Məhkəmə qərarları › İş №1(002)-107/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-107/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-107/2021 17.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1970-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə cəzasının əvvəli 31 dekabr 2020-ci il tarixdən hesablanmış, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 saylı yataqxana, mənzil 36 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Şahid1 ilə birlikdə 17 aprel 2020-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən iki mərtəbəli yeni tikilinin birinci mərtəbəsinin açıq pəncərəsindən qanunsuz daxil olmaqla saxlanc yerindən 120 ədəd hər biri 12 metr uzunluğunda dəmir metal materialdan ibarət olan ümumi qiyməti 2100 manat təşkil edən armaturları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 2100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16.05.2020-ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Qardaşlar” un məmulatları mağazasının qabaq sol küncündə yerləşən köşkün arxa hissəsindəki Zərərçəkmiş şəxs3 məxsus saxlanc yeri olan dəmir seyfin kilidini yerdən tapdığı dəmir parçası ilə sındıraraq seyfin yuxarı hissəsində olan rəfindən 16 manat dəyərində hər bir qutunun içərisində 10 ədəd “GM” markalı siqaret olan 01 qutunu, 16 manat dəyərində hər bir qutunun içərisində 10 ədəd “Milano” markalı siqaret olan 01 qutunu, 25 manat dəyərində hər bir qutunun içərisində 10 ədəd ağ rəngli “Senator” markalı siqaret olan 01 qutunu, 25 manat dəyərində hər bir qutunun içərisində 10 ədəd göy rəngli “Senator” markalı siqaret olan 01 qutunu, 25 manat dəyərində hər bir qutunun içərisində 10 ədəd qırmızı rəngli “Senator” markalı siqaret olan 01 qutunu, 16 manat dəyərində hər bir qutunun içərisində 10 ədəd “Mançestr” markalı siqaret olan 01 qutunu, 16 manat dəyərində hər bir qutunun içərisində 10 ədəd “Platinium” markalı siqaret olan 01 qutunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 139 manat dəyərində ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, 24.10.2020-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-nin çıxış hissəsinin yaxınlığında dayanmış Zərərçəkmiş şəxs1 məxsus Ford Transit markalı 90 CZ 519 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindən sonuncuya məxsus 01 qutusunun dəyəri 35 manat olan 105 manat dəyərində 03 qutu bananı, Tovuz rayonundan gətirilmiş hər birinin içərisində 10 kiloqram olan, ümumilikdə 20 kiloqram çəkidə, 01 kiloqramının dəyəri 1,20 manat, ümumi dəyəri 24 manat təşkil edən 02 ədəd plastmas yeşikdə qara üzümü, xarici ölkədən gətirilmiş hər birinin içərisində 08 kiloqram olan, ümumilikdə 16 kiloqram çəkidə 01 kiloqramının dəyəri 1,8 manat, ümumi dəyəri 28,80 manat təşkil edən 02 ədəd plastmas yeşikdə portağalı (apelsin), hər birinin içərisində 28 kiloqram olan, ümumilikdə 56 kiloqram çəkidə 1 kiloqramının dəyəri 0,60 manat , ümumi dəyəri 33,6 manat təşkil edən 02 ədəd banan qutusunda donuzburun növlü narı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 191,40 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, 27.10.2020-ci il tarixdə təxminən saat 09 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-nin kartof-soğan satılan 2-ci talvarın yaxınlığındakı avtomobil dayancağında dayanmış Bağırzadə Ayaz Əfqan oğlunun etibarnamə əsasında idarə etdiyi Qaz 33021 markalı ** TM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindən sonuncuya məxsus 35 manat dəyərində 01 qutu bananı, xarici ölkədən gətirilmiş içərisində 13 kiloqram olan, 01 kiloqramının dəyəri 3,30 manat, ümumi dəyəri 42,90 manat təşkil edən 01 ədəd taxta yeşikdə konfrans növlü armudu, xarici ölkədən gətirilmiş içərisində 7,8 kiloqram olan, 01 kiloqramının dəyəri 02 manat, ümumi dəyəri 15,60 manat təşkil edən 01 ədəd plastmas yeşikdə şirin bibəri, hər birinin içərisində 8,5 kiloqram olan, 01 ədəd taxta yeşiyinin dəyəri 08 manat, ümumi dəyəri 24 manat təşkil edən 03 ədəd xurma yeşiyini, Türkiyə Respublikasından gətirilmiş 01 ədədinin dəyəri 24 qəpik, ümumi dəyəri 18 manat təşkil edən içərisində 75 ədəd limon olan qutunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 135,50 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, 30.10.2020-ci il tarixdə təxminən saat 09:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-nin kartof-soğan satılan 2-ci talvarın yaxınlığındakı avtomobil dayancağında dayanmış Zərərçəkmiş şəxs2 Məhəmməd oğluna məxsus Ford Transit markalı 90 RB 482 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindən sonuncuya məxsus hər birinin içərisində 13 kiloqram, ümumilikdə 26 kiloqram çəkidə, 01 kioqramının dəyəri 01 manat, ümumi dəyəri 26 manat təşkil edən 02 ədəd yeşikdə dərbəndi növündən olan üzümü, 01 kiloqramının dəyəri 1,80 manat olan, 66 kiloqram çəkidə, ümumi dəyəri 118,80 manat təşkil edən 02 ədəd banan qutusunda gülöyşə növlü narı, 01 kiloqramının dəyəri 1,30 manat olan, 65 kiloqram çəkidə ümumi dəyəri 84,50 manat təşkil edən 03 ədəd banan qutusunda karli növlü naringini (mandarin), 01 kiloqramının dəyəri 1,20 manat olan, 82 kiloqram çəkidə ümumi dəyəri 98,40 manat təşkil edən iki ədəd yeşikdə Göyçay pomidorunu, 01 kiloqramının dəyəri 0,90 manat olan 09 manat dəyərində 01 ədəd plastmas yeşikdə 10 kiloqram feyxoanı, 01 kiloqramının dəyəri 0,90 manat olan 27 manat dəyərində 01 ədəd yeşikdə 30 kiloqram palmet növlü almanı, 01 kiloqramının dəyəri 1,20 manat olan 38,40 manat dəyərində 01 ədəd yeşikdə 32 kiloqram xurmanı, 01 ədədinin dəyəri 2,70 manat olan 27 manat dəyərində 10 ədəd süpürgəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 429,10 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 saylı yataqxana, mənzil 36 ünvanında yaşayır. O, ünvan 4vəz satır. Ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Təxminən bir il olarmış ki, o, Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən 15 saylı bazarda Şahid1 ilə tanış olmuşdur. Sənanla həmişə münasibətləri normal olmuşdur, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 2020-ci ilin aprel ayının ortalarında dəqiq tarix yadında qalmayan gündə günorta saatlarında tanışı Şahid1la görüşmüşdür. Maddi durumları pis olması barəsində bir-birilərinə şikayətlənmişlər. Daha sonra isə qərara almışlar ki, oğurluq edib qazanc əldə etsinlər. O, Sənana demişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən Tural adlı şəxsə məxsus iki mərtəbəli yeni tikilinin içərisində dəmir armaturlar vardır, həmin armaturları oğurlayıb qazanc əldə edə bilərlər. Beləliklə oğurluq etmək barədə Sənanla razılaşıb birlikdə Tural adlı şəxsə məxsus yuxarıda qeyd edilən tikiliyə getmişlər. İkimərtəbəli olan tikiliyə birinci mərtəbədə olan pəncərə yerindən daxil olmaqla oradan təxminən 300 kiloqram çəkidə, 12 metr uzunluğunda, 120 ədəd dəmir armaturları oğurlayıb küçəyə yığmışlar. Daha sonra o, avtomobil yoluna çıxaraq sürücüsünü tanımadığı, əlamətlərini, avtomobilin markasını, dövlət qeydiyyat nişanını xatırlamadığı yük maşınınını saxlatdırıb evlərində qalmış artıq armaturları daşımağın lazım olduğunu sürücüyə bildirib həmin armaturları Lökbatan qəsəbəsinə aparmağın müqabilində ona 15 manat pul verəcəyi barədə razılaşmışlar. Daha sonra həmin yük avtomobilini qeyd etdiyi tikilinin qarşısına sürdürmüş və armaturları avtomobilə yükləmişlər. Armaturları yük avtomobilinə yükləyəndə qonşular onlardan armaturları hara apardıqlarını soruşduqda, öz evi olduğunu və armaturların artıq qaldığı üçün satmağa apardıqlarını bildirmişlər. Daha sonra həmin amaturları Lökbatan qəsəbə ərazisində köhnə mallar alan, qəsəbədə yaşayan Rəsiqə adlı qadına bir ədədini 0,80 qəpikdən olmaqla satmışlar. Həmin armaturları üç dəfəyə qeyd edilən avtomobilə yükləyərək Rəsiqənin yanına aparıb satmışlar. Bundan başqa o, yaşadığı evdə olduğu zaman siqareti qurtardığı üçün 16.05.2020-ci il tarixdə təxminən saat 00:30-da yaşadığı evdən çıxıb Lökbatan qəsəbəsi, 28 May küçəsinə gəlmişdir. Lakin onun siqaret almağa pulu yox imiş. O, 28 May küçəsində yerləşən “Qardaşlar” un məmulatları mağazasının qarşısındakı 24 saat fəaliyyət göstərən köşkdən kənarda dayanıb köşkə baxıb hansı formada siqaret əldə etməyi düşünürmüş. Bir az sonra görmüşdür ki, köşkdə işləyən cavan oğlan köşkü bağlayıb çıxıb getmişdir. Həmin vaxt təxminən saat 01:30 radələri olarmış. Köşkdə işləyən cavan oğlan uzaqlaşdıqdan sonra o, köşkə yaxınlaşmışdır. O, bilirmiş ki, köşkdə işləyən oğlan siqaretləri köşkün arxasındakı seyfdə saxlayır. Buna görə də həmin seyfə yaxınlaşıb yerdən götürdüyü dəmir parçası ilə seyfin üzərindəki asma qıfılı sındırıb yerə atmış, seyfin qapısını açıb orada olan bütün siqaret bloklarını, yəni 07 ədəd siqaret blokunu oğurlayıb oradan uzaqlaşmışdır. Oğurladığı siqaretlərin markalarının adları hamısı yadında qalmasa da yadına gəlir ki, həmin siqaretlərin işərisində “Mançestr”, “Senator” və digər markalı siqaretlər olmuşdur. Oğurluq etikdən sonra isə o, yaşadığı evə getmişdir. 18 iyun 2020-ci il tarixdə isə o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən meyvə-tərəvəz satdığı 15 saylı bazarda olan zaman polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli olduğunu və buna görə də onlarla birlikdə Bakı şəhər, Qaradağ rayon Polis İdarəsinə getməyini bildirmişlər. Buna görə də o, polis əməkdaşları ilə birlikdə Qaradağ rayon Polis İdarəsinə getmişdir. Qaradağ rayon Polis İdarəsində olanda Sənanın tutulduğunu bilmişdir. Ondan oğurluq barədə sorğu-sual edəndə siqaretləri və armaturları oğurlamağını etiraf etmişdirdim. Lakin oğurluq etməyini etiraf edərkən hər iki oğurluq cinayətini Sənan ilə birlikdə etməyini bildirmişdir. Hansı ki, köşkün arxasındakı seyfdən siqaretləri o, tək oğurlamışdır. Bundan başqa o, 2020-ci ilin oktyabr ayında Meyvəli TM-də avtomobillərdən meyvətərəvəz məhsulları oğurlamışdır. Belə ki, 2020-ci ilin oktyabr ayının ortalarında satdığı meyvə-tərəvəz məhsullarının bir hissəsi xarab olduğundan ziyana düşmüş, maddi çətinliyi yaranmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, o, 24.10.2020-ci il tarixdə təxminən saat 11 radələrində meyvə-tərəvəz məhsulları almaq üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-nə gəlmişdir. Üzərində pul az olduğu üçün fikirləşmişdir ki, meyvə-tərəvəz məhsulu oğurlayıb sataraq qazanc əldə edsin. Buna görə də o, Meyvəli TM-ni gəzib oğurluq etmək üçün əlverişli şərait axtarmışdır. Həmin gün təxminən saat 12 radələrində Meyvəli TM-nin çıxış hissəsinin yaxınlığında göy rəngli Ford Transit markalı dövlət qeydiyyat nişanına fikir vermədiyi yük avtomobilinin dayandığını görmüşdür. O, kənarda dayanıb bir qədər həmin yük avtomobilinə nəzarət etmişdir. Həmin gün təxminən saat 13 radələrində bir nəfər kişi cinsli şəxs həmin göy rəngli Ford Transit markalı yük avtomobilinə araba ilə yaxınlaşıb müxtəlif meyvə-tərəvəz məhsullarını avtomobilə yükləmiş və sonra yük yerinin qapısını açarla bağlamayıb çıxıb getmişdir. Həmin şəxs avtomobildən uzaqlaşmış və o, qərara almışdır ki, həmin avtomobildəki meyvə-tərəvəz məhsullarını oğurlasın. O, həmin avtomobilə yaxınlaşmış və görmüşdür ki, avtomobilin qapısı açıqdır. Həmin avtomobildən bir qədər aralıda arabanı görüb həmin arabanı avtomobilin yanına sürüb avtomobildə olan 03 qutu bananı, 02 ədəd plastmas yeşikdə qara üzümü, içərisində portağal (apelsin) olan 02 ədəd plastmas yeşiyi, içərisində nar olan 02 ədəd banan qutusunu oğurlayıb arabaya yığaraq oradan uzaqlaşmışdır. O, arabanı TM-nin digər tərəfində dayanan taksi avtomobillərinin yanına sürüb oğurladığı meyvə-tərəvəz məhsullarını dövlət qeydiyyat nişanına fikir vermədiyi VAZ 2107 markalı taksi avtomobilinə yükləyib avtomobili Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazarın qarşısına sürdürmüşdür. Oğurladığı meyvə-tərəvəz məhsullarını taksi avtomobilindən düşürdüb 15 saylı bazara aparıb axşama kimi orta bazar qiymətindən ucuz qiymətə satıb qurtarmışdır. O, oğurladığı meyvə-tərəvəz mallarını satdıqdan sonra 170 manat pul əldə etmiş və əldə etdiyi pula ərzaq malları alıb evinə aparmışdır. Bundan başqa o, 27.10.2020-ci il tarixdə təxminən saat 08 radələrində meyvətərəvəz məhsulları almaq üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-nə gəlmişdir. Üzərində pul az olduğu üçün fikirləşmişdir ki, meyvə-tərəvəz məhsulu oğurlayıb sataraq qazanc əldə edər. Buna görə də o, Meyvəli TM-ni gəzib oğurluq etmək üçün əlverişli şərait axtarmışdır. Həmin gün təxminən saat 08:30 radələrində Meyvəli TMnin kartof-soğan satılan yerin yaxınlığındakı avtomobil dayanacağında açıq qəhvəyi rəngli Qazel markalı dövlət qeydiyyat nişanına fikir vermədiyi yük avtomobilinin dayandığını görmüşdür. O, kənarda dayanıb bir qədər həmin yük avtomobilinə nəzarət etmişdir. Həmin gün təxminən saat 09 radələrində bir nəfər kişi cinsli şəxs həmin açıq qəhvəyi rəngli Qazel markalı yük avtomobilinə araba ilə yaxınlaşıb müxtəlif meyvə-tərəvəz məhsullarını avtomobilə yükləmiş və sonra yük yerinin qapısını açarla bağlamayıb çıxıb getmişdir. Həmin şəxs avtomobildən uzaqlaşmışdır və o, qərara almışdır ki, həmin avtomobildəki meyvə-tərəvəz məhsullarını oğurlasın. O, həmin avtomobilə yaxınlaşmış və görmüşdür ki, avtomobilin qapısı açıqdır. Həmin avtomobildən bir qədər aralıda arabanı görüb həmin arabanı götürüb avtomobilin yanına sürüb avtomobildə olan 01 qutu bananı, 01 yeşik armudu, 01ədəd plastmas yeşikdə bibəri, 03 yeşik xurmanı, içərisində 75 ədəd limon olan qutunu oğurlayıb arabaya yığaraq oradan uzaqlaşmışdır. Lakin həmin arabada meyvətərəvəz məhsulları qalmışdır. O, arabanı TM-nin digər tərəfində dayanan taksi avtomobillərinin yanına sürüb oğurladığı meyvə-tərəvəz məhsullarını dövlət qeydiyyat nişanına fikir vermədiyi VAZ 2107 markalı taksi avtomobilinə yükləyib avtomobili Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazarın qarşısına sürdürmüşdür. Oğurladığı meyvə-tərəvəz məhsullarını taksi avtomobilindən düşürdüb 15 saylı bazara aparıb axşama kimi orta bazar qiymətindən ucuz qiymətə satıb qurtarmışdır. O, oğurladığı meyvə-tərəvəz mallarını satdıqdan sonra 100 manat pul əldə etmiş və əldə etdiyi pula ərzaq malları alıb evinə aparmışdır. Bundan başqa o, 30.10.2020-ci il tarixdə təxminən saat 08 radələrində meyvətərəvəz məhsulları almaq üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-nə gəlmişdir. Üzərində pul az olduğu üçün fikirləşmişdir ki, meyvə-tərəvəz məhsulu oğurlayıb sataraq qazanc əldə etsin. Buna görə də o, Meyvəli TM-ni gəzib oğurluq etmək üçün əlverişli şərait axtarmışdır. Həmin gün təxminən saat 08:30 radələrində Meyvəli TMnin kartof-soğan satılan yerin yaxınlığındakı avtomobil dayanacağında sarı rəngli Ford Transit markalı dövlət qeydiyyat nişanına fikir vermədiyi yük avtomobilinin dayandığını görmüşdür. O, kənarda dayanıb bir qədər həmin yük avtomobilinə nəzarət etmişdir. Həmin gün təxminən saat 09:30 radələrində bir nəfər kişi cinsli şəxs həmin sarı rəngli Ford Transit markalı yük avtomobilinə araba ilə yaxınlaşıb müxtəlif meyvə-tərəvəz məhsullarını avtomobilə yükləmişdir və sonra yük yerinin qapısını açarla bağlamayıb çıxıb getmişdir. Həmin şəxs avtomobildən uzaqlaşmışdır və o, qərara almışdır ki, həmin avtomobildəki meyvə-tərəvəz məhsullarını oğurlasınm. O, həmin avtomobilə yaxınlaşmış və görmüşdür ki, avtomobilin qapısı açıqdır. Həmin avtomobildən bir qədər aralıda arabanı görüb həmin arabanı avtomobilin yanına sürüb avtomobildə olan 02 yeşik üzümü, 02 ədəd banan yeşiyində narı, 03 ədəd banan yeşiyndə narıngini (mandarin), 02 yeşik pomidoru, 01 ədəd plastmas yeşikdə feyoxanı, 01 yeşik almanı, 01 yeşik xurmanı, 10 ədəd süpürgəni oğurlayıb arabaya yığıb oradan uzaqlaşmışdır. Lakin həmin avtomobildə meyvə-tərəvəz məhsulları qalmışdır. O, arabanı TM-nin digər tərəfində dayanan taksi avtomobillərinin yanına sürüb oğurladığı meyvə-tərəvəz məhsullarını dövlət qeydiyyat nişanına fikir vermədiyi VAZ 2104 markalı taksi avtomobilinə yükləyib avtomobili Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazarın qarşısına sürdürmüşdür. Oğurladığı meyvə-tərəvəz məhsullarını taksi avtomobilindən düşürdüb 15 saylı bazara aparıb satmağa başlamışdır. Həmin gün günorta vaxtı 15 saylı bazarda olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb onlarla birlikdə 10-cu PB-nə getməli olduğunu bildirmişlər. Həmin polis əməkdaşları onu və oğurladığı meyvə-tərəvəz məhsullarını Meyvəli TM-dən 15 saylı bazara gətirdiyi taksi avtomobilinin sürücüsünü Qaradağ RPİ-nin 10-cu PB-nə aparıb təhvil vermişlər. Qaradağ RPİ-nin 10-cu PB-də o, etdiyi oğurluq cinayətlərini etiraf etmiş və 30.10.2020-ci il tarixdə oğurladığı meyvə-tərəvəz məhsullarının bir qismini satdığını, çox hissəsinin isə meyvətərəvəz satdığı yerdə olduğunu bildirmişdir. Polis əməkdaşları onunla birlikdə 15 saylı bazarda meyvə-tərəvəz məhsulları satdığı yerə getmişlər və o, həmin gün oğurladığı meyvə-tərəvəz məhsullarını polis əməkdaşlarına tərəzidə çəkib təhvil vermişdir. Belə ki, o, 9 kiloqram feyxoa, 28 kiloqram alma, 41 kiloqram nar, 26 kiloqram üzüm, 28 kiloqram pomidor, 10 ədəd süpürgə təhvil vermişdir. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən 24 saat fəaliyyət göstərən köşkün arxasındakı seyfdən 16.05.2020-ci il tarixdə saat 01:30-da oğurluq etmişdir. Ona həmin oğurluq cinayətini törətməkdə heç kim kömək etməyib, cinayəti tək törətmişdir. Bir daha bildirmişdir ki, o, 16.05.2020-ci il tarixdə köşkün arxasındakı seyfdən siqaretləri tək oğurlamışdır. Sənan ilə birlikdə həmin seyfdən oğurluq etməyini əvvəlki ifadələrində düzgün bildirməmişdir. O, təkcə armatur oğurluğunu Sənan ilə birlikdə törətmişdir. Etdiyi digər oğurluqları tək törətmişdir. O, 16.05.2020-ci il tarixdə, 24.10.2020ci il tarixdə, 27.10.2020-ci il tarixdə və 30.10.2020-ci il tarixdə oğurluq cinayətlərini törədərkən onu heç kim görməmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq cinayətləri törətmişdir. O, 24.10.2020-ci il tarixdə, 27.10.2020-ci il tarixdə və 30.10.2020-ci il tarixdə yük avtomobillərindən oğurladığı meyvə-tərəvəz məhsullarını Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazara aparan taksi avtomobillərinin sürücülərini tanımırmış və həmin sürücülərə həmin meyvə-tərəvəz məhsullarının oğurluq olmasını deməmişdir. O, 24.10.2020-ci il tarixdə, 27.10.2020-ci il tarixdə və 30.10.2020-ci il tarixdə yük avtomobillərindən oğurluq edərkən onu heç kim görməmişdir. O, ifadəsində göstərdiyi oğurluq cinayətlərini törədərkən ona heç kim köməklik etməmişdir. O, 17.04.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus armaturları oğurladıqdan sonra metal qəbuletmə məntəqəsinə yükləyib apardığı avtomobilın sürücüsünə demişdir ki, həmin armaturlar ev tikdikdən sonra artıq qalan armaturlardır, özlərinə məxsusdur, satmağa aparırlar. O, 30.10.2020-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-də verdiyi izahatında 27.10.2020-ci il tarixdə oğurladığı meyvə-tərəvəz məhsulunu Meyvəli TM-də taksilər dayanan yerdə tanımadığı bir şəxsə 100 manata satdığını düzgün göstərməmişdir. Həqiqətdə o, 27.10.2020-ci il tarixdə oğurladığı meyvə-tərəvəz məhsulunu Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazarda ticarətlə məşğul olduğu yerdə satmışdır. O, oğurladığı armaturları, meyvə-tərəvəz məhsullarını satıb əldə etdiyi pulun bir hissəsinə ərzaq malları alıb evə aparmış, bir hissəsini də şəxsi ehtiyaclarına xərcləmişdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, 03 noyabr 2018-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş. Birgə nikahdan uşaqları olmasa da həyat yoldaşı heç bir yerdə işləməməklə xəstəlikdən əziyyət çəkir. O, son olaraq törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Sabirabad rayonu, Ətcələr kəndində qeydiyyatdadır. Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mkr, Mircəlal küçəsi, ev 64, mənzil 27-də ailəsi ilə birlikdə yaşayır. O, Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən meyvə-tərəvəz mağazasında satıcı işləyir. Həmçinin həmin mağazada satılan meyvə-tərəvəz məhsullarını da Meyvəli” TM-dən o, özü alıb mağazaya gətirir. O, Qazel markalı ** TM *** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə ilə idarə edir, həmin yük avtomobili ilə hər gün səhər vaxtı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” TM-nə gedib meyvə-tərəvəz məhsulu alıb satıcı işlədiyi mağazaya gətirib satır. Həmin yük avtomobilinin yük yeri tentlidir, yük yerinin qıfılı yoxdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, 27.10.2020-ci il tarixdə təxminən saat 08 radələrində meyvə-tərəvəz almaq üçün idarə etdiyi Qazel markalı ** TM *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Meyvəli TM-nə gəlib kartof-soğan satılan yerin yaxınlığında dayancaqda saxlayıb meyvə-tərəvəz məhsulu almağa getmişdir. O, Meyvəli TM-dən kartof, soğan, armud, limon, portağal, bibər, banan, alma, üzüm, xurma, balqabaq alıb arabaya yüklətdirib gətirib yük avtomobilinin yük yerinə yığmışdır. Həmin vaxt təxminən saat 09 radələri olarmış. O, yenidən meyvə-tərəvəz məhsulu almaq üçün TM-nə daxil olmuşdur. Təxminən 30 dəqiqə sonra meyvə-tərəvəz məhsulu alıb arabaya yüklətdirib avtomobilinə yaxınlaşıb yük yerinə baxanda görmüşdür ki, avtomobilin yük yerindən bir yeşik armud, 01 qutu banan, 01 ədəd plastmas yeşikdə şirin bibər, 03 ədəd taxta yeşikdə xurma, içərisində 75 ədəd limon olan 01 qutu oğurlanmışdır. O da bundan sonra DİN-nin 102 xidmətinə zəng edib avtomobilindən meyvə-tərəvəz məhsullarının oğurlanması barədə məlumat vermiş, polis əməkdaşları gəlmişlər, daha sonra o, Qaradağ RPİ-nin 10-cu PB-nə gedib şikayət ərizəsi yazıb izahat vermişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, onun Qazel markalı ** TM *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən 35 manat dəyərində 01 qutu banan, xarici ölkədən gətirilmiş içərisində 13 kiloqram olan, 1 kiloqramı 3,30 manat, ümumi dəyəri 42,90 manat olan 01 ədəd taxta yeşikdə konfrans növlü armud, xarici ölkədən gətirilmiş içərisində 7,8 kiloqram olan, 1 kiloqramı 02 manat, 15,60 manat dəyərində 01 ədəd plastmas yeşikdə şirin bibər, hər birinin içərisində 8,5 kiloqram olan, 01 ədəd taxta yeşiyinin qiyməti 8 manat olan 03 ədəd xurma yeşiyi, Türkiyə Respublikasından gətirilmiş 01 ədədinin dəyəri 24 qəpik, ümumi dəyəri 18 manat təşkil edən içərisində 75 ədəd limon olan qutu oğurlanmışdır. Oğurlanmış meyvə-tərəvəz məhsullarına görə ona ümumilikdə 135,50 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs Bağırzadə Ayaz Əfqan oğlu məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, ünvan 5 ünvanında yerləşən kioskda işləyirmiş. İşlədiyi kiosk 24 saat ərzində fəaliyyət göstərirmiş. Kioskda satılan məhsullarla əlaqədar olaraq cavabdehliyi o özü daşıyırmış və həmin oğurlanmış mallara görə dəymiş ziyan onun özünə aiddir. Kioskda satdığı müxtəlif növ siqaretləri kioskun arxasında divara söykənmiş seyfdə saxlayırmış. Həmin seyf dəmirdəndir və iki gözlüdür. Bundan başqa seyfin qapısı qıfıllanırmış. O 25 aprel 2020-ci il tarixdən Ramazan ayı ilə əlaqədar olarq oruc tutmağa başlamışdır. Habelə imsakla bağlı bəzi hallarda gecə kiosku bağlayıb evinə gedib evdən özünə yemək gətirib kioskda yeyirmiş. 16.05.2020-ci il tarixdə saat 01 radələrində kiosku bağlayıb özünə yemək gətirmək üçün evə getmişdir. Bir qədər keçmişdir ki, evdən özü ilə bir qədər yemək götürüb kioska qayıdıb qapısının kilidin açıb işləməyə başlamışdır. Səhər saat təxminən 11 radələrində müştərilərdən biri siqaret almaq üçün müraciət etmiş və o kioskdan çıxıb divarı söykənilmiş dəmir seyfə yaxınlaşmışdır ki, seyfin içərisindən siqaret götürüb müştəriyə versin. Elə bu vaxt görmüşdür ki, seyfin qapılarının üzərində olan qapıları qırılmışdır. Seyfin içərisinə baxarkən aşkar etmişdir ki, seyfin içərisində saxladığı müxtəlif çeşidli siqaretlərdən oğurlanmışdır. Bir qədər ətrafa baxmışdır ki, bəlkə də oğurluq edən hər hansı bir şəxsi aşkar edəcəkmiş. Lakin heç bir müsbət nəticə əldə edə bilməmiş və bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi qərar alıb olanlar barədə müraciət etmişdir. Ümumi olaraq ona 139 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Lerik rayonu, Pirasora kəndində qeydiyyatdadır, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. o, yaşadığı evin yaxınlığında icarəyə mağaza götürüb meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olur. X10 markalı 90 CZ 519 dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. O, həmin yük avtomobili ilə hər gün səhər vaxtı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” TM-nə gedib meyvə-tərəvəz məhsulu alıb yaşadığı ünvanın yaxınlığındakı icarəyə götürdüyü mağazada satır. İşin mahiyyəti üzrə bildirir ki, 24.10.2020-ci il tarixdə təxminən saat 11 radələrində meyvə-tərəvəz almaq üçün idarə etdiyi Ford Transit markalı 90 482 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Meyvəli TM-nə gəlmişdir. O, avtomobilini Meyvəli TM-nin çıxış hissəsinin yaxınlığında saxlayıb meyvə-tərəvəz məhsulu almağa getmişdir. O, Meyvəli TMdən 01 qutusunun dəyəri 35 manat olan 03 qutu banan, Tovuz rayonundan gətirilmiş hər birinin içərisində 10 kiloqram olan, 01 kiloqramı 1.20 manat təşkil edən, ümumilikdə 20 kiloqram çəkidə 24 manat dəyərində 02 ədəd plastmas yeşikdə qara üzüm, xarici ölkədən gətirilmiş hər birinin içərisində 08 kiloqram olan, 01 kiloqramı 1.8 manat təşkil edən, ümumi dəyəri 28,80 manat olan 02 ədəd plastmas yeşikdə portağal (apelsin), hər birinin içərisində 28 kiloqram olan, 1 kiloqramının dəyəri 60 qəpik olan ümumi dəyəri 33,6 manat olan 02 ədəd banan qutusunda donuzburun növlü nar almışdır. O, aldığı meyvə-tərəvəz məhsullarını arabaya yüklətdirib avtomobilinin yanına gətirib avtomobilin yük yerinə yığmışdır. Həmin vaxt təxminən saat 13 radələri olarmış. Daha sonra o, avtomobilin yük yerinin qapısını açarla bağlamayıb sadəcə qapını örtüb aldığı meyvə-tərəvəz məhsullarını gətirməyə getmişdir. Həmin gün təxminən saat 14 radələrində o, avtomobilinə yaxınlaşanda avtomobildə olan meyvə-tərəvəz məhsullarının oğurlandığını aşkar etmişdir. O, DİN-nin 102 xidmətinə zəng edib avtomobilindən meyvə-tərəvəz məhsullarının oğurlanması barədə məlumat vermişdir. Biraz sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər və sonra o, Qaradağ RPİ-nin 10-cu PB-nə gedib şikayət ərizəsi yazıb izahat vermişdir. Zərərçəkmiş şəxs1 ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, X10 markalı 90 CZ 519 dövlət qeydiyyat nişanlı yük avtomobilindən 01 qutusunun dəyəri 35 manat olan 03 qutu banan, Tovuz rayonundan gətirilmiş hər birinin içərisində 10 kiloqram olan, 01 kiloqramı 1.20 manat təşkil edən, ümumilikdə 20 kiloqram çəkidə 24 manat dəyərində 02 ədəd plastmas yeşikdə qara üzüm, xarici ölkədən gətirilmiş hər birinin içərisində 08 kiloqram olan, 01 kiloqramı 1.8 manat təşkil edən, ümumi dəyəri 28,80 manat olan 02 ədəd plastmas yeşikdə portağal (apelsin), hər birinin içərisində 28 kiloqram olan, 1 kiloqramının dəyəri 60 qəpik olan ümumi dəyəri 33,6 manat olan 02 ədəd banan qutusunda donuzburun növlü nar oğurlanmışdır. Ona baş vermiş oğurluq hadisəsinə görə 191,40 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatdadır, Bakı şəhəri, ünvan 6 ünvanında ailəmlə birlikdə yaşayır. O, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində icarəyə mağaza götürmüş, həmin mağazada meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olur. X10 markalı 90 RB 482 dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. O, həmin yük avtomobili ilə hər gün səhər vaxtı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” TM-nə gedib meyvətərəvəz məhsulu alıb icarəyə götürüb işlətdiyi mağazaya aparıb satır. İşin mahiyyəti üzrə bildirir ki, 30.10.2020-ci il tarixdə təxminən saat 08 radələrində meyvə-tərəvəz almaq üçün idarə etdiyi Ford Transit markalı 90 RB 482 dövlət qeydiyyat nişanlı yük avtomobilinə əyləşib Meyvəli TM-nə sürmüşdür. O, avtomobilini Meyvəli TM-nin karot satılan talvarın yaxınlığındakı avtomobil dayanacağında saxlayıb meyvə-tərəvəz məhsulu almağa getmişdir. O, Meyvəli TM-dən 4 yeşik üzüm, 3 banan qutusunda nar, 3 banan qutusunda mandarin, 2 yeşik pomidor, 1 banan qutusunda xurma, 10 kiloqram feyxoa, 01 yeşik alma, 10 ədəd süpürgə alıb arabaya yükləyib gətirib avtomobilinin yük yerinə yükləmiş, daha sonra yenidən TM-nə getmişdir ki, digər meyvə-tərəvəz məhsulları alsın. O, digər meyvətərəvəz məhsulları alıb təxminən 11 radələrində avtomobilinə yaxınlaşıb yük yerinin qapısını açanda görmüşdür ki, yük yerində olan meyvə-tərəvəz məhsulalrının çox hissəsi yoxdur. O da buna görə Meyvəli TM-nin polislərinə yaxınlaşıb avtomobilindən meyvətərəvəzin oğurlanması barədə məlumat vermişdir. Bir müddət sonra məlum olmuşdur ki, avtomobilindən meyvə-tərəvəz məhsullarını Mehdi adlı şəxs oğurlayıb ki, Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazara aparıb satsın. Baş vermiş oğurluq hadisəsi ilə bağlı o, 10-cu PB-də ərizə və izahat yazmışdır. Lakin meyvə-tərəvəz məhsullarını oğurlayan Mehdi adlı şəxs oğurladığı meyvə-tərəvəz məhsullarının bir hissəsini satmışdır. Polis əməkdaşları ona məxsus meyvə-tərəvəz məhsullarını Mehdinin satdığı yerdən götürüb tərəzidə çəkib xarab olan məhsul olduğuna görə ona təhvil vermişlər. Zərərçəkmiş şəxs2 ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, X10 markalı 90 RB 482 dövlət qeydiyyat nişanlı yük avtomobilindən 01 kioqramının dəyəri 01 manat olan hər birinin içərisində 13 kiloqram dərbəndi növündən olan 02 yeşik üzüm, 01 kiloqramının dəyəri 1.80 manat olan iki ədəd banan qutusunda 66 kiloqram gülöyşə növlü nar, 01 kiloqramının dəyəri 1.30 manat olan üç ədəd banan qutusunda ümumilikdə 65 kiloqram karli növlü naringi (mandarin), 1 kiloqramının dəyəri 1.20 manat olan iki ədəd yeşikdə ümumilikdə 82 kiloqram Göyçay pomidoru, 01 kiloqramının dəyəri 90 qəpik olan 01 ədəd plastmas yeşikdə 10 kiloqram feyxoa, 01 kiloqramının dəyəri 90 qəpik olan 01 ədəd yeşikdə 30 kiloqram palmet növlü alma, 01 kiloqramının dəyəri 1,20 manat olan 01 yeşik 32 kiloqram xurma, 01 ədədinin dəyəri 2,70 manat olan 10 ədəd süpürgə oğurlanmışdır. Mənim idarə etdiyim avtomobilidən ümumilikdə 429,10 manat dəyərində meyvə tərəvəz məhsulu oğurlanmışdır. Onu da qeyd etmək istəyir ki, avtomobilindən oğurluq etmiş Mehdi adlı şəxs yaxalandıqdan sonra ona məxsus 28 kiloqram naringi (mandarin), 9 kiloqram feyxoa, 28 kiloqram alma, 41 kiloqram nar, 26 kiloqram üzüm, 28 kiloqram pomidor və 10 ədəd süpürgə onun özünə təhvil verilmişdir. Yəni ki, oğurlanmış 429,10 manat dəyərində meyvə tərəvəz məhsulundan 230.1 manat dəyərində meyvə-tərəvəz məhsulu ona qaytarılmışdır. O, ilkin olaraq ərizə yazanda dəymiş maddi ziyanın təxminən 700 manat təşkil etdiyini yazmış, indi isə dəqiq hesablamışdır. Dəymiş ziyan 429,10 manat təşkil edir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun heç kəslə ədavəti düşmənçiliyi yoxdur. ünvan 8 ünvanında qeydiyyatda olsa da, ünvan 9 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. 2018-ci ilin noyabr-dekabr ayında o Lökbatan qəsəbəsində dəqiq ünvanını bilmədiyi lakin dəmir yolu xəttinə yaxın yerdən 2 sot boş torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini heç kimin adına rəsmiləşdirməmişdir. Elə həmin vaxtdan da torpaq sahəsində ev tikməyə başlamışdır. Hazırda həmin torpaq sahəsində ona məxsus 2 mərtəbəli yarım tikili vardır. 2018-ci ildə torpaq sahəsi aldıqdan sonra o ev tikintisinə başlayan zaman evin bünovrəsi və ara kəsmələri üçün 12 metr uzunluğunda 12 mm diametrdə Bakı istehsalı olan armatur almışdır. Evin bünövrəsi və ara kəsmələri tikildikdən sonra 128 ədəd armatur artıq qalmışdır. O həmin armaturları yarımtikilinin 1-ci mərtəbəsinə yığmışdır. Həmin yarım tikili daş hasarla əhatə olunmamışdır. Yarım tikilinin birinci mərtəbəsinin giriş qapısı dəmirdəndir. Pəncərələri isə taxta ilə mismarlanmışdır. Ona məxsus yarımtikilidə olan qonşular onun yaxın qohumlarıdır. 2020-ci ilin aprel ayında qonşuları onunla telefon əlaqəsi saxlayaraq bildirmişlər ki, ona məxsus yarım tikilidən 3 nəfər şəxs armaturları oğurlamışlar. O hadisə yerinə gələn zaman görmüşdür ki, naməlum şəxslər 1 mərtəbənin pəncərəsinə mismarla bərkitdiyi taxtanı sındıraraq yarımtikiliyə daxil olub oradan ona məxsus təxminən 2100 manat dəyərində 120 ədəd armaturları oğurlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, yalnız bir oğurluq cinayətini törətmiş və onunla bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs o müəyyən bir müddətdir ki, tanıyırmış, onunla normal münasibətləri olmuşdur. 10-20 aprel 2020-ci il tarixləri arasında tarixi tam dəqiq yadında deyil. O Mehdi ilə görüşmüş və bir birinə maddi vəziyyəti ilə bağlı şikayətlərini etmişlər. Mehdi ilə o oğurluq etmək qərarına gəlmişlər və ona görə də Tural adlı şəxsə məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən iki mərtəbəli yarım tikilidə armatur olduğunu Mehdi demiş və ona görə də onlar həmin ünvana getmişlər. Həmin vaxt Mehdi birinci mərtəbədən içəri daxil olmuş və 6 ədəd armatur çıxartmışdır. Bundan sonra həmin armaturları onlar yaxınlıqda yerləşən qamışlıqda gizlətmişlər və bir gün sonra Mehdi ilə o gedib həmin dəmir armaturları götürüb aparıb dəmir alveri ilə məşğul olan Rəsiqə kimi tanımıdığı qadına satmışlar. Həmin armaturlardan onlar 100 manat əldə etmişlər və 40 manatını o götürmüş, 60 manatını isə Mehdi götürmüşdür, ona görə ki o daxil olub oradan armaturları çıxartmışdır. Bildirmişdir ki, bu oğurluqdan başqa o heç bir cinayət törətməmişdir. Qeyd etmişdir ki, oğurladığı armaturları çiynində aparmışdır. O bildirmişdir ki, ona elan edilən ittihamdan göründüyü kimi o, köşkdən heç bir oğurluq etməmişdir və onun üzərindən heç bir şəkildə narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamışdır. Onlarla heç bir münasibəti olmamışdır. Dəqiq tarixini xatırlamadığı vaxtda o, Lökbatan qəsəbəsində qara-metal alış verişi ilə məşğul olan Nizami adlı şəxsin yanında imiş. Həmin vaxt ora sonradan adlarını bildiyi Sənan ona yaxınlaşmışlar. Sənan ona demişdir ki, onda satılıq armatur olmuşdur. O, Sənandan armaturun uzunluğunu və diametrini soruşmuşdur. Sənan ona armaturun uzunluğunun 12 metr olduğunu demişdir. Lakin diametri barədə heç bir söz deməmişdir. Sənanla söhbətlərindən bir neçə gün sonra o, axşam saatlarında onun yaşadığı evə gəlmişdir. O ona bir dəfə 10 ədəd 12 metr uzunluğunda armatur satmışdır. O, Sənandan armaturun bir metrəsini 0.80 qəpiyə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2011-ci il tarixdən DİO-da, həmçinin həmin tarixdən də Qaradağ rayon Mühafizə İdarəsində xidmət edir, rütbəsi polis serjantıdır. Onun xidməti ərazisi Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-nin ərazisidir. O, səhər saat 09-da xidmətə başlayır və 24 saatdan sonra növbəti gün saat 09:00-da xidməti bitir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 30.10.2020-ci il tarixdə saat 09:00-da Meyvəli TM-də xidmətə başlamış, xidməti post yoldaşı polis serjantı Şahid4 olmuşdur. Həmin gün saat 11:45-də Meyvəli TM-də Şahid4 ilə xidmətdə olduğu zaman Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb bildirmişdir ki, Ford Transit markalı 90 RB 482 dövlət qeydiyyat nişanlı yük avtomobilindən təxminən 500-600 manat dəyərində meyvə-tərəvəz məhsulu oğurlanmışdır. Zərərçəkmiş şəxs2 hansı meyvə-tərəvəz məhsullarının oğurlandığını soruşanda o, oğurlanmış meyvə-tərəvəz məhsullarının adlarını, həmçinin 10 ədəd süpürgənin də oğurlandığını bildirmişdir. Onlar Meyvəli TM-nin daxili müşahidə kameralarına baxıb müəyyən etmişlər ki, Zərərçəkmiş şəxs2 yük avtomobilindən meyvətərəvəz məhsulunu oğurlayan şəxs həmin məhsulları arabadan Vaz 2104 markalı 15 BT- 751 dövlət qeydiyyat nişanlı taksi avtomobilinə yükləyib aparır. Onlar həmin taksi avtomobilinin sürücüsünə yaxınlaşıb həmin yükü hara aparmasını soruşmuşlar. Həmin sürücü yükü Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazara apardığını bildirmişdir. O, post yoldaşı Şahid4, Zərərçəkmiş şəxs2 və taksi sürücüsü Yusif ilə birlikdə 15 saylı bazara getmişdir. 15 saylı bazarda taksi sürücüsü Yusif meyvə-tərəvəz məhsullarının boşaldığı yeri və meyvə-tərəvəz məhsullarını bazara gətirdiyi Mehdi adlı şəxsi göstərmişdir. Onlar həmin yerə yaxınlaşanda Zərərçəkmiş şəxs2 öz mallarını tanımışdır. Sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs həmin meyvə-tərəvəz məhsullarını oğurladığını etiraf etmişdir. O, post yoldaşı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs, zərərçəkən Zərərçəkmiş şəxs2 və taksi sürücüsü Şahid2 Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edib həmin şəxsləri 10-cu PB-nə təmin etmişdir. Qaradağ RPİ-nin 10-cu PB-də baş vermiş hadisə ilə bağlı raport yazıb oğurluq etmiş Təqsirləndirilən şəxs və taksi sürücüsü Şahid2 Qaradağ RPİ-nin 10-cu PB-nə təhvil vermişlər. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs oğurluq etməsini müəyyən etdikdən sonra onu 10-cu PB-nə dəvət edərkən o, hər hansı bir formada müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2010-cu il tarixdən DİO-da, həmçinin həmin tarixdən də Qaradağ rayon Mühafizə İdarəsində xidmət edir, rütbəsi polis serjantıdır. Onun xidməti ərazisi Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-nin ərazisidir. O, səhər saat 09-da xidmətə başlayır və 24 saatdan sonra növbəti gün saat 09:00-da xidməti başa çatır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 30.10.2020-ci il tarixdə saat 09:00-da Meyvəli TM-də xidmətə başlamış, xidməti post yoldaşı, polis serjantı Şahid5 olmuşdur. Həmin gün saat 11:45-də Meyvəli TM-də Şahid5 ilə xidmətdə olduğu zaman Zərərçəkmiş şəxs2 onlara yaxınlaşıb bildirmişdir ki, Ford Transit markalı 90 RB 482 dövlət qeydiyyat nişanlı yük avtomobilindən təxminən 500-600 manat dəyərində meyvə-tərəvəz məhsulu oğurlanmışdır. Zərərçəkmiş şəxs2 hansı meyvə-tərəvəz məhsullarının oğurlandığını soruşanda o, oğurlanmış meyvə-tərəvəz məhsullarının adlarını, həmçinin 10 ədəd süpürgənin də oğurlandığnı bildirmişdir. Onlar Meyvəli TM-nin daxili müşahidə kameralarına baxıb müəyyən etmişlər ki, Zərərçəkmiş şəxs2 yük avtomobilindən meyvətərəvəz məhsulunu oğurlayan şəxs həmin məhsulları arabadan Vaz 2104 markalı 15 BT- 751 dövlət qeydiyyat nişanlı taksi avtomobilinə yükləyib aparır. Onlar həmin taksi avtomobilinin sürücüsünə yaxınlaşıb həmin yükü hara aparmasını soruşmuşlar. Həmin sürücü yükü Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazara apardığını bildirmişdir. O, post yoldaşı Şahid5, Zərərçəkmiş şəxs2 və taksi sürücüsü Yusif ilə birlikdə 15 saylı bazara getmişlər. 15 saylı bazarda taksi sürücüsü Yusif meyvə-tərəvəz məhsullarının boşaldığı yeri və meyvə-tərəvəz məhsullarını bazara gətirdiyi Mehdi adlı şəxsi göstərmişdir. Onlar həmin yerə yaxınlaşanda Zərərçəkmiş şəxs2 öz mallarını tanımışdır. Sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs həmin meyvə-tərəvəz məhsullarını oğurladığını etiraf etmişdir. O, post yoldaşı Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs, zərərçəkən Zərərçəkmiş şəxs2 və taksi sürücüsü Şahid2 Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edib həmin şəxsləri 10-cu PB-nə təmin etmişdir. Qaradağ RPİ-nin 10-cu PB-də baş vermiş hadisə ilə bağlı raport yazıb oğurluq etmiş Təqsirləndirilən şəxs və taksi sürücüsü Şahid2 Qaradağ RPİ-nin 10-cu PB-nə təhvil vermişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs oğurluq etməsini müəyyən etdikdən sonra onu 10-cu PB-nə dəvət edərkən o, hər hansı bir formada müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun Vaz 21043 markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobıli vardır. O, həmin avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-nin ərazisində də dayanıb taksi fəaliyyəti ilə məşğul olub müştərilərin meyvə-tərəvəz məhsullarını ünvanlara aparıb ailəsini dolandırır. O, Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazarda ticarətlə məşğul olan Mehdi adlı şəxsi tanıyır, onunla hər hansı bir münasibəti yoxdur, bir neçə dəfə onun meyvə-tərəvəz məhsullarını Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazara aparmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 30.10.2020-ci il tarixdə təxminən saat 10 radələrində o, həmişə olduğu kimi Meyvəli TM-də taksi avtomobillərinin dayandığı yerdə dayanıb müştəri gözləyən zaman Mehdi arabanı gətirib onun Vaz 21043 markalı avtomobilinin yanında saxlamışdır. Arabada 02 yeşik üzüm, 02 ədəd banan yeşiyində nar, 03 ədəd banan yeşiyində narıngi (mandarin), 02 yeşik pomidor, 01 ədəd plastmas yeşikdə feyxoa, 01 yeşik alma, 01 yeşik xurma, 10 ədəd süpürgə olmuşdur. Mehdi onunla həmin meyvətərəvəz məhsullarını Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazara aparmağa 7 manata razılaşmış və həmin meyvə-tərəvəz məhsullarını avtomobilinə yükləyib avtomobili Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazarın qarşısına sürmüşdür. O, Mehdiyə həmin meyvə-tərəvəz məhsullarını onun 15 saylı bazarda ticarətlə məşğul olduğu yerə aparmağa köməklik etmişdir. Mehdi ona 7 manat pul vermiş və o, avtomobili Meyvəli TM-nə sürüb həmişə dayandığı yerdə dayanmışdır. Həmin gün təxminən 1 saat sonra Meyvəli TM-nin polis əməkdaşları ona yaxınlaşıb 1 saat bundan əvvəl apardığı meyvə-tərəvəz məhsullarının oğurluq olmasını bildirib həmin meyvə-tərəvəz məhsullarını apardığı yeri ondan soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, həmin meyvə-tərəvəz məhsullarını adının Mehdi olduğu müştəri ilə Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazara aparmışdır. O, polis əməkdaşları və meyvə-tərəvəz məhsulları oğurlanan şəxs ilə birlikdə Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazara getmişdir. O, 15 saylı bazarda Mehdinin ticarətlə məşğul olduğu yeri polis əməkdaşlarına göstərmişdir. Meyvə-tərəvəz məhsulları oğurlanan şəxs öz mallarını tanımışdır. Mehdi həmin meyvə-tərəvəz məhsullarını oğurladığını etiraf etmişdir. Polis əməkdaşları Mehdini, zərərçəkəni və onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edib onu və Mehdini Qaradağ RPİ-nin 10-cu PB-nə təhvil vermişlər. Bildirmək istəmişdir ki, Mehdi adlı şəxsin meyvə-tərəvəz məhsullarını oğurlaması ilə onun heç bir əlaqəsi yoxdur, o, bir taksi sürücüsü kimi həmin məhsulları Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazara aparmışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs meyvə-tərəvəz məhsullarını Meyvəli TM-dən onun avtomobili ilə Lökbatan qəsəbəsində yerləşən 15 saylı bazara apararkən həmin məhsulların oğurluq olması barədə ona məlumat verməmişdir. O, həmin malların oğurluq olmasını bilsəymiş heç vaxt avtomobilinə yüklənməsinə belə icazə verməzmiş. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2020-ci il tarixli 9/4933 saylı rəyindən görünür ki; Zərərçəkmiş şəxs1 Ford Transit markalı yük avtomobilindən oğurlanmış malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti: 01 qutu banan 35 manat, 03 qutu-105 manat; Tovuz rayonundan gətirilmiş üzümün 01 kiloqramı 1,20 manat, 20 kiloqramı-24 manat; Xarici ölkədən gətirilmiş portağalın (apelsin) 01 kiloqramı 1,8 manat, 16 kiloqramı 28,80 manat; Donuzburun növlü narın 01 kiloqramı 0,60 manat, 56 kiloqramı-33,60 manat təşkil etməklə Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış malların ümumi dəyəri 191,40 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs5 Qazel markalı yük avtomobilindən oğurlanmış malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti: 01 qutu banan 35 manat; Xarici ölkədən gətirilmiş konfrans növlü armudun 01 kiloqramı 3,30 manat, 13 kiloqramı 42,90 manat; Xarici ölkədən gətirilmiş şirin bibərin 01 kiloqramı 2 manat, 7,8 kiloqramı 15,60 manat; İçərisində 8,5 kiloqram olan xurma yeşiyi 8 manat, 03 yeşik xurma 24 manat; Türkiyə Respublikasından gətirilmiş 01 ədəd limon 0,24 manat, 75 ədədi 18 manat təşkil etməklə Zərərçəkmiş şəxs5 məxsus oğurlanmış malların ümumi dəyəri 135,50 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs2 Ford Transit markalı yük avtomobilindən oğurlanmış malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti: Dərbəndi növündən olan üzümün 01 kiloqramı 1 manat, 26 kiloqramı-26 manat; Gülövşə növlü narın 01 kiloqramı 1,80 manat, 66 kiloqramı-118,80 manat; Karli növlü naringinin (mandarin) 01 kiloqramı 1,30 manat, 65 kiloqramı-84,50 manat; Göyçay pomidorunun 01 kiloqramı 1,20 manat, 82 kiloqramı-98,40 manat; 01 kiloqram Feyxoa 0,90 manat, 10 kiloqramı-9 manat; Palmet növlü almanın 01 kiloqramı 0,90 manat, 30 kiloqramı-27 manat; Xurmanın 01 kiloqramı 1,20 manat, 32 kiloqramı-38,40 manat; 01 ədəd süpürgə 2,70 manat, 10 ədədi-27 manat təşkil etməklə, Zərərçəkmiş şəxs2 məxsus oğurlanmış malların ümumi dəyəri 429,10 manat təşkil etmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə 01 ədəd video vardır. Video 58 saniyə davam edir. Həmin video görüntüyə baxanda müəyyən edilir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-də avtomobillərin dayandığı cərgədə göy rəngli Ford Transit markalı yük avtomobili dayanmışdır. Bir nəfər əynində qara rəngli gödəkçə olan kişi cinsli şəxs, araba ilə həmin avtomobilə yaxınlaşıb arxa qapılarını açıb avtomobilin yük yerindən iki ədəd banan qutusunu arabaya yükləyir. İstintaq zamanı Təqsirləndirilən şəxs 31.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 Ford Transit markalı yük avtomobilindən oğurladığı malların bir hissəsi, yəni 28 kiloqram naringi (mandarin), 09 kiloqram feyxoa, 28 kiloqram alma, 41 kiloqram nar, 26 kiloqram üzüm, 28 kiloqram pomidor və 10 ədəd süpürgə maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəyə minmiş Qaradağ rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Şahid1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə 17 aprel 2020-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən iki mərtəbəli yeni tikilinin birinci mərtəbəsinin açıq pəncərəsindən qanunsuz daxil olmaqla saxlanc yerindən 120 ədəd hər biri 12 metr uzunluğunda dəmir metal materialdan ibarət olan ümumi qiyməti 2100 manat təşkil edən armaturları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 2100 manat maddi ziyan vurmaqla oğurluq etdiyinə görə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmiş, bundan sonra Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 31 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə maddi sübut kimi tanınmış 28 kiloqram naringi (mandarin), 09 kiloqram feyxoa, 28 kiloqram alma, 41 kiloqram nar, 26 kiloqram üzüm, 28 kiloqram pomidor və 10 ədəd süpürgənin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 32 iş saatı, Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 15 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 192 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 90 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasının əvvəli 31 dekabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 28 kiloqram naringi (mandarin), 09 kiloqram feyxoa, 28 kiloqram alma, 41 kiloqram nar, 26 kiloqram üzüm, 28 kiloqram pomidor və 10 ədəd süpürgənin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 192 (yüz doxsan iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar