Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-11/2024 15.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərişıq ASC-nin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs Kərimli Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Zərdab rayonu Çallı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2, 29, 177.2.3-2 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzası 02 il 07 ay azadlığın məhdudlaşdırması cəzası ilə əvəz edilmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən ona təyin edilmiş 02 il 07 ay azadlığın məhdudlaşdırması cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 08 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarına əsasən cəzası 06 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, fərdi əməklə məşğul olan, Zərdab rayonu Çallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Kərimli Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Kərimli Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 25 dekabr 2022-ci il tarixdə, saat 14.00 radələrində icarəyə götürdüyü “Hyundai Elantra” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən "xxxx" ASC-yə məxsus 115 saylı transfarmator məntəqəsinin qarşısına gəlib, məntəqənin qapısını özü ilə gətirdiyi vintaçanla açıb saxlanc yerinə qanunsuz daxil olaraq, elektrik yuvasından 15 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumi qiyməti 750 manat olan (50x5mm) ölçüdə 1 metrlik mis şinləri, yəni ictimai əhəmiyyətli elektrik xətlərinə mübasibətdə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 25 dekabr 2022-ci il tarixdə, saat 14:30 radələrində icarəyə götürdüyü “Hyundai Elantra” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi D.Bünyadzadə küçəsində "xxxx" ASC-yə məxsus 1 saylı transfarmator məntəqəsinin qaşısına gəlib, məntəqənin açıq olan qapısından içəriyə qanunsuz daxil olaraq, elektrik yuvasından bir ədədinin qiyməti 50 manat olmaqla ümumi qiyməti 150 manat olan (50x5mm) ölçüdə 1 metrlik mis şinləri, yəni ictimai əhəmiyyətli elektrik xətlərinə mübasibətdə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 30 dekabr 2022-ci il tarixdə saat 15.00 radələrində icarəyə götürdüyü “Hyundai Elantra” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi D.Bünyadzadə küçəsində yerləşən "xxxx" ASCyə məxsus 1 saylı transfarmator məntəqəsinin qarşısına gəlib, məntəqənin açıq olan qapısından qanunsuz daxil olaraq, elektrik yuvasından bir ədəd ümumi qiyməti 6500 manat olan 630 Eleqaz açarını və bir ədədinin qiyməti 250 manat olmaqla iki ədəd 500 manat dəyərində 6 kv 200/5A markalı cərəyan transfarmatorunu idarə etdiyi avtomobilə yükləyib aparmaqla dövlət əhəmiyyətli elektrik xətlərinə mübasibətdə 7000 manat dəyərində, ümumilikdə 7900 manat olmaqla ictimai əhəmiyyətli elektrik xətlərinə mübasibətdə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş “Azərişıq ASC”-yə maddi xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Kərimli Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin dekabr ayında yaşadığı Xırdalan şəhərində Rent Car-dan “Hundai” markalı avtomobili icarəyə götürmüşdür. Təxminən 2022-ci il dekabr ayının axırlarında 20 yanvar metrostansiyasının yanında bir nəfər qadını götürüb Lökbatan qəsəbəsinə gətirmişdir. Həmin qadını avtomobildən düşürəndən sonra işıq idarəsinin işçilərinin elektrik yarımstansiyasında işlədiklərini görmüşdür. Həmin vaxt qərara gəlmişdir ki, səhəri gün gəlib yarımstansiyadan oğurluq etsin. Bu məqsədlə səhəri gün günorta radələrinə Lökbatan qəsəbəsinə getmişdir. Lökbatan qəsəbəsində “Bravo” marketin yanındakı transfarmator məntəqəsində ətrafda heç kimin olmadığını gördükdən sonra oraya yaxınlaşmışdır. Qapının kilidini avtomobildən götürdüyü vintaçanla açaraq içəriyə daxil olmuş və elektrik yuvalarında olan mis metaldan olan şinləri açaraq götürmüş və həmin şinləri maşına yükləmişdir. Bundan başqa həmin gün Lökbatan qəsəbəsində yerləşən 106 saylı məktəbin yaxınlığındakı transfarmator məntəqəsindən 07 ədəd mis şinləri özündə olan açarla açaraq oğurlamışdır. Oğurladığı əmlakı satmaq üçün yaşadığı Zərdab rayonuna getmişdir. Ucar rayonunda metal qəbulu məntəqəsini görüb saxlamış orada işləyən tanımadığı şəxsə misi satmışdır. Bunun əvəzində əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Zərdab rayonuna getmişdir. İki-üç gün rayonda qaldıqdan sonra Bakı şəhərinə gəlmişdir. Maddi vəziyyəti pis olduğu üçün həm də yaxınlıqda əməliyyat olunacağı üçün pula ehtiyacı olmuşdur. Buna görə də yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 30 dekabr 2022-ci il tarixdə yenidən Lökbatan qəsəbəsində yerləşən 106 saylı məktəbin yaxınlığındakı transfarmator məntəqəsinə gəlmişdir. O, dəmir qapını əli ilə açaraq içəriyə daxil olmuş və özüylə gətirdiyi açar dəsti ilə elektrik avadanlığı olan vakum açarını açaraq yerindən çıxarmışdır. Belə ki, vakum açarının boltlarını açmış yuvadan çıxartmışdır. Ağır olduğu üçün iki hissəyə ayıraraq həmin hissələri götürüb maşına yükləmişdir. Bundan başqa o, həmin yerdən iki ədəd cərəyan transfarmatoru da götürmüşür. Həmin vakum açarını və cərəyan transfarmatorunu avtomobilin yük yerinə qoymuş və Abşeron rayonu, Mehdiabad qəsəbəsinə tanıdığı Heydər adlı şəxsin sexinə getmişdir. Heydərə demişdir ki, vakum açarı onda qalsın gəlib götürəcək. Bundan sonra yenə Zərdab rayonuna getmişdir. Oğurladığı cərəyan transfarmatorunu yaşadığı Zərdab rayonuna aparmışdır. Bir neçə gündən sonra Qaradağ rayon polis idarəsinin əməkdaşları ona zəng etmişlər və 10-cu polis bölməsinə çağırmışlar. O da polis bölməsinə gəlmişdir. Oğurladığı mis şinlərin bir qismi maşında qalmışdır həmin şinləri Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşlarına təhvil vermişdir. Törətdiyi əməldən peşmandır.Zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmışdır.Üçüncü qrup gözdən əlildir.Qardaşı Şahid5 Vətən Müharibəsi iştirakçısıdır.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərişıq ASC-nin nümayəndəsi Nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə səhər saatlarında işə gələrkən Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi yerləşən Azərişıq ASC-yə məxsus transfarmator məntəqəsinin qapısının naməlum şəxslər tərəfindən sındırılaraq içəridə quraşdırılmış ehtiyat elektrik yuvasından mis metaldan olan paylayıcı şinlərin açılaraq oğurlandığını aşkar edib DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra o, 10-cu PB-nə bu barədə ərizə yazmışdır. Bundan başqa, 29 dekabr 2022-ci il tarixdə saat 09 radələrində ASC-nin ünvan 1 ünvanında yerləşən 106 saylı məktəbin yaxınlığındakı transfarmator məntəqəsinə baxış keçirilərkən mis materialdan hazırlanmış 07 ədəd şinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişlər. Bundan başqa 01 yanvar 2023-cü il tarixdə 1 saylı TM-ə yenidən baxış keçirilən zaman bir ədəd “Eleqaz” açarının, iki ədəd cərəyan transfarmatorunun və 12 ədəd sistem şinlərinin oğurlandığı və torpaqlama bıçaqlarının sökülərək götürüldüyü aşkarlanmışdır. Azərişıq ASC-yə məxsus 115 saylı transfarmator məntəqəsinə 26 dekabr 2022-ci il tarixdə bayramla əlaqədar qızmaların aradan qaldırılması üçün təkrar baxış keçirilərkən oğurluq olması aşkar edilmişdir. 21 dekabr 2022-ci il tarixdə oraya sonuncu dəfə baxış keçirilmişdir. Hal-hazırda vurulmuş ziyan Kərimli Təqsirləndirilən şəxs tərfindən Azərişıq ASC-yə ödənilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 29 dekabr 2022-ci il tarixdə səhər saatlarında rəhbərliyin təlimatı ilə bütün transfarmator məntəqələrinə baxış keçirilirmişdir. Qeyd edilən tarixdə o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi D.Bünyadzadə küçəsində yerləşən 1 saylı transfarmator məntəqəsinə yaxınlaşanda oranın qapısının açıq olduğunu görmüşdür. İçəriyə daxil olduqda elektrik yuvasının dağılmasını və bölmələrarası yuvadan mis şinlərin oğurlandığını aşkar etmişdir. Bu barədə RETSİ-nin mühəndisi Nümayəndə telefonla zəng edərək məlumat vermişdir. Nümayəndə da öz növbəsində hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı yolunda yerləşən elekrik avadanlıqları sexində işləyir. Təqsirləndirilən şəxs Kərimli bir neçə dəfə işlədiyi sexə gəlib getmişdir. Sonuncu dəfə sexə gələndə o, vakum açarını sexə qoymuş və götürəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin açar oğurluqdur və həmin vakum açarını Təqsirləndirilən şəxs qardaşına təqdim etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı yolunda yerləşən elekrik avadanlıqları sexində bir il olar ki, işləyir. Təqsirləndirilən şəxs Kərimlini 3-4 il olar ki, tanıyır. Onun atası Qardaşxan işıq idarəsində işlədiyindən onun vasitəsi ilə oğlu Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs onun işlədiyi Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən sexə gələrək vakum açarını sexə qoymuş və götürəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin açar oğurluqdur və həmin açarı Təqsirləndirilən şəxs qardaşı götürərək polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Kərimli Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 2023-cü ilin yanvar ayının əvvəllərində qardaşı ona zəng edərək Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən saxlandığını demişdir. O da bu barədə ailə üzvlərinə məlumat vermişdir. Təqsirləndirilən şəxs polis tərəfindən tutulmasının səbəbləri ilə maraqlananda ona məlum olmuşdur ki, qardaşı Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Azərişiq ASC”-yə məxsus yarımstansiyalardan oğurluq etmişdir. Buna görə də 10-cu PB-nə gəlmişdir. Qardaşı ilə mobil telefonla danışanda qardaşı ona demişdir ki, yarımstansiyalardan oğurladığı bir ədəd “Eleqaz” açarını Heydərin sexinə qoymuşdur. O da əvvəlcə Heydərin özü ilə, sonradan isə işçisi Şahid2la danışmışdır. Polad həqiqətən də bir-iki gün əvvəl onun qardaşı Təqsirləndirilən şəxs işlədikləri sexə bir ədəd “Eleqaz” açarı qoymasını demişdir. O, Polada qardaşının polis tərəfindən saxlanıldığını və bir ədəd “Eleqaz” açarının da oğurluq olmasını demişdir. Poladla Novxanıda görüşmüşlər. Ondan bir ədəd “Eleqaz” açarını götürərək Qaradağ RPİ-nə təqdim etmişdir. İş materillarından görünür ki, ********* saylı cinayət işi 04 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-2-ci maddələri ilə başlanaraq icraata qəbul edilmişdir. İş materillarından görünür ki, Kərimli Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə saat 16:30-da Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-2-ci maddələri ilə şübhəli şəxs qismində tutulub Qaradağ RPİ-nin MSY-nə təqdim edilmişdir. İş materillarından görünür ki, 05 yanvar 2023-cü il tarixdə Kərimli Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materillarından görünür ki, 03 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ASC-nin balansında olan ünvan 2 ünvanda yerləşən 327 saylı Transfarmator məntəqəsindən oğurluq olması faktına görə Xətai RPİ-nin İŞ-nin müstəntiqi Taleh Baxişev tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Kərimli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materillarından görünür ki, 04 fevral 2023-cü il tarixdə Kərimli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Xətai RPİ-nin İŞ-nə göndərilmişdir. İş materillarından görünür ki, 04 fevral 2023-cü il tarixdə ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Taleh Baxişev tərəfindən icraata qəbul olunaraq ********* nömrəli cinayət işinə birləşdirilmiş və iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsindən həmin məcəllənin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materillarından görünür ki, 05 fevral 2023-cü il tarixdə Kərimli Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 03 fevral 2023-cü ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materillarından görünür ki, xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə müstəntiq Taleh Baxişev tərəfindən Kərimli Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmiş və həmin cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materillarından görünür ki, xx.xx.2023-cü il tarixdədə Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ayrılmış ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. İş materillarından görünür ki, 01 may 2023-cü il tarixdə Kərimli Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılması barədə Qaradağ rayon prokuroruna verilmiş vəsatət təmin edilmədiyi üçün o, həbsdə saxlandığı Bakı İstintaq Təcridxansından azad edilməklə 03 may 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 aprel 2023-cü il tarixli, 9/2175 nömrəli rəyindən göründüyü kimi, 630 Eleqaz açarının bir ədədinin ümumi qiyməti 6500 manat, 6 kv cərəyan transfarmatoru 200/5A bir ədədinin qiyməti 250 manat olmaqla iki ədədinin ümumi qiyməti 500 manat, mis şinlərin 1 ədədinin qiyməti 50 manat olmaqla 6 ədədinin ümumi qiyməti 300 manat təşkil edir.Azərişıq ASC tərəfindən tərtib edilmiş arayışa əsasən ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 7300 manat müəyyən edilməklə, dəymiş ziyan 7300 manat müəyyən edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 630 Eleqaz açarı, iki ədəd 6 kv cərəyan 200/5A markalı cərəyan transfarmatorları və mis şinlər və zərərçəkmiş şəxsin nümayəndəsi X1 təvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və arayışdan görünür ki, təqsirləndirilən şəxs Kərimli Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2, 29, 177.2.3-2 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzası 02 il 07 ay azdlığın məhdudlaşdırması cəzası ilə əvəz edilmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən ona təyin edilmiş 02 il 07 ay azdlığın məhdudlaşdırması cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 08 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarına əsasən cəzası 06 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron qaydada göndərilmiş ərizədən görünür ki, "xxxx" ASC mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron qaydada göndərilmiş ərizədən görünür ki, Kərimli Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-yə vurulmuş ziyan aradan qaldırıldığından ona qarşı şikayət və tələb yoxdur. İş materiallarında olan İ-3701 saylı vəsiqənin surətindən görünür ki, Şahid5 “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-39553 saylı vəsiqənin surətindən görünür ki, Şahid5 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Kərimli Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Kərimli Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Kərimli Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini əməli etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Kərimli Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Kərimli Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Kərimli Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Kərimli Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçı "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Kərimli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxanıldığı və həbsdə olduğu 03 (üç) ay 01 (bir) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 630 Eleqaz açarı, iki ədəd 6 kv cərəyan 200/5A markalı cərəyan transfarmatorları və mis şinlərin zərərçəkmiş şəxsin nümayəndəsi X1 təvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 105 (bir yüz beş) manat məhkəmə xərci Kərimli Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Kərimli Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı Kərimli Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Kərimli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Kərimli Təqsirləndirilən şəxs tutma altında və həbsdə olduğu 03 (üç) ay 01 (bir) gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Kərimli Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Kərimli Təqsirləndirilən şəxs üzərinə Zərdab rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Kərimli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Kərimli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 630 Eleqaz açarı, iki ədəd 6 kv cərəyan 200/5A markalı cərəyan transfarmatorları və mis şinlərin zərərçəkmiş şəxsin nümayəndəsi X1 təvil verilməsi nəzərə alınsın. İş üzrə 105 (bir yüz beş) manat məhkəmə xərci Kərimli Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsi baxılmamış saxlanılsın. İbtidai istintaq zamanı Kərimli Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı Kərimli Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-11/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-11/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver