Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-101/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-ci il tarixdə Şəki rayonunda doğulmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:30 dəqiqədə idarə etdiyi, qeydiyyat şəhadətnaməsi Şahid1 adına rəsmiləşdirilmiş “BMW 528” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Lökbatan-Qobu yolunun 6-cı kilometrliyində Qobu istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 69-cu maddəsinin, 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən 1.1—1.3 xəttlərini kəsib keçməməli olduğu halda bu tələblərə əməl etmədiyindən idarə etdiyi avtomobil Şahid2 əks istiqamətdə idarə etdiyi “Mercedes Benz”190” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq həmin avtomobillə toqquşub, ehtiyyatsızlıqdan “Mercedes Benz” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığına sağ bazu sümüyünün sınığı və travmatik çıxığı, sol yanaq nahiyəsinin dərialtı hematoması, sol said nahiyəsinin qançırlarından ibarət, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında atası Şahid1 məxsus “BMW” markalı avtomobili ilə Qobu-Lökbatan yolu ilə üzü Lökbatan qəsəbəsi istiqamətində saatda təxminən 70-80 km sürətlə hərəkətdə olmuşdur.Hərəkətdə olan zaman qarşısına sərt döngə çıxmış və hadisənin qarşısını almaq məqsədilə avtomobili sol torpaq hissəyə çəkmişdir. Lakin məsafə az olduğundan hadisənin qarşısını ala bilməmişdir və əks istiqamətdən gələn “Mercedes Benz 190” markal, avtomobili ilə toqquşma baş vermişdir. Törətdiyi əməldən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunub və zərərçəkmiş şəxs ondan şikayətçi deyildir və ona dəymiş ziyan ödənilmişdir.Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə ailəsi ilə birlikdə həyat yoldaşı Şahid2 idarə etdiyi “Mercedes Benz 190” markalı, avtomobillə yaşadıqları Qobu kəndinə getmək üçün Lökbatan-Qobu yolu ilə üzü Qobu kəndi istiqamətində hərəkətdə olan zaman “Qobu Park” yaşayış kompleksinə çatmamış sərt döngəli yolda qarşıdan gələn “BMW” markalı avtomobil onların yoluna çıxaraq avtomobilin sağ hissəsindən vurmuşdur. Hadisə zamanı o, sağ və sol qolundan, sifət nahiyəsindən və diz nahiyyəsindən xəsarət almışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş olan ziyanı tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ailəsi ilə birlikdə yaşadıqları Qobu kəndinə getmək üçün Lökbatan-Qobu yolu ilə üzü Qobu kəndi istiqamətində hərəkətdə olan zaman “Qobu Park” yaşayış kompleksinə çatmamış sərt döngəli yolda qarşıdan gələn “BMW” markalı, avtomobili sürətlə hərəkətdə edərək gəldiyi surətlə qarşısına çıxaraq avtomobilin qarşı sağ hissəsindən vurmuşdur. Hadisə zamanı o, həyat yoldaşı müxtəlif xəsarətlər almışlar. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə oğlu Şöhrətlə birlikdə, yaşadıqları ünvana getmək üçün Qobu-Lökbatan yolu ilə üzü Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşılarına sərt döngə çıxmışdır. Avtomobillə hərəkətdə olan zaman oğlu Şöhrət hadisənin qarşısını almaq məqsədilə avtomobili sol torpaq hissəyə çəkmişdir. Lakin məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və əks yolda əyləşdiyi üçün avtomobilin qarşı sağ hissəsi ilə əks istiqamətdən gələn “Mercedes Benz 190” markalı avtomobil arasında toqquşma baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2023-cü il tarixli, 648 saylı Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər sağ bazu sümüyünün sınığı və travmatik çıxığı, sol yanaq nahiyəsinir dərialtı hematoması, sol said nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Kliniki Tİbbi Mərkəzə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir.Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023-ci il tarixli, 8/3192-№-li rəyindən görünür ki, BMW 528 markalı, 99UL451 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2.4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə hərəkət üçün təhlükə yaranan andan, yəni BMW 528 markalı, 99UL451 dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hərəkət zolağına çıxdığı andan toqquşma yerinə kimi 20 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin məsafə 20 metrdən artıq olmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu və cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, cinayət işinin materiallarını və məhkəmə istintaqı zamanı araşdırılmış sübutları nəzərdən keçirirək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs ərizə təqdim edərək barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsindən göründüyü kimi, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə də, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə təqsirləndirilən şəxslər barəsində cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir.) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.3, 43.3, 44.2.1, 75.1.1, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri ləğv edilsin. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-101/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-101/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver