Məhkəmə qərarları › İş №1(001)-95/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-95/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-95/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilən, işləməyən, İmişli rayonu, İmişli şəhəri, Z.Bünyadov küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 8, nömrəsiz fərdi evdə yaşamış, “hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,443 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 10 yanvar 2024-cü il tarixdə, saat 14:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 17 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 15:25-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,443 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,373 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 28 fevral 2024-cü il tarixdə saat 20:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 12 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 21:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz-çəkisi 0,373 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,386 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 03 aprel 2024-cü il tarixdə saat 19:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 20:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,386 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,426 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 19 aprel 2024-cü il tarixdə saat 12:50-də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 14:00-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,426 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,406 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 07 may 2024-cü il tarixdə saat 17:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 18:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,406 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,554 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qəhvəyi şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 10 iyul 2024cü il tarixdə saat 19:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 20:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,554 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini, ona elan edilmiş ittihamda göstərilmiş bütün epizodıar üzrə özünü təqsirli bildiyini, iş materiallarında olan bütün ifadələrini oxuyub imzaladığını bildirmidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid2, Şahid2 və Şahid3 ifadə verdikdən sonra təqsirləndirilən şəxsə verilmiş suallara cavab olaraq adları qeyd edilən şahidlərin düzgün ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə heç kiminin olmadığını, ailəsinə tək özünün baxdığını bildirməklə barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cü PB-in cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında 03 aprel 2024-cü il tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis mayoru Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs saxlayaraq Binəqədi RPİ-nin 40-cı PB-yə aparmışlar. Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, bükümün içərisində olan kütlənin metamfetamin olduğunu, həmin psixotrop maddəni də xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli bazarı” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan başqa 07 may 2024-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru Şahid2 oğl ilə birlikdə Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlayaraq bölməyə gətirmişlər. Bölmədə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində daşıdığı psixotrop maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan dairəsi” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin sahə inspektoru Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadələrini təsdiq etdiyini bildirərək göstərmişdir ki, təqsirləndirilən şəxsi 3 epizod üzrə saxlanılmasında iştirak etmişdir. Belə ki, 03 aprel 2024-cü il tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında Bakı şəhəri Binəqədi RPİ-in 40-cü PB-in cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 ilə birgə Təqsirləndirilən şəxs saxlayaraq Binəqədi RPİ-nin 40-cı PB-yə aparmışlar. Bölmədə keçirilmiş şəxsi axtarış zamanı təqsirləndirilən şəxs üzərində olan psixotrop maddə metamfetamini təqdim etmiş və həmin metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli bazarı” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan başqa 19 aprel 2024-cü ildə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə ondan və Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri ilə 19 aprel 2024-cü il tarixdə saat 12:50-də Bakı şəhəri, ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Bölmədə onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən o, üzərində daşıdığı metamfetamini təqdim etmiş və həmin psixotrop maddəni də xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid6 ilə birlikdə 10 iyul 2024-cü il tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında piyada olan zaman Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq polis bölməsinə gətirdikdən sonra Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı o, üzərində olan heroini təqdim etmiş, həmin narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli bazarı” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 3 epizodda iştirak etmişdir. Hər 3 epizod üzrə Təqsirləndirilən şəxs üzərində daşıdığı psixotrop maddəni təqdim etməklə səmimi ifadə vermiş və törətdiyi əməli etiraf etmişdir. Belə ki, 10 yanvar 2024-cü ildə Binəqədi RPİ-nin 40-cı PB-nə Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin cinayətaxtarış üzrə əməliyyat müvəkkili Şahid1 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 10 yanvar 2024-cü il tarixdə saat 14:10-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 17 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Binəqədi RPİ-nin 40-cı PB-yə dəvət etmişdirlər. Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində daşıdığı bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümdəki maddənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü ildə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu "Sovetski" adlanan yerdə tanımadığı şəxsdən 10 manat pul verməklə şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa 28 fevral 2024-cü ildə daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 28 fevral 2024-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 12 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq bölməyə gətirmişlər. Həmin zaman Təqsirləndirilən şəxs üzərində metamfetamin olmuş, sonuncu metamfetamini şəxsi axtarış zamanı təqdim etmiş və həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan başqa 07 may 2024-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında Bakı şəhəri Binəqədi RPİ-in 40-cü PB-in cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlayaraq bölməyə gətirmişlər. Bölmədə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində daşıdığı psixotrop maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan dairəsi” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 epizodda iştirak etmiş, hər iki epizodda Təqsirləndirilən şəxs üzərində daşıdığı maddəni könüllü təqdim etmiş, həmçinin səmimi ifadə verməklə törətdiyi əməli etiraf etmişdir. Belə ki, ilk dəfə xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşı Şahid2 ilə birlikdə 28 fevral 2024-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 12 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb, bölməyə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə aşkar olunmuşdur, Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Bundan başqa 19 aprel 2024-cü ildə işlədiyi Binəqədi RPİ-nin 40-cı PB-nə Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun və Şahid5 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü Şahid5la birlikdə Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə saat 12:50-də Bakı şəhəri, ünvan 4 ünvanının yaxınlığında saxlayaraq bölməyə gətirmişlər. Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş, lakin ondan başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, bükümün içərisində olan kütlənin metamfetamin olduğunu, həmin psixotrop maddəni də xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, “10 yanvar 2024-cü ildə işlədiyi Binəqədi RPİ-nin 40-cı PB-nə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında xx.xx.1983-cü il tarixdə, İmişli rayonunda anadan olmuş, İmişli rayonu, İmişli şəhəri, Z.Bünyadov küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla ünvan 8, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 40-cı PB-nin rəhbərliyinə raportla məlumat vermiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, onun rəhbərlik etdiyi, Binəqədi RPİ-nin 40-cı PB-nin sahə rəisi, polis polkovnik-leytenantı Şahid2 da daxil olduğu əməliyyat qrupunu təşkil etmişdir. Üzərində psixotrop maddələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və psixotrop maddələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid2la birlikdə Təqsirləndirilən şəxs xarici əlamətlərindən oxşayan şəxsi bir müddət müşahidə edib izlədikdən sonra 10 yanvar 2024-cü il tarixdə saat 14:10-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 17 ünvanının yaxınlığında piyada olan zaman əlverişli şərait yarandığından saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə həmin özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyəti ilə maraqlanmışdırlar. Həmin şəxs həqiqətən də Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş və bundan sonra onlar həmin şəxsə, psixotrop maddələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-nin 40-cı PB-yə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs bizim dəvətlərinə etiraz etmədiyindən onlar həmin şəxslə birlikdə xidmət etdikləri polis bölməsinə gəlmişdirlər. Orada əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis leytenantı Kamil Cahangirova təqdim ediməklə araşdırmanın aparılması da həmin təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri “11” saylı Vəkil bürosundan vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş, lakin ondan başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, narkomanlar arasında patı kimi tanınan psixotrop maddə hesab edilən metamfetamini falqanın üzərində çəkməklə istifadə etdiyini, üzərindən aşkar edilmiş həmin bükümdəki maddənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü ildə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu "Sovetski" adlanan yerdə tanımadığı şəxsdən 10 manat pul verməklə şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metametaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis leytenantı Kamil Cahangirov tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir mərhələdə heç bir fiziki, psixi və ya hər hansı bir digər formada təsir olunmamışdır.” Şahid6 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid6 həmin ifadəsində göstərmişdir ki, “10 iyul 2024-cü ildə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 40-cı PB-nin rəhbərliyinə raportla məlumat vermiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, onun rəhbərlik etdiyi, Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis mayoru Şahid5 da daxil olduğu əməliyyat qrupunu təşkil etmişdir. Üzərində narkotik vasitələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid5 birlikdə Təqsirləndirilən şəxs xarici əlamətlərindən oxşayan şəxsi bir müddət müşahidə edib izlədikdən sonra 10 iyul 2024-cü il tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında piyada olan zaman əlverişli şərait yarandığından saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə həmin şəxsə özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyəti ilə maraqlanmışdırlar. Həmin şəxs həqiqətən də Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş və bundan sonra onlar həmin şəxsə, narkotik vasitələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-nin 40-cı PB-yə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etmədiyindən onlar həmin şəxslə birlikdə xidmət etdikləri polis bölməsinə gəlmişdirlər. Orada əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Binəqədi RPİ- nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Nicat Rəfibəyliyə təqdim ediməklə araşdırmanın aparılması da həmin təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri “11” saylı Vəkil bürosundan vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 manat pul və həmin şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş, lakin ondan başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, bükümün içərisində olan kütlənin heroin olduğunu, həmin narkotik vasitəni də xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli bazarı” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Nicat Rəfibəyli tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şahid6 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir mərhələdə heç bir fiziki, psixi və ya hər hansı bir digər formada təsir olunmamışdır.” İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 24004027 saylı cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:05-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 14:10-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Vət. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, narkomanlar arasında patı kimi tanınan psixotrop maddə hesab edilən metamfetamini falqanın üzərində çəkməklə istifadə etdiyini, üzərindən aşkar edilmiş həmin bükümdəki maddənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü ildə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu "Sovetski" adlanan yerdə tanımadığı şəxsdən 10 manat pul verməklə şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-6/133 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,443 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,443 qram kütlə qəbul edilmiş, 0,050 qram tədqiqat üçün istifadə edilmiş, 0,393 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:30-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 20:00-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Vət. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, bükümün içərisində olan kütlənin metamfetamin olduğunu, həmin psixotrop maddəni də xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin" adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin psixotrop maddəyə bənzər maddə tərəzi vasitəsi ilə çəkisi çəkilmiş və çəkisinin 0,49 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-6/1218 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,373 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,373 qram kütlə qəbul edilmiş, 0,050 qram tədqiqat üçün istifadə edilmiş, 0,323 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:15-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 19:00-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 manat pulu və həmin şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Vət. Təqsirləndirilən şəxs üst- başını səliqəyə salması tələb edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, bükümün içərisində olan kütlənin metamfetamin olduğunu, həmin psixotrop maddəni də xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli bazarı” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin psixotrop maddəyə bənzər maddə tərəzi vasitəsi ilə çəkisi çəkilmiş və çəkisinin 0,45 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-6/1833 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,386 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,386 qram kütlə qəbul edilmiş, 0,050 qram tədqiqat üçün istifadə edilmiş, 0,336 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:45-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 12:50-dən tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Vət. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, bükümün içərisində olan kütlənin metamfetamin olduğunu, həmin psixotrop maddəni də xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin psixotrop maddəyə bənzər maddə tərəzi vasitəsi ilə çəkisi çəkilmiş və çəkisinin 0,49 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-6/2145 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,426 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,426 qram kütlə qəbul edilmiş, 0,050 qram tədqiqat üçün istifadə edilmiş, 0,376 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:10-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 17:00-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Vət. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, bükümün içərisində olan kütlənin metamfetamin olduğunu, həmin psixotrop maddəni də xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan dairəsi” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin psixotrop maddəyə bənzər maddə tərəzi vasitəsi ilə çəkisi çəkilmiş və çəkisinin 0,47 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-6/2562 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,406 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,406 qram kütlə qəbul edilmiş, 0,050 qram tədqiqat üçün istifadə edilmiş, 0,356 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:10-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 19:00-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynindəki qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 manat pul və həmin şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Vət. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, bükümün içərisində olan kütlənin heroin olduğunu, həmin narkotik vasitəni də xx.xx.2024cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli bazarı” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin narkotik vasitəyə bənzər kütlə tərəzi vasitəsi ilə çəkisi çəkilmiş və çəkisinin 0,64 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-6/3591 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 0,554 qram kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,554 qram kütlə qəbul edilmiş, 0,050 qram tədqiqat üçün istifadə edilmiş, 0,504 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 X4 X5 üzrə xx.xx.2024-cü il tarixli, 187 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Həmzəyev X1 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsili bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmin hökmdən eyni zamanda Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli i(056)60/2016 nömrəli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-513/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 19:00-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardang görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,443 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalmış 0,393 qram psixotrop maddə metamfetaminin, təmiz çəkisi 0,373 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalmış 0,323 qram psixotrop maddə metamfetaminin, təmiz çəkisi 0,386 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalmış 0,336 qram psixotrop maddə metamfetaminin, təmiz çəkisi 0,426 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalmış 0,376 qram psixotrop maddə metamfetaminin, təmiz çəkisi 0,406 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalmış 0,356 qram psixotrop maddə metamfetaminin, təmiz 0,554 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalmış 0,504 qram narkotik vasitə heroinin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişlərin görüntüləri olan 6 ədəd diskin iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmış, psixotrop maddə olan 0,393 qram metamfetamin, psixotrop maddə olan 0,323 qram metamfetamin, psixotrop maddə olan 0,336 qram metamfetamin, psixotrop maddə olan 0,376 qram metamfetamin, psixotrop maddə olan 0,356 qram metamfetamin, narkotik vasitə olan 0,504 qram heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 6 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-95/2025 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, ekspert rəyləri, maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” və “Psixotrop maddələr” adlı siyahılara əsasən narkotik vasitə heroin üçün və psixotrop maddə metamfetamin üçün xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,15 qram olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi ifadə verməklə törətdiyi cinayət əməlini etiraf etməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Həmzəyev X1 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsili bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli və İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə məhkum olunduğu az ağır cinayətlərə görə üzərində olan məhkumluqları, onun həmin cəzalardan azad olunduğu vaxtdan iki il keçdiyindən ödənilmişdir, hazırkı cinayət işi üzrə ictimai təhlükəli əməllər isə onun hər iki hökm üzrə məhkumluğu ödənildikdən sonra törədildiyindən onun əməlində cinayətlərin residivi yaranmır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 16-cı maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs müvafiq olaraq 10 yanvar 2024-cü il tarixdə, 28 fevral 2024-cü il tarixdə, 03 aprel 2024-cü il tarixdə, 19 aprel 2024-cü il tarixdə, 07 may 2024-cü il tarixdə, 10 iyul 2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və həmin əməllərin heç birinə görə o məhkum olunmamış və cinayət məsuliyyətindən azad edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin təkrar törədilməsi hesab edilməlidir. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, o, əvvəllər iki dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müvafiq olaraq 1 il 6 ay və 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq cəzanın məqsədinə nail olunmamış və o islah olunmayaraq təyin edilmiş cəzaları çəkdikdən və həmin hökümlər üzrə üzərində yaranmış məhkumluqları ödənildikdən sonra yenidən 2024-cü ilin müvafiq olaraq 10 yanvar, 28 fevral, 03 aprel, 19 aprel, 07 may və 10 iyul tarixlərində olmaqla ümumilikdə 6 (altı) dəfə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, ona daha əvvəl iki dəfə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları ilə cəzanın məqsədinə nail olunmadığından hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası əvvəllər təyin edilmiş müddətdən yuxarı olmaqla təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (törətdiyi əməli etiraf edərək səmimi ifadə verməsi) və ağırlaşdıran halın (cinayətlərin təkrar törədilməsi) olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı ümumilikdə 9 (doqquz) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (69.3), həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri ayrı-ayrılıqda 0,393 qram, 0,323 qram, 0,336 qram, 0,376 qram, 0,356 qram olan psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiş çəkisi 0,504 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 6 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 541 (beş yüz qırx bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı ümumilikdə 9 (doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 5 (beş) ay, 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri ayrı-ayrılıqda 0,393 qram, 0,323 qram, 0,336 qram, 0,376 qram, 0,356 qram olan psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiş çəkisi 0,504 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 06 (altı) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 541 (beş yüz qırx bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar