Məhkəmə qərarları › İş №1(001)-97/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-97/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-97/2024 28.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, tərcüməçi Camal Bədəlovun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Qax rayonu, Qax İngiloy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qax rayonu, Qax İngiloy kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə, xx xxxxxxx 1982-ci ildə Gürcüstan Respublikası Qurcani rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qax rayonu, Qaxinqiloy kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X10 və Ramil Bairamovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar planına uyğun olaraq X12 Bairamovaya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi ev 105, mənzil 12 saylı evin giriş qapısının kilidinin açarının nüsxəsini X7 verdikdən sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin açarı ona vermiş və Levani Dükaşvili ilə birlikdə həmin açardan istifadə edib 19 aprel 2022-ci il tarixdə saat 10 radələrində yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı paltar dolabında olan dəyəri 20 manat təşkil edən, taxta materialdan hazırlanmış daxılı-içində olan dəyəri 300 manat təşkil edən, təxminən 6 qram çəkidə bir cüt qızıl sırqa, dəyəri 150 manat təşkil edən, tünd qırmızı rəngli «qranat» materialdan qaşı olan, təxminən 5 qram çəkidə bir ədəd gümüş üzük, dəyəri 100 manat təşkil edən, təxminən 5 qram çəkidə bir ədəd gümüş boyunbağı, dəyəri 100 manat təşkil edən, təxminən 5 qram çəkidə ayağa taxılan bir ədəd gümüş bilərzik, dəyəri 50 manat təşkil edən, boyunbağı, iki cüt sırqa, bilərzik, iki ədəd üzükdən ibarət, adi dəmir materialdan hazıranmış «bujiteriya» komplekti, dəyəri 75 manat təşkil edən 01 ədəd qırmızı flakonda Fransa istehsallı, 50 ml-lik, istifadə olunmuş «X15» markalı qadın ətirini, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 6 manat təşkil edən, 02 ədəd «Soel Parfum» markalı 50 ml-lik kişi ətirini, dəyəri 10 manat təşkil edən 01 ədəd «X16 Seathalasso» markalı, 100 ml-lik qadın ətirini, həmin yataq otağındakı paltar dolabının paltar dolabının gözlyüyündə olan 01 ədəd 100 manat dəyərində SSRİ-istehsalı olan «Zenit» markalı, TTL model helios-44 mm-lik fotoparatı və 01 ədəd 120 manat dəyərində SSRİ istehsallı, «Tento» markalı, 10x50 ölçülü binoklu, mənzilin digər yataq otağındakı paltar dolabının gözlüyündə olan dəri materialdan hazırlanmış, Türkiyə istehsallı, dəyəri 70 manat təşkil edən 01 ədəd pul qabını içindəki 12 ədəd 1 ABŞ dollarlıq əskinaslardan ibarət 12 ABŞ dolları, 03 ədəd 100 ABŞ dollarlıq əskinaslardan ibarət 300 ABŞ dollarını, ümumilikdə 312 ABŞ dollarını-milli pul vahidi ilə 530 manat 40 qəpik nağd pulu gizli olaraq talayaraq, zərərçəkmiş Tamasha Bairamovaya ümumilikdə 1.631 manat 40 qəpik (bir min altı yüz otuz bir manat qırx qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 22 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr ərazisində tanışı X1 məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,419 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 22 aprel 2022-ci il tarixdə saat 23:15-də Binəqədi RPİ-nin 7ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 11-ci sıra ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf selefon bükümdə təmiz çəkisi 0,419 qram olan ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan görünür ki, X10 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Ramil Bairamovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar planına uyğun olaraq Ramil Bairamov ona, Tamasha Bairamovaya məxsus ünvan 10, mənzil 12 saylı evin giriş qapısının kildinin açarının nüsxəsini verdikdən sonra o, əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin açarını qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş və sonuncu ilə birlikdə həmin açardan istifadə edib 19 aprel 2022-ci il tarixdə saat 10 radələrində yaşayış sahəsinə qanunsuz olaraq, mənzilin yataq otağındakı paltar dolabında olan dəyəri 20 manat təşkil edən, taxta materialdan hazırlanmış daxılı-içində olan dəyəri 300 manat təşkil edən, təxminən 6 çəkidə bir cüt qızıl sırqa, dəyəri 150 manat təşkil edən, tünd qırmızı rəngli «qranat» erialdan qaşı olan, təxminən 5 qram çəkidə bir ədəd gümüş üzük, dəyəri 100 manat edən, təxminən 5 qram çəkidə bir ədəd gümüş boyunbağı, dəyəri 100 manat təşkil təxminən 5 qram çəkidə ayağa taxılan bir ədəd gümüş bilərzik, dəyəri 50 manat edən, boyunbağı, iki cüt sırqa, bilərzik, iki ədəd üzükdən ibarət, adi dəmir materialdan hazıranmış «bujiteriya» komplekti, dəyəri 75 manat təşkil edən 01 ədəd qırmızı flakonda Fransa istehsallı, 50 ml-lik, istifadə olunmuş «X15» markalı qadın ətirini, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 6 manat təşkil edən, 02 ədəd «Soel Parfum» markalı 50 ml-lik kişi ətirini, dəyəri 10 manat təşkil edən 01 ədəd «X16 Seathalasso» markalı, 100 ml-lik qadın ətirini, həmin yataq otağındakı paltar dolabının gözlüyündə olan 01 ədəd 100 manat dəyərində SSRİ-istehsalı olan «Zenit» markalı, TTL model helios-44 mm-lik fotoparatı və 01 ədəd 120 manat dəyərində SSRİ istehsallı, «Tento» markalı, 10x50 ölçülü binoklu, mənzilin digər yataq otağındakı dolabın gözlüyündən dəri materialdan hazırlanmış, Türkiyə istehsallı, dəyəri 70 mannat təşkil edən 01 ədəd pul qabını içindəki 12 ədəd 1 ABŞ dollarlıq əskinaslardan ibarət 12 ABŞ dolları, 03 ədəd 100 ABŞ dollarlıq əskinaslardan ibarət 300 ABŞ dollarını, ümumilikdə 312 ABŞ dollarını-milli pul vahidi ilə 530 manat 40 qəpik nağd pulu gizli olaraq talayaraq, zərərçəkmiş Tamasha Bairamovaya ümumilikdə 1.631 manat 40 qəpik (bir min ıt yüz otuz bir manat qırx qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 22 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Sutikinti xəstəxana»sının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan «Elvin» adlı şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,644 qram çəkidə narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 23 aprel 2022-ci il tarixdə saat 00:15-də Binəqədi RPİnin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 15-də yerləşən «Omid tikinti materialları satışı mağazası»nın yaxınlığında saxlanılaraq, ünvan 6 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki ağ-qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,644 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamla razı deyil, belə ki, ibtidai istintaq orqanı tərəfindən ona CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddəsi ilə ittiham elan edilsə də, onu tərəfindən göstərilən cinayət əməllərinin heç biri törədilməmişdir. Belə ki, o, Tamara Bairamovaya məxsus mənzildən oğurluq etmişdir, lakin oğurluq etdiyi əşyaların dəyəri ittiham aktında göstərilən məbləğdə olmamışdır. Onun oğurluq cinayət əməlini Tamara Bairamovanın qardaşı ilə birlikdə törətməsi, Tamara Bairamovanın qardaşının bacısına məxsus mənzilin açarını onlara verməsi qeyd edilib, lakin mənzildən oğurluq olunan həmin vaxtda, həmin vaxtdan əvvəl Tamara Bairamovanın qardaşı Ramil Bairamovun Azərbaycan Respublikasının ərazisində olub-olmaması məsələsi aydınlaşdırılmamışdır. Bundan əlavə zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin əvəzinin ödənilməsini, mənə və iş üzrə digər təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir, əgər həqiqətən zərərçəkmiş şəxsə ittiham aktında göstərilmiş məbləğdə ziyan dəymiş olsaydı, zərərçəkmiş şəxs şikayət etməzdi. Bundan əlavə cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyindən də görünür ki, nə mən nə də digər təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, necə narkotik vasitə istifadəçisi ola bilərlər ki, onların heç bir narkomaniya xəstəliyindən əziyyət çəkmirlər. Məhkəmə tərəfindən də videogörüntüyə baxış keçirilən zaman müəyyən olundu ki, onun üzərinə polis əməkdfaşları tərəfindən “şəxsi axtarış və baxış” istintaq hərəkəti həyata keçirilən zaman ayaında olan idman ayaqqıbaların bağlanması üçün bağları olmamışdır, bu da heç inandırıcı deyil ki, idman ayaqqabılarını bağları olmadan geyinib şəhərdə gəzsin. Onları ittiham aktında göstərildiyi kimi Binəqədi rayonu ərazisində deyil, kirayədə yaşadıqları ünvanda saxlamışlar. Bütün bu deyilənlərin nəzərə alınmasını və barələrində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamla razı deyil, belə ki, ibtidai istintaq orqanı tərəfindən ona CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddəsi ilə ittiham elan edilsə də, onu tərəfindən göstərilən cinayət əməllərinin heç biri törədilməmişdir. Belə ki, o, Tamara Bairamovaya məxsus mənzildən oğurluq etmişdir, lakin oğurluq etdiyi əşyaların dəyəri ittiham aktında göstərilən məbləğdə olmamışdır. Onun oğurluq cinayət əməlini Tamara Bairamovanın qardaşı ilə birlikdə törətməsi, Tamara Bairamovanın qardaşının bacısına məxsus mənzilin açarını onlara verməsi qeyd edilib, lakin mənzildən oğurluq olunan həmin vaxtda, həmin vaxtdan əvvəl Tamara Bairamovanın qardaşı Ramil Bairamovun Azərbaycan Respublikasının ərazisində olub-olmaması məsələsi aydınlaşdırılmamışdır. Bundan əlavə zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin əvəzinin ödənilməsini, mənə və iş üzrə digər təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir, əgər həqiqətən zərərçəkmiş şəxsə ittiham aktında göstərilmiş məbləğdə ziyan dəymiş olsaydı, zərərçəkmiş şəxs şikayət etməzdi. Bundan əlavə cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyindən də görünür ki, nə mən nə də digər təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, necə narkotik vasitə istifadəçisi ola bilərlər ki, onların heç bir narkomaniya xəstəliyindən əziyyət çəkmirlər. Məhkəmə tərəfindən də videogörüntüyə baxış keçirilən zaman müəyyən olundu ki, onun üzərinə polis əməkdfaşları tərəfindən “şəxsi axtarış və baxış” istintaq hərəkəti həyata keçirilən zaman ayaında olan idman ayaqqıbaların bağlanması üçün bağları olmamışdır, bu da heç inandırıcı deyil ki, idman ayaqqabılarını bağları olmadan geyinib şəhərdə gəzsin. Onları ittiham aktında göstərildiyi kimi Binəqədi rayonu ərazisində deyil, kirayədə yaşadıqları ünvanda saxlamışlar. Bütün bu deyilənlərin nəzərə alınmasını və barələrində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1na elan edilmiş CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs Tamasha Bairamova məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ünvanlayaraq, cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan zərərin ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs TamaSha Bairamovanın məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 7-cı PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, hazırda polis kapitanı rütbəsindədir. Bundan başqa o, göstərmişdir ki, xidmət etdiyi bölməyə etimad doğuran və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs2 İlyayeviçin Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə bölmə rəisinə raportla məruzə olunaraq qərar qəbul olunmuş, sönra özünün rəhbərliyi ilə və Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat yaradılmış,həmin məlumat əsasında Şahid2la birlikdə 22 aprel 2022-ci il tarixdə saat 23:15-də Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi (“Xutor” kimi tanınan yaşayış sahəsi), 11-ci sıra ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, həmin vaxt xarici görkəm əlamətlərinə görə Eristonun əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olmasını və özünü şübhəli aparmasını görüb ona yaxınlaşmış, sonra xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmiş, bu zaman həmin şəxs özünü xx xxxxxx 1992-ci ildə Qax rayonu, Qax İngiloy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, Qax rayonu, Qax İngiloy kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş, bundan sonra Eristoya narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu bildirərək onu saxlamış və Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilərək barəsində araşdırma aparılması üçün təhqiqatçı Elgün Abdurəhmanova təhvil vermişdir. Bundan başqa o bildirmişdir ki, xidmət etdiyi bölməyə etimad doğuran və qərəzsiz mənbədən X5 Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə bölmə rəisinə raportla məruzə olunaraq qərar qəbul olunmuş, sönra onunda iştirakı ilə əməliyyat qrupu yaradılmış,həmin məlumat əsasında Şahid3la birlikdə 23 aprel 2022-ci il tarixdə saat 18:20də Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, (“Xutor” kimi tanınan yaşayış sahəsi), 15-ci sıra ünvanında yerləşən «Omid tikinti materialları satışı mağazası»nın qarşısına gəlmiş, həmin vaxt xarici görkəm əlamətlərinə görə Levaninin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olmasını və özünü şübhəli aparmasını görüb ona yaxınlaşmış, sonra xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmiş, bu zaman həmin şəxs özünü xx xxxxxxx 1982-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, Qax rayonu, Qax İngiloy kəndində qeydiyyatda olan və yaşayan X10 kimi təqdim etmiş, bundan sonra Levaniyə narkotik vasitələrin, psixotrop maddələri əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu bildirərək onu saxlamış və Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilərək barəsində araşdırma aparılması üçün təhqiqatçı Elgün Abdurəhmanova təhvil vermişdir. Bundan sonra daha sonra təhqiqatçı Elgün Abdurəhmanov tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutalaraq ona hüquq və vəzifələri izah edilmiş, sonra Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi barədə ərizə vermiş və onların iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində qeyri-qanuni maddə və ya əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Eristo əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb könüllü olaraq təqdim etmiş, həmin bükülüyə baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilərək götürülmüş, bundan başqa şəxsi axtarış keçirildikdə onun üzərində başqa bir şey aşkar olunmamış, sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar edilərək götürülmüş kütləni 22 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mk/rn ərazisində tanışı X2 əvəzsiz olaraq şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa bildirmişdir ki, təhqiqatçı Aslan Haqverdiyev tərəfindən X5 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutalaraq ona hüquq və vəzifələri izah etdi. Şahid3 xidməti zərurət ilə əlaqədar olaraq getməli olduğundan Levani Dükaşvilinin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsində Şahid3 yerinə 7-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirak etdi. Daha sonra Levani Dükaşvili müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi barədə ərizə vermiş və onların iştirakı ilə video çəkiliş aparıİmaqla X5 üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilməzdən əvvəl X7 üzərində qeyri- qanuni maddə və ya əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Levani əynindəki qara və ağ rənglərdən ibarət idman şalvarın sol yan cibindən 01 ədəd şəffaf selofona bükülmüş bükümü könüllü olaraq çıxarıb təqdim etmiş, həmin bükülüyə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilərək götürülmüş, bundan başqa şəxsi axtarış keçirildikdə onun üzərində başqa bir şey aşkar olunmamış, sonra X5 üzərindən aşkar olunaraq götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra o, göstərmişdir ki, X7 verilən suallara cavab olaraq üzərindən aşkar edilərək götürülmüş kütləni 22 aprel 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Sutikinti xəstəxana”sının yaxınlığında tanıdığı Elvin adlı şəxsdən əvəzsiz olaraq şəxsi istifadəsi üçün pulsuz əldə edib üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220040451 saylı cinayət işinin materiallarına əlavə olunmuş sənədlər: 23 aprel 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 İliyayeçinin barəsində CM-nin 234.1ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 00:20-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 22 aprel 2022-ci il, saat 23:15-dən hesablanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarpış aparılarkən o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofon bükülünü çıxararaq masanın üzərinə qoymuş, onun üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixli, 6/2319 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd təmiz çəkisi 0,419 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-445/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimakn tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmışdır. 220040455 saylı cinayət işinin materiallarına əlavə olunmuş sənədlər: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 01:10-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutma müddətinin əvvəli 23 aprel 2024-cü il tarixdə saat 00:15dən hesablanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarpış aparılarkən o, əynindəki qara və ağ rəngdən ibarət idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofon bükülünü çıxararaq masanın üzərinə qoymuş, onun üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixli, 6/2323 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd təmiz çəkisi 0,644 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-449/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hbsdə saxlama müddətinin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilərək cinayət işinin istintaqı ********* saylı nömrəsi altında davam etdirilmiş və cinayət işi üzrə əməl CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və ibtidai istintaqın bir icraatda ********* nömrə altında istintaqı davam etdirilməsi qərara alınmışdır. 220040813 saylı cinayət işinin materiallarına əlavə olunmuş sənədlər: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən faktla bağlı CM-in 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 10 ünvanında baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Tamasha Bairamova zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 iştirakı ilə onun ifadəsini dəqiqləşdirmək məqsədilə həmin ifadə yerində yoxlanmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 iştirakı ilə onun ifadəsini dəqiqləşdirmək məqsədilə həmin ifadə yerində yoxlanmışdır. xx.xx.2023-cü il tarixli “videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən, o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofon bükülünü çıxararaq masanın üzərinə qoymuş, onun üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli “videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən, o, əynindəki qara və ağ rəngdən ibarət idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofon bükülünü çıxararaq masanın üzərinə qoymuş, onun üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-833/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 2 ay müddətə, yəni 23 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-834/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 2 ay müddətə, yəni 22 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə AR Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 120.2.2, 221.3, 228.1, 317-2.1-ci maddələri ilə təqsirli bilinib, 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə əməli CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəyə tövsif edilmiş, CM-in 221.3-cü maddəsi ittihamdan çıxarılıb, qəti olaraq 12 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 32.3, 177.2.1, 32.3, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 16 gününü şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1113/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1090/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli, 3505 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2022-ci il tarixli, 3590 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2022-ci il tarixli, 9/4068 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 308,00 manat müəyyən edilir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(107)-195/2020 saylı qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubunan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü ildə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilmiş və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 1 ay müddətinə, yəni 25 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1063/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 15 gün müddətə, yəni 09 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1062/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 15 gün müddətə, yəni 10 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinmələrinə dair cinayət işinin ibtidai istintaqı zamanı CPMnin 303.3.6-cı maddəsində nəzərdə tutulan pozuntuya (cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması) yol verildiyindən məhkəmənin baxış iclasında cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini ona elan edilmiş ittihamla təqsirli bilməmələrinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmənin 09 fevral 2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 şifahi şəkildə məhkəməyə vəsatətlə müraciət edərək, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilir. Hazırda həmin cinayət işi üzrə tam, hərtərəfli araşdırma aparılması üçün Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 21 aprel 2022-ci il saat 00:00-dan tarixdən 25 aprel 2022-ci il axşam saat 00:00-a qədər hansı anten dairəsində olması, bu nömrələrin daxil olduğu telefonların İMEİ kodları və həmin İMEİ kodlu telefonlarda istifadə olunan digər nömrələrin anten məlumatları və internet şəbəkəsindən istifadə zamanı abonentin anten məlumatları barədə ətraflı məlumatın ələ keçirilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş və məhkəmə tərəfindən məlumatların əldə edilməsi məqsədi ilə sorğu verilmiş və qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qərar "xxxx" MMC tərəfindən icra edilmiş və 28 fevral 2024-cü il tarixdə məhkəməyə məktub ünvanlanmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 28 fevral 2024-cü il tarixli məktubda ***-***-**-** saylı nömrənin sorğulanan müddətdə "xxxx" şəbəkəsində istifadə edilmədiyi qeyd olunmuşdur. Məhkəmənin 18 mart 2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 şifahi şəkildə məhkəməyə vəsatətlə müraciət edərək, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilir. Hazırda həmin cinayət işi üzrə tam, hərtərəfli araşdırma aparılması üçün Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 21 aprel 2022-ci il saat 00:00-dan tarixdən 25 aprel 2022-ci il axşam saat 00:00-a qədər hansı anten dairəsində olması, bu nömrələrin daxil olduğu telefonların İMEİ kodları və həmin İMEİ kodlu telefonlarda istifadə olunan digər nömrələrin anten məlumatları və internet şəbəkəsindən istifadə zamanı abonentin anten məlumatları barədə ətraflı məlumatın ələ keçirilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş və məhkəmə tərəfindən məlumatların əldə edilməsi məqsədi ilə sorğu verilmiş və qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 26 aprel 2024-cü il tarixli məktubda ***-***-**-** saylı nömrənin sorğulanan müddətdə "xxxx" şəbəkəsində istifadə edilmədiyi qeyd olunmuşdur. Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin MSY tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlar tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 23 aprel 2022-ci il tarixdə saat 00.20-də Binəqədi RPİ-nin MSY-nə daxil olmuş, 25 aprel 2022-ci il tarixdə saat 11:30-da azad edilmiş, Təqsirləndirilən şəxs1 23 aprel 2022-ci il tarixdə saat 01.10-da Binəqədi RPİ-nin MSY-nə daxil olmuş, 25 aprel 2022-ci il tarixdə saat 11:30-da azad edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş sənədlərdə olan məlumatlar cinayət işinin materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə tədqiq edilərkən əldə edilən məlumatlarla mövcud olan sənədlər arasında uyğunsuzluq olmadığı aşkar edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayonun ərazisində deyil, kiraydə qaldıqları Suraxanı rayonunun ərazisində saxlanıldıqlarını bildirsələr də, göstərilən xüsusatların dəqiqləşdirilməsi məqsədi ilə müdafiəçinin vəsatəti əsasında onların istifadəsində olan mobil telefon nömrələrinin anten dairələri barədə məlumatların əldə edilməsi barədə qərar qəbul edilsə də, təqsirləndirilən şəxslərin məhkəmə iclasında bildirdikləri həmin mobil telefon nömrələrinin "xxxx" və "xxxx" şəbəkələrində istifadə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etməmələrinə dair verdiyi ifadələrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi şəxsi axtarış və götürmə aparılması haqqında protokol, eyni zamanda həmin istintaq hərəkətinin əks etdirildiyi videogörüntü ilə təsdiqini tapır, bundan başqa həmin narkotik vasitənin növü və miqdarı məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2323, xx.xx.2022-ci il tarixli, 6/2319 tarixli rəyləri ilə müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən cinayətin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hərəkətləri təşkil edir. Yəni, təqsirləndirilən şəxslərin narkotik vasitəni istifadə etməməsinə dair vermiş olduğu ifadə məhkəmə tərəfindən sübut kimi qəbul edilsə belə, onun üzərində xeyli miqdarda narkotik vasitənin aşkar edilməsi artıq CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaradır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə cinayət işi üzrə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında olan ziddiyyətlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri və ifadələrində göstərilən xüsusatlar müdafiə tərəfinin vəsatəti əsasında əldə edilərək tədqiq edilmiş, eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmadığından məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini özünümüdafiə xarakterli hesab edir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qəbul edir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittihamda qeyd olunan əməlləri törətməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CMin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli plenum qərarının 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1nə elan edilmiş ittiham üzrə təqsirləndirildikləri maddələr cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azemis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, 23 noyabr 2014-cü il təvəllüdlü X8 və 22 mart 2018-cil il təvəllüdlü X9 Təqsirləndirilən şəxs2 övladlarıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini və 59.2-ci maddəsinə əsasən evli olmasını və himayəsində övladlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Eyni zamanda cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 32.3, 177.2.1 və 32.3 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 32.3, 177.2.1 və 32.3, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qərarı ilə məhkum edildiyi azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 ay 16 gününü şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunduqdan sonra məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli əmələ görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməsini ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzasının çəkilməmiş 02 ay 16 gün hissəsini hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 faktiki azadlığı 23 aprel 2022-ci il tarixdə saat 23:15-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və 24 aprel 2022-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 12:25-dən 13:30-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir, Binəqədi Rayon Məhkəməsinin 4(001)-445/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay həbs qətimkan tədbiri seçilmiş, Binəqədi Rayon Məhkəməsinin 4(001)- 834/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə həbsə saxlanılma müddəti 02 (iki) ay müddətinə uzadılmış, Binəqədi Rayon Məhkəməsinin 4(001)-1090/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatət təmin edilməyərək, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-472/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbsli axtarış elan edilmiş, 24 avqust 2023-cü il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına veilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 22 aprel 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək, 12 may 2023-cü il tarixdən 14 may 2023-cü il tarixədək qədər həbsdə saxlanıldığı müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. xx.xx.2022-ci il tarixli, 3590 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmədiyindən ona naekmaniydan məvburi müaicə təyin edilmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. “Azemis” X6 vasitəsilə göndərilmiş sorğudan müəyyən olunmuşdur ki, xx.xx.2006-cı il təvəllüdlü X11 Təqsirləndirilən şəxs1 övladıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini və 59.2-ci maddəsinə əsasən evli olmasını və himayəsində övladlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli əmələ görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 4(001)-445/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay həbs qətimkan tədbiri seçilmiş, Binəqədi Rayon Məhkəməsinin 4(001)-834/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə həbsə saxlanılma müddəti 02 (iki) ay müddətinə uzadılmış, Binəqədi Rayon Məhkəməsinin 4(001)-1090/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatət təmin edilməyərək, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, 21 dekabr 2022-ci il tarixdə barəsində həbsli axtarış elan edilmiş, 12 may 2023-cü il tarixdə saxlanılmış, 14 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Binəqədi Rayon Məhkəməsinin 1(001)-472/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbsli axtarış elan edilmiş, 24 avqust 2023-cü il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına veilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 24 avqust 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 23 aprel 2022-ci il tarixdən 2 23 sentyabr 2022-ci il tarixədək, 12 may 2023-cü il tarixdən 14 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. xx.xx.2022-ci il tarixli, 3505 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmədiyindən ona naekmaniydan məvburi müaicə təyin edilmir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs Tamasha Bairamovaya məxsus 01 ədəd “AllScanner” markalı aparat və 01 ədəd adapteri ilə birlikdə “SDConnect” markalı aparatın sahibi Tamasha Bairamovaya qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2, 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs1 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 təqdim etdiyi hesabatlara əsasən onlar iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə hər biri ayrı-ayrılıqda 41 (qırx bir) saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 41 (qırx bir) saat vaxt sərf etmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 41 (qırx bir) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat, ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlu təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 61/2022 qərarı ilə məhkum edildiyi 02 (iki) il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 16 (on altı) gün hissəsinə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 05 (beş) ay 2(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti oaraq 02 (iki) il 07 (yeddi) ay 28(iyirmi səkkiz) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs2 cəzasını cddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1nna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 05 (beş) ay 2(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti oaraq 02 (iki) il 06 (altı) ay 28(iyirmi səkkiz) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Maddi sübut hesab edilmiş zərərçəkmiş şəxs Tamasha Bairamovaya məxsus 01 ədəd “AllScanner” markalı aparat və 01 ədəd adapteri ilə birlikdə “SDConnect” markalı aparatın sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar