Məhkəmə qərarları › İş №1(002)-104/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-104/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-104/2023 08.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,356 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 26 oktyabr 2022-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, ƏÇPA-nın 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-in yaxınlığında yerləşən dairəvi yolun kənarında saxlanılaraq 10-cu PB-yə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 ədəd siqaretin qızılı rəngli kağız bükümünün içərisində olan, təmiz çəkisi 0,356 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhərində yerləşən “Moskva Ticarət Mərkəzində” olan qızıl mağazasında satıcı kimi işləmiş və əldə etdiyi gəlir ilə də öz ailəsini dolandırmışdır. Təxminən 3-4 ay olarmış ki, mütəmadi olaraq narkotik maddə olan heroin istifadə etmişdir. Şahid6 uzun müddətdir ki, tanıyır və aralarında olan münasibət yaxşıdır. xx.xx.2022-ci il tarixdə hər ikisi Bakı şəhərinin müxtəlif yerlərini gəzmək məqsədi ilə görüşmüş, müəyyən qədər gəzdikdən sonra isə yaşadıqları evlərə qayıtmaq qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində taksiyə minərək Şamaxinka adlanan əraziyə doğru yola düşmüş, taksi ilə hərəkətdə olan zaman sürücü ilə arasında sözlü mübahisə yaranmış, bu zaman taksi sürücüsü avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-in yaxınlığında, Bakı-Qazax avtomagistralının 14-cü kilometrliyində yerləşən dairəvi yolun kənarında olan sərnişin dayancağında dayandırmış və onlar avtomobildən enmişlər. Bu zamanda sürücü öz hərəkətini davam edərək oradan uzaqlaşmışdır. Daha sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş, onu və Şahid6 10-cu PB-yə dəvət etmişlər. Həmin zaman onun üzərində narkotik maddə olan heroin olmuş və həmin narkotik maddə barədə polis əməkdaşlarına heç bir məlumat verməmiş və öz üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Qaradağ RPİ-nin 10-cu PB-də olan zaman üzərinə polis əməkdaşları tərəfində baxış keçirilmiş və baxış zamanı üzərində olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-in yaxınlığında, Bakı-Qazax avtomagistralının 14-cü kilometrliyində yerləşən dairəvi yolun kənarında olan sərnişin dayancağında dayanan zaman tanımadığı şəxsdən 10 (on) manat pul müqabilində şəxsi istifadəsi üçün almış və satmaq məqsədi olmamışdır. Narkotik maddəni ailə üzvlərinin əlinə keçəcəyindən qorxaraq mütəmadi olaraq üzərində saxlamışdır. O öz ifadəsində son olaraq törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid6 xidməti zərurətlə əlaqədar 26 oktyabr 2022-ci il tarixdə tanımış, onlarla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. 26 oktyabr 2022-ci il tarixdə, ƏÇPA-nın 10-cu PB-nin polis nəfərləri, polis serjantları Şahid1 və Şahid2 ilə birlikdə xidmətdə olan zaman təxminən saat 02:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-in yaxınlığında yerləşən dairəvi yolun kənarında 2 (iki) nəfər şəxsin dayandığını görmüş, həmin şəxslərin narkotik vasitənin təsiri altına sərxoşluq vəziyyətində olduğundan şübhələnərək, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu güman etdikləri üçün Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət etmişlər. Həmin şəxslər də onlar birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsinə gəldikdən sonra həmin şəxslərin şəxsiyyəti dəqiqləşdirilmiş və məlum olmuşdur ki, həmin şəxslər Şahid6 və Təqsirləndirilən şəxsdur. Hər üçünün iştirakı ilə baş verən hadisə ilə əlaqədar raport tərtib edilmiş və həmin raport Qaradağ RPİ-nin 10-cu PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Nicat İslamlıya ünvanlanmış, daha sonra isə xidməti iş yerlərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri polis serjanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri Şahid3 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid6 xidməti zərurətlə əlaqədar 26 oktyabr 2022-ci il tarixdə tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. 26 oktyabr 2022-ci il tarixdə o və ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri Şahid4 ilə xidmətə xidmətə gələn zaman hər ikisi komandir tərəfindən Qaradağ RPİ-nin 10-cu PB-yə çağırılmış, orada məlum olmuşdur ki, Şahid6 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirləcək və həmin istintaq hərəkətində onlar da iştirak edəcək. İlkin olaraq Təqsirləndirilən şəxs üzərində şəxi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, istintaq hərəkəti zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov ilk öncə özünü təqdim etmiş, 26 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, ƏÇPA-nın 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən satış məqsədi olmadan narkotik vasitələri əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq istifadə cinayət əməllərini törətməkdə şübhəli bilinib 10-cu PB-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini keçirdiyini qeyd etmişdir. Daha sonra X8 şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən şəxslərin, yəni onun, ƏÇPA-nin 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid4 və 10 saylı Qaradağ rayon vəkil bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarını izahat etmiş və onu sorğu-sual etmişdir. X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya, yaxud hər hansı predmetin olacağı təqdirdə könüllü təqdim etməyi təklif etdikdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmiş, həmin büküm açılarkən içərisindən qəhvəyi rəngli, iyisiz, toz şəklində olan maddə aşkar edilmişdir. X8 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşan zaman isə Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin “kakos”, yəni narkotik maddə hesab edilən heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılmış, protokol tərtib edilmiş, zərf və protokol istintaq hərəkətində iştirak edən şəxslər tərəfindən imza edilmişdir. Daha sonra isə Şahid6 üzərində şəxi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, istintaq hərəkəti zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov ilk öncə özünü təqdim etmiş, 26 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, ƏÇPA-nın 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən satış məqsədi olmadan narkotik vasitələri əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq istifadə cinayət əməllərini törətməkdə şübhəli bilinib 10-cu PB-yə gətirilmiş Şahid6 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini keçirdiyini qeyd etmişdir. Daha sonra X8 şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən şəxslərin yəni onun, ƏÇPA-nin 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid4 və 10 saylı Qaradağ rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə Şahid6 hüquqlarını izahat etmiş və onu sorğu-sual etmişdir. X8 şübhəli şəxs Şahid6 üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmetin olacağı təqdirdə könüllü təqdim etməyi təklif etmiş, bu zaman Şahid6 geyindiyi qara rəngli gödəkçənin sol yan cibində olan 1 (bir) ədəd sarı rəngli alışqanı, 1(bir) qutu “Argo” markalı siqaretini, 1 (bir) ədəd “Kapital” banka məxsus plastik bankomat kartını və kağız parçasını masanın üzərinə qoyaraq təqdim etmişdir. Şahid6 üzərində şəxsi axtarış davam etdirilsə də, hər hansı qanunsuz əşya yaxud da predmet aşkar edilməmişdir. Daha sonra X8 şəxsi axtarış və götürmə istintaq hərəkəti zaman Şahid6 üzərindən qanunsuz əşya yaxud da predmet aşkar edilmədiyini və istintaq hərəkətinin başa çatdığını bildirmişdir. Şahid ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri polis serjantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ƏÇPA-nın 10-cu PB-nin polis nəfərləri Şahid3 və Şahid1 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri polis serjantı Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri Şahid5 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid6 göstərmişdir ki, hal-hazırda Bakı şəhərində Nəsimi rayonu ərazisində yerləşən “Femina” mağazasında satıcı kimi işləyir və əldə etdiyi gəlir ilə də öz ailəsini dolandırır. Təxminən 3- 4 ay olar ki, arada bir narkotik maddə olan heroin istifadə edir və son 1 (bir) aydır ki, narkotik maddə istifadə etməyi dayandırmışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır və aralarında olan münasibət yaxşıdır. xx.xx.2022-ci il tarixdə hər ikisi Bakı şəhərinin müxtəlif yerlərini gəzmək məqsədi ilə görüşmüş müəyyən qədər gəzdikdən sonra isə yaşadıları evlərə qayıtmaq qərarına gəlmişdirlər. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində taksiyə minərək Şamaxinka adlanan əraziyə doğru yola düşmüş, taksi ilə hərəkətdə olan zaman sürücü ilə Təqsirləndirilən şəxs arasında sözlü mübahisə yaranmış, bu zaman taksi sürücüsü avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM-in yaxınlığında, Bakı-Qazax avtomagistralının 14-cü kilometrliyində yerləşən dairəvi yolun kənarında olan sərnişin dayancağında dayandırmış və onlar avtomobildən enmişdirlər. Bu zaman sürücü onlar avtomobildən endikdən sonra öz öz hərəkətini davam edərək oradan uzaqlaşmışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş onu və Təqsirləndirilən şəxs 10-cu PB-yə dəvət etmişdirlər. Həmin gecəni 10-cu PB-də saxlanılmış, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Qaradağ RPİ-nin 10-cu PB-də olan zaman üzərinə polis əməkdaşları tərəfində baxış keçirilmiş və baxış zamanı üzərimdə heç bir qanun ilə daşınması və saxlanılması qadağan olunmuş əşya, predmet aşkar edilməmişdir. Həmin gün PB-də olan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik maddə olub və üzərinə baxış zamanı polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində narkotik maddə olması barədə heç bir məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli, 6/6206 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №193” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,356 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,356 qram, tədqiqata sərf edildi-0,05 qr., qalıq-0,306 qr. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X2 02 noyabr 2022-ci il tarixli, 6523 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,356 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin təhqiqatdan sonrakı qalıq hissəsi 0,306 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü təqdim etmiş, həmin büküm açılarkən içərisindən qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar edilmişdir. X8 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşan zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin “kakos”, yəni narkotik vasitə hesab edilən heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatsız olaraq kirayə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 26 oktyabr 2022-ci il tarixdə, saat 02:00-da şübhəli şəxs qismində tutulmuş və 27 oktyabr 2022-ci il tarixdə, saat 12:00-da təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, 16 mart 2023-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına verilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb ediməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.306 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İki ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə qaldığı 02 (iki) ay 25 (iyirmi beş) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.306 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İki ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar