Məhkəmə qərarları › İş №1(002)-11/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-11/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-11/2025 27.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 68.2 və 69.3-cü maddələri tətbiq edilməklə 05 ay 26 gün azadlığın məhdudlaşdırması və 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə aministya qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş və məhkumluğu olmayan , Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə ,hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19.00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv Qoruq yolunun üstündə yerləşən “OBA Qobustan 2 market”-inə gələrək piştaxtadan araq götürərkən əlindən yerə salıb sındırdığına görə ona yaxınlaşan marketin kassiri Zərərçəkmiş şəxs3 ondan sındırdığı arağın pulunu ödəməsini tələb etdiyi halda Zərərçəkmiş şəxs3 pulunun olmadığını, əlavə olaraq bir şüşə araq da nisyə götürmək istədiyini bildirmiş, Kənan Tağızadə marketdə nisyə mal satılmadığını bildirərək əlindəki arağı alıb piştaxtaya qoyub nisyə mal verməməsindən və sınmış araq şüşəsinin də pulunu tələb etməsindən hiddətlənərək ətrafda olan şəxslərə qarşı laqeyidlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozaraq, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək yüksək səslə nalayiq ifadələr işlətməklə, özünün şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla heç bir əsaslı səbəb olmadan üzərində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb tətbiq edərək Kənan Tağızadəyə tərəf irəli-geri hərəkət etdirməklə ictimai qaydam kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib, daha sonra araya girib onu sakitləşdirməyə çalışan, marketin digər işçisi Zərərçəkmiş şəxs4 qarşı eyni hərəkətləri davam etdirərək ictimai qaydanın pozulmasına qarşısını alan şəxsə müqavimət göstərməklə xuliqanlıq hərəkətləri törətmiş, habelə zərərçəkmiş şəxslərin qorxaraq ondan aralanıb getməsindən sonra yenidən spirtli içkilərin yığıldığı piştaxtaya yaxınlaşıb oradan Zərərçəkmiş şəxs1 MMC-nin mülkiyyətində olan, 16 manat dəyərində “Micman” markalı bir şüşə arağı açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 20.00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, şəhid Səddam Nəcəfov küçəsində yerləşən «Elcan» kafesinə gəlib orada araq içmək üçün kafe sahibi Zərərçəkmiş şəxs2 stəkan istədikdə Zərərçəkmiş şəxs2 Ramazan ayı ilə əlaqədar kafedə spirtli içki içilməsinə icazə vermədiyini deməsindən hiddətlənərək heç bir səbəb olmadan münaqişə yaradıb ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayət olunan qərəzli hərəkətlər edib əynində olan gödəkçənin sol yan cibindən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat- məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 Xanah oğlunun sifət nahiyyəsindən vurub sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ gözaltı nahiyənin dərialtı hematoması, habelə sağ gözün bayır bucağının, sağ gözaltı və burun nahiyələrinin səthi kəsilmiş yaralarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə təkrar xuliqanlıq törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə il öncə ağır yol-nəqliyyat hadisəsi zamanı yaralandıqdan sonra ağrıları olduğu üçün tez-tez spirtli içki qəbul edir. Ona görə də spirtli içkinin təsirindən münaqişələri olur.2024-cü ilin mart ayının sonlarında yaşadığı evdən Qaradağ rayonu, Qobustan qəsəbəsi, qoruq yolunun üstündə yerləşən «OBA» marketə gəlib 0,5 litrlik araq, meyvə şirəsi və ketçup alıb pulunu verib evinə gəlib həmin arağı içmişdir. Araq ona bəs etmədiyi aldığı sellofan üçün həmin günü 19 axşam radələrində yenidən «OBA» marketə gəlmiş və spirtli içkilər olan vitrinə yaxınlaşaraq vitrindən arağ götürərəkən digərini sərxoş olduğu üçün ehtiyatsızlıqdan yerə salıb sındırmışdır. Bunu aşkar edən orada işləyən xanım sındırdığı arağın pulunu ödəniş etməyini ona bildirsə də o, bundan imtina etmiş və vitrindən götürdüyü 1 litrlik arağı isə pulu olmadığından ödəniş etmədən nisyə olaraq özü ilə aparmaq istəyəkən marketin çıxış qapısında tanımadığı işçi cavan oğlan tərəfindən saxlanılmış və onun tələbi ilə araq götürdüyü vitrinə qayıtmışdır. Vitrinin qarşısında işçi ona bildirmişdir ki, əlindəki arağı yerinə qoysun, sındırdığının pulunu ödəsin. Həmin zaman marketin daha bir işçisi də onların yanında olmuşdur. Lakin o, arağı yerinə qoymaqdan imtina etmş və bir ay ərzində hər ikisinin də pulunu ödəyəcəyini bildirmişdir. Həmin zaman o, orta dərəcəli spirtli içkili təsir altında olmuşdur. Orada olan işçi əlindəki arağı bir neçə dəfə əlindən alıb vitrinə qoysa da, bu acığına gəldiyindən o, yenidən arağı geri əlinə götürürmüşdür. İşçi oğlan mağazadan nisyə malın götürülməsi mümkün olmadığım bildirsə də, o, buna əhəmiyyət vermirmiş. Həmin zaman əsəbləşərək əynində olan gödəkçənin sol cibindən bıçağı çıxararaq qarşısında olan oğlanın qarııı nahiyyəsinə tətbiq edərək vurmaqla qorxuzmuşdur. Bu zaman marketin digər işçisi onu arxadan tutmuşdur. Arxadan onu tutan oğlan onu anbardan çıxarıb kassaya tərəf gətirmişdir. Kassanın qarşısında arxadan onu tutan oğlanı da, bıçaq ilə vurmağa cəhd etmişdir. Lakin həmin oğlan marketin digər hissəsinə qaçmışdır. Əvvəl mübahisə etdiyi oğlan İsə xanım ilə marketin anbarına daxil olub qapını arxadan bağlamışlar. O isə əlində vitrindən götürüdüyü araq ilə birlikdə marketdən çıxıb piyada «Elcan» adlı kafeyə gəlmişdir. Kafedə işləyən Zaur adlı şəxsə arağı içmək üçün stəkan istəmişdir. Həmin zaman kafedə tanımadığı müştərilər də olmuşdur. Zaur ona kafedə də spirtli içki içməyə icazə vermədiyini bildirmişdir. Bu zaman o, sərxoş olduğu üçün buna etiraz edərək yüksək səs tonu ilə Zauru nalayiq söyüşlərlə söyüb təhqir etmiş və stəkan tələb etmişdir. Zaur onu kafenin həyətinə çıxartmişdir. Bu zaman o, əsəbləşərək əynində olan gödəkçəsinin cibindən bıçağını çıxarıb Zaurun sifət nahiyyəsinə zərbə endirmişdir. Zaur sifət nahiyyəsindən xəsarət almışdır. Zaur onu özündən geri itələmiş və aralarında dava yaranmışdır. Zaur kafenin həyətində olan taxta parçasını yerdən götürüb əlində olan bıçağı vurub yerə salmış və o, oradan uzaqlaşaraq çıxıb getmişdir. Bundan sonra polislər onu yolda tutub polis bölməsinə gətirmişlər. Törətdiyi əməldən peşmandır.Zərərçəkiş şəxslərlə barışıq əldə etmişdir.Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı-Ələt yolunun kənarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində «Elcan» adlı kafeni icarəyə götürüb işlədir. Qəsəbə sakini Gürşad adlı şəxs bir neçə dəfə kafeyə gəlib araq içmək istəsə də buna imkan verməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 20.00 radələrində işlədiyi kafedə olarkən Gürşad adlı şəxs əlində paketdə «Coca-cola» və spirtli içki olan araq ilə gəlib kafeyə daxil olub əlindəki içkiləri masanın üzərinə qoyub ondan böyük stəkan istəmişdir. Həmin zaman katedə tanımadığı müştərilərdə olmuşdur. O, Gürşad adlı şəxşə kafedə spirtli içki içməyə icazə vermədiyini bildirmişdir. Bu zaman Gürşad buna etiraz edərək yüksək səs tonu ilə onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş və stəkan tələb etmişdir. O, Gürşadı bir təhər kafenin həyətinə çıxarmışdır. Bu zaman Gürşad gözlənilmədən əynində olan gödəkçəsinin cibindən bıçaq çıxarıb onun sifət nahiyyəsinə zərbə endirmişdir. Bu zaman sifətininin sağ tərəfindən başlayaraq sağ gözaltı, burun nahiyyəsinə kimi kəsilərək xəsarət almışdır. Gürşadı özündən geri itələmişdir. Onun üstünə gəlməsini görüb kafenin həyətində olan taxta parçasım yerdən götürüb onun əlində olan bıçaqı vurub yerə salmış və Gürşad oradan uzaqlaşaraq çıxıb getmişdir. Bundan sonra həmin bıçaqı yerdən götürüb birbaşa 11-ci polis bölməsinə gedib hadisə barədə məlumat verib şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət-tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, Təxminən iki il olar ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yolun kənarında yerləşən «OBA» Qobustan 2 marketdə satıcı vəzifəsində işləyir. Heç bir əlaqəsi olmayan qəsəbə sakini kimi tanıdığı Gürşad adlı şəxs arada bir marketə gəlib alış veriş etməklə siqaret, içki və spirtli içkilər almışdır. O, əvvəllər marketdən nisyə spirtli içki və siqaretlər istəsə də ona nisyə mal verilməmişdir. xx.xx.2024-cii il tarixdə saat 17.00 radələrində Gürşad adlı şəxs «OBA» marketə gəlib «Xançoban» markalı 0,5 litrlik araq, 1 litrlik «Coca-cola» və 01 ədəd ketçup alıb pulunu verib getmişdir. Həmin günü saat 19.00 radələrində Gürşad adlı şəxs yenidən aldığı paketdə olan «Coca-cola» ilə «OBA» marketə gəlmiş və spirtli içkilər olan vitrinə yaxınlaşaraq vitrindən sol əli ilə araq götürərəkən digərini yəni 16 manat qiymətində olan 1 litrlik «Miçman» markalı araqı yerə salıb sındırmışdır. Bunu aşkar edən əməkdaş sındırdığı arağın pulunu ödəniş etməyini ona bildirsə də o, bundan imtina etmiş vo vitrindən götürdüyü 10,90 manat qiymətində 1 litrlik «Rusisskaya Sensasiya» markalı araqı isə pulunu ödəniş etmədən özü ilə aparmaq istəyəkən marketin çıxış qapısında onun tərəfindən saxlanılmış və araq götürdüyü vitrinə qaytarılmışdır. Vitrinin qarşısında Gürşad adlı şəxsə bildirmişdir ki, əlində ki, araqı yerinə qoysun, sındırdığının da pulunu ödəsin. Həmin zaman artıq marketin işçisi Mirkənan da onların yanınıda olmuşdur. Lakin Gürşad bundan imtina edərək nəlayiq söyüşlər ifadə edərək bir ay ərzində hər ikisinin də pulunu ödəyəcəyini bildirirmişdirO, məcbur olub onun əlindəki arağı bir neçə dəfə əlindən alıb vitrinə qoysada o, yenidən arağı geri əlinə götürürmüş. Bu zaman Gürşad gödəkçəsinin cibindən bıçaq çıxararaq onun qarın nahiyyəsinə tətbiq edərək vurmaq istəmişdir. O isə ozünü ondan qorumuşdur. Bu zaman digət işçi Mirkənan onu arxadan tutmuş və o, depoya, yəni məhsulların olduğu anbara keçmişdir. Bu zaman Gürşad da həmin anbara arxalarınca keçib onu bıçaq ilə vurmaq istəmişdir. Mirkənan onu oradan çıxarıb kassaya tərəf gətirmişdir. Kassanın qarşısında Gürşad Mirkənanı da bıçaq ilə vurmağa cəhd etmişdir. Lakin Mirkənan ondan xilas olub marketin içərisində vitrin tərəfə, o isə Simurə xanım ilə marketin anbarına daxil olub qapını arxadan bağlamışdır. Gürşad isə əlində vitrində gotürüdüyü araq ilə birlikdə marketdən çıxıb getmişdir. Bundan sonra Samir marketə gəlib bölgə müdirinə daha sonra 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət-tələbi olmadığını bildirmişdir. Müdafiə tərəfi, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsinin məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tamnmmış “OBA» Market” MMC-nin nümayəndəsi kimi tanınaraq dindirilmiş Nümayəndə ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Sağlamdır, ifadə vermək iqtidarındadır. “OBA” market mağazalar şəbəkəsi tərəfindən nümayəndə təyin olunmuşdur. Hadisə ilə bağlı bildirir ki, Gürşad adlı şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv Qoruq yolunun üstündə yerləşən və «OBA» market mağazalar şəbəkəsinə aid olan «OBA» marketə gələrək marketdə vitrində olan arağı sındırmış, digərini isə icazə olmadan zorla götürüb çıxıb getmişdir. Belə ki, sonradan ona məlum olmuşdur ki, Gürşad adlı şəxs 22,03.2024-cü il tarixdə, saat 17 radələrində «OBA» marketə gəlib «Xançoban» markalı 0,5 litrlik araq, 1 litrlik «Coca-cola» və «Astoriya» ketçup alıb pulunu ödəyib getmişdir. Həmin günü saat 19 radələrində Gürşad adlı şəxs yenidən aldığı paketdə olan «Coca-cola» ilə «OBA» marketə gəlmiş və spirtli içkilər olan vitrinə yaxınlaşaraq vitrindən sol əli ilə araq götürorəkən digərini, yəni 16 manat qiymətində olan 1 litrlik «Miçman» markalı araqı yerə salıb sındırmışdır. Bunu ilkin aşkar edən satıcı Simurə xanım Tağıyeva sındırdığı arağın pulunu ödəniş etməyini ona bildirsə də o, bundan imtina etmiş və vitrindən götürdüyü 10,90 manat qiymətində 1 litrlik «Rusisskaya Sensasiya» markalı arağı isə pulunu ödəniş etmədən özü ilə aparmaq istəyəkən marketin çıxış qapısında mağazanın işçisi Gülağa tərəfindən saxlanılmış və araq götürdüyü vitrinə qaytarılmışdır. Vitrinin qarşısında Gürşad adlı şəxsə bildirilmişdir ki, əlindəki, arağı yerinə qoysun, sındırdığının da pulunu ödəsin. Həmin zaman Mirkənan da onların yanında imiş. Lakin Gürşad bundan imtina edərək nalayiq söyüşlər ifadə edərək bir ay ərzində hər iki arağm pulunu ödəyəcəyini bildirmişdir. Gürşad həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Gülağa məcbur olub onun əlindəki, arağı bir neçə dəfə əlindən alıb vitrinə qoysa da o, yenidən arağı geri əlinə götürmüşdür. Gürşad nə qədər nizam- intizama dəvət edilsə də o, aqressiv davranırmış. Bu zaman Gürşad sol əli ilə əynində olan gödəkçəsinin sol cibindən qırmızı dəstəkli mətbəx bıçağı çıxaraq Gülağanın qarın nahiyyəsinə tətbiq edərək vurmaq istəmişdir. Gülağa isə özünü ondan qorumuşdur, Bu zaman Mirkənan Gürşadı arxadan tutmuşdur, Gülağa isə depoya yəni məhsulların olduğu anbara keçmişdir. Bu zaman Gürşad da həmin anbara zorla keçib Gülağanı bıçaq ilə vurmaq istəmişdir. Mirkənan Gürşadı oradan zorla çıxarıb kassaya tərəfə gətirmişdir. Kassanın qarşısında Gurşad Mirkənanı da bıçaq ilə vurmağa cəhd etmişdir. Lakin Mirkənan ondan xilas olub marketin içərisində vitrin tərəfə, Gülağa isə digər əməkdaşla marketin anbarına daxil olub qapını arxadan bağlamışlar. Gürşad isə vitrindən gotürüdüyü 10,90 manat qiymətində 1 litrlik «Rusisskaya Sensasiya» markalı araq ilə birlikdə marketdən çıxıb getmişdir. Onun bıçaqlı olmasına görə artıq ona yaxınlaşa bilməmişdirlər. Marketdə xəsarət alan və zədələnən olmamışdır. Gürşadııı bütün hərəkətləri marketdə olan təhlükəsizlik video kamerasına baxıdıqda hər şey aydın görünür. Marketdə Gürşadın vitrində sındırdığı 1 litrlik «Miçman» markalı araqın satış qiyməti 16 manat, özü ilə zorla apardığı 1 litrlik «Rusisskaya Sensasiya» markalı arağın satış qiyməti 10,90 manat olmaqla, ümumilikdə 16,90 manat ziyan dəymişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı şikayət-tələblərinin olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyildir. Psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. Təxminən 7-8 ay olarki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv Qoruq yolunun üstündə yerləşən «OBA» Qobustan 2 marketdə satıcı-kassir vəzifəsində işləyir. Heç bir əlaqəsi olmayan qəsəbə sakini kimi tanıdığı Gürşad adlı şəxs arada bir marketə gəlib alış veriş etməklə siqaret, içki və spirtli içkilər almışdır. O, əvvəllər marketdən nisyə spirtli içki və siqaretlər istəsə də ona nisyə mal verilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Gürşad adlı şəxs «OBA» marketə gəlib «Xançoban» markalı 0,5 litrlik araq, 1 litrlik «Coca- cola» və «Astoriya» ketçup alıb pulunu verib getmişdir. Həmin günü saat 19 radələrində Gürşad adlı şəxs yenidən aldığı paketdə olan «Coca-cola» ilə «OBA» marketə gəlmiş və spirtli içkilər olan vitrinə yaxınlaşaraq vitrindən sol əli ilə araq götürərəkən digərini yəni 16 manat qiymətində olan 1 litrlik «Miçman» markalı araqı yerə salıb sındırmışdır. Bunu aşkar edən əməkdaş Simurə xanım Tağıyeva sındırdığı arağın pulunu ödəniş etməyini ona bildirsə də o, bundan imtina etmiş və vitrindən götürdüyü 10,90 manat qiymətində 1 litrlik «Rusisskaya Sensasiya» markalı araqı isə pulunu ödəniş etmədən özü ilə aparmaq istəyəkən marketin çıxış qapısında Gülağa tərəfindən saxlanılmış və araq götürdüyü vitrinə qaytarılmışdır. Vitrinin qarşısında Gürşad adlı şəxsə bildirmişdir ki, əlindəki arağı yerinə qoysun, sındırdığının da pulunu ödəsin. Həmin zaman o da onların yanınıda olmuşdur. Lakin Gürşad bundan imtina edərək nəlayiq söyüşlər ifadə edərək bir ay ərzində hər ikisinin də pulunu ödəyəcəyini bildirirmişdir. Gürşadm spirtli içkili olması hiss olunurmuş. Gülağa məcbur olub onun əlindəki arağı bır neçə dəfə əlindən alıb vitrinə qoysa da o, yenidən arağı geri əlinə götürürmüş. Gülağa nə qədər nizam intizama dəvət dəvət etsə də o, aqressiv davranırmış. Bu zaman Gürşad sol əli ilə əynində olan gödəkçəsmin sol cibindən qırmızı dəstəkli mətbəx bıçağı çıxararaq Gülağanın qarın nahiyyəsinə tətbiq edərək vurmaq istəmişdir. Gülağa isə özünü ondan qoruyurmuş. Bu zaman işçi o, Gürşadı arxadan tutmuş və Gülağa isə depoya, yəni məhsulların olduğu anbara keçmişdir. Bu zaman Gürşad da həmin anbara onların arxasınca keçib Gülağanı bıçaq ilə vurmaq istəyirmiş. O Gürşadı oradan çıxarıb kassaya tərəf gətirmişdir. Kassanın qarşısında Gürşad onu da bıçaq ilə vurmağa cəhd etmişdir. Lakin o, Gürşaddan xilas olub marketin içərisində vitrin tərəfə, Gülağa isə Simurə xanım ilə marketin anbarına daxil olub qapım arxadan bağlamışdır. Gürşad isə əlində vitrindən götürüdüyü 10,90 manat qiymətində 1 litrlik «Rusisskaya Sensasiya» markalı araq İlə birlikdə marketdən çıxıb getmişdir. Onlar onun bıçaqla olmasına görə artıq ona yaxınlaşa bilməmişlər və o, mağaza müdiri Samirə zəng edərək məlumat vermişdir. Bundan sonra Samir marketə gəlib bölgə müdirinə daha sonra 102 xidmətinə məlumat vermişdir. Daha sonra onlara məlum olmuşdur ki, həmin Gürşad adlı şəxs marketdən çıxdıqdan sonra ərazidə olan «Elcan» adlı kafedə dava salaraq Zaur adlı şəxsi bıçaq ilə vurub xəsarət yetirmişdir. Onun özü hadisə zamanı xəsarət almamışdır. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət-tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid bildirmişdir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən «OBA» Qobustan 2 marketdə müdir vəzifəsində işləyir. xx.xx.2024- cü il tarixdə saat 17.00 radələrində Gürşad adlı şəxs «OBA» marketə gəlib «Xançoban» markalı 0,5 litrlik araq, 1 litrlik «Coca-cola» və «Astorİya» ketçup alıb pulunu verib getmişdir. Həmin günü saat 19.00 radələrində Gürşad adlı şəxs yenidən aldığı paketdə olan «Coca-cola» ilə «OBA» marketə gəlmiş və spirtli içkilər olan vitrinə yaxınlaşaraq vitrindən sol əli ilə araq götürərəkən digərini yəni 16 manat qiymətində olan 1 litrlik «Miçman» markalı araqı yerə salıb sındırmışdır, Bunu aşkar edən əməkdaş Simurə xanım Tağıyeva sındırdığı arağın pulunu ödəniş etməyini ona bildirsə də o, bundan imtina etmiş və vitrindən götürdüyü 10,90 manat qiymətində 1 litrlik «Rusisskaya Sensasiya» markalı araqı isə pulunu ödəniş etmədən özü ilə aparmaq istəyəkən marketin çıxış qapısında Gülağa tərəfindən saxlanılmış və araq götürdüyü vitrinə qaytarılmışdır. Vitrinin qarşısında Gürşad adlı şəxsə bildirmişdir ki, əlindəki arağı yerinə qoysun, sındırdığının da pulunu ödəsin. Həmin zaman marketin İşçisi Mirkənan da onların yanımda olmuşdur. Lakin Gürşad bundan imtina edərək nalayiq söyüşlər ifadə edərək bir ay ərzində hər ikisinin də pulunu ödəyəcəyini bildirmişdir. Gülağa məcbur olub onun əlindəki arağı bir neçə dəfə əlindən alıb vitrinə qoysa da o, yemdən arağı geri əlinə götürürmüş. Bu zaman Gürşad cibindən bıçaq çıxararaq Gülağanın qarın nahiyyəsinə tətbiq edərək vurmaq istəmişdir. Gülağa isə özünü ondan qorumuşdur. Bu zaman işçi Mirkənan Gürşadı arxadan tutmuş və Gülağa isə depoya, yəni məhsulların olduğu anbara keçmişdir. Bu zaman Gürşad da həmin anbara onların arxasınca keçib Gülağanı bıçaq ilə vurmaq istəmişdir. Mirkənan Gürşadı oradan çıxarıb kassaya tərəf gətirmişdir. Kassanın qarşısında Gürşad onu da bıçaq ilə vurmağa cəhd etmişdir. X5 xilas olub marketin içərisində vitrin tərəfə gəlmiş, Gülağa isə Simirə xanım ilə marketin anbarına daxil olub qapını arxadan bağlamışdır. Gürşad isə əlində vitrində götürüdüyü 10,90 manat qiymətində 1 litrlik «Rusisskaya Sensasiya» markalı araq ilə birlikdə marketdən çıxıb getmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 28 may 2024-cü il tarixdə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən CM-nin 180.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 196 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər - sağ gözaltı nahiyənin dərialtı hematoması, sağ gözün bayır bucağının, sağ gözaltı və burun nahiyələrinin səthi kəsilmiş yaralan.Göstərilən xəsarətlərdən sağ gözaltı nahiyənin dərialtı hematoması bərk küt əşya təsirindən, sağ gözün bayır bucağının, sağ gözaltı və burun nahiyələrinin səthi kəsilmiş yaraları isə itİ uca və ya kənara malik əşya (alət) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə sağ gözaltı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sağ gözün bayır bucağının, sağ gözaltı və burun nahiyələrinin səthi kəsilmiş yaralan isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspetizasının xx.xx.2024-cü il tarixli, 1005 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu formasında psixi patologiya aşkar olunur.Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xatakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də, Təqsirləndirilən şəxs ona İttiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs bu iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. İş materillarında olan xx.xx.2024-cü il tarixli “OBA Qobustan 2 market” in daxilində yerləşən müşahidə kamerasına baxış prortokoluna alavə edilmiş diskdə olan videogörüntülərə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki,xx.xx.2024-cü il tarixdə saat 19:17 dəqiqədən sonra kişi cinsli şəxs maağazada yerləşən vitrindən içki şüşəsi götürən zaman bir içki şüşəsi döşəmə üzərinə düşüb sınır, daha sonra həmin şəxs ona yaxmlaşımış iki nəfər kişi cinsli şəxlərə müqavimət göstərərək cibindən bıçaq çıxarıb onlara hücum edərək bıçaqla həmin şəxslərə tərəf zərbə atır, həmin şəxslərin kənarlaşmalarından sonra isə vitrindən bir ədəd içki şüşəsi götürüb özü ilə apararaq mağazanı tərk edir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 68.2 və 69.3-cü maddələri tətbiq edilməklə 05 ay 26 gün azadlığın məhdudlaşdırması və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materillarında olan xx.xx.2022-ci il tarixli amnistiya tətbiq edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs “8 noyabr- Zəfər günü münasbətilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məslisinin xx.xx.2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyərək onlarla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər də məhkum edilməsini, məsuliiyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun şübhəli şəxs qsmində tutulduğu vaxtdan, yəni 24 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ MSSK-da saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki tüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 24 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ MSSK-da saxlanılan bir ədəd bıçaq məhv edilsin. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar