Məhkəmə qərarları › İş №1(001)-97/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-97/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-97/2023 30.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1983-cü ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2nvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 avqust 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi hesab olunan fərdi yaşayış evinə qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq hüquqa zidd qaydada həyətyanı sahəsinə daxil olub heç kimin görmədiyi şəraitdə vahid niyyətlə əhatə olunan qəsdlə oradan bir ədədinin dəyəri 400 manat olan 16 ədəd cəmi 6400 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan alüminium pəncərələri, 04 avqust 2022-ci il tarixdə saat 17 radələrində eyni üsulla həmin ünvanda olan fərdi yaşayış evinin yaşayış sahəsinə qanunsuz olaraq hüquqa zidd qaydada daxil olub bir ədədinin dəyəri 120 manat olan 3 ədəd cəmi 360 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan su motorunu, bir ədədinin dəyəri 1000 manat olan cəmi 2000 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan kombi aparatını, bir ədədinin dəyəri 400 manat olan 5 ədəd cəmi 2000 manat dəyərində çıl-çıraqlarını ümumilikdə 4360 manat dəyərində əmlakını, 05 avqust 2022-ci il tarixdə saat 17 radələrində eyni üsulla həmin ünvanda olan fərdi yaşayış sahəsinin həyətinə qanunsuz olaraq hüquqa zidd qaydada daxil olub bir ədədinin dəyəri 400 manat olan 21 ədəd cəmi 8400 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan alüminium pəncərələri gizli yolla talayaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 19160 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, evli olmaqla himayəsində 2 övladı olmuş, 2000-ci ildən 2016-cı ilədək avtomobil rəngsaz işləmiş, sonradan asma xəstəsi olduğu üçün işinə davam edə bilməmişdir. 2018-ci ildən etibarən narkotik vasitə istifadə etməyə başlamış və əvvəllər məhkumluğu olmamışdır. xx.xx.2022ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad şossesinin yaxınlığında yeni tikiləcək toyuq ferması üçün bünövrə qazmışdır. İşləri yekunlaşdırdıqdan sonra saat təxminən 14:15 radələrində toyuq fermasını tikəcək şəxslə birlikdə onun avtomobili ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6 saylı Məlikov xəstəxanasının yanında düşərək həmin yerdə yerləşən Araz marketin yanından qalxaraq İ.Hacıyev küçəsindən keçən zaman yolun sol tərəfində həyətin qapısının açıq olduğunu görmüşdür. Həyətə daxil olarkən orada alüminium pəncərələrin olduğunu görmüşdür. Həmin gün təxminən saat 14:30 radələrində orada olan pəncərələrdən 16 ədədini həyətdən çıxarıb giriş qapısının qarşısında küçəyə yığmış və “2111” taksi şirkətinə zəng edərək taksi çağırmış, həmin pəncələri aparmağ lazım olduğunu bildirmişdir. Bundan sonra sürücü ilə razılaşaraq 16 ədəd pəncərəni avtomobilə yükləyərək (bir qismini baqaja, birqismini nəqliyyat vasitəsinin oturacaqlarına yerləşdirmişdir) Binəqədi rayonunda yerləşən hazırda dəqiq xatırlamadığı metal qəbulu məntəqəsinə yaxınlaşmışlar. Orda adıını bilmədiyi və tanımadığıığım şəxsə yaxınlaşmış və pəncərələri satmaq istədiyini bildirmişdir. Həmin şəxslə razılaşaraq pəncələri orada olan tərəzinin üzərinə yığmışdır. Ona əlavə pəncərə də gətirəcəyini bildirmiş, ictimai nəqliyyat vasitəsi ilə həmin ünvana təkrar qayıtmış və elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00-16:00 radələrində yenə açıq qapıdan həmin həyətə gedərək ətrafa baxış keçirmiş və həyətdə olan qalan 20-21 ədəd aliminium pəncərələri götürmüş və “2111” taksi şirkətinə zəng vuraraq taksi sifariş etmişdir. Oradan çıxdıqdan sonra “Toyota” Prius markalı avtomobil qeyd olunan ünvana gəldikdən sonra 21 ədəd pəncərəni həmin avtomobilə yükləmiş və Binəqədi RPİ DYPŞ-nin qarşısında olan metal qəbulu məntəqəsinə aparmışlar. Həmin məntəqədə orada olan şəxslə danışıb razılaşdıqdan sonra 21 ədəd pəncərəni tərəzinin üzərinə yükləmişlər. Bu zaman 1 nəfər polis əməkdaşı onlara yaxınlaşıb özünü təqdim etmiş və onlan həmin pəncərələri hardan əldə etdiyini soruşmuşdur. Bundan sonra həmin polis əməkdaşına etdiyi əməli etiraf etmiş və onlar polis şöbəsinə getmişlər. Həmin əməlləri törədən zaman o tək olmuş, onu hər hansı şəxs görməmişdir. O həmin pəcərələri götürən zaman hər hansı əşyanı məhv edib zədələməmişdir. Çıl çıraqları, su matoru və digər heç bir əşyanı götürməmişdir. Həyətə daxil olan zaman həyət qapısı açıq vəziyyətdə olmuşdur və pəncərələr həyətdə yığılmışdı. Etmiş olduğu əmələ görə peşman olmuş, başqa hər hansı oğurluq və ya başqa cinayət əməli törətməmişdir. Məhkəmə iclasında əməlindən peşman olduğunu və barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanı Zərərçəkmiş şəxs Nağı oğlunun adına olsa da ona etibarnamə vermişdir. Təxminən 7 il olar ki Zərərçəkmiş şəxs Nağı oğlu ilə birlikdə işləyir. Təxminən 4-5 ay olar ki Dədə kimi tanıdığı şəxs ailəsi ilə birlikdə orada yaşayırdı. Son zamanlar isə orada yaşayış olmamışdır. xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları onu həmin ünvana çağırmışlar. Polis əməkdaşları ilə orada olan zaman aliminium materialından hazırlanmış 37 ədəd pəncərənin, 3 ədəd su matorunun, 2 ədəd kombinin və 5 ədəd çılçırağın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində mülkiyyətçiyə 19160 manat dəyərində zərər vurulmuşdur. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi olmaqla 2 mərtəbəli evdir və həyətdə mişar daşları ilə əhatələnmiş hasarı olmuşdur. Evlərin girişində dəmir qapı olmuş və həmin qapılar üzərində hər hansı asılqan qıfıl olmamışdır və xeyli müddət olar ki, həmin evdə yaşayış olmamışdır. Demək olar ki, evdə yaşayan şəxs 4-5 ay bundan öncə evi tərk etmişdir. Nadir hallarda evə baxmışdır və ola bilsin ki, evə baxan zaman həyətin və evin qapısını açıq qoymuşdur. Qapılar örtülü halda olmuş olsa belə ola bisin ki, qapının qıfılı bağlanmamışdır. 05 avqust 2022-ci il tarixdə Binəqədi rayonu polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları onu ünvan 7 saylı ünvada olan evinə çağırmışlar və o həmin ünvana getdikdə evdən oğurluq olmasını bildirmişlər. O polis əməkdaşları ilə evə baxan zaman evdə həyətdə olan alüminium materialdan hazırlanmış 37 ədəd pəncərə, 3 ədəd su matronu, 2 ədəd kombinin və dəqiq ölçüsünü bilmədiyi naqillərin və 5 ədəd çıl-çırağın yerində olmadığını aşkar etmiş və həmin vaxtı anlamışdır ki, o evdə olmayan zaman naməlum şəxs qapıdan daxil olmaqla həyətdən və evdən həmin əşyaları aparmışdır. Həyətdə hər hansı müşahidə kamerası olmamış, o qonşulardan həmin hadisəni görənin olub-olmaması ilə maraqlan zaman hər hansı şübhəli şəxsi görmədiklərini bildirmişlər. Mənzildə hər hansı pəncərdən və ya başqa yerdən daxil olmaya uyğun olmayan izlər aşkar olmamışdır. Evdən başqa hər hansı əşya üzərində zədə olmamışdır və ya hər hansı evin əşyası zədələnməmişdir. Oğurlanmış 1 ədədi 400 manat olmaqla 37 ədəd alüminum 1.20X52 sm-lik 6-lıq profilli cəmi 14.800 manatlıq alüminum pəncərə, 1 ədədi 120 manat olan cəmi 360 manat dəyərində 3 ədəd su matorunun, 1 ədədinin qiyməti 1000 manat olan cəmi 2000 manat dəyərində kombiləri, 1 ədədinin dəyəri 400 manat olan 5 ədəd cəmi 2000 manat dəyərində çıl çırağ oğurlanmışdır. Bundan başqa həyətdə yarasız naqillər götürülmüşdür və həmin naqillərin hər hansı dəyəri olmamışdır və demək olar ki, yararsız olmuşdur. Mən hadisənin dəqiq olaraq nə zaman baş verməsini bilməmişdim çünki mən həmin əşyaları qeyd edilən hadisədən 4-5 ay əvvəl diqqət edən zaman yerində görmüşdüm və sonra həmin əşyaların orda olub-olmamasına diqqət yetirməmişdim. Həmin oğurluq edilən şəxsi həyətimdən oğurluq edən zaman hər hansı şəxs görməmişdir. Hadisə nəticəsində mənə cəmi 17.160 manat maddi ziyan dəymişdir. O əşyalar ilə bağlı başqa qiymət ilə razılaşmamış və əşyalarımın qiymətinin onun göstərmiş olduğu rəqəmə uyğun olaraq qiymətləndirilməklə dəyərinə uyğun olaraq təqisləndirilən şəxsə ittiham elan olunmasını xahiş etmiş və məhkəmə əmtəəşünasılıq ekspertizasının rəyini qəbul etməmişdir. Bundan sonra o polis əməkdaşları ilə 4-cü Polis şöbəsinə getmiş və orda özünə məxsus olan 37 ədəd alüminum pəncərəni görmüş və həmin pəncələr özünün olmaqla ölçüəri və profilinin qalınlığına görə həmin pəncərələri tanımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərmişdir ki, Binəqədi rayonu Binəqədi şossesində Binəqədi RPİ-nin DYPŞ-nin yaxınlığnda olan əlvan metal qəbulu məntəqəsində təxminən bir il müddət olar ki, metal qəbulu ilə məşğul olur. Həmin qəbul məntəqəsini icarə yolu işlədir və həmin məntəqəyə mal gətirən şəxslərin şəxsiyyət vəsiqlərinin mobil telefonu ilə çəkməklə fotonu çəkildiyi vaxtda artıq həmin şəxsin ona mal gətirmiş olduğu tarixdə əks olunur deyə metal qəbulu qara iş olduğundan artıq hər hansı dəfə kitabda qeydiyyat aparmır. O metal qəbul edən zaman onu gətirmiş şəxsdən nə metalı olması, hardan əldə etməsi və kimə məxsus olması bağlı suallar verir və həmin şəxs əgər həmin malın özünə aid olmasını bildirdikdə o bundan sonra həmin metalı bazar qiymətin uyğun olaraq qəbul edir. Bələ ki, həmin ərəfədə dəmirin kq 2-3 manat civarında olmuşdur. 2022-ci il xatırlamadığı gündə metal qəbul məntəqəsində olmuş və təxminən günorta saatları olmuş və həmin vaxtı əvvəllər tanımadığı hər hansı ədavət düşmənçiliyi olmayan Təqsirləndirilən şəxs yük avtomobili ilə metal qəbulu məntəqəsinin qarşısına gəlmiş və həmin vaxtı avtomobildən 36-37 ədəd aliminium metadan olmaqla 120X52 sm ölçülü 6 sm aliminum profilli üzərində hər hası şüşəsi olmayan pəncərələri gətirib metal qəbulu məntəqəsinə qarşısında avtomobili saxlamış və o həmin əşyaların öz bağlarının pəncərəsi olmasını, evin təmir işləri ilə əlaqədar artıq yeni pəncərələr alacağına görə həmin aliminium pəncərələri satmaq istədiyini bildirmiş və o həmin əşyaların ona məxsus olmasını zənn etmiş və xatırlamadığı çəkidə olan və kiloqramını 2.80 qəpikdən olmaqla cəmi 165 manat ödəyəcəyini bildirmişdir. Həmin vaxt onu təxminən 20 dəqiqə gözlətmişdir. Həmin vaxta qədər Amini bir və ya iki dəfə görmüşdür. Pəncərələri 2 dəfəyə qəbul etmişdir. Həmin pəncərələri almışdır. bildirmişdir. Faktiki olaraq həmin zaman kəsiyində onun məqsədi ərazinin sahə rəisi Şahid1 məlumat vermək olmuşdur ki, o gəlib həmin şəxsi saxlamaqla fakti olaraq onu hardan əldə etməsini araşdırsın. Eyni ilə etmiş və üzərində olan mobil nömrədən Şahid1 istifadəsində olan mobil nömrəyə məlumat vermiş və həmin vaxtı o elə yaxınlıqda olmaqla əşyaların avtomobildən boşaldılmasını görmüşdür. Cəmi 37 ədəd pəcərəni təhqiqatçıya könüllü təhvil vermə protokolu ilə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, rayonu Abay Kunanbayev 10/20-də əlvan metal qəbulu məntəqəsində təxminən bir il müddət olar ki, məşğul olur. Metal qəbulu zamanı o hər hansı qeydiyyat aparmır, buna səbəb onun həmin ərazidə metal gətirən şəxslərin tanıdığı şəxslər olması olmuş və çox nadir halda kənar şəxs ona metla gətirib təhvil vermişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları araşdırma aparandan təxminən 20 gün əvvəl onun metal qəbulu məntəqəsinə gəlmişdir. Təqsirləndirilən şəxs sifarişli taksi avtomobili ilə metal qəbulu məntəqəsinin qarşısına gəlmiş və həmin vaxtı avtomobildən əlində olan 200 qram mis qırıntısını təhvil vermək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona şübhəli görünməmişdir. Misi neçə manata satdığını xatırlamadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin sahə rəisi polis mayoru Şahid1 ifadə verərək göstərmişdir ki, 2016-cı il tarixdən Binəqədi RPİ-nin 4-cü polis şöbəsində sahə rəisi olaraq xidmət edir. Onun inzibati ərazisinə İlham Hacıyev, Aydıbəyov, Hənifə Məmmədquluzadə, Azadlıq prospekti və digər küçə məhələlər yerləşir. 05 avqust 2022-ci il tarixdə metal qəbul məntəqəsinin yaxınlığında olan zaman həmin məntəqəni işlədən Talıb istifadəsində olan mobil nömrədən onun mobil nömrəsinə zəng etmiş və harda olmasını xəbər aldı və o həmin vaxtı Binəqədi DYPŞ ilə üzbəzü olan metal qəbulu məntəqəsinin yaxınlığında olmuş və həmin vaxtı tanımadığı şəxsin avtomobilin arxasından pəncərələri endirməsini və metal qəbul məntəqəsinə daşımasını görmüş və onlara yaxınlaş və həmin şəxsin qeyd edilən pəncərələri hardan əldə etməsini xəbər almışdır. Həmin şəxs özünü Amil Muradov kimi təqdim etmiş və qeyd edilən pəncərələri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacyev küçəsində 22 ünvanından yerləşən fərdi yaşayış evindən hissə-hissə 2 dəfəyə oğurlanmasını bildirmişdir. Bundan sonra X12 Şöbəsinə aparmışlar. Orda o qeyd edilən ünvandan oğurluq etməsini etiraf etmişdir. O 16 və 21 ədəd pəncərini və digər əşyaları oğurlamasını təsdiq etmişdir. Təhqiqatçı tərəfidən protokol tərtib olunmuşdur. Cəmi 37 ədəd pəncərəni təhqiqatçıya könüllü təhvil verməsi ilə bağlı ilkin olaraq Talıb tərəfindən götürülmüş pəncərələr ilə götürülməsi ilə bağlı könüllü olaraq protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi 09 avqust 2022-ci il tarixdə fakta görə Binəqədi RPİ-in istintaq şöbəsinin müstəntiqi polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. 09 avqust 2022-ci il tarixdə Binəqədi RPİ-in istintaq şöbəsinin müstəntiqi polis mayoru X5 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 11 avqust 2022-ci il tarixdə müstəntiq Tural Mehdili tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, həmin tarixdə tərəfindən Amil Muradova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuş, həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X2 qərarı ilə əvvəli 09 avqust 2022-ci il tarixdən hesablanmaqla 09 noyabr 2022-ci il tarixədək 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. 03 noyabr 2022-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli 9/6940 nömrəli rəyindən müəyyən olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində markalanmasına dair heç bir məlumat olmayan 120X52 sm ölçülü, 6 sm profilli, ağ rəngli aliminium materialından olan pəncərə çərçivəsinin istifadə olunması nəzərə alınmaqla 01 ədədinin 2022-ci ilin ayına olan orta bazar qiyməti təxminən 25,00 manat, 37 ədədi isə 925.00 manat müəyyən edilir. İstintaq zamanı üzərində markalanmasına dair heç bir məlumat olmayan 120X52 sm ölçülü, 6 sm profilli, ağ rəngli aliminium materialından olan 37 ədəd pəncərə çərçivəsi maddi sübut hesab olunmuş və məhkəmə hökmünə qədər möhürlənmiş halda saxalanması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, məhkəmə əmtəəşünaslıq ekspertizası 03 noyabr 2022-ci il tarixli 9/6940 nömrəli rəyi və Binəqədi RPİ-in 4-cü Polis şöbəsinin təhqiqatçısı polis baş leytenantı X6 tərəfindən Şahid2 tərəfindən maddi sübüt əhəmiyyəti daşıyan 37 ədəd 120X52sm ölçülü, 6 sm profilli aüminium pəncərələrin könüllü olaraq təqdim etməsi barədə 05 avqust 2022-ci il tarixdə tərtib olunmuş könüllü təqdimetmə haqqında protokol sübut hesab olunmuş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə edilən sorğu nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin izhatına, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə zərərçəkmiş şəxsə vurulmuş zərərin həcmi ilə razılaşmayaraq, qeyd edir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə 19160 manat deyil, 14800 manat zərər vurulması müəyyən edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş fərdi yaşayış evinin fotoşəkillərindən həmin evdə yaşayış olmadığı (bu hal Şahid1 və zərərçəkmiş şəxsin nümayəndəsi və özünün ifadələri ilə təsdiq edilmişdir), ittiham aktında qeyd edilən 3 ədəd su motorunun, 2 ədəd kombi aparatı və 5 ədəd çılçırağın əvvəllər həmin ünvanda mövcud olmasına dair heç bir sübut iş materiallarına əlavə edilmədiyi, sözü gedən əşyaların nə zaman və kimə satılmasının araşdırılmadığı, (iş üzrə şahidlər yalnız 200 qram mis və 37 ədəd aliminium pəncərə aldıqlarını bildirmişdirlər), təqsirləndirilən şəxs tərəfindən həmin əşyaların oğurlanması faktının istintaq orqanı tərəfindən başqa sübutlarla təsdiq edilmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ittiham aktında qeyd edilən yuxarıda adıçəkilən əşyaların təqsirləndirilən şəxs tərəfindən oğurlanması faktı yalnız ehtimallara söykənir və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə məxsus 3 ədəd su motorunun, 2 ədəd kombi aparatı və 5 ədəd çılçırağın oğurlanması faktı sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs Nağı oğlu ifadəsində göstərmişdir ki, “evlərin girişində dəmir qapı olmuş və həmin qapılar üzərində hər hansı asılqan qıfıl olmamışdır və xeyli müddət olar ki, həmin evdə yaşayış olmamışdır. Demək olar ki, evdə yaşayan şəxs 4-5 ay bundan öncə evi tərk etmişdir. Nadir hallarda evə baxmışdır və ola bilsin ki, evə baxan zaman həyətin və evin qapısını açıq qoymuşdur. Qapılar örtülü halda olmuş olsa belə ola bisin ki, qapının qıfılı bağlanmamışdır. Həyətdə olan alüminium materialdan hazırlanmış 37 ədəd pəncərə, 3 ədəd su motonu, 2 ədəd kombinin və dəqiq ölçüsünü bilmədiyi naqillərin və 5 ədəd çıl-çırağın yerində olmadığını aşkar etmiş və həmin vaxtı anlamışdır ki, o evdə olmayan zaman naməlum şəxs qapıdan daxil olmaqla həyətdən və evdən həmin əşyaları aparmışdır. Mənzildə hər hansı pəncərdən və ya başqa yerdən daxil olmaya uyğun olmayan izlər aşkar olmamışdır. Evdən başqa hər hansı əşya üzərində zədə olmamışdır və ya hər hansı evin əşyası zədələnməmişdir. Mən hadisənin dəqiq olaraq nə zaman baş verməsini bilməmişdim çünki mən həmin əşyaları qeyd edilən hadisədən 4-5 ay əvvəl diqqət edən zaman yerində görmüşdüm və sonra həmin əşyaların orda olub-olmamasına diqqət yetirməmişdim. Bundan sonra o, polis əməkdaşları ilə 4-cü Polis şöbəsinə getmiş və orda özünə məxsus olan 37 ədəd alüminum pəncərəni görmüş və həmin pəncələr özünün olmaqla ölçüəri və profilinin qalınlığına görə həmin pəncərələri tanımışdır.” Məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəyə hüquqi qiymət verərək aşğıdakıları qeyd etməyi zəruri hesab edir: Zərərçəkmiş şəxsin ifadəsində qeyd etdiyi kimi həmin mənzildə yaşamaması, həyətin və evin qapısının açıq olma ehtimalının mövcudluğunu göstərməsi həmin ünvanda başqa şəxslər tərəfindən əvvəllər oğurluq edilməsi faktının yüksək olduğunu hesab etməyə əsas verir. Çünki işdə olan sübutlarla 3 ədəd su motorunun, 2 ədəd kombi aparatı və 5 ədəd çılçırağın həmin ünvanda əvvəllər mövcud olması sübut edilmədiyi kimi, həmin əşyaların məhz Təqsirləndirilən şəxs tərəfindən oğurlanması sübuta yetirilmir. Həmçinin iş üzrə Şahid3 ifadəsində “Təqsirləndirilən şəxs polis əməkdaşları araşdırma aparandan təxminən 20 gün əvvəl onun metal qəbulu məntəqəsinə gəlmişdir. Təqsirləndirilən şəxs sifarişli taksi avtomobili ilə metal qəbulu məntəqəsinin qarşısına gəlmiş və həmin vaxtı avtomobildən əlində olan 200 qram mis qırıntısını təhvil vermək istədiyini bildirmişdir.” Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən metal qəbulu məntəqəsinə təhvil verilən 200 qram mis Şahid3 ilkin ifadəsi alındığı gündən (xx.xx.2022-ci il tarixdə ilkin ifadəsi alınmışdır) 20 gün əvvələ aiddir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə həmin metal qəbulu məntəqəsinə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan əşyalardan əldə etdiyi mis qırıntılarını deyil başqa əşyalardan əldə etdiyi mis qırıntılarını təhvil vermişdir. Beləliklə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğlurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilətətbiqedilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir . Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 37 (otuz yeddi) ədəd pəncərə qanuni sahibi – Zərərçəkmiş şəxs Nağı oluna qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 204 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Binəqədi Rayon Polis İdarəsinin saxlancında olan 37 (otuz yeddi) ədəd alüminium pəncərə qanuni sahibinə - Zərərçəkmiş şəxs Nağı oğluna qaytarılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba) keçirilsin Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar