Məhkəmə qərarları › İş №1(001)-99/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-99/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-99/2021 26.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağlar massivində yerləşən Zərərçəkmiş şəxs X2 məxsus bir metrin dəyəri 6 manat 93 qəpik olmaqla ümumilikdə 1039 manat 50 qəpik dəyərində 150 metr uzunluğunda TPP-100x2 ictimai əhəmiyyətli rabitə kabelini özü ilə gətirdiyi bağ qayçısı ilə kəsərək gizli talayıb Zərərçəkmiş şəxsnə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar massivində yerləşən Zərərçəkmiş şəxs X2 məxsus bir metrin dəyəri 6 manat 93 qəpik olmaqla ümumilikdə 1524 manat 60 qəpik dəyərində 220 metr uzunluğunda TPP-100x2 ictimai əhəmiyyətli rabitə kabelini özü ilə gətirdiyi bağ qayçısı ilə kəsərək gizli talayıb Zərərçəkmiş şəxsnə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar massivində yerləşən Zərərçəkmiş şəxs X2 məxsus bir metrin dəyəri 6 manat 93 qəpik olmaqla ümumilikdə 1039 manat 50 qəpik dəyərində 150 metr uzunluğunda TPP-100x2 ictimai əhəmiyyətli rabitə kabelini özü ilə gətirdiyi bağ qayçısı ilə kəsərək gizli talayıb Zərərçəkmiş şəxsnə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3- 2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi imkanı pis olduğu üçün o, məcburiyyət qarşısında qalıb telefon kabellərini kəsib, kabelin içərisindəki mis məftilləri Metal qəbulu məntəqələrinə sataraq gündəlik xərclik pulu əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağlar massivinə gedərək orada taxta dirəklərə bərkidilmiş təxminən 30 metr uzunluğunda telefon kabelini özü ilə gətirdiyi bağ qayçısı ilə kəsərək yoldan keçən tanımadığı taksi ilə Fatmai bağlar massivində yerləşən zibilxanaya aparmışdır. Orada o, həmin kabeli yandırmış, daha sonra həmin kabelin içərisində olan misi isə metal qəbulu məntəqəsini işlədən tanışı Şahid2 70 manata satmışdır. Bundan sonra o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində təkrarən Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar massivinə gedərək orada dayağa qalxıb dayaqdan asılmış təxminən 50 metr uzunluğunda telefon kabelini özü ilə gətirdiyi bağ qayçısı ilə kəsib eyni üsulla yandırıb əldə etdiyi misi yenə metal qəbulu məntəqəsini işlədən tanışı Şahid2 80 manata satmışdır. Bundan başqa o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar massivinə gedərək orada dayağa qalxıb dayaqdan asılmış təxminən 20 metr uzunluğunda telefon kabelini özü ilə gətirdiyi bağ qayçısı ilə kəsərək eyni üsulla apararaq yandırmış və əldə etdiyi misi metal qəbulu məntəqəsini işlədən tanışı Şahid2 40 manata satmışdır. Üç dəfəyə o, təxminən 100 metr uzunluğunda telefon kabeli kəsib aparmış və kabelin içərisindəki mis məftilləri Metal qəbulu məntəqəsini işlədən tanışı Şahid2 sataraq ümumilikdə 190 manat pul əldə etmiş və həmin pulu öz ehtiyacına istifadə etmişdir. Təhvil verdiyi mis məftilləri o, həyətlərində olan köhnə kabellərin içərisindən çıxartdığını Şahid2 demiş, həmin misin oğurluq yolu ilə əldə edilməsini sonuncuya bildirməmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona elan edilmiş hər üç epizodda kabellərin uzunluğu şişirdilmiş, o, ittihamda göstərilən uzunluqda kabel oğurlamamışdır. O, cəmi üç dəfəyə təxminən yüz metr uzunluğunda kabel oğurlayıb satmışdır. Maddi imkanı olmadığı üçün dəymiş zərəri ödəyə bilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin X1 sahə rəisi vəzifəsində işləyən Şahid1 Canbaxış oğlunu xidmət etdiyi Bakı şəhəri, Binəqədi rayonunun Fatmai bağları massivinin sahəsindən 1039 manat 50 qəpik dəyərində 150 metr uzunluğunda TPP-100x2 ölçülü rabitə kabeli kəsilərək oğurlanması ona məlum olmuşdur. Bundan sonra xx xxxxxxxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, keçən gecə Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları massivinin sahəsindən 1524 manat 60 qəpik dəyərində 220 metr uzunluğunda TPP-100x2 ölçülü rabitə kabeli kəsilərək oğurlanmışdır. Daha sonra xx xxxxxxxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, həmin Görədil bağları massivinin sahəsindən 1039 manat 50 qəpik dəyərində 150 metr uzunluğunda TPP-100x2 ölçülü rabitə kabeli kəsilərək oğurlanmışdır. Bir metr uzunluğunda TPP-100x2 ölçülü rabitə kabelinin qiyməti 6 manat 93 qəpik olduğuna görə baş vermiş üç oğurluq hadisəsi nəticəsində Şirkətə ümumilikdə 3603 manat 60 qəpik məbləğində ziyan dəymişdir. Dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən sonuncudan cəmiyyət olaraq şikayətçidilər. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Zərərçəkmiş şəxs MMC-nin X1 sahə rəisi vəzifəsində işləyən Şahid1 Canbaxış oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində xidmət apardığı ərazidə olan zaman Binəqədi rayonu, Fatmai bağlar ərazisində yerləşən yeraltı tuneldən təxminən 300 metr məsafədə yerləşən TPP- 100x2 ölçülü rabitə kabelinin 150 metr hissəsinin kəsilərək oğurlanmasını müəyyən etmişdir. Bundan sonra, xx xxxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Binəqədi rayonu, Görədil bağlarında Dəmir yolunun kənarında yerləşən 100 nəfərlik telefon kabelində istifadəsi dayanması müəyyən edilmişdir. Bununla bağlı həmin əraziyə baxış keçirən zaman müəyyən olunmuşdur ki, həmin ərazidə yerləşən rabitə dirəklərindən 220 metr məsafəsini qət edən 100 nəfərlik TPP-100x2 rabitə kabeli kəsilərək oğurlanmışdır. Daha sonra, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində nəzarətində olan Görədil- Novxanı kanalının Binəqədi rayon, Görədil bağları ərazisindən keçən hissəsinin kənarında 4 dirəkarası TPP-100x2 ölçülü 150 metr uzunluğunda kabel kəsilərək oğurlanmışdır. Bütün bu hallar barədə dərhal Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığı üçün o, Bakı şəhəri, Sabunçu rayonunda kirayə Metal qəbulu məntəqəsi götürüb işlədir. Təqsirləndirilən şəxs o, 10 ilə yaxındır ki, tanımış və münasibətləri normal olmuşdur. Dəqiq tarixləri yadında olmasa da, Təqsirləndirilən şəxs bir dəfə 2020-ci ilin avqust ayında, iki dəfə isə 2020-ci ilin sentyabr ayında onun işlədiyi məntəqəyə torbanın içərisində yandırılmış kabelin içi olan mis məftil gətirib təhvil vermişdir. Zaurun dediyinə görə həmin mis məftillərini o, həyətlərində olan köhnə kabelləri yandıraraq kabelin içərisindən çıxartmışdır. O, Təqsirləndirilən şəxs mis məftillərin oğurluq olub-olmamasını soruşmuş, sonuncu isə ona bir daha həmin məftillərin ona məxsus olmasını demişdir. O, 2020-ci ilin avqust ayında təhvil verdiyi mis məftillərə görə Təqsirləndirilən şəxs 70 manat, 2020-ci ilin sentyabr ayında isə təhvil verdiyi məftillərə görə isə sonuncuya birinci dəfə 80 manat, ikinci dəfə isə 40 manat pul vermişdir. Beləliklə də, üç dəfəyə o, Zaura ümumilikdə 190 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X3 ərizəsi ilə bağlı toplanmış material üzrə fakta görə CM-in 177.2.3-2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağlar massivində istismarda olan TPP 100x2 150 metrlik kabel oğurlanmışdır. Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2020-ci il tarixli Lokal Smetasından görünür ki, 1 metrin dəyəri 6 manat 93 qəpikdən hesablanmaqla xx xxxxxx 2020-ci il tarixdə oğurlanmış 150 metr uzunluğunda TPP - 100x2 rabitə kabelinin ümumi dəyəri 1039 manat 50 qəpik təşkil etmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-2-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-805/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimatdan imtina olunaraq, sonuncu barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək o, məhkəmə iclas zalından azad edilmişdir. Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2020-ci il tarixli Lokal Smetasından görünür ki, 1 metrin dəyəri 6 manat 93 qəpikdən hesablanmaqla x xxxxxxxx 2020-ci il tarixdə oğurlanmış 220 metr uzunluğunda TPP - 100x2 rabitə kabelinin ümumi dəyəri 1524 manat 60 qəpik təşkil etmişdir. Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2020-ci il tarixli Lokal Smetasından görünür ki, 1 metrin dəyəri 6 manat 93 qəpikdən hesablanmaqla xx xxxxxxxx 2020-ci il tarixdə oğurlanmış 150 metr uzunluğunda TPP - 100x2 rabitə kabelinin ümumi dəyəri 1039 manat 50 qəpik təşkil etmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2 və 177.2.3-2ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-989/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(012)-20/2021 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-99/2021 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş hər üç epizod üzrə oğurladığı kabellərin uzunluğunun şişirdilməsi, cəmi təxminən 100 metr uzunluğunda kabel oğurlaması ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələrin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittihamlar üzrə cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamlarda göstərilən cinayət əməllərini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bütün yuxarıda şərh olunaraq məhkəmə tərəfindən hüquqi qiymət verilmiş hallar isə Təqsirləndirilən şəxs ifadəsinin özünü müdafiə, məsuliyyətini yüngülləşdirməyə və işin faktiki hallarını təhrif etməyə cəhd kimi qiymətləndirilməsinə imkan verir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməllərin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-805/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimatdan imtina olunaraq, sonuncu barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-989/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(012)-20/2021 nömrəli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Daha sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-99/2021 qərarı ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə xx xxxxxxxx 2020-ci il tarixdən barəsində Abşeron rayon Polis İdarəsinin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulanadək, yəni 3 (üç) ay 13 (on üç) gün müddətində şübhəli şəxs qismində tutulmuş və ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 13 (on üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli hazırda baxılan cinayət işi üzrə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edildiyi vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı və həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 66 (altmış altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlandığı 3 (üç) ay 13 (on üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar