Məhkəmə qərarları › İş №1(002)-103/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-103/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-103/2021 30.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 21, mənzil 47-də qeydiyatda olan və Qaradağ rayonu, Salyan Yolu küçəsi, nömrəsiz fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13:40-da Bakı şəhəri,Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Salyan yolunun Ələt qəsəbəsi ərzasindən keçən hissəsində, Ələt qəsəbəsi- Binə ticarət mərkəzi istiqaməti üzrə işləyən avtomarşurutların duracağında həmin xətt üzrə işləyən "Mercedes-sprinter" markalı, **-İP- *** dövələt qeydiyyat nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs ilə sonuncunun əvvəlcədən könüllü olaraq razılaşmaları üzrə günlük 6 manat dəyərində bələdçi haqqı kimi nəzərdə tutulmuş pulu verməməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində mübahisə etmiş, yaranmış münaqişə zamanı sol əlin yumruğu ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs sifətinin sağ nahiyyəsindən vurub yerə yıxaraq sonuncuya sağ gözaltı nahiyyənin dərialtı hematoması və sol budun sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət işsiz olduğu üçün Ələt qəsəbəsindən tanıdığı Anar adlı şəxs Ələt qəsəbəsindən Binə Ticarət Mərkəzi maşrutu üzrə işləyən 195 saylı avtobusun işləmədiyi barədə məlumat vermişdir. Həmin maşrut xətti üzrə bir neçə mikroavtobus sərnişin daşınmasını bildirmişdir. Mikroavtobuslar bir-birinin növbəsinə girdiyi üçün aralarında mübahisə yaranırmış, mikroavtobuslar arasında nizam-intizam yarada bilsən hər sürücü gündəlik olaraq sənə 3-5 manat pul verəcəklər. O, Anarın təklifini qəbul etmişdir. 2019-cu ilin axırlarından Ələt qəsəbəsində Salyan Yolunda mikroavtobuslarm dayanacağında işə başlamışdır. Sürücülər arasında nizam-intizam yaratmış və avtobusların hər biri qrafik üzrə 15 dəqiqədən bir xəttə çıxmalı olurdular. Bunun müqabilində hər bir avtobus sürücüsü könüllü olaraq ona gündəlik 3-5 manat pul verirmiş. xx xxxxxx 2020-ci il tarixdə o, həmin maşrut xəttində işləyən Qobustan qəsəbə sakini Elxana yaxınlaşıb ondan pul istəyəndə ona pul verməyəcəyini və başqa sürücülərə də ona pul verməmələrini deyəcəyini bildirmişdir. O, Elxanın bu sözündən əsəbiləşib ona səsini qaldırmış və ona bildirmişdir ki, həmin avtobus sürücülərinin xahişi ilə hər kəsin vaxtı-vaxtında xəttə çıxmasına nəgarət etmək və bunun da müqabilində hər sürücüdən könüllü şəkildə 3-5 manat arası pul almaq üçün buraya gəldiyini bildirmişdir. Belə bir narazılıq olacaqdısa nəyə görə onu bura dəvət etmişlər. Bu zaman Elxan onun yaxasından tutmuşdur. O, da əsəbiləşib Elxanı itələmiş və sol əli Elxanın sağ göz nahiyyəsinə vurmuş, bu zaman Elxan müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra o, həmin yerdən aralaşıb çıxıb getmişdir. Elxanla aralarında yaranmış mübahisə qısa müddət olduğundan kənar şəxslər toplaşmamışdır. Son olaraq əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər İsmayılla aralarında heç bir narazılıq olmamışdır. Təxminən 3 ildir ki, ailəsini dolandırmaq üçün özünə məxsus olan "Mersedes Sprinter" markalı ** JP *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Ələt qəsəbəsindən Binə Ticarət mərkəzinə sərnişin daşıdığını bildirmişdir. Həmin xətt üzrə hazırda 20 sərnişin avtobusu işləyirmiş və marşrut xəttinə təxminən 2020-ci ilin mart ayından qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs adlı şəxs nəzarət edirmiş və İsmayıl hər gün hər sürücüdən 6 manat pul yığırmış, İsmayıl yığdığı 6 manatdan 1 manatını köməkçisi Ağamir adlı şəxsə verirmiş, hər gün o da İsmayıla 6 manat pul vermişdir. xx xxxxxx 2020-ci il tarixdə İsmayıl yenə ondan 6 manat pul istəmişdir. İsmayıla karantin rejimi ilə əlaqədar iş zəif olduğu üçün pulu olmadığını bildirmişdir. Əvvəllər hər 15 dəqiqədən bir xəttə çıxırmış, son vaxtlar avtobusların sayı çoxaldığına görə xəttə 10 dəqiqədən bir çıxmalarına İsmayıl tərəfindən icazə verilmişdir. O. İsmayılla razılaşmadığı üçün İsmayıl onu təhqir edərək yumruqla sifətinin sağ tərəfindən vurduğu üçün yerə yıxılmışdır. Ona görə də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonra isə Qaradağ RPİ-in 11-ci PB-nə gələrək rəsmi ərizə ilə müraciət etmişdir. Onlar arasında mübahisə təxminən 3-5 dəqiqə davam etdiyi üçün hadisə yerinə kənar şəxslər toplaşmamışdır. Bundan başqa xx xxxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yenə də özünə məxsus "Sprinter Mersedes"marlalı ** İP *** qeydiyyat nişanlı mikroavtobusla Ələt qəsəbəsindən Binə Ticarət mərkəzinə sərnişin aparmaq üçün Ələt qəsəbəsindəki dayanacağa gəlmişdir. İsmayıl yenə ona yaxınlaşaraq ondan 6 manat pul istəmişdir. İsmayıla pulunun olmadığını dedikdə onu təhqir edərək maşının güzgüsünü əyib oradan getməyini tələb etmişdir. O, avtobusdan yerə düşmüş, bundan sonra İsmayıl onun yaxasından tutaraq onu vurmaq istəyərkən köməkçisi Ağamir araya girdiyi üçün İsmayıl onu vura bilməmişdir. Həmin vaxt İsmayıl maşının güzgüsünü sındırmamış, sadəcə olaraq əymişdir. Onun maşınına heç bir maddi ziyan dəyməmişdir. xx.xx.2020-ci il tarixdə onun yaxasından tutarkən köynəyinin qolu azacıq cırılmışdır. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdirki, 4 ildir ki, ailəsini dolandırmaq üçün özünə məxsus olan "Ford" markalı mikroavtobusla Ələt qəsəbəsindən Binə Ticarət mərkəzinə sərnişin daşıdığını bildirmişdir. Həmin marşrut xətti üzrə 20-yə yaxın avtobus işləmişdir. Sürücülər bir-birinin növbəsunə girdiklərinə görə teztez aralarında narazılıq baş vermişdir. Ona görə də öz aralarında belə razılığa gəlmişlər ki,bir nəfər dəvət edək sürücülər arasında narazılıq yaranmaması üçün nizam-intizam yaratsın. Bu barədə İsmayıla bildirmiş, İsmayıl 2020-ci ilin mart ayından qeyri-rəsmi olaraq həmin marşrut xəttində dispeçer kimi işə başlamış, sürücülər hər gün könüllü olaraq özləri İsmayıla 3-5 manat pul vermişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Binə ticarət mərkəzindən Ələt qəsəbəsindəki son dayanacağa qayıdarkən həmin marşrut xəttində sürücü işləyən X4 mübahisə etdiklərini, Ağamir adlı şəxsin İsmayılın qolundan tutub kənara çəkdiyini görüb onlara yaxınlaşmışdır. Elxanı kənara öz maşınına tərəf aparmışdır. Elxan maşına oturaraq İsmayıldan polisə şikayət edəcəyini bildirib sürüb getmişdir. Şahid2 ifadəsində İsmayılla Elxanın nə üstə mübahisə etmələrini dəqiq bilmədiyini, sonradan eşitdiyinə görə İsmayılın Elxanla vaxt üstündə mübahisə etdiklərini, mübahisə vaxtı orada olmadığına görə İsmayılın Elxanı vurmasını görmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdirki, əvvəllər Ələt-Bakı marşrutunda dispeçer kimi işləmiş, bu sahədə təcrübəsinin olduğunu nəzərə alaraq həmin marşruta baxan Təqsirləndirilən şəxs avtobusların hərəkətini tənzimləmək və sürücülər tərəfindən qrafıkə əməl olunmasına köməklik göstərməsi üçün onu işə dəvət etmişdir. İsmayıl tərəfindən həmin marşrut üzrə hərəkət edən hər bir sürücüdən gündəlik 5 manat pul yığılması orada ona məlum olmuşdur. İsmayılın göstərişi ilə o, hərgün hər bir marşrut avtobusu sürücüsündən 6 manat pul yığmış, 5 manatını İsmayıla vermiş 1 manatını isə özü götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs "Sprinter Mersedes" markalı mikroavtobusa sərnişin yığarkən İsmayıl ona yaxınlaşaraq nəyə görə onun sözünə baxmadığını soruşmuşdur. Elxan cavabında belə işləyir dediyin görə İsmayılla aralarında baş vermis mübahisə zamanı İsmayıl Elxanı itələmiş, nəticədə Elxan yerə yıxılmışdır. Sonra Elxan maşına oturaraq sürüb getmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə Elxan özünə məxsus avtobusla Ələt qəsəbəsində yerləşən dayanacağa gəlmiş, İsmayıl ona yaxınlaşaraq nəyə görə yer pulunu ödəmədiyini soruşarkən Elxan karantin rejimi ilə əlaqədar iş olmadığını bildirərək pul verməmişdir. Bu səbəbdən yenə İsmayılla Elxan arasında mübahisə baş vermiş, Elxan avtobusdan yerə düşərkən sağ qolu avtobusun sol güzgüsünə dəyərək köynəyinin qolunu çırılmışdır. İsmayıl ilə Elxanın mübahisə etmişlər, lakin həmin vaxt İsmayılın Elxanı vurduğunu görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 592 saylı rəyindən görünür ki, vət. E,R.Hüseynovda sağ gözaltı nahiyənin dərialtı hematoması, sol budun sıyrığı müəyyən edilmişdir.Xəsarətlə bərk küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v 14-15); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 29) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (i.v.47) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)-77/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsi qərara alınmışdır. (i.v.57-63) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v 71) Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 84-85,87) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmış və o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilmiş, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərəçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, iş üzrə ilkin toplanmış material, eləcə də digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Ələt qəsəbəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanması rədd edilmişdir. (i.v. 90-93) Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs oğlu ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)-77/2020 nömrəli qərarına əsasən CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Lakin göstərilən hal, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş digər cinayət əməli ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsinə maneə deyildir. Belə ki, şəxsin 73.2-ci maddəsində sadalanmış hər bir maddə üzrə yalnız bir dəfə əsaslar olduğu halda cinayət məsuliyyətindən azad edilmə imkanı vardır. Yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir cinayət əməli üzrə şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun həmin maddədə nəzərdə tutulmuş digər maddələr üzrə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilməsi imkanını istisna etmir. Hazırki halda isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi üzrə təkrar tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ilk dəfə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını təsdiq edən məhkəməyə təqdim etdiyi ərizəsini və prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməl və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 xx xxxxxx 2020-ci il tarixli № 2200 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saatı və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə xx xxxxxx 2021-ci il tarixli № 169 saylı order əsasında işə qoşularaq məhkəmədə 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 6 altı) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar