Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-103/2022 24.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, deməsinə görə "xxxx" MMC-də çapçı işləyən, Laçın rayonu, 1-ci Tığik kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan aydın olur ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri edərək xuliqanlıq etmişdir. Belə ki, o, 20 iyul 2021-ci il tarixdə saat 23:40 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən “Kingsmart” supermarketin qarşısındakı avtodayanacaqda həmin supermarketin baş kassiri Şahid2 ilə mübahisə etməsi məsələsinə aydınlıq gətirilməsi səbəbindən sonuncunun nişanlısı Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış münaqişə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 dodaq, çiyin və kürək nahiyyələrinə yumruq və əlləri ilə qəsdən vuraraq ona sağ əlin V daraq sümüyünün yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, üst dodağın əzilmiş yarası sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sol gicgah nahiyəsinin, sol bazunun qançırları, hər iki çiyin qurşağının və sol kürək nahiyəsinin sıyrıqları sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan başqa o, 20 iyul 2021-ci il tarixdə saat 23:50-dən 24:00-dək olan müddət ərzində ünvan 1 ünvanında fəaliyyət göstərən “Kingsmart” supermarketində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib, oraya toplaşan bir çox insanların mənafelərinə toxunan qərəzli hərəkətlər edərək orada olan arabaları əli ilə yerə aşırtmaqla və vitrində olan məişət mallarını yerə dağıtmaqla supermarketin işçilərini ucadan nalayiq sözlərlə təhqir etmiş, daha sonra supermarketdəki malların qəbulu otağında mağazanın müdiri Zərərçəkmiş şəxs1 döymək istəyərək zərərçəkmiş şəxsin üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Laçın rayonu, 1-ci Tığik kəndində qeydiyyatda olsa da, 1992-ci ildə valideynləri Laçın rayonundan məcburi köçkün düşdükləri üçün hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı yataqxanada məskunlaşmış və hazırki vaxta kimi həmin ünvanda müvəqqəti yaşayır, özü "xxxx" MMC-nin mətbəəsində çapçı işləyir. 20 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində fəaliyyət göstərən «Kingsmart» supermarketinə ərzaq almağa girmiş, içəri daxil olduqda işçilərdən heç kim tibbi maskadan istifadə etməli olduğunu ona bildirməmişdir. Ərzaq alıb kassaya yaxınlaşdıqda satıcı ona tibbi maskadan istifadə etməli olduğunu bildirmişdir. O, bildirmişdir ki, mağazaya daxil olduqda heç kim maskadan istifadə etməyini ona bildirməmiş, hazırda da tələsdiyi üçün artıq mağazadan çıxmaq üzrədir. Bu zaman kənarda dayanmış Aygün adlı baş kassir ona yaxınlaşaraq tibbi maskadan istifadə etməli olduğunu, əgər yoxdursa mühafizəçiyə müraciət edərək ona tibbi maska gətirməsini bildirmişdir. O, bu zaman mağazanın müdiri Rəşad adlı şəxsi göstərərək Rəşadın özünündə maska taxmadığını bildirmişdir. Bu səbəbdən Aygün adlı kassir ilə tibbi maska üstündə aralarında sözlə mübahisə baş vermişdir. Buna baxmayaraq sonda Aygünə etiraz etməmiş və əl çantasında olan tibbi maskanı çıxardıb üzünə taxmışdır. Bu zaman Aygün adlı kassir ucadan və təkidlə «buna bax maskası ola ola istifadə etmir!» sözlərini demiş, Aygünün bu tonda danışmağı ona xoş olmamış və o da Aygünə cavab olaraq «kassirsən özünə aid işini gör, ağıllı ol!» sözlərini deyərək çıxışa doğru getmişdir. Bu zaman ona supermarketin üzdən tanıdığı Rəşad adlı işçisi yaxınlaşaraq «bura gəl görüm qıza nə deyirsən!» sözlərini demişdir. Həmin zaman mühafizəçi də onun yanında olmuşdur. Bundan sonra tanımadığı, mağazaya çöldən daxil olan bir şəxs onlara yaxınlaşdığı zaman Rəşada nə baş verdiyini sual vermişdir. Həmin an Rəşadın nə cavab verdiyini xatırlamır, lakin bundan sonra həmin digər şəxs onu mağazanın çölünə dəvət etmişdir. Onlar mağazanın sağ küncü ilə çölə çıxdıqda həmin adam ona əl-qol atmış, o isə əli ilə həmin şəxsi özündən kənarlaşdırmaq istəmiş, bu zaman aralarında çəkişmə olmuş, lakin onu vurmamış, əksinə həmin şəxs onu vurmuşdur. Ətrafda olan adamlar gəlib onları aralamış, bundan sonra o, əsəbi halda mağazaya daxil olaraq onu vuran şəxsin mağazanın işçisi olduğunu zənn edərək kimliyi ilə maraqlanmış və əsəbindən orada olan bəzi əşyaları əli vurub yerə salmışdır. Bu zaman Rəşad adlı şəxs sinəsinə yumruq ata-ata mühafizəçinin köməyi ilə itələyərək onu supermarketdəki malların qəbulu otağına aparmışlar, həmin vaxt çiynində olan çanta ona maneçilik törətdiyindən cırılmasın deyə supermarketin içərisində yerə qoymuşdur. Malların qəbulu otağında Rəşad ilə aralarında mübahisə baş vermiş, yaranmış münaqişə zamanı yumruq və təpiklə onun qarın nahiyyəsindən, habelə əl ilə sol əlindən dartaraq ona həmin nahiyyələrdən xəsarətlər yetirmişlər. Həmin vaxt orada olan tanımadığı şəxslər onları ayırmışlar və malların qəbulu otağının qapısından onu bayıra çıxardıb yola salmaq istəmişlər, bu zaman Rəşad demişdir ki, çantanı supermarketin giriş-çıxış qapısının yanına qoyacaqlar, gedib ordan götürsün. O, Rəşadın sözlərinə əsasən supermarketin giriş-çıxış qapısına doğru getmiş, lakin çantanı oraya qoymamışlar və supermarket müştərilər üçün artıq işləmədiyindən şüşə qapılar bağlı olmuşdur. Bundan sonra çantası verilmədiyi üçün mağazanın qapısını təpikləməyə başlamışdır. Həmin vaxt Rəşadın içəridə olduğunu görmüş və bu səbəbdən çantanı götürmək üçün Rəşadı səsləmişdir. Buna baxmayaraq Rəşad və onun yanında dayanan işçilər reaksiya verməmişlər. Bunların hərəkəti onu əsəbləşdirmiş və mağazanın qapısının təpikləməyə davam etmişdir. Daha sonra bir neçə nəfər tanımadığı şəxs onun üstünə gələrək onu döyməyə başlamış, həmin şəxslər dağılışmağa başlamışlar ki, biraz sonra polis əməkdaşları gəlmişdir. Çöldən polislərin gəldiyini görən Rəşad həmin anda qapıları işçilərə açdırmışdır. Bundan sonra polis əməkdaşları onu 10-cu polis bölməsinə aparmışlar, orada hadisə barədə ərizə ilə müraciət etmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, hadisə baş verən ərazidə, istər mağazanın içində, istərsə də çöl tərəfində kifayət qədər video müşahidə kameraları olsa da müstəntiq tərəfindən qərəzli olaraq mağazanın çölündə Zərərçəkmiş şəxs2lə mübahisə edərək tutaşmalarına dair görüntülər ört- basdır edilərək cinayət işinə əlavə edilməmişdir. Bundan başqa hadisədən uzun müddət keçdiyindən və onda yaddaş pozuntusu olduğundan bəzi məqamlar yadından çıxmış və dəqiq xatırlaya bilməmişdir. Odur ki, məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özü «Bibiheybət» Gəmi təmir zavodunda qaynaqçı işləyir, Şahid2 ilə hadisə baş verməzdən 1-2 ay əvvəl nişanlanmış, hər axşam saat 00:00- 01:00 radələrində Aygünü Lökbatan qəsəbəsi ərazisində baş kassir işlədiyi “Kingsmart” supermarketindən götürüb yaşadığı evinə yola salırmış. 20 iyul 2021-ci il tarixdə saat 23:40 radələrində həmişəki kimi Aygünü evinə yola salmaq üçün iş yerinə gəlmişdir. Mağazanın əsas girişinin qarşısında dayandığı zaman içəridə nişanlısı Aygünlə supermarketin müdiri Rəşadın, adını sonradan bildiyi Təqsirləndirilən şəxs kimi bildiyi müştəri ilə mübahisə etdiyini, supermarketin əsas çıxışında Eminin əlindən tutaraq nəsə dediyini görmüşdür. Bu zaman o, yaxınlaşıb nə baş verdiyini soruşmuş, Rəşad isə ona həmin müştəri Eminin onun nişanlısı Aygünü təhqir etdiyini bildirmişdir. O, sonradan Eminə Aygünün nişanlısı olduğunu bildirməklə nəyə görə Aygünü təhqir etdiyini soruşmuşdur. Emin isə “sən kimsən! nə demək istəyirsən!” sözlərini demişdir. Bundan sonra o, məsələyə aydınlıq gətirmək üçün Emini mağazanın çölünə çağırmış, onlar mağazadan bir qədər aralıda kənar şəxslərin olmadığı ərazidə aralarında dava-dalaş baş vermiş, dava-dalaş zamanı Emin yumruqla onun bədəninin müxtəlif hissələrinə vurmuş, daha sonra əynində olan köynəyini əlləri ilə dartaraq cırmış, onlar tutaşan zaman Emin onu yerə yıxmış və nəticədə sağ əli üstə yerə dəydiyi üçün çeçələ barmağı sınmışdır. Daha sonra ora tanımadığı şəxslər gələrək, onları ayırmağa çalışmışlar. Bundan sonra Emin adlı şəxs oradan uzaqlaşmış, özü isə ayağa qalxıb supermarketin ərazisindən bir qədər aralanmış, orada üst başını silmiş və bundan sonra qohumları yanına gəlmişlər. Təqsirləndirilən şəxs tərəfindən 20 iyul 2021-ci il tarixdə saat təxminən 23:40 radələrində “Kingsmart” supermarketinin yaxınlığında bayırda döyülmüş, hadisə təxminən 5 dəqiqə davam etmişdir. Həmin dava dalaş zamanı o, Təqsirləndirilən şəxs xəsarət yetirməmiş, yalnız Emin onu vurmuş, özündə olan xəsarətlərin hər birini həmin vaxt almışdır. Üst dodağın əzilmiş yarası, alt dodağın selikli qişasının səthi əzilmiş yarası xəsarətini Təqsirləndirilən şəxs bir dəfə yumruqla vurması nəticəsində almış, sol gicgah nahiyyəsinin, sol bazunun qançırları, hər iki çiyin qurşağının və sol kürək nahiyyəsinin sıyrıqları xəsarətlərini Təqsirləndirilən şəxs çəkişmə zamanı əlləri ilə yetirdiyini, sağ əlin V daraq sümüyünün yerdəyişən sınığı xəsarətini isə Təqsirləndirilən şəxs onu yıxarkən əlinin yerə dəyməsi nəticəsində aldığını, bütün xəsarətləri ona məhz Təqsirləndirilən şəxs yetirdiyini, başqa bir şəxsin ona xəsarət yetirmədiyini təsdiq etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, özü 2018-ci ilin dakabr ayından «X9» MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Kingsmart» supermarketində müdir vəzifəsində işləyir. 20 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində «Kingsmart» supermarketində olduğu zaman kassalardan birinin qarşısında xatırlamadığı işçi kassir qız, müştəri kimi mağazaya gələn Təqsirləndirilən şəxs maskadan istifadə etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs üstündə maskasının olmadığını bildirərək taxmaqdan imtina etdiyinə görə Aygün adlı baş kassir ilə mübahisə etməyə başlamışdır. O, mühafizəçi Anara maska gətirməyini bildirmişdir. Bundan sonra Anar adlı mühafizəçi maska gətirmiş və o, Eminə maskanı təqdim etmişdir. Buna baxmayaraq Emin təqdim etdiyi maskanı bir kənara qoymuş və öz çantasında olan maskasını çıxardaraq üzünə taxmışdır. Təqsirləndirilən şəxs etdiyi hərəkət onun tərəfindən xoş qarşılanmasa da buna əhəmiyyət verməmişdir. Bundan sonra Emin mağazanın çıxışına doğru getdiyi zaman qəflətən heç bir mübahisə olmadan orada dayanan baş kassir Şahid2 ünvanına nəsə atmacalı söz dediyini və bu zaman Aygünün ona sərt reaksiya verdiyini gördüyündən Aygünə yaxınlaşaraq nə dediyini soruşmuş, lakin Aygün qəhərlənərək ona cavab verə bilmədiyindən, o yenidən Eminə yaxınlaşaraq nə dediyini öyrənmək istəmişdir, çünki Aygünün davranışlarından aydın olmuşdur ki, həmin vaxt Emin onu çox ağır formada təhqir etmişdir. Bu zaman bayırdan mağazaya sonradan Aygünün nişanlısı kimi tanıdığı Zamiq adlı şəxs daxil olmuş və Aygünlə bağlı nə baş verdiyini soruşmuş, o isə Emin adlı müştərinin onun nişanlısı Aygünə söz atdığını bildirərək mağazanın içərisinə daxil olmuşdur. Bundan sonra Zamiq müştəri Emini bayıra çağırmış və onlar mağazadan kənara nisbətən qaranlıq əraziyə çəkilmişlər. O isə mağazaya daxil olduqdan sonra öz işinə davam etmişdir. Üstündən təxminən beş dəqiqə keçdikdən sonra Emin yenidən qəflətən mağazaya daxil olmuş və girişdən sağda yerləşən arabaları əli ilə yerə aşırtmağa, həmçinin həmin hissədə vitrində olan məişət mallarını yerə dağıtmağa başlamışdır. O, bunu gördükdə dərhal Eminə yaxınlaşıb onu sakitləşdirməyə çalışmış, lakin Emin buna əhəmiyyət verməyərək daha da qəzəblənmiş və hərəkətlərini davam etdiyi üçün o, məcbur olub Emini kənara itələmişdir. Daha sonra o, mağazanın mühafizəçisi işləyən Anarla birlikdə Emini mal qəbulu otağına aparmışlar. Emin orada da stolun üstündəki noutbuk kompüterini və digər əşyaları aşırtmağa başlamış, onların ünvanına nalayiq ifadələr işlədərək ona əl-qol atmış, lakin ona xəsarət yetirə bilməmişdir. Bu anda mağazanın içərisindən mal qəbulu otağına iki nəfər tanımadığı şəxs daxil olaraq kömək məqsədi ilə Emini sakitləşdirməyə çalışmışlar və Emini mədəni şəkildə mal qəbulu otağı tərəfindən bayıra çıxartmışlar. Həmin vaxt mağaza bağlandığından onlar artıq əsas giriş qapılarını bağlamışlar. Üstündən biraz keçdikdən sonra Emin yenidən əsas giriş tərəfindən yaxınlaşaraq mağazanın şüşəli qapısını davamlı şəkildə təpiklə döyüb onları çağırmağa başlamışdır. Elə bu zaman oraya Aygünün nişanlısı bir neçə nəfər tanımadığı şəxslərlə yaxınlaşaraq Emin adlı müştərini döyüb oradan uzaqlaşmışlar. Bundan sonra Emin mağazanın şüşə qapısına təpiklə vurmağa davam etmiş bunu gördükdə o, 102 xidmətinə zəng edib Eminin mağazanın qapısına təpiklə vurub içəri daxil olmaq istədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişlər və Emini polis bölməsinə aparmışlar. 20 iyul 2021-ci il tarixdə baş vermiş hadisə zamanı özü və mühafizəçi Anar nə mağazada nə də ki, mal qəbulu otağında Emini döyməmişlər, sonuncuya xəsarət yetirməmişlər. Emin mağazada yerləşən arabaları əli ilə yerə aşırdıb vitrində olan məişət mallarını yerə dağıtdığı zaman sonuncunu sakitləşdirməyə çalışmış, lakin Emin buna əhəmiyyət verməyərək daha da qəzəblənib öz hərəkətlərini davam etdiyi üçün məcbur olub Emini kənara itələmiş, bu zaman da ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs özü mağazada onların ünvanına ucadan nalayiq sözlər işlətmiş, bunu da ətrafda olan işçilər və müştərilər eşidirmişlər. O zaman Təqsirləndirilən şəxs məxsus əl çantasının mağazada qaldığını dəqiq xatırlamamış, lakin səhərisi gün ona bu barədə deyildikdə çantanın qaytarılmasını bildirmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs “Kingsmart” supermarketin fotosel adlanan giriş qapısını təpiklə zədələmiş, lakin buna baxmayaraq Eminin hərəkətləri nəticəsində mağazanın rəhbərliyi heç bir ziyan dəymədiyini bildirmişlər. Təqsirləndirilən şəxs mağazada yerləşən arabaları əli ilə yerə aşırdıb vitrində olan məişət mallarını yerə dağıtmış, habelə malın qəbulu otağında noutbuk kompüterini yerə aşırtsa da həmin əşyalar yüngül zədələndiyindən ziyanla bağlı heç bir şikayət etməmişlər. O, malların qəbulu otağında Təqsirləndirilən şəxs saxlayan şəxsləri tanımır, kənardan gəlib mübahisəni sakitləşdirmək istəyən müştərilər olmuşdur. Həmin vaxt malların qəbulu otağında Təqsirləndirilən şəxs onu nalayiq küçə söyüşləri ilə təhqir edirmiş, onu döyəcəyi ilə hədələyirmiş, həmin şəxslərin əlindən çıxaraq onu döyərək xəsarət yetirmək istəsə də, orada olanlar buna imkan verməmişlər. O, öz ifadəsində daha sonra göstərmişdir ki, “Kingsmart” supermarketin içərisində və çölündə kifayət qədər müşahidə kameraları mövcuddur və həmin hadisədən sonra görüntülər çıxarılaraq müstəntiqə təqdim edilmişdir. Hal-hazırda hadisədən uzun müddət keçdiyi üçün müşahidə kameralarının yaddaşında hadisə ilə bağlı heç bir görüntü yoxdur. Konkret olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi ilə bağlı videogörüntünün olubolmaması barədə dəqiq xatırlamır. Belə ki, müstəntiqin tapşırığı ilə mövcud olan görüntülər ona təqdim edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının əvvələrində «X9» MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Kingsmart» supermarketində mühafizəçi işinə düzəlmiş, 2021-ci ilin iyul ayının sonunda işdən çıxmış, hazırda fərdi qaydada tikintilərdə fəhlə kimi işləyib dolanır. 20 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində mağazada mühafizəçi kimi işlədiyi zaman kassalardan birinin qarşısında xatırlamadığı işçi kassir qız bir nəfər adını sonradan Təqsirləndirilən şəxs kimi bildiyi müştəriyə maskadan istifadə etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs adlı müştəri üstündə maskasının olmadığını bildirdikdə kassir qız ona maska gətirməyini xahiş etmişdir. O, gedib maska götürüb gətirmiş və müştəri Eminə təqdim etmişdir. Buna baxmayaraq müştəri Emin təqdim etdiyi maskanı bir kənara qoymuş və çiynində olan çantasının içərisindən öz maskasını çıxardaraq üzünə taxmışdır. Müştərinin etdiyi hərəkət mağazanın müdiri Zərərçəkmiş şəxs1 tərəfindən xoş qarşılanmamış və sonuncu Eminə nəyə görə maskası ola-ola istifadə etməməyinə görə irad bildirmişdir. Bu səbəbdən müdir Zərərçəkmiş şəxs1 ilə müştəri Eminin arasında sözlə mübahisə yaranmış, daha sonra müştəri Emin mağazanın çıxışına doğru getdiyi zaman orada dayanan baş kassir Şahid2 “ağıllı ol!” sözünü dediyini eşitmiş və bundan sonra mağazanın çıxışına doğru getmişdir. Bu zaman Aygün çox pərt olduğu üçün Rəşad Eminin qıza nəsə dediyini görüb ona yaxınlaşmış, lakin nə dediyini öyrənə bilmədiyindən, qapının çıxışında olan Eminin dalınca gedərək “qıza nə dedin” deyə soruşmuş, elə həmin vaxt mağazanın kənarında olan sonradan Aygünün nişanlısı olduğunu bildiyi Zamiq adlı şəxs gələrək onlara yaxınlaşmış və mübahisənin Aygünlə əlaqəli olduğunu bilmişdir. Bundan sonra Zamiq Emini bayıra çıxararaq mübahisə etmişlər. Zamiq və Emin mağazanın qarşısından bir qədər kənara, yəni nisbətən qaranlıq əraziyə çəkilmişlər və aralarında dava-dalaş baş vermişdir. O, mağazanın çıxışından Zamiq və Emini müşahidə etmiş, dava-dalaş zamanı Eminlə Zamiq bir-birinin yaxalarından tutaraq bir-birlərini vurmuşlar. O sonradan Eminin köynəyinin cırıldığını görmüşdür. O, dava dalaş edənlərə yaxınlaşıb ayırmaq istəmiş, lakin Rəşad ona icazə verməmiş və münaqişəyə qarışmamasını, içəri mağazaya daxil olmağını tələb etmişdir. Buna baxmayaraq küçədə olan tanımadığı şəxslər Zamiq və Emini ayırmağa çalışırmışlar. O, mağazaya daxil olduqdan təxminən 5 dəqiqə keçdikdən sonra müştəri Emin yenidən mağazaya daxil olmuş və girişdən sağda yerləşən arabaları əli ilə yerə aşırtmağa, həmçinin həmin hissədə vitrində olan məişət mallarını yerə dağıtmağa başlamışdır. O, müdir Rəşadı nalayiq sözlərlə təhqir edirmiş. Onlar bunu gördükdə dərhal Emin adlı müştəriyə yaxınlaşıb onu sakitləşdirməyə çalışmışlar, lakin Emin buna əhəmiyyət verməyərək daha da qəzəblənmiş və hərəkətlərini davam etdiyi üçün müdir Rəşad məcbur olub onu kənara itələmişdir. Bunun ardınca sakitləşdirmək məqsədi ilə o, əlləri ilə Emin adlı müştərini tutub malların qəbulu otağına aparmışdır. Emin orada da stolun üstündəki noutbuk kompyuterini və digər əşyaları aşırtmağa başlamışdır. Bu anda mağazanın içərisindən mal qəbulu otağına iki nəfər tanımadığı şəxs daxil olaraq onlara kömək məqsədi ilə Emini sakitləşdirməyə çalışmışlar və Emini mədəni şəkildə malların qəbulu otağı tərəfindən bayıra çıxartmışlar. Həmin vaxt mağaza bağlandığından onlar artıq əsas giriş qapılarını bağlamışlar. Üstündən bir qədər keçdikdən sonra Emin adlı müştəri yenidən əsas giriş tərəfindən yaxınlaşaraq mağazanın şüşəli qapısını döyüb onları çağırmağa başlamış, elə bu zaman oraya Aygünün nişanlısı bir neçə nəfər tanımadığı şəxslərlə yaxınlaşaraq Emin adlı müştərini döyüb oradan uzaqlaşmışlar. Bundan sonra Emin adlı müştəri mağazanın şüşə qapısına təpiklə vurmağa başlamış, bunu gördükdə müdir Rəşad 102 xidmətinə zəng edib Emin adlı müştərinin mağazanın qapısına təpiklə vurub içəri daxil olmaq istədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişlər və Emini polis bölməsinə aparmışlar. 20 iyul 2021-ci il tarixdə baş vermiş hadisə zamanı özü və müdir Rəşad nə mağazada nə də ki, anbarda Emini döyməmişlər. Qeyd etdiyi kimi, Emin mağazada yerləşən arabaları əli ilə yerə aşırdıb vitrində olan məişət mallarını yerə dağıtdığı zaman Rəşad onu sakitləşdirməyə çalışmış, lakin Emin buna əhəmiyyət verməyərək daha da qəzəblənib öz hərəkətlərini davam etdiyi üçün Rəşad məcbur olub onu kənara itələmişdir. Özü və Rəşad Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişlər. Təqsirləndirilən şəxs mağazada onların ünvanına ucadan nalayiq sözlər işlətmiş, bunu da ətrafda olan işçilər və müştərilər eşitmişlər. 20 iyul 2021-ci il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs məxsus əl çantasının mağazada qalıb-qalmadığını dəqiq xatırlamadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, 2017-ci ildən «X9» MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Kingsmart» supermarketində işləyir, hazırda baş kassir vəzifəsindədir. 20 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində mağazaya bir nəfər 25-30 yaşlı müştəri daxil olmuş, həmin şəxs alış-veriş etdikdən sonra boş kassaya yaxınlaşmış və həmin vaxt tibbi maskadan istifadə etməmişdir. Kassada olan işçi Zibaxanım müştəriyə tibbi maskadan istifadə etməyini bildirmiş, müştəri özündə tibbi maskanın olmadığını demiş, içəri daxil olarkən nəyə görə ondan tibbi maska taxmağı tələb edilmədiyini soruşmuşdur. Müştəridən gedib mühafizəçidən tibbi maska götürməyini təklif etmiş, lakin müştəri əsəbi halda heç kimin ayağına getməyəcəyini bildirmişdir. O isə müştərinin kobud cavab verdiyini görüb heç bir söz demədən supermarketdə mühafizəçi işləyən Anardan həmin müştəriyə tibbi maska gətirməyini xahiş etmişdir. Anar tibbi maska gətirərkən müştəri çantasından öz tibbi maskasını çıxartmış və sifət nahiyyəsinə taxmışdır. Bu zaman müdir Rəşad müştərinin bu hərəkətlərini onları dolamaq kimi qəbul etdi və nəyə görə tibbi maskası ola ola onlardan maska istədiyini müştəriyə irad kimi bildirmişdir. Bundan sonra müştəri ona “get işinlə məşğul ol!” sözlərini deyərək mağazadan bayıra doğru çıxmağa başlamış və gedə-gedə qəflətən çönərək onun ünvanında çox kobud formada, hansı ki, deyilməsi mümkün olmayan təhqiredici söz işlətmişdir. Müştərinin bu söyüş söyməyini eşidib bir anlıq özü şoka düşmüş və həmin müştəriyə “dayan bir dəqiqə nə dedin?” sözlərini demişdir. Onun müştəriyə irad bildirməyini supermarketin müdiri Rəşad eşitmiş və arxa tərəfdən müştəriyə yaxınlaşaraq köynəyindən tutub özünə tərəf çəkmiş, Rəşad müştəriyə “qıza nə dedin?” sualını vermişdir. Bu anda supermarketin çölündə onu gözləyən nişanlısı Zamiq çöldən mübahisəni görüb içəri daxil olmuş və Rəşaddan nə baş verdiyini soruşmuşdur. Rəşad isə Zamiqə bildirmişdir ki, həmin müştəri onu təhqir etmişdir. Bundan sonra Zamiq məsələyə aydınlıq gətirmək üçün həmin müştərini bayıra çağırmış və bayırda onların arasında nə söhbət olduğunu görməmişdir. Lakin bir neçə dəqiqədən sonra həmin müştəri yenidən içəri daxil olmuş, supermarketə girişdən sağda yerləşən arabaları əli ilə yerə aşırtmağa başlamışdır. Supermarketin müdiri Rəşad bu hərəkətlərinə görə müştərini itələmiş, nəticədə müştəri orada olan vitrinə dəymiş, vitrinə yığılmış ayı uşaq oyuncaqları yerə dağılmışlar. Bundan sonra Rəşad və Anar müştərini malların qəbulu otağına aparmışlar, lakin özünün orada olmadığı üçün nə baş verdiyini bilməmişdir. Bir qədər də keçdikdən sonra artıq iş vaxtı bitdiyindən supermarketin qapılarını bağlamışlar. O ərəfədə həmin müştəri yenidən əsas giriş tərəfindən yaxınlaşaraq mağazanın şüşəli qapısını təpiklə vurmağa başlamışdır. O, qorxduğu üçün oradan supermarketin kassasına doğru keçmişdir. Bundan sonra qardaşı Azər gəlmiş və onu taksi ilə yaşadığı evə yola salmışdır. Daha sonra nə baş verdiyindən məlumatı olmamışdır. Hadisə günü o, supermarketdə olarkən müştəri Təqsirləndirilən şəxs heç kim döyməmiş, sadəcə etdiyi hərəkətlərinə görə müdir Rəşad Emini itələmişdir. Müştəri Təqsirləndirilən şəxs özü mağazada onların ünvanına ucadan nalayiq sözlər işlətmiş, bunu da ətrafda olan işçilər və müştərilər eştimişlər. 20 iyul 2021-ci il tarixdə baş vermiş hadisə zamanı bildiyinə görə müştəri Təqsirləndirilən şəxs çantası supermarketdə qalmışdır. Belə ki, müştəri Emin qapıya təpik vurarkən çantasını qaytarmağı tələb edirmiş, lakin o, çantanın harada olduğunu görməmiş və ümumiyyətlə baş verənlərdən sonra qorxaraq həyəcan keçirtdiyi üçün heç nəyə qarışmaq istəməmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında dindirilmiş Qaradağ RPİnin sabiq müstəntiqi Şahid3 öz ifadəsində göstərmişdir ki, həmin cinayət işi tərəfindən 07 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə başlanmış həmin Məcəllənin 127.2.3-cü maddəsi istintaqı aparılmış ********* nömrəli cinayət işindən ayrılmışdır. Cinayət işi ayrılmasına səbəb və əsas Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdə saat 23:40 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən “Kingsmart” supermarketin yaxınlığında Zərərçəkmiş şəxs2 ilə sonuncunun nişanlısı Şahid2 ilə mübahisə etdiyi səbəbindən aralarında yaranmış münaqişə zamanı yumruqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 baş və sifət nahiyyələrindən vuraraq ona sağ əlin V daraq sümüyünün yerdəyişən sınığı, üst dodağın əzilmiş yarası, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sol gicgah nahiyyəsinin, sol bazunun qançırları, hər iki çiyin qurşağının və sol kürək nahiyyəsinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması faktı olmuşdur. 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən tərəfindən şübhəli şəxs qismində tutulmuş, 06 oktyabr 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Qaradağ rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, həmin tarixdə Qaradağ rayon prokuroru X6 tərəfindən “həbs” qətimkan tədbirin seçilməsi barədə məhkəməyə təqdim edilməsi haqqında vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin azad olunması haqqında qərar qəbul edilmiş, bu səbəbdən tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 14 fevral 2022-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməli ekspertiza rəyləri, ifadələr, DVD diskdəki görüntülər və digər sübutlarla tam təsdiq olunmuş, ifadələri yerində yoxlanılmışdır. Hadisəni özündə əks etdirən bütün görüntülər “Kingsmart” supermarketin rəhbərliyindən dəfələrlə istənilsə də ancaq cinayət işində mövcud olan DVD disk təqdim edilmişdir. Bu barədə Rəşada demiş, lakin əlavə görüntü olmadığını bildirmişdir. “Kingsmart” supermarketin kompüter mütəxəssisi bildirmişdir ki, digər görüntülər mövcud deyildir. Zamiqin xəsarətləri ilə bağlı ekspertin rəyi var. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 28 iyul 2021-ci il tarixli 490 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ əlin V daraq sümüyünün yerdəyişən sınığı, üst dodağın əzilmiş yarası, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sol gicgah nahiyəsinin, sol bazunun qançırları, hər iki çiyin qurşağının və sol kürək nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 1-2 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcələrinə görə sağ əlin V daraq sümüyünün yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, üst dodağın əzilmiş yarası sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sol gicgah nahiyəsinin, sol bazunun qançırları, hər iki çiyin qurşağının və sol kürək nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması zamanı törənməsi inandırıcı deyildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 11 yanvar 2022-ci il tarixli 52 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu yuxarıda göstərilən cinayət əməlini törədərkən o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan «X9» MMC-nin pərakəndə satış departamentindən daxil olmuş 21 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, 20 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “Kingsmart” supermarketində baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs etdiyi hərəkətlər nəticəsində mağazanın personalı sonuncu tərəfindən ucadan nalayiq sözlərlə təhqir olunmuş və Təqsirləndirilən şəxs bundan başqa mağazanın giriş qapısını təpiklə vurmuş, mağazanın içərisində arabaları, vitrindəki əşyaları yerə aşırtmışdır. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri nəticəsində mağazada iş rejimi pozulmuşdur. Lakin mağazaya heç bir məbləğdə ziyan dəyməmiş, bununla bağlı MMC tərəfindən iddia və şikayət yoxdur. İş materiallarında olan DVD diskdəki fayllardakı videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23:42:02 saniyələrdə “Kingsmart” supermarketində kassadan aralanaraq çıxışa doğru hərəkət edən zaman kənarda dayanmış Şahid2 nəsə deyir və bu zaman Aygün buna reaksiya verərək onun arxasınca gedir. Həmin vaxt mağazada olan işçilərdən bəziləri də onların arxasınca gedirlər. Saat 23:44:02 saniyələrdə Təqsirləndirilən şəxs mağazanın içərisinə daxil olaraq arabaları aşırıb, əlləri ilə ərzaq bağlamalarını dağıdarkən müdir Zərərçəkmiş şəxs1 onu itələyərək uzaqlaşdırır. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs yenidən mağazanın çöl tərəfindən qapısına yaxınlaşır, mağazanın bağlı qapısının arxasından içəridə olan işçilərə nəsə izah etməyə çalışarkən bir neçə şəxs ona yaxınlaşaraq onu döyməyə başlayır və sonra gedirlər. Bundan sonra Təqsirləndirilən şəxs dayanmadan fasiləsiz olaraq “Kingsmart” mağazasının qapısını təpiklə vurmağa başlayır. Təqribən 10 dəqiqə sonra polis əməkdaşları yaxınalaşaraq onu avtomaşına mindirirlər. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Usubova Hicran Mübariz qızı ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş səhhətin müayinə edilməsi haqqında 2103/2013 №li aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya xəsatəxanasında olmuş və ona MSS-in üzvi xəstəliyi epilepsiyayabənzər qıcolma tutmaları ilə və davranış pozuntuları ilə anamnezində baş-beyin zədəsi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli hökmündən görünür ki, yuxarıda qeyd olunan hadisə ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə, saat 00:05 radələrində Təqsirləndirilən şəxs sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq aylıq qazancından 15 faiz məbləğdə pul tutulmaqla 01 il 11 ay 22 gün müddətə islah işləri cəzasına, X3 xx.xx.2021-ci il tarixdə, saat 00:05 radələrində Təqsirləndirilən şəxs sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş ittiham irəli sürülsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 127.2.3-cü maddənin tərkibi yox, CM-nin 127.1 və 221.1-ci maddələrinin tərkibi mövcud olmuşdur. Belə ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən, o cümlədən hadisənin görüntülərini özündə əks etdirən mövcud videogörüntülərdən görünür ki, mübahisənin baş verməsinin ilkin səbəbkarı Təqsirləndirilən şəxs olmaqla o, hər hansı bir ciddi səbəb olmadan qoruyucu maskadan istifadə etmək üstündə mübahisə yaratmış və ilkin olaraq mağazadan çıxarkən Şahid2 ünvanına nalayiq ifadələr işlətməklə münaqişənin davam etməsinə şərait yaratmışdır. Bundan sonra Şahid2 nişanlısı Zərərçəkmiş şəxs2 təşəbbüs göstərək Təqsirləndirilən şəxs mağazadan çölə çıxararaq mübahisə yaratmış və mübahisə zamanı onlar mağazanın çölündə kənar bir yerdə, kənar şəxslərin olmadığı qaranlıq şəraitdə çox qısa bir zaman kəsiyində dalaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs yenidən mağazaya daxil olaraq mağazada çalışan işçilərin hər hansı bir təqsiri olmadan mağazanın içərisinə daxil olaraq arabaları aşırıb, əlləri ilə ərzaq bağlamalarını dağıdarkən müdir Zərərçəkmiş şəxs1 onu itələyərək uzaqlaşdırır. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs yenidən mağazanın çöl tərəfindən qapısına yaxınlaşır, mağazanın bağlı qapısının arxasından içəridə olan işçilərə nəsə izah etməyə çalışarkən bir neçə şəxs ona yaxınlaşaraq onu döyməyə başlayır və sonra gedirlər. Bundan sonra Təqsirləndirilən şəxs dayanmadan fasiləsiz olaraq “Kingsmart” mağazasının qapısını təpiklə vurmağa başlayır. Təqribən 10 dəqiqə sonra polis əməkdaşları yaxınlaşaraq onu avtomaşına mindirirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mağazadan çıxaraq Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi ilə yenidən mağazaya daxil olması təxminən iki dəqiqə çəkmişdir. Bu da bir daha Təqsirləndirilən şəxs bu qısa zaman kəsiyində xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 az ağır xəsarət yetirməsi faktını inkar edir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hadisə baş verən ərazidə, istər mağazanın içində, istərsə də çöl tərəfində kifayət qədər video müşahidə kameraları olsa da təqsirləndirilən şəxsin mağazanın çölündə Zərərçəkmiş şəxs2lə mübahisə edərək tutaşmalarına dair görüntülər cinayət işinə əlavə edilməmiş və məhkəmə baxışı zamanı da onları əldə etmək mümkün olmamışdır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirərkən xuliqanlıq niyyətinin nədə ifadə olunduğunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Kingsmart” supermarketindən çıxarkən zərərçəkmiş şəxs özü yaxınlaşaraq mübahisənin səbəbini soruşmuş, nişanlısı ilə mübahisə olduğunu bilərək təqsirləndirilən şəxsi çölə dəvət etmiş və bu zaman onların arasında dava-dalaş baş vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 arasında yaranmış münaqişə sonuncunun təşəbbüsü ilə şəxsi münasibətlərin pozulması zəmnində başlamış və sonradan təqsirləndirilən şəxs mağazaya daxil olaraq öz qanunsuz hərəkətlərini davam etdirməklə ictimai qaydanı pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirməsi xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlərin pozulması zəmnində baş verdiyindən onun əməli CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətlərin digər oşxar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlak dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunu üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəmnində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağı olmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs baxmayaraq ki, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi olmadığı halda zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə heç bir formada cəhd belə göstərməmiş, əksinə məhkəmə baxışı gedişatında özünü qeyri-səmimi aparmaqla tərəflərin ünvanına kobud ifadələr işlətməkdən belə çəkinməmişdir. Məhkəmə bu halı Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06 oktyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hallar CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 52 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 312 (üç yüz on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 127.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 312 (üç yüz on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-103/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-103/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver