Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-99/2025 16.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Şirvan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 16 may 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,282 qram psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 18:00-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində yerləşən "Azadlıq" metrostansiyasının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 20:50də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,282 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, saxlanılarkən üzərində psixotrop maddə olmamış, külli miqdarla hədələnərək məcbur qalaraq istinad edilən əməli törətməyi boynuna götürmüşdür. Belə ki, o, psixotrop maddənin özünə aid olmağına dair etirafedici ifadə versə də, əslində həmin maddə ona məxsus olmamışdır. Onu 2024-cü ilin may ayının 14-ü gecə saat 10-11 radələrində “Araz” marketdən oğurluq etdiyi üçün magazanın işçisi üçün saxlayaraq polisə məlumat verərmiş və onu 5-ci polis bölməsinə gətirmişlər. “Araz” marketdən daha əvvəl də oğurluq etdiyindən kameralara düşdüyü ümün onu tanıyaraq saxlamışlar. Həmin gecə və ondan sonrakı gün, yəni may ayının 15-i bölmədə olmuşdur. İki gün bölmədə saxlanıldıqdan sonra növbəti gün, yəni ayın may ayının 16-sı metamfetamini üzərinə götürməsə, onu külli miqdarla sənədləşdirəcəkləri ilə hədələdikdlərindən azadlığa buraxılaraq və özü məhkəməyə gedib-gələcəyi üçün razılaşaraq üzərində metamfetamin olmasını bildirmişdir. Lakin daha sonra barəsində axtarış verilmiş və saxlanılaraq həbs edilmişdir. Onu saxlayan şəxslər Elnur və Babək adlı əməkdaşlar olmamışdır. Həmin şəxsləri 16 may 2024-cü il tarixdə bölmədə görmüşdür. Həmin tarixdə Elnur və Babək adlı şəxslər onu qara rəngli avtomobillə qoyaraq bölmədən aparıb birlikdə çay içərək yenidən bölməyə gətirib üzərində psixotrop maddə aşkar edilməsi ilə sənədləşdirmişlər. Ondan əvvəl bölmədə ona razılaşmadığı halda külli miqdar ilə sənədləşdirəcəkləri ilə hədləmişlər. Verilmiş suallara cavab olaraq saxlanılarkən üzərində mobil telefon olmadığını, polis əməkdaşları tərəfindən ona hər hansı xəsarət yetirilmədiyini, saxlanlarkən üzərində olan xəsarətin isə polis bölməsinə gətirilməmişdən əvvəl çöldə aldığını, hazırda bildirdikləri ilə bağlı istintaq iştirak edən müdafiəçisinə heçnə demədioyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, “o, xeyli müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir. 16 may 2024-cü ildə günorta saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidən öz istifadəsi üçün 10 manata bir ədəd şəffaf sellofana bükülmüş “Patı” almışdır ki, istifadə etsin. Həmin gün saat təxminən 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi Azadlıq metrostansiyasının yaxınlığında dayanarkən bu zaman polis əməkdaşları ona yaxınlaşaraq vəsiqələrini göstərib özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitələrin saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi rayon polis idarəsinin 5-ci Polis bölməsinə dəvət etmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. O təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. 5-ci Polis bölməsinin inzibati binasında xidməti otaqda olarkən ona üzərində şəxsi axtarış aparılacağı elan olunmuşdur. Ona üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, bu zaman o əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş maddəni masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsi ilə həmin büküm götürülərək açılmış, həmin vaxt maddənin ağ rəngli kristallardan ibarət olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan “metamfetamin” adlanan psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Həmçinin o narkotik vasitələrin və psixotrop maddələrin satışı məşğul olmadığını, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonda o bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir.” Təqsirləndirilən şəxs son sözündə üzərində heç bir maddə olmadığını, daha ağır maddə ilə sənədləşdiriləcəyindən qorxaraq ittihamı qəbul etdiyini, deyilənlərin nəzərə alınaraq barəsində ədalətli hökm çıxarlmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 16 may 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat təxminən 18:00 radələrində digər polis əməkdaşı Şahid1 ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, S.S. Axundov küçəsində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında təqsirləndirilən şəxsi saxlayaraq Bakı şəhəri Binəqədi RPİ-in 5-ci Polis Bölməsinə gətirmişlər.Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, həmçinin psixotrop maddələrdən istifadə etdiyini də etiraf etmişdir. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra təhqiqatçının otağında üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs üzərində daşıdığı psixotrop maddəni təqdim etmiş və həmin maddəni Nəsimi rayonu, Papanin adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs hadisədən bir gün qabaq tutulması, polis əməkdaşları tərəfindən çay içməyə aparılaraq yenidən bölməyə gətirilməsi, polis bölməsində hədələnməsi ilə bağlı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxsin yalan danışdığını, göstərilənlərin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 16 may 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə axşam radələrində digər polis əməkdaşı Şahid2 ilə birlikdə Biləcəri qəsəbəsi, S.S. Axundov küçəsində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs yanında heç kim olmamışdır. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra təhqiqatçının otağında video çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs üzərində daşıdığı psixotrop maddəni təqdim etmiş, həmçinin həmin maddəni Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs nə saxlanılan zaman, nə də bölmədə olan zaman hər hansı bir formada təzyiq olmamışdır. Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının 14-ü saxlanılması, onun iki bölmədə qalması, polis əməkdaşları tərəfindən çay içməyə aparılaraq yenidən bölməyə gətirilməsi, polis bölməsində hədələnməsi ilə bağlı bildirdiklərinə dair verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxsin yalan danışdığını, elə bir halın olmadığını, şəxsin üzərində keçirilmiş şəxsi axtarış zamanı psixotrop maddə aşkar edildiyini, hər şeyi könüllü olaraq etiraf etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:35-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 18:00-dən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əyninda ol qara rəngli cins şalvarın say yan cibindən 1 ədəd bükümdə şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuş, həmin kütlə elektron tərəzidə çəkilərək kütləsinin 0,40 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2024-cü il tarixdə Papanin kimi adlan yerdən 10 manata alaraq üzərində saxladığını bildirmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi Azadlıq metrostansiyasının yaxınlığında olduğu zaman saxlanılaraq polis bölməsinə aparıldığını, bölmədə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan metamfetamini təqdim etdiyini, həmin maddəni Nəsimi rayonu, Papanin adlanan ərazidən öz istifadəsi üçün 10 manata əldə etdiyini bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokol özü və müdafiəçisi tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2792 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd kağız zərfin içərisində 1 ədəd bükümdəki təmiz çəkisi 0,282 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,282 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,232 qram maddə geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat olmuşdur. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi Azadlıq metrostansiyasının yaxınlığında olduğu zaman saxlanılaraq polis bölməsinə aparıldığını, bölmədə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan metamfetamini təqdim etdiyini, həmin maddəni Nəsimi rayonu, Papanin adlanan ərazidən öz istifadəsi üçün 10 manata əldə etdiyini bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokol özü və müdafiəçisi tərəfindən imzalanmışdır.. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və saxlandığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,232 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3443 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicǝyǝ ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli aministiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il, 5 ay, 21 gün islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılaraq üzərində 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-332/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində elan edilmiş axtarışla əlaqədar tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınaraq saxlanıldığı MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasın əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-570/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində elan edilmiş axtarışla əlaqədar xx.xx.2024-cü il tarixdə, saat 10:00-da Yasamal rayonu ərazisində saxlanılmışdır. Bakı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cəfərov X3 RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəlişin qeydə alındığı diskə baxış keçirilmiş və disklərdə olan video görüntülərin xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla uyğunluq təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və üzərində saxlanıldığı zaman psixotrop maddə olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış və şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video-görüntünü əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü üzərində olan psixotrop maddəni təqdim edir və həmin maddənin özünə məxsus olmaması barədə hər hansı fikir bildirmir, şəxsi axtarış və götürmə barədə protokolu isə imzası ilə təsdiq edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər Şahid2 və Şahid1 eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat təxminən 18:00 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, S.S. Axundov küçəsində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında saxlanılaraq bölməyə gətirilmiş və bölmədə olan zaman üzərində daşıdığı psixotrop maddəni təqdim etmiş və həmin maddəni Nəsimi rayonu, Papanin adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şahidlərin verdiyi ifadələr digər iş materiallarına uyğun olmuş, təqsirləndirilən şəxsin bildiriklərinin əksinə iş materialları ilə ziddiyyət təşkil etməmişdir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələr də şahidlərin məhkəmə iclasında bildirdikləri ilə üst-üstə düşür. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsiləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə tərtib edilmiş protokolları özü və müdafiəçisi imza etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “psixotrop maddələr” adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli hökmləri ilə üzərində yaranmış məhkumluğu CM-nin 83.3.2 və 83.3.3-cü maddələrinə əsasən ödənildiyindən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılaraq üzərində 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 16 may 2024-cü il tarixdə yenidən cinayət törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmaqla 2 (iki) gün müddət şübhəli və təqsirləndirilən şəxs statusunda tutulmuşdur. Bundan başqa onun barəsində axtarış elan edilmiş və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 (bir) gün müddət olmaqla tutulmuş, daha sonra barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmaqla müvəqqəti saxlama yerindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ümumilikdə 3 (üç) gün müddət tutulmuşdur. Həmçinin məhkəmə iclaslarına gəlməkdən yayındığı üçün məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş və xx.xx.2024-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, həmin tarixdən hazırkı tarixədək həbsdə saxlanılmaqdadır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmaması və ağırlaşdıran halın (cinayətin residivi) olması ilə yanaşı, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM- 65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəza müddətinin əvvəli 16 noyabr 2024-cü il tarixdən hesablanmalı, ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 0,232 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqdim edilmiş “Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatı”nda göstərdiyi hüquqi yardıma görə sərf etdiyi toplam saatı 40 (qırx) saat, ödənilməli haqqın miqdarını isə 240 manat olaraq göstərmiş, göstərilən hüquqi yardımın saatları barədə hər hansı əsaslandırma aparılmamışdır. Məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsinə sərf edilmiş 40 saat suni şəkildə şişirdilmişdir. Belə ki, həmin cinayət işi üzrə ümumilikdə 7 məhkəmə iclası keçirilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardımın ümumi saatı 25 (iyirmi beş) saat olaraq qəbul edilməli, həmin hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu ümumilikdə 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 16 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,232 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-99/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-99/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver