Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-11/2021 02.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X4, İctimai əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.2000-ci ildə Lerik rayonu, Bülüdül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Lerik rayonu, Bülüdül kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, fərdi yaşayış evində faktiki olaraq yaşamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, fərdi evdə tanışı Zərərçəkmiş şəxs məxsus qara rəngli, ekranı bir neçə yerdən çartlamış “Xiaomi” markalı mobil telefonu, bir ədəd bank kartı və içində 320 manat pul olan pul kisəsini oğurlayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 620 manat 50 qəpik miqdarında maddi ziyan vurmuşdur. Məhkəmə iclasında ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində beş ilə yaxın müddətdir ki, tanıdığı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən fərdi yaşayış evinə qonaq gəlmiş və gecəni həmin evdə qalmışdır. xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində yuxudan oyanan zaman Gündüzə məxsus qara rəngli, ekranı bir neçə yerdən çartlamış “Xiaomi” markalı mobil telefonu, bir ədəd bank kartı və içində 320 manat pul olan pul kisəsini qonaq otağında masanın üzərində görmüş və evdə atası xəstə olduğundan həmin əşyaları və pulu oğurlamaq qərarına gəlmişdir. Həmin əşyaları oğrulayaraq, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə gəlmişdir. Bir neçə saatdan sonra Gündüz onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmiş və ondan oğurladığı əşyaları və pul geri qaytarmasını tələb etmişdir. Bu zaman atası Nicat onun oğruluq etməsi barədə məlumatlı olmuş və onun oğurladığı telefonu, bank kartını və pul kisəsini Gündüzə geri qaytarmışdır. Həmçinin oğurladığı 320 manat pulun 20 manatı geri qaytarmışdır. Belə ki, o, həmin pulun 300 manatını şəxsi ehtiyaclarına xərclədiyindən, həmin puldan 20 manat qalmışdır. Atası Nicat 20 manat pulu Gündüzə geri qaytararaq, yerdə qalan 300 manat pulu isə tezliklə qaytaracağına söz vermişdir. Hazırda Gündüzə vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Buna görə də sonuncunun ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Lakin hesab edir ki, törətdiyi əməldə cinayət tərkibi yoxdur. O, inzibati məsuliyyətə cəlb edilməli olduğu halda, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Buna əsas isə barəsində aparılmış təhqiqat zamanı onun Gündüzdən oğurladığı telefonun qiymətinin 300 manat məbləğində olmasının göstərilməsidir. Halbuki onun Gündüzdən oğurladığı telefon işlənmiş, ekranı çartlamış və saz vəziyyətdə olmayan telefon olmuşdur. Təhqiqat zamanı aparılmış ekspertizaya əsasən verilmiş ekspert rəyi üzrə həmin telefonun dəyəri 80 manat məbləğində qiymətləndirilsə də, lakin təhqiqatçı heç bir əsas olmadan, ekspert rəyinə deyil, Gündüzün ifadəsinə əsaslanaraq, telefonun qiymətini 300 manat məbləğində dəyərləndirərək, bununla da onun əməlini oğurluq cinayəti kimi qiymətləndirmişdir. O, Gündüzə məxsus əşyaları və 320 manat pulu oğurladığını etiraf edir. Lakin onun oğruladıqları əşyalar 500 manatdan aşağı olduğundan onun əməlində oğurluq cinayətinin tərkibi yoxdur. Təqsirləndirilən şəxs qeyd etdiklərini nəzərə alaraq məhkəmə tərəfindən ona bəraət verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində beş ilə yaxındır ki, tanıdığı Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmiş və səhərə kimi həmin evdə qalmışdır. xx.xx.2020-ci il tarixdə saat 09:30 radələrində yuxudan oyandığı zamanı Təhminin artıq getdiyini görmüşdür. O, qonaq otağında masanın üzərinə qoyduğu ona məxsus qara rəngli, ekranı bir neçə yerdən çartlamış “Xiaomi” markalı mobil telefon, bir ədəd bank kartı və içində 320 manat pul olan pul kisəsinin olmadığını görmüşdür. Həmin əşyaları Təhminin oğurladığını başa düşdükdən sonra isə DİN-nin 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişdir. Bir neçə saatdan sonra Təhminin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə gedərək ondan oğurladığı əşyaları və pulu geri qaytarmasını tələb etmişdir. Təhminin atası Nicat oğlunun oğurladığı mobil telefonu, bir ədəd bank kartı və pul kisəsini ona qaytarmışdır. Həmçinin oğurlanmış 320 manat pulun 20 manatını geri qaytararaq, yerdə qalan 300 manat isə tezliklə qaytaracağına söz vermişdir. Oğurluq hadisəsi baş verməzdən əvvəl ona məxsus bank kartında pul olmamışdır və həmin bank kartını Rusiya Federasiyasında maaş almaq üçün işlədiyi şirkət vermişdir. Daha sonra ondan oğurlanmış məbləğ tam olaraq geri qaytarılmışdır. Bununla da ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Buna dair yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs hərəkətindən acıqlı olduğundan xx.xx.2020-ci il tarixdə təhqiqat zamanı ərizə təqdim edərək, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmadığını, sonuncunun ondan oğurladığı mobil telefonun qiymətinin 80 manat deyil, 300 manat dəyərində olmasını bildirmişdir. Halbuki həmin telefonu saz vəziyyətdə deyil, işlənmiş vəziyyətdə almışdır. Telefonun ekranı zədəli olmaqla, qiyməti 100 manatdan aşağı olmuşdur. İş üzrə aparılmış ekspert rəyi ilə tam razıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Götürülmə aparılması haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq təhqiqata təqdim etdiyi qara rəngli, ekranı bir neçə yerdən çartlamış “Xiomi” markalı mobil telefon, bir ədəd bank kartı və pul kisəsi ondan götürülmüşdür. (i.v. 6); Maddi sübut kimi tanınma haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq təhqiqata təqdim etdiyi qara rəngli, ekranı bir neçə yerdən çartlamış “Xiomi” markalı mobil telefon, bir ədəd bank kartı və pul kisəsi maddi sübut kimi tanınmışdır. (i.v. 7); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx xxxxx 2020-ci il tarixli cavabdan görünür ki, X1 Hərbi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.2-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilərək, CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 06 ay sınaq müddəti ilə şərti tətbiq edilmişdir. (i.v. 41); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/943 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir:
1. 1 ədəd Çində istehsal edilmiş “Xiomi” markalı, “M1805D1SG” modelli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, rəqəmsal fotokameralı, ekranı zədəli (çatlamış) vəziyyətdə mobil telefon – 80 manat;
2. 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan 11,5x7,50 sm ölçülü süni dəri materialdan hazırlanmış uzun müddət istifadədə olub, üzərində qüsurlar (boya qopuqları, söküklər) olan pul kisəsi – 0,50 manat;
3. 1 ədəd üzərində Sberbank sözləri olan **********834112 serialı bank kartı satış üçün nəzərdə tutulmadığı üçün qiymətləndirmə aparılmadı. Ekspertiza tədqiqatınbın dəyəri 50 manat təşkil edir. (i.v. 42-45); Zərərçəkmiş şəxs tərəfindən Qaradağ RPİ-nin 38-ci PB-nə ünvanlanmış xx xxxxx 2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/943 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası rəyi üzrə mobil telefonun 80 manat dəyərində olması ilə razılaşmayaraq, həmin telefonu 2-3 gün əvvəl Qızıldaş qəsəbəsində dayanacaqda tanımadığı şəxsdən 300 manat aldığını, buna görə də ərizədə qeyd etdiklərini nəzərə alaraq, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə oğurlanmış, ona məxsus “Xiomi” markalı telefonu 300 manat dəyərində olmasının məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olmasının qeyd edilməsini xahiş etmişdir. (i.v. 46); Bakı şəhəri Qarandağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)- 178/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, axtarış elan edilməklə tutulması, tutulduqdan sonra isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 069-20580- 1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə könüllü olaraq Qaradağ RPİ-nə gəlmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, xx/xx-9355 saylı məktubdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam olaraq ödədiyini, təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki məhkəməyədək sadələşdirilmiş icraat üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təhqiqat orqanının gəldiyi nəticə əsassız olmaqla, T.N. Mehrəlizadənin törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun hərəkətlərində cinayət tərkibinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırki böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, fərdi yaşayış evində tanışı Zərərçəkmiş şəxs məxsus qara rəngli, ekranı bir neçə yerdən çartlamış “Xiaomi” markalı mobil telefonu, bir ədəd bank kartı və içində 320 manat pul olan pul kisəsi olmaqla, ümumilikdə 620 manat 50 qəpik məbləğində əmlakı oğurlamaqla, zərərçəkmiş şəxsə 620 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqda təqsirləndirilmişdir. Lakin aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğurluq məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, fərdi yaşayış evində Zərərçəkmiş şəxs oğurladığı əmlakın ümumi qiymətinin 620 manat 50 qəpik olması öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 1 ədəd mobil telefon, bank kartı, pul kisəsi və 320 manat məbləğində pul oğurlamışdır. Təhqiqat zamanı aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/943 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən mobil telefonun qiyməti 80 manat məbləğində qiymətləndirilsə də, lakin əsassız olaraq təhqiqat zamanı zərərçəkmiş şəxsin ərizəsinə və ifadəsinə istinad olunaraq, oğulanmış telefonun dəyəri 300 manat məbləğində qiymətləndirilərək, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği ümumilikdə 620,50 manat kimi göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, oğurlanmış əmlakın dəyəri ilə bağlı ekspert rəyi olduğundan həmin rəy əsas götürülməlidir. Belə olan halda Zərərçəkmiş şəxs vurulmuş ziyanın miqdarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün qanunverici tərəfindən müəyyən edilmiş 500 manatdan yuxarı məbləği təşkil etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 42.1.2-ci maddəsinə əsasən Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı təhqiqat orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmadığı əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 357.0 və 357.0.1-ci maddələrinə əsasən şəxs məhkəmənin hökmü ilə ona bəraət verildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dərhal ləğv edilərək, o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Məhkəmə habelə belə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X3: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş təhqiqat dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 16. 04. 2020-ci il tarixli 605 saylı order əsasında işə qoşularaq təhqiqat dövründə 48 (qırx səkkiz) iş saatı, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2020-ci il tarixli № 927 saylı order əsasında işə qoşularaq məhkəmədə 20 (iyirmi) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 xx.xx.2021-ci il tarixli № 100 saylı order əsasında işə qoşularaq məhkəmədə 6 (altı) iş saatı sadələşdirlmiş material üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı vəkil X9 tərəfindən göstərilmiş cəmi 48 (qırx) iş saatı hüquqi yardıma görə 288 (iki yüz səksən səkkiz) manat pul vəsaiti, vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 120 (bir yüz iyirmi) manat pul vəsaiti və vəkil X8 tərəfindən məhkəmədə göstərilmiş cəmi 6 (altı) iş saatı hüquqi xidmətə görə 36 (otuz altı) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.3, 42.1.2, 42.2.2, 61, 62, 344-349, 350-353, 356, 357 və 358ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “həbs” qətimkan tədbiri dərhal ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı vəkil X9 tərəfindən göstərilmiş cəmi 48 (qırx) iş saatı hüquqi yardıma görə 288 (iki yüz səksən səkkiz) manat pul vəsaiti, vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 120 (bir yüz iyirmi) manat pul vəsaiti və vəkil X8 tərəfindən məhkəmədə göstərilmiş cəmi 6 (altı) iş saatı hüquqi xidmətə görə 36 (otuz altı) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: İslam Həsənov