Məhkəmə qərarları › İş №1(002)-107/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-107/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-107/2025 16.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1968-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 14 dekabr 2024-cü il tarixdə, saat 18.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin inzibati ərazisindən keçən, Lökbatan- Xocasən yolunun 9-cu km-də texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi “Mitsubishi-Lancer” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocasən qəsəbəsi istiqamətində yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etdiyi avtomobili 65 km/saat sürətlə hərəkət etdirən zaman həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək yolu sağdan sola keçən piyada xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltına qansızma, başın sol gicgah və təpə sümüklərinin xətti sınıqları, burun sümüyünün sınığı və burun kökünün əzilmiş yarası, sol bud sümüyünün 1/3-nin və sol baldır sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, sol çiyin qurşağının, sol qaş nahiyəsinin və döş qəfəsinin sıyrıqları ilə nəticələnən dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həmin xəsarətlər səbəbindən baş beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltına qansızma ilə müşayiət olunan başın sol gicgah və təpə sümüklərinin xətti sınıqları nəticəsində hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi qaydada Sədərək Ticarət Mərkəzində müxtəlif növ televizor və antenaların quraşdırılması, eləcə də təmiri işləri ilə məşğul olur. 14 dekabr 2024-cü il tarixdə axşam radələrində işlədiyi Sədərək Ticarət Mərkəzindən onunla işləyən tanışı Şahid1 ilə birlikdə idarə etdiyi “MİTSUBİSHİ LANCER” minik markalı avtomobilə əyləşib yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri istiqamətində Xocasən-Lökbatan yolu hərəkət etməyə başlamışdır. Avtomobili təxminən 60 km/saat sürətlə avtomobili idarə edərkən anidən bir nəfər piyadanın yolun sağ tərəfindən sol tərəfinə qaçdığını görmüş və əyləcdən istifadə etsə də həmin piyadanı avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Piyadanı vurduqdan sonra avtomobili saxlamış, tanışı Tahirlə birlikdə avtomobildən düşüb piyadaya yaxınlaşdıqda həmin şəxsin qadın olduğunu və öldüyünü hiss etmişdir. Həmin yolda avtomobillər hərəkət etdiyi üçün tanışı Tahirlə birlikdə həmin qadını yolun kənarına qoymuşdur. Bundan sonra dərhal təcili tibbi yardım çağırmiş, sonra isə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Törətdiyi əməldən səmimi peşmandır.Vəfat edən şəxsin yaxın qohumları ilə barışıq əldə etmişdir. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir və ailəsinə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs hüquqi varisi X3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 197 nömrəli tam orta məktəbdə Azərbaycan dili-Ədəbiyyat fənləri üzrə müəllim işləyir. Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Bacısı Mədinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin inzibati ərazisində, Lökbatan-Xocasən yolunun kənarında yerləşən “AzərKarqo” şirkətində xadiməçi işləyirmiş. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs öz evində tək yaşayırmış. 14 dekabr 2024-cü il tarixdə saat 18 radələrində ona məlumat verilmişdir ki, bacısı Mədinə işlədiyi şirkətdə işdən çıxıb evə gəlmək üçün yolu keçən zaman onu avtomobil vurmuşdur və bacısının meyitini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 Qaradağ rayon şöbəsinə aparmışlar. O, bu xəbəri eşidən kimi həmin ünvana getmişdir. Orada bacısı Mədinənin meyiti müayinə olunduqdan sonra onlara təhvil verilmiş və bacısı Mədinəni el adəti ilə dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində məişət əyaları satılan mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Almanın “MİTSUBİSHİ” markalı avtomobili vardır. Eyni ərazidə yaşadıqları üçün Almanın idarə etdiyi avtomobillə evinə gedir. 14 dekabr 2024-cü il tarixdə axşam radələrində Almanın idarə etdiyi avtomobilə əyləşmişərək Xocasən-Lökbatan yolu ilə Xırdalan şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Həmin vaxt hava qaranlıq olmuşdur. Alman avtomobili hərəkətdə olduğu yolun 2-ci zolağı ilə idarə edərkən anidən bir nəfər piyadanın yolun sağ tərəfindən sol tərəfinə qaçdığını görmüş, piyada anidən avtomobilin qabağına qaçdığı üçün Alman həmin piyadanı avtomobilin qabaq hissəsi ilə vurmuş, piyadanı vurduqdan 2 metr irəli gedib avtomobili saxlamışdır. Almanla birlikdə avtomobildən düşüb piyadaya yaxınlaşdıqda həmin şəxsin qadın olduğunu və öldüyünü görmüşdür. Həmin yolda avtomobillər hərəkət etdiyi üçün tanışı Almanla birlikdə həmin qadını yolun kənarına qoymuş, bundan sonra Alman özü dərhal təcili tibbi yardım çağırmış, sonra isə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. “MİTSUBİSHİ LANCER” minik markalı avtomobil kürəkəni Təqsirləndirilən şəxs məxsusdur.Lakin avtomobil onun adına rəsmiləşdirilmişdir. 14 dekabr 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olduğu vaxt ona məlumat verilmişdir ki, kürəkəni Alman Lökbatan-Xocasən yolunda ilə idarə etdiyi avtomobillə hərəkətdə olan zaman bir nəfər qadını vurmuş və həmin qadın hadisə yerində ölmüşdür. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 14 dekabr 2024-cü il tarixdə Qaradağ RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Raqib Rəhimov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanılmışdır. İş materiallarından görünür ki, 12 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, eyni tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 yanvar 2025-ci il tarixli 135 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında zamanı aşkar edilmiş xəsarətlər – baş beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltına qansızma, başın sol gicgah və təpə sümüklərinin xətti sınıqları, burun sümüyünün sınığı və burun kökünün əzilmiş yarası, sol bud sümüyünün 1/3-nin və sol baldır sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, sol çiyin qurşağının, sol qaş nahiyəsinin və döş qəfəsinin sıyrıqları. Göstərilən xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının onu vurması nəticəsində törənmişlər, ölümlə bir başa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. - Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltına qansızma ilə müşayiət olunan başın sol gicgah və təpə sümüklərinin xətti sınıqları olmuşdur. - Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2024-cü il tarixdə saat 20:20-də) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (4311/K saylı xx.xx.2024-cü il tarixli AKT). İş materiallarında olan məhkəmə-yol nəqliyyat ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-8/263/2025 nömrəli rəyindən görünür ki, “MİTSUBİSHİ LANCER” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2/69790 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyətinin Füzuli Şəhər üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axarı zəmində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək vurulmuş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirlən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mitsubishi-Lancer” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək 30 (otuz) saata görə 180 (bir yüz səkən) manat, 28 aprel tarixdən 08 may 2025-ci il tarixədək 08 (səkkiz) saata görə 88 (səksən səkkiz) manat pul X2, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mitsubishi-Lancer” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək olan müddətdə 30 (otuz) saata görə 180 (bir yüz səkən) manat, 28 aprel tarixdən 08 may 2025-ci il tarixədək olan müddətdə 08 (səkkiz) saata görə 88 (səksən səkkiz) manat pul X2, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar