Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-110/2020 20.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Baş Ələt qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun 67-ci km-də Qazax rayonu istiqamətində, yolun sağ tərəfində, Füzuli küçəsində yerləşən ev 191 A nömrəli fərdi yaşayış evinin həyətinə həyət qapısının üzərindən keçməklə qanunsuz daxil olaraq evin mətbəx otağının pəncərisini ling dəmir ilə açıb pəncərədən yaşayış sahəsi hesab olunan həmin evə qanunsuz daxil olaraq evin yataq otağında yataqın üzəri istiqamətində divarın içərisinə yerləşdirilmiş kiçik ölçülü kilidi bağlanmayan dəmir seyfinin içərisindən Zərərçəkmiş şəxs məxsus 1 ədədinin qiyməti 250 manat olan 500 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı, Rus istehsalı olan 02 ədəd qızıl qadın boyun seplərini, dəyəri 300 manat təşkil edən 583 əyyarlı, türk istehsallı, üzərində sadə daşlar olan iç içə halqalar formasında 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 300 manat təşkil edən 583 əyyarlı, türk istehsalı olan iki yarpaq üst üstə formalı bir cüt qızıl sırqalarını, dəyəri 200 manat təşkil edən 583 əyyarlı, türk istehsalı olan yuxarı hissəsi dörd künc aşağı hissəsi üç künc formalı bir cüt qızıl sırqalarını, qonaq otağında dəyəri 100 manat olan quraşdırılmış kamera yaddaş kartını və dəyəri 100 manat olan quraşdırılmış kameranın «Orbita» markalı dörd çıxışlı yaddaş blokunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat ziyan vurmaqla oğurluq hadisəsini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşadığını qeyd edib ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Qaradağ rayonu Baş Ələt qəsəbəsi Füzuli küçəsində tək gəzərkən 191 A-da yerləşən evin yaraşıqlı olmasını görüb fikirləşmişdir ki, həmin ev hansısa imkanlı şəxsə məxsusdur. Bu səbəbdən də həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Lakin həmin zaman evin giriş qapısının sol tərəfində müşahidə video kamerasını görmüş, həmin kameranın onu çəkməməsi üçün onu altdan yuxarı istiqamətə qaldırmışdır. Daha sonra evin giriş qapısının darvazasının üzərinə çıxıb darvazanı açaraq həyətə daxil olmuşdur. Həyətdə qapıları bağlı olan dövlət qeydiyyat nömrəsi yadında qalmayan Niva markalı avtomobil, ondan irəlidə isə “Avçarka” parollu it olmuşdur. O iti qorxutmaq üçün və hürməsin deyə ona daş atmış, bundan sonra evin həyətində sağ tərəfdə yeni tikili evlə üzbəüz evin mətbəxinin plastik pəncərəsini elə həyətdə tapdığı ling dəmirlə açıb pəncərədən evin mətbəxinə daxil olmuşdur. Mətbəxtdən də evin otaqlarına daxil olmuş, böyük otaqda divarın içərisində yerləşdirilmiş televizorun arxasında müşahidə kamerasının olduğunu görmüş və görüntü əldə olunmasıması üçün dərhal kameranın yaddaş kartını, kameranın «Orbita» markalı dörd çıxışlı yaddaş blokunu aparatdan çıxarıb cibinə qoymuşdur. Bundan sonra dörd otaqlı evdə axtarış aparmağa başlamış, böyük otağa daxil olarkən sağ tərəfdə birinci otaq uşaq otağı olduğundan orada axtarış aparmamışdır. Sol tərəfdəki, yataq otağında axtarış aparsa da heç bir pul və zinət əşyası tapmamışdır. Bundan sonra həmin otaqların arasında olan daha bir yataq otağında şifonerlər, güzgülü ağ mebelin siyirmələrində axtarış apararaq bütün əşyaları alt üst etmişdir. Axtarış zamanı otaqda yataqın üzəri istiqamətində divarın içərisinə yerləşdirilmiş kiçik ölçülü dəmir seyfin içərisindən qızıl-zinət əşyaları aşkar etmiş və onları topa halında olaraq oğurlayıb gödəkçəsinin cibinə qoymuş və dərhal həmin evi tərk etmişdir. Sonradan gizlicə həmin zinət əşyalarına baxdıqda görmüş ki, oğurladığı qızıl-zinət əşyaları iki ədəd qızıl qadın boyun sepi, üzərində daşlar olan iç-içə halqalar formasında bir ədəd qızıl qadın üzüyü, iki yarpaq üst-üstə formalı bir cüt qızıl sırqalar, yuxarı hissəsi dörd künc aşağı hissəsi üç künc formalı bir cüt qızıl sırqalardan ibarətdir. Həmin qızıl-zinət əşyalarını Bakı şəhərində adını unutduğu yerdə özünə məxsus olmasını bildirib 1000 manata satıb pulları isə ehtiyacına xərcləmişdir. Müşahidə kamerasının yaddaş kartını və kameranın «Orbita» markalı dörd çıxışlı yaddaş blokunu yadında qalmayan yerdə yandırmışdır. Son olaraq zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödəməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 18, mənzil 42-də atasının evində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Qaradağ rayonu, Baş Ələt qəsəbəsi, ünvan 2 A-da ünvanda yaşadığını qeyd edib ifadəsində göstərmişdir ki, o, iş cədvəlinə uyğun olaraq 15 gün Xəzər dənizində gəmidə işləyir, 15 gün isə istrahət edir. xx.xx.2019-cu il tarixdə Xəzər dənizinə iş yerinə getmiş, xx.xx.2019-cu il tarixdə, səhər saat 07 radələrində arvadı Ülviyyə yetkinlik yaşına çatmayan iki oğlan uşaqları olan Murad və Rüfətlə yaşadığı evdən çıxaraq Ələt qəsəbəsində yerləşən kompyuter labarantı vəzifəsində işlədiyi 127 saylı orta məktəbə gedərək uşaqları dərsə ötürmüş, özü isə həmin məktəbdə iş yerində olmuşdur. Həmin günü günorta saatlarında Ülviyyə işdən çıxıb uşaqları dərsdən götürərək Ülviyyənin xalası oğlu Vüsalın toyu ilə əlaqədar Ələt qəsəbəsində yerləşən «Nərmin» şadlıq sarayına getmişlər. Həmin günü axşam saat 18:30 radələrində arvadı Ülviyyə uşaqları ilə evə qayıdarkən evdə mətbəx otağının pəncərəsinin açıq olmasını və evdə otaqlarda olan əşyaların yerdə olmasını və ona məxsus qızıl zinət əşyalarının oğurlanmasını görüb oğurluq hadisəsi baş verməsini başa düşüb dərhal onun mobil telefonuna zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. O da iş yerindən icazə alıb dərhal evinə yollanmış və yolda DİN-nin 102 xidmətinə zəng vuraraq evində oğurluq hadisəsi baş verməsi barədə məlumat vermişdir. Evinə gəldikdə həqiqətən də arvadı Ülviyyənin ona dediyi kimi evindən oğurluq hadisəsi baş verməsini və artıq polis əməkdaşların da evində olduqlarını görmüşdür. Polis əməkdaşları tərəfindən evinə baxış keçirilmiş və baxış zamanı yataq otağında yataqın üzəri istiqamətində divarın içərisinə yerləşdirilmiş kiçik ölçülü dəmir seyfinin içərisindən ona məxsus qızı-zinət əşyaları və qonaq otağında quraşdırılmış kamera yaddaş kartı oğurlandığını müəyyən etmişdir. Həmin dəmir seyfin kilidi xarab olduğundan qapısı örtülsə də kilidi bağlanmırmış. Evindən oğurlanmış əşyalarını sadaladıqda müəyyən olunmuşdur ki, qiyməti 250 manat olan təxminən 5 qram çəkidə 585 əyyarlı, rus istehsalı olan bir ədəd qızıl qadın boyun sepi, qiyməti 250 manat olan təxminən 5 qram çəkidə 585 əyyarlı, rus istehsalı olan bir ədəd qızıl qadın boyun sepi, qiyməti 300 manat olan 583 əyyarlı, türk istehsallı, üzərində sadə daşlar olan iç-içə halqalar formasında bir ədəd qızıl qadın üzüyü, qiyməti 300 manat olan 583 əyyarlı, türk istehsalı olan iki yarpaq üst-üstə formalı bir cüt qızıl sırqalar, qiyməti 200 manat olan 583 əyyarlı, türk istehsalı olan yuxarı hissəsi dörd künc aşağı hissəsi üç künc formalı bir cüt qızıl sırqalar, qiyməti 100 manat olan qonaq otağında quraşdırılmış kamera yaddaş kartı, qiyməti 100 manat olan qonaq otağında quraşdırılmış kameranın “Orbita” markalı dörd çıxışlı yaddaş bloku oğurlanmışdır. Sonradan Qaradağ RPİ-nə dəvət edildikdə orada bilmişdir ki, evindən oğurluq edən şəxsTəqsirləndirilən şəxs adlı soyadlı şəxsdir. Oğurluq cinayəti nəticəsində ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və və müəyyən olundu ki, o, ailəsiylə birgə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs əridir. xx.xx.2019-cu il tarixdə əri Rauf Xəzər dənizinə iş yerinə getmişdir. xx.xx.2019-cu il tarixdə səhər saat 07 radələrində yetkinlik yaşına çatmayan iki oğlan uşaqları olan Murad və Rüfətlə yaşadığı evin qapısını açarla bağlayıb evdən çıxaraq Ələt qəsəbəsində yerləşən kompyuter labarat vəzifəsində işlədiyi 127 saylı orta məktəbə gedərək uşaqları dərsə ötürüb özü isə həmin məktəbdə iş yerində olmuşdur. Həmin günü günorta saatlarında işdən çıxıb uşaqları dərsdən götürərək xalası oğlu Vüsalın toyu ilə əlaqədar Ələt qəsəbəsində «Nərmin» şadlıq sarayına getmişdirlər. Həmin günü axşam saat 18:30 radələrində uşaqları ilə evə qayıdarkən evdə mətbəx otağının pəncərəsinin açıq olmasını və evdə otaqlarda olan əşyaların yerdə olmasını və əri Raufa məxsus qızıl zinət əşyalarının oğurlanmasını görüb oğurluq hadisəsi baş verməsini başa düşüb dərhal ərinin mobil telefonuna zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Raufda iş yerindən icazə alıb evinə yollanmış. Rauf yolda DİN-nin 102 xidmətinə zəng vuraraq evlərində oğurluq hadisəsi baş verməsi barədə məlumat vermişdir. Əri Rauf evə gəldikdə həqiqətəndə onun ona dediyi kimi evlərində oğurluq hadisəsi baş verməsini və artıq polis əməkdaşlarında evlərində olduqlarını görmüşdür. Polis əməkdaşları tərəfindən evlərinə baxış keçirilmiş və baxış zamanı müəyyən etmişlər ki, yataq otaqlarında yataqın üzəri istiqamətində divarın içərisinə yerləşdirilmiş kiçik öİçülü dəmir seyfin içərisindən əri Raufa məxsus qızı-zinət əşyaları və qonaq otağında quraşdırılmış kamera yaddaş kartı oğurlanmışdır. Həmin dəmir seyfin kilidi xarab olduğundan qapısı örtülsədə kilidi bağlanmırdı. Evlərinə baxış zamanı müəyyən etdik ki, evlərindən qiyməti 250 manat olan təxminən 5 qram çəkidə 585 əyyarlı, Rus istehsalı olan bir ədəd qızıl qadın boyun sepi, qiyməti 250 manat olan təxminən 5 qram çəkidə 585 əyyarlı, Rus istehsalı olan bir ədəd qızıl qadın boyun sepi, qiyməti 300 manat olan 583 əyyarlı, türk istehsallı üzərində sadə daşlar olan iç içə halqalar formasıda bir ədəd qızıl qadın üzüyü qiyməti 300 manat olan 583 əyyarlı, türk istehsalı olan iki yarpaq üst üstə formalı bir cüt qızıl sırqalar, qiyməti 200 manat olan 583 əyyarlı, türk istehsalı olan yuxarı hissəsi dörd künc aşağı hissəsi üç künc formalı bir cüt qızıl sırqalar, qiyməti 100 manat olan qonaq otağında quraşdırılmış kamera yaddaş kartı,qiyməti 100 manat olan qonaq otağında quraşdırılmış kameranın Orbita markalı dörd çıxışlı yaddaş bloku oğurlanmışdır. Oğurlanmış qeyd olunan əşyalar əri Raufa məxsus olmuşdur. Həmin əşyaların oğurlanması nəticəsində Raufa 1500 manat ziyan dəymişdir. Oğurluq zamanı evdə qonaq otağında olan siyirməli ağ mebelin siyirmələri zədələnməsi nəticəsində 50 manat ziyan dəymişdir. Evin və evlərinin həyəti kamera nəzarətində olsada kameraları yaddaş kartı oğurlandığından görüntüləri əldə etmək mümkün olmamışdır. şübhələndiyi şəxs yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* №-li cinayət işi başlanılmış və icraata qəbul edilmişdir.i.v.1) Azərbaycan Respublikası DİN X1 xx.xx.2019-cu il tarixli, 011 – 9190- 1219 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanında yaşayan X2 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2019-cu il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. (i.v 23) xx.xx.2019-cu il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən həmin maddənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v 44) Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 55-56) Cinayət işi üzrə şübhəli şəxsin əməlinə hüquqi qiymət verilməsi və əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin maddənin 177.2.3-cü maddəsinə tövsif edilməsi və şübhəli şəxs Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır.(i.v. 85-86) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.100) Təqsirləndirilən şəxsi MSY-dən azad etmə haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixldə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. (i.v.103-104) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v 112) Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaq ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. (i.v.113) Azərbaycan Respublikası DİN X1 xx.xx.2019-cu il tarixli, 011 – 10544- 1219 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Baş Ələt qəsəbəsi, ünvan 2 A ünvanında yaşayan Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2019-cu il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. (i.v 148) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 1339 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X4 məxsus Qaradağ rayonu, Ələt-2, Şıxlar-2, 1 nömrəli mənzilin müayinəsi zamanı götürülüb təqdim edilmiş 1 saylı daktilolentin səthindəki papilyar naxışizi müqayisəli tədqiqat üçün yararlıdır.Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus Qaradağ rayonu, BaşƏlət qəsəbəsi, Füzuli küçəsi, 191A nömrəli mənzilin müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”, “b”, “c” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. ********* №-li cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş X4 məxsus Qaradağ rayonu, Ələt-2, Şıxlar-2, 1 nömrəli mənzilin müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki rarilyar naxış Təqsirləndirilən şəxs və X16 tərəfindən deyil başqa şəxs tərəfindən qalmışdır. ********* №-li cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus Qaradağ rayonu, Baş Ələt qəsəbəsi, Füzuli küçəsi, 191A nömrəli mənzilin müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki a, b, “c” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi X9 şəhadət, orta, adsız və böyük barmaqlarından qalmışdır.Tədqiqata təqdim edilmiş X4 məxsus Qaradağ rayonu, Ələt-2, Şıxlar-2, 1 nömrəli mənzilin müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 2-4 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, Zərərçəkmiş şəxs məxsus Qaradağ rayonu, Baş Ələt qəsəbəsi, Füzuli küçəsi, 191A nömrəli mənzilin müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 3-5 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Aparılmış tədqiqatın dəyəri 61 9altmış bir) manat 29 (iyirmi doqquz) qəpik təşkil edir. (i.v.186-193) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əmələ hissəvi xitam verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə elan edilmiş ittihamda dəyişiklik edilərək o, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutlan yenidən ittiham elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi əldə olmayan naməlum markalı naqan tipli qaz silahının əldə etməsi, həmin qaz silahını X15 verməsi, Arizin həmin silahı Zaur adlı şəxsə verməsi, Qobustan rayonu ərazisində Təklə-Mirzəbaba kəndində Təqsirləndirilən şəxs Ariz Hüseynovla görüşərək həmin kənddə yaşayan Abasxan adlı şəxsin evindən oğurluq etmək istəməsi, Təqsirləndirilən şəxs izahatında hansısa naqan tipli silahın atası X7 məxsus olmaqla oğurlamasını göstərməsi və anasına məxsus qızıl sepini oğurlayaraq naməlum lambarda satması, Abasxan adlı şəxsin evinə basqın etmək istəməsi faktları öz təstiqini tapmadığından həmin xüsusatlar üzrə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs X3 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar 2-də yerləşən nömrəsiz fərdi yaşayış evindən oğurladığı 80 manat faktı üzrə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinə, həmçinin Təqsirləndirilən şəxs əməlinə hissəvi xitam verilmiş və inzibati qaydada məsuliyyətə cəlb olunması üçün qərar 11-ci PB-nə göndərilmiş, Təqsirləndirilən şəxs əməlində təkrarçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədilməsi, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, quldurluq, əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətlərinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 181, 186 və 228-ci maddəsi ilə cinayət təqibinə həmin hissələrdə xitam verilmiş, işdə sözü gedən naməlum naqan tipli qaz silahının müəyyən edilməsinə dair işdən material ayrılaraq 11-ci PB-nə göndərilmiş, X6 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, X12 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü, 228-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığından xx.xx.2019-cu il tarixdə barəsində həmin maddələr ilə cinayət təqibinə və müdafiəçisi 10 saylı vəkil bürosunun vəkili X10 cinayət işi üzrə iştirakına xitam verilməsi nəzərə alınmış, hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs yaşadığı evdən götürülmüş bir ədəd dəmir ling və Təqsirləndirilən şəxs məxsus 1 saylı daktilolentin səthindəki «a», «b», «c», 2 saylı daktilentin səthindəki barmaq izləri maddi sübut kimi tanınsın və bir ədəd dəmir ling saxlanması üçün Qaradağ RPİ-nin arxivinə verilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, hadisə yerinə baxış, vurulmuş ziyanın ödənilməsinə dair Zərərçəkmiş şəxs ərizəsi, məhkəmə daktiloskopik ekspertizasının rəyi və işdə olan digər protokollar sübut növü kimi qəbul edilmiş, X3 iş üzrə zərərçəkmiş şəxs qismində qalmasına əsaslar olmadığından zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyindən sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını (CM-59.1.12), nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır və bu baxımdanməhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, , Təqsirləndirilən şəxs onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməli (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 5 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut olan Qaradağ RPİ-də saxlanılan hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 01 (bir) ədəd ling dəmir hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və Təqsirləndirilən şəxs məxsus 1 saylı daktilolentin səthindəki “a”, “b”, “c”, 2 saylı daktilolentin səthindəki barmaq izləri cinayət işinin materiallarında saxlanmalı, (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X5: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və X13 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərmiş olduğu cəmi 27 (iyirmi yeddi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 162 (bir yüz altmış iki) manat məbləğində vəsait və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X10 göstərmiş olduğu cəmi 05 (beş) iş saatı hüquqi xidmətə görə 30 ( otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək tutulduğu cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 5 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut- Qaradağ RPİ-də saxlanılan hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 01 (bir) ədəd ling dəmir hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və Təqsirləndirilən şəxs məxsus 1 saylı daktilolentin səthindəki “a”, “b”, “c”, 2 saylı daktilolentin səthindəki barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 61 (altmış bir) manat 29 (iyirmi doqquz) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərmiş olduğu cəmi 27 (iyirmi yeddi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 162 (bir yüz altmış iki) manat məbləğində vəsait və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X10 göstərmiş olduğu cəmi 05 (beş) iş saatı hüquqi xidmətə görə isə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-110/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-110/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver