Məhkəmə qərarları › İş №1(001)-96/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-96/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-96/2025 08.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu Kəbirli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Hökməli qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,267 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini 1 ədəd qızılı rəngli folqa bükümdə əldə edərək əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 20:30-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin gün saat 22:20-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli folqaya bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,267 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 1986-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, fərdi işlə məşğul olan, orta təhsilli, Ağcabədi rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayır. Ruhi və psixoloji xəstəliyi yoxdur, əqli cəhətdən sağlamdır. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Psixotrop maddə qəbul etmək istədiyi üçün 16 may 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” məhəlləsinə getmişdir. Orada hər dəfə fərqli yerlərdə rastlaşdığı tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxsdən bir büküm psixotrop maddə metamfetamin istəmişdir. Sonuncu ona 10 manat qarşılığında bir ədəd qızılı rəngli folqaya bükülmüş olan psixotrop maddə metamfetamini satmış və o həmin bükümü əynində olan mavi rəngli cins şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. Lakin bir neçə saat sonra, yəni 16 may 2024-cü il tarixdə saat 20:30-da ünvan 1 ünvanında piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra o Binəqədi RPİ-nin 6-cı polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd qızılı rəngli folqa bükümdə olan psixotrop maddə metamfetamini, sol yan cibindən isə özünə məxsus 01 ədəd qara rəngli “Xiaomi Mi 6” markalı mobil telefon və 24 manat pul əskinasını çıxarıb könüllü şəkildə təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilmiş və möhürlənmişdir. Sonradan göndərilən məhkəmə-kimyəvi ekspertizanın rəyinə əsasən üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,267 qram olduğu təsbit olunaraq ona elan edildi. O, Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” ərazisində 10 manat qarşılığında qızılı rəngli folqaya bükülmüş olan psixotrop maddə metamfetamini satmış şəxsin anket məlumatlarını bilmir və həmin şəxs haqqında hansısa məlumatı yoxdur. Habelə həmin şəxsin mobil telefon nömrəsini bilmir və onunla heç vaxt telefon əlaqəsi saxlamamışdır. Saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmişdir. Əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru vəzifəsində işləyir və polis mayoru rütbəsini daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunun üzvü olmuşdur. Bununla əlaqədar 16 may 2024-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 6-cı PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından bölməyə Bakı şəhəri, Vəkillər kollegiyasının 11 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. X1 şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, ondan vəsatət və şikayəti olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs hər hansı şikayət və vəsatəti olmadığını bildirmişdir. Onun və iş yoldaşı Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə Binəqədi RPİ-nin KTQ-nın ekspert-kriminalisti, polis mayoru X3 videoçəkiliş aparması ilə Binəqədi RPİ-nin 6-cı PB-nın təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış və götürmə keçirilmişdir. Təhqiqatçı özünü, onu və iş yoldaşını, şübhəli şəxsi təqdim edərək 16 may 2024-cü il tarixində Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 20:30 dəqiqədə ünvan 3 ünvanında saxlanılaraq ünvan 4vanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin inzibati binasına gətirildiyini bildirmişdir. Təhqiqatçı şübhəli şəxsə və ekspert-kriminalistə izah etmiş olduğu hüquq və vəzifələrinin yenidən izah edilməsinə ehtiyac olub-olmamasını soruşmuşdur. Şübhəli şəxs və ekspertkriminalist hüquq və vəzifələrinin onlara aydın olduğunu, yenidən izah edilməsinə ehtiyac olmadığını bildirmişlər. Daha sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyriqanuni əşya və ya predmet olub- olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində 01 ədəd qızılı rəngli folqa bükümü və sol yan cibindən isə 01 ədəd qara rəngli “Xiaomi Mi 6” markalı mobil telefonu və 24 manat pul əskinasını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu haradan, necə və neçəyə əldə etməsi barədə suallar vermişdir. Şübhəli şəxs isə həmin bükümün psixotrop maddə-metamfetamin olduğunu, həmin maddəni 16 may 2024-cü il tarixdə axşam saatlarında Nəsimi rayonu, “Papanin” məhəlləsindən tanımadığı şəxsdən 10 manat qarşılığında şəxsi istifadəsi məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümün içərisini açaraq ağ rəngli psixotrop maddə-metamfetaminə bənzər maddə olduğunu müəyyən etmiş, elektron tərəzi vasitəsi ilə ölçərək qablaşdırma ilə birlikdə çəkisinin 0,42 qram olduğunu müəyyən etmişdir. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən müvafiq ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Ardınca isə zərf “175” nömrəli möhürlə möhürlənmişdir. Bundan sonra şəxsin üzərində təhqiqatçı tərəfindən axtarış keçirilmiş və üzərində hər hansı əşya və ya predmet aşkarlanmamışdır. O və digər iştirakçılar tərəfindən zərfin üzərini imzalanmışdır. İstintaq hərəkəti protokollaşdırılaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa bildirmişdir ki, şübhəlinin üzərinə şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən onun büküldüyü sellofan kəsiyi ilə birlikdə kütləsinin elektron tərəzidə 0,42 qram, lakin müvafiq tədqiqat zamanı həmin maddənin təmiz çəkisinin, yəni büküldüyü folqa bükümü olmadan çəkisinin 0,267 qram olması iş üzrə ziddiyyətli hal kimi sayıla bilməz. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 17 may 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 24). Şəxsi axtarış və götürmə aparılması haqqında 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə saat 20:30 radələrində ünvan 6 ünvanında piyada hərəkət edən zaman Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 6-cı Polis Bölməsinin inzibati binasına aparılaraq saat 22:20 radələrində üzərinə baxış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd qızılı rəngli folqaya bükülmüş bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 37-38). Məhkəmə kimyəvi ekspertizasının 17 may 2024-cü il tarixli, 3-16-16/2-6/2794 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №175 dairəvi möhür əksi olan, “Vəliyev” sözü, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,267 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,217 qram (cild 1, i.v 46- 48). Diskə baxış keçirilməsi haqqında 17 may 2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 02 ədəd videogörüntü faylı mövcuddur. Birinci fayla baxış keçirdikdə videogörüntü faylının adının “00441” olması, faylın 11 dəqiqə 41 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Binəqədi RPİ-nin 6-cı PB-nın təhqiqatçısı, polis baş leytenantı X8 özünü, saxlanılaraq polis bölməsinə şübhəli şəxs qismində dəvət edilmiş Təqsirləndirilən şəxs və polis bölməsinin sahə inspektoru, polis mayoru Şahid2, CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, KTQ-nun ekspert-kriminalisti, polis mayoru X5 təqdim edir. Təhqiqatçı şübhəli şəxsə və ekspert-kriminalistə izah etmiş olduğu hüquq və vəzifələrinin yenidən izah edilməsinə ehtiyac olub-olmamasını soruşur. Şübhəli şəxs və ekspert-kriminalist hüquq və vəzifələrinin onlara aydın olduğunu, yenidən izah edilməsinə ehtiyac olmadığını bildirirlər. Təhqiqatçı şübhəli şəxsin 16 may 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi Rayon Polis idarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 20:30-da ünvan 1 ünvanında saxlanılaraq bölməyə gətirildiyini və şübhəli şəxs qismində tutulduğunu bildirir. Daha sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində 01 ədəd qızılı folqa bükümünü, sol yan cibindən isə 24 manat pul əskinası və 01 ədəd qara rəngli “Samsung Mi 6” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və necə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bükümün içərisində psixotrop maddə olduğunu, həmin maddəni 16 may 2024-cü il tarixdə axşam saatlarında Nəsimi rayonu “Pananin” məhəlləsindən tanımadığı şəxsdən 10 manat qarşılığında şəxsi istifadəsi məqsədilə aldığını bildirir. Bundan sonra təhqiqatçı şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümün içərisini açaraq isə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən edir, elektron tərəzi vasitəsi ilə ölçərək qablaşdırma ilə birlikdə çəkisinin 0,42 qram olduğunu müəyyən edir. Bundan sonra şəxsin üzərində təhqiqatçı tərəfindən axtarış keçirilir və üzərində hər hansı əşya və ya predmet aşkarlanmır. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən müvafiq ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırıldı. Ardınca isə zərf “175” nömrəli möhürlə möhürlənir. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra fayl üzrə çəkiliş bitir. İkinci fayla baxış zamanı həmin faylın adının “00207” olduğu, 01 dəqiqə 54 saniyəlik videogörüntüdən ibarət olduğu müəyyən edildi. Həmin videogörüntüdə isə Binəqədi RPİnin 6-cı PB-nın baş təhqiqatçısı, polis baş leytenantı X8 şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videogörüntüyə baxıldığını, protokollaşdırıldığını və iştirakçılara tərəfindən hər hansı şikayət daxil olmadığını bildirir. İştirakçıların hər biri tərtib edilmiş protokolu imzaladıqdan sonra çəkiliş yekunlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmçinin bu videogörüntülərdə görünən şəxsin məhz özü olduğunu da təsdiq etmişdir (cild 1, i.v 62-63). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 65). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, i.v 85). Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında 21 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,267 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, qalıq çəkisi (0,217 qram) saxlanılması üçün Binəqədi RPİ-nin X11 Kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılmışdır (cild 1, i.v 92-94). Məhkəmə-narkoloji ekspertizanın 22 may 2024-cü il tarixli, 3577 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.98-99). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin CA üzrə ə/m, polis mayoru Kamal Hüseynovun tərtib etdiyi 05 mart 2025-ci il il tarixli Protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 İdarəsindən verilmiş 24 iyun 2024-cü il tarixli Tələbnamədən görünür ki, Vəliyev X9 Rayon Məhkəməsinin 09 mart 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) islah işləri cəzası təyin edilmişdir; Qazax Hərbi Məhkəməsinin 27 sentyabr 2006-cı il tarixli hökmü ilə AR CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinmiş, ona 3 (üç) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza 6 ay şərti sınaq müddəti ilə əvəz edilmişdir; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 yanvar 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 180.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını tam çəkib qurtarmışdır; Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2009-cu i tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) 6 (altı) 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (cild 1, i.v.102-103). Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayəti 16 may 2024-cü il tarixdə yəni, əvvəlki törətdiyi cinayətlər üzrə məhkumluqları ödənildikdən sonra törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs səmimi peşmançılığını və öz əməlinə mənfi münasibətini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, cəzasını yüngülləşdirən şəxsiyyəti barədə işin konkret hallarını nəzərə alaraq hesab edir ki, onun bundan sonra cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Abşeron rayonunu, həmçinin Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək 16 may 2024-cü il tarixdən 18 may 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün və 05 mart 2025-ci il tarixdən 08 aprel 2025-ci il tarixədək həbsdə saxlandığı 34 (otuz dörd) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın 22 may 2024-cü il tarixli, 3577 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,217 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək həbsdə saxlandığı 34 (otuz dörd) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq (cəmi 2 ay 12 gün) üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri (Abşeron rayonu Hökməli qəsəbəsi, nömrəsiz ev) üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonunun, həmçinin Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,217 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X6, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar