Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-106/2022 14.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 13:00, Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1994-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində “X9” MTK-ya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, Lökbatan yolu 24 ünvanında yerləşən “Cənub Qapısı” yaşayış kompleksindəki 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisində olan taxta barabanın üzərindən 1 metrinin dəyəri 26 manat olan ümumilikdə 100 metr uzunluğunda üzəri izolyasiyalı, aliminum tərkibli 240 mm-lik elektrik naqilini açaraq özləri ilə gətirdikləri dəmir kəsən mişar ilə bir neçə yerdən kəsərək hissələrə böldükdən sonra Şahid1 idarə etdiyi VAZ 2106 markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “X9” MTK-ya 2600 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində “X9” MTK-ya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, Lökbatan yolu 24 ünvanında yerləşən “Cənub Qapısı” yaşayış kompleksindəki 24 D nömrəli binanın qarşısına gəldikdən sonra Şahid2 kiminsə gəlməsini görüb xəbər verməkdən ötrü kənarda dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs və Şahid1 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisində olan taxta barabanın üzərindən 1 metrinin dəyəri 26 manat olan ümumilikdə 100 metr uzunluğunda üzəri izolyasiyalı, aliminum tərkibli 240 mm-lik elektrik naqilini açaraq özləri ilə gətirdikləri dəmir kəsən mişar ilə bir neçə yerdən kəsərək hissələrə böldükdən sonra Şahid1 idarə etdiyi VAZ 2106 markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “X9” MTK-ya 2600 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. O, 2020-ci ilin sonlarından 2021-ci ilin sentyabr ayının ortalarına kimi olan müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapısı” Yaşayış Kompleksində kirayədə yaşamışdır. 2021-ci ilin sentyabr ayının əvvələrində “Cənub Qapısı” Yaşayış Kompleksində yaşayan tanışı Şahid1 ona yaxınlaşıb demişdir ki, “Cənub Qapısı” Yaşayış Kompleksində yerləşən 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisində taxta barabanda olan qalın elektrik naqilini görüb, həmin naqili birlikdə oğurlayıb sataraq qazanc əldə etsinlər. Həmin vaxt onun maddi vəziyyəti yaxşı olmadığı üçün Vüsalın təklifi ilə razılaşmışdır. Beləliklə 03.09.2021-ci il tarixdə təxminən saat 20 radələrində Vüsal “Cənub Qapısı” Yaşayış Kompleksində onunla görüşmüş və onun icarəyə götürdüyü VAZ 2106 markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. Vüsal avtomobili “Cənub Qapısı” Yaşayış Kompleksində 24D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisinə sürmüşdür. O, Vüsal ilə taxta barabandan ümumilikdə 100 metr uzunluğunda elektrik naqilini açıb həmin naqili 4-5 dəfəyə dəmir kəsən mişar ilə kəsib hissələrə bölmüşdür. Sonra isə həmin naqili Vüsalın idarə etdiyi VAZ 2106 markalı avtomobilinə yükləmişlər. Vüsal avtomobili Səbail rayonu, 20-ci Sahə deyilən ərazidə yerləşən metal qəbuletmə məntəqəsinin qarşısına sürmüşdür. Metal qəbuletmə məntəqəsini işlədən şəxs bir nəfər cavan qızı olmuş, onun yanında bir nəfər səhv etmirsə Sarı adlı orta yaşlı bir kişi fəhlə kimi işləyirmiş. O, Vüsal ilə həmin elektrik naqillərini metal qəbuletmə məntəqəsində fəhlə işləyən Sarı adlı şəxsə təhvil vermiş, metalın pulunu həmin qız fəhləyə vermiş, onlar Sarı adlı fəhlədən təhvil verdikləri elektrik naqilinə görə 130 manat pul almışlar. Daha sonra oradan uzaqlaşıb ərzaq mağazasına gedib əldə etdikləri pula evləri üçün ərzaq malları almışlar. Həmin gündən təxminən 1 həftə sonra o, Vüsal ilə birlikdə olarkən “Cənub Qapısı” Yaşayış Kompleksində yaşayan Fərid adlı tanışları ilə rastlaşmışlar. Vüsal Fəridə demişdir ki, 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisində taxta barabanda elektrik naqili vardır, bir dəfə onunla birlikdə elektrik naqili oğurlayıb satmışdır, həmin naqildən bu gün də oğurlayacaqlar, oğurluq etməkdə onlara kömək etsə ona da əldə etdikləri puldan verəcəklər. Fərid onlarla razılaşmışdır. 10 sentyabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində “Cənub Qapısı” X6, Fərid və o özü görüşmüşlər. Onlar belə razılaşmışlar ki, Fərid binanın qarşısında qalıb ətrafa nəzarət edəcək, O, Vüsal ilə birlikdə Vüsalın idarə etdiyi VAZ 2106 markalı avtomobilinə əyləşib həmin zirzəmiyə sürüb elektrik naqilini oğurlayacaqdır, əgər kənar şəxs zirzəmiyə gələrsə Fərid onlara xəbər edəcək, elektrik naqilini oğurlayıb satdıqdan sonra pulunu 3 yerə böləcəklər. Beləliklə o, Vüsal ilə birlikdə Vüsalın avtomobilinə əyləşmiş, Vüsal avtomobili “Cənub Qapısı” Yaşayış Kompleksində 24D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisinə sürmüş, Fərid isə 24 D nömrəli binanın qarşısında qalıb ətrafa nəzarət edirmiş ki, gələn olanda onlara xəbər etsin. O, Vüsal ilə taxta barabanda olan bütün elektrik naqilini, ümumilikdə 100 metr uzunluğunda elektrik naqilini açıb həmin naqili 4-5 dəfəyə dəmir kəsən mişar ilə kəsib hissələrə bölmüşlər. Sonra isə həmin naqili Vüsalın idarə etdiyi VAZ 2106 markalı avtomobilinə yükləmişlər. Daha sonra Vüsal avtomobili sürüb zirzəmidən çıxmış, Fərid də avtomobilə əyləşmiş, Vüsal avtomobili Səbail rayonu, 20-ci Sahə deyilən ərazidə yerləşən metal qəbuletmə məntəqəsinin qarşısına sürmüşdür. Metal qəbuletmə məntəqəsini işlədən cavan qız orada olmuşdur. Həmin elektrik naqillərini metal qəbuletmə məntəqəsində fəhlə işləyən Sarı adlı şəxs tərəzidə çəkib metalı qəbul etmişdir. Metalın pulunu həmin qız fəhləyə vermiş və Vüsal Sarı adlı fəhlədən təhvil verdikləri elektrik naqilinə görə 120 manat pul almışdır. Daha sonra oradan uzaqlaşıb həmin pulu üç yerə bölmüşlər. Həmin vaxtdan təxminən 1 həftə sonra eşitmişdir ki, polis əməkdaşları Fərid və Vüsalı tutublar, buna görə o ailəsi ilə birlikdə Salyan rayonunda yerləşən ata evinə köçüb getmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, onun maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq cinayəti törətmişdir. O, ifadəsində göstərdiyi oğurluq cinayətindən başqa cinayət əməli törətməmişdir. 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisindəki taxta barabanda olan elektrik naqilindən başqa o, elektrik naqili oğurlamamışdır. O, 03.09.2021-ci il Şahid1 ilə 10.09.2021-ci il tarixdə Şahid2 və Şahid1 ilə birlikdə 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisindəki taxta barabanda olan elektrik naqilini oğurlayarkən onları heç kim isə görməmişdir. Onlar oğurladıqları elektrik naqillərini Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən metal qəbuletmə məntəqəsinə təhvil verəndə həmin naqilin oğurluq olmasını bildirməmişlər. “Cənub Qapısı” yaşayış komleksinin 24 D nömrəli binansının ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisinə yaşayış kompleksinin sakinlərinin daxil olmalarına qadağa qoyulmamış, dayanacağın giriş hissəsinin qapısı da daimi olaraq açıq olmuşdur. 03.09.2021-ci il və 10.09.2021-ci il tarixlərdə Səbail rayonunda yerləşən metal qəbuletmə məntəqəsinə oğurladıqları elektrik naqillərini hansı qiymətə satmaqlarını dəqiq xatırlamır, ancaq ümumilikdə həmin elektrik naqilləri təxminən 250-300 kiloqram olarmış. Elektrik naqillərini kəsdikləri dəmir kəsən mişar Şahid1 avtomobilində qaldığından həmin dəmir kəsən mişarın harada olmasını bilmir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan ödənilmiş, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Bir azyaşlı övladı var. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə yazılı ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs atası İlham Qurbanov tərəfindən baş vermiş oğurluq hadisəsinə görə dəymiş ziyanın Təqsirləndirilən şəxs aid hissəsi ödəndiyinə görə Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Nümayəndə göstərmişdir ki, 2020-ci ilin mart ayından “X9” MTK-nın sədr müavini vəzifəsində işləyir. Sədr müavini işlədiyi MTK Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, Lökbatan yolu 24 ünvanında yerləşən “Cənub Qapısı” yaşayış kompleksinin tikintisini həyata keçirmişdir, hazırda da hündür mərtəbəli yaşayış binalarının təmiri ilə məşğul olur. Bildirmək istəyir ki, 11.09.2021ci il tarixdə təxminən 15 radələrində MTK-da elektrik işləyən usta Seyidağa ona yaxınlaşıb demişdir ki, “Cənub Qapısı” yaşayış kompleksindəki 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisində olan taxta barabanın üzərindən 240 mm-lik elkektrik naqili oğurlanmışdır. O, Seyidağa ilə binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanscaq kimi istifadə olunan zirzəmisinə getmiş və görmüşdür ki, 3 il bundan əvvəl alınıb binanın zirzəmisinə qoyulmuş 01 ədəd taxta barabanda olan üzəri izolyasiyalı aliminum tərkibli 240 mm-lik elkektrik naqili oğurlanmışdır. Belə ki, elektrik naqili oğurlansa da taxtadan olan baraban yerində olmuşdur. Həmin elektrik naqilini 3 il bundan əvvəl 5100 manata almışlar, lakin bu günki günə həmin naqilin 1 topu 6000 manat təşkil edir. O, yaşayış kompleksinin müşahidə kameralarına baxan zaman məlum olmuşdur ki, elektrik naqilini oğurlayan şəxs yaşayış kompleksinin 24E binasında yaşayan Vüsal adlı şəxsdir. Buna görə də o, Qaradağ RPİ-nin 10-cu PB-nə gedib baş vermiş oğurluq barədə müraciət etmişdir. Onu da qeyd etmək istəmişdir ki, 5 ay bundan əvvəl də yaşayış kompleksinin ərazisindən oğurluq olmuşdur. Nümayəndə ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, ifadəsində göstərdiyi 1 top 240 mm-lik elektrik naqilinin barabanında 230 metr elektrik naqili olur, həmin taxta barabanın üzərindən 200 metr elektrik naqili oğurlanmışdır. 240 mm-lik elektrik naqilinin 1 metrinin dəyəri hazırda 26 manat təşkil edir. Taxta barabanın üzərindən oğurlanmış 200 metr uzunluğunda 240 mm-lik elektrik naqilinin oğurlanmasına görə 5200 manat maddi ziyan dəymişdir. “Cənub Qapısı” yaşayış kompleksindəki binanın 24 D nömrəli girişinin zirzəmisində yerləşən avtomobillərin dayancağı üçün nəzərdə tutulmuş yerdə, daha dəqiq desə elektrik naqilləri oğurlanan yerdə avtomobillər dayanırmırmış, həmin dayanacağa yaşayış kompleksinin sakinlərinin daxil olmalarına qadağa qoyulmamış, dayancağa giriş hissəsinin qapısı da daimi olaraq açıq olurmuş. İfadəsində qeyd etdiyi oğurlanmış naqillərdən nümunə kimi istintaqa təqdim edilməsi üçün elektrik naqili qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatdadır, Bakı şəhəri, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır, himayəsində 1 azyaşlı övladı vardır. Vüsal və Abduləli onun tanışlarıdır, onlar da “Cənub Qapısı” Yaşayış Kompleksində yaşayırlar. İşin mahiyyəti üzrə bildirmişdir ki, 10 sentyabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində o, yaşadığı 24D nömrəli binanın qarşısında dayanmışdır. Həmin vaxt Vüsal ona yaxınlaşıb demişdir ki, 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisində taxta barabanda elektrik naqili vardır, bir dəfə Abduləli ilə birlikdə elektrik naqili oğurlayıb satmışdır, bu gün yenidən həmin elektrik naqilinin yerdə qalan hissəsini oğurlayacaqlar, onlarla zirzəmiyə düşsün. O isə Vüsala demişdir ki, onlarla zirzəmiyə düşmür. Vüsal ona demişdir ki, belə olan halda binanın qarşısında olsun, ətrafa nəzarət etsin, adam gələn olsa onlara telefon vasitəsilə xəbər etsin. O da Vüsal ilə razılaşmış və ona demişdir ki, “sən get, mən burda ətrafa nəzarət edəcəyəm”. Vüsal 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisinə daxil olmuş, o da binanın qarşısında dayanmışdır. Bir neçə dəqiqə sonra Vüsal onun ***-***-**-** mobil nömrəsinə öz mobil nömrəsindən qısa çağırış etmiş, o da geriyə ona zəng etmişdir. Vüsal ondan oralarda kiminsə olub-olmadığını soruşmuşdur. O isə Vüsala demişdir ki, sakitçilikdir. Təxminən 30 dəqiqə sonra Vüsal idarə etdiyi VAZ 2106 markalı avtomibillə binanın zirzəmisindən çıxmışdır. Abduləli qabaq oturacaqda əyləşmişdir. Vüsal ona demişdir ki, tez maşına otursun. Arxa oturacaqda da naqil olduğundan o da qabaq oturacaqda, yəni Abduləlinin yanında əyləşmişdir. Vüsal avtomobili Səbail rayonu, 20-ci Sahə deyilən ərazidə yerləşən metal qəbuletmə məntəqəsinin qarşısına sürmüşdür. Həmin elektrik naqillərini metal qəbuletmə məntəqəsində işləyən səhv etmirsə orta yaşlı bir kişi cinsli şəxsə satmışdır. Hətta həmin kişinin pulu olmadığı üçün bir qadın gəlib naqilin pulunu vermişdir. Ancaq Vüsalın nə qədər pul almasını bilməmişdir. Metal qəbuletmə məntəqsindən çıxdıqdan sonra Vüsal ona 40 manat pul vermişdir. Etdiyi əməldən çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapısı” Yaşayış Kompleksində elektrik işləyir. Onun işi “Cənub Qapısı” Yaşayış Kompleksindəki binalarda elektrik xəttində nasazlıq olanda həmin nasazlığı bərpa etməkdən ibarətdir. 11.09.2021-ci il tarixdə təxminən 15 radələrində o, “Cənub Qapısı” Yaşayış Kompleksindəki 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisində olarkən görmüşdür ki, zirzəmidəki taxta barabanın üzərindən olan 240 mm-lik elkektrik naqili yoxdur, lakin taxta baraban yerindədir. O da dərhal MTK-nın sədr müavini Asif müəllimə yaxınlaşıb ona bildirmişdir ki, “Cənub Qapısı” yaşayış kompleksindəki 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisində olan taxta barabanın üzərindən 240 mm-lik elkektrik naqili oğurlanmışdır. O, Asif müəllim ilə birlikdə binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisinə getmiş və Asif müəllimdə görmüşdür ki, binanın zirzəmisinə qoyulmuş 01 ədəd taxta barabanda olan 240 mm-lik elkektrik naqili oğurlanmışdır. Daha sonra eşitmişdir ki, həmin elektrik naqillərini oğurlayan şəxslər yaxalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2 ilə yaxındır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu deyilən ərazidə metal qəbuletmə məntəqəsini icarəyə götürüb tullantı metallar alıb satır. 2021-ci ilin sentyabr ayının əvvəllərində sonradan adının Vüsal olduğunu bildiyi cavan oğlan iki dəfə onun icarəyə götürüb işlətdiyi metal qəbuletmə məntəqəsinə aliminiumdan olan elektrik naqilini gətirib satmışdır. Vüsal birinici dəfə gələndə səhv etmirsə Vaz 2106 markalı ağ rəngli qeydiyyat nişanına fikir vermədiyi avtomobil ilə dəqiq tarixini xatırlamadığı 2021-ci ilin sentyabr ayının əvvəllərində təxminən saat 21 radələrində gəlmiş, yanında da bir nəfər tanımadığı cavan oğlan olmuşdur. Birinci dəfə Vüsal səhv etmirsə 170-200 kiloqrama yaxın aliminiumdan olan elektrik naqilini metal qəbuletmə məntəqəsinə təhvil vermiş, səhv etmirsə 1 kiloqramına görə ona 60 qəpikdən pul ödənilmişdir. Həmin elektrik naqilini metal qəbuletmə məntəqəsində onun yanında fəhlə işləyən “Sarı” ləqəbli Seyran adlı şəxs qəbul edib onun yanında pulunu Vüsala vermişdir. Həmin gündən təxminən bir həftə sonra 2021-ci ilin sentyabr ayının əvvəllərində təxminən saat 21 radələrində Vüsal adlı şəxs yenədə Vaz 2106 markalı ağ rəngli qeydiyyat nişanına fikir vermədiyi avtomobil ilə metal qəbuletmə məntəqəsinin qarşısına gəlmiş, Vüsalın yanında iki nəfər tanımadığı cavan oğlan da olmuşdur. Onun icarəyə götürüb işlətdiyi metal qəbuletmə məntəqəsində yanında fəhlə işləyən “Sarı” ləqəbli Seyran adlı şəxs onun yanında Vüsaldan təxminən 150-160 kiloqrama yaxın aliminium elektrik naqilini qəbul edib 1 kiloqramına görə Vüsala 60 qəpikdən pul vermişdir. Onu da qeyd etmək istəmişdir ki, onun yanında işləyən Seyran adlı şəxs Vüsal adlı şəxsdən elektrik naqilinin oğurluq olub-olmaması barədə soruşmuş, Vüsal isə bildirmişdir ki, həmin elektrik naqili oğurluq deyil, onun özünə məxsusdur. 2021-ci ilin oktybar ayında Vüsal adlı şəxs onun icarəyə işlətdiyi metal qəbuletmə məntəqəsinin qarşısına gəlib elektrik naqillərini onun icarəyə işlətdiyi metalqəbuletmə məntəqəsinə təhvil verdiyini bildirəndə və onun fotoşəkilləri çəkilən zaman görmüşdür ki, həmin şəxs sentyabr ayında onun icarəyə işlətdiyi metal qəbuletmə məntəqəsinə iki dəfə aliminiumdan olan elektrik naqillərini təhvil verən şəxsdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Şahid1 onun icarə əsasında işlətdiyi metal qəbuletmə məntəqəsinə təhvil verdiyi elektrik naqillərini o, metal qəbul edənlərə təhvil vermişdir. Onun icarəyə işlətdiyi metal qəbuletmə məntəqəsində işləmiş “Sarı” ləqbəli Seyran adlı şəxs 2021-ci ilin sentyabr ayında onun yanında işləmişdir, hazıda onun yanında işləmir, onun harada olmasını və anket məlumatlarını bilmir. O, Şahid1 ona təhvil verdiyi elektrik naqilərinin kimə məxsus olmasını soruşmuş, Vüsal demişdir ki, elektrik naqilləri onun özünə məxsusdur. O, Vüsaldan aldığı həmin elektrik naqillərini almağı barədə hansısa dəftərə qeydiyyat aparmamışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, o, ünvan 8 ünvanında qeydiyyatdadır, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənib Qapısı yaşayış Kompleksi, 24 E, mənzil 27-də ailəsi ilə birlikdə kirayədə yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, o, 2021-ci ilin sentyabr ayının əvvələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapısı” Yaşayış Kompleksində yerləşən 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisində taxta barabanda olan qalın elektrik naqilini görmüş, maddi vəziyyəti yaxşı olmadığı üçün qərara almışdır ki, həmin naqili oğurlayıb sataraq qazanc əldə etsin. Beləliklə o, “Cənub Qapısı” Yaşayış Kompleksində yaşayan tanışı Abduləli adlı şəxslə görüşüb binanın zirzəmisində olan elektrik naqili barədə danışıb həmin naqili oğurlayıb sataraq qazanc əldə etmək istədiyini bildirmişdir. O, Abduləli ilə razılaşmışdır ki, zirzəmidə olan həmin elektrik naqilini oğurlayıb sataraq qazanc əldə edsinlər. 03.09.2021-ci il tarixdə təxminən saat 20 radələrində o, Cənub Qapısı X3 ilə görüşmüş və ona qalmaq şərti ilə icarəyə götürdüyü VAZ 2106 markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişlər. O, avtomobili X8 Kompleksində 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisinə sürmüşdür. Abduləli ilə o, taxta barabandan ümumilikdə 100 metr uzunluğunda elektrik naqilini açıb həmin naqili 4-5 dəfəyə dəmir kəsən mişar ilə kəsib hissələrə bölmüşlər. Sonra isə həmin naqili onun idarə etdiyi VAZ 2106 markalı avtomobilimə yükləmişlər. O, avtomobili Səbail rayonu, 20-ci Sahə deyilən ərazidə yerləşən metal qəbuletmə məntəqəsinin qarşısına sürmüşdür. Metal qəbuletmə məntəqəsini işlədən şəxs bir nəfər cavan qızı olmuş, onun yanında bir nəfər səhv etmirsə, Sarı adlı orta yaşlı bir kişi fəhlə kimi işləyirmiş. O, Abduləli ilə həmin elektrik naqillərini metal qəbuletmə məntəqəsində fəhlə işləyən Sarı adlı şəxsə təhvil vermiş, metalın pulunu həmin qız fəhləyə vermiş və o, Sarı adlı fəhlədən təhvil verdiyikləri elektrik naqilinə görə 130 manat pul almışdır. Daha sonra oradan uzaqlaşıb ərzaq mağazasına gedib əldə etdikləri pula evləri üçün ərzaq malları almışlar. Həmin gündən təxminən 1 həftə sonra Abduləli ilə birlikdə olarkən onunla birlikdə “Cənub Qapısı” Yaşayış Kompleksində yaşayan Fərid adlı tanışları ilə rastlaşmışlar. O, Fəridə demişdir ki, 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisində taxta barabanda elektrik naqili vardır, bir dəfə Abduləli ilə birlikdə elektrik naqili oğurlayıb satmışlar, həmin naqildən bu gün də oğurlayacaqlar, oğurluq etməkdə onlara kömək etsə ona da əldə etdikləri puldan verəcəklər. Fərid onlarla razılaşmışdır. 10.09.2021-ci il tarixdə təxminən saat 20 radələrində o, “Cənub Qapısı” X3 və Fəridlə görüşmüşdür. Onlar belə razılşmışlar ki, Fərid binanın qarşısında qalıb ətrafa nəzarət edəcək, o da Abduləli ilə birlikdə idarə etdiyi VAZ 2106 markalı avtomobilinə əyləşib həmin zirzəmiyə sürüb elektrik naqilini oğurlayaq, əgər kənar şəxs zirzəmiyə gələrsə Fərid onlara xəbər edəcək, elektrik naqilini oğurlayıb satdıqdan sonra pulunu 3 yerə böləcəklər. Beləliklə o, Abduəli ilə birlikdə avtomobilə əyləşib avtomobili “Cənub Qapısı” Yaşayış Kompleksində 24D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisinə sürmüş, Fərid isə 24 D nömrəli binanın qarşısında qalıb ətrafa nəzarət edirmiş ki, gələn olanda onlara xəbər etsin. O, Abduləli ilə taxta barabanda olan bütün elektrik naqilini, ümumilikdə 100 metr uzunluğunda elektrik naqilini açıb həmin naqili 4-5 dəfəyə dəmir kəsən mişar ilə kəsib hissələrə bölmüşlər. Sonra isə həmin naqili onun idarə etdiyi VAZ 2106 markalı avtomobilinə yükləmişlər. Daha sonra avtomobili sürüb zirzəmidən çıxmış, Fərid də avtomobilə əyləşmiş, o, avtomobili Səbail rayonu, 20-ci Sahə deyilən ərazidə yerləşən metal qəbuletmə məntəqəsinin qarşısına sürmüşdür. Metal qəbuletmə məntəqəsini işlədən cavan qız orada olmuşdur. Həmin elektrik naqillərini metal qəbuletmə məntəqəsində fəhlə işləyən Sarı adlı şəxs tərəzidə çəkib qəbul etmişdir. Metalın pulunu həmin qız fəhləyə vermiş və o, Sarı adlı fəhlədən təhvil verdikləri elektrik naqilinə görə 120 manat pul almışdır. Daha sonra oradan uzaqlaşıb həmin pulu üç yerə bölmüşlər. 15.09.2021-ci il tarixdə axşam saatlarında o, polis əməkdaşları tərəfindən yaxalanmışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, onun maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq cinayəti törətmişdir. O, ifadəsində göstərdiyi oğurluq cinayətindən başqa cinayət əməli törətməmişdir. 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisindəki taxta barabanda olan elektrik naqilindən başqa o, elektrik naqili oğurlamamışdır. O, 03.09.2021-ci il tarixdə Abduləli ilə, 10.09.2021ci il tarixdə Fərid və Abduləli ilə birlikdə 24 D nömrəli binanın ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisindəki taxta barabanda olan elektrik naqilini oğurlayarkən onları heç kim isə görməyib. Onlar oğurladıqları elektrik naqillərini Səbail rayonu, 20-ci Sahə deyilən ərazidə yerləşən metal qəbuletmə məntəqəsinə təhvil verəndə həmin naqilin oğurluq olmasını bildirməmişlər. X8 komleksinin 24 D nömrəli binasının ümumi istifadəsində və nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə olunan zirzəmisinə yaşayış kompleksinin sakinlərinin daxil olmalarına qadağa qoyulmamış, dayanacağa giriş hissəsinin qapısı da daimi olaraq açıq olurmuş. 03.09.2021-ci il və 10.09.2021-ci il tarixlərdə Səbail rayonunda yerləşən metal qəbuletmə məntəqəsinə oğurladıqları elektrik naqillərini hansı qiymətə satmağını dəqiq xatırlamır, ancaq ümumilikdə həmin elektrik naqilləri təxminən 250-300 kiloqram olarmış. Elektrik naqillərini kəsdikləri dəmir kəsən mişarı sonuncu dəfə oğurluq etdikdən bir neçə gün sonra yadında qalmayan zibil yeşiyinə tullamışdır. Bildirir ki, VAZ 2106 markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobil Ayxan adlı Ramana qəsəbəsində yaşayan şəxsə məxsus olmuşdur. Həmin avtomobili o, Ayxandan 20.04.2021-ci il tarixdə təhvil almış, avtomobilə görə 1 il 3 ay ərzində 350 manat Ayxana pul ödəməliymiş və 5 ay Ayxanın kart hesabına 350 manat pul köçürtmüşdür. Onun sürücülük vəsiqəsi olmadığı üçün o, avtomobili alanda avtomobilin sahibi avtomobilə görə dostu Nurlanın adına etibarnamə vermişdir. 20.09.2021-ci il tarixdə isə avtomobilə görə pul ödəyə bilmədiyi üçün avtomobilin sahibi avtomobili yaşadığı binanın qarşısından götürüb aparmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə istintaqa təhvil verdiyi 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş və sübut növü kimi tanınmışdır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə iki ədəd görüntü vardır.1-ci video görüntü 06 saniyə davam edir. Videogörüntüdə iki nəfər şəxs binaya daxil olur. Şahid1 1-ci binaya daxil olan şəxsin özü, arxasınca daxil olanın isə Abduləli olduğunu bildirir. 02-ci videogörüntü 04 saniyə davam edir. Videogörüntüdə iki nəfər şəxs binaya daxil olur, lakin həmin şəxslərin üzü görünmür. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəyə minmiş Qaradağ rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmündən görünür ki, Şahid1 Firudin oğlu yuxarıda qeyd olunan cinayət hadisələri ilə əlaqədar olaraq CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Şahid2 yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar olaraq CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 02 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31.03.2019-cu il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan ödənilməklə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 23 fevral 2022-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 25 fevral 2022-ci il tarixdə barəsində Qaradağ rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs bu günədək həbsdə qaldığı 01 (bir) ay 22 (iyirmi iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə maddi subut olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 31 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 186 (yüz səksən altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 01 (bir) ay 22 (iyirmi iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi subut olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla 186 (yüz səksən altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-106/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-106/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver