Məhkəmə qərarları › İş №1(002)-100/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-100/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-100/2023 18.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmiş, subay, işləməyən, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, ev 31, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür ki, o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 05:50-də Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən 31 nömrəli binanın yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci polis bölməsinin inzibati binasına gətirilərək xidməti otaqların birində dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 09:05-də videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərdə ayrı-ayrlıqda təmiz çəkiləri 0,062 qram, 0,102 qram, ümumi təmiz çəkisi 0,164 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,192 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 4 ay olar ki, həbsdən azad olunmuşdur. O, həbsdən çıxdıqdan sonra narkotik vasitə heroin, arada-bir isə psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, Bakı şəhərində yerləşən “Malakan” bağına getmiş, orada tanımadığı şəxs ona narkotik vasitə heroin təklif etmiş və o, həmin şəxsdən 30 manat pul müqabilində 03 ədəd bükümdə narkotik vasitə heroini alıb Sahil qəsəbəsinə qayıtmışdır. O, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üzərində saxlamış, lakin qəbul etməmişdir. Həmin gün Sahil qəsəbəsində çayxanada olmuş, bir qədər küçələrdə gəzmiş, xx.xx.2022-ci il tarixdə səhərə yaxın Bakı şəhəri, Sahil qəsəbəsində yerləşən ünvana piyada gedərkən Qasımov küçəsində yerləşən 31 nömrəli binanın yan tərəfindən keçəndə iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını deyib xidməti vəsiqələrini təqdim edərək Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları olduqlarını bildirib ondan adını və soyadını soruşmuşlar. O isə polis əməkdaşlarının suallarına cavab verməyib onlardan uzaqlşamağa çalışmışdır. Lakin polis əməkdaşları ona yaxınlaşıb özünü şübhəli aparmağını bildirib onu Qaradağ RPİ-nin 38-ci PB-nə aparmışlar. 38-ci PB-də otaqların birində üzərinə axtarış keçirilərkən ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O da əynindəki şalvarının cibindən 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə vardır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin onundur, öz istifadəsi üçün əldə etmişdir, həmin maddəni kiməsə satmaq və ya pay vermək kimi niyyəti olmamış və heç kimə narkotik vasitə satmamışdır. O, son olaraq özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, lakin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə təqsirli bildiyini, törətdiyi əməlindən peşman olduğunu qeyd edərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən 31 nömrəli binanın qarşısından keçərkən hərəkətdə olan bir nəfər cavan oğlanın narkotik sərxoşluq vəziyyətində olmasından şübhələnib həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları olduqlarını bildirib ondan adını və soyadını soruşmuşlar. Həmin şəxs onların suallarına cavab verməyib onlardan uzaqlşamağa çalışmışdır. Lakin onlar həmin binanın yan tərəfində ona yaxınlaşıb özünü şübhəli aparmağını bildirib onu Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. 38-ci PB-nin inzibati binasında müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. 38-ci PBnin inzibati binasında otaqların birində vəkilinin, onun və polis əməkdaşı olan Şahid2 iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə vardır, bükümləri xx.xx.2022-ci il tarixdə Malakan bağında tanımadığı şəxsdən 30 manata almışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləndə üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra həmin bükümlər açılmış, 02 ədəd bükümün içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, digər bir bükümün içərisindən isə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru Zeynalov X1 İnal İlham oğlu ilə eyni məzmunli ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6292 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,102 qram, ümumi təmiz çəkisi 0,164 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,192 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsin xx.xx.2022-ci il tarixli 6798 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3154 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərdə ayrı-ayrlıqda təmiz çəkiləri 0,062 qram, 0,102 qram, ümumi təmiz çəkisi 0,164 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,192 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq qalmış çəkisi 0,104 qram narkotik vasitə heroin, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq qalmış çəkisi 0,142 qram psixotrop maddə metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materillarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmasına dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokola əlavə edilmiş “DVD” diskdə olan videogörüntüyə məhkəmə iclasında keçirlmiş baxış zamanı müəyyən edilir ki, 30 oktyabr 2023-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinin 38 polis bölməsində otaqların birində müdafiəçi X2, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 oğlu və Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 iştirakları ilə şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və predmet varsa masanın üzərinə qoymaq təklif olunur və sonuncu boz rəngli şalvarının sağ yan cibindən 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur və həmin büklərinin içərisindəki maddənin narkotik vasitə olduğunu, öz itifadəsi üçün Malakan bağında tanımadığı şəxsdən əldə etdiyini bildirir. Bundan başqa onun üzərindən heçnə aşkar olunmur. Aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılır və iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarından görünür ki, qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması iş üzrə toplanmış sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə fakt üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmış, lakin sonradan işi aparan müstəntiq tərəfindən heç bir əsaslandırma olmadan və hər hansı bir sübut müəyyən edilmədən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Hansı ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni aldıqdan sonra istifadə etməsi üçün saxladığını bildirir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş olsaydı ibtidai istintaq orqanı tərəfindən bu hal aydınlaşdırılar və bu istiqamətdə real istintaq hərəkətləri aparılardı. Lakin bu hallara dair heç bir əsaslı şübhələr müəyyən edilməmiş, ibtidai istintaq orqanı tərəfindən bu hallara dair hər hansı bir sübut aşkar edilməmiş, eləcə də digər lazımi əməliyyat-axtarış tədbirləri də keçirilməyərək heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin üzərindən 03 ədəd ayrı-ayrılıqda bükümdə narkotik vasitənin çıxmasına görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Cinayət işinin materiallarından aydın olur ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını müəyyən edilməsi istiqamətində işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən sadəcə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə şablon xarakterli əməliyyat tapşırığı ünvanlanmış, daha sonra Qaradağ RPİ-nin 11-ci Polis Bölməsindən narkotik vasitə tiryəkin mənbəyinin müəyyən edilmədiyi barədə şablon xarakterli cavab verilməklə kifayətlənilmiş, digər tədbirlər barəsində isə sonralar heç bir məlumat verilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək pesman olmasını və gənciliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,104 qram narkotik vasitə heroin və çəkisi 0,142 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 38(otuz səkkiz) saata görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul X2nun, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 30 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 81 (səksən bir) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,104 qram narkotik vasitə heroin və çəkisi 0,142 qram psixotrop maddə metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 38(otuz səkkiz) saata görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul X2nun, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar