Məhkəmə qərarları › İş №1(002)-102/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-102/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-102/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Kürdəmir rayonu Çöl- Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Çöl-Ərəb kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən “ATS” binası, nömrəsiz mənzildə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 00:10-da Qaradağ RPİ-nin Post- Patrul Xidməti bölüyünün (PPXB) əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması şübhəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən “ATS” binası adlanan yerin yaxınlığında saxlanılaraq, Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət edilmiş, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilməklə üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,402 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 (bir) il olar ki, “şüşə” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamış və metamfetamini çəkmə yolu ilə qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə 2 (iki) ilə yaxın olar ki, qiyabi tanıdığı İran İslam Respublikasının vətəndaşı “Əli” adı ilə tanıdığı kişi cinsli şəxsdən Yasamal rayonu ərazisində psixotrop maddə olan metamfetaminin bir bükümünü 20 (iyirmi) manata almış və üzərində saxlamışdır. Psixotrop maddə aldığı “Əli” adı ilə tanıdığı şəxsin anket məlumatları və yaşadığı yer barədə heç bir məlumatı yoxdur. xx xxxxxx 2020-ci il tarixdə saat 23:40 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən “ATS” adlanan binadan siqaret çəkmək üçün həyətə düşmüşdür. Həmin vaxt psixotrop maddə olan metamfetamin siqaretin gümüşü rənginə bükülü vəziyyətdə cibində olmuşdur. O, həmin psixotrop maddəni çəkmək istədiyi üçün üzərində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 00:10-da yaşadığı binanın yaxınlığında siqaret çəkən zaman ani olaraq polis əməkdaşlarının ona yaxınlaşaraq komendant saatı vaxtı küçədə olduğu üçün onu Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. 38-ci Polis bölməsində izahat verməzdən əvvəl üzərində hər hansı bir əşya və ya predmet olması barədə məsul növbətçi onunla maraqlanarkən üzərində psixotrop maddə olmasını növbətçi hissəyə bildirmişdir. Bu zaman Qaradağ RPİ-nin 38-ci PB-də otaqların birində üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, ona vəkillərin siyahısı təqdim olunmuş və o, vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün vəkil seçmişdir. Ona vəkil təqdim olunduqdan sonra vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl ona könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması, olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. O, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. O, həmin psixotrop maddəni şəxsi istifadəsu üçün xx xxxxxx 2020-ci il tarixdə 2 (iki) ilə yaxın olar ki, qiyabi tanıdığı İran İslam Respublikasının vətəndaşı “Əli” adı ilə tanıdığı kişi cinsli şəxsdən Yasamal rayonu ərazisində bir bükümünü 20 (iyirmi) manata aldığını bildirmişdir. Həmin psixotrop maddəni satmaq və ya kiməsə vermək fikri olmamışdır. Baxış zamanı üzərindən əlavə əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş bükülü zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, narkotik vasitələrin qəbuluna düçar olduğunu, həmçinin bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İnqtiqam oğlu ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən DİO-da, 2020-ci ilin sentyabr ayından isə Qaradağ RPİnin Post-Patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 00:10-da Qaradağ RPİ-nin PPXBnün polis nəfəri Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində 7651 saylı piyada marşrutu ilə xidmətdə olarkən həmin qəsəbədə Məhərrəm Seyidov küçəsində yerləşən “ATS” binasının yaxınlığında bir nəfər kişi cinsli şəxsin komendant saatını pozmasını aşkar etmişlər və özlərini həmin şəxsə təqdim edərək ona polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsin həm komendant saatını pozmasına görə, həm də ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhəli olduğu üçün onu Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 38-ci PBdə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra raportla Qaradağ RPİ-nin 38-ci PB-nin rəisinə müraciət etmişlər. Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, vəkillə təmin olunmuşdur. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Videoçəkilişi Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4 tərəfindən aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa həmin əşyanı masanın üzərinə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə hesab olunan ağ rəngli kristal şəkilli maddəni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə, yəni adını “şüşə” kimi bildiyini, həmin psixotrop maddəni xx xxxxxx 2020-ci il tarixdə 2 (iki) ilə yaxın olar ki, qiyabi tanıdığı İran İslam Respublikasının vətəndaşı “Əli” adı ilə tanıdığı kişi cinsli şəxsdən Yasamal rayonu ərazisində bir bükümünü 20 (iyirmi) manata aldığını və üzərində saxladığını bildirmişdir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 oğu digər Şahid1 ilə eyni məzmunlu ifadə verib onun dediklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1992-ci il tarixdən DİO-da, 2016-cı il tarixdən isə Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbə sakini kimi tanıyır. xx xxxxxx 2020-ci il tarixdə, saat 00:10-da Qaradağ RPİ-nin PPXB-nün polis nəfərləri Şahid1 və Şahid2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində xidmətdə olarkən həmin qəsəbədə Məhərrəm Seyidov küçəsində yerləşən “ATS” binasının yaxınlığında bir nəfər kişi cinsli şəxsin komendant saatını pozmasını aşkar etmişlər və eyni zamanda həmin şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhəli olduğu üçün onu Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Qaradağ RPİnin 38-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı təqdim edilmiş və o, vəkillərin siyahısından Vəkillər Kollegiyasının üzvü Müdafiəçi seçmişdir. Bundan sonra vəkil Müdafiəçi 38-ci PB-nə dəvət edilmiş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Videoçəkilişi Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4 tərəfindən aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya vardırsa həmin əşyanı masanın üzərinə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə hesab olunan ağ rəngli kristal şəkilli maddəni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin adını “şüşə” kimi bildiyi psixotrop maddə olduğunu, həmin psixotrop maddəni xx xxxxxx 2020-ci il tarixdə 2 (iki) ilə yaxın olar ki, qiyabi tanıdığı İran İslam Respublikasının vətəndaşı “Əli” adı ilə tanıdığı kişi cinsli şəxsdən Yasamal rayonu ərazisində bir bükümünü 20 (iyirmi) manata aldığını və üzərində saxladığını bildirmişdir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır.Qablaşdırılmış zərf DİNnin zərflər üçün 47 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən üzəri imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu digər Şahid3 ifadəsinə oxşar ifadəsi elan edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 7, 16-17) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2429 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,402 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi – 0,402 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,352 qram. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. (i.v. 33-37) MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində Sahil qəsəbəsində saat 00:10 radələrində komendant rejimini pozduğu üçün Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə rəisi, polis mayoru Şahid3 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 517- 2.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. (i.v. 45-46) Təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin Qaradağ RPİ-nin MSY-dən azad edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair xx xxxxxx 2020-ci il tarixli vəsatəti rədd edilmiş və iş üzrə Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və onun Qaradağ RPİ-nin müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. (i.v. 61-62) Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 63-64) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-109/2009 saylı, xx xxxx 2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 85.2-ci maddəsinin tələblərinə uyğun olaraq 400 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2009-cu il tarixədək həbsdə saxlanması nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə uyğun olaraq təyin edilmiş cərimə cəzasını ödəməkdən azad edilmişdir. (i.v 74, 75-84) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X2-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3231 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 106-107) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən və ittiham əlavə edilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx xxxxxx 2020-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,402 qram olan tiryəkdən kustar üsulla hazırlanmış psixotorp maddə metamfetamin maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0,352 qram olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş üzrə xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış və baxış keçirilməsi” haqqında protokola əlavə edilmiş 01 ədəd CD formatında disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 113-119) Məhkəmə baxışı zamanı quraşdırılmış kompyuter-texniki vasitələrinin köməkliyi ilə cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeydə alınmış video yazı olan 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin inzibati binasında olan xidməti otaqların birində Qaradağ RPİ-nin 38ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Elşad Mirzəyevin, Qaradağ RPİ-nin Qaradağ RPİ-nin Post-Patrul Xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid1, Qaradağ RPİ-nin Qaradağ RPİ-nin Post-Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid2, Qaradağ RPİ-nin 38-ci-ci polis bölməsinin sahə rəisi, polis mayoru Şahid3, Qaradağ RPİnin 38-ci-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytinantı Şahid4 və 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla gəzdirilməsi qadağan olunan maddə olduğunu bildirərək könüllü olaraq əynində olan qara rəngli cins şalvarən sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin bükülü açılarkən içərisində ağ rəngli kristal şəkilli maddə aşkar edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni, yəni adını “şüşə” bildiyi maddəni xx xxxxxx 2020-ci il tarixdə 2 ilə yaxın olar ki, qiyabi tanıdığı İran İslam Respublikasının vətəndaşı “Əli” adı ilə tanıdığı kişi cinsli şəxsdən Yasamal rayonu ərazisində bir bükümünü 20 manata almışdır. Həmin aşkar edilmiş maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır və DİN-nin zərflər üçün 47 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən üzəri imzalanır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotorp maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona ibtidai istintaq dövründə tutma altında saxlanıldığı müddət nəzərə alınmalınmaqla cəza təyin edilməli (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalığı məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 68 (altmış səkkiz) iş saatı, həmçinin məhkəmə baxışında işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaq dövründə dövlət hesabına göstərilmiş ümumilikdə 88 (səksən səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan psixotrop maddənin qalığı 0,352 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaq dövründə dövlət hesabına göstərilmiş ümumilikdə 88 (səksən səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar