Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-98/2024 01.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə, vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X10 İdarəsində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" şirkətində 12 aprel 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixədək olan dövr ərzində satış təmsilçisi vəzifəsində işləyərkən, həmin şirkətlə bağlanılmış xx.xx.2023-cü il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə əsasən, ona şirkət tərəfindən etibar edilmiş əmlakı, maddi və ya digər sərvətləri salamat saxlamaq, o cümlədən qəbul edilmiş ümumi qaydalara əsasən qəbul etdiyi malın hərəkəti barədə mühasibatlığa vaxtaşırı mal-pul hesabatlarını təqdim etmək, satılmış malın dəyərini alıcılardan aldığı gündən gec olmayaraq şirkətə təhvil vermək və digər səlahiyyətlərə malik maddi-məsul şəxs olmaqla, ona etibar olunmuş öz əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talama məqsədilə, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 275,82 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 7063,76 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişməsi sənədi ilə 4274,56 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 3065,30 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişməsi sənədi ilə 470,40 manat, xx.xx.2023-cü il tarixli **********6 №li malların yerdəyişməsi sənədi ilə 258,60 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişməsi sənədi ilə 1153,90 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 612,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 180,00 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 2693,84 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 454,27 manat, xx.xx.2023-cü il tarixli **********1 № malların yerdəyişməsi sənədi ilə 600,80 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 67,60 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişməsi sənədi ilə 75,60 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 182,88 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 2389,20 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişməsi sənədi ilə 2579,95 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 225,60 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 187,20 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 520,56 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 200,00 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 840,00 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 474,40 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişməsi sənədi ilə 2201,36 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 93,50 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 106,40 manat, xx.xx.2023-cü il tarixli **********6 №li malların yerdəyişməsi sənədi ilə 834,24 manat, xx.xx.2023-cü il tarixli ********** №li malların yerdəyişməsi sənədi ilə 3008,00 manat olmaqla, cəmi 35.089,84 manat məbləğində dondurma məhsullarını maddi məsuliyyətə götürməklə Şamaxı və Qobustan rayonları ərazisində olan müştərilərə 12 aprel 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixədək olan dövr ərzində sataraq, həmin məhsulların satışından əldə edilmiş 19.407.18 manat pul vəsaitinin bir hissəsini - 7.803,99 manatını şirkətin xəzinəsinə mədaxil etmiş, müştərilərə satılmış mallara görə 15.682,66 manat məbləğdə pulun borc şəklində ödənilməmiş qalması nəzərə alınmaqla, göstərilən dövr ərzində müxtəlif vaxtlarda satışdan əldə etdiyi ümumilikdə xeyli miqdar təşkil edən 11.603,19 (on bir min altı yüz üç manat on doqquz qəpik) manat məbləğində pul vəsaitini isə şirkətin xəzinəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına xərcləyib, ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə, vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəməklə ələ keçirərək talamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. İstinad edilən cinayət əməli onun tərəfindən törədilmişdir. Əlavə olaraq bildirmişdir ki, Şahid11 borcundan ödədiyi 182 manatı şirkətə ödəməmiş, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Şahid5 913,52 manat dəyərində dondurma vermiş, aprel ayının 12-dən iyul ayının 25-nə kimi yeməklərini Şahid5 məxsus restoranda yediyi yeməklərin dəyəri ilə əvəzləşdirmişlər. Adətən 3 nəfər olmuşlar, həmin şəxslərdən biri sürücüsü digəri isə bölgə müdiri olmuş, bölgə müdiri bəzən gəlmişdir. Eyni zamanda avtomobilləri xarab olanda ustalar da gəlmiş, onlarla da həmin restoranda yemək yemişlər. Lakin həmin restorana hər hansı pul ödəməmiş, təhvil verdiyi dondurmalrın dəyəri ilə əvəzləşdirmişdir. Şahid7 ona təhvil aldıqları malın əvəzinə 381,32 manat nağd şəkildə ödəniş etmişdir. Həqiqətən də şirkətdən dondurma götürərək müştərilərə paylamış, payladığı malların pulunun almış, lakin aldığı pulların bir hissəsini şirkətə ödəsə də, bir qismini ödəməyərək şəxsi məqsədləri üçün xərcləmiş, yekun olaraq da borc yaranmışdır. Audit şöbəsindən Namiq İsmyaılov tərəfindən yoxlama aparılmış və şirkətə ödəmədiyi məbləğin 11603,19 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğlə də razıdır. Daha sontra o zərər çəkmiş şəxsə dəymiş ziyanı, habelə həmin ziyanın 25 faizini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq bəraətverici əsaslar olmadan barəsində ona cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini təqdim etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. O, "xxxx" şirkətində “Beynəlxalq əlaqələr və marketinq” şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs da həmin müəssisədə satış təmsilçisi olaraq çalışmışdır. Təqsirləndirilən şəxs adına təhkim olunmuş malları satmalı və əvəzini şirkətin kassasına ödəməlidir. Lakin Təqsirləndirilən şəxs Şamaxı və Qobustan ərazisi üzrə satılmış məhsullarım ödənişlərini zamanında şirkət kassasına təhvil verməmişdir. Satışın yoxlanılması və nəzarət olunması audit şöbəsinə tapşırıldığından həmin şöbədən daxil olmuş məlumat əsasında yoxlamalar aparılmış və fərqlər müəyyən olunmuşdur. Yekun olaraq audit tərəfindən çatışmamazlıq 11603,19 manat olaraq müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Şirkətin satış təmsilçisinə aid olan ərazidə Şamaxı və Qobustan rayonları ərazisində əvvəlcə bölgə müdiri bir neçə obyektdə kəsrlər aşkar etmişdir. Belə ki, müştərilərin borc qalıqlarında fərqlər olmuşdur. Bundan sonra o, rəhbərliyin tapşırığı ilə həmin əraziyə ezam olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs ilə birgə həmin müştərilərin borc qalıqlarını yoxlamışlar, yəni üzləşmə etmişlər. Bu zaman bütün müştərilərdə fərqlərin olduğu müəyyən edilmişdir. Təxmini 20 ya 30 marketdə olmuş və fərqlər aşkar etmişdir. Yoxlama zamanı bir neçə obyektin bağlanmalarını müşahidə etmişlər. Həmin marketlərlə əlaqədar da Təqsirləndirilən şəxs izahatını almışdır. Təqsirləndirilən şəxs özü götürdüyü pul vəsatini şəxsi məqsədləri üçün istifadə etdiyini bildirmişdir. Ümumi 11603 manat kəsr olmuşdur. Mağazaları yoxlayarkən müştərilər aldıqları məhsulun pulunun Farizə ödənilməsini bildirsələr də, həmin pullar Fariz tərəfindən şirkətə ödənilməmişdir. Yoxlama zamanı Farizə əksik gələn pulları şirkətə ödəmək təklif edilsə də Təqsirləndirilən şəxs maddi imkanı olmadığından ödəyə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs şirkətdə satış təmsilçisi kimi maddi məsul şəxs olmuş, onun vəzifəsi məhsulu anbardan götürərək müştəriyə təqdim etmək, dəyərini isə müştəridən alaraq şirkətin kassasına ödəmək olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. O, Xırdalan şəhərində yerləşən “Zəhmət Ruzi” adlı şirkətin mülkiyyətində olan anbarda anbardar işləmişdir. Təqsirləndirilən şəxs isə satış təmsilçisi olaraq çalışmışdır. Şirkətdə Təqsirləndirilən şəxs operatordan lazım olan malları yazdırıb siyahı çıxartmışdır. Həmin sənədlə də o, anbardar olaraq Təqsirləndirilən şəxs dondurmaları təhvil vermiş, Təqsirləndirilən şəxs dondurmaları avtomobilə yükləyibaparmışdır. Sənədin bir nüsxəsi onda qalmış, bir nüsxəsi isə Təqsirləndirilən şəxs qalmışdır. Anbardan mallar təhvil verərkən və təhvil alarkən elektron proqramlardan istifadə edirlər. Təhvil verdiyi malın hamısını Təqsirləndirilən şəxs təhvil vermiş, sonuncu şəxsən qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. O, "xxxx" şirkətində ərazi üzrə bölgə müdiri vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs çalışdığı ərazinin müdiri olmuş, Təqsirləndirilən şəxs onun tabeçiliyində olmuşdur. O, "xxxx" şirkətində 2022-ci ildən çalışmağa başlamış, 2023-cü ilin aprel ayından isə Təqsirləndirilən şəxs onun tabeçiliyində olmuşdur. Şamaxı rayonu üzrə şirkətin bir satış təmsilçisi olmuşdur ki, o da Təqsirləndirilən şəxs olmuşdur. Ərazini yoxlayan zaman Farizin özü ilə birlikdə bir neçə müştərinin yanına getmiş və müştərinin borcunu yoxlayan zaman 1000 manatdan çox fərq yaranmışdır. Sistemdə, yəni Farizin əlində olan terminalda müştərinin borcu təxminən 2000 manat göstərildiyi halda, müştəri təxminən 1000 manat borcu olduğunu bildirmişdir. Yəni 1000 manatdan çox fərq yaranmışdır. Yaranmış ziddiyyət barədə Təqsirləndirilən şəxs soruşmuş, Təqsirləndirilən şəxs isə öz növbəsində araşdırılıb, yoxlanılmasını istəmişdir. Müştərini çağırmış və borcu yoxlamışlar, müştəri borcunu ödədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs pulları almasını etiraf etmişdir. Halbuki, Təqsirləndirilən şəxs vəzifəsi marketlərdən məbləğləri alıb kassaya nağd qaydada ödəmək olmuşdur. Təxminən 3 müştərinin borcunu yoxlamış və borclarda fərqlər aşkar etmişdir. Bundan sonra şirkətə məlumat vermiş, şirkət də audit göndərmişdir. Audit yoxlaması aparılmış, rəsmi sənədlər, üzləşmə aktları və Təqsirləndirilən şəxs özünün etirafı ilə pulun onun tərəfindən götürülməsi təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ona dondurma təhvil vermiş, o da həmin dondurmaların pulunu ödəmişdir, başqa borcu yoxdur. Cəmi 200 manata qədər pul olmuşdur. Təqsirləndirilən şəxs işlədiyi şirkətdən onların obyektinə gələrək yoxlanış aparmışlar. Təxminən 200 manata qədər borcu olmuş, lakin o, Təqsirləndirilən şəxs 182 manatı şirkətə ödəməsi üçün vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs aldıqları dondurmaya görə borcları olmuş və aylıq ödənişlər etmişlər. Təqsirləndirilən şəxs gün ərzində 3 və ya 4 dəfə gəlib onlara məxsus restoranında yemək yemişlər. Təqsirləndirilən şəxs hər dəfə gələndə iki üç nəfər olmuşlar. Hətta avtomobilləri xarab olduğunda ustalarla birlikdə gəlib yemək yemişlər. Təqsirləndirilən şəxs verdiyi mallara görə ödənilməli məbləği onun restoranda yediyi yeməklərin dəyəri ilə əvəzləşdirilmişdir. Təqsirləndirilən şəxs onlara 913,52 manat dəyərində dondurma məhsulu vermiş, həmin məbləğin də hamısı onun restoranda yediyi yeməyə olan borcu iulə əvəzləşdirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs onlara dondurma təqdim etmişdir. Təqdim edilən dorndurmanın çekini tədim etmiş, onlar çekdə göstərilən məbləği Təqsirləndirilən şəxs təqdim etmişlər. Lakin Təqsirləndirilən şəxs həmin aldığı məbləği nə etdiyindən məlumatı yoxdur. Təhvil aldıqları malın 381,32 manatını Təqsirləndirilən şəxs nağd şəkildə ödəmiş, 390,56 manat isə qalıq qalmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü il may ayının 22-si "xxxx" şirkətində sürücü kimi Salyan ərazisində işə girmiş, iyun ayında isə sürücünün atası rəhmətə getdiyi üçün Şamaxı rayonuna gəlmişdir. O Şamaxı rayonunda bir ay işləmişdir. Ondan əvvəl orada 4 sürücü işləmişdir. Onun Təqsirləndirilən şəxs pul məsələsindən xəbəri olmamışdır. Həmin məsələlər açıldıqdan sonra xəbər tutmuşdur. Təqsirləndirilən şəxs pulu yeyib-içməyə xərclədiyini bildirmişdir, lakin o bunları görməmişdir. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi Şamaxı və İsmayıllı bölgələrinə verdiyi dondurma məsullarıını sürücü kimi o daşımışdır. Sifarişləri götürmək və təhvil vermək Farizin səlahiyyətində olmuşdur. Verilmiş məhsulların pulunu da Fariz qəbul edirdi. Xırda məbləğləri nağd qaydada alaraq şirkətin kassasına təhvil verirdi, böyük məblələr isə köçürmə yolu ilə həyata keçirilirdi. Məhkəmə iclasında ifadəsi elan edilərək təqdiq edilmiş Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, Bakı-Qazax şossesinin 101-ci kilometrliyindən yerləşən özünə məxsus “Yol Market” adlı ərzaq mağazasını işlədir. 2023-cü ilin yaz-yay mövsümündə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küşəsi, döngə 9, 21D ünvanında yerləşən, dondurma məhsullarının istehsalı və satışı ilə məşğul olan “Camal LTD" şirkətindən dondurma almağa başlamış, həmin şirkətdən əvvəllər yalnız satış təmsilçisi Təqsirləndirilən şəxs, sonradan isə Şahid2 adlı auditlərini tanımışdır. 2023-cü ilin yaz-yay mövsüm ərzində o, həmin şirkətdən 89,36 manat dəyərində dondurma məhsullarını həmin şirkətin satış təmsilçisi Təqsirləndirilən şəxs tam şəkildə qaimə əsasında təhvil almış, təhvil aldığı məhsullara görə Təqsirləndirilən şəxs həmin mövsümdə ayrı-ayrı vaxtlarda mağazada olarkən 89,36 manat məbləğində pul vəsaitini hissə-hissə nağd şəkildə vermiş, qalıq olaraq isə 31 iyul 2023-cü il tarixə 0 (sıfır) manat borcları qalmışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək təqdiq edilmiş Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, Bakı-Qazax yolunun 124-cü kilometrliyində yerləşən “Bənövşə” restoranını icarəyə götürərək işlədir. Restoran üçün əvvəllər fərqli şirkətlərindən dondurma almış, 2023-cü ilin yaz-yay mövsümündə isə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küşəsi, döngə 9, 21D ünvanında yerləşən, dondurma məhsullarının istehsalı və satışı ilə məşğul olan "xxxx" şirkətindən dondurma almağa başlamış, həmin şirkətdən əvvəllər yalnız satış təmsilçisi Təqsirləndirilən şəxs, sonradan isə Şahid2 adlı auditi tanımışdır. 2023-cü ilin yaz-yay mövsüm ərzində həmin şirkətdən 562 manat dəyərində dondurma məhsullarını həmin şirkətin satış təmsilçisi Təqsirləndirilən şəxs tam şəkildə qaimə əsasında təhvil almış, təhvil aldığı məhsullara görə Təqsirləndirilən şəxs həmin mövsümdə ayrı-ayrı vaxtlarda mağazasında olarkən 172 manat məbləğində pul vəsaitini nağd şəkildə vermiş, qalıq olaraq isə 31 iyul 2023-cü il tarixə 390 manat borcları qalmışdır. Hazırda isə həmin şirkətə borcu yoxdur, borcunu tam şəkildə ödəmişdir. 2023-cü ilin avqust ayının 09-da "xxxx" şirkətinin əməkdaşları Şahid2 və Təqsirləndirilən şəxs Nizami oğlu mağazaya gəlmiş, birlikdə apardıqları araşdırma nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aldıqları məhsulların ödənişi kimi təhvil verdikləri 172 manat pulun 22 manatını Təqsirləndirilən şəxs “Camal LTD" şirkətinə təhvil verməyərək mənimsəmişdir. Bu barədə həmin vaxt aralarında üzləşmə aktı da tərtib olunmuş və Təqsirləndirilən şəxs da həmin 22 manatı pulu şəxsi ehtiyaclarına xərclədiyini etiraf edərək üzləşmə aktını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək təqdiq edilmiş Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci ildən sahibkarlıq fəaliyyəti İlə məşğul olan fiziki şəxs və vergi ödəyicisi kimi Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən kiçik bir ərzaq mağazasını işlədir. Mağaza üçün əvvəllər fərqli şirkətlərdən dondurma almış, 2023-cü ilin yaz-yay mövsümündə isə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küşəsi, döngə 9, 21D ünvanında yerləşən, dondurma məhsullarının istehsalı və satışı ilə məşğul olan "xxxx" şirkətindən aralarındakı razılaşmaya əsasən cəmi 1324,17 manat dəyərində hissə-hissə dondurma məhsullarını həmin şirkətin satış təmsilçisi Təqsirləndirilən şəxs tam şəkildə qaimə əsasında təhvil almış, təhvil aldığı məhsullara görə Təqsirləndirilən şəxs həmin mövsümdə ayrı-ayrı vaxtlarda mağazasında olarkən 1029,33 manat məbləğində pul vəsaitini nağd şəkildə vermiş, qalıq olaraq isə 31 iyul 2023-cü İS tarixə 294,84 manat borcumuz qalmışdır. Hazırda isə həmin şirkətə borcu yoxdur, borcunu tam şəkildə ödəmişdir. 2023-cü ilin avqust ayının 09-da "Camal LTD” şirkətinin əməkdaşları Şahid2 və Təqsirləndirilən şəxs Nizami oğlu mağazaya gəlmiş və birlikdə apardıqları araşdırma nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aldıqları məhsulların ödənişi kimi təhvil verdikləri 1029,33 manat pulun 574,89 manatını Təqsirləndirilən şəxs "xxxx" şirkətinə təhvil verməyərək mənimsəmişdir. Bu barədə həmin vaxt aralarında üzləşmə aktı da tərtib olunmuş və Təqsirləndirilən şəxs da həmin 574,89 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini etiraf edərək üzləşmə aktını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək təqdiq edilmiş Şahid10 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildən ünvan 4 ünvanında yerləşən ərzaq mağazasını işlədir. Həmin mağaza ona məxsus olsa da, dayısı X13 mağazanı işlətməkdə ona kömək edir. Mağaza üçün dondurma məhsullarını fərqli şirkətlərdən almışdır. 2023-cü ilin yaz-yay mövsümündə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küşəsi, döngə 9, 21D ünvanında yerləşən və dondurma məhsullarının istehsalı və satışı ilə məşğul olan "xxxx" şirkəti ilə aralarındakı razılaşmaya əsasən həmin şirkətdən cəmi 3551,35 manat dəyərində sifariş verdiikləri dondurma məhsullarını həmin şirkətin satış təmsilçisi Təqsirləndirilən şəxs tam şəkildə qaimə əsasında təhvil almış, təhvil aldıqları məhsullara görə Təqsirləndirilən şəxs həmin mövsümdə ayrı-ayrı vaxtlarda mağazada olarkən 2155,04 manat məbləğində pul vəsaitini nağd şəkildə vermiş, qalıq olaraq isə 31 iyul 2023-cü il tarixə 1396,31 manat borcu qalmışdır. 2023-cü ilin avqust ayının 09-da “Cəmal LTD” şirkətinin əməkdaşları Şahid2 və Təqsirləndirilən şəxs Nizami oğlu mağazaya gəlmiş və birlikdə apardıqları araşdırma nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aldıqları məhsulların ödənişi kimi təhvil verdikləri 2155,04 manat pulun 807,50 manatını Təqsirləndirilən şəxs “Camal LTD’’ şirkətinə təhvil verməyərək mənimsəmişdir. Bu barədə həmin vaxt aralarında üzləşmə aktı da tərtib olunmuş və Təqsirləndirilən şəxs da həmin 807,50 manatı pulu şəxsi ehtiyaclarına xərclədiyini etiraf edərək üzləşmə aktını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, "xxxx" şirkətinin direktoru X5 müraciəti əsasında toplanmış material üzrə AR CM-nin 179.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Sərbəst auditor X16 21 avqust 2023-cü il tarixli, 45 saylı rəyindən görünür ki, "xxxx" şirkətində satış təmsilçisi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi mal-pul dövriyyəsinin auditi aparılmış, nəticədə onun 11.603,19 manat borc qalığının olması müəyyən edilmişdir. (i.v 15-20) xx.xx.2023-cü il tarixli “AKT”-dan görünür ki, Təqsirləndirilən şəxs şirkət tərəfindən təhvil verilmiş dondurma məhsullarının alıcılara çatdırılmasına dair yoxlama aparılmış və yoxlama zamanı Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən müxtəlif alıcılara onlarla bağlanmış üzləşmə aktlarına əsasən cəmi 35089,84 AZN məbləğində çeşidli adda və çəkidə dondurma məhsullarının müştərilər tərəfindən təhvil alındığı, Təqsirləndirilən şəxs alıcılardan aldığı ödənişlərin cəmi məbləğinin 7803,99 AZN təşkil etdiyi, müştərilərin uçot məlumatlarına əsasən 27285,85 AZN borclarının olduğu, faktiki qalıq borcun isə 15682,66 manat təşkil etdiyi, ümumi məbləğin 11603,19 AZN olması müəyyən edilmişdir. (i.v 21-24) "xxxx" şirkətinin xx.xx.2023-cü il tarixli, 36 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə sürücü köməkçisi vəzifəsindən satış təmsilçisi vəzifəsinə keçirilmişdir. (i.v 29) xx.xx.2023-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Təqsirləndirilən şəxs öz təqsirli hərəkətləri nəticəsində işəgötürənə vurulmuş ziyanın ödənilməsini öhdəsinə götürmüşdür. (i.v 31) xx.xx.2022-ci il tarixli, 2587 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs “Camal “LTD” şirkətində sürücü köməkçisi vəzifəsinə işə götürülmüşdür. (i.v 33-38) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X2 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 385,50 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 74 manat ödəniş etmişdir. (i.v 41) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X21 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 895,44 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 346,88 manat ödəniş etmişdir. (i.v 42) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X14 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 557,76 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 200,71 manat ödəniş etmişdir. (i.v 43) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X26 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 172 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 150 manat ödəniş etmişdir. (i.v 44) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri Şahid7 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 381,32 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 300,16 manat ödəniş etmişdir. (i.v 45) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri Şahid9 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 1029,33 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 574,89 manat ödəniş etmişdir. (i.v 46) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X37 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 142,28 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 99,20 manat ödəniş etmişdir. (i.v 47) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X15 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 50 manat ödəniş etmiş, sonuncu isə həmin pulu "xxxx" şirkətinə ödəməmişdir. (i.v 48) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X22 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 190,24 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 40,88 manat ödəniş etmişdir. (i.v 49) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X1 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 670,40 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 361,08 manat ödəniş etmişdir. (i.v 50) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri Şahid6 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 89,36 manat ödəniş etmiş, sonuncu isə həmin pulu "xxxx" şirkətinə ödəməmişdir. (i.v 51) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X13 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 2155,04 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 1347,54 manat ödəniş etmişdir.(i.v 52) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X7 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 268 manat ödəniş etmiş, sonuncu isə həmin pulu "xxxx" şirkətinə ödəməmişdir. (i.v 53) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X3 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 56,96 manat ödəniş etmiş, sonuncu isə həmin pulu "xxxx" şirkətinə ödəməmişdir. (i.v 54) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X23 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 231,26 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 65,89 manat ödəniş etmişdir. (i.v 55) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X8 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 494,96 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 145 manat ödəniş etmişdir. (i.v 56) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X24 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 655,10 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 355,10 manat ödəniş etmişdir. (i.v 57) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X31 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 336,83 manat ödəniş etmiş, sonuncu isə həmin pulu "xxxx" şirkətinə ödəməmişdir. (i.v 58) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X17 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 4730 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 1525 manat ödəniş etmişdir. (i.v 59) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri Şahid5 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 913,52 manat ödəniş etmiş, sonuncu isə həmin pulu "xxxx" şirkətinə ödəməmişdir. (i.v 60) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X18 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 100 manat ödəniş etmiş, sonuncu isə həmin pulu "xxxx" şirkətinə ödəməmişdir. (i.v 61) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X27 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 1865,41 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 1119,39 manat ödəniş etmişdir. (i.v 62) xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı-müştəri X9 aldığı məhsullara görə Təqsirləndirilən şəxs 187,07 manat ödəniş etmiş, sonuncu isə həmin puldan "xxxx" şirkətinə 5,07 manat ödəniş etmişdir. (i.v 63) xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs Məhəmməd Məmmədovdan (Şamaxı rayonu, Göylər kənd 2 № məktəb) 135 manat, Vüsal Ağakişiyevdən (Şamaxı rayonu, Mədrəsə kəndi) 187,12 manat, Əfqan Şıxəliyevdən (X36) 191,15 manat, Vüsal Mütəllimovdan (Alpaqa market və kafe) 361,52 manat, Fəqan Süleymanovdan (X50) 336,02 manat və Teymur Ağasalıyevdən (Sabir qəsəbə market) 150,80 manat olmaqla ümumilikdə yerdə qalan 1361,65 manat pulu da götürərək xərclədiyini bildirmişdir. (i.v 64) **********9 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 275,82 manat dəyərində məhsul təhvil almışdır. (i.v 65) **********2 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 7063,76 manat dəyərində məhsul təhvil almışdır. (i.v 66) **********5 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 4274,56 manat dəyərində məhsul təhvil almışdır. (i.v 67) **********1 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3065,30 manat dəyərində məhsul təhvil almışdır. (i.v 68) **********4 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 470,40 manat dəyərində məhsul təhvil almışdır. (i.v 69) **********6 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 258,60 manat dəyərində məhsul təhvil almışdır. (i.v 70) **********8 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 1153,90 manat dəyərində məhsul təhvil almışdır. (i.v 71) **********2 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 612,00 manat dəyərində məhsul təhvil almışdır. (i.v 72) **********9 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 180,00 manat dəyərində məhsul təhvil almışdır. (i.v 73) **********0 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2693,84 manat dəyərində məhsul təhvil almışdır. (i.v 74) **********2 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 454,27 manat dəyərində məhsul təhvil almışdır. (i.v 75) **********1 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 600,80 manat dəyərində məhsul təhvil almışdır. (i.v 76) **********2 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 67,60 manat dəyərində məhsul təhvil almışdır. (i.v 77) **********7 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 75,60 manat dəyərində məhsul təhvil almışdır. (i.v 78) **********9 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 182,88 manat dəyərində məhsul təhvil almışdır. (i.v 79) **********2 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2389,20 manat dəyərində məhsul təhvil almışdır. (i.v 80) **********7 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2579,95 manat dəyərində məhsul təhvil almışdır. (i.v 81) **********3 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 225,60 manat dəyərində məhsul təhvil almışdır. (i.v 82) **********0 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 187,20 manat dəyərində məhsul təhvil almışdır. (i.v 83) **********3 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 520,56 manat dəyərində məhsul təhvil almışdır. (i.v 84) **********2 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 200,00 manat dəyərində məhsul təhvil almışdır. (i.v 85) **********3 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 840,00 manat dəyərində məhsul təhvil almışdır. (i.v 86) **********0 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 474,40 manat dəyərində məhsul təhvil almışdır. (i.v 87) **********5 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2201,36 manat dəyərində məhsul təhvil almışdır. (i.v 88) **********1 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 93,50 manat dəyərində məhsul təhvil almışdır. (i.v 89) **********1 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 106,40 manat dəyərində məhsul təhvil almışdır. (i.v 90) **********6 nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 834,24 manat dəyərində məhsul təhvil almışdır. (i.v 91) ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3008,00 manat dəyərində məhsul təhvil almışdır. (i.v 92) Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin xx.xx.2023-cü il tarixli, 2-2/310/2-019657/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Vahid məlumat axtarış sistemində məhkumluqları barədə ilkin əməliyyat məlumatları müəyyən edilməmişdir. (i.v 104) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 04 oktyabr 2023-cü il tarixli, 5601 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. (i.v 107) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs "xxxx" şirkəti zərər çəkmiş şəxs qismində tanınmışdır. (i.v 121) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:05-də şübhəli şəxs qismində tutulmuşdur. ( i.v 149) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v 157-158) xx.xx.2023-cü il tarixli qəbzdən və "xxxx" şirkətinin 185 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şirkətə vurduğu 11603,19 manat ziyanın 11.000 manatını ödəmişdir. (i.v 167,178) xx.xx.2023-cü il tarixli “Tutulmuş şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. (i.v 168) xx.xx.2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v 169-171) xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. (i.v 175) Cinayət işi materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. (i.v 176) AZ-İV 559137 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X19 adlı övladı var. (i.v 177) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 13 oktyabr 2023-cü il tarixli, 13748 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (i.v 179) Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 10 oktyabr 2023-cü il tarixli, 9/7211 saylı məhkəmə mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil etmişdir. (i.v 210) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli, 9/7211 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan auditor aktına, 21 avqust 2023-cü il tarixli akta, malların yerdəyişməsi ilə bağlı sənədlərə, üzləşmə aktlarına və sair məlumatlara əsasən Təqsirləndirilən şəxs hesabında 11.603,19 manat məbləğində çatışmazlıq aşkar edilir. (i.v 211-213) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, məhkəmə mühasibatlıq ekspertizasının 10 oktyabr 2023-cü il tarixli, 9/7211 saylı rəyi, üzləşmə aktları, auditor hesabatı, malların yerdəyişməsi haqqında sənədlər, məktublar və digər prosessual sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (i.v 215-230) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə yenidən cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(i.v 232-234) "xxxx" şirkətinin xx.xx.2023-cü il tarixli, 201 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şirkətə vurmuş olduğu 11603,19 manat ziyanı tamamilə ödəmiş və onunla barışmışlar. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsiləndirilməsinə dair cinayət işi üzrə zərəçəkmiş şəxə vurduğu ziyanı və həmin ziyanın 25 faizini dövlət büdcəsinə ödəməyini nəzərə alaraq barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli 28955 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Baş ofisində yerləşən ADM000028 saylı terminal vasitəsi ilə dövlət büdcəsinə 2901,00 manat vəsaitödəmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə zəzrçəkmiş şəxslə barışıq əldə etmiş, habelə vurulmuş ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyan tam ödənilmiş, habelə qeyd edilən cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmiş, bunlar zərər çəkmiş hüquqi şəxs "xxxx" Şirkəti tərəfindən məhkəməyə təqdim edilən ərizə ilə də təsdiq edilmiş, əlavə olaraq zəzrçəkmiş hüqiqi şəxslə təqsiləndirilən şəxsin barışması da qeyd edilmiş, eyni zamanda təqsirləndirilən Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək tərəfindən zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam ödənildiyini, habelə qeyd edilən cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənişin edildiyini, zərəçəkmiş hüquqi şəxslə barışdığını nəzərə alıb onu cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən, eyni zamanda qeyd edilən cinayət əməllərinin törədilməsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödəniş edildiyindən və o, zərər çəkmiş şəxslə barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-98/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-98/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver