamış və oraya ət vermişdir, bu minvalla “Socar" ilə əlaqələri yaranmışdır. Aqil atasından işi düzəltməsi üçün ilkin olaraq 20000 manat istəmiş, lakin sonradan tanışlığa görə 17.000 manata razılaşmışdır. 23 dekabr 2021-ci il tarixdə yaşadığı evdə olan zaman atası zəng edərək onun yaşadığı evə gedib evdə olan 17000 manatı götürüb Aqilə verməsini bildirmişdir. Bundan sonra atasının yaşadığı evə gedib 17000 manatı götürmüş və həyətə düşüb mağazada Aqilə yaxınlaşmışdır. Pulu Aqilə verib atasının göndərməsini bildirmiş, Aqil də pulu sayaraq götürmüşdür. Daha sonra atasına zəng edərək pulu Aqilə verdiyini bildirmişdir. Bir neçə ay sonra Aqilin atasını aldatdığı məlum olmuşdur. Atası ilə dəfələrlə Aqildən pulu verməsini tələb etmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirmişdir. Sonradan isə Aqil hissə-hissə olmaqla 3.000 manatı qaytarmış, qalan 14.000 manatı isə qaytarmayaraq ələ keçirmişdir. Aqilə 17000 manat pulu atasının deməsi əsasında vermişdir. Aqil həmin pulla atasını “Socar” Neft şirkətinə anbardar kimi işə düzəldəcəyini vəd vermişdir. Aqilə 17000 manat pulu verməyi ilə bağlı aralarında qəbz və yaxud müqavilə olmamışdır. Aqilə pulu işlədiyi ət mağazasında vermiş, həmin vaxt mağazada ikisi olmuşdur. Təqsirləndirilən şəxs onun mobil telefonunda mesajları mövcuddur, belə ki, onlar Aqilin aldatmasını başa düşüb pulu tələb edən zaman o, pulu qaytarmaq üçün heyvanları satmaq məqsədilə Bərdə şəhərinə getdiyini mesaj şəklində yazmışdır. Təqsirləndirilən şəxs yalan danışmışdır, belə ki, o, məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə etmişdir. Aqilə verdiyi pul atası Salehə məxsus olmuşdur və atasına maddi ziyan dəymişdir. Aqil ona heç bir məbləğdə pul qaytarmamışdır. Məhkəmə iclasında Şahid1 ona verilən suallara cavab olaraq atasının ona evdən 17000 manat pulu götürüb Aqil adlı şəxsə çatdırmağını desə də, hansı səbəbə Aqilə 17000 manat oul verməsi barədə heç bir söz deməmiş, pulu verdikdən təxminən 1-2 gün sonra səbəbini soruşduqda atası özünün işə düzəlmək məsələsi ilə bağlı olduğunu bildirmişdir. Aqildən pul barədə soruşduqda 1-2 gün içərisində həll edəcəyini bildirmiş, bəzən isə mesajlarına cavab yazmamış, zənglərinə cavab verməmişdir. Sonralar qonşulardan Aqilin başqa şəxslərə də borclu olduğunu öyrənmiş, bu barədə Aqilin özündən soruşsa da, Aqil bunu inkar etmişdir. Aqillə aralarında olan telefon yazışmalarında Aqilin pulu qaytarmasını tələb etməsinə dair yazılar var. Məhkəmə iclasında Şahid2 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun atası olsa da, onlar birlikdə yaşamırlar. Atası həkimdir və Abşeron rayon xəstəxanasında işləyir. Təqsirləndirilən şəxs tanımamış və görməmişdir. Aqilin adını eşitmişdir, belə ki, bildiyi qədər Aqil atasının yaşadığı binanın qarşısında olan mağazada qəssab işləyirmiş. Ali təhsilli olsa da, heç bir yerdə işləmədiyindən atası onu şirkətlərin birində işə düzəltmək istəmişdir. 2021-ci ilin iyul ayının ortalarında atası yaşadığı evə gələrək Aqil adlı şəxslə danışdığını, onu “Socar” Neft” şirkətinə işə düzəldəcəyini bildirmişdir. Aqilin atasına deməsinə görə Aqil, "Socar" Neft şirkətinə ət satmış və bu minvalla orada işləyən şəxslərlə tanşlığı yaranmışdır, həmin şəxslərin vasitəsilə də onu işə düzəldəcəkdir. Aqil atasından bunun müqabilində 10000 manat pul istəmişdir. 2021-ci ilin iyul ayının sonlarında yaşadığı evdə olan zaman atası gəlmiş və Aqilə 10000 manat pulu verdiyini bildirmişdir. Aqilin atasına deməsinə görə 10 gün ərzində lazımi sənədlər deyiləcəkmiş, onlar da həmin sənədləri hazırlayıb təqdim edəcəkdilər. Lakin Aqil hansı sənədlərin lazım olacağını bildirməmişdir. Bir müddət keçdikdən sonra Aqilin atasını aldadıb pulunu ələ keçirdiyi məlum olmuşdur. Bir neçə aydan sonra atası Aqil başqa şəxsləri də aldatdığını bildirmişdir. Atası Aqilə pul verən zaman orada olmamışdır, sonradan öyrəndiyinə görə atası Aqilə pulu işlədiyi yerdə vermişdir. Məhkəmə iclasında Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, atası onu Aqil ad şəxsin vasitəsi ilə Socaqr neft şirkətinə işə düzəldəcəyini bildirdikdə o həmin neft şirkətinə işçilərin test və müsahibə yolu ilə işə qəbul olunduqlarını bildirsə də, atası isə cavabında onun imtahansız işə götürüləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs atasına onu ixtisası üzrə, yəni maliyyə sahəsi üzrə işə düzəldəcəyini bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində ifadəsi alınmış X17 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 2003-cü ildən tanıyır. Aqil əvvəllər onların yanında işləmiş, daha sonra təxminən 1 il yarım, 2022-ci ilin avqust ayının 15-dən birlikdə şərik kimi ət dükanı işlətmişlər. Əvvəllər kiməsə borc alıb vermədiyini eşitməsə də, ət dükanını işlətdikdən sonra barəsində narazılıqlar olduğunu bilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə pul verməsinin dəfələrlə şahidi olmuşdur, hətta pulun bir hissəsini də özü vermişdir. Məhkəmə iclasında şahid X17 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs neft şirkətinə ət verməsi ilə bağlı məlumatım olmamışdır, Aqilin Zərərçəkmiş şəxs1 17000 manat pul borclu olduğunu öyrəndikdən sonra Aqilə kömək etmək məqsədilə 3 dəfə 200 manat və 1 dəfə 2000 manat olmaqla Salehə nağd şəkildə pul vermişdir. Zərərçəkmiş şəxs1 olan borcun səbəbini bilməsə də, zərərçəkmiş şəxs Üsürüf Abasova olan 20000 manat borcun Aqillə şərik kimi iş görmək istəmələri səbəbindən olduğunu eşitmişdir. Birlikdə işlədikləri müddət ərzində satılacaq olan mal-qaranı o almışdır. Aqilin zərərçəkmiş şəxs Üsürüf Abasovdan məhz iri buynuzlu və xırda buynuzlu mal-qaranı almaq üçün pul almasını bilmişdir. Zərərçəkmiş şəxs2 olan borcun əvəzi kimi dəfələrlə ona ət verməyi təklif etmişdir. Aqilin cinayət işi üzrə zərərçəkmiş şəxslərə hansı vədlər verdiyi haqqında məlumatı yoxdur. Məhkəmə iclasında şahid X17 məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aqilin Zərərçəkmiş şəxs4 götürdüyü pulun kredit məqsədilə olmasını bilmişdir. Aqil ona Zərərçəkmiş şəxs2 10000 manat pul götürdüyünü, həmin borcdan cəmi 1000 manatı qaldığını demişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında ifadə verən X3 bildirmişdir ki, o həmin ət dükanında işçi olmuşdur. Təqsirləndirilən şəxs da həmin dükanda bir yerdə işlədiklərinə görə tanımışdır. Vətəndaşlar tez-tez həmin ət dükanına gəlmiş, dükanın bayır hissəsində Aqillə söhbət etmişlər, lakin o içəridə işlədiyi üçün heç bir söhbətdən xəbər tutmamışdır. Məhkəmə iclasında şahid X3 təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aqil zərərçəkmiş şəxslərlə ancaq ət dükanının çölündə danışdığından, heç bir danışıqlarını eşitməmiş və şahid olmamışdır. Onun işi ət dükanında təmizlikdən ibarət olmuşdur. Onun Aqilin neft şirkətinə ət satmasından da məlumatı olmamışdır. Məhkəmə iclasında şahif X3 məhkəmə tərəfindən ona verilmiş suala cavab olaraq bildirmişdir ki, son günlər ət dükanına xeyli sayda adamlar gəlib getdiyindən Aqilin borcu olduğunu bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, Bolluq bazarının yanında yerləşən ət dükanının qarşısında baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abbas oğlunun əməlinə hüquqi qiymət vermək məqsədilə onun olduğu yerin müəyyən edilib məcburi qaydada gətirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abbas oğluna ittiham elan edilməsi məqsədilə barəsində axtarış elan olunmuş və cinayət işinin icraatı şəxs tutulub təhvil verilənədək dayandırılmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində tutulmuşdur. xx.xx.2023-cü il tarixli Üzləşdirmə protoklundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onu Socar şirkətinə işə düzəldəcəyi adı ilə pul verdiyini onun üzünə bildirmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs3 ona ət satıb qazanc əldə etmək məqsədi ilə verdiyi 20000 manat puldan 3700 manat qazanc, ana puldan isə 8000 manat pul verdiyini, hazırda 12000 manat pul borcunun qaldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Üzləşdirmə protoklundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun oğlu Orxan işsiz olduğundan oğlunu Socar şirkətinə işə düzəldəcəyi adı ilə 1000 manat pul verdiyini onun üzünə bildirmişdir.Təqsirləndirilən şəxs isə iribuynuzlu və xırdabuynuzlu malqaranı alıb, ət satıb qazanc əldə etmək məqsədi ilə pul aldığını, həmin puldan 11 ay hər ay 800 manat oolmaqla qazanc verdiyini, ana pul yəni 10000 manatdan isə 8000 manat pul ödədiyini, hazırda ona 2000 manat pul verməli bildirmişdir. xx.xx.2023-cü il tarixli Üzləşdirmə protoklundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ona hər ay Socar neft şirkətinə hər ay 5 ton ət satdığını bildirib, onu buna inandırdıqdan sonra ona 11000 manat pul verdiyini onun üzünə bildirmişdir. Təqsirləndirilən şəxs isə Elyasdan pul aldığını, eyni zamanda Bank of Bakudan kredit almaq istədiyini, bu zaman Zərərçəkmiş şəxs4 ona həmin kredit müqaviləsi üzrə zamin dayanmasını xahiş etməsini, Elyasın həmin kredit müqaviləsi üzrə zamin dayandığını, bankdan 30000 anat məbləğində kredit pul aldığını, həmin pulun 15000 manatı ilə əvvəlki 15000 manat olan kredit müqaviləsinin bağlanılmasını, sonradan kredit müqaviləsi üzrə aylıq ödənişləri ödəməkdə çətinlik çəkməsi səbəbindən Zərərçəkmiş şəxs4 onun yerinə kredit müqaviləsi üzrə aylıq ödənişlər etdiyini, 2022-ci ilin avqust ayında Elyasa 2800 manat pul ödədiyini, onun ödəmiş olduğu həmin pul məbləği ilə bağlı Elyasın ona məxsus olan kitabçasında imza etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli Üzləşdirmə protoklundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu Socar neft şirkətinə anbardar vəzifəsinə işə düzəldəcəyi adı ilə ondan 17000 manat pul aldığını, daha sonra həmin puldan 3000 manat pul qaytardığını onun üzünə bildirmişdir. Təqsirləndirilən şəxs isə Salehin oğlu Səbuhinin ona ət satıb qazanc əldə etmək məqsədi ilə ona 15000 manat pul verdiyini, həmin puldan 2000 manat qazanc, 8000 manat əsas puldan olmaqla ümumilikdə 10000 manat qaytarmışdır, hazırda 7000 manat pul ödəməlidir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-889/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-804/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimatın qismən təmin edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-889/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmiş və həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-863/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və X15 tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-921/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmiş və həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şahid ifadələri, zərərçəkmiş şəxslətin ifadələri, üzləşdirmə və hadisə yerinə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. 19 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Əvəz oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 hər biri ayrı-ayrılıqda ərizə verərək cinayət işi üzrə onlara dəymiş olan zərərin təqsirləndirilən şəxsin qardaşı X10 tərəfindən ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, iddia və tələblərinin olmadıqlarını bildirmişlər. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ilkin izahatından görünür ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs verdiyi ilkin izahatında Zərərçəkmiş şəxs2 ona ət satıb qazanc əldə etmək məqsədi ilə ümumilikə 10000 manat pul verdiyini, onun isə həmin puldan 9200 manat pul qaytardığını, Zərərçəkmiş şəxs3 Əvəz oğlunun ona 20000 manat pul verdiyini, Üsürüfə 1-ci ay 3200 manat, 2-ci ay 1600 manat, 3-cü ay 800 manat olmaqla 5600 manat məbləğində pul verdiyini, bu məbləğdən əlavə də 4000 manat pul verdiyini, yəni ümumilikdə 9600 manat pul verdiyini, Zərərçəkmiş şəxs1 oğlu Səbuhinin ona eyni məqsədlə 16000 manat pul verdiyini, 3 ay hər ay 1500 manat olmaqla 4500 manat verdiyini, daha sonra Səbuhinin ondan pul istədiyi üçün 5000 manat verdiyini, daha sonra Səbuhinin atası Salehə 2000 manat bütöv şəkildə, 4 ay hər ay hər həftə 200 manat olmaqla pul verdiyini, Zərərçəkmiş şəxs4 ona bankdan kredit götürən zaman zamin dayandığını, bankdan 30000 manat kredit aldığını, həmin məbləğin 15000 manatının əvvəlki kredit məbləğinin silinməsini, aralarında olan razılaşmaya əsasən Elyasa hər gün 30 manat pul verəcəyini, Elyasın ona kreditin ödənilməsində hər ay 200 manat köməklik edəcəyini, 11 ay Elyasın 200 manatını ödəsə də, sonradan həmin pulu ödəyə bilmədiyini bildirmişdir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, həmin istintaq hərəkətinin keçirilməsi zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Əvəz oğlu Təqsirləndirilən şəxs üzünə həmin pulu Socar neft şirkətinə işə düzəltmək adı ilə verdiklərini bildirmişlər. Bundan əlavə həmin üzləşdirmə keçirilən zaman, eyni zamanda təqsirləndirilən şəxsin ifadəsi alınan zaman Təqsirləndirilən şəxs ilkin izahatında qeyd etdiyi məbləğlərdən fərqli məbləğlər bildirərək Zərərçəkmiş şəxs2 aldığı məbləğdən 2000 manat, Zərərçəkmiş şəxs3 12000 manat, Zərərçəkmiş şəxs1 7000 manat, Zərərçəkmiş şəxs4 isə Bank of Baku ASC-dən götürülmüş kredit müqaviləsi üzrə zamin dayandığını, həmin kredit müqaviləsinin ödənişlərinə görə 2800 manat məbləğində pul ödədiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ifadəsindən sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Abbasov X19 neft şirkətinə işə düzəltmək adı ilə pul verdiklərini, Zərərçəkmiş şəxs4 isə Təqsirləndirilən şəxs Socar neft şirkətinə hər ay 5 tona yaxın ət satmasına inandığı üçün ona pul verdiyini bildirmişlər. Məhkəmə iclasında da Təqsirləndirilən şəxs ifadə verən zaman özünü təqsirli bilməyərək, həmin pul məbləğlərini zərərçəkmiş şəxslərdən ət satıb qazanc əldə etmək məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə baxmayaraq cinayət işi üzrə hansı səbəbə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi soruşulduqda o pul borcunun olduğu üçün həmin pulun qardaşı tərəfindən ödənildiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs verdiyi ilkin izahatı ilə həm məhkəməyədək icraat zamanı həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərdikləri xüsusatlar arasında ziddiyyətlər olmuş, eyni zamanda özünü təqsirli bilməsə də vurulmuş olan ziyan zərərçəkmiş şəxslərə ödənilmişdir. Bundan əlavə məhkəmə cinayət işi üzrə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında ifadə vermiş X17 və X2 məhkəmə iclasında verdikləri ifadələrlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında X24 İbrahimovun borcları üzrə məbləğlərin hətta bir qisminin onun tərəfindən şəxsən ödənildiyini bildirsə də, məhkəmə tərəfindən ona verilmiş Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında pul münasibətlərinin hansı səbəbdən yaranması sualına cavabında borcun hansı səbəbdən yarandığını bilmədiyini bildirmişdir. X5 Təqsirləndirilən şəxs uzun müddət tanımasını, hətta onun zərərçəkmiş şəxslərə olan borcundan şəxsən ödənişlər etməsi nəzərə alınmaqla həmin borcun hansı səbəbdən yaranmasına dair məlumatının olmamasına dair verdiyi cavaba məhkəmə şübhə ilə yanaşaraq qeyd edir ki, X6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə verilən ifadələrdir. Bu səbəbdən həmin ifadələr sübut növü kimi qəbul edilməməlidir. Eyni zamanda müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında ifadə verən X2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında olan ziddiyyətlərlə bağlı məhkəmə Vəsilə Həsənovanın uzun müddət Təqsirləndirilən şəxsla birgə həmin mağazada işləməsini, bu səbəbdən Təqsirləndirilən şəxs kömək etmək məqsədi ilə ondan soruşulan bütün suallara məlumatının olmamasına dair cavablar verməsini Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə verilən ifadələr olduğunu hesab edərək həmin ifadələri sübut növü kimi qəbul etmir. Göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair verdiyi ifadələrə tənqidi yanaşıb, təqsirləndirilən şəxsin ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığını hesab edir və hazırki cinayət işi üzrə CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın tam olaraq ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, 10 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş, 16 avqust 2023-cü il tarixdə, saat 16:40-da tutularaq istintaqa təhvil verilmiş, barəsində Binəqədi Rayon Məhkəməsinin 4(001)-889/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdən hazırki vaxta qədər, yəni 6(altı) ay 7(yeddi) gün müddətində həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək həbsdə olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 6(altı) ay 7(yeddi) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-95/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-95/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver