Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-104/2025 09.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, rəsmi işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs borc aldığı pulu qaytarmadığına görə Zərərçəkmiş şəxs ona narazılıq etməsindən hiddətlənərək sonuncu ilə 14 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksi, 3-cü binanın arxa hissəsində görüşüb nalayiq ifadələrlə təhqir etməklə yumruq və təpik zərbələri ilə döyüb həmin hadisəni mobil telefonu vasitəsilə videoya çəkərək telefonunun yaddaşında saxladıqdan sonra özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxslə danışıb barəsində rüsvayedici məlumat hesab olunan həmin görüntüləri yaymaqla hədə-qorxu gələrək bunu etməməsinin müqabilində müxtəlif məbləğlərdə pul tələb edib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 15 dekabr 2024-cü il tarixdə 7 manat, 16 dekabr 2024-cü il tarixdə 75 manat, 20 dekabr 2024-cü il tarixdə 80 manat, 20 dekabr 2024-cü il tarixdə 20 manat, 02 yanvar 2025-ci il tarixdə 15 manat, 03 yanvar 2025-ci il tarixdə 60 manat, 04 yanvar 2025ci il tarixdə 57 manat, 04 yanvar 2025-ci il tarixdə 13 manat məbləğində pul vəsaitlərini atası Şahid2 məxsus 4169-7388-9173-9009 nömrəli Kapital Bank kartına göndərilməsinə nail olmaqla, habelə istintaqla müəyyən edilməyən vaxtda və məbləğlərdə 2024-cü ilin dekabr ayının ortalarından 2025-ci ilin yanvar ayının əvvəllərinədək olan müddətlərdə nağd şəkildə birbaşa olmaqla, sonuncu dəfə 07 yanvar 2025-ci il tarixdə ünvan 4 ünvanının qarşısında 60 manat almaqla, ümumilikdə Zərərçəkmiş şəxs 1600 manat məbləğində pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirsədə məhkəmədə ifadə verməkdən imtina etmişdir. Lakin ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxtı Əlinin əlində bıcaq olmamış, o Pərvizin bacısına və anasına qarşı nalayiq ifadələr işlətməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol vermyəcəyini bildirərək ona cəza verilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafdiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, orta təhsilini Yasamal rayonunda fəaliyyət göstərmiş 4 nömrəli Füzuli rayon məktəbində, azərbaycan dilində almışdır. Təxminən 2020-ci ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qobu-Park yaşayış kompleksinə köçmüşlər. 2024-cü ilin yay aylarından Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Qoçət” restoranında qəssab yanında fəhlə işləyir. Zərərçəkmiş şəxs Qobu-Park yaşayış kompleksinə köçən vaxtdan tanıyır. Pərviz ondan yaşca kiçikdir, lakin Pərviz ilə münasibətləri normal olub. Pərviz ilə aralarında heç bir mübahisə olmayıb. 14 dekabr 2024-cü il tarixdə, saat 23 radələrində Pərviz yaşadığı binanın qarşısına düşmüş, o da Şahid1 ilə birlikdə Pərvizin yaşadığı binanın qarşısına atası Şahid2 məxsus VAZ 21015 markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişdir, Pərviz avtomobilə əyləşmiş, Qobu-Park 1 deyilən yerə getmişlər. Pərviz onunla söyüşlə və bir də pis danışdığı üçün onu yerə yıxıb, əli ilə Pərvizin qolundan, ayağından vurub döymüşdür. O Əlini bıçaq götürməsi üçün göndərməmişdir, Əlinin üzərində özünə məxsus bıçağı var imiş. Daha sonra pula ehtiyacı olduğundan Pərvizdən 60 manat pul istəmişdir. Daha sonra Pərvizi yaşadığı binada düşürtmüşdür, Pərviz ondan bank kartı istəmiş, o da özünə məxsus Birkart bank kartının nömrəsini verib. Pırviz həmin günü onun bank kartına 60 manat göndərib. O Pərvizin ailəsi və bacısı barədə heç nə deməmişdir. O Pərvizi ona pul versin deyə döyməmişdir. Pərviz ona verdiyi borcu ondan pis tələb etmiş, onunla pis danışmış, o da əsəbləşmiş, Pərvizlə görüşüb onunla pis danışdığı üçün dalaşmışdır. Pərvizlə sağollaşanda ona pul lazım olduğu üçün pul istəmiş, Pərviz də vermişdir. Pərvizin həmin vaxt ona verdiyi pulun Pərvizlə dalaşmağıma aidıyyatı olmamışdır. Onlar normal şəkildə sağollaşmışlar. O Pərvizdən təxminən 2025-ci ilin yanvar ayının əvvəllərində 20 manat pul istəmişdir. Pərviz də ona verib. Pərviz ilə telefonda danışdıqları zaman Pərviz onunla pis danışıb, onun ünvanına ifadələr işlədib, ona görə də o Pərvizə demiş ki, “gəl görüşüb söhbət edək”. Arxa hissəsi ağ rəngli olan, Samsung Galaxy A11 markal mobil telefon ona məxsusdur. Telefonun ekran hissəsində olan “Galeri” bölməsindəki “Kamera” qovluğunda 20241214_230140 adlı fayldan videonu çəkən Əli Nəcəquliyevdir, yerdə uzanıqlı vəziyyətdə olan şəxs Pərvizdir, Pərvizi onunla Əli döymüşlər. Pərvizdən bu günə qədər 2-3 dəfə pul almışdır, Pərvizdən 20, 7, 40 manat məbləğlərində pul almışdır. Pərvizə hədə-qorxu gəlməmişdir, istəmiş, o da öz istəyi ilə verib. Ona məxsus Samsung markalı mobil telefonun ekran hissəsində olan “whatsapp” proqram təminatında olan “Pərviz 3” adlı istifadəçi Zərərçəkmiş şəxsdir. Həmin “Pərviz 3”-də olan yazışmalardakı «16 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yazaraq harada olduğunu, görüşmək istədiyinizi bildirməniz, 60 manat göndərməsini, bunun müqabilində videonu da siləcəyinizi bildirməniz, 60 manat göndərməmişdən əvvəl 75 manat tələb etməniz, Pərviz də sizin ona göndərdiyiniz bank kartına 75 manat köçürməsi yazışmalar ona məxsusdur, pula ehtiyacı olduğu üçün Pərvizdən pul tələb etmiş, Pərviz də ona göndərdiyi **********739009 nömrəli atası Şahid2 məxsus bank kartına göndərib. Telefonda olan, 20 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs sizə yazaraq “evdə deyildim ona göre Qaqa, bir sehv eledim, üzürümü isdedim sennen, pul dedin atdim” yazışması, sizin ona “Səbirli ol görüşəcəyik sənnən, mənidə yığacağlar g.tün gedib sənin g.t” “Sən niyə 80 atmısan ki?” yazışmaları ona məxsusdur, pula ehtiyacı olduğu üçün Pərvizdən pul istəmişdir, Pərviz də ona 80 manat pul göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, xx xxxx 2007-ci ildə doğulmuş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həmin ifadəsində bir-iki məsələnin doğru qeyd edilmədiyini, təxminən Naili il yarımdır ki, tanıdığını, onunla oyun zalında tanış olduğunu bildirmişdir. Bir dəfə Nailə borca pul vermiş, sonra borcunu gec qaytardığı üçün ondan pulunu istəyəndə Nail onu hədələmişdir. Daha sonra Nail onu üçüncü binanın arxa tərəfinə çağırmış, Əlidə onun yanında olmuşdur. Sonra Nail onu döymüş Əli isə onu videoya çəkmişdir. Əlidə bıçaq olduğunu bildirmişdir. Sonra Nail o videonu yaymaqla onu hədələyərək müxtəlif vaxtlarda ondan pul almışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, əvvəllər Nailə müxtəlif zamanlarda pul vermiş və vaxtında Nail pulu qaytarmış, sonralar pulu qaytarmamışdır. Ondan pulunu istəyəndə Nail ona kobud danışdığını bildirərək ona vaxt qoya bilməyəcəyini bildirmişdir. Videonun yayılmaması üçün müxtəlif zamanlarda Nailə yüz, yüz əlli, iki yüz manat pul olmaqla ümumilikdə min altı yüz manat pul verdiyini, bu pulları anasının kartından və nənəsinin evindən gizli götürdüyünü bildirmişdir. Məhkəmə iclasında zərərəçkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, Qobu-Park yaşayış kompleksində yerləşən 88 nömrəli Ağdam məktəbinin 11-ci sinif şagirdidir. 2020-ci ildən Lökbatan qəsəbəsində yerləşən Qobu-Park yaşayış kompleksində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Şahid1 da Qobu-Park yaşayış kompleksində yaşayırlar. Nail onunla birlikdə Qobu-Park 3də, Əli isə Qobu-Park 2-də yaşayır. Nail ondan yaşca çox böyükdür, Əli ilə isə həmyaşıddır. Naili təxminən 1 ildən çoxdur ki, tanıyır, normal münasibətləri olmuşdur. Nail ilə yaşadıqları binanın həyətində hər dəfə rastlaşanda ondan 2 manat, 3 manat pul istəyirmiş. Hər dəfə ondan pul istəyəndə deyirmiş ki, “su almaq istəyirəm, mənə 1 manat ver, siqaret almaq istəyirəm üstünü düzəltməyə mənə pul ver”. O da qonşuluqda, eyni yerdə yaşadıqları üçün Nailə pul verirmiş. Nail ondan belə təzrdə 2024-cü ilin yay aylarından pul almağa başlamış, lakin ilk əvvəllər Nail ondan aldığı pulu geri qaytarırmış. Nail görürmüş ki, ondan hər dəfə pul istəyəndə o, ona pul verir, bundan sonra Nail onu hər görəndə, ondan səhv tapmağa çalışırmış ki, ondan bir bəhanə ilə pul alsın. Təxminən 2024-cü ilin sentyabr-oktyabr aylarında bir dəfə Nail onu binanın girişində tutub sillə ilə vurub demiş ki, “sən niyə məhəllədə yaşayan filankəsə sataşmısan”, daha sonra xatırlamadığı uşağı çağırıb soruşmuş ki, “Pərviz sənə sataşıb?”. Həmin uşaq da qorxaqorxa demiş ki, “yox, mənə heç nə deməyib”. Həmin ərəfələrdə Nail ondan 5 manat, 10 manat istəmiş, o da verirmiş deyə aralarında heç bir mübahisə baş verməmişdir. Təxminən 10 dekabr 2024-cü il tarixdə axşam saatlarında Nail ona zəng edərək təcili 5 manat pul lazım olduğunu deyib həmin məbləği ondan istəmişdir. Həmin günü Qobu-Park 1-də Nail ilə görüşüb 5 manat verib demiş ki, “bu 5 manat mənə lazımdır, 5-ci gün qaytararsan”. Həmin həftənin 5-ci günü, yəni 13 dekabr 2024-cü il tarixdə Nailə “whatsapp” proqram vasitəsilə yazaraq 5 manatı istəmişdir. Nail ona demiş ki, “bu nə danışıqdı mənimlə danışırsan?”. O da Nailə demiş ki, “sənə əvvəlcədən demişdim ki, “bu pul mənə vacib lazımdı, sən də dedin ki, qaytaracam”. Nail də ona demiş ki, “məni tasa otuzdurursan?”. Nail həmçinin ona demiş ki, “məhəlləyə gəlib səninlə danışacam”. O da normal tərzdə verdiyi 5 manatı istəmiş, lakin Nail pulu verməmişdir. Sabahı günü yəni, 14 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Nail ona zəng edərək harada olduğunu soruşmuş, o da evdə olduğunu demişdir. Nail ona demiş ki, “pul hazırdı, düş aşağı verim”. O da həyətə düşmüş, Nailin idarə etdiyi VAZ 2115 markalı **-KR-*** dövlət qeydiyyatlı avtomobilinə əyləşib, Əli də avtomobildə qarşı sağ tərəfdə əyləşmişdir. Nail avtomobili Qobu-Park 1-ə sürmüşdür. Onlar Qobu-Park 1-ə gəlmişlər. Orada Nail onu yerə yıxıb sillə və təpiklə döyməyə başlamışdır. Daha sonra Nail özünə məxsus mobil telefonu Əliyə verib demiş ki, “al bu telefonu videoyaya çək”. Nail onu döyə-döyə söyüb təhqir edir və deyirmiş ki, “sən kimsən ki, mənimlə belə danışırsan”. O da Naildən üzr istəyib demiş ki, “sən səhv başa düşmüsən”. Nail Əliyə demiş ki, “get mənim maşının içərisində bıçaq var, onu gətir, o deməmiş heç nə eləməsin”. Əli də gedib Nailin avtomobilindən bıçaq gətirib əlində tutmuşdur. Nail onu biraz döydükdən sonra o ayağa qalxmışdır. Nail ona demiş ki, “sənə yarım saat vaxt verirəm, 60 manat mənə çatdır”. Nail ilə Əli onu yaşadığı binanın qarşısında düşürdüb getmişlər. Onlar yolda olan zaman Nail ona avtomobildə demiş ki, “bu barədə polisə şikayət etmək istəsən get de, uzağı 1 həftə tutulub çıxacam, tutulsam da, qardaşlarımı sizin evinizə göndərəcəm, tutulub çıxandan sonra gəlib evinizə girib sizi evdən çıxarıb bacınla cinsi əlaqədə olacam”. O binanın qarşısına çatmış, Nailin ona avtomobildə dediyi sözlərdən çox qorxmuş, lakin bu barədə heç kimə deyə bilməmiş, üzərində 60 manat olmuş, evə qalxmadan mağazaya gedib “Milliön” ödəmə terminalı vasitəsilə Nailin onda olan bank kartına 60 manat göndərmişdir. Daha sonra evə gəlmiş, heç kimə bu barədə söz deməmişdir. Evdə olduğu zaman Nail ona bir neçə dəfə “whatsapp” proqram vasitəsilə zəng etmiş, o da ailə üzvlərinin yanında danışa bilmədiyi üçün zəngə cavab verə bilməmişdir. O, Nailə zəngə cavab verə biilmədiyini demiş, Nail demiş ki, “zəngi aç, 2 dəqiqəlik sözüm var”. O da cavab vermək məcburiyyətində qalmışdır. Nail ona demiş ki, “nə qədər pul göndərmisən?”. O da “50-60 manat göndərmişəm” demişdir. Nail demiş ki, “hə, lap yaxşı, əgər məsələnin həll olunmasını, videonun silinməsini istəyirsənsə bir bu qədər də verməlisən, 100 manat ver mənə”. O qorxduğu üçün yaşadığı mənzilin eyvanından üzərində olan 97 manatı aşağı atmış, Nail həmin pulu götürmüşdür. Təxminən 2 gün sonra Əli ona yazıb demiş ki, “Nail səni axtarır”, o da Əliyə demiş ki, “niyə axtarır ki? Biz məsələni həll etmişik”. Əli də demiş ki, “necə həll etmisən ki, Nail videonu silməyib”. Bundan sonra Nail ona hər gün yazıb ondan pul tələb edirmiş. O, Nailin yazdıqlarına qəsdən gec cavab verir, soruşanda da deyirmiş ki, “telefon məndə olmur, mən telefon işlətmirəm”. Təxminən dekabr ayının 20-də Nail onunla məhəllədə rastlaşıb 120 manat istəmişdir. O da Nailə demiş ki, “məndə o qədər pul yoxdur, mən sənə verdiyim pulları evdən götürürəm”. Nail demiş ki, “mənə dəxli yoxdur, haradan tapırsan tap, mənə pul ver”. O da həmin günü axşam saatlarında yaşadığı binanın eyvanında pulu sellofana büküb aşağı atmış, Nail pulu götürmüşdür. Nail hər dəfə Əli ilə birlikdə gəlirmiş. Naildən əlavə Əli də mənə zəng edib harada olduğunu soruşurmuş. O da bacardığı qədər Əlini aldatmağa çalışmış ki, “evdə yoxam, şəhərdəyəm”. Bu minvalla Nail ondan müxtəlif vaxtlarda 250 manat pul almamışdır, ona göndərdiyi müxtəlif bank kartlarına 70 manat, 30 manat, təxminən 3 dəfə 15 manat, 7 manat, 40 manat, 63 manat, 40 manat, 50 manat, 5 manat, 75 manat, 120 manat, 80 manat, 20 manat məbləğlərində pullar göndərmişdir. Nail hər dəfəsində ondan müxtəlif bəhanələrlə, gah avtomobili düzəltdirmək üçün, gah avtomobili cərimə meydançasına yerləşdirildiyi üçün cərimə ödəyəcəyi adı ilə pullar alırmış. O Nailə verdiyi pulların demək olar ki, hamısını evdən götürürmüş, anası evlərində olan balaca ölçülü kassaya qoymuşdur. Nail ondan hər dəfə pul istəyəndə o heç kimə demədən kassadan pulu götürüb ya əlbəəl Nailə vermiş, ya da ona göndərdiyi müxtəlif bank kartlarına göndərmişdir. 14 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Nail tək onu Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qobu-Park 1 yaşayış kompleksinin 3-cü binanın arxa tərəfində yerə yıxıb baş və bədən nahiyyələrindən sillə, yumruq və təpiklə zərbələr vuraraq döymüşdür. Nail onu döydüyü gündən bu günə uzun zaman keçdiyindən xəsarətlər qalmamışdır. Nail onu döydüyü zaman gicgah nahiyəsi şişmiş, sabahı günü də həmin şiş getmişdir. Nailin onu döyməsi nəticəsində bədəninin heç bir nahiyəsində xəsarət izləri qalmamış, bu gün də yoxdur, ona görə də ekspertizadan keçmək istəmir. Nail onu döyən zaman yanlarında Əli olmuş, başqa heç kim olmamışdır. Əli onu telefona çəkib, lakin onu döyməmişdir. Məhkəmə iclasında 04 avqust 2007-ci ildə doğulmuş Şahid1 qanuni nümayəndəsi X1 iştirakı ilə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, Naillə dostdur. Nailin Pərvizə beş manat borcunun olmuşdur, Pərvizin Naillə dalaşdığını, sonra yenidən Nailin Pərvizdən altımış manat pul istədiyini və özünün bütün bunları videoya çəkdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Şahid1 Əfaqan oğlu əlində bıçaq olmadığını, video çəkməkdə hər hansı bir marağının olmadığını, Pərvizə “sms” yazmağını Nailin ondan istədiyini, özünün şəxsən Pərvizdən pul almadığını və əməlindən peşiman olduğunu, uşaqlıq etdiyini bildirmişdir. Şahid1 Əfaqan oğlu qanuni nümayəndəsi X1 iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, orta təhsilini Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksində fəaliyyət göstərən 20 nömrəli Zəngilan rayon məktəbində, azərbaycan dilində almışdır. Təxminən 2019-cu ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qobu-Park yaşayış kompleksinə köçmüşlər. Heç bir işlə məşğul olmur. Nail və Pərviz də Qobu-Park yaşayış kompleksində yaşayırlar, hər ikisi ilə kompleksdə olan bilyard oynunda birlikdə oynayan zaman tanış olmuş, münasibətləri normal olmuşdur. O, Pərvizi döyməmiş, Pərvizdən pul tələb etməmiş, pul borc almışdır. Təxminən 2024-cü ilin noyabr-dekabr aylarında Pərvizdən 10 yanvar 2025-ci il tarixdə qaytarmaq şərtilə 30 manat borc almış, imkanı olmadığından hazırkı vaxta qədər qaytara bilməmişdir. 14 dekabr 2024-cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə o Pərvizin yaşadığı binanın qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Qobu-Park 1 deyilən yerə aparmışlar, orada Təqsirləndirilən şəxs Pərvizi döymüşdür, lakin Nailgili o videoya çəkməmiş, videonu Nail özü çəkmişdir. Nailin Pərvizdən pul tələb etməsindən heç bir xəbəri olmamışdır. Münaqişədən təxminən 2 gün sonra Nail ona demiş ki, “Pərviz yaz ki, Nail videonu silməyib”. O da, Pərvizə bu barədə xəbər vermişdir. O bir dəfə Nail ilə birlikdə Pərvizin yanına getmiş, Nail Pərvizdən 50 manat istəmiş, gec olduğundan onlar getmişlər, Pərviz pulu Nailin bank kartına göndərmişdir. Məhkəmə iclasında Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edərək, bildirmişdir ki, o, Təqsirləndirilən şəxs atasıdır. Oğlunun cinayət hadisəsini törətdiyini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə min beş yüz manat ödədiyini onlarala barışıq əldə etmək istədiyini bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, kart onun adına, ona məxsus olsada, kartı oğlu Nail iş adı ilə ondan almış, bu hadisədən məlumatının olmadığını, zərərçəkmiş şəxslə qonşu olduğunu, onlarla barışıq əldə etmək istədiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı bildirmişdir ki, o, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun kiçik oğludur, Naildən böyük bir oğlu və bir qızı var. Nail 2024cü ilin əvvəllərində həqiqi hərbi xidməti başa vurub evə qayıtdıqdan sonra tutulan günə qədər Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Qoç Ət” restoranının ət kəsimi yerində, qəssab köməkçisi vəzifəsində çalışmışdır. 2024-cü ilin ortalarında özünə Kapital Bank ASC-dən 4169-7388-9173-9009 nömrəli Birbank kartı almışdır. Lakin onun müasir texnologiyadan anlayışı olmadığından kartı işlədə bilməmişdir. Kart yaşadığı evdə qalmışdır. Təxminən 2024-cü ilin dekabr ayının əvvəllərindən Nail ona məxsus kartı ona deyib götürmüş, istifadə etmişdir. O da kartla maraqlanmamış, Nail həmin kartdan hansı formada istifadə etdiyindən xəbəri olmamışdır. Tutulandan sonra bilmiş ki, Nail ona məxsus Birbank kartının nömrəsini Qobu-Park yaşayış kompleksində yaşayan Pərviz adlı uşağa göndərib, Pərvizdən ona məxsus karta pul göndərtdirmişdir. İş materialların əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə saat 18:35-də Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Bax iş vərəqə : 38-39) 08 may 2025-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 182.2.3-cü maddəsindən, həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilmişdir. (Bax iş vərəqə : 170-178) 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (179-180) İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş Samsung A11 markalı mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qorxudaraq, hədə qorxu gələrək Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul tələb etmələrinə dair yazışmalar barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmiş və iş üzrə maddi sübut kimi tanınmışdır. (Bax iş vərəqə : 138-14) İş materiallarında olan “telefon məlumatlarına baxış keçirilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublıkası CM-nin 182.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş, ***-***-**-** mobil nömrə ilə işlətdiyi ağ rəngli «Samsung» markalı mobil telefonun «WhatsApp» proqramı vasitəsilə aparılan yazışmaları bunlardır: Mobil telefonun «WhatsApp» proqramında olan «Pərviz» başlıqlı səhifədə xx.xx.2024-cü il tarixdə, saat 21:20-də «Salamatçılıqdı?», Cavab: saat 21:22-də «Şükür»; 16 dekabr 2024-cü ildə -saat 08:08-də «yaxşı ol», saat 08:56-da «bu gün işim olacaq a sənnən»; Cavab: saat 19:20-də «nə iş», «dedik onnan bağlıyırıq axı», saat 10:34-də «verəcəm vidyonu silərsən», saat 10:36-da 04 saniyəlik «Həm də işim var» məzmunlu səs yazısı vardır, Cavab: saat 10:41-də “qaqa özün silərsən inanıram onsuz sənə», saat 10:42-də «Başıva dönərəm qaqa onsuz görəcək pulun yoxluğunu», saat 10:59-da cavabsız səsli zəng, -saat 11:00-da «sənə deyirəm ki, görşəriy həm vidyonu silərsən, həm də axırıncı dəfə işim var sənnən, sora nə sən məni tanı, nə də mən səni», saat 11:01-də «həm də sənə demişdim axı dünən yoox srağagün ki, yenə yazacam sənə», Cavab: saat 11:20-də «Qaqa mən indi evdə deyiləm evə gedim sənə 40 manat atım o video məsələsini de həll olunar», Saat 11:41-də «Yazacam sənə», «saat neçəyə gələrsən evə» Cavab: «yarım saata» Saat 11:42-də «Atma mənən xəbər gözdə mən deyəcəm sənə heçnə atıb eləmə» Cavab: saat 12:10 «He qaqa» Saat 12:14-də «Deyrəm ki, heç nə atma yığacam özüm səni» Cavab: «yaxşı», «Zəng edib mənə deyrsən ataram» Saat 12:16 «Yaxşı xəbər gözdə mənnən», saat 16:53-də «hardasan?» Cavab: saat 17:24-də «Hə», saat 17:30 «Aşağı düşə bilmirəm sən Pula de karta atım», «Dünənki karta», saat 17:39-da «Yanımda adam çoxdu qaqa yaz» «Evdəsən» Cavab: «Hə» «Bax gör nə deyim» Cavab: «Hə» «Bunu mənə atırsan fso, qutardı getdi, axrıncı dəfədi, səndi bidə elə po..lar yemə» Cavab: «Yaxşı» Saat 17:40 «Altmış atsan bəs eliyip, yəqin ki, görşməyimizə ehtiyac yoxdu» Cavab: «Yaxşı», saat 17:41 «Qadan alaram o vidionu da həll elədə qaqa» Saat 17:41 «Narahat olma», «Amma sən 69 yox çalış 75 at borcum var onu da verim mən əlmə düşdüycə sənə köməyliy elyəcəm» «**********739009», «Buna at», sonra da cavabsız səsli zəng. Cavab: saat 17:42 «Yaxşı Saat 17:42 « Tez atda amma səncan», saat 17:43 «Evdəkilərdən atram», «Gözlə 2 dq», saat 17:44 «Atdım», saat 17:46 «75 Tdın» Cavab: «Hə» Saat 17;46 «Nəsə olsa, xəbər elə Cavab: «Yaxşı» Təşəkkür olaraq öpmə işarəsi 20 dekabr 2024-cü il Cavab: saat 16:06 «Evdə deyiləm Ona görə Qaqa», «Bir səhv elədim, üzürümü istədim sənnən. Pul dedin atdım» Saat 16:08 «Səbrli ol görşəceylər sənnən, məni də yığacaqlar, g..tün gedib sənin ggöt» Cavab: saat 16:10 «Başiva dönərəm qaqa, üzürümü istədim Dediyvü də elədim» Saat 19:44 «Sən niyə 80 atmısanki?», sonra da cavabsız səsli zəng Saat 20:14 «sənin kartıva? Cavab: «10 manat atır, 10 manatda tapıb atıram» «Yaxşı», «Xəbər de mənə» Cavab: «Yaxşı», «Kart at» Xəbər elə atanda» Cavab: saat 20:26 «Atdım» 21 dekabr 2024-cü il «saat 22:40 «Öpürəm səni», «yaz mənə», sonra iki cavabsız səsli arama Cavab: saat 22:41»He abi», «Evdəkilər teldən danışır, zəng eləmə» Saat 22:42 «Gör ni deyirəm» Cavab: «He abi» Saat 22:46 «bax sənə anasın si..m deirəm saba atamın ad günüdü, 40 manat pul lazımdı mənə tezdən sənə anasın bacısın si..m deyirəm ki, varyoxun si..m birdəfəliy mən sənə söyüş deyirəm ki, bağlanırdamfso anamn canı deyrəm fso atamın ad günüdü tezdənd» «sən grtor nə deyirəm sənəv», «bir dəqiqəliy yığ məni», «bircə dəqiqəliy brat» Cavab: «Gözlə evdəkilər danışsın qurtarsın» Səsli zəng, saat 22:48.danışığın məzmunu «danışıb qurtar, bircə dəqiqəyə yığ məni», sonra cavabsız səsli zəng, sonra «Anasn si..m deyirəm varyoxun si..m deyirəmvməbiydi qalanı heçnədən narahad olma Naildi sənnən danışan» Cavab: saat 22:51 «Qaqa hardasa 200 manatdan çox pul atdım. Heç bilsən hardandı pul? Allahhaqqı Deyrəm bunu evdəkilər bilsə mənim axırım yoxdu» «Evdə cəmi 1 nəfərə baxırıq E biz qaqam» Saat 22:52 «gör nə deyirəm», «anasın si..m deyrrəm», «Naildi sənnən danışan» «sən 40 manat ata bilirsən hə yox de fso, anasın si..m axrıncı dəfədi, məniydi fso» Cavab: «İşdeyib eləmirəmdə Deyim öz pulumdu. Atım özündə bilsən oxuyuram. Evdədə 1 nəfər işləyir elə onnan idarə edirik bu 200 manatdanda xəbərləri yoxdur, olsa Allahhaqqı Menim axırım yoxdu e qaqa», «bilmirəm nağaracam», «Başıva dönərəm qaqa heç cür Alınmır vallah dünən elə 100 manat atdım» Saat 22:54 «Pərviz hardasan sən?» Cavab: «Evdə» Saat 22:56 «Düş binanın qabağına gəlirəm ora ürəyim qurban, sənə Naildi, sənnən danışan anasın si..m deyirəm ki, narahad olma fso bağlandı bir dəfəliy kişinin ad günüdü fso kutardı 49 manatnan qurtardı getdi» Cavab: «Allahhaqqı düşəmmirəm heç cür hamı evdədi», «Çıxa bilmirəm qaqa Anam Zad hamısı yanımda», «Xaiş eldirəm abi Allahhaqqı 1 qəpiyim belə yoxdu», «olsa allahhaqqı ataram» Saat 22:58 «Bildime səni başa düşdüm» Cavab: «O pulu evdəkilər bilsə öldürəcəklər məni» «Ağğa varyoxun si..m dedyim pul çatmayıb çənə 40 atılsın, anasın si..m, fsoda bir dəfəli bağlansın bu söbət» Cavab: «Bildim qaqa Men idə anlada And ola Allaha tapammaram, heç cür, anamın canı 200 manatdan çox pul atdım bağlansın deyə indi onu evdəkilər öyrənəcək sora bilmirəm nolacaq» Saat 23:01-də cavabsız səsli zəng, saat 23:02 « saba saat 8-də yığacam səni tezdən» Cavab: saat 23:03 «Qardaşım nolar anla meni, mən pul necə tapım, And ola Allaha deyirəm evdə cəmi 1 nəfərə baxırıq e, biz 200 manat az deyil» Cavabsız səsli zəng, saat 23:05 «Ay qaqşçşşşş qeyrətin somim deyrəm axrıncı səfəsi naqçdiyeaəbəm xanişan baqa yox», narahad olma, hə yox de fso» 22 dekabr 2024-cü il Saat 07:37 «yaxşı brat» 28 dekabr 2024-cü il Saat 21:42 «Salam alekum şirin» 29 dekabr 2024-cü il Saat 09:42-cavabsız səsli zəng, saat 14:19 «sən niyə cavab vermirsənki?», sonra iki dəfə cavabsız səsli zəng, saat 14:58 «sənlə deyiləm?» Cavab: «Netersən abi», «Tel olmur mente, alıblar əlimnən» «Şükür, yaxşı olasan», «kim alıb?» Cavab: «Evdəkilər» «Gör nə deyirəm» Cavab: «He» Saat 15:02 «Yaxşı olar inşallah», «Aənə bərk işim düşüb, fıran gəl bidənə görüşəydə snnən əxi» Cavab: «nə işi qaqa», «Pul?» «İş yoxe işim düşüb eyrəm şirin», burda deyləsi şey olsa yazaram yığıb deyərəmdə yəqinki qaqa» Cavab: «Nə qədər lazımdı pul» «Görüşəydə bidənə qaqa sənnən özümdə səni görməy isdirəm», «adam yeyən zad deyiləm qaqa narahad olma bağlanıb hər şey» Cavab: «Başıva dönərəm qaqa keçən dəfə basdın döydün sora nə qədər istədin atdım», «indi nə qədər lazımdısa, denən axşama həll edim bidifənlik» «A varyoxun si..m deyrəm bağlanıbdı özm sənnən görüşməy isdirəm qaqa narahad olma nədənsə dost tanış kimi görüşürüy» Cavab: «Boşsansa bizim məhləyə gələ bilərsən?», «telefonu alıblar aşağıda qoymurlar» «Sizin mərtəbədə nədi 8 və öpüş işarəsi», «yaxşı düşmə sora görşəriy məhlədə zadda», «gör nə deyrəm» Cavab: «H», «Neyniyim abi qoymurlar a» «Bildim sora görşəriy», «gör nə deyrəm bərk işim düşüb sənə» Cavab: «Hə» «Axşam maşının purjunnarın çıxartırmalıyam, ustaya qulşiteri qopartdırmalıyam ustaya hamsın, bir də varyoxun si..m bərk verəcəyim var borcum pul lazımdı sənöl. Sənnən bunu başqa cür yoxda borcxa isdirəm, pul tapan kimi köməyliy eliyəcəm sənə», «bayrama görə elə eliyirəm maşını», «Sənnən də saba görüşüm fırranağ danışağ» Cavab: «Bəs görüşmək neyə görə deyirdin qaqa?», «nə qədərki hələ görm mənnən nə qədər çxır» «Görüşüb danışarığdə», «çox yox axı 50 manat amma sənöl deyirəm həm borcum var, həm də bayrama görə maşını elə eliyirəm özümdə görüşüb sənən tapan kimi qaytaracam» Cavab: «Axşama həll edərəm» «Saat neçyə?» Cavab: «Nə məsələdiki qaqa», «bel bi şey» «Heç nə də yəni pul para tapanda qaytaracam ona görə», «yaxşı brat» Cavab: «Saat 7 e zada həll edəcəm sən kart at mənə çünki tel olmayacaq böyük ehtimal», «görüşməyi pula görə deyirdinsə he axşama ataram» «Yaxşı brat», «gözlə atıram» Cavab: «He at, görüm birt əhər edib aşağı düşüb atacam» «yaxşı qağa», sonra **********739009 bank kartının göndərilməsi və altında «budu» sözləri yazılmışdır. Cavab: «He heç bişey axşama ataram» «yaxşı öprəm səni atanda xəbər elə qaqa» Cavab: «yaxşı», saat 17:32-də «atdım qaqa» «50? Cavab: «Hə» «Öprəm qaqa Allah canvı sağ eləsin» 2 yanvar 2025-ci il Saat 15:53-də «sroçnu 15 manat atda mənə vacibdi varyoxun si..m maşın qalıb çöldə biyağdan camaata yazır yığmışam bir az vacibdi amma», sonra isə cavabsız səsli zənglər Cavab: «gözlə atıram, kart at **********739009, Budu? Və yuxarıda kodu qeyd edilən kartın fotoşəkili «Sevirəm də səni varyoxun si..m ürəyimsən Cavab: «Atdıvm» Öprəm qadan alaram Cavab: Ayın 10-na kimi 30 manat lazımdı e bişey etmək olar? Kimə verməlisən?, Borcun var yəni? Cavab: Biri var, ad günüdü Kimdi o Cavab: Evdən abi, bişey almalıyam 6 manatım var Sən niyə belə eliyirsən?, Özün qaşınırsane varyoxun si..m e Cavab: Yo qaqa Helə yox üreyn nə vaxt istədi yaz elimnən gələn qədər köməklik edərəm qardaşım Ala yoxe sən elə danışırsan ki, varyoxun si..m məni borcdu çıxardırsane eləbil belə də olmalıdı, mən anamcanı hər yerə borcum var, bunu səndə bilirsən, olmasa pulum olmasa sənnən, ya kimnənsə istəmərəm, bunu da bilirsən mənə də yazırsan ki, 30 manat neynyə bilərsən osd..ğ onan 2 dəyqə qabağ sənnən 15 manat almışame si..ə sarımısan məni? Buları keçdim 1 sənin evdəkilərüvə canımda qurbane ona söz yox, amma məni m vəziyyətim bilirsən axı plus ayıbdı evivim ad günündə kiməsə deyib nəsə isdəməy, evindi, qırğçi deyil, ged fəhlə işlə evinə görə qazan al bişey, əziyyət çək 2 gün 3 gün si..ə sarımısan məni? Cavab: can qardaşım nə vaxt lazım oldu burdayam yaz əlimdə nə qədərr olsa o qədər də verərəm Sonrakı danışıqlarda Pərvizin nə vaxt qayıtması soruşulur, qayıdan kimi onu yığması tapşırılır, Pərvizdə qayıdan kimi onu yığacağını deyir «Lazım deyil heç nə sabah keç bura yığ mənnən görüş», «gedib bidə sənin polislərə məni verməynən özümü yoran deyiləm», «sabah keç yığ məni pulun zad lazım deyil» Cavab: Başıva dönrəm qaqa noolar? «Belə də varyoxun si..ğ özün bilsənki 100 dəfə düşmüşəm, yüzündə də bir günə çıxmışamda versəndə ona məni çıxıb aşsüzən olarsanda», «mən bidənə qeyrətin si..ğ məni tutdurmağıvü gözdürəmdə polisə başqa heç nə, görüm haçan olacaq o», «sabah keç yığ, görüş mənnən» Sonra cavabsız səsli zənglər, keçib görüşməyi tələblərdir Cavab: Bildim qaqa, görüşəndə bilim neyniyəcəksən. Ona görə sən nə qədər isdeyirsən mənə denn 5 kimi kartıva atım. Aəə sənin gö…n üçündü axı mən istədiyimi eliyə biləsən Cavab: Yəni döyülmək isdəmirəmdə qaqa 30-du 40-də, 50-di axşama kartıva bişey atım, bu söhbəti bağlayaqda Budu mənə bişey həll edim dediyin? Cavab: He qaqa. Sonrakı danışıqlar Pərvizin Qobu qəsəbəsinə keçib orada görüşmələri, pərvizin isə deyilən ünvana getməkdən çəkinməsi barədədir Mən varyoxun si..ğ Pərviz kimliyinnən asılı olmayaraq dünən danışılan səhfi keçmirəmdə yanı, si..r keç Qobuya Cavab: Bir şey demədin «Mn nə deyim, sn gücün yüksəy nəyə çatır, sən büu gün keç Qobuya, heç nə lazım deyil», «sən məni qane eliycəy pulu ata bilmiyəsən kələ keç Qobuya» Səsli zəng, saat 14:30 «bax görürsən, birinci deyirsən ki, «nə istəyirsən onu de», ikinci sənə deyirəm ki,sçnə dediyim summanı verə bilməyəcksən, gedib qıraqda başqa şey danışırsan, ona görə deyirəm ki, keç Qobuya», sonra da bildirir ki, «mənim istədiyim summanı ata bilərsənsə deyim» Cavab: Mən bilmirəm axı nə qədər istəyirsən, bax qaqa bu dq kartımda 61 manat pul var, nolacaq birdəfə qardaşuva yaxşılıq elədə başva dönüm onsuz nə vaxt lazım oldu atıram Sən keç Qobuya söhbət eliyək, heç nə lazım deyil Cavab: Kartımda 60 manatım var, indi 60 atım bağlayaq bü söhbəti, nə vaxt istdin 1-2 ssaat gec olsa da atmışam 60 bu gün atıb, qalanın saba ata bilərsən, yaxşı belə bir şey deyim sənə, hə ya yox uzatma Cavab: Qalanını nə qədərdi ki, Bir o qədər bəs eliyir Cavab: bi dənə yazım uşağa Sən 60 at indi, yazarsan Cavab: Qaqa 100 manatnan bağlayaqda qardaşımsan, 60 bu ddq atıram, 40 manatda səhər tezdennən Sən 60 manatı atmamısanki hələ və sonra da cavabsız səsli zənglər Cavab: Saat 16:00-Atdım, sabahda 40 ha Eybi yox, day sənsən Cavab: Bunnan da bağlanır söhbət elə qaqa? Danışarığ, narahat olma Sonrakı danışıqlar qalan pulun atılması və vaxtı ilə bağlıdır. Səsli zəng, saat 09:56, məzmun «sən indi 57-ni at, yarım saat uzanacaq 30 manat atarsan ha» Cavab:Saat 10:00 «Atdım 57», «13-də atan kimi atacam», saat 10:20 «atdım» «70 oldu ha» 8 yanvar 2025-ci il Bir-birləri ilə hal-əhval tuturlar, içki içib-içməmə barədə danışılır 10 yanvar 2025-ci il Bir-birləri ilə hal-əhval tutduqdan sonra Pərvizdən Qobuya gəlib-gəlməməsini soruşur, Pərvizdə gəlmədiyini, remont getdiyini deyir. Saat 17:06-da «Mənə köməyliy elə də 9-dan 10-dan vacibdi sənöl» Cavab: «İndi heç nəyim yoxdu, axşama həll edərik» «İndi düşürəm axı, anavn canı gör neyniyə bilirsən səncan» Cavab: Saat 17:40 dəqiqədə «Atdım, 10 manat» 11 yanvar 2025-ci il «Bu gün, saat 5-ə kimi mənə 15 atarsandə, varyoxun si..m çox vacibdi pul verməliyəm, özüm köməyliy eyliyəcəm dəngi dəngi satıb, sənin nəsə demyivə ehtiyac yoxdu, Qobuya da gələndə qaqan öpəcəy səni» Cavab: «Yaxşı qaqa bişey edəcm» 13 yanvar 2025-ci il Heç olmasa saat 3-ə kimi mənə 7,9 manat bişey elə səncan, benzinim yoxdu, qalmışam iş yerimdə, sənöl çıxıb gedə bilmiyəcəm maşınnan Cavab: yaxşı qaqa əlimnən gələni edərəm Səsli zəng: saat 13:23, 0,14 saniyəlik, mətn «hə qaqaş gör neyniyirsən, maşın qabı, gedə bilmiyəcəm, gör neyniyirsən» Cavab: saat 14:06 «atdım qaqa 7» Sonra cavabsəz səsli zənglər. Saat 08:39 «məni sən şikayət eləmisən? Cavab: Nə şikayət? Səsli zəng :0,14 saniyəlik, saat 08:39, mətn «ayə nə bilim indi d polisdən zəng ediblər, gedib evdən götürüblər nömrəmi, yığıblar ki, səndən şikayət var, mən soruşuram ki, kim şikayət edib, adını demirlər, gedib görüm nədir?, mesaj «yani sənniy var bişey? Cavab: yo, xəbərim yoxdu. Sən mənnən niyə şübhələndin ki, versəydim çoxdan verərdim. Məhkəmə baxışı zamanı iş materiallarına əlavə edilmiş hadisənin video görüntüsü əks edilmiş DVD diskə baxış keçirilmişdir. Görüntülərdə Pərviz arxası üstə yerə yıxılmış halda əlləri ilə üzünü tutaraq «üzürlü sayın, o mənada yazmamışdım» deyir, onun üstünə qışqıraraq «nə üzr istəyirsən, nəlayiq ifadələrlə «məni tavana qoymusan» deyilir və sifəti görünməyən şəxs görünməyən zərbələrlə onu vuraraq, «əllərini, qollarını çək» deyərək ona nəlayiq ifadələr işlədir, «üzünü göstərməsini» tələb edir, Pərviz isə əllərini gah çəkir, gah da üzünü tutaraq «vallah o mənada yazmamışam» deyir, ona vurulan zərbələrin isə səsi gəlir, ona qarşı hədələr deyilir, ona nəlayiq ifadələrlə niyə mesajlar yazmasını soruşur. Videonun yıxılmış vəziyyətdə üzünü qoruyan zərərçəkmiş Zərərçəkmiş şəxs yuxarı hissədən çəkildiyinə görə güman ki, onu döyən və hədələyən şəxs tərəfindən çəkilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. (Bax iş vərəqə : 153) Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli verilmiş ittiham daxilində tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olmasını və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 16 yanvar 2025-ci il tarixdə saat 18:35-də şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 yanvar 2025-ci il tarixli Qərarı ilə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Daha sonra Qaradağ rayon prokurorunun 16 may 2025-ci il tarixdə “təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılmaması haqqında” Qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 04 ay müddət CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 48 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 aprel 2025-ci il tarixədək göstərilmiş 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat (40x6=240), 28 aprel 2025-ci il tarixdən sonra göstərilmiş 08 saat hüquqi yardıma görə isə 88 (səksən səkkiz) manat (8x11=88) olmaqla, cəmi 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 saata görə ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş "Samsung A11" markalı mobil telefona baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokol iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd "Samsung A11" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Hadisənin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD formalı disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə qaldığı 04 (dörd) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 09 sentyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung A11” markalı mobil telefona baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokol iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd “Samsung A11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Cinayət işində olan və hadisənin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD formalı disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 aprel 2025-ci il tarixədək göstərilmiş 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat (40x6=240), 28 aprel 2025-ci il tarixdən sonra göstərilmiş 08 saat hüquqi yardıma görə isə 88 (səksən səkkiz) manat (8x11=88) olmaqla, cəmi 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 saata görə ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-104/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-104/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver