Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-109/2023 10.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1976-cı ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Nabır kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsi, Oktyabrın 70 illiyi küçəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşıyarkən 19 sentyabr 2022-ci il tarixdə saat 01:30 radələrində Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsi, Oktyabrın 70 illiyi küçəsində yerləşən doqquz mərtəbəli binanın arxasında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,373 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə olan heroindən hərdən bir istifadə etmişdir. O, narkotik vasitə olan heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul etmişdir. 18 sentyabr 2022ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri, Ramana qəsəbəsinə getmişdir. Ramana qəsəbəsində olan zaman şəxsiyyəti və olduğu yer barəsində heç bir məlumatı olmadığı sadəcə adını Elvin kimi bildiyi şəxslə görüşmüş və Elvin ona narkotik vasitə heroin satdığını bildirmişdir. Onu da qeyd etmişdir ki, Elvin bilirmiş ki, o, narkotik vasitə olan heroinin istifadəçisidir. O, 10 manat pul verərək şəxsi istifadəsi üçün Elvindən bir sellofan bükümündə narkotik vasitə heroin almışdır. O, Elvin adlı şəxsdən narkotik vasitə olan heroini götürərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsinə gəlmişdir. O, 19 sentyabr 2022-ci il tarixdə təxminən saat 01:30 radələrində yaşadığı Sənqaçal qəsəbəsində yerləşən doqquz mərtəbəli binanın arxasında idarə etdiyi “Opel” markalı avtomaşınının salon hissəsində əyləşərək Elvin adlı şəxsdən 10 manata Ramana qəsəbəsində aldığı narkotik vasitə heroini istifadə etməyə hazırlaşdığı zaman polis əməkdaşlarıının avtomaşına yaxınlaşdığını görüb həmin narkotik vasitə heroini bükərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Polis əməkdaşları ona yaxınlaşdıqda o, avtomaşından düşmüş və polis əməkdaşları ondan həmin yerdə dayanmağının səbəbini soruşmuş və şəxsiyyətini müəyyən etməkdən ötrü şəxsiyyət vəsiqəsini istəmişlər. O da üzərində narkotik vasitə heroin olduğundan polis əməkdaşlarına şəxsiyyət vəsiqəsini təqdim etmədiyindən polis əməkdaşları onu Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. 11-ci PB-nin inzibati binasında otaqların birində onun hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəklinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O da könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən sellofan kəsiyinə bükülmüş içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü masanın üzərinə qoyub bildirmişdir ki, bükümün içərisində narkotik vasitə heroin vardır, həmin narkotik vasitə heroini Bakı şəhəri, Ramana qəsəbəsində Elvin adlı şəxsdən 10 manata almış və öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, spesifik iyli maddə aşkarlanmışdır. Daha sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləndə üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Bir daha bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin onundur, öz istifadəsi üçün əldə etmiş, həmin maddəni kiməsə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Həmin narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Polis əməkdaşları onu 11-ci polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir formada zor tətbiq etməmişlər. O, üzərində olan narkotik vasitə heroini Qaradağ RPİ-nin 11-ci PB-də saxlanıldığı müddətdə atmaq və yaxud gizlətmək imkanı olsa da o, həmin narkotik vasitəni vəkilinin iştirakı ilə polis əməkdaşlarına təqdim etmək üçün saxlamışdır. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə saat 01:30 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsində 67-55 şağırışlı avtopatrulla postaçı yoldaşı Şahid1lə birlikdə xidmətdə olan zaman qəsəbənin “9 mərtəbə” adlanan binanın arxasında bir nəfər şəxsin Opel markalı avtomaşının yaxınlığında özünü şübhəli apardığının şahidi olmuşlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsdən şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin olub-olmadığını soruşmuşlar. Həmin şəxs özünü təqdim etməkdən və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməkdən imtina etdiyinə görə onu Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edərək avtopatrulla özləri ilə birlikdə həmin bölməyə gətirən zaman həmin şəxs bildirmişdir ki, narkotik vasitələrin istifadəçisidir və üzərində narkotik maddə vardır. Qaradağ RPİ-nin 11-ci PB-də məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin gün Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı Qüdrət Əliyev 10 saylı Vəkil Bürosunun müdiri Əmirulla Əlizadənin mobil nömrəsinə zəng edib vəkil lazım olduğunu bildirsə də Əmirulla Əlizadə saat 22-dən sonra vəkillərin 11-ci PB-nə gələ bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də baş təhqiqatçısı Qüdrət Əliyev həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə protokol tərtib etmiş, həmin şəxs Qaradağ RPİ-nin 11-ci PB-də polis əməkdaşlarının nəzarəti altında qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 10:20-də isə Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir. Həmin narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Ramana qəsəbəsində adını Elvin kimi bildiyi şəxsdən 10 manata öz istifadəsi üçün almışdır. Büküm açılarkən içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülərək ekspertiza keçirilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə kimyəvi ekspertizasından sonra isə müəyyən olunmuşdur ki, həmin maddə narkotik vasitə heroindir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları Şahid3 və X3 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək şahid Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, 6/5316 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №223” möhür əksi və “....Vət. İ. Məmmədovun üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə, Təqsirləndirilən şəxs-imza, iştirakçılar-beş imza, tərtib etdi: Q.Əliyev –imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi -0,373 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,373 qram, tədqiqata sərf edildi-0,05 qr., qalıq-0,323 qr. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 24 dekabr 2022-ci il tarixli, 7812 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə 0,373 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırkı 0,323 qram (0,373-0,05) olan qalığı isə məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Ona hüquq və vəzifələri izah olunmuşdur. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O da könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən sellofan kəsiyinə bükülmüş içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü masanın üzərinə qoyub bildirmişdir ki, bükümün içərisində narkotik vasitə heroin vardır, həmin narkotik vasitə heroini Bakı şəhəri, Ramana qəsəbəsində Elvin adlı şəxsdən 10 manata almış və öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 19 sentyabr 2022-ci il tarixdə saat 01:30 radələrində polis əməkdaşları tərəfindən tutulmuş və 20 sentyabr 2022-ci il tarixdə saat 14:00-da təqsirləndirilən şəxs qismində cəlb edilməsi ona elan edildikdən sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan sonra o istintaq orqanına gəlməkdən yayındığına görə barəsində axtarış elan edilmiş, o 09 dekabr 2022-ci il tarixdə tutulmuş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb ediməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,323 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 04 (dörd) ay 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,323 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-109/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-109/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver