Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-103/2025 27.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Ağcəbədi rayonu, Xocavənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, Ağcəbədi rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda Zərərçəkmiş şəxs qardaşı Şahid4 Azərbaycan Respublikası CM-nin 178.3.2 və digər maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbirinin 20000 (iyirmi min) manat pul müqabilində dəyişdirilməsini təmin etdirəcəyinə dair yalan vəd verib aldadaraq 01 may 2024-cü tarixdə, saat 18.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində Zərərçəkmiş şəxsla görüşüb ondan 20000 (iyirmi min) manat məbləğində pulu alıb etibardan суи-истифадя етмя вя алдатма йолу иля яля кечирərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla дялядузлуг етмишдир. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tanışı Səfərov Elçini Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən Manqal restoranına dəvət etmişdir. Elçin ona bildirmişdir ki, onun yanına Növhəl adlı şəxslə gələcəkdir. Bu söhbətdən sonra Elçinlə Növhəl restorana gəlmişlər. Orada söhbət zamanı Elçin ondan xahiş etmişdir ki, onun yaxın tanışı Şahid4 Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluq cinayətinə görə həbs edilərək Bakı İstintaq Təcridxanasına yerləşdirilmişir və onlar Raufun barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib ev dustaqlığı ilə əvəz etmək istəyirlər.O isə tanışı Elçinə Növhəlin yanında bu işdən xəbərinin olmadığını, maraqlanıb onlarla əlaqə saxlayacağını demişdir. Elçinlə Növhəl getdikdən sonra o tanışları vasitəsi ilə Şahid4 barəsində maraqlanmış və onu həbsdən azad edib ev dustaqlığı qətimkan tədbiri seçilməsini təmin etməyin mümkün olmadığını bilmişdir. Bu səbəbdən Elçinlə danışmış və həmin şəxslərlə görüşmək istədiyini bildirmişdir. O, 2024-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən Manqal restoranda tanışı Şahid3, Növhəl və Akif adlı şəxslərlə görüşmüşdür. Söhbət əsnasında həmin şəxslərə Şahid4 işi ilə maraqlandığını, və onu həbsdən azad edib barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi məsələsini həll etməyin mümkün olmadığını demişdir. Buna baxmayaraq Şahid4 məhkəmə istintaqı zamanı barəsində daha yüngül cəza ala biləcəyini və bu işin 20000 manata həll olunacağını demişdir. Belə ki, Şahid4 məhkəmə prosesinin uzun çəkəcəyini, bunun üçün müəyyən xərclər lazım olduğunu və razılaşdıqları təqdirdə pulu geri qaytarmayacağını demişdir. Növhəl ilə Akif ondan fikirləşmək üçün vaxt istəmiş və çıxıb getmişlər. 01 may 2024-cü il tarixdə Növhəl ona zəng vurmuş və onunla görüşmək istədiklərini demişdir. Görüş yeri isə Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzi olmuşdur. O, həmin gün saat 18.00 radələrində tanışı Şahid2la birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə daxil olan köməkçi yolda Növhəl və Akif adlı şəxslərlə görüşmüşdür. Növhəl və X5ra dediyi təkliflə razı olduqlarını və 20000 manat pulu düzəltdiklərini demişlər. Akif 20000 manat pulu orada ona vermişdir. Bir müddət sonra Şahid4 məhkəmə prosesi başlamışdır. Həmin vaxt Akif ona bildirmişdir ki, “sən qardaşım Raufun işini həll edə bilməyəcəksən”, bu səbəbdən ona verdikləri 20000 manat pulu geri tələb etmişdir. O isə Akifə “səbrli ol, verdiyim sözə əməl edəcəyəm” demişdir. O, sonradan eşitmişdir ki, Akif onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir.Akifdən aldığı pulu şəxsi ehtiyaclarına sərf etmişdir. O, son olaraq çıxışında törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını bildirərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi1 bildirmişdir ki, dələduzluq cinayəti nəticəsində hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs 20000 manat zərər dəymişdir.Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilib və ona qarşı şikayət və tələb yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ona vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı şikayət tələbinin olmadığını qeyd etmişdir. Müdafiə tərəfi iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərilən ünvanda yaşadığını, rəsmi olaraq heç bir yerdə işləmədiyini göstərmişdir. Şahid1 cinayət işinin mahiyyəti üzrə bildirmişdir ki, Şahid4 və Zərərçəkmiş şəxs onun doğma dayısı oğludurlar. Dayısı oğlu Şahid4 xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin İŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsinə həbs qətimkan tədbiri seçilmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Rauf ona zəng edərək onunla Bakı İstintaq Təcridxanasında cəza çəkmiş, hazırda azadlığa buraxılmış Şahid3la əlaqə saxlamağını, sonuncunun yaxşı əlaqələri olduğunu və onu həbsdən ev dustaqlığı ilə əvəz etməsində kömək edəcəyini demiş və Şahid3 mobil telefon nömrəsini vermişdir. Həsənov X6 mobil telefonuna zəng vurmuş və onunla Abşeron rayonu, Xırdalan şəhərində görüşmüşdür. Söhbət zamanı Elçin ona bildirmişdir ki, bir nəfər Mansur adlı şəxs vardır və onun yaxşı əlaqələri olduğuna görə Mansur Raufun həbsdən çıxmasını təşkil edə bilər. Bundan sonra Şahid1 Zərərçəkmiş şəxs zəng vuraraq bu barədə məlumat vermiş, Zərərçəkmiş şəxs Bərdə rayonunda hüzür mərasimində olduğunu buna görə də onun gedib söhbət etməyini, özünündə 2-3 günə gələcəyini demişdir. Bundan sonra Şahid1 Elçin Əlibbasovla birlikdə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən Manqal restoranında görüşmüş, söhbət zamanı Mansur adlı şəxs ona söz vermişdir ki, 20000 manat müqabilində Şahid4 həbsdən azad etdirib barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini təşkil edəcəkdir. 2024-cü ilin aprel ayının sonlarında Şahid1 dayısı oğlu Zərərçəkmiş şəxsla birlikdə yenidən Mansur adlı şəxslə görüşmüşdürlər. Həmin vaxt Mansur onları tam arxayın etmişdir ki, onun Bakı Ağır Cinayətlər Məhkəməsində qohumu vardır və həmin qohumunun vasitəsi ilə 20000 manat qarşılığında Raufu həbsdən azad etdirəcəkdir. Həmin vaxt Zərərçəkmiş şəxs üzərində Mansur dediyi qədər məbləğ olmadığı üçün ondan 1 həftə vaxt istəmiş, Mansur da onlarla razılaşmışdır. 01 may 2024-cü il tarixdə saat 18 radələrində Şahid1 Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə daxil olan köməkçi yolda Mansurla görüşmüşdürlər. Həmin vaxt Mansurun yanında Surxay adlı şəxs olmuşdur. Zərərçəkmiş şəxs orada 20000 manat pulu Mansura vermişdir ki, sonuncu onun qardaşı Şahid4 barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirsin. Mansur da onlara razılıq verdikdən sonra pulu saymaq üçün yanında olan Surxay adlı şəxsə vermişdir. Həmin vaxt Surxay pulu sayıb 100 ABŞ dolları artıq olduğunu deyib həmin 100 ABŞ dolları pulu Zərərçəkmiş şəxs geri qaytarmışdır. Mansur orada onlara bildirmişdir ki, “məni tələsdirməyin, özüm öz işimi görəcəm, narahat olmayın, Raufu həbsdən azad etdirəcəm” deyərək onlarla sağollaşıb oradan çıxıb getmişdir. Bu söhbətdən 10 gün sonra Zərərçəkmiş şəxs Mansur Səfərovun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vurub məsələ ilə maraqlandıqda Mansur ona narahat olmamasını və bu işi yaxında həll edəcəyini demişdir. 2024-cü ilin may ayının sonunda Zərərçəkmiş şəxs qardaşı Raufun həbsdən ev dustaqlığına çıxarılması üçün Raufun vəkili tərəfindən vəsatət verilmişdir. Həmin vaxt onlara məlum olmuşdur ki, heç kim məhkəmə ilə danışmayıb və qardaşı Raufun barəsində həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs Mansura zəng vurmuş və onları aldatdığını deyən zaman Mansur ona yalvararaq heç bir yerə şikayət etməməyi xahiş etmiş və pulu yaxın zamanda geri qaytaracağaına dair söz vermişdir. buna baxmayaraq təxminən 2 aya yaxın Mansur Zərərçəkmiş şəxs da ələ salmış və pulu geri qaytarmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs Mansurun onu aldatmasına görə Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs uzun müddətdir tanıdığını, onun həmkəndlisi olduğunu buna görə də Mənsurla yaxın tanışlıq əlaqələrinin olduğunu qeyd etmişdir. Şahid2 Şahid3 da tanıdığını, onunla tanışlıq münasibətlərinin olduğunu bildirmiş, eləcə də Şahid4, Zərərçəkmiş şəxs və Şahid1 əvəllər tanımadığını, onlarla aralarında ədavətlərini və ya düşmənçiliklərinin olmadığını bildirmişdir. Şahid2 cinayət işin mahiyyəti üzrə göstərmişdir ki, 01 may 2024-cü il tarixdə tanışı Mənsurla Bakı şəhərində görüşmüş və söhbət əsnasında Mənsur ondan onunla birlikdə Sədərək Ticarət Mərkəzinə getməyini xahiş etmişdir. Şahid2 Mənsurdan nə məsələ olduğunu soruşduqda Mənsur iki nəfər şəxslə Sədərək Ticarət Mərkəzində görüşüb onlardan pul alacağını demişdir. Şahid2 həmin gün saat 18 radələrində tanışı Mənsurla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə daxil olan köməkçi yolda adlarını sonradan bildiyi Növhəl və Akif adlı şəxslərlə görüşmüşdürlər. Həmin vaxt Növhəl və Akif Mənsurla söhbət etdikdən sonra Akif adlı şəxs Mənsurun avtomobilində Mənsura pul verib bildirmişdir ki, həmin pulun məbləği 20000 manatdır. Mənsur da pulun düzgün olması və sayılması üçün pulu Şahid2 vermişdir. Şahid2 həmin pulu saydıqdan sonra 100 ABŞ dollarının artıq olduğunu demiş Mənsur isə həmin 100 ABŞ dollarını Akifə geri qaytarmışdır. Bundan sonra onlarla sağollaşaraq oradan çıxıb getmişdirlər. Sonradan Mənsurdan eşitmişdir ki, ona pulu verən Akif adlı şəxsin qardaşı Şahid4 dələduzluq cinayəti törətdiyi üçün həbs edilmişdir, Mənsur isə aldığı pula görə Şahid4 məhkəmə istintaqı zamanı barəsində daha yüngül cəza ala biləcəyini və bu işin 20000 manata həll olunacağını demişdir. Bundan sonra Şahid2 Mənsurlla sağollaşaraq yaşadığı evə getmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs uzun müddətdir tanıdığını, onunla ilk dəfə 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən Manqal restorantında görmüşdüyünü və həmin restoranı Mənsurun özünün işlətdiyini, həmin vaxtdan Mənsurla münasibətinin normal olduğunu bildirmişdir. Şahid3 Mənsurla söhbət edən zaman Mənsur ona yüksək vəzifədə işləyən dostlarının olduğunu, hətta qardaşının Milli Məclisdə işlədiyini demişdir. Şahid3 Şahid4 da tanıdığını qeyd etmişdir. Belə ki, Şahid3 barəsində Xətai RPİnin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin istintaq olunduğunu, istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçildiyini və istintaq dövründə Bakı İstintaq Təcridxanasına yerləşdirildiyini və həmin ərəfədə Şahid4la tanış olduğunu qeyd etmişdir. Şahid3 Raufla söhbət edən zaman onun dələduzluq cinayəti ilə barəsində həbs seçildiyini bilmişdir. Şahid3 göstərmişdir ki, Şahid4 istintaq dövründə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini istədiyi üçün Şahid4 Mənsur adlı şəxsi tanıdığını, onun əlaqələrinin geniş olduğunu və əgər istəsə qohumlarının Mənsurla əlaqə saxlamasını demişdir. Bu söhbətlər gedən zaman onun barəsində Xətai rayon məhkəməsində cinayət işinə baxılırmış və məhkəmə tərəfindən barəmdə 2 il şərti sınaq müddəti seçilərək azadlığa buraxılmışdır. Azadlıqda olan zaman Rauf onun mobil telefonuna zəng vurub Mənsur adlı tanışı ilə necə əlaqə saxlamağını soruşmuş və o, da Raufa bildirmişdir ki, qohumlardan biri onunla görüşsün, Mənsurun restoranına gedib söhbət edər. 2024-cü ilin aprel ayının əvvəllərində Növhəl adlı şəxs onun mobil telefonuna zəng vurub Şahid4 qohumu olduğunu deyib onunla görüşmək istəmiş, o, da Növhəli Abşeron rayonu, Xırdalan şəhərinə dəvət etmişdir və orada görüşmüşdür. Söhbət əsnasında Növhələ demişdir ki, Raufla Bakı İstintaq Təcridxanasında tanış olmuş, onunla yaxından tanış olmuşlar. Eləcə də Mənsur barəsində Növhələ danışmış və Mənsurun yuxarı vəzifədə yaxın adamları olduğunu Mənsurun söhbət əsnasında ona deməsini Növhələ bildirmişdir. Növhəl də Mənsurla görüşmək istədiyini demişdir. Təxminən 3 gün sonra o, Növhəllə birlikdə Mənsurun işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən Manqal restorantına getmiş, orada Mənsurla söhbət etdikdən sonra Mənsur bildirmişdir ki, Şahid4 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına əvəz olunması üçün 20000 manat lazım olduğunu demişdir. Növhəl isə bu söhbəti Raufun qardaşı Akifə danışandan sonra Mənsurla görüşəcəyini demişdir. Bundan sonra oradan çıxıb getmişlər. Sonradan eşitmişdir ki, Raufun qardaşı Akif və Növhəl Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində Mənsurla görüşərək Raufun ev dustaqlığına çıxarılmasına görə 20000 manat pul vermişlər. Lakin Mənsur onları aldadaraq Raufu ev dustaqlığına çıxarılması üçün heç bir iş görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. X3 Əliabbasovla tanış olmuşdur. Söhbət əsnasında Elçin ona Mənsur adında tanışının olduğunu və Mənsurun yuxarı vəzifəli şəxslərlə çox yaxşı əlaqələrinin olduğunu demişdir. Şahid4 ev dustaqlığına çıxması üçün Elçindən xahiş etmişdir ki, Mənsur adlı şəxslə onun qardaşı Akiflə əlaqə saxlasın. X2 məhkəmə yolu ilə azadlığa buraxıldıqdan sonra Şahid4 qohumu Növhəl ilə əlaqə saxlayaraq görüşmüş, daha sonra Mənsur adlı şəxslə görüşmüşlər. Mənsur da onlara söz vermişdir ki, Şahid4 barəsində seçilmiş həbs qətimkan tədbirini 20000 manat müqabilində məhkəmə yolu ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edə bilər. Şahid4 qardaşı Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlayan zaman o, Şahid4 bildirmişdir ki, 01 may 2024-cü il tarixdə saat 18 radələrində qohumu Növhəllə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin ərazisində Mənsura 20000 manat pul vermişdir. Lakin Mənsur qardaşı Akifi aldatmaqla onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edə bilməmişdir. Sonradan Şahid4 qardaşı Akif Mənsurdan pulu tələb etsə də Mənsur pulu geri qaytarmamışdır. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi, xx.xx.2024-cü il tarixdə fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, 07 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 21 yanvar 2025-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və 03 mart 2025-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, 03 mart 2025-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və 07 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyiindən cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan “Azemis” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il, xx.xx.2012-ci il və xx.xx.2012-ci il təvəllüdlü uşaqları vardır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmənin baxış iclası zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi hazırki cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını,cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini, həmçinin təqsirləndirilən şəxsin himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 6-7-ci maddələrində olan məhdudiyyətlərlə bağlılığı olmadığı, onun həmin qərarın 1.16-cı bəndinin (öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər) təsiri dairəsinə düşməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin amnistiya aktının tətbiq edilməsi barədə vəsatətləri nəzərə alınmalı, cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı bəndində göstərilir ki, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat pul X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 495 (dörd yüz doxsan beş) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat pul X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 495 (dörd yüz doxsan beş) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-103/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-103/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver