Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-107/2024 19.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1965-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 iyun 2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Cənub Qapısı" Yaşayış Kompleksində yerləşən parkın qarşısında Zərərçəkmiş şəxs, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbə "Coğrafiya” müəllimi kimi işə düzəldəcəyi barədə qəsdən yalan vəd verib onun aldadaraq etibarından sui istifadə edib 13.000 (on üç min) manat məbləğində pul vəsaitini ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əvvəllər Sabirabad rayonunda yerləşən orta məktəbin direktoru vəzifəsində işləmiş, həmin ərəfələrdə Təhsil Nazirliyində tanışları olmuş, tanışları vasitəsi ilə bir neçə nəfər şəxsin məktəbə işə düzəlməsinə köməklik etmiş, sonradan tutduğu vəzifədən azad edilmişdir. 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs öz tanışları vasitəsi ilə onunla əlaqə saxlayaraq univerisitetlərin birində müəllim kimi işə düzəlmək istədiyini bildirmişdir. O da Günayı aldadıb pulunu ələ keçirmək məqsədi ilə ona, tanışları vasitəsi ilə bu işi həll edə biləcəyini bildirmişdir. Günayın inanması üçün ona "X6 get rektor müavini səni qəbul edəcək" sözlərini demişdir. Günayda həyat yoldaşı ilə X6 getmiş, oradan zəng edərək rektor müavinin onu qəbul etmədiyini bildirmiş, o da Günaya "gözlə qəbul edəcək" sözlərini demişdir. Bir neçə saatdan sonra Günaygil telefonla zəng edərək ona "univerisitetdə işləmək istəmirəm, iş rejimi məni qane etmir, məni orta məktəbə müəllim düzəlt" sözlərini demiş, o da Günaya bu məsələni həll edəcəyini demişdir. Günayla telefonla bir neçə vaxt bu mövzuda söhbətiləri olmuş, Günayın ona inanmadığını hiss etmişdir. Lakin o, Günayı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbə coğrafiya müəllimi kimi işə düzəldəcəyinə inandırmış, bunu müqabilində 15000 manat pul istəmişdir. Günaygil da ona 15000 manata imkanları çatmadığını, lakin 13000 manat pul verǝ biləcəklərini demiş, o da razılıq vermişdir. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gəlmiş, Günaygilin yaşadıqları Canub Qapısı yaşayış kompleksinin qarşısında Günaygillə görüşmüş, həmin vaxt Günayın yanında atası və həyat yoldaşı olmuşdur. O, Günaydan 13000 manat pulu almış, ona bu məsələni həll edəcəyini yəni, Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbə coğrafiya müəllim kimi işə düzəldəcəyini, Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə sentyabr ayından işə başlaycağını bildirmişdir. Günaygildən aldığım 13000 manat pulu öz təlabatlarım üçün xərclədim. Bir müddət sonra Günay ondan pulunu qaytaraması tələb etmiş, o isə maddi imkanı olmadığından onların pullarını qaytara bilməmiş, Günaygil də pullarını qaytara bilmədiyi üçün barəsində şikayət etmişdirlər. Etdiyi əməldən peşman olduğunun, Zərərçəkmiş şəxs vurduğu ziyanı ödəməyə hazır olduğunu, Zərərçəkmiş şəxs pulunu ələkeçirmək məqsədi ilə belə hərəkət etdiyini, əslində Təhsil Nazirliyində heç bir tanışının olmadığını, heç bir şəxsi işə düzəltmək iqtidarında olmadığını bildirmişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurduğu ziyanın 25%-ni, yəni 3250,00 manat məbləğində pulu dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə onun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs beş-altı aydır ki, tanıyır, Diləfruzu tələbə yoldaşı Fərhad Nazirlinin vasitəsi ilə tanımışdır. Belə ki, o, 2023-cü ilin may ayında qrup yoldaşı Fərhad Nazirli “whatsap” tətbiqi qrupunda danışarkən Univerisitetlərin birində coğrafiya müəllimi kimi işə düzəlmək istədiyini bildirmiş, Farhaddan bu işi düzəldə bilən tanışlarının olub-olmamasını soruşmuşdur. Fərhad da ona "maraqlanacam agar müsbət nəticə olarsa sənə məlumat verəcəm" sözlərini demişdir. Səhərisi gün Fərhad istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən vopchat tətbiqi vasitəsi ilə zəng edərək ona "bir nəfər şəxs var, mənim tanışlarımı işə düzəldib, həmin şəxsin mobil telefon nömrəsini tapıb sənə verəcəm, həmin şəxs inanılmış şəxsdir, sənə kömək edəcək" sözlərini demişdir. Bir neçə saatdan sonra Fərhad ***-***-**-** mobil telefon nömrəsindən vopchat tətbiqi vasitəsi ilə ona sonradan tanıdığı Diləfruzun mobil telefon nömrəsini göndərmişdir. O da xx.xx.2023-cü il tarixdə Diləfruzun istifadəsində olan ***-***-**-** vhatsap tətbiqi vasitəsi ilə zəng etmiş, telefon danışığı zamanı Diləfruzə "Univerisitetlərin birinə coğrafiya müəlimi kimi işə düzəlmək istəyirəm, bu işdə mənə kömək etməyinizi xahiş edirəm” sözlərini demiş, Diləfruz da ona "səni X6 müəllimə kimi işə düzəldəcəm bunun üçün X6 getməlisən, orada Univerisitetin rektorunun müavini ilə görüşməlisən” sözlərini demişdir. O da razılaşmış, səhərisi gün həyat yoldaşı Şahid1la birlikdə Odlar Yurdu Universitetinə getmiş, rektorun müavininin qəbuluna getmək istəmiş, lakin onları qəbula buraxmamışlar. Bunda sonra Diləfruza zəng edərək rektor müavininin onu qəbul etməyini bildirmiş, Diləfruz isə ona “gözləyin rektor müavininin köməkçisi sizi qəbul edəcək" sözlərini demişdir. Onlar qəbulu gözləmək üçün universitetin yanındakı "Pak-Dad" restorarında oturmuşlar, təsadüfən həmin kafedə univerisitet müəllimlərinin biri ilə söhbət etmiş, iş saatları və iş rejimləri haqqında məlumat almış, həyat yoldaşı Eminlə məsləhətləşmişdir ki, univerisitetdəki iş rejimi və iş saatları ailə vəziyyətiylə bağlı ona sərf etmədiyindən burada işə düzəlməkdən imtina etsin. Bundan sonra onlar evə gəlmiş, ailə üzvləri ilə məsləhətləşmiş və belə qərara gəlmişdir ki, X4 işləmək istəməməyi barədə Diləfruza məlumat versin. Bir qədər sonra Diləfruz onlara zəng etmiş, o da X4 işləmək istəmədiyini bildirmişdir. Diləfruz isə ondan harada işləmək istədiyini soruşmuş, o da orta məktəblərin birində daha doğrusu Lökbatan qəsəbəsindəki məktəblərin birində işləmək istədiyini demiş, Diləfruz da maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında Diləfruz yenidən zəng edərək Lökbatan qəsəbəsində yerləşən üç məktəbin birində işə düzəldə biləcəyini bildirmiş, o da razılaşmışdır. Diləfruzdan işin düzəlməsi üçün nə qədər pul istəyəcəyini soruşduqda Diləfruz bu işi 15000 manat həll edəcəyini demiş, o da 15000 manat düzəldə bilməyəcəyini yalnız 13000 manat düzəldə biləcəyini demiş, Diləfruzda razılaşmışdır. Bir müddət Diləfruzla aralarında bu mövzuda söhbətləri olmuş, bu işin düzəlməyəcəyini bildirikdə Diləfruz tam əminliklə işi düzəldəcəyini deyir, onu inandırmağa çalışırmış. Görüşməzdən bir neçə gün əvvəl Diləfruzla danışarkən Diləfruz ona "hazır ol yaxın vaxta gəlib pulu götürəcəm lazımı yerlərə verib müəllim əmrini verdirəcəm" sözlərini demişdir. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Qapısı yaşayış kompleksinin həyətində yerləşən parkın qarşısında Diləfruzla görüşmüşlər. Həmin vaxt Diləfruz onu Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbə Coğrafiya müəlimi kmi işə düzəltmək adı ilə 13000 manat pulunu almış və ona "2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikası TN-nin əmri olacaq və sən daimi olaraq müəllim kimi işə başlayacaqsan” sözlərini demişdir. 2023-cü ilin avqust ayından sosial şəbəkələrdən Diləfruzun dələduzluqla məşqul olmasını, başqa şəxsləri aldadıb pullarını ələkeçirməsini öyərnmişlər. Bundan sonra Dilǝfruzun onuda aldatdığını, onu işə düzəltməyəcəyini başa düşmüş, Diləfruzla əlaqə saxlayaraq pullarını qaytarmasını tələb etmişdir, Diləfruz isə işin yaxın günlərdə düzələcəyini, düzəlməyəcəyi təqdirdə pulu qaytaracağını bildirsədə, müxtəlif bəhanlər gətirib onları aldatdığı üçün Dilǝfruz barəsində şikayət etmişlər. xx.xx.2023-cü il tarixdə Diləfruza 13000 manat pul verərkən yanında həyat yoldaşı Şahid1, atası Şahid2 olmuşdur, bunlardan başqa heç kim olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən və qərardan aydın olur ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azadedilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi "xxxx"ASCnin Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 19 sentybr 2024-ci il tarixli, 521 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar dəymiş ziyanın 25%-ni yəni, 3250,00 manat məbləğində pul vəsaitini X2 hesabına ödəmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 3250,00 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs X5 göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 43, 321, 344- 347, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-107/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-107/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver