Məhkəmə qərarları › İş №1(002)-109/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-109/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-109/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımış, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 23:20-də Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən “Nərimanov Park”-da saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilməklə üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürülmə keçirilərkən əyinindəki qara rəngli cins şalvarının sol və sağ yan ciblərindən 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 2,760 qram; 2,571 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, ümumi çəkisi 5,331 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək protokolla götürülmüşdür. Bundan başqa o, xx.xx.2020-ci tarixdə saat 13 radələrində yaşadığı Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Əzməmmədov küçəsi, ev 22 ünvanında onunla birlikdə yaşayan arvadı X3 və qızı Zərərçəkmiş şəxs yaşadığı ünvandan getməsini bildirərkən aralarında mübahisə yaranmış həmin vaxt Zərərçəkmiş şəxs mətbəx bıçağı ilə qəsdən vuraraq sol əlin İ barmağın əsas falanqasının arxa səthinin kəsilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərərvuramaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə elan edilmiş ittham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik maddə qəbul edir. Narkotik maddə qəbul etdiyinə görə əvvəllər məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə saat 23:20 radələrində Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən “Nərimanov Park“-na gəlmişdir. Həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim etmişlər. 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra, ondan Nazim olubolmadığını soruşmuşlar. O da polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra ona narkotik vasitələrin, qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək onu 11-ci PB-yə gətirmişlər. 11-ci PB-də xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən heç nə aşkar edilməsə də polis əməkdaşları ona qarşı fiziki zor tətbiq edərək və onu hədələyərək narkotik vasitənin ona məxsus olmasını boynuna almasını tələb etmişlər. O da məcbur olub sonradan ora dəvət edilmiş müdafiəçinin yanında və videoçəkiliş zamanı guya narkotik vasitənin ona məxsus olduğunu könüllü etiraf etmişdir. Bundan sonra o, polis əməkdaşlarının qanunsuz əməlləri barədə prokurorluğa müraciət etmişdir. Bundan başqa bildirmişdir ki, ünvan 1 ünvanında arvadı Şahid1, oğlu Səlim və qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Yaşadığı həmin ev iki otaqdan ibarətdir. X16 xx.xx.2020-ci il tarixdən hərbi xidmətə gedib, hazırda Səlim Nəzirov hərbi hissəllərdən birində xidmət edir. Arvadı Samirə ilə yaşadığı ünvanda tez-tez söz-söhbəti düşür, buna görədə Samirə ilə onun münasibəti çox pisdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində arvadı Şahid1 ilə aralarında sözlə mübahisə baş vermişdir. Həmin vaxtı qızı Zərərçəkmiş şəxs onları sakitləşdirmək üçün aralarına girərkən o qızını əli ilə itələmiş, lakin onu bıçaq ilə vurmamışdır. Həmin vaxtı qızının əlində taxta parçası olmuş və çox güman ki, həmin taxta parçası qızının əlini kəsmişdir. O, öz ifadəsində son olaraq məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, atası Təqsirləndirilən şəxs, anası Şahid1 və qardaşı X9 ilə birlikdə yaşayır. Yaşadığı həmin ev iki otaqdan ibarətdir. Bundan başqa qardaşı Səlim Nəzirov xx.xx.2020-ci il tarixdən hərbi xidmətə getmişdir. Hal hazırda Səlim Bərdə rayonunda yerləşən hərbi hissələrdən birində xidmət edir. Atası Təqsirləndirilən şəxs dəfələrlə oğurluq cinayət əməlini törətdiyinə, eləcə də narkotik vasitədən istifadə etdiyinə görə məhkum olunmuşdur. Demək olar ki, atası Nazim tərəfindən ona qarşı hər hansı bir nəvaziş olunmamış və qayğı göstərilməmişdir. O hazırda tələbədir, atasının Nazim olmağından utanmışdır. Atası Nazım dəfələrlə evlərində münaqişə yaradıb anasının və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Atası Nazim onlara yaşamağa imkan verməmişdir. xx.xx.2020-ci il tarixdə saat 13:00-da atası Nazim yaşadıqları ünvanda yataq otağında anası Samirə ilə onun evdən çıxmağını tələb etmişdir. Həmin vaxt onların arasında mübahisə yaranmış, elə bu vaxt atası masanın üstündəki dəstəyi ağ, göy və qırmızı rəngdən ibarət olan bıçağı götürüb anası Samirəni vurmaq istəmişdir. Onların arasına girib atası Nazimə yalvarmışdır ki, anasını bıçaqla vurub xəsarət yetirməsin. Nazim onun yalvarışlarına əhəmiyyət verməyərək öz hərəkətlərini davam edib daha da aqresivləşmişdir. Atası Nazim onun və anası Samirənin ünvanına nalayiq ifadələr işlədərək ondan çəkilməyini tələb etmişdir. O da kənara çəkilmədiyindən, həmin vaxt atası Nazim anasını və onu öldürəcəyini söyləyərək masanın üstündəki bıçağı götürüb onun və anasının qarın nahiyyəsindən vurmaq istəyərkən sol əli ilə bıçağın qarşısını almaq istəyərkən bıçaq onun sol əlinin birinci barmağını kəsərək xəsarət almışdır. Həmin vaxt anası Samirə atası Nazimin arxasına keçərək Nazimin əlindəki bıçağı alaraq, Nazimi arxadan özünə tərəf dartaraq ondan kənarlaşdırmışdır. Bundan sonra Nazim həyətə düşüb pilləkənda oturmuş, o bunu görüb baş vermiş hadisə barədə dərhal Qaradağ RPİnin 11-ci PB-nə, bir qədər keçmiş DİN 102 xidmətinə, eləcə də təcili tibbi yardım stansiyasına da məlumat vermişdir. Bir qədər keçmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları yaşadığı ünvana gəlib baxış keçirərək sənədləşdirmə aparmışlar. Hadisə vaxtı xəsarət aldığı üçün təcili tibbi yardım stansıyasına müraciət etmiş və hal hazırda sol əlinin birinci barmağından aldığı xəsarət hələdə sağalmamışdır. Zərərçəkmiş şəxs öz ifadəsində əlavə olaraq göstərmişdir ki, həmin mübahisə fasilələrlə birlikdə təxminən 40-45 dəqiqə davam etmişdir. Mübahisə vaxtı evdə onlardan başqa kənar şəxs olmamışdır. Səsküylərinə hər hansı bir şəxs gəlməmişdir. Baş vermiş hadisə zamanı o, Təqsirləndirilən şəxs heç bir bədən xəsarəti yetirməmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs anası X2 xəsarət yetirmək istəyərkən o, buna imkan veməmiş və Nazimin qarşısını almışdır. Hadisə baş verən vaxt həyəcanlı olduğundan Qaradağ RPİ-nin 11-ci PB-nə yazdığı ərizədə hadisənin xx.xx.2020-ci il tarixdə saat 12:40 baş verdiyini qeyd etmişdir. Belə ki, ifadəsində və izahatında hadisənin xx.xx.2020-ci il tarixdə saat 13:00-da göstərməyini düzgün qeyd etmişdir. O öz ifadəsində son olaraq təqsirləndirilən şəxs ilə barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, DİO-da 2016-ci ildən xidmət edir. Hazırda Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsini icra edir. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinməsi barədə əvvəlcədən əməliyyat məlumatı daxil olub və bu barədə əməliyyat qrupu təşkil edilərək rəhbərliyi özü etmişdir. xx.xx.2020-cu il tarixdə saat 23:20-də 11-ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid3 ilə birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən “Nərimanov Park“-da Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib həmin şəxsdən “Nazim” olub-olmamasını soruşmuşlar. Həmin şəxs isə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilərək 11-ci PB-nə dəvət olunmuşdur. 11-ci PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməzdən əvvəll şübhəli şəxs kimi tutulması barədə hüquqları izah edilmişdr. Eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Polis bölməsində xidməti otaqda müdafiəçinin iştirakı ilə və öncədən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsində videoçəkilişdən istifadə olunacağı barədə əvvəlcədən məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilərkən könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki, qara rəngli cins şalavarının sol yan cibindən bir ədəd kibrit qutusunu, sağ yan cibindən isə bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin kibrit qutularının içərisindəkilər narkotik vasitə olan qurudulmuş marixuanadır. Eləcə də xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Lökbatan qəsəbəsində yerləşən “Kapital Bankın” inzibati binasının qarşısında tanımadığı şəxsdən hər birini 5 manat olmaqla ümumilikdə 10 manata alaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kibrit qutuları açılmışdır. Qutuların içərisində yaşıl rəngli narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusuna yığılmış marixuanaya bənzər kütlə 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç-bir fiziki və ya psixoloji təsir göstərilməmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin onun özünə məxsus olmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, DİO-da 2011-ci ildən xidmət edir. Hazırda Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsini icra edir. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinməsi barədə əvvəlcədən əməliyyat məlumatı daxil olub və bu barədə əməliyyat qrupu təşkil edilərək rəhbərliyi 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 etmişdir. xx.xx.2020-cu il tarixdə saat 23:20-də 11-ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid3 ilə, həmin bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən “Nərimanov Park“-da Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib həmin şəxsdən “Nazim” olub-olmamasını soruşmuşlar. Həmin şəxs isə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilərək 11-ci PB-nə dəvət olunmuşdur. 11-ci PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməzdən əvvəl şübhəli şəxs kimi tutulması barədə hüquqları izah edilmişdr. Eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Polis bölməsində xidməti otaqda müdafiəçinin iştirakıyla və öncədən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsində videoçəkilişdən istifadə olunacağı barədə əvvəllcədən məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilərkən könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki, qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu, sağ yan cibindən isə bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin kibrit qutularının içərisindəkiləri narkotik vasitə olan qurudulmuş marixuanadır. Eləcə də xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Lökbatan qəsəbəsində yerləşən “Kapital Bankın” inzibati binasının qarşısında tanmadığı şəxsdən hər birini 5 manat olmaqla ümumilikdə 10 manata alaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kibrit qutuları açılmışdır. Qutuların içərisində yaşıl rəngli narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusuna yığılmış marixuanaya bənzər kütlə 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərəkən videoçəkiliş onun tərəfindən aparılmış və bu barədə onun özünə əvvəlcədən məlumat verilmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç-bir fiziki və psixolojı təsir göstərilməmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin onun özünə məxsus olmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs, oğlu Səlim və qızı Zərərçəkmiş şəxslarla birlikdə yaşayır. Yaşadığı həmin ev iki otaqdan ibarətdir. Bundan başqa X16 xx.xx.2020-ci il tarixdən hərbi xidmətə getmişdir. Hal hazırda Səlim Bərdə rayonunda yerləşən hərbi hissələrdən birində xidmət edir. Əri Təqsirləndirilən şəxs dəfələrlə oğurluq cinayət əməlini törətdiyinə, eləcə də narkotik vasitədən istifadə etdiyinə görə məhkum olunmuşdur. Demək olar ki, ailə üzvlərinə qarşı hər hansı bir nəvaziş və ya qayğı göstərməmişdir. Əri Nazim dəfələrlə evlərində münaqişə yaradıb onu və qızı İlhamənin ünvanına nalayiq ifadələr işlətmişdir.Onların rahat yaşamaqlarına imkan verməmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Nazim yaşadıqları ünvanın yataq otağında onun və qızı İlhamənin evdən çıxmağını tələb etmişdir. Həmin vaxt onların arasında mübahisə yaranmışdır. Elə bu vaxt Nazim masanın üstündəki dəstəyi ağ, göy və qırmız rəngdən ibarət olan bıçağı götürüb onu vurmaq istəmişdir. Qızı İlhamə onların arasına girib Nazimə yalvarmışdır ki, onu bıçaqla vurub xəsarət yetirməsin. Nazim İlhamənin yalvarışlarına əhəmiyyət verməyərək öz hərəkətlərini davam edib dahada aqresivləşmişdir. Nazim onun və qızı İlhamənin ünvanına nalayiq ifadələr işlədərək İlhamənin aradan çəkilməyini tələb etmişdir. İlhamə də kənar çəkilmədiyindən həmin vaxt Nazim onu və İlhaməni öldürəcəyini söyləyərək masanın üstündəki bıçağı götürüb onu və qızı İlhamənin qarın nahiyyəsindən vurmaq istəyərkən İlhamə sol əli ilə bıçağın qarşısını almaq istəyərkən bıçaq İlhamənin sol əlinin birinci barmağını kəsmişdir. Elə bu vaxt o Nazimin arxasına keçərək əlindəki bıçağı almış və Nazimi arxadan özünə tərəf dartaraq İlhamədən kanarlaşdırmışdır. Bundan sonra Nazim həyətə düşüb pilləkənda oturmuş həmin vaxt İlhamə baş vermiş hadisə barədə Qaradağ RPİ-nin 11-ci PB-nə, bir qədər keçmiş DİN 102 xidmətinə, eləcə də təcili tibbi yardım stansiyasına da məlumat vermişdir. Bir qədər keçmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları yaşadıqları ünvana gəlib baxış keçirərək sənədləşdirmə aparmışlar. Bundan sonra qızı İlhamə almış olduğu xəsarətlə bağlı təcili tibbi yardım stansiyasına müraciət etmişdir. Hal hazırda İlhamənin sol əlinin birinci barmağından aldığı xəsarət hələdə sağalmamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, həmin mübahisə fasilələrlə birlikdə təxminən 40-45 dəqiqə davam etmişdir. Mübahisə vaxtı evdə onlardan başqa kənar şəxs olmamışdır. Səs-küylərinə hər hansı bir şəxs gəlməmişdir. Baş vermiş hadisə zamanı o və qızı İlhamə, Təqsirləndirilən şəxs heç bir bədən xəsarəti yetirməmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs ona qarşı bıçaqla xəsarət yetirmək istəmişdir. Lakin qızı İlhamə sol əlinin birinci barmağından xəsarət aldığından eləcə də o, Nazimi tutub arxaya dartdığına görə Nazim ona xəsarət yetirə bilməmişdir. Əri Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə xx.xx.2020-ci il tarixdə saat 13:00-da baş vermişdir. Şahid Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, DİO-da 2015-ci ildən xidmət edir, hazırda Qaradağ RPİ-nin 11-ci polis bölməsinin, polis sahə inspektoru vəzifəsini icra edir. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinməsi barədə əvvəlcədən əməliyyat məlumatı daxil olub və bu barədə əməliyyat qrupu təşkil edilərək qrupa rəhbərliyi 11-ci PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 etmişdir. xx.xx.2020cu il tarixdə saat 23:20-də Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən “Nərimanov Park“-da Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib həmin şəxsdən “Nazim” olub-olmamasını soruşmuşlar. Həmin şəxs isə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilərək 11-ci PB-nə dəvət olunmuşdur. 11-ci PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməzdən əvvəll şübhəli şəxs kimi tutulması barədə hüquqları izah edilmişdr. Eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Polis bölməsində xidməti otaqda müdafiəçinin iştirakı və öncədən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsində videoçəkilişdən istifadə olunacağı barədə əvvəlcədən məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilərkən könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki, qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu, sağ yan cibindən isə bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin kibrit qutularının içərisindəkilər narkotik vasitə olan qurudulmuş marixuanadır. Eləcə də xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Lökbatan qəsəbəsində yerləşən “Kapital Bankın” inzibati binasının qarşısında tanmadığı şəxsdən hər birini 5 manat olmaqla ümumilikdə 10 manata alaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kibrit qutuları açılmışdır. Qutuların içərisində yaşıl rəngli narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusuna yığılmış marixuanaya bənzər kütlə 01 ədəd kağız zərfə qoyularq qablaşdırılmış və bu barədəprotokol tərtib olunmuşdur. Protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şahid3 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç-bir fiziki və psixolojı təsir göstərilməmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin onun özünə məxsus olmasını demişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 7/688 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “…Vət. Təqsirləndirilən şəxs....” yazıları və imzalar olan kağız paketin içərisində 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 2,760 qram; 2,571 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5,331 qramdır. Qeyd: marixuananın ümumi çəkisi 5,331 qram(1-2 №li ob.)., tədqiqata istifadə olundu- 0,04 qram, qalıq 5,291 qram. Ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli 2806 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X8 rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 785 №-li rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs sol əlin İ barmağın əsas falanqasının arxa səthinin kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti kənara və iti uca malik əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 xx xxxxxx 2020-ci il tarixli 581-MTKŞ/2020 saylı ekpert rəyindən görünür ki, -Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. -Təqdim olunmuş bıçaqın üzərində sonradan əlavə dəyişiklik edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkiləri: 2,760 qram; 2,571 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi, 5,291 qram narkotik vasitə marixuana saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən hadisə zamanı qızı Zərərçəkmiş şəxs Səlim qızına xəsarət yetirdiyi 1 ədəd bıçaq iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli şəxsi axtarış və götürülmə keçirilməsi barədə protokola əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, 11-ci PB-nin inzibati binasında xidməti otaqda müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bütün iştirakçılara prosessual hərəkətin aparılması zamanı “Redmi” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbardar edilir. İştirakçılar tərəfindən video çəkilişin keçirilməsi ilə bağlı heç bir şikayət daxil olmur. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu, sağ yan cibində isə bir ədəd kibrit qutusunu çıxarıb edərək həmin kibrit qutularının içərisindəkilərin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuanaları xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Kapital Bank”-ın inzibati binasının qarşısında tanımadığı şəxsdən hər birini 5 manat olmaqla ümumilikdə 10 manata alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər bir əşya və ya predmet aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.2, 29,177.2.3, 29,177.2.3-2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılmaqla qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməli cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbindən aydın olur ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünü son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 128 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla həmin ittihamlar öz təsdiqini tam tapmışdır. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə ifadə verərək törətdiyi əməlləri qismən etiraf etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, halhazırda heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik maddə qəbul edir. Narkotik maddə qəbul etdiyinə görə əvvəllər məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə şəxsi işi ilə bağlı getmiş, Lökbatan qəsəbəsində yerləşən “Kapital Bank”-inzibati binasının qarşısından ötüb keçərkən tanımadığı bir nəfər şəxs ondan narkotik vasitə almağıı təklif etmişdir. O da narkotik vasitə qəbul etdiyi üçün tanımadığı şəxsdən hər biri 5 manat olmaqla 02 kibrit qutusuna yığılmış qurudulmuş marixuana almışdır. xx.xx.2020-ci il tarixdə saat 23:20 radələrində narkotik maddə olan qurudulmuş marixuanam qəbul etmək üçün, evdən çıxaraq Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən “Nərimanov Park“-na gəlmişdir. Həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim etmişlər. 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra, ondan Nazim olub-olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra ona narkotik vasitələrin, qanunsuz dövriyyəsində, şübhəli olduğu bildirilərək onu 11ci PB-yə gətirmişlər. 11-ci PB-də xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən, könüllü olaraq, üzərindəki əşyaları, masanın üzərinə qoyması təklif olunmuşdur. O da əynindəki, qara rəngli cins aşlavarının sol yan cibindən 01 ədəd sağ yan cibindən isə 01 ədəd kibrit qutusunu masanın üzərinə qoyaraq, bildirmişdir ki, kibrit qutularının içərisindəki narkotik maddə olan qurudulmuş marixuanadır, özünündür , öz istifadəsi üçün, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Lökbatan qəsəbəsində yerləşən “Kapital Bankın” inzibati binasının qarşısında tanmadığı şəxsdən hər birini 5 manat ümumilikdə 10 manata alaraq üzərində saxlamışdır. Həmin kibrit qutuları açıldı, qutuların içərisində yaşıl rəngli kütlədən ibarət narkotik maddə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik maddələr zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq, həmin zərfin üzərinə və protokola imzalar etmişər. Bir daha bildirmişdir ki, narkotik maddə onundur. Öz istifadəsi üçün əldə etmişdir. Həmin narkotik vasitəni kiməsə satmaq və ya pay vermək kimi niyyətim olmamışdır. Üzərində narkotik vasitə olması barədə heç kimə məlumat verməmişdir. Bu barədə heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət olunarkən və ya polis idarəsində inzibati binasında olduğu müddət ərzində ona heç bir fiziki və psixi təsir edilməmişdir. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Kapital Bankın” inzibati binasının qarşısında ona narkotik vasitəni satan şəxsin şəxsiyyəti barədə dəqiq hər hansı bir məlumatı olmamışdır, eləcə də həmin şəxsin əlamətlərini yaxşı xatırlamamışdır. Narkotik vasitədən istifadə etdiyinə görə üzərindən aşkar olunmuş narkotik vasitənin marixuana olduğu barədə məlumatı vardır. Bundan başqa bildirmək istəmişdir ki, göstərilən ünvanda arvadı Şahid1, oğlu Səlim və qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Yaşadığı həmin ev iki otaqdan ibarətdir. Bundan başqa X16 xx.xx.2020-ci il tarixdən hərbi xidmətə gedib, hazırda Səlim Nəzirov hərbi hissəllərdən birində xidmət edir. Arvadı Samirə ilə yaşadığı ünvanda tez-tez sözü-söhbəti düşür, buna görədə Samirə ilə onun münasibəti çox pisdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində arvadı Şahid1 ilə aralarında sözlə mübahisə baş vermişdir. Lakin həmin vaxt o arvadı Şahid1, eləcə də qızı Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirməmişdir. MTE-nin xx xxxxxx 2020-cu il tarixli 785 saylı rəyi ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs sol əlin İ barmağının əsəs falanqasının arxa səthinin kəsilmiş yarası, eləcə də dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid xəsarətlərin Zərərçəkmiş şəxs kim tərəfindən yetirilməsi barədə onun heç bir məlumatı yoxdur. O, İlhamə Nəzərova heç bir xəsarət yetirməmişdir. Arvadı Şahid1 və qızı Zərərçəkmiş şəxs ona bədən xəsarəti yetirib, lakin o məhkəmə tibbi ekspertizasından keçmək istəməmişdir. Bundan başqa məhkəmədə Təqsirləndirilən şəxs öz ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor və hədə tətbiq edildiyindən məcburiyyət qarşısında qalaraq cinayəti etiraf etdiyini bildirsə də bu fakt məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Qaradağ rayon Prokurorluğundan sorğu nəticəsində alınmış xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan aydın olur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı araşdırılma aparılmış və araşdırma nəticəsində bu fakt öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini qeyri-səmimi ifadə kimi qəbul edərək bu ifadəni özünümüdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin hal-hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə olunmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Həmin Məcəllənin 66.1-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik cinayətinə görə xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxx 2020-ci il tarixdə Qaradağ rayon prokuroru, ədliyyə müşaviri X4 qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilməklə MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 5,291 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 80 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 660 (altı yüz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxx 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 5,291 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardımla bağlı 660 (altı yüz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar