Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-97/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə Hərbi Məhkəməsinin 06.08.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 24.09.2012-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 06.08.2012-ci il tarixli hökmü dəyişdirilib təyin olunmuş cəza 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 228.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 67.1-ci maddələrinə qəti olaraq 18 (on səkkiz) il 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəlində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04.03.2018-ci il tarixdən hesablanmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.09.2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.12.2018-ci il tarixli hökmündən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının sanksiya həddi 2 (iki) il müddətinə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 06.08.2012ci il tarixli hökmü ilə məhkum olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş, həmin maddələr ilə barəsində olan cinayət təqibinə xitam verilmiş, üzərində qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, cəza çəkdiyi Penitensiar Xidmətin 11 X3 “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya olan, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və 24.07.2021-ci il tarixdə, saat 15:00 radələrində Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisənin 2 saylı dəstəsinin 6 saylı yataqxanasında müəssisə əməkdaşları tərəfindən onun üzərinə və yataq yerinə keçirilmiş axtarış-baxış zamanı sağ əlində gizlətdiyi, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 14 may 2021-ci il tarixdə cəza çəkmək üçün 8 X3n 11 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Cəzaçəkmə müəssisəsinə daxil olduqdan sonra müəssisənin rəhbərliyi tərəfindən ona qarşı qərəzli münasibət göstərilmişdir. 24.07.2021-ci il tarixdə Penitensiar Xidmətin 11 X3 cəza çəkdiyi 2 saylı dəstənin 6 saylı yataqxanasında olarkən ona müəssisə əməkdaşları yaxınlaşaraq inzibati binaya dəvət etmişlər. O, etiraz etmədən müəssisə əməkdaşları ilə birlikdə rəis Şahid1 xidməti otağına getmişdir. Orada olan zaman Şahid1 masanın üzərində olan 1 ədəd sınmış vəziyyətdə olan mobil telefon aparatını ona göstərərək, həmin telefonun guya ona məxsus olduğunu demişdir. O, bu məsələyə öz etirazını bildirdikdə Şahid1 ona hədə-qorxu gələrək, aşkar olunaraq götürülmüş mobil telefon aparatının məhz ona məxsus olduğunu otaqda kifayət qədər əməkdaşların şahidlik edəcəyini demişdir. Lakin o, yenə buna etiraz etmiş və tərtib edilmiş protokola imza etməkdən və izahat verməkdən imtina etmişdir. Bundan sonra barəsində toplanmış material aidiyyəti üzrə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmiş və barəsində əsasız cinayət işi başlaınlmışdır. Göstərilənləri nəzərə alıb barəsində bəraət hökmü qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı X1 Şöbəsinin rəisi Şahid2 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs 11 saylı CM-nə 14.05.2021-ci il tarixdə 8 X3n qəbul olunmuş və sonuncu müəssisəyə daxil olduğu gündən ona CM-nin X4 ilə yanaşı, məhkumun hüquq və vəzifələri izah olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs şəxsi işində olan istiqamətləndirməyə əsasən sonuncu müəssisə əməkdaşlarına qarşı şantaj, şər və böhtan xarakterli şikayət ərizələri yazmağa, qadağan olunmuş əşyalar gəzdirməyə müəssisənin normal iş fəaliyyətini pozmağa yönələn hərəkətlər etməyə meylli məhkum kimi qeydiyyata alınmışdır. Əməliyyat şöbəsinə məhkum Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o, 24.07.2021-ci il tarixdə, saat 15 radələrində 11 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid3, Şahid4, Şahid5 və Şahid6 ilə birlikdə məhkum Təqsirləndirilən şəxs saxlanıldığı 2 saylı dəstəsinin 6 saylı yataqxanasına getmişlər. İçəri daxil olan zaman məhkum Təqsirləndirilən şəxs sağ əlində gizlətdiyi və sonradan onlara məlum olan daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan 1 ədəd “SAMSUNG” markalı mobil telefon aparatını çarpayının künc hissəsinə vuraraq sındırmış və üzərinə baxış keçirilməsinə maneçilik törətməyə çalışmışdır. Bundan sonra onlar dərhal məhkum Təqsirləndirilən şəxs əlində olan mobil telefon aparatı götürülmüşdür. Daha sonra şahidlərin və müəssissə əməkdaşların iştirakı ilə daxilində danışıq kartı olan həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, bu barədə müvafiq protokol tərtib edilmiş, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişdir. Lakin məhkum Təqsirləndirilən şəxs tərtib olunmuş protokolu imza etməkdən və bu barədə izahat verməkdən imtina etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları Şahid3, Şahid4, Şahid5 və Şahid6, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı X1 Şöbəsinin rəisi Şahid2 ilə oxşar məzmunda ifadələr verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27.08.2021-ci il tarixli qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs mobil telefon aparatı aşkar edilməsi faktına görə CM-in 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 29.12.2011-ci il tarixli 7-N №li qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X4» na 11-ci əlavədən görünür ki, mobil telefon cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. 24.07.2021-ci tarixli protokoldan görünür ki, əvvəlcədən əldə edilmiş məlumat əsasında müəssisə əməkdaşları tərəfindən məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirmək istəyərkən sonuncu sağ əlinin içərisində gizləyib saxladığı bir ədəd “Samsung” markalı mobil telefon aparatını çarpayının künc hissəsinə vuraraq sındırmış, lakin buna baxmayaraq məhkum Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon aparatı və üzərində olan “Azercell” GSM kartı müəssisə əməkdaşları tərəfindən götürülmüşdür. "xxxx" MMC-nin 06.08.2021-ci il tarixli, 15975 nömrəli məktubundan görünür ki, istintaq orqanı tərəfindən təqdim edilmiş smartkartın üzərində seriya nömrəsi görülmədiyi üçün lazımı məlumatların araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 26.07.2021-ci xasiyyətnaməsindən görünür ki, məhkum Təqsirləndirilən şəxs 11 saylı CM-nə 14.05.2021-ci il tarixdə 8 X3n qəbul olunmuşdur. Müəssisəyə daxil olduğu gündən ona Cəzaçəkmə müəssisəsinin X4 ilə yanaşı, məhkumun hüquq və vəzifələri izah olunmuş fərdi tərbiyəvi söhbətlər aparılmış, yataq yeri ilə təmin edilmişdir. Məhkuma iş planı tərtib edilərkən, onun fərdi xüsusiyyətləri, törətmiş olduğu cinayətin səbəbləri nəzərə alınmışdır. Məhkumun şəxsi işindən göründüyü kimi 15.01.2020-ci il tarixdə təsdiq edilmiş istiqamətləndirməyə əsasən məhkum müəssisə əməkdaşlarına qarşı şantaj, şər və böhtan xarakterli şikayət ərizələri yazmağa, qadağan olunmuş əşyalar gəzdirməyə, müəssisənin normal iş fəaliyyətini pozmağa yönələn hərəkətlər etməyə, özünə və digərlərinə xəsarət yetirməyə və digər qeyri-adi hərəkətlər etməyə meylli məhkum kimi qeydiyyata alınmışdır. Məhkum müəssisədə cəza çəkdiyi müddətdə özünü mənfi cəhətdən tanıtdırmış, daxili rejim qaydalarına riayət etməyərək özünü intizamsız aparmışdır. Məhkumun şəxsi işindən göründüyü kimi cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarını pozmuş və barəsində 31.05.2018-ci il tarixdə 06 gün müddətə, 05.03.2021-ci il tarixdə 06 gün müddətə, 15.05.2021-ci il tarixdə 05 gün müddətə Cərimə Təcridxanasına keçirmə, 23.07.2021-ci il tarixdə Xəbərdarlıq, 24.07.2021-ci il tarixdə 02 ay müddətə X6 keçirmə intizam tənbeh tədbirlər tətbiq olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymamışdır. 20.08.2021-ci il tarixli, 5/686 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung” markalı mobil smartfon hal-hazırki vəziyyətdə ekran hissəsinin kristal təbəqəsində çatların olması və ekranın gövdədən ayrılması səbəbindən işlək vəziyyətdə olmayıb, istifadə üçün yararlı deyildir. Təqdim edilmiş “Samsung” markalı mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaması, arxa məlumat lövhəsində və “Sim” danışıq kartı yerləşən yuvada hər hansı məlumat əks olunmadığından həmin mobil cihazın imei kodunu və modelini müəyyən etmək mümkün olmamışdır. 27.08.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 06.08.2012-ci il tarixli hökmü ilə CM-in 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 24.09.2012-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 06.08.2012-ci il tarixli hökmü dəyişdirilib təyin olunmuş cəza 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.12.2018-ci il tarixli hökmü ilə CM-in 221.2.1, 228.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.3 və 67.1-ci maddələrinə qəti olaraq 18 (on səkkiz) il 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəlində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04.03.2018-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkum olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.12.2018-ci il tarixli hökmündən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının sanksiya həddi 2 (iki) il müddətinə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 06.08.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum olunduğu CM-in 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş, həmin maddələr ilə barəsində olan cinayət təqibinə xitam verilmiş, üzərində qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 04.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 24.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 01.03.2022-ci il tarixli, 17/26-889 nömrəli məktubundan görünür ki, 2 saylı dəstənin 6 saylı yataqxanasının giriş hissəsinin dəhlizində quraşdırılmış kamera müşahidə sisteminin qeydiyyat cihazına baxış keçirilmiş və məlum olmuşdur ki, qeydiyyat cihazına istehsalçı tərəfindən təyin edilmiş texniki parametrlərinə əsasən yaddaş kartındakı məlumatlar müəyyən zaman keçirdikdən sonra yeniləri ilə avtomatik olaraq əvəzlənir. Qeyd olunan səbəbdən 24.07.2021-ci il tarixdə saat 14:00-dan saat 17:00-dək olan görünülər video qeydiyyat cihazının arxivində aşkar edilməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, hər hansı cinayət əməlini törətməməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 317-2.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.4.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 317-2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.12.2018-ci il tarixli hökmü ilə CM-in 221.2.1, 228.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum olunduğu 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.12.2018-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04.03.2018-ci il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli 13.04.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.12.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 53,65 (əlli üz manat altımmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.12.2018-ci il tarixli hökmü ilə məhkum olunduğu 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 13 (on üç) il 10 (on) ay 21 (iyirmi bir) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş cəzanın əvvəli 13 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.12.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 53,65 (əlli üz manat altımmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-97/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-97/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver