Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-104/2020 14.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, ev 20, mənzil 46-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2019cu il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 5-ci küçə, 27 saylı evin elektrik cərəyanını küçədə quraşdırılmış elektrik qutusundan söndürüb açıq qalmış dəmir qapısından həyətə qanunsuz daxil olaraq evin həyətindəki emalatxanaya qanunsuz daxil olub oradan 01 ədəd 280 manat dəyərində üzərində Vita MMA 200 yazılmış, rəng qopuqları olan sarı rəngli elektrik qaynaq aparatını və 01 ədəd 100 manat dəyərində «Bosch» markalı, GBH 2-28 DBR model perferatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 380 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 12:50 radələrində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən 233 saylı tam orta məktəbin həyətinin giriş qapsının qarşısında saxlanaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, polis bölməsində üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilən zaman onun əlindəki üzərində «USTOP» sözləri yazılmış sellofan torbanın içərisindəki bir ədəd şəffaf yaşıl rəngli sellofan torbanın içərisində təmiz çəkisi 435 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürümüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, peşmançılıq hissi keçirir. 2019-cu ilin dekabr ayının sonunda, tarixini xatırlamadığı bir gün, saat 04 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 5-ci küçə, 27 saylı evin yanına gəlmiş, başında olan idman papağını tanınmaması üçün sifətinə çəkmiş, küçədə olan elektrik açarı vasitəsi ilə həyətin işıqlarını söndürmüş, sonra qapıdan həyətə girmiş və həyətdəki sexə yaxınlaşmışdır. Sexin qapısının cəftəsini açıb içəri daxil olub oradan 1 ədəd kiçik ölçülü elektrik qaynaq aparatını və 1 ədəd perferatoru götürüb həyətdən çıxmışdır. Bundan başqa xx.xx.2020-ci il tarixdə Salyan rayonundan Vüsal adlı şəxsdən 250 manata şəxsi istifadə məqsədi ilə qurudulmuş marixuana narkotik vasitəsi almış, xx.xx.2020-ci il tarixdə saat 12:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 233 saylı tam orta məktəbin yanında polis işçiləri tərəfindən saxlanılaraq Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nə aparılmış, şübhəli şəxs qismində tutulmuş, ona vəkillərin siyahısı təqdim edilmiş, vəkil X1 və həmin vəkil ona təqdim edilmişdir. Vəkil Müşfiq Şirinovun iştirakı ilə əlimdə olan yaşıl-qırmızı rəngli, üzərində «RED BLUE» sözləri yazılan sellofan torbaya baxış keçirilmiş, torbadan qırmızı rəngli, üzərində «USTOP» yazısı olan sellofan torba, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd boz rəngli idman şalvarı, 01 ədəd qara rəngli papaq və 02 cüt qara rəngli corab aşkar edilmişdir. Üzərində «USTOP» yazısı olan sellofan torbanın içəisindən isə şəffaf-yaşıl rəngli sellofan torbanı çıxarıb təqdim etmiş, həmin torbada marixuana narkotik vasitəsi olduğunu bildirmiş, şəffaf-yaşıl rəngli sellofan torbanın içərisindən yaşıl rəngli, qurudulmuş ota bənzər, spesifik iyə malik ot kütləsi aşkar olunmuş və götürülərək qablaşdırılmışdır. Faktla bağlı protokol tərtib edilmişdir. Araşdırma zamanı oğurluq etdiyini etiraf edərək əldə etdiyi qaynaq aparatı və pereferatoru təqdim etmək istədiyini söyləmişdir. Həmin günü polis işçiləri ilə birlikdə oğurladlığı əşyaları gizlətdiyi yerə getmiş, oradan 1 ədəd qaynaq aparatını və 1 ədəd pereferatoru polisə təqdim etmiş, əşyalar ondan prootokola əsasən götürülmüşdür. Ö öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv 5-ci küçə, 27 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evin həyətində təxminən 8 ildir emalatxana yaratmış, emalatxanada isə reklam tabloları hazırlayır və mebellərin örtüklərinin tikilməsi, dəyişdirilməsini həyata keçirir. Təqsirləndirilən şəxs təxminən 10 ildir tanıyır. Rüfət onun emalatxanasında çexol tikmək və mebellərin üzlüklərini dəyişdirmək işi ilə məşğul olmuşdur. Təxminən bir ildir ki, Rüfətin narkotik vasitələrin qəbulu ilə məşğul olduğunu öyrənmiş, Rüfətdən aralanmış və onu emalatxanaya buraxmamışdır. Yaşadığı evin elektrik qutusunu küçədə yığdırmışdır. Həmin qutuda isə evə gələn elektriki ayırmaq üçün açar (rubilnik) qoydurmuşdur. Bundan başqa yaşadığı evin qarşısına müşahidə kamerası quraşdırmışdır. Həyətdəki emalatxanaya küçədən qapı qoymuş, həmin qapıdan əvvəlcə həyətə, sonra emalatxanaya keçmək mümkündür. Emalatxananın qapısı dəmirdəndir və cəftə ilə bağlanır. Emalatxanada isə müxtəlif alətlər və aparatlar saxlayırmış. xx.xx.2019-cu il tarixdə saat 08 radələrində yuxudan qalxmış, işıqların yanmadığını müəyyən etmişdir. Pəncərədən baxdıqda qonşu evlərin işıqlarının yandığını görmüş, küçədəki elektrik qutusuna baxmış, qapağının açıq olduğunu, elektrik açarının isə söndürüldüyünü aşkar etmişdir. Həyət və emalatxanaya baxmış, emalatxada olan bir ədəd 290 manat dəyərində «Vita» markalı elektrik qaynaq aparatı və bir ədəd 350 manat dəyərində «Bosch» markalı pereferatorunu tapmamışdır. Evə girib müşahidə kamerasının yaddaş qurğusuna baxış keçirmiş, xx.xx.2019-cu il tarixdə saat 04 radələrində xarici görünüşü Təqsirləndirilən şəxs oxşayan, başında idman papağı olan şəxsin əvvəlcə evin elektrik qutusunun qapısına yaxınlaşdığını, qutu açıb əlini elektrik açarına uzatdığını görmüşdür. Bundan sonra işıqlar söndüyündən yaddaş qurğusunda görüntülərin qeydə alınması dayanmışdır. Emalatxanaya Rüfətin daxil olub qaynaq aparatı ilə perferatoru oğurladığını daşa düşmüşdür. İstintaq zamanı tanınması üçün oxşar əşyaların arasında ona qaynaq aparatı və perferator təqdim edilmiş, həmin əşyalar arasından özünə məxsus qaynaq aparatı və perferatoru tanımışdır. Sonda bildirmişdir ki, talanmış əşyaları təzəliyindən əldə etmiş və xeyli vaxt istifadə etmişdir. Belə olduqda isə qiyməti aşağı düşmüşdür. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3052 nömrəli xx.xx.2020-ci il tarixli rəyinə əsasən onaməxsus, 01 ədəd üzərində Vita MMA 200 yazılmış, rəng qopuqları olan sarı rəngli elektrik qaynaq aparatının 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti 280 manat, 01 ədəd «Bosch» markalı, GBH 2-28 DBR model perferotorun 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti 100 manat müəyyən edilməsi ilə razıdır. Oğurluq zamanı əmlakı zədələnməyib və ya məhv edilməyib. Hal-hazırda oğurlanmış əşyalar ona qaytarılsa da təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə əldə edilmiş əməliyyat məlumatına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini «Rüfət» adlı şəxsinnarkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə məlumat polis bölməsinin rəhbərinə məruzə edilmiş, əməliyyat tədbirlərinin keçirilməsi üçün icazə verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 daxil edilmişdir. Əməliyyatın aparılması yeri və davranış xətti müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 12:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 233 saylı tam orta məktəbin qarşısında əlamətlərindən «Rüfət» adlı şəxsə uyğun olan şəxsin əlində bir bağlama ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan özünü təqdim etməsini tələb etdikdə, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşyalar olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində marixuana narkotik vasitəsi olduğunu bildirmiş, bu səbəbdən onu Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar. Bölmədə gətirdikləri şəxsin xx.xx.1986-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, ev 20, mənzil 46-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müyyən edildi. Fakt barədə raportla rəhbərliyə məlumat verilmiş və araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı polis mayoru Valeh Orucova tapşırılmışdır. Təhqiqatçı tərəfindən bölməyə dəvət olunmuş vəkil X3, onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əlində olan yaşıl-qırmızı rəngli, üzərində «RED BLUE» sözləri yazılan sellofan torbanı təqdim etmişdir. Həmin torbaya baxış zaman içərisindən qırmızı rəngli, üzərində «USTOP» yazısı olan sellofan torba, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd boz rəngli idman şalvarı, 01 ədəd qara rəngli papaq və 02 cüt qara rəngli corab çıxarıb təqdim etmişdir. Üzərində «USTOP» yazısı olan sellofan torbanın içəisindən Rüfət şəffaf-yaşıl rəngli sellofan torbanı çıxarmış, həmin torbada marixuana narkotik vasitəsi olduğunu bildirmişdir. Qeyd olunan şəffav-yaşıl rəngli sellofan torbanın içərisindən yaşıl rəngli, qurudulmuş ota bənzər, spesifik iyə malik ot kütləsi aşkar olunmuşdur. Həmin torba qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üstü iştirakçıların tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan olunmuş başqa əşyalar aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuananı xx.xx.2020-ci il tarixdə Salyan rayonundan Vüsal adlı şəxsdən 250 manata şəxsi istifadə məqsədi ilə aldığını, satmaq fikri olmadığını bildirmişdir. Daha nə kimi qanuna zidd əməllər törətdiyi barədə verilmiş şifahi suala cavab olaraq bildirmişdir ki, təxminən 1 ay əvvəl Lökbatan qəsəbəsində işlədiyi reklam sexindən 1 ədəd perferator və 1 ədəd qaynaq aparatı oğurlamışdır. Oğurladığı alətləri könüllü təqdim edə biləcəyini bildirmişdir. Aşkar olunmuş digər əşyalar Təqsirləndirilən şəxs qaytarılsa da, narkotik vasitə marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün götürülüb qablaşdırılmışdır. Faktla bağlı protokol tərtib edilmiş, oxunmuş, əlavə və düzəliş daxil olmadığından imzalanmışdır. Baxış videoçəkilişlə aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğurlayaraq gizlətdiyi əşyaları polis işçilərinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə əldə edilmiş əməliyyat məlumatına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini «Rüfət» adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə məlumat polis bölməsinin rəhbərinə məruzə edilmiş, əməliyyat tədbirlərinin keçirilməsi üçün icazə verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 daxil edilmişdir. Əməliyyatın aparılması yeri və davranış xətti müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 12:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 233 saylı tam orta məktəbin qarşısında əlamətlərindən «Rüfət» adlı şəxsə uyğun olan şəxsin əlində bir bağlama ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan özünü təqdim etməsini tələb etdikdə, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşyalar olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində marixuana narkotik vasitəsi olduğunu bildirmiş, bu səbəbdən onu Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar. Bölmədə gətirdikləri şəxsin xx.xx.1986-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, ev 20, mənzil 46-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müyyən edildi. Fakt barədə raportla rəhbərliyə məlumat verilmiş və araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı polis mayoru Valeh Orucova tapşırılmışdır. Təhqiqatçı tərəfindən bölməyə dəvət olunmuş vəkil X3, onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əlində olan yaşıl-qırmızı rəngli, üzərində «RED BLUE» sözləri yazılan sellofan torbanı təqdim etmişdir. Həmin torbaya baxış zaman içərisindən qırmızı rəngli, üzərində «USTOP» yazısı olan sellofan torba, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd boz rəngli idman şalvarı, 01 ədəd qara rəngli papaq və 02 cüt qara rəngli corab çıxarıb təqdim etmişdir. Üzərində «USTOP» yazısı olan sellofan torbanın içərisindən Rüfət şəffaf-yaşıl rəngli sellofan torbanı çıxarmış, həmin torbada marixuana narkotik vasitəsi olduğunu bildirmişdir. Qeyd olunan şəffaf-yaşıl rəngli sellofan torbanın içərisindən yaşıl rəngli, qurudulmuş ota bənzər, spesifik iyə malik ot kütləsi aşkar olunmuşdur. Həmin torba qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üstü iştirakçıların tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan olunmuş başqa əşyalar aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuananı xx.xx.2020-ci il tarixdə Salyan rayonundan Vüsal adlı şəxsdən 250 manata şəxsi istifadə məqsədi ilə aldığını, satmaq fikri olmadığını bildirmişdir. Daha nə kimi qanuna zidd əməllər törətdiyi barədə verilmiş şifahi suala cavab olaraq bildirmişdir ki, təxminən 1 ay əvvəl Lökbatan qəsəbəsində işlədiyi reklam sexindən 1 ədəd perferator və 1 ədəd qaynaq aparatı oğurlamışdır. Oğurladığı alətləri könüllü təqdim edə biləcəyini bildirmişdir. Aşkar olunmuş digər əşyalar Təqsirləndirilən şəxs qaytarılsa da, narkotik vasitə marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün götürülüb qablaşdırılmışdır. Faktla bağlı protokol tərtib edilmiş, oxunmuş, əlavə və düzəliş daxil olmadığından imzalanmışdır. Baxış videoçəkilişlə aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğurlayaraq gizlətdiyi əşyaları polis işçilərinə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1457 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri yazılmış kağız paketdə qırmızı rəngli torbanın içərisində bir ədəd yaşıl rəngli sellofanda təmiz çəkisi 435 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 435,0 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 434,95 qram hissəsi qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 89,0 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3052 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 380,00 manat müəyyən olunur. O cümlədən: 01 ədəd üzərində Vita MMA 200 yazılmış, rəng qopuqları olan sarı rəngli elektrik qaynaq aparatının 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti 280 manat, 01 ədəd «Bosch» markalı, GBH 2-28 DBR model perferatorun 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti 100 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 263 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1/404 nömrəli, xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sidiyindən OPİ+ istifadə edilməsi aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli «Şəxsi axtarış və baxış keçirilməsi haqqında» protokola əlavə edilmiş 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin xidməti otağında müdafiəçi X7, həmin polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakı ilə, araşdırmanı aparan təhqiqatçı X9 yanında xx.xx.2020-ci il tarixdə əlində olan yaşıl-qırmızı rəngli, üzərində «RED BLUE» sözləri yazılan sellofan torbanı təqdim etdiyi, həmin torbaya baxış zamanı içərisindən qırmızı rəngli, üzərində «USTOP» yazısı olan sellofan torba, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd boz rəngli idman şalvarı, 01 ədəd qara rəngli papaq və 02 cüt qara rəngli corab çıxarıb təqdim etdiyi, üzərində «USTOP» yazısı olan sellofan torbanın içəisindən isə şəffaf-yaşıl rəngli sellofan torbanı çıxardığı, həmin torbada marixuana narkotik vasitəsi olduğunu bildirdiyi, qeyd olunan şəffaf-yaşıl rəngli sellofan torbanın içərisindən yaşıl rəngli, qurudulmuş ota bənzər, spesifik iyə malik ot kütləsi aşkar olunduğu, torbanın qablaşdırılaraq götürüldüyü, qablaşdırmanın üstü iştirakçıların tərəfindən imzalandığı əks olunduğu müəyyən edilmişdir. həmin görüntülərədə şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuananı xx.xx.2020-ci il tarixdə Salyan rayonundan Vüsal adlı şəxsdən 250 manata şəxsi istifadə məqsədi ilə aldığı, satmaq fikri olmadığını bildirdiyi, daha nə kimi qanuna zidd əməllər törətdiyi barədə verilmiş şifahi suala cavab olaraq, təxminən 1 ay əvvəl Lökbatan qəsəbəsində işlədiyi reklam sexindən 1 ədəd perferator və 1 ədəd qaynaq aparatı oğurladığı cavabını verdiyi və oğurladığı alətləri könüllü təqdim edə biləcəyini bildirdiyi əks olunduğu müəyyən edilmişdir. Bununla əlaqədar protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD diskin götürülməsi haqqında «Təqdim olunan DVD diskin götürülməsi və baxış keçirilməsi haqqında» protokola əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD diskdəki onun iştirakı ilə «HP» markalı kompyuter qurğusunda baxış keçirilmiş, baxış zamanı diskdə ümumilikdə 18 saniyə qeydiyyat aparıldığı, həmin müddət ərzində başında sifətinə kimi çəkilmiş idman papağı olan 1 nəfər kişi cinsinə mənsub şəxsin evin qarşısına yaxınlaşdığı, evin hasarına bərkidilmiş elektrik qutusunun qapağını açıb əlini içəri saldığı, bununla da işıqların söndüyü və müşahidə kamerasının fəaliyyətinin dayandığı qeydə alındığı əks olunmuşdur. Baxış zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs görüntülərdə qeydə alınmış şəxsin onun tanışı «Rüfət» adlı şəxsin olduğunu, həmin «Rüfət» adlı şəxsin əvvəllər onun emalatxanasında usta işlədiyini və evə hansı qaydada girib-çıxmağın qaydasını, fasiləsiz elektrik axımının qarşısını hansı formada almağın qaydasını yalnız onun bildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd qırmızı rəngli torbanın içərisində bir ədəd yaşıl rəngli sellofanda təmiz çəkisi 435 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqdən sonra qalan 434,95 qram hissəsi maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd üzərində Vita MMA 200 yazılmış, rəng qopuqları olan sarı rəngli elektrik qaynaq aparatı və 01 ədəd «Bosch» markalı, GBH 2-28 DBR model perferator maddi sübut kimi tanınmış və saxlanması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli «Baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən yarımtıkili evdən 1 ədəd «Vita» markalı qaynaq aparatını və 1 ədəd «Bosch» markalı perferatoru çıxarıb təqdim etmiş, həmin əşyaları əvvəllər işlədiyi reklam sexindən oğurladığını bildirmişdir. Qeyd olunan əşyalar həmin protokola əsasən götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin hal-hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə olunmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Həmin Məcəllənin 66.1-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan oğurluq cinayətinə görə xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə Qaradağ rayon prokuroru, ədliyyə müşaviri X8 qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilməklə MSY-dən azad edilmişdir. Qaradağ RPİ-nin müstəntiqi X5 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə iclaslarına təkrarən və heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 434,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində Vita MMA 200 yazılmış, rəng qopuqları olan sarı rəngli elektrik qaynaq aparatı və 01 ədəd «Bosch» markalı, GBH 2-28 DBR model perferatorun saxlanması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. xx.xx.2020-ci il tarixli «şəxsi axtarış və baxış keçirilməsi haqqında» protokola əlavə edilmiş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 139 (yüz otuz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Zərərçəkmiş şəxsə izah edilməlidir ki, cinayət nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 14 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 84 (səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 434,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd üzərində Vita MMA 200 yazılmış, rəng qopuqları olan sarı rəngli elektrik qaynaq aparıtı və 01 ədəd «Bosch» markalı, GBH 2-28 DBR model perferatorun saxlanması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 139 (yüz otuz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutularaq dövlət nəfinə ödənilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, cinayət nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 84 (səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-104/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-104/2020
14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver