Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-10/2025 03.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, 18 aprel 2024-cü il tarixdə saat 14:20-də Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılıb, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 15:10-da dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış təmiz çəkisi 0,275 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2023cü il tarixdə şəxsi istifadəsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə gedərək üzdən tanıdığı şəxsdən 1 büküm heroin almış, həmin gün ünvan 5 ünvanının qarşısına gələrkən 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları kimi təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və şöbəyə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PŞ-də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə mobil telefon vasitəsi ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmış və üzərindən 1 büküm heroin aşkar olunmuşdur. O, həmçinin bildirmişdir ki, narkotik vasitələrdən tutulmasından 5-6 ay əvvəl istifadə etməyə başlamışdır. Ağrıları olduğundan dərman qismində 2-3 ay metadon həbindən istifadə etmiş və sonradan metadon həbini tapa bilməmiş, heroin istifadə etməyə başlamışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, onun üzərində olan heroin özünə məxsus olmuş, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və mənəvi təzyiq göstərilməmişdir. 25 noyabr 2024-cü il tarixli məhkəmə iclasında suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə onun əri X10 narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməkdə şübhəli şəxs kimi tutulmuşdur. Həmin tarixdə 10-15 gün sonra isə polis əməkdaşları onu saxlamışlar, polis şöbəsində könüllü qaydada Qaradağ RPİ-nin 10-cu PŞ-nə getmiş, üzərində hər hansı narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən işinin külli miqdarda narkotik vasitə ilə sənədləşdiriləcəyi ilə hədəqorxuya məruz qalmışdır. Bu səbəbdən təqdim edilən heroini ona məxsus kimi qəbul etmişdir. Həmçinin, qeyd etmişdir ki, o, kəskin ağrılardan və Hepatit C xəstəliyindən əziyyət çəkdiyi üçün narkoloji dispanserdə qeydiyyata alınmışdır, müalicəvi qaydada ona tramadol təyin edilmişdir. Onun yaşadığı ünvandan polis şöbəsinə Fəxrəddin Nəsirov adlı polis əməkdaşı aparmış, şahid qismində dindirilmiş polis əməkdaşları isə onun tutulmasında iştirak etməmişlər. Məhkəmənin 3 fevral 2025-ci il tarixli iclasında son söz olaraq Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, ilk dəfə cinayət əməli törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, əri X7 azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini, bir daha belə əməllərə yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntü, məhkəmə tərəfindən əladə edilmiş şahidlərin telefonları ilə bağlı anten dairələrində göstərilən məlumatlar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 18 aprel 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 14 radələrində Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyyəsində şübhəli olduğu bildirilərək Qaradağ RPİnin 10-cu PŞ-nə gətirmişlər. Qaradağ RPİ-nin 10-cu PŞ-nin xidməti otaqlarından birində dəvət edilmiş video çəkiliş aparılmaqla, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamamışdan əvvəl qeyri-qanuni əşyaların könüllü təqdim etməsini təklif olunmuş, o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı kağızında olan bir ədəd bükümü masanın üzərinə qoymuş, həmin bükümün içərisində narkotik vasitə “heroin” olduğunu, onu həmin gün Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən onlara hər hansı müqavimət göstərilməmiş, həmçinin ***- ***-**-** saylı mobil telefon nömrəsi ona məxsus olmaqla təqsirləndirilən şəxs tutularkən onun üzərində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş, məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən onlara hər hansı müqavimət göstərilməmiş, ***-***-**-** saylı nömrə ona məxsusdur, lakin təqsirləndirilən şəxs tutularkən onun üzərində mobil telefon olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin Qeydiyyat məsələləri bölməsinin inspektoru Şahid4 öz ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən tutulub saxlanılmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə istintaq hərəkətində iştirak etmək üçün 10-cu polis şöbəsinə dəvət edilmişdir. Şöbənin xidməti otaqlarından birində dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə, həmçinin videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs qara cins şalvarının sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş bükümü könüllü təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik maddə aşkar edilmişdir. Onun tərəindən Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, lakin üzərindən başqa əşya aşkar edilməmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 24-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20-də şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan 18 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, həmin protokola əlavə edilmiş CD diskdən və cinayət işinin 50-ci vərəqəsində olan 19 aprel 2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 18 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqda dəvət olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü çıxardaraq masanın üzərinə qoyur, həmin bükümün içərisində “kakos” kimi bildiyi narkotik vasitə heroin olduğunu, 18 aprel 2024-cü il tarixdə Qızıldaş qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərinə qadın polis əməkdaşı tərəfindən keçirilmiş şəxsi axtarış zamanı başqa sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmur. Həmin büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə olduğu müəyyən edilir. Bundan sonra büküm iştirakçıların yanında zərfə qoyulur, möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2103 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 222” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza”” və digər ad.ş soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,275 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,275 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq- 0,225 qram. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (saat 09:30-da) və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 67-68-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Cinayət işinin 72-73-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2022-ci il tarixdə doğulmuş X6 anası Təqsirləndirilən şəxsdır. Cinayət işinin 76-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3643 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-99-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin qızılı rəngli kağız bükümündə 0,275 qram təmiz çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 01 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,225 qram qalığı bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclaslarında təqsirləndirilən şəxs iş materiallarında qeyd edilən şahidlərin onun tutulmasında iştirak etmədiyini bildirdiyindən şahidlər Şahid2 və Şahid1, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı hüquqlarını müdafiə etmiş müdafiəçi X4 məxsus mobil nömrələrin anten dairələrinin əldə olunması məqsədilə məhkəmə istintaqı dövründə qərarlar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş CD diskdə olan Şahid2 məxsus ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:32 və 16:36 radələrində anten məlumatı müəyyən edilmiş və həmin saatlarda anten dairəsi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsini göstərmişdir. Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə "xxxx" şəbəkəsindən “Azercell” mobil operatoruna daşındığından anten məlumatların əldə olunması barədə müvafiq qərar "xxxx" MMC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş həmin MMC-dən verilmiş məlumatlardan görünür ki, həmin mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 14:20 və 14:27 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində müəyyən olunur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş CD diskə aid məlumatlardan görünür ki, X4 məxsus ***-***-**-** saylı mobil nömrənin anten dairələri xx.xx.2024-cü il tarixdə saat 11:52 və 15:08 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində müəyyən olunur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş CD diskə aid məlumatdan görünür ki, X4 məxsus ***-***-**-** saylı mobil nömrənin anten məlumatları xx.xx.2024-cü il tarixdə saat 14:15 və 14:32 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində müəyyən olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona ünvanlanmış sualların bir qismini cavablandırarkən özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, həmin məqamlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşımaqla, cəzadan yaxa qurtarmaq məqsədi daşıması ilə bağlı olmuşdur. Məhkəmə həmçinin müəyyən etmişdir ki, təqsirləndirilən şəxsi evindən polis şöbəsinə aparmış polis əməkdaşı X9 xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən təqsirləndirilən şəxsin ifadəsini həmin hissədə dəqiqləşdirmək mümkün deyildir. Şahidlərin, həmçinin ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmiş müdafiəçinin mobil nömrələrinə aid anten dairələri barədə əldə olunmuş məlumatlarla müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin tutulub saxlanılması, eyni zamanda müdafiəçinin iştirakı ilə keçirilmiş istintaq hərəkəti zamanı onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsində olmuşlar. Cinayət işi materialına əlavə olunmuş X2 Ekspert Komissiyasının rəydən və təqsirləndirilən şəxsin tramadol dərmanı qəbul etməsi barədə ifadəsində verdiyi məlumatdan onda asılılıq sindromlarının mövcud olması müəyyən olunur. Məhkəmə istintaqı dövründə aparılmış ətraflı araşdırmanın nəticəsində təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, cəzadan qorxduğu üçün sualların bəzilərini narkotik vasitənin ona aid olmaması kimi cavablandırmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün son söz zamanı etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü və məhkəmə istintaqı dövründə əldə edilmiş CD disklərdəki məlumatlardan və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirməsini, ilk dəfə cinayət əməli törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün tutulma müddəti bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 6 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3643 rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,225 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut qismində tanınmış 01 ədəd DVD disk və iş materiallarına əlavə edilmiş 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış ekspertizanının xərci – 89 (səksən doqquz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 işə qoşularaq ibtidai istintaq dövründə 36 iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 50 iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 36 iş saatı hüquqi xidmətə görə 216 (iki yüz on altı) manat X1, məhkəmə istintaqı zamanı göstərilmiş 50 iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı saxlanıldığı 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 6 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,225 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş materiallarına əlavə edilmiş 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 89 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 36 iş saatı hüquqi xidmətə görə 216 (iki yüz on altı) manat X1, məhkəmə istintaqı zamanı göstərilmiş 50 iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-10/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-10/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver