Məhkəmə qərarları › İş №1(002)-105/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-105/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-105/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yaşamış, barəsində Qaradağ Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə 40 manat müqabilində satış məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üstündə saxlamış və 25 avqust 2022-ci il tarixdə saat 16:00 radələrində Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, ev 5 ünvanında saxlanılaraq ünvan 3dağ RPİnin 10-cu Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üstünə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şavarın sol yan cibində olan siqaret qutusunun içərisində və arxa tərəfində olan şəffaf sellofanın içərisində 02 (iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram və 0,072 qram, ümumilikdə təmiz çəkisi 0,207 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ona ittiham elan olunmuş Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Təqribən 2 ilə yaxındır ki, “kokos” kimi tanıdığı heroin narkotik vasitəsindən istifadə edir. 20 avqust 2022-ci il tarixdə ona məxsus olan ***-***-**-** saylı mobil nömrəsi ilə “Tik-tok” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Baba adlı şəxsə aid, xatırlamadığı telefon nömrəsinə “vatsap” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs ona məkanı göndərərək Lökbatan qəsəbəsi, rus məktəbi adlanan yerin yaxınlığında atılmış narkotik vasitə olan “kokos” kimi tanıdığı narkotik vasitə heroini götürmüşdür. O, narkotik vasitənin qarşılığında həmin şəxsin bank kartının hesabına Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Kingsmart” marketə yerləşdirilmiş “Milliön” ödəmə aparatından 40 manat pul göndərmişdir. 25 avqust 2022-ci il tarixdə atasının evinə gələn zaman onda olan narkotik vasitəni iki hissəyə bölmüş, bükümlərdən birini siqaretin gümüşü kağızına bükərək cibində olan «Vest» markalı siqaret qutusunu içərisinə digərini isə siqaretin arxa tərəfinə qoymuşdur. Atasının yaşadığı Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi 5 saylı ünvanın qarşısında olarkən saat 16:00 radələrində mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Narkotik vasitənin təsirindən sərxoş olduğuna görə onu şübhəli şəxs qismində 10-cu polis bölməsinə aparmışlar. Polis bölməsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində saxladığı qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən «Vest» markalı siqaret qutusundan iki bükümdə gümüşü kağıza bükülmüş bükümü təqdim edərək həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq qeyd etmişdir ki, o, ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olmur. Üzərində olan hər iki büküm ona məxsus olmuş və həmin bükümlərdə olan narkotik vasitənin qramlarında mövcud olan fərqlə də müəyyən etmək olur ki, o, çəkisi az olan bükümü polis əməkdaşları tərəfindən tutulub saxlandığı gün, digər bükümü növbəti günlərdə istifadə etməyi planlamışdır. Həmçinin, qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor və təzyiq olmamışdır Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli olması, Təqsirləndirilən şəxs etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 öz ifadəsində bildirmişdir ki, 25 avqust 2022-ci il tarixdə saat 16:00 radələrində Qaradağ RPİnin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi 5 saylı evin qarşısında 1 nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olmasından şübhələnərək həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsi Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Mehvalı Rzayev xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən «Vest» markalı siqaret qutusunun arxa hissəsindən bir ədəd və həmin siqaret qutusunun içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümləri çıxarmış və masanın üzərinə qoymuşdur. Üzərində olan narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin cinayət axtarış şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid3 ondan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, 25 avqust 2022-ci il tarixdə saat 16:00 radələrində Qaradağ RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis mayoru Şahid2 və CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi 5 saylı evin qarşısında 1 nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olmasından şübhələnərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsi Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. 10-cu PB-nə gəldikdə həmin şəxsin ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Qaradağ rayonu, Korgöz qəsəbəsində nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Daha sonra Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Mehvalı Rzayev xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən «Vest» markalı siqaret qutusunun arxa hissəsindən bir ədəd və içəri hissəsindən də bir ədəd olmaqla iki büküm çıxarmış və masanın üzərinə qoymuşdur. Daha sonra həmin bükülülərin içərisində narkotik vasitə kokos olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülülər açılarkən içəsirində qəhvəyi rəngli toz şəklində maddə aşkar olunmuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 19-cu vərəqəsində olan 25 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 42-ci vərəqəsində olan 27 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 59-60-cı vərəqələrində olan Qaradağ Rayon Prokuroru vəzifəsini müvəqqəti icra edən Kənan Əliyevin 27 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd olunmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Qaradağ RPİ-nin 10cu PB-nə həvalə edilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan axtarışda olanın tutulması ilə bağlı 13 dekabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan cinayət əməlinin tövsif edilməsi haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan təqsirləndirilən şəxs yenidən ittiham elan etmək haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 104-cü vərəqəsində olan 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbiri məhkəmənin hazırlıq iclasında dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, axtarış elan edilməklə tutulması, tutulduqdan sonra isə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması və o, axtarılıb tapılanadək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Qərarın icrası Qaradağ Rayon Polis İdarəsinə həvalə edilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Polis İdarəsinin 05 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə 30961 nömrəli axtarış işi açılmışdır. Cinayət işinə əlavə edilmiş 25 aprel 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. Cinayət işinin 28-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2022-ci il tarixli, 6/2889-7/518 saylı məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan zərfdə bir ədəd üzərində «Vest» yazılan siqaret qutusunda 13 ədəd siqaretin içərisi yalnız tütündən ibarətdir, onların içərisində narkotik vasitələrin hissəcikləri yoxdur. Həmin zərfdə olan 2 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,135 qram və 0,072 qram olmaqla, ümumi çəkisi 0,207 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi -0,207 qram, tədqiqata sərf edildi-0,08 qram, qalıq-0,127 qramdır. Cinayət işinin 27-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88 (səksən səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 123-129-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 (iki) ədəd bükümün ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram və 0,072 qram, ümumilikdə təmiz çəkisi 0,207 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,127 qram qalığı bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ RPİ-nin X4 Kamerasına təhvil verilmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanseri Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 dekabr 2022-ci il tarixli, 7595 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin 69-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən o, hazırda məhkumluğu olmayan şəxs sayılır. Cinayət işinin materiallarında olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərində saxladığı qanunsuz əşyaların təqdim edilməsi təklif olunmuş, o, əynində olan göy rəngli şalvarın sol yan cibindən «Vest» markalı siqaret qutusunun arxa hissəsindən bir ədəd və həmin siqaret qutusunun içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoyur. Həmin bükümlərin içərisində «kokos», yəni heroin olduğunu, 20 avqust 2022-ci il tarixdə "Tik-tok" sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Baba adlı şəxsdən ona məxsus xatırlamadığı nömrə ilə vatsap proqramı üzərindən əlaqə saxlamaqla 40 manat müqabilində öz istifadəsi üçün aldığını, həmin şəxsə pulu Lökbatan qəsəbəsində yerləşən "Kingsmart" marketdə olan "Milliön" ödəmə terminalı sonuncunun ona təqdim etdiyi bank kartına göndərdiyini, narkotik vasitəni isə əvvəlcədən müəyyən olunmuş Lökbatan qəsəbəsində yerləşən 233 saylı orta məktəbin yaxınlığından götürdüyünü bildirmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,207 qram narkotik vasitə heroini almaqla qanunsuz olaraq əldə edib üstündə saxlamış və həmin narkotik vasitəni heç kimə satmadan(vermədən) polis əməkdaşları tərəfindən saxlanılaraq baxış zamanı üstündən aşkar edilərək götürülmüşdür. İbtidai araşdırmanı aparmış orqan tərəfindən təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürülməsinə baxmayaraq, həmin əməl Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digır şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Bundan başqa məhkəmə prosesində ifadə vermiş şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması öz təsdiqini tapmamış və ya həmin halları təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə edilib gəzdirməsini təsdiq edən başqa halların, yəni başqa istehlakçının olması təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Bundan əlavə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində ilkin olaraq Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, lakin sonradan onun barəsində axtarış elan edilmiş və heç bir əsaslı sübut mövcud olmadan onun əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilənlərlə əlaqədar Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü narkotik vasitə istifadə etməsində təqsirli bilməsini, ailəli olmaqla himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 25 aprel 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 dekabr 2022-ci il tarixli, 7595 rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,127 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikasının CPM-nin 197- 198, 344-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,127 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar