Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-101/2023 24.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1999-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə saat 00:50 radələrində idarə etdiyi "Toyota Prius" markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşını Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Qazax-Ələt-Gürcüstan yolunun 71-ci km-də saxlayaraq manevr qaydalarını pozmağı bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə silah qismində istifadə etdiyi daş parçası ilə qəsdən həmin yolda hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi "Mercedes Benz" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq alın şüşəsinə vurub zədələyərək Zərərçəkmiş şəxs2 440 manat maddi ziyan vurmuş, onun qəsdən atdığı daş parçası "Mercedes Benz" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq alın şüşəsini sındırdıqdan sonra şüşə sınıqları sərnişin olan Zərərçəkmiş şəxs1 baş nahiyyəsinə dəymiş nəticədə Zərərçəkmiş şəxs1 sağ gicgahda və alının sağ yan səthində sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 avqust 2022-ci il tarixdə qardaşına məxsus "Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla arvadını qeydiyyatda olduqları Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparmaq üçün həmin rayona getməyi planlamışlar. Onların Kürdəmir rayonuna gedəcəklərindən məlumat alan Nazim adlı qohumu da onlarla bərabər getməyə qərar vermişdir. Beləliklə, o, arvadı və qohumu Nazim Kürdəmir rayonuna getmək üçün yola düşmüşlər. Arvadı avtomaşının qabaq sərnişin oturacağında, Nazim isə arxa sərnişin oturacağında əyləşmişlər. 05 avqust 2022ci il tarixdə təxminən saat 00:55 radələrində Ələt qəsəbəsindən keçən zaman yolun 2-ci zolağı ilə hərəkətdə olan zaman yolun 1-ci zolağı ilə hərəkət edən "Mercedes Benz" markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomaşın manevr edərək onun idarə etdiyi avtomaşının qarşısına çıxmışdır. O, həmin avtomaşının sürücüsünə işarə verərək yoluna keçməsini və ötmə əməliyyatı etməsi üçün yol istəmiş, lakin həmin avtomaşının sürücüsü imkan yaratmamışdır. O, idarə etdiyi avtomaşının sürətini artıraraq həmin avtomaşını ötmüş, bir qədər hərəkət etdikdən sonra qarşıda avtomaşını yolun kənarında saxlamışdır. Bir müddətdən sonra həmin avtomaşın onun qarşısından keçən zaman əli ilə işarə etməsinə baxmayaraq, sürücü avtomaşını saxlamamış həmin vaxt o, əlində olan sürücü oturacağının baş nahiyəsi üçün nəzərdə tutulmuş hissəni digər avtomaşına atmışdır. Həmin avtomaşın dayanmadan yoluna davam etmişdir. O da idarə etdiyi nəqliyyat vasitəsinə əyləşərək yoluna davam etmişdir. Navahı qəsəbəsində yerləşən X9 postundan keçən zaman onu polis əməkdaşları saxlayaraq polis idarəsinə dəvət etmişlər. Orada "Mercedes Benz" markalı avtomaşının sürücüsünün ondan şikayət etdiyini bildirmişlər. Həmin vaxt nəqliyyat vasitəsini idarə etməsinə icazə sənədinin və sürücülük vəsiqəsinin olmamasından, həmçinin idarə etdiyi nəqliyyat vasitəsinin qardaşının adına qeydiyyatdan keməsinə əsaslanaraq, özünü qardaşı X1 təqdim etmiş və həmin ad-soyadla izahat vermişdir. Həmin vaxt postda narkoloji test müayinəsindən də keçirildikdən sonra sərbəst buraxılmış və yoluna davam etmişdir. Əlavə olaraq “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə atdığı əşya həmin nəqliyyat vasitəsinə zərər vurmuş olsa da, həmin avtomaşında olan sərnişinin xəsarət almasının mümkün olmadığını qeyd etmişdir. Hazırkı əməli törədərkən kənar şəxslərdən heç kim olmamış, onunla eyni avtomaşında olan arvadı və qohumu isə avtomaşından çıxmamışlar. Həmçinin bildirmişdir ki, ibtidai istintaq dövründə onun digər avtomaşına daş atması qeyd olunmasından məlumatlıdır, ifadəsinin o formada imzalamasına səbəb isə qohumu Nazimin də onun törətdiyi əməllə bağlı cəzalanmasından ehtiyat etməsi olmuşdur. Daha sonra törətdiyi əməldən peşman olduğunu, himayəsində azyaşlı övladının olmasını, digər nəqliyyat vasitəsinə atdığı əşyanın daş deyil sürücü oturacağında baş nahiyəsi üçün nəzərdə tutulmuş hissə olduğunu nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə və istintaq dövründə verdikləri ifadələri, üzləşdirmə protokolu, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, arvadına məxsus «Mercedes Benz» markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla fərdi işlərlə məşğul olaraq qazanc əldə edir. xx.xx.2022-ci il tarixdə saat 00:55 radələrində oğlu Zərərçəkmiş şəxs1lə birlikdə Bakı-Ələt- Qazax-Gürcüstan avtomagistralının 71-ci km-də hərəkətdə olan və ötmə əməliyyatı edən zaman onun avtomaşınından arxada, lakin onunla eyni istiqamətdə hərəkətdə olan «Toyota Prius» markalı **-FP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü avtomaşının uzaq vuran işıqlarından və səs siqnalından ardıcıl olaraq dayanmadan istifadə edərək onun ötmə əmliyyatını yerinə yetirməsinə mane olmuş, həmin vaxt qəza vəziyyəti yaransa da o, çətinliklə ötmə əməliyyatını başa çatdırıb orta zolağa keçərək həmin avtomaşına yol vermişdir. Lakin, «Toyota Prius» markalı avtomaşının sürücüsü həmin vaxt avtomaşını onun idarə etdiyi avtomaşının üzərinə sürmüş və qarşısına keçərək qarşısında qəflətən əyləci basaraq təkrar qəza vəziyyəti yaratmış, o isə çox çətinliklə idarə etdiyi avtomaşını qəzadan qurtarmışdır. Həmin sürücü idarə etdiyi avtomaşını sürətlə sürərək ondan 500-600 metr uzaqlaşmış o da yoluna davam etmişdir. Bir qədər getdikdən sonra, «Toyota Prius» markalı avtomaşının yolun kənarında, sürücünün isə avtomaşının yanında dayandığını görmüş, daha sonra isə sürücünün onun idarə etdiyi avtomaşına atdığı daşlardan avtomaşının ön şüşəsi sınmış və şüşə qırıntıları həmin vaxt avtomaşının ön oturacağında əyləşən oğluna xəsarət yetirmişdir. O, gecə saatları olduğu üçün, həmçinin qeyri-müəyyən hərəkətlər edən sürücüdən ehtiyat edərək, avtomaşınını saxlamadan yoluna davam etmişdir. Oğlu yuxudan oyanmış nə baş verdiyini oğluna bildirdikdən sonra “102” xidməti zəng mərkəzinə hadisə barədə məlumat vermişdir. Yolda olan Yol Patrul Xidmətinin avtomaşının yaxınlığında avtomaşını saxlamış və polis əməkdaşına üzləşdiyi hadisə barədə məlumat verdikdən sonra həmin polis əməkdaşlarının müşayiəti ilə Yol Patrul Xidməti postuna gəlmişlər. Bir qədər sonra onların olduğu yerə çatmış «Toyota Prius» markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşın da polis əməkdaşları tərəfindən saxlanmışdır. Göstərilən nəqliyyat vasitəsinin sürücüsü ondan bağışlanmasını istəsə də üzləşdiyi hadisə nəticəsində həm özünün, həm də onunla eyni avtomaşında olan azyaşlı övladının keçirdiyi həyəcan hissi, həmçinin nəqliyyat vasitəsinə vurulmuş zərər, azyaşlı oğlunun aldığı xəsarət səbəbindən şikayətçi olmuş və şikayət ərizəsini polis əməkdaşına təqdim etmişdir. Onlar bərabər Hacıqabul Rayon Polis Şöbəsinə aparılmışlar və orada sərxoşluq müayinəsindən keçmişlər. Avtomaşınına dəymiş zərər 440 manat təşkil etmiş və zərərçəkmiş şəxsin qohumları həmin zərəri qarşılamışlar. Daha sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olmadığını, məhkəmədən ona yüngül cəz təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə rəsmi nikahları olmadan yaşasalar da, bir azyaşlı övladları var. Övladını Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirmək məqsədilə Kürdəmir rayonuna getmək qərarına gəlmişlər. Həmçinin Təqsirləndirilən şəxs qohumu Nazim də onlarla bərabər getmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Kürdəmir rayonu istiqamətinə yola çıxmışlar, xx.xx.2022-ci il tarixində təxminən saat 00:55 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşından öndə hərəkətdə olan nəqliyyat vasitəsini ötməyə çalışmış, bu məqsədlə avtomaşının işıqlarını bir neçə dəfə yandırıb-söndürməklə həmin nəqliyyat vasitəsindən yol istəmişdir. Həmin nəqliyyat vasitəsi onun ötmə əməliyyatı etməsinə bir qədər gec şərait yaratdığı üçün, Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsini sağ istiqamətdən ötmüş və irəlidə saxlamış, ötmə əməliyyatı etməsinə maneə yaratmış nəqliyyat vasitəsini gözləmişdir. Onların olduğu nəqliyyat vasitəsinin arxa hissəsinə keçmiş, həmin nəqliyyat vasitəsi çatdıqda isə əlində olan daş parçasını və əynində olan yay ayaqqabısını nəqliyyat vasitəsinə atmışdır. O, Təqsirləndirilən şəxs daş atmasını bilavasitə görməsə də, avtomaşına geri qayıtdıqdan sonra sonuncudan nə baş verdiyini soruşmuş, o, isə biraz əvvəl ona ötmə əməliyyatı etməsinə mane olmuş nəqliyyat vasitəsinə daş atdığını demişdir. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onların olduğu avtomaşından düşərkən əlində heç nə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisinin nəvəsidir. O, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs və onun arvadı ilə bərabər, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində Kürdəmir rayonu istiqamətinə yola düşmüşlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 00:55 radələrində Təqsirləndirilən şəxs onların avtomaşınından irəlidə hərəkətdə olan nəqliyyat vasitəsini ötmək istəyərkən həmin nəqliyyat vasitəsi şərait yaratmamışdır. O, ötmə əməliyyatını sağ istiqamətdən həyata keçirmiş, bir qədər hərəkət etdikdən sonra irəlidə avtomaşınını saxlamışdır. Avtomaşından düşərək arxa hissəyə keçmiş, Təqsirləndirilən şəxs arvadı isə sonuncunun əsəb xəstəliyi problemi olduğu üçün, ondan da avtomaşından düşməsini və onun yanında olmasını xahiş etmişdir. O da maşından düşmüş, Təqsirləndirilən şəxs hansı səbəbdən dayandıqlarını soruşduqda sonuncu həmin maşını saxlayıb bir az əvvəl ona niyə ötmə əməliyyatına mane olmasını öyrənmək istədiyini bildirmişdir. Avtomaşından düşərkən onun əlində heç nə olmamışdır, “Mercedes Benz” markalı nəqliyyat vasitəsi yaxınlaşdıqda isə Təqsirləndirilən şəxs əlində olan daşı həmin nəqliyyat vasitəsi istiqamətinə atmışdır. Həmçinin qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs yalnız bir dəfə daş atmasının şahidi olmuşdur. Dərhal müdaxilə edərək onun əlindən tutmuş və onu yolun kənarına çəkmişdir. Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsinə daş atmasına baxmayaraq, digər nəqliyyat vasitəsi saxlamadan yoluna davam etmişdir. Onlar yollarına davam edərkən yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, o, sərbəst buraxılsa da Təqsirləndirilən şəxs və onun arvadı polis şöbəsinə aparılmışlar. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş X4 və Şahid4 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaqda verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, şahidlər X4 və Şahid4 ibtidai istintaq dövründə verdikləri ifadələri əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və onun yaxın qohumları etdiyi əmələ görə üzr istəmiş və barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Zərərçəkmiş şəxs1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş və zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsi tədqiq edilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 90-cı vərəqəsində olan 21 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30da tutulmuşdur. Cinayət işinin 104-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 123-126-cı vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 4(002)-205/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 21 gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 4(002)-4/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün müddətinə yəni 26 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin sağlamlığa zərər vurmanın təyini barədə ekspertizasının 05 avqust 2022-ci il tarixli, 433 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətlər- sağ gicgahda və alının sağ yan səthində sıyrıqlar-sınmış şüşə fraqmentlərinin təsirindən törənmiş, 05 avqust 2022-ci il tarixdə müayinə olunanın dediyi şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Cinayət işinin 127-ci vərəqəsində olan Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli 11244 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2017xx.xx.2017-ci il; xx.xx.2017-xx.xx.2017-ci il; xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müayinədə olmuşdur. Cinayət işinin 164-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 26 dekabr 2022-ci il tarixli, 3459 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 150-151-ci vərəqələrində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmişdir, onunla barışmışlar və ona qarşı heç bir şikayət və maddi tələbləri yoxdur. Həmçinin, məhkəməyə də ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını qeyd etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2021ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işinə əlavə edilmiş “Azemis” elektron məhkəmə sisteminin qohumluq məlumatları bölməsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs himayəsində 05 avqust 2022-ci il təvəllüdlü İbrahim adlı övladı var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, üzləşdirmə protokolu, ekspert rəyi və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsində özünü qismən təqsirli bilərək, digər nəqliyyat vasitəsinə daş parçası deyil digər əşya atması barədə verdiyi ifadə özünümüdafiə xarakteri daşıyır. Belə ki, o, ifadəsində daş parçası deyil, hərəkətdə olan nəqliyyat vasitəsinə digər əşya atdığını qeyd edəcəyi təqdirdə ona daha yüngül cəza təyin ediləcəyini düşünərək məhkəmə iclasında ifadəsini dəyişmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il № 15 qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini və davranışını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 21 noyabr 2023-cü il tarixdən məhdudlaşdırıldığından sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 30 (otuz) saat hüquqi xidmətə görə 180 (bir yüz səksən) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 36 (otuz altı) saat hüquqi yardıma görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 30 (otuz) saat hüquqi xidmətə görə 180 (bir yüz səksən) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 36 (otuz altı) saat hüquqi yardıma görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-101/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-101/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver