Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-105/2022 20.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1968-ci ildə Ermənistan Respublikasnın Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, Qarabağ müharibəsi veteranı, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızılqum ərazisi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Belarus Respublikasının Brest şəhərində fəaliyyət göstərən “Brestskiy Myaskombinat” və həmin ölkənin X19 şəhərində fəaliyyət göstərən “X12” şirkətlərindən sifariş verdiyi xeyli miqdarda, yəni 60409,70 manat dəyərində ət və süd məhsullarından ibarət malların sərbəst dövriyyəyə buraxılması məqsədi ilə 10 noyabr 2021-ci il tarixdə **********8451 və **********8456 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan etmək üçün əvvəllər idxal etdiyi ət və süd məhsullarına görə Azərbaycan Respublikası X11 tərəfindən verilmiş idxala dair icazə sənədlərinin üzərində olan tarix və nömrələri kompüterdə dəyişib saxtalaşdırmaqla 05.11.2021-ci il tarixli, ********** 62749/21; ********** 62743/21; ********** 61648/21 və 11/id-10198/21 saylı sənədləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 yerləşdirib Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 14-cü kilometr ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, lakin Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin əməkdaşları tərəfindən Vahid X1 baxış keçirildikdə **********8451 sorğu nömrəli gömrük bəyannaməsi ilə birlikdə sistemə daxil edilmiş guya Azərbaycan Respublikası X11 tərəfindən verilmiş 05.11.2021-ci il tarixli, ********** 62749/21 və ********** 62743/21 nömrəli idxala dair icazə sənədlərinin ümumiyyətlə mövcud olmadığı, 10.11.2021-ci il tarixli **********8456 sorğu nömrəli gömrük bəyannaməsi ilə birlikdə sistemə daxil edilmiş 05 noyabr 2021-ci il tarixli, ********** 61648/21 nömrəli idxala dair icazə sənədlərinin isə başqa şirkətlərə məxsus yüklərə dair verilmiş icazə sənədləri olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2017-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir və hal-hazırda həmin MMC-nin direktorudur. Cəmiyyətin hüquqi ünvanı ilə öz qeydiyyatda olduğu ünvan eynidir. Sözügedən MMC ərzaq mallarının idxalı və topdan satışı fəaliyyətini həyata keçirir. MMC Bakı şəhəri, Binəqədi rayonu "xxxx" şosesində fəaliyyət göstərir və orada MMC-nin ofisi və iki anbarı yerləşir. 2021-ci ilin noyabr ayının əvvəlində internet vasitəsi ilə Belarus Respublikasının Brest şəhərində fəaliyyət göstərən “Brestskiy Myaskombinat” və həmin ölkənin X19 şəhərində fəaliyyət göstərən “X12” şirkətlərindən kolbasa, sosiska, sardelka, donuz əti və donuz piyindən, hinduşka və toyuq ətindən hazırlanmış ət, həmçinin süd məhsulları sifariş vermiş, sifarişə dair həmin şirkətlərdən məlumat daxil olduqdan sonra qısa gömrük bəyannaməsi tərtib etmiş, həmçinin qeyd edilən məhsulların idxalına icazə sənədi almaq üçün mənşə sertifikatı, veterenar sertifikatı və keyfiyyət sertifikatını Azərbaycan Respublikası X6 təqdim etmişdir. 10 noyabr 2021-ci il tarixdə mallar AM48881/A6956B1 nömrə nişanlı yük avtomobilində Belarus Respublikasının Brest şəhərindən Bakı şəhərinə gəldikdən sonra malları Bakı Baş Gömrük İdarəsində **********8451 və **********78456 nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan etmiş, ərzaq qrupuna aid mallar ölkəyə gətirilməzdən əvvəl X6 müraciət edərək idxala icazə sənədi almaq tələb olunduğundan Belarus Respublikasının “X14” və “Brestskiy Myaskombinat” şirkətlərindən idxal etdikləri 04.11.2021-ci il tarixli 24 nömrəli, 04.11.2021-ci il tarixli 8629 nömrəli invoys sənədlərində qeyd edilən mallara dair idxala icazə sənədi almaq üçün 5 noyabr 2021-ci il tarixdə X6 müraciət etmiş, lakin həmin müraciətlərinə cavab gecikmişdir. Həmin malların istifadəyə yararlılıq müddəti 25-30 gün olduğundan, alıcılar isə malları istifadə müddətinin bitməsinə 5-6 gün qaldıqda almadıqlarından, həmçinin idxala icazə sənədi olmadan gömrük rəsmiləşdirməsi aparmaq mümkün olmadığından ziyana düşməmək üçün əvvəllər idxal etdiyi mallara dair X11 tərəfindən verilmiş icazə sənədinin məzmununa bu mala dair məlumatları əks etdirən sənəd hazırlayıb gömrük orqanına təqdim etmək qərarına gəlmişdir. Bunun üçün əvvəlki idxal icazə sənədlərini kompüter vasitəsi ilə “skan” edərək “paint” proqramı ilə nömrəsini və tarixini dəyişdirmiş və sistemə salmışdır. Lakin gömrük əməkdaşı sənədləri yoxlayan zaman sənədlərin saxta olduğunu aşkarlamış və rəsmiləşdirməni dayandırmışdır. Daha sonra X11 tərəfindən onlara qanuni idxala dair icazə sənədi verilmiş, mallar tez xarab olan mal qrupuna aid olduğundan vəsatətlə təhqiqat şöbəsinə müraciət etmiş və malları ona təhvil vermişlər. Bütün bu qanunsuz hərəkətləri sadəcə vaxt itirməmək, rəsmiləşdirməni aparıb malı gömrük orqanından çıxarmaq və satışını həyata keçirmək məqsədi ilə etmişdir. Əks halda malların istifadəyə yararlılıq müddəti bitəcək və xeyli ziyana düşəcəkdi. O, öz ifadəsində hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, əvvəllər heç vaxt cinayət məsuliyyyətinə cəlb edilmədiyini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olduğunu və özünündə İ Qarabağ müharibəsi veteranı olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin qida məhsullarının rəsmiləşdirilməsi şöbəsində inspektor vəzifəsində işləyir. Xidməti vəzifəsi qida məhsullarının gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən ibarətdir. 10 noyabr 2021-ci il tarixdə "xxxx" MMC tərəfindən “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə 10.11.2021-ci il tarixli **********8451 nömrəli gömrük bəyannaməsi ilə birlikdə təqdim edilmiş Azərbaycan Respublikası X5 05.11.2021-ci il tarixli, ********** 62749/21 və ********** 62743/21 nömrəli icazə sənədlərini gömrük xidmətinin X4 Sisteminin informasiya resursuna inteqrasiya olunmuş “rəsmiləşdirmə” bölməsinin “sanitar (karantin) axtarışı” yarımbölməsində Azərbaycan Respublikası X5 elektron sistemində mövcud olubolmamasını yoxladıqda qeyd edilən sənədlərin ümumiyyətlə mövcud olmadığı, yəni agentlik tərəfindən "xxxx" MMC-yə həmin idxala dair icazə sənədinin verilmədiyi, buna görə də idxalatçının bəyannamə ilə birlikdə təqdim etdiyi sənədlərin saxta olması müəyyən edildiyindən bu barədə raportla rəhbərliyə müraciət etmiş və Vahid X1 baxış keçirib protokol tərtib etdikdən sonra toplanılmış materiallar təhqiqat şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin qida məhsullarının rəsmiləşdirilməsi şöbəsində böyük inspektor vəzifəsində işləyir. Xidməti vəzifəsi qida məhsullarının gömrük rəsmiləşdirilməsi həyata keçirməkdən ibarətdir. 10 noyabr 2021-ci il tarixdə "xxxx" MMC tərəfindən “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə 10.11.2021-ci il tarixli **********8456 nömrəli gömrük bəyannaməsi ilə birlikdə təqdim edilmiş Azərbaycan Respublikası X5 05.11.2021-ci il tarixli, ********** 61648/21 və 11/id- 10198/21 nömrəli icazə sənədlərini gömrük xidmətinin X4 Sisteminin informasiya resursuna inteqrasiya olunmuş “rəsmiləşdirmə” bölməsinin “sanitar (karantin) axtarışı” yarımbölməsində Azərbaycan Respublikası X5 elektron sistemində mövcud olubolmamasını yoxladıqda ********** 61648/21 nömrəli idxala icazə sənədinin "xxxx" MMC-nin adına deyil, “X10 Company” MMC-nin başqa yüklərə dair, 11/id-10198/21 nömrəli idxala icazə sənədinin isə "xxxx" MMC-nin adına, başqa yüklərə dair sənədlər olması, yəni həmin sənədlərin saxta olması müəyyən edildiyindən bu barədə raportla rəhbərliyə müraciət etmiş və Vahid X1 baxış keçirib protokol tərtib etdikdən sonra toplanılmış materiallar təhqiqat şöbəsinə göndərilmişdir. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində tərtib edilmiş “sənədlərin yoxlanılması haqqında” protokolla "xxxx" MMC tərəfindən “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə 10.11.2021-ci il tarixli **********8451 nömrəli gömrük bəyannaməsi ilə birlikdə təqdim edilmiş Azərbaycan Respublikası X5 05.11.2021-ci il tarixli, ********** 62749/21 və ********** 62743/21 nömrəli idxala dair icazə sənədlərini gömrük xidmətinin X4 Sisteminin informasiya resursuna inteqrasiya olunmuş “rəsmiləşdirmə” bölməsinin “sanitar (karantin) axtarışı” yarımbölməsində Azərbaycan Respublikası X5 elektron sistemində mövcud olubolmamasını yoxladıqda qeyd edilən sənədlərin ümumiyyətlə mövcud olmadığı, yəni agentlik tərəfindən "xxxx" MMC-yə həmin idxala dair icazə sənədinin verilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində tərtib edilmiş “sənədlərin yoxlanılması haqqında” digər protokolla "xxxx" MMC tərəfindən “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə 10.11.2021-ci il tarixli **********8456 nömrəli gömrük bəyannaməsi ilə birlikdə təqdim edilmiş Azərbaycan Respublikası X5 05.11.2021-ci il tarixli, ********** 61648/21 və 11/id- 10198/21 nömrəli idxala dair icazə sənədlərini gömrük xidmətinin X4 Sisteminin informasiya resursuna inteqrasiya olunmuş “rəsmiləşdirmə” bölməsinin “sanitar (karantin) axtarışı” yarımbölməsində Azərbaycan Respublikası X5 elektron sistemində mövcud olubolmamasını yoxladıqda ********** 61648/21 nömrəli idxala dair icazə sənədinin "xxxx" MMC-nin adına deyil, “X10 Compani” MMC-nin başqa yüklərə dair, 11/id-10198/21 nömrəli idxala icazə sənədinin isə "xxxx" MMC-nin adına, başqa yüklərə dair sənədlər olması müəyyən edilmişdir. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində tərtib edilmiş “Gömrük Xidmətinin X4 sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokolla Təqsirləndirilən şəxs təqdim etdiyi X11 tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli, ********** 61793/21, ********** 616226/21 və **********4 6144/21 nömrəli idxala dair icazə sənədlərinin X5 gömrük orqanlarının informasiya sisteminə inteqrasiya edilmiş bazasında mövcud olmaqla "xxxx" MMC tərəfindən **********8451 və **********8456 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallara aid olması və bütün malları əhatə etməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən qeyd edilən məhsulların ölkəyə idxalı üçün icazə alınması məqsədi ilə 05-08 noyabr 2021-ci il tarixlərdə Azərbaycan Respublikası X6 müraciət edilməsi, lakin müvafiq normativ hüquqi aktlara əsasən həmin müraciətə baxılma müddəti (7 iş günü) başa çatmadan müvafiq icazəyə dair sənədi saxtalaşdırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 9/8175 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən 10.11.2021-ci il tarixli, **********8451 və **********8456 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş ət və süd məhsullarından ibarət malların, yəni ekspertiza tədqiqatına təqdim edilmiş 50 adda yeyinti məhsullarının ümumilikdə orta bazar qiyməti təxminən 60409,70 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 7/1230 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC tərəfindən 10.11.2021-ci il tarixli, **********8451 və **********8456 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş ət və süd məhsullarından ibarət malların istifadəyə yararlı olduqları müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizli Agentliyi tərəfindən verilmiş sənədlərdə qeyd olunmuş, istehsal tarixinə və etibarlılıq müddətinə əsasən 1-3 №-li cədvəllərdə növü göstərilən qida məhsulları istifadəyə yararlıdır. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının X18 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16 fevral 2022-ci il tarixli, 112 saylı məktubu və 22 fevral 2022-ci il tarixli 122 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı-10.02.1982-ci il tarixdə doğulmuş X2, 19.09.2001-ci il tarixdə doğulmuş X7, 10.03.2004-cü il tarixdə doğulmuş X8 və 01.11.2007-ci il tarixdə doğulmuş X9 ibarətdir. O, qeydiyyatda olduğu müddət ərzində onun haqqında qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş 059994 №-li vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə “Qarabağ müharibəsi” veteranı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin gömrük sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhd göstərilmiş malların dövriyyəsi qadağan olunmuş mallar siyahısına daxil olmamaqla, istehlak üçün açıq dövriyyəsinə icazə verilən mallar olmasını cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirib, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 206.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının verilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə maddi sübut kimi tanınmış ət və süd məhsullarından ibarət malların Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 160 (yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili X20 tərəfindən 6 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X15 vəkil işlədiyi Bakı şəhər Mərkəz Vəkil Bürosunun və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayətin predmeti olan 60409,70 (altmış min dörd yüz doqquz manat yetmiş qəpik) manatın 45%-i (qırx beş faiz) miqdarında, yəni 27184,37 (iyirmi yeddi min yüz səksən dörd manat otuz yeddi qəpik) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış ət və süd məhsullarından ibarət malların Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 160 (yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X15 vəkil işlədiyi Bakı şəhər Mərkəz Vəkil Bürosunun və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №1(002)-105/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-105/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver