Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-106/2024 07.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2002-ci ildə Cəbrayıl şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 6-cı massiv 5-ci küçə ev 32-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,297 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 05 iyul 2023-cü il tarixdə, saat 02.15 radələrində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi 5 ünvanın qarşısında saxlanılıb bölmənin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın arxa sol cibindən 01 ədəd sellofan bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 avqust 2023-cü il tarixdə saat 14:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək Ticarət Mərkəzinin sıra 1A , 66 saylı kişi geyimləri mağazasına gələrək mağazadakı paltardəyişmə kabinəsində asılqandan asılmış, müştəri HZərərçəkmiş şəxs1 şalvarının sağ yan cibindən sonuncuya məxsus 1600 manat məbləğində pulu gizli talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək Ticarət Mərkəzinin 2-ci sıra, 112 saylı mağazasına gələrək paltardəyişmə kabinəsində asılqandan asılmış, müştəri Zərərçəkmiş şəxs2 şalvarının sağ yan cibindən sonuncuya məxsus 830 manat pulu gizli talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək Ticarət Mərkəzinin 3-cü sırasında yerləşən 124 saylı mağazaya gələrək paltardəyişmə kabinəsində asılqandan asılmış, müştəri Zərərçəkmiş şəxs4 şalvarının cibindən sonuncuya məxsus 248 manat pulu,10 manat məbləğində pul kisəsi olmaqla 258 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək Ticarət Mərkəzinin sıra 1B, 175 saylı mağazada Zərərçəkmiş şəxs3 vitrinin üzərində qoyduğu şalvarının yan cibindən 10 manat məbləğində pul kisəsini, 109 manat məbləğində nağd pul olmaqla 119 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 noyabr 2023cü il tarixdə, saat 15 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə Ticarət Mərkəzinin 6-cı sırasında yerləşən 23 saylı mağazaya gələrək paltardəyişmə kabinəsində asılqandan asılmış, müştəri Zərərçəkmiş şəxs5 şalvarının arxa cibindən 150 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, narkotik vasitə “kakos“ istifadəçisi olmuşdur. Həmin narkotik vasitəni tanımadığı şəxslərdən əldə edir. 04 iyul 2023-cü il Binəqədi rayonu ərazisində yol kənarı ilə hərəkət edərkən özlərini polis əməkdaşları kimi təqdim edən iki nəfər şəxs tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gətirilmişdir. Polis bölməsində o, üzərində olan bir ədəd bükümdə narkotik vasitəni təqdim etmişdir. Bundan başqa 2023-cü il avqust ayının ortalarında Sədərək Ticarət Mərkəzində olan kişi geyimləri mağazasına girərək orada paltardəyişmə yerini müşahidə edərkən alıcınını təzə şalvar geyinərək mağazaya qayıtdığını və satıcı ilə söhbət etdiyini görərək pərdənin arxasına keçərək alıcının asılqandan asılmış şalvarının ciblərini axtararaq, hazırda yadında qalmadığı məbləğdə pulu oğurlayıb dükanı tərk etmişdir. Oğurladığı pulları özünün ehtiyacı üçüın xərcləmişdir. Aradan bir ay keçdikdən sonra yenidən oğurluq etmək məqsədi ilə Sədərək ticarət mərkəzinin kişi geyimləri satılan 2-ci sırasında olan kişi geyimləri və idman idman malları satılan mağazasına girərək müşahidə aparmağa başlamışdır. Mağazanın paltardəyişmə yerində müştərinin şalvarının asıldığını görərək müştəri və satıcının başlarının söhbətə qarışdığını görərək pərdənin arxasında alıcının şalvarının ciblərini axtarıb 800 manat civarında pulu oğurlayaraq gizlincə mağazanı tərk etmişdir.Oğurladğı həmin pulları da öz ehtiyacı üçün xərcləmişdir.Bundan sonra 2023-cü ilin noyabr ayının əvvələrində yenə də oğurluq etmək məqsədi ilə Sədərək Ticarət Mərkəzinin 3-cü sırasında yerləşən mağazanın paltar soyunub-geyinmə yerində asılqandan asılmış tanımadığı alıcının şalvarının cibindən pul kisəsini oğurlayaraq orada olan 250 manata yaxın məbləğdə pulu götürərək pul kisəsinin içərisində olan vəsiqəni pul kisəsi ilə birlikdə zabil qutusuna atmışdır. 11 noyabr 2023-cü il tarixdə yenə də oğurluq etmək məqsədi ilə Sədərək Ticarət Mərkəzinin 1-ci sırasına gələrək tanımadığı alıcının mağazadakı vitrinin üzərində qoyduğu şalvarının cibindən içərisində 100 manatdan artıq pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bankomat kartları olan pul kisəsini oğurlayaraq mağazanı tərk edib göstərilən pul məbləğini götürərək pul kisəsini sənədlərlə birlikdə tullamışdır. Bir gün sonra o, Binə Ticarət Mərkəzinin 6-cı sırada yerləşən mağazalardan birinə gələrək paltardəyişmə kabinəsində asılqandan asılmış şalvarının arxa cibindən 150 manat pulu oğurlamışdır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmiş və onlarala barışıq əldə etmişdir.Törətdiyi əməldən peşmandır.İlk dəfədir cnayət törədir.”Hepatit C” xəstəsidir. X12 İ Qarabağ müaharibəsi veteranıdır.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 15 avqust 2023-cü il tarixdə saat Sədərək ticarət mərkəzinin kişi geyimləri satılan 1-ci sırasında olduğu zaman bəyəndiyi şalvarı götürüb paltardəyişmə yerində şalvarını çıxarıb asılqandan asmışdır. Şalvar xoşuna gəldiyindən paltardəyişmə otağına qayıdaraq aslıqandan asılmış şalvarının cibindən pul götürmək istərkən ona məxsus olan və şalvarın cibində olan 1600 manat pulunun oğurlandığını müəyyən etmişdir. Dərhal mağazanın müşahidə kamerasına baxdığı zaman cavan bir oğlanın mağazaya daxil olaraq paltardəyişmə otağına girib oradan çıxıb getdiyini müşahidə etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 05 noyabr 2023-cü il tarixdə kostyum almaq məqsədi ilə Sədərək ticarət mərkəzinə gəlmişdir. Sədərək ticarət mərkəzində 3-cü sırasında olan zaman kostuyumlara baxmış, bəyəndiyi şalvarı götürüb paltardəyişmə yerində əynindəki şalvarı və pencəyi çıxarıb, bəyəndiyi paltarı geyinib paltardəyişmə yerindən çıxmışdır. Paltardəyişən yerə qayıtdıqdan sonra şalvarının cibində olan pul kisəsinin yoxa çıxdığını görmüşdür.Pul kisəsində 248 manat pul olmmuşdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 30 sentyabr 2023-cü il tarixdə, saat 13:30 radələrində Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində 2-cı sırada yerləşən kişi geyimləri mağazasına girərək oradan idman paltarları bəyənərək paltardəyişmə otağında geyindikdən sonra əynində olan şalvarını paltardəyişmə otağında asılqandan asmışdır. İdman şalvarının ölçülərini yaxınlıqdakı dərziyə düzəltdirdikdən sonra, idman paltarının və dərzinin pulunu vermək üçün şalvarının cibinə əl atdığı zaman 830 manat pulun yoxa çıxdığını görmüşdür. Mağazanın satıcısı ilə mağazanın müşahidə kamerasına baxdıqları zaman cavan bir oğlanın şalvarını asdığı paltardəyişmə yerinə girdiyini və oradan pulu götürərək getdiyini müşahidə etmiş, Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirilərkən təqsirləndirilən şəxsin mağazada quraşdırılmış müşahidə kamerasına düşmüş şəxs olduğunu bildirmiş, təqsirləndirilən şəxs də bu faktı təsdiq edərək, zərərçəkmiş şəxsin cibindən hansı məbləğdə pul oğurladığını xatırlamadığını söyləmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 11 noyabr 2023-cü il tarixdə saat 14 radələrində kostyum almaq üçün Sədərək ticarət mərkəzinə gəlmişdir. Sədərək ticarət mərkəzində 1B sıra 175 nömrəli mağazada olan zaman şalvarımı soyunub vitrinin üzərində qoymuşdur. Bəyəndiyi şalvarı geyinərək əynindən çıxardığı şalvarın cibinə baxdığı zaman içərisində 109 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, içəpisində 8 manat olan Beynəlxalq banka məxsus məvacib kartı, içərisində nağd pul olmayan Kapitalbanka məxsus fermer kartı pul kisəm oğurlanmışdır. Pul kisəsinin dəyəri 10 manat məbləğində olmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ərizədə ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 Fərad oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 12 noyabr 2023-cü il tarixdə saat 14 radələrində alış veriş etmək üçün Binə ticarət mərkəzinə gəlmişdir.Binə ticarət mərkəzində təxmiən 1 saata yaxın dukanlara baxdıdan sonra 6-cı sırada yerləşən 23 inömrəli «White house» kişi geyimlərinin satışı ilə məşgul olan mağazaya daxil olmuşdur. Orada özünə şalvar seçmişdir. Şalvarı əynində yoxlamaq üçün geyinmə-soyunma yerinə daxil olmuşdur. Əynindəki şalvarı çıxararaq asılqandan asmışdır. Oradan mağazaya qayıdaraq güzgüyə baxmışdır. Bir neçə dəqiqə keçdikdən sonra yenidən geyinmə soyunma yerinə qayıdaraq mağazada gördüyü şalvarı əynindən çıxarıb öz şalvarını geyinmişdir. Kassaya yaxınlaşaraq seçdiyi şalvarın pulunu ödəmək istəyəndə şalvarın arxa sağ cibində ona məxsus olan 150 manat pulun oğurlanmasını müəyyən etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 Fərad oğlu ibtidai istintaq zamanı verdiyi ərizədə ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmişdir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2023-cü il tarixli 3-16- 16/1-6/3637 nömrəli rəyindən gbörünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün «174” dairəvi möhür əksləri olan “ Şübhəli şəxs imza Təqsirləndirilən şəxs… soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(biir) ədəd selofan bükümdə təmiz çəkisi 0,297 qram olan qəhvəyi rəngli maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. İş materillarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4284 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorun birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 05 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 5-ci polis bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməliyyat müvəkkilləri X3 və X4 iştirakı ilə şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol arxa cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunur, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi siibut kimi tanınmış və hazırkı çəkisi 0.247 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hcroin məhkəmənin hökmünə qədər saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialllarında olan X5 verilmiş xəstəlik tarixçəsindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs kəskin “Hepatit C” xəstəliyindən əziyyət çəkir. İş materillarında olan 02922 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X6 İ Qarabağ müharibəsinin iştirakçısı olaraq müharibə veteranıdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə Binəqədi RPİ-nin istintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi 27 noyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işinə birləşdirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə 05 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06 iyul 2023-cü il tarixdə Binəqədi RPİ MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə 15 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 17 noyabr 2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinyət məsuliyyətinə cəlb edilməsi, , əməlini səmimi etiraf edərək peşman olması, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilərək aralarında barışıq əldə edilməsi, kəskin “Hepatit C” xətəliyindən əziyyət çəkməsi, gəncliyi məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilərək onlarla barışıq əldə edilməsini, kəskin “Hepatit C” xətəliyindən əziyyət çəkməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrnin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinəhökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs tutma altında olduğu 03 (üç) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0.247 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 03 (üç) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0,247 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-106/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-106/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver