Məhkəmə qərarları › İş №1(002)-102/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-102/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-102/2023 16.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1991-ci il Cəbrayıl rayonu Qovşudlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Qovşudlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə saat 11:15 radələrində ünvan 2 ünvanda yerləşən “Abşeron Logistika” şirkətinin inzibati ərazisində olan yük avtomobillərinin dayanacağında olarkən əvvəllər ona məxsus yük avtomobilinin sürücüsü işləmiş Zərərçəkmiş şəxs həmin yerə gəlib ona olan pul borcunun bir qismini ödəmək istədikdə o, borcun tam ödənilməsini tələb edib Zərərçəkmiş şəxsla mübahisə etmiş, Zərərçəkmiş şəxs borcunun yerdə qalan hissəsini bir qədər gec ödəyəcəyini bildirdikdə daha da əsəbiləşərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisənin sonradan ictimai xarakter alaraq ətrafdakıların narahatlığına səbəb olmasına baxmayaraq heç bir əsaslı səbəb olmadan, ətrafda yığışmış şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoymaqla, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir etmiş, daha sonra isə sağ əli ilə bir dəfə Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq zərbəsi vuraraq şəxs üzərində zor tətbiq etməklə sonuncuya sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı nahiyənin qançır-zəif şişkinliyi, burun və burun ətrafı yumşaq toxumaların qançır - şişkinlik halında əziyi ilə müşayiət olunan, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək, qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən doqquz aydır ki, yaxından tanıyırmış. Səməd onun atası Şahid2 məxsus «Kamaz» markalı avtomobili idarə etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs ona, özünə başqa bir şəxslə birlikdə yük avtomobili aldığını, artıq özünün fərdi işləyəcəyini bildirmişdir. Səmədin onA 175 manat pul borcu olmuş, 10 avqust 2022-ci il tarixdə həmin borcu tam şəkildə ödəyəcəyinə söz vermişdir. O, həmin gün saat təxminən 11:30 radələrində atası Pəhlivan ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən «Abşeron Logistika» şirkətinin ərazisində olan kafenin yanında dayanıb Səmədi gözləmiş, bir neçə dəqiqə sonra Səməd onların yanına gəlmişdir. Onlar bir qədər söhbət etdikdən sonra Səməd ona olan borcundan 50 (əlli) manat pul vermiş, o da, borcunu tam olaraq ğdəməsini tələb etmiş və Səmədlə arasında mübahisə yaranmışdır. Səməd mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlətmiş, atası Pəhlivan onun yanında olduğu üçün əli ilə Səmədin sifət nahiyəsinə yumruq vurmuşdur. Bundan sonra orada olan tanışı Elviz onları ayırmışdır. Törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxslə barışıb.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir müddətdir ki tanıyır. Kənana məxsus “Kamaz” markalı yük avtomobilini etibarnamə əsasında idarə edərək sürücü işləmişdir. O, işlədiyi müddətdə Kənandan borc pul pul almış, həmin puldan müəyyən qismini ödəsə də, 125 manat borcu qalmışdır. Son zamanlar orada iş şəraiti ağır olduğu üçün artıq işləmək istəməmiş, işindən ayrılmaq niyyətində olmuşdur. 10 avqust 2022-ci il tarixdə saat təxminən 11:30 radələrində o, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Abşeron Logistika şirkətinin inzibati ərazisində Kənan Kərimovla görüşmüş, söhbət əsnasında Kənana demişdir ki, iş şəraiti ağır olduğu üçün işləyə bilmir, Kənana 125 manat borcu qalıb, həmin borcdan 50 manat pul ödəyir, 75 manat pulu isə bir müddət sonra qaytaracaqdır. Kənan onun sözlərindən əsəbləşmiş və onunla kobud şəkildə danışaraq 125 manat pulu dərhal ödəməsini tələb etmişdir. O, hazırda 50 manat pula gücü çatdığını desə də, Kənan yenə kobud şəkildə danışmağa davam etmişdir. Həmin vaxt Kənanın atası Pəhlivan, Elviz adlı tanışı orada olmuşlar. Həmin vaxt Kənana borcu olduğu üçün kənanın kobud danışmağına əhəmiyyət verməmiş, lakin Kənan ona yaxınlaşaraq ünvanına nalayiq söyüşlər söydükdən sonra qəfil sifətinə yumruqla vurmuşdur. Orada olan şəxslər onların aralarına girib davadalaşın yaranmasını mane olmuşlar. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət-tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, onun özünə məxsus «Kamaz» markalı avtomaşını vardır, «Kamaz» markalı maşınla yük daşıyıb maddi təminatını təmin edir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən uzun müddətdir ki, tanıyır, həmin şəxslərlə münasibəti normaldır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üçün Kənana məxsus yük Avtomobilini idarə etdiyini bilmişdir. O, 10 Avqust 2022-ci il tarixdə günorta vaxtı «Abşeron Logistika» şirkətinin ərazisində olan zaman, həmin vaxt Səməd və Kənanın ondan bir qədər aralıda dayandığını görmüşdür. O, həmin vaxtı mobil telefona baxmış, təsadüfən sağ tərəfə dönəndə görmüşdür ki, Kənanla Səməd mübahisə edir. O, həmin şəxslərə tərəf yaxınlaşıb çataraq sakitləşdirməyə çalışarkən, ətrafda üzdən tanıdığı və adlarını bilmədiyi şəxslər olmuşdur. O, Kənanı özü ilə çəkib kənara aparmışdır. O, Kənan və Səmədi kənara çəkib sakitləşdirmiş və daha sonra çıxıb öz işlərinin arxasınca getmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur.O, Zərərçəkmiş şəxs təxminən 05 ilə yaxındır ki, tanıyır. “Kamaz 54112” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını onun mülkiyyətindədir və maddi çətinliyi olduğu üçün yük maşınını icarəyə vermək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs təxmnən bir il əvvəl bununla bağlı ona müraciət etmiş və o, “Kamaz” markalı yük avtomaşına dair Səmədə etibarnamə vermiş, razılaşmalarına görə, hər reysə görə Zərərçəkmiş şəxs ona 30 manat pul verməli olmuşdur. O, Səmədin oğlu Kənana təxminən 175-185 manat pul borclu olduğunu bilmiş, lakin nə qədərini ödəyib-ödəməməsi barədə məlumatı olmamışdır. 10 avqust 2022-ci il tarixdə Səməd Kənanın borcunu tam şəkildə ödəyəcəyinə və “Kamaz” markalı avtomobilin açarlarını və sənədlərini qaytaracağına dair söz vermişdir. 10 avqust 2022-ci il tarixdə saat təxminən 11:30 radələrində o, oğlu Kənanla birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Abşeron Logistika” şirkətinin ərazisindəki kafenin yanında dayanıb Səmədi gözləmiş, bir neçə dəqiqə sonra Səməd özünün yeni aldığı avtomobillə oraya gəlmiş, kənanla Səməd bir qədər söhbət etdikdən sonra Səməd Kənana borcundan 50 (əlli) manat pul vermişdir. Kənan həmin pulla razılaşmayıb pulları tam qaytarmasını istəmiş və 50 manat pulu Səmədə geri qaytarmışdır. Bu vaxtı Səməd ilə Kənanın arasında sözlə mübahisə yaranmış, mübahisə zamanı Səməd Kənanın ünvanına nalayiq ifadələr işlətmişdir. Kənan əsəbləşib əli ilə Səmədin sifət nahiyəsinə yumruq vurmuşdur. Orada həmin vaxt o, oğlu Kənan, Səməd, tanışları Elviz, Səmədin həmkəndliləri və tanımadığı bir neçə nəfər şəxslər olmuşdur. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Publik Hüquqi şəxsinin Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 20 Avqust 2022-ci il tarixli, 575 nömrəli rəydən görünür ki, 1973-cü il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı nahiyənin qançır - zəif şişkinliyi, burun və burun ətrafı yumşaq toxumaların qançır - şişkinlik halında əziyi bərk küt əşya təsirindən, müayinədən bir bünə qədər əvvəl, zərərçəkənin göstərdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materillarında olan bir ədəd “CD” diskə məhkəmə iclası zamanı keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 11:11:35-dən etibarən dayanacaq (parklanma) ərazisində çoxsaylı yük avtomobillərinin saxlanıldığı, biri qara rəngli geyimdə olmaqla, 04 nəfər şəxsin açıq ərazidə dayanıb söhbət etdikləri, həmin vaxtı dayanacağa 01 ədəd yük avtomobilinin yaxınlaşıb saxladığı, dörd nəfər şəxsdən ikisinin oradan ayrılıb getdiyi, avtomobilin içərisindən 01 nəfər ağ rəngli geyimli bir nəfər şəxsin düşərək, ərazidə dayanmış şəxslərə yaxınlaşması müəyyən edilir. Daha sonra həmin ağ geyimli şəxs digər şəxslərlə görüşür və qara rəngli şəxsə əlindəki əşyanı verir. Həmin şəxslən söhbət etdikləri zamanı sol tərəfdən bir nəfər şəxs onlara yaxınlaşaraq görüşür və bir neçə saniyə sonra qara geyimli şəxs ilə ağ geyimli şəxsin arasında mübahisə yaranır. Mübahisə zamanı qara geyimli şəxs sağ əli ilə, mübahisə etdiyi ağ geyimli şəxsin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurur və dərhal ətrafda yığışmış şəxslər mübahisə edən şəxsləri ayıraraq, hər birini ayrı-ayrı istiqamətlərə çəkib aparırlar. Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə,məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmlıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344- 347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1800 (bir min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar