Məhkəmə qərarları › İş №1(002)-100/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-100/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-100/2025 03.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Sabirabad rayonu, Güdəcühür kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sabirabad rayonu, Şəhriyar ərazi dairəsi, Axtacı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km adlanan ünvanda yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km adlanan yaşayış sahəsi, nömrəsiz fərdi evdə aralarında yaranmış şəxsi mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruqla vurub yıxaraq sonuncuya üst dodaq nahiyyəsinin əzilmiş yarası və qansızması, sağ dirsək oynağının sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək və təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdi tanıyır və onunla hər zaman yaxşı münasibəti olmuşdur. 22 aprel 2025-ci il tarixdə saat 13:00 radələrində o, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km adlanan yaşayış sahəsi nömrəsiz fərdi evdə olan zaman qonşuluqda yaşayan Natiq və Pərvin onun evinə gəlib istifadə etmək üçün çənlərini istəmişdir. O, razılıq verəndən sonra Pərvin çənləri götürən zaman ətrafda olan əşyaları və yeri dağıtmışdır. Buna görə o, Pərvinə öz iradını bildirəndə Pərvin gəlib ətrafı təmizləyəcəyinə söz vermişdir. Təxminən saat 17 radələrində o, Pərvinin gəlmədiyini görüb Natiqin evinə getmişdir. Həmin vaxt Pərvin evin ikinci mərtəbəsində işləyirmiş. O, Pərvinə gəlib dağıtdığı əşyaları toplamasını bildirəndə Pərvin sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Oda əsəbləşib bir dəfə yumruqla Pərvinin sifət nahiyyəsinə vurmuşdur. Pərvin sərxoş olduğu üçün müvazinətini itirib yerə yıxılmışdır. Hadisə bir iki dəqiqə davam etmiş və hadisənin şahidi olmamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və onunla barışdığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km adlanan yaşayış sahəsi, nömrəsiz fərdi evdə fəhlə işləmiş və Təqsirləndirilən şəxs işlədiyi evin hasar qonşusu kimi tanımış, eləcədə Dəyanətlə yaxşı münasibələri olmuşdur. 22 aprel 2025-ci il tarixdə o, fəhlə işlədiyi evin sahibi Natiqlə birlikdə Dəyanətin evinin həyətinə gedib oradan olan çənləri istifadə etmək məqsədi ilə işlədiyi evə gətirmişlər. Onlar çənləri götürən zaman çənlərin olduğu yeri və yanında olan əşyaları dağıtmışlar. Buna görə də Dayənət Natiqə və ona öz iradını bildirib dağıtdıqları yeri və aşyaları düzəltmələrini tələb etmişdir. Lakin onun işi olduğu üçün o, həmin vaxt dağıtdıqları yeri və əşyaları düzəltməmişdir. Həmin günü saat 17 radələrində o, Natiqin evinin ikinci mərtəbəsində işləyən zaman Dəyanət onun yanına gələrək gedib dağıtdığı yerə və əşyaları düzəltməsini tələb edəndə o, Dəyanətə əlində işi olduğunu, daha sonra gəlib düzəldəcəyini bildirmişdir. Həmin vaxt onların arasında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı o, sərxoş olduğu üçün Dəyanətin ünvanına nalayiq ifadə işlətmiş, Dəyanət də bu səbəbdən bir dəfə onun sifət nahiyyəsinə vurmuşdur. Zərbədən o, müvazinətini itirib yerə yıxılmışdır. Hadisə bir iki dəqiqə davam etmiş və hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 Qaradağ rayon Şöbəsinin 23 aprel 2025-ci il tarixli 235 saylı rəyindən görünür ki, 1.Vǝtəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-üst dodaq nahiyyəsinin əzilmiş yarası və qansızması, sağ dirsək oynağının sıyrığı bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 2.Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin yıxılması nəticəsində, eləcədə özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 73.2-ci maddəsinin tətbiqi ilə bağlı heç bir məlumat yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 165 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 165 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərilmiş hüquqi yardımla bağlı 165 (yüz altmış beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 165 (yüz altmış beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar