Məhkəmə qərarları › İş №1(002)-107/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-107/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-107/2023 11.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1965-ci ildə Lerik rayonu Orand kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonu Orand kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Heybət Stansiyasında yaşayan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1992-ci ildə Füzuli rayonu Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qaradağ rayonu MKTB-də işləyən, əvvəllər məhkum edilməmiş, Füzuli rayonu Horadiz qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Heybət Stansiyasında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 noyabr 2022-ci il tarixdə saat 21.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan- Xocəsən yolunun sağ tərəfində yerləşən "xxxx" MMC-nin hasarla əhatə edilməklə saxlanc yeri hesab edilən ərazisinə hasarın alt hisəsində olan boşluqdan qanunsuz daxil olaraq, həmin həyətdə yerləşən anbar kimi istifadə olunan yarımçıq tikilidə yığılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus üzərində “OAK Lux&Standart” yazıları olan, 650x152x14 mm 450 ölçülü, 01 m2-nin qiyməti 60 manat olmaqla, ümumilikdə 112 paketdə 132 m2-lik, 7920 manat dəyərində parketləri həyətdən çıxarıb yük daşımaq adı ilə həmin yerə çağırdıqları Şahid4 etibarnamə ilə idarə etdiyi "xxxx" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərkən, MMC-nin mühafizəçilərinin onları cinayət başında aşkar etmələrindən sonra hadisə yerindən qaçıb uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib Zərərçəkmiş şəxs MMC-nin xeyli miqdarda əmlakını oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 Qardaş oğlu ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 noyabr 2022-ci il tarixdə saat 21.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunun sağ tərəfində yerləşən "xxxx" MMC-nin hasarla əhatə edilməklə saxlanc yeri hesab edilən ərazisinə hasarın alt hisəsində olan boşluqdan qanunsuz daxil olaraq, həmin həyətdə yerləşən anbar kimi istifadə olunan yarımçıq tikilidə yığılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus üzərində “OAK Lux&Standart” yazıları olan, 650x152x14 mm 450 ölçülü, 01 m2-nin qiyməti 60 manat olmaqla, ümumilikdə 112 paketdə 132 m2-lik, 7920 manat dəyərində parketləri həyətdən çıxarıb yük daşımaq adı ilə həmin yerə çağırdıqları Şahid4 etibarnamə ilə idarə etdiyi "xxxx" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərkən, MMC-nin mühafizəçilərinin onları cinayət başında aşkar etmələrindən sonra hadisə yerindən qaçıb uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib Zərərçəkmiş şəxs MMC-nin xeyli miqdarda əmlakını oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Qardaş onunla qonşuluqda yaşayır. İşsizdir. Fərdi olaraq fəhlə işlyir. 03 noyabr 2022-ci il tarixdə saat təxminən 17.00 radələrində qonşusu Təqsirləndirilən şəxs2la yaşadığı Heybət stansiyasından avtobusa əyləşib Xocəsənə pivə içməyə gedərkən yolda "xxxx" MMCşirkətinin qarşısından keçərkən yolun kənarında torpaq sahədə şiferin yanında çöl tərəfdə selofanların içərisində çoxlu sayda parketin yığılmasını görmüşdür. Həmin parketlərin yolun kənarına yığılması onda və Qardaşda maraq oyatdığı üçün avtobusdan düşüb parketlərin olduğu yerə getmişlər. Maddi vəziyyətləri pis olduğu üçün Qardaşla birlikdə həmin parketləri oğurlamaq qərarına gəlmişlər. Həmin parketlərin sayı çox olduğu üçün onlara kömək lazım olmuşdur. Axşam saat təxminən 21.00 radələrində Meyvəli bazarının yanında Qardaş onun tanışı Şahid1 zəng etmişdir. Vüsal Meyvəli bazarının yanına gəlmişdir. Onlar Vüsala parketlərin ona məxsus olmasını demişdir. Lakin parketləri haraya aparacaqlarını dəqiqləşdirməmişdir. Parketləri oğurlamaq üçün onlara avtomobil lazım olduğu üçün o, Vüsalın telefonundan ümumi tanışları Zahidə zəng vurmuşdur. Zahid Lökbatana müştəri apardığını demişdir. Ona olduqları yeri izah etmişlər. Bir qədər sonra Zahid oraya gəlmişdir. O, Zahidə demişdir ki, Xocəsən yolunda "xxxx" MMC-nin qarşısında parketlər var, həmin parketləri aparmaq üçün maşın lazımdır. Parketlərin ona məxsus olmasını demişdir. Oğurlamaq barədə heçnə deməmişdir. Zahidin Vaz-21099 markalı avtomobilinə parketlərin hamısı yerləşmədiyi üçün Zahid Meyvəlidə taksi işləyən Saqifə demişdir. Saqif isə idarə etdiyi “Opel Astra” markalı avtomobillə onların yanına gələndən sonra maşınına təzə çexol çəkdirdiyi üçün tanışı başqa taksi sürücüsü Samir Fətaliyevə zəng edib demişdir ki, maşın lazımdır. Samir də “Renault Megane” markalı avtomobillə Meyvəli bazarının yanına gəlmişdir. O və X8-21099 markalı avtomobili ilə, Vüsal isə Samirin “Renault Megane” markalı avtomobili ilə onların arxasınca gəlmişlər. "xxxx" MMC-nin qarşısına çatmışlar. Zahid avtomobilin yük yerini açıb, parketləri maşına yığmağa başlayanda mühafizəçilər gəlmiş və onunla Qardaş oradan qaçmışdır. Həmçinin də Zahid maşını sürüb oradan getmişdir. Səhəri günü onları Qaradağ RPİ-nin 10-cu PB-nə çağırmışlar. Onu, Vüsalı və Qardaşı Qaradağ RPİ-nin İŞ-nə gətirmişlər. Saqifin, Samirin və Zahidin parketlərin oğurlanmasından məlumatı olmamışdır. Qardaş və o, parketləri yolun kənarında görmüşlər. Əraziyə daxil olmamışlar. Motor House MMC-nin ətrafı şiferlə örtülmüşdür. Parketlər şiferin kənarında torpaq sahədə yığılmışdır. Orada sayanda 50-100 ədəd arasında qutu olmuşdur. Onlar həmin parketləri oradan götürmək istəmişlər. Törətdiyi əməldən peşmandır.Zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmuşdur. İİ qrup əlildir.Qeyd olunalara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur.03 noyabr 2022-ci il tarixdə saat 17 radələrində qonşusu Təqsirləndirilən şəxs1 ilə yaşadıqları Heybət stansiyasından avtobusa əyləşib Xocəsənə pivə içməyə gedərkən Lökbatan-Xocəsən yolunda "xxxx" tikinti şirkətinin qarşısından keçərkən yolun kənarında şiferin yanında çöl tərəfdə selofanların içərisində çoxlu sayda parketin yığılmasını görmüşdür. Həmin parketlərin yolun kənarına yığılması onda və İsaxanda maraq oyatdığı üçün avtobusdan düşüb parketlərin olduğu yerə getmişlər. İsaxanla birlikdə həmin parketləri oğurlamaq qərarına gəlmişlər. Həmin parketlərin sayı çox olduğu üçün onlara kömək lazım olmuşdur. Yaşadıqları Heybət stansiyasına gəlib parketləri daşımağa kömək etməsi üçün həmin gün axşam saat təxminən 21.00 radələrində Meyvəli bazarının yanında tanışı Şahid1 zəng etmişdir. Vüsal onların yanına gəlmişdir. Ona demişdir ki, Xocəsən istiqamətinə gedən yolda Motor House MMC- şirkətinin yanındakı parketləri götürməkdə onlara kömək etsin. Lakin oğurluq olmasını deməmişdir. Parketləri oğurlamaq üçün onlara avtomobil lazım olduğundan ümumi tanışları Zahidə zəng vurublar. Zahid Lökbatana müştəri apardığını demişdir. Ona olduqları yeri izah etdikdən bir qədər sonra Zahid Vaz-21099 markalı avtomobillə oraya gəlmişdir. Zahidə də parketləri onlara məxsus olmasını demişdir. Oğurlamaq barədə heçnə deməmişdir. Ümumiyyətlə nə Zahidin, nə də Vüsalın parketlərin oğurluq olmasından məlumatı olmamışdır. Parketlərin hamısı Zahidin Vaz-21099 markalı avtomobilinə yerləşməyəcəyini bilib əlavə maşın çağırmaq qərarına gəlmişlər. Bunun üçün Zahid tanışı və onların da tanıdığı Şahid3 zəng etmişdir. Saqif də idarə etdiyi Opel Astra markalı avtomobillə Meyvəli bazarının yanına gəlmişdir. Saqif isə maşınına təzə çexol çəkdirdiyi üçün tanışı olan başqa taksi sürücüsü Şahid2 çağırmışdır. Samir də Meyvəli bazarının yanına gəlmişdir. O və X9-21099 markalı avtomobili ilə, Şahid1 isə Samirin "xxxx" markalı avtomobili ilə Meyvəli bazarının yanından Motor House MMC-nin yanına getmişlər. Orada maşından düşmüşlər. Parketləri Zahidin avtomobilinə yığmağa başlayanda şirkətin mühafizəçiləri gəlmiş və onunla İsaxan oradan qaçmışlar. Həmçinin də Zahid maşını sürüb oradan getmişdir. Saqifin və Samirin də parketlərin oğurlanmasından məlumatı olmamışdır. Hadisənin axşamı onlar bilmişlər ki, polis əməkdaşları Samiri, Saqifi və Zahidi Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar. Vüsalın parketləri oğurlamaq istəməklərindən məlumatı olmamışdır. Demişlər ki, guya həmin parketlər İsaxana verilmişdir. İsaxanla özləri parketləri oğurlamaq qərarına gəlmişlər. Buna görə də özləri plan qurub əvvəlcə Vüsalı kömək etmək üçün, başqalarını da malı maşınla daşımaq üçün çağırmışlar.Törətdiyi əməldən peşmandır.Zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmuşdur.Evlidir və himayəsində iki azyaşlı uşağı vardır.Qeyd olunalara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də mühasib vəzifəsində çalışır. “Onların şirkətinə aid evlər və ofislər üçün nəzərdə tutulmuş parketlər müxtəlif paketlərə yığılmış halda Lökbatan-Xocəsən yolunda "xxxx" MMC-nin həyətində yerləşən onların şirkətinə məxsus anbara yığılmışdır. "xxxx" MMC-nin binasında, həm də tikinti aparılan sahədə mühafizə xidməti mövcuddur. Zərərçəkmiş şəxs MMC-yə məxsus parketlər "xxxx" MMC-nin birinci mərtəbəsində yığılmışdır. 03 noyabr 2022-ci il tarixdə axşam saat təxminən 21.00 radərində şirkəti gecə növbəsinin mühafizənin rəisi Maqsuda zəng edib işlə bağlı maraqlananda, Maqsud ona şirkətə məxsus olan parketlərin iki nəfər naməlum şəxs tərəfindən "xxxx" MMC-nin ərazisindən oğurluq məqsədi ilə çıxarılması barədə məlumat vermişdir. O da dərhal bu barədə ərazidə xidmət aparan PPXB-nin əməkdaşlarına zəng edərək bildirmişdir. Ondan qabaq isə şirkətin iş icraçısı Şahid6 DİN-in 102 xidmətinə məlumat vermişdir. O, yaşadığı evdən çıxıb "xxxx" MMC-nin həyətinə gəlmişdir. Ora çatanda mühafizəçilər orada dayanmışdır. Söhbət zamanı ona məlum olmuşdur ki, iki nəfər şəxs taksi sürücüləri ilə birlikdə parketləri oğurlamaq istəyərkən mühafizəçi bunu aşkar etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şiakət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid4 Əzizxan oğlu ifadəsində göstərmişdir ki, fərdi olaraq taksi işləyir. 03 noyabr 2022-ci il tarixdə Sulutəpə qəsəbəsindəki “Pepsi” şirkətində əvvəllər fəhlə işləyən Şahid1 ona zəng edib taksi lazım olmasını demişdir. Bildirmişdir ki, Qaradağ rayonu, Heybət stansiyasına gəlsin onunla işi var. O, Meyvəli bazarının yanına gələndə həmin vaxt Şahid1 onun da tanıdığı Təqsirləndirilən şəxs1la oraya gəlmişlər. Vüsal ona demişdir ki, aparılası əşyalar var Xocəsənə aparmaq lazımdır. İsaxan ona malları daşımaq üçün xidmət haqqı olaraq 25 manat verəcəyini demişdir. Əlavə etmişdir ki, mallar çox olduğu üçün onun maşınına yerləşməyəcək. Başqa bir dənə də maşın lazım olmasını demişdir. O da buna görə əvvəllər tanıdığı Şahid3 zəng etmişdir. Saqif də idarə etdiyi “Opel Astra” markalı avtomobillə onun dediyi yerə gəlmişdir. O, Saqifə yük olduğunu və həmin yükləri Xocəsənə aparmaq lazım olduğunu demişdir. Saqif isə demişdir ki, avtomobili təzə təmizlədib və çexol çəkdirib ona görə maşınına mal yükləyə bilməz, bundan əlavə bidirmişdir ki, ümumi tanışları “Renault Megan” markalı avtomobil idarə edən Şahid2 zəng edəcək Samir gələcək. Samir gələnə kimi onlar İsaxan və Qardaşla birlikdə daşıyacaqları malların yerləşdiyi Lökbatan- Xocəsən yolundakı "xxxx" MMC-nin qarşısına getmişlər. Oraya çatandan bir neçə dəqiqə sonra Şahid2 Şahid1la birlikdə oraya gəlmişdir. İsaxan, Qardaş, Vüsal "xxxx" MMC-nin ərazisinin ətrafına çəkilmiş şiferin qarşısında olan parketləri onun maşınıma yığmağa başlamışlar. Samir də idarə etdiyi “Renault Megan” markalı, avtomobilin yük yerini açaraq gözləmişdir ki, əşyaları yükləsinlər. Təxminən 3-4 paket parket qoyulmuşdur ki, onlara "xxxx" MMC-nin mühafizəçiləri yaxınlaşmışlar. Həmin vaxt onlardan nə baş verməsini, onların nəyə görə burada dayandıqlarını soruşmuşlar. Qardaş qaçmış, İsaxan da onun avtomobilinə minmi və onlar oradan uzaqlaşmışlar. Meyvəli bazarının yaxınlığında Heybət stansiyasına yaxın ərazidə İsaxan onun maşınından düşüb getmişdir. Bir qədər sonra Şahid2 ona zəng vurub parketlərin yığıldığı yerə çağırmış və polis əməkdaşlarının gəlməsini demişdir. O da oraya qayıtmışdır. Onları Saqif və Samirlə birlikdə 10-cu PB-nə gətirəndə bölmədə o, bildirmişdir ki, onun bu hadisədən xəbəri yoxdur. Şahid1 həmin parketlərin İsaxana və Qardaşa aid olmasını demişdir. İsaxan və Qardaş da həmin parketlərin onlara məxsus olduğunu demişlər. Avtomobilini Lökbatan-Xocəsən yolunun sağ tərəfindəki "xxxx" MMC-nin ətrafındakı şiferə yaxın saxlamış, parketlər isə şiferin yaxınlığında torpaqlıq və qamışlıq ərazidə olmuşdur. Saqifi o, çagırmışdır, Samiri də Saqif çağırmışdır. Heç biri onun kimi parketlərin oğurluq olmasını bilməmişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, fərdi olaraq taksi işləyir. “Opel Astra” markalı, avtomobili idarə edir. Meyvəli bazarı ətrafında taksi işləyir. 03 noyabr 2022-ci il tarixdə saat təxmnən 21.00 radələrində tanışı Şahid4 ona zəng edib Meyvəli bazarının yanına gəlməyini yük daşınması üçün maşın lazım olduğunu demişdir. O, Meyvəli bazarının yanına çatanda Zahidi, uzaqdan qohumu olan İsaxanı və Heybət stansiyasında yaşayan Təqsirləndirilən şəxs2 və Şahid1 görmüşdür. Onlar demişlər ki, bir qədər qabaqda Motor House MMC-nin qarışısında parket var həmin parketləri bir yerə aparmaq lazımdır, o, isə demişdirki, maşına çexol çəkdirmiş buna görə yük vura bilməz. İsaxan hər maşına 25 manat pul verəcəyini demişdir. Belə olduqda, o, demişdir ki, onun tanışı Şahid2 zəng etsin gəlsin yükü o maşını ilə aparsın. Onlar Samiri gözləyərkən İsaxan və Qardaş Zahidin "xxxx" markalı avtomobili ilə getmişlər. Samir bir qədər sonra gəlmiş və Vüsal da Samirin “Renault Megane” markalı avtomobili ilə Zahidgilin arxasınca birlikdə malları daşıyacaqları, malların yerləşdiyi Lökbatan-Xocəsən yolundakı "xxxx" MMC-yə tərəf getmişlər. O da Meyvəli bazarının yanında bir qədər müştəri gözləmiş, lakin adam olmadığı üçün avtomobili sürüb yaşadığı Xırdalan qəsəbəsinə getməyə başlamışdır. Xocəsən yolunda sağ tərəfdə "xxxx" MMC-nin qarşısında Samirin avtomobilinin dayandığını görüb Samirin yanında dayanmışdır. Bu vaxt İsaxangil Zahidin avtomobilinə parket yığmışlar. O isə Samirlə söhbət etmişdird. İsaxan, Qardaş, Vüsal "xxxx" MMC-nin ərazisinin ətrafına çəkilmiş şiferin qarşısında olan parketləri Zahidin maşınına yığmağa başlamışlar. Təxminən 3-4 paket parket qoyulmuşdur ki, mühafizəçi gəlmişdir. Bu zaman Zahid, İsaxan, Qardaş və Vüsal qaçmağa başlamışlar. Həmin vaxt onlardan nə baş verməsini, nəyə görə burada dayandıqlarını soruşanda Samir taksi kimi gəldiyini demişdir. Həmin mühafizəçi parketlərin şirkətə məxsus olmasını deyəndə bilmişlər ki, İsaxan və Qardaş onları aldatmışlar. Yalandan deyiblər ki, guya həmin parketlər İsaxana verilibdir. Bir qədər sonra polis əməkdaşları gəlmişlər. Polislər onları bölməyə gətirmişlər. O, Zahidə zəng etmişdir. Zahid də bölməyə gəlmişdir. O da hadisədən xəbərsiz olduğunu demişdir. İsaxan malların ona məxsus olmasını, əvvəlcə Xocəsənə sonra isə Binə qəsəbəsinə aparılacağını demişdir. İdarə etdiyi avtomobillə "xxxx" MMC-nin qarşısına çatanda parketlər parketlər isə şiferin yaxınlığında yerə düzülmüşdür. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-də anbardar işləyir. Şirkətə aid evlər və ofislər üçün nəzərdə tutulmuş parketlər müxtəlif paketlərə yığılmış halda Lökbatan-Xocəsən yolunda "xxxx" MMC-nin həyətində yerləşən onların şirkətinə məxsus anbara yığılmışdır. "xxxx" MMC-nin binasında, həm də tikinti aparılan sahədə mühafizə xidməti mövcuddur. Zərərçəkmiş şəxs MMC-yə məxsus parketlər "xxxx" MMC-nin birinci mərtəbəsində yığılmışdır. 03 noyabr 2022-ci il tarixdə saat təxminən 21.00 radələrində Namiq adlı sahə rəisi onun istifadəsində olan telefona zəng edərək Motor House MMC-dən oğurluq olması barədə ona məlumat vermişdir. İlk olaraq o, Qaradağ RPİnin 10-cu PB-nə məlumat verdikdən sonra hadisə yerinə getmişdir. Oraya getdikdə yolun kənarında bağlı qutuların yerdə olduğunun şahidi olmuşdur. Həmin vaxt "xxxx" şirkətinin mühafizəçiləri və polis əməkdaşları da orada olmuşdur. Orada aşkar olunmuşdur ki, iki nəfər şəxs taksi sürücüləri ilə birlikdə parketləri oğurlamaq istəyərkən mühafizəçi bunu aşkar etmişdir. Həmin iki nəfər qaçmışdır. Taksi sürücüləri isə orada qalmışdır. Məhkəmə iclasında şahidlər Şahid6 və Qəribov X6 Vüqar Nadir oğlu ilə eyni məzmunlu ifadə verərək ifadələrində onun göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 9/8489 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında qərarda göstərilən 132 m2 məxsus üzərində “OAK Lux&Standart” yazıları olan, 650x152x14 mm 450 ölçülü parketin 01 m2-nin 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti 60 manat, 132 m2 7920 manat müəyyən edilir. İş materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 112 qutu parketin "xxxx" MMC-yə təhvil verilmişdir. İş materillarında olan DİN BƏSİİ-dən alınış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə red) 111-ci maddəsinin 1-ci hissəsi, 112, 38 maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materillarında olan DİN BƏSİİ-dən alınış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək ona qarşı heç bir şikayət və tələbinin olmamasını, İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimaitəhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan aradan qalxdığından onların törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda törətdikləri cinayətin sayını və iştirak dərəcələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış 112 qutu parket TVM-İnşaat MMC-yə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qayada tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 41 (qırx bir) saata görə 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 41 (qırx bir) saata görə 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutma altında və ev dustaqlığında olduğu 06 (altı) ay 07 (yeddi) gün – həbsetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dutsaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutma altında olduğu 01 gün – həbsetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qayada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 112 qutu parketin "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 41 (qırx bir) saata görə 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 41 (qırx bir) saata görə 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar