Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-11/2022 19.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 26 avqust 1982-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 03 (üç) ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 16 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin CAŞ, NMB və 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyi ərazisində “Tur” marketin qarşısında saxlanılaraq Bakı şəhəri, Qaradağ RPİ-nin inzibati binasına gətirilərək həmin gün saat 20:50 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 03(üç) ədəd siqaretin gümüşü rəngli kağızından olan bükülülərdə hər biri 0,671, 0,329 və 0,547 qram olmaqla, ümumi təmiz çəkisi 1,547 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir, ruhi-əsəb xəstəliyindən əzab çəkmir. 10 ildən uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir, bir neçə dəfə narkotik vasitələrin daşınmasına görə məhkum olunmuşdur. Narkotik vasitə qəbul etmək istəyərkən Bakı şəhərində müxtəlif yerlərindən tanımadığı şəxslərdən əldə edir və çəkmə və ya inyeksiya yolu ilə istifadə edir. 16 iyul 2021-ci il tarixdə saat təxminən 15 radələrində Yasamal rayonu ərazisində “Asan Xidmət” in arxasında tanımadığı şəxsdən 35 manat verməklə 3 büküm şüşə adlanan narkotik vasitə almış, bundan sonra yaşadığı Müşfiqabad qəsəbəsinə qayıtmışdır. Saat təxminən 19 radələrində Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində “Tur” marketin qarşısında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Polis İdarəsinə dəvət etmişlər. Xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X7 ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olubolmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuş, o, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərimə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, könüllü olaraq, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan 03 (üç) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş “şüşə” adlanan narkotik vasitə metamfetamini çıxardıb masanın üzərinə qoyaraq, həmin maddələrin “şüşə” adlanan narkotik vasitə metamfetamin olduğunu, özünə məxsus olduğunu, Bakı şəhəri, Yasamal rayonu ərazisində “Asan Xidmət” in arxasında tanımadığı şəxsdən 35 manat verməklə aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddələr olan bükümlər zərfə qoyularaq möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imza etmişlər. O, öz ifadəsində daha sonra yaşadığı mənzildə və başqa bir yerdə psixotrop maddə saxlamadığını, psixotrop maddə əldə edən zaman həmişə üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini, narkotik vasitələri istifadə etmək üçün tanımadığı müxtəlif şəxslərdən əldə etdiyini, falqa deyilən kağızın üstündə yandıraraq çıxan tüstünü qəbul etməklə və ya şpris vasitəsilə damara vurmaqla istifadə etdiyini, həmin psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, heç kimə satmaq və pay vermək niyyəti olmadığını və əvvəllər üç dəfə narkotiklərin dövriyyəsinə görə məhkum edildiyini bildirmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, istifadəsində olan ***-***-**-**, ***- ***-**-** mobil nömrələr ona məxsus olmaqla həmin nömrələrlə 15 iyul 2021-ci il tarixdə və 16 iyul 2021-ci il tarixdə tanışı Valehin istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə və ***-***- **-** nömrəni istifadə edən tanışı ilə “whatsapp” proqramı ilə danışıqları olmuşdur. Həmin danışıqlardan da aydın olur ki, onlar birlikdə həmişəki kimi narkotik vasitə əldə edib istifadə etmək üçün danışıqlar aparmışlar. Onun üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetamini satmaq niyyəti olmamış, sadəcə birlikdə istifadə etmək niyyəti olmuşdur. O, öz ifadəsində son olaraq CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, DİO-da 2014-cü ildən, hal-hazırda tutduğu vəzifədə isə 2020-ci ildən xidmət aparır. 16.07.2021-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcbur köçkünlər şəhərciyi ərazisində Təqsirləndirilən şəxs psixotrop maddə olan “metamfetamin”in qəbulu, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şakir oğlu və Qaradağ RPİ-nin CAŞ-nın kiçik inspektoru, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş, əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuşdur. Bundan sonra əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə 16 iyul 2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcbur köçkünlər şəhərciyi ərazisində “Tur” marketin qarşısında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ondan adını, soyadını və atasının adını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və tərəflərindən Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək Qaradağ RPİ-yə gətirilmişdir. RPİ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1982-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Mənsi Ağayevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Videoçəkiliş Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üç ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuş, həmin bükülülər açılarkən içərisində ağ rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “şüşə” olduğunu, 16 iyul 2021-ci il tarixdə Yasamal rayonu ərazisində, Asan Xidmətin arxasında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 16.07.2021-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcbur köçkünlər şəhərciyi ərazisində Təqsirləndirilən şəxs psixotrop maddə olan “metamfetamin”in qəbulu, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 Qaradağ RPİ-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid1 rəhbərliyi altında o və Qaradağ RPİ-nin CAŞ-nın kiçik inspektoru, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş, əməliyyat zamanı onlara davranış xətti izah olunmuşdur. Bundan sonra əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə 16 iyul 2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcbur köçkünlər şəhərciyi ərazisində “Tur” marketin qarşısında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ondan adını, soyadını və atasının adını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və tərəflərindən Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək Qaradağ RPİ-yə gətirilmişdir. RPİ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1982-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt Şahid1 tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Mənsi Ağayevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Videoçəkiliş Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üç ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuş, həmin bükülülər açılarkən içərisində ağ rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “şüşə” olduğunu, 16 iyul 2021ci il tarixdə Yasamal rayonu ərazisində, Asan Xidmətin arxasında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli 6/2914 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş” sözlər və imzalar olan bir ədəd zərfdəki 3 (üç) ədəd gümüşü rəngli kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.671 qram, 0.329 qram, 0.547 qram, ümumi təmiz çəkisi 1.547 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 1,547 qram, cəmi tədqiqata sərf edildi 0,15 qram (hər ob.0,05 qr), qalıq 1,397 qram. Ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 09 avqust 2021-ci il tarixli, 2776 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş üç bükümdə olmaqla ümumi təmiz çəkisi 1.547 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 1.397 qram qalığı, Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən o, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd siqaretin gümüşü kağızından olan bükümlər çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlərin içərisinə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin maddələrin “şüşə” adlanan psixotrop maddə metamfetamin olmasını və həmin psixotrop maddələri Yasamal rayonu ərazisində, Asan Xidmətin arxasında tanımadığı şəxsdən aldığını bildirməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, təqsirləndirilən şəxs Nuruşov X5 rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Qaradağ rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək, 05 noyabr 2021ci il tarixə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmışdır. Bakı şəhər Probasiya İdarəsinin 19 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə cəzası 01 il azaldılmış və 01 il 24 gün çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməli CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbindən görünür ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından da aydın olur ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, “Whatsapp” ani mesajlaşma proqramında adı “Valeh” kimi qeyd olunmuş ***-***-**-** mobil nömrənin istifadəçisi və adı qeyd edilməmiş ***-***-**-** mobil nömrənin istifadəçiləri ilə 15 iyul 2021-ci il və 16 iyul 2021-ci il tarixlərdə narkotik vasitələrin alqı-satqısı mövzusunda mesajlaşmalar müəyyən edilmişdir. Həmin mesajlardan görünür ki, adı “Valeh” kimi qeyd olunmuş ***-***-**-** mobil nömrənin istifadəçisi və adı qeyd edilməmiş ***-***-**-** mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs onlara psixotrop maddə və ya narkotik vasitə təşkil etməsini xahiş edirlər və Təqsirləndirilən şəxs həmin şəxslərə köməklik etmək məqsədilə narkotik vasitə tapacağını vəd edərək görüş yeri təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsindən görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ayrı-ayrılıqda 0.671 qram, 0.329 qram, 0.547 qram, ümumi təmiz çəkisi 1.547 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş və həmin psixotrop maddələr ayrı-ayrı bükümlərə bölünməklə şəxsi istehlak miqdarından kifayət qədər çox olmuşdur. Bundan başqa həmin bükümlərin “whatsapp” yazışmalarında həmin maddələri təşkil etməsinə dair təqsirləndirilən şəxsin razılıq verməsindən qısa zaman sonra aşkar edilib götürülməsi onun psixotrop maddələri satmaq niyyətində olmasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 16 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 17 iyul 2021ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1.397 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 91.76 (doxsan bir manat yetmiş altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 55 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 35 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Abşeron rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalmış 01 il 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 06 ay 12 gün müddət) qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 16 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1.397 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 91.76 (doxsan bir manat yetmiş altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X9 oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-11/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-11/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver