Məhkəmə qərarları › İş №1(002)-110/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-110/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-110/2022 28.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardən sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X10 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs aldadıb 02 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisi, 2-ci sahə ünvanında yerləşən “Sərin-Məkan” adlı kafedə onun adına nəqliyyat vasitəsi üçün yol vərəqəsi əsasında icarəyə götürülmüş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində olan “Hyundai Accent” markalı **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobili Anar Şəfiyevin 17500 manata dəyərləndirib nağd və ya ilkin ödənişini edib sonradan banka girov qoyub kreditlə hissə-hissə ödəmək şərtilə satacağını vəd etməklə həmin gün qeyd olunan kafenin qarşısında Zərərçəkmiş şəxs 1500 manat nağd pulu, həmin avtomobili sonuncunun adına sənədləşdirmək adı ilə 04 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Lökbatan-Xocahəsən yolunda yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasının qarşısındakı yolda yenə də X13 Novruzovdan əlavə 4000 manat nağd pulu alaraq, etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 5500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, himayəsində üç azyaşlı uşağı vardır, rəsmi iş yeri olmadığı üçün Quba şəhərində avtomobil yuma yerində yuyucu işləyir və bu yolla ailəsinin maddi təlabatlarını təmin edir. Anar Şəfiyevlə 2020-ci ilin yay aylarında taksi sürücüsü işləyən bibisi oğlu İlyas Hüseynzadənin vasitəsilə tanış olmuş, Anar Şəfiyev işlənmiş avtomobillərin alqı-satqısı ilə məşğul olurmuş, eləcə də Quba rayonuna gələrkən onu istirahət yerlərinə aparıb qalmasını təmin edirmiş. Anar Şəfiyevlə aralarında dostluq münasibəti yaranmışdır. 2021-ci ilin sentyabr ayının sonlarında Bakı şəhərində bibisi oğlu İlyas Hüseynzadə ilə birlikdə olarkən X18 zəng edib onu Qara Qarayevdə yerləşən çay evinə dəvət etmiş, İlyasla birlikdə həmin yerdə yerləşən çay evinə gəlmişlər və Anar Şəfiyevlə görüşüb oturmuşlar. Təxminən 15 dəqiqə sonra İlyasa müştəri sifarişi gəldiyi üçün sonuncu yanlarından durub getmiş, özü isə Anarla həmin çay evində çay içib söhbət etməyə başlamışlar. Söhbət zamanı Anar Şəfiyev ona maddi vəziyyətinin çətin olduğunu, anası xəstə olduğu üçün müalicəsinə pul lazım olduğunu bildirməklə bir məsələdə köməklik göstərməyini ondan xahiş etmişdir. Nə kömək lazım olduğunu soruşduqda Anar demişdir ki, Xətai rayonu ərazisində avtomobillərin icarə məntəqəsindən (rent-a-kar) onun adına avtomobil götürmək lazımdır, həmin avtomobili bir nəfər tanışına satmaq üçün pulunu alacaqdır, lakin bunu etdikdən sonra onun heç bir işə qarışmamağını, özü sonra tanışının pulunu qaytaracağını bildirmişdir. Anarla münasibəti yarandığı üçün və anasının xəstə olduğunu eşidib sonuncuya bu işdə köməklik göstərməyə etiraz etməmişdir. Anar ona əgər şəxsiyyət vəsiqəsi üzərindədirsə gedib avtomobillərin icarə məntəqəsindən (rent-a-kar) ona avtomobil götürməyi və iki gün onun işini həll etməyini xahiş etmişdir. Bu söhbətdən sonra səhərisi gün, 02 oktyabr 2021-ci il tarixdə Anarla birlikdə Xətai Metrostansiyasının yanına gedərək orada yerləşən avtomobillərin icarə məntəqəsindən “Hyundai Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil icarə müqaviləsi əsasında onun adına götürmüşlər. Bundan sonra onlar birlikdə Ramana qəsəbəsinə getmişlər və Anar Şəfiyev orada onun tanımadığı üç nəfər şəxslə görüşmüşdür. Həmin şəxslərdən biri “Hyundai Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil almaq istəyən Zərərçəkmiş şəxs olmuşdur. Görüş zamanı o, Anar Şəfiyevin “Hyundai Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili Mübarizə yalandan satacağını müəyyən etmişdir. Bu səbəbdən narahat olmuş və kənara çəkilərək telefonla kiməsə zəng edib danışmağa başlamışdır. Mübariz Anara hansısa məbləğdə beh pul da vermişdir. Anar isə ona bildirmişdir ki, avtomobil burada qalacaq və özləri taksi ilə gedəcəklər. Daha sonra Anar taksi sifariş etmiş və o da taksi ilə Binə qəsəbəsinə yollanmışdır. İki gün sonra, yəni 04 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Anar Şəfiyev ona zəng edib demişdir ki, Binədən gələrkən Ramana qəsəbəsinə girsin, özü də oraya gələcəkdir. O da taksi ilə Ramana qəsəbəsinə gəlmişdir. Ramana qəsəbəsində Anar Şəfiyevi bir qədər gözlədikdən sonra sonuncu taksi ilə gəlmiş və taksidən düşüb onunla görüşmüşdür. Orada Anar ona demişdir ki, Mübarizlə Lökbatan qəsəbəsində yerləşən gömrük idarəsinin yanına gedəcəklər, orada çıxan kimi bir nəfər tanışı onları qarşılayacaq, özü Mübariz və yanında olan şəxslərlə çayxanada oturacaqdır, özünün isə “Hyundai Accent” markalı avtomobilin hər iki dövlət qeydiyyat nişanını çıxardıb qarşılayan şəxsə verib həmin şəxslə orada yerləşən X22 idarəsinin sənədləşmə aparılan binasına daxil olsun. O, Anarın dediklərini dinləyib razılaşmış və söylədiklərini edəcəyini bildirmişdir. Bir qədər sonra isə onları Anar Şəfiyevin çağırdığı bir nəfər şəxs gəlib idarə etdiyi səhv etmirsə “Hyundai Sonata” markalı avtomobilə əyləşdirmiş, onlar birlikdə Ramana qəsəbəsində yerləşən “Sərin-Məkan” kafesinə gəlmişlər və onu həmin kafenin yanında düşürtmüşlər. Daha sonra Anar Şəfiyev ona demişdir ki, avtomobillərin icarə məntəqəsindən götürdükləri “Hyundai Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Lökbatan qəsəbəsində yerləşən gömrük idarəsinin yanına gəlsin. O, “Hyundai Accent” markalı avtomobili işə salmış və yanında Anarın tanışları olan, lakin tanımadığı və adlarını bilmədiyi bir nəfər şəxs və Mübariz əyləşmişlər. Beləliklə də o, avtomobili idarə edərək Ramana qəsəbəsindən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən avtomobil gömrük idarəsinin yanına gəlmiş və avtomobili saxlamışdır. Orada həqiqətəndə onları bir nəfər hündür boylu arıq bədən quruluşlu şəxs qarşılamışdır. Onlar avtomobildən çıxdıqda avtomobili alan Mübariz Anara əlavə olaraq hansısa məbləğdə pul vermiş və sonradan o, “Hyundai Accent” markalı avtomobilin üzərində olan hər iki **-PR- *** dövlət qeydiyyat nişanını çıxartmış, onları qarşılayan Anarın tanışı isə “Hyundai Sonata” markalı avtomobilin xatırlamadığı hər iki dövlət qeydiyyat nişanını çıxartmışdır. Bundan sonra onlar həmin şəxslə X22 İdarəsinin həmin binasına daxil olmuşlar, Anar isə avtomobili alan və yanında olan digər şəxslərlə orada yaxınlıqda yerləşən bir çayxanaya getmişlər. O, X22 İdarəsinin binasına daxil olduqdan sonra özündə olan dövlət qeydiyyat nişanlarını həmin şəxsə vermiş, özü isə bayıra çıxıb Anarın zəngini gözləmişdir. Arada Anarın tapşırığı ilə Mübariz və digər tanımadığı şəxsdən götürüb onlara verdiyi şəxsiyyət vəsiqələri kafeyə girərək sahiblərinə qaytarmışdır. Bir neçə dəqiqə sonra Anar ona zəng etmiş, gedib “Hyundai Accent” markalı avtomobilin sükan arxasına əyləşərək onu orada gözləməyini bildirmişdir. O, Anarın dediyi kimi etmiş, atvomobilə əyləşib gözləyəndə əvvəlcə X22 İdarəsinin binasına daxil olan şəxs qayıtmış və hər iki avtomobilin dövlət nömrə nişanlarını yerinə keçirtməyə başlamışdır. Bu zaman Anar yaxınlaşmış və hər ikisi avtomobilə əyləşmişlər. Anar avtomobilin arxa oturacağına, sonuncunun tanışı isə qabaq oturacağa əyləşmişdir. Anar ona sürməyini bildirdikdə o, avtomobilin mühərrikini işə saldığı anda avtomobili almaq istəyən Mübariz onlara yaxınlaşmış və Anar tərəfdən avtomobilin şüşəsi açıq olduğundan əlini salona salaraq Anarın yaxasından tutub, çölə çıxmağını tələb etmişdir. Anar əvvəlcə Mübarizin əlini çəkməyini və qayıdıb onu gözləməyini bildirmiş, Mübariz isə buna əhəmiyyət verməmiş və əlini Anarın yaxasından çəkməyib yenə bayıra çıxmağını tələb etdiyi üçün Anar ona ucadan avtomobili sürməyini tələb etmişdir. O da Mübarizin onları döyəcəyindən qorxduğuna görə qabağında başqa bir avtomobilin dayandığını görüb idarə etdiyi avtomobili əvvəlcə arxaya doğru vermiş, daha sonra isə sükanı sola doğru çəkib tərpənmişdir. Bu zaman Mübarizin əli şüşənin arasında olduğu üçün və əlini çıxartmaq istəmədiyinə görə avtomobili sürərkən Mübariz yerə yıxılmışdır. Bundan sonra o, üzü Xocahəsən qəsəbəsi istiqamətində yollanmış, Anarın sözünə əsasən sonuncunu və avtomobildə olan şəxsi Şıx qəsəbəsinin magistral yolunda düşürtmüşdür. Anara bu məsələ ilə bağlı narahat olduğunu bildirdikdə sonuncu narahat olmamasını, heç bir problem olmayacağını, özü bu işi yoluna qoyacağını ona bildirmiş, avtomobili isə avtomobillərin icarə məntəqəsinə təhvil verməyini tapşırmışdır. O, Anargili düşürtdükdən sonra avtomobili Xətai rayonu ərazisində yerləşən avtomobillərin icarə məntəqəsinin qarşısına sürmüş, həmin ofisin yaxınlığında dayandırmış, açarı da mühərrik işə salınan hissəsində saxlayaraq avtomobildən çıxmış və anasının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yaşadığı evinə yollanmışdır. Bu hadisədən iki gün sonra Anarla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, məsələ barədə maraqlanmışdır. Anar demişdir ki, Mübarizlə bağlı işi həll etmiş, heç bir narahatçılıq yoxdur. Anarın Mübarizə avtomobili satmaq adı ilə hansı məbləğdə pul götürdüyündən məlumatı olmamış, Anar ona həmin puldan heç bir məbləğini verməmiş, ümumiyyətlə bu işdə pulla bağlı olan məsələyə qarışmamışdır. Mübarizin avtomobildə çöldən Anarın yaxasından tutduğu zaman onların yalanını ifşa etdiyini başa düşmüşdür. Anarla sonuncu dəfə telefonla danışdıqdan sonra Quba şəhərinə yollanmış və bir daha sonuncunu görməmişdir. Anar Şəfiyev tərəfindən avtomobil satmaq adı altında Zərərçəkmiş şəxs hansı məbləğdə pul götürməsindən məlumatı olmamış, bu barədə Anardan maraqlanmamışdır. Həmçinin Şahid1 isə 2500 manat nağd pulunun ələ keçirilməsindən ümumiyyətlə məlumatı olmamış, onun həmin işdə heç bir rolu olmadığını təsdiq etmişdir. X7 tanımadığını, sonuncunun Anar Şəfiyevlə birilkdə Şahid1 «Hyundai Sonata» markalı satmaq adı ilə 2500 manat pulunu ələ keçirməyindən məlumatı olmamış, Anarın yalnız Zərərçəkmiş şəxs aldadaraq avtomobili satmaq adı ilə pulunu ələ keçirdiyindən məlumatlı olmuşdur. X22 İdarəsinin binasına gəldikdə Anar Şəfiyevi qarşılayan və onunla həmin idarəyə daxil olan arıq hündür boy şəxsi tanımadığını, Zərərçəkmiş şəxs aldadaraq avtomobili satmaq adı ilə pulunu ələ keçirməklə bağlı Anarın tanışı olan hündür boylu şəxslə onun qabaqcadan heç bir razılığı olmamışdır. Anarın özünün həmin şəxslə nə razılıq əldə etdiyini, ümumiyyətlə həmin şəxsin bu işdə nə rolunun olduğunu, həmin şəxsin Anar tərəfindən Mübarizin pulunu ələ keçirməsindən məlumatının olub-olmamasını da bilmədiyini, həmin şəxslə idarədə birlikdə olduğu zaman bu barədə heçnə danışmadığını göstərmişdir. O, öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olsa da hazırda ünvan 4 ünvanında ailəsilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir, lakin yaşadığı evin yaxınlığında, Ramana südçülük sovxozu ərazisi, 2-ci sahə ünvanında “Sərin-Məkan” adlı kafeni icarəyə götürərək işlədir. 02 oktyabr 2021-ci il tarixdə səhər saatlarında “Sərin-Məkan” kafesində olarkən qonşusu Şahid1 və onun bacanağı Afət Həsənov, habelə onlarla birlikdə şəxsiyyəti ona sonradan məlum olan Anar Şəfiyev və Lənkəran rayon sakini Fərid Babayevlə birlikdə müştəri qismində kafeyə gəlmişlər, kafedə oturub “xaş” sifariş etmişlər. O, Manuyel, Afət, Anar və Fəridin sifarişini yerinə yetirmiş, həmin şəxslər yemək yedikləri müddətdə ona tanışı Rəşad zəng etmiş və kafedə oturan Manuyelə 1500 manat pul verməyini, özü isə 1-2 saata gəlib həmin pulu ona qaytaracağını bildirmişdir. Rəşadla yoldaşlıq münasibətləri olduğu üçün sonuncuya etiraz etməmiş və Manuyelə müraciət etmişdir. Manuyel ona bildirmişdir ki, masa arxasında əyləşdiyi yoldaşdan, yəni Anar Şəfiyevdən avtomobil almaq istəyir bu səbəbdən hazırda avtomobilin behini verməlidir, ona görə də 1500 manat pul lazımdır. O, pulu gedib bir yerdən götürməli olduğunu dedikdə Manuyel ona «Hyundai Sonata» markalı avtomobilin açarlarını verib həmin avtomobillə getməyini təklif etmişdir. Elə də etmiş, həmin avtomobil ilə yollanıb qəsəbədəki bir tanışından 1500 manat pulu götürüb kafeyə qayıtmış və Manuyelə həmin pulu vermişdir. Orada ona məlum olmuşdur ki, Manuyel məhz sürdüyü avtomobili almaq fikrindədir. Özü də avtomobili sürdüyü üçün xoşuna gəlmiş, bu barədə Manuyelə da demişdir. X16 avtomobil alveri ilə məşğul olduğunu başa düşmüş və özü də avtomobil almaq istədiyini bildirib Anardan maraqlanmağa başlamışdır. Onlar kafedə masa arxasında oturarkən Manuyelin bacanağı Afət ona bildirmişdir ki, bu qardaşlar tanışdır, avtomobil alqı-satqısı ilə məşğul olurlar. O, avtomobillə maraqlandıqda Anar Şəfiyev bildirmişdir ki, əlində hazırda bir neçə avtomobil vardır, nağd və ya pulunu hissə-hissə ödəməklə münasib qiymətlərə satır. Hətta Anar bayırda dayanmış, gəldikləri 2016-cı il buraxılışlı “Hyundai-Sonata” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili ona göstərərək bildirmişdir ki, hazırda bu avtomobili Manuyelə satır. Manuyel özü də bunu təsdiq etmişdir. Bundan sonra Anar 17500 manata 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı avtomobili satdığını, həmin avtomobili ona nağd və ya ilkin ödənişini edib sonradan banka girov qoyub kreditlə hissə hissə ödəmək şərtilə satmağı təklif etmişdir. Onlar avtomobil barədə danışdıqda bu vaxt kafeyə Afətin qardaşı, qonşusu və yoldaşlıq etdiyi Şahid2 də gəlmiş və Anar Şəfiyevlə öpüşüb görüşmüşdür. Afət və Asəf qardaşlarının Anarla səmimi münasibətlərinin olduğunu görüb özündə Anara qarşı inam yaranmışdır. O, Anara həmin avtomobilə baxmaq istədiyini bildirdikdə, Anar ona yemək yedikdən sonra 1-2 saata avtomobili gətirəcəyini demişdir. Anar gedib gəlməmişdən Rəşad gəlmiş və söz verdiyi kimi də Manuyelə verdiyi 1500 manat pulu ona qaytarmışdır. Üstündən təxminən 1-2 saat keçdikdən sonra Anar və yanında, sonradan adını Hüseyn kimi bildiyi şəxslə birlikdə qara rəngli “Hyundai-Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Sərin-Məkan” kafesinə gəlmişlər və avtomobili ona göstərmişlər, həmin vaxt Asəf yanında olmuşdur. Avtomobil onun xoşuna gəlmiş və almaq istədiyini Anara bildirmişdir. Aralarında olan razılığa əsasən Anar ondan ilkin olaraq elə kafedə 1500 manat beh pul istəmişdir. Pulun qalan hissəsini isə 1-ci gün, yəni 04 oktyabr 2021-ci il tarixdə Qaradağ rayonu ərazisində “Meyvəli” bazarının yanında yerləşən Baş X22 İdarəsinin Qeydiyyat İdarəsinə gedib orada avtomobili onun adına keçirtmək, avtomobil adına sənədləşdikdən sonra onun Anara əlavə 4000 manat da verdikdən sonra aylıq pulunu razılaşmaq qərarına gəlmişlər. Kafenin həyətində söhbət etdikləri zaman Anarın yanında olan Hüseyn tez tez onlardan aralanaraq qulağında telefonla kiminləsə danışırmış, sanki avtomobilin satışı ilə bağlı olan söhbətdən yayınmaq istəmişdir. Hətta o, bir anlıq avtomobilin mühərrikinin gücünü öyrənmək məqsədi ilə Hüseynin özündən qeydiyyat şəhadətnaməsini təqdim etməyini istəmişdir. Hüseyn sualından yayınmaq üçün ona qeydiyyat şəhadətnaməsinin üstündə olmadığını bildirmiş və yenə də kənara çəkilməyə çalışmış, o, avtomobilin mühərrikinin gücünü soruşduqda Hüseyn ona cavab verməmişdir. Buna baxmayaraq o, həmin vaxt Hüseynin hərəkətlərinə əhəmiyyət verməmişdir. Belə ki, həmin ərəfədə Anarın Afət və Asəflə yaxşı münasibətlərinin olduğunu görüb Anara inanmışdır. O, elə Asəf və Hüseynin iştirakı ilə 02 oktyabr 2021-ci il tarixdə günorta saatlarında işlətdiyi “Sərin-Məkan” kafesinin girişinin qarşısında Anara “Hyundai-Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1500 manat beh pul vermiş və avtomobili ona saxlayaraq özləri taksi ilə çıxıb getmişlər, elə danışmışlar ki, avtomobil onda qalsın. 04 oktyabr 2021-ci il tarixdə səhər saatlarında özü ilə 4000 manat pulu götürüb işlətdiyi kafeyə gəlmişdir. Həmin vaxt oraya Afət və Asəf gəlmişlər və ona bildirmişlər ki, bu gün avtomobili onun adına sənədləşdirməyə aparacaqdılar. Bu ərəfədə Manuyel onlarla mobil telefonla əlaqə saxlayaraq bildirmişdir ki, Anargili götürüb birlikdə kafeyə gələcəklər. Təxminən 15-20 dəqiqədən sonra Manuyel sükan arxasında olmaqla Anar və Hüseynlə birlikdə Manuyel almaq istədiyi “Hyundai-Sonata” markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kafenin qarşısına gəlmişlər. Bundan sonra Manuyelin idarə etdiyi “Hyundai-Sonata” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobildə Anar və Afət olmaqla və Hüseynin idarə etdiyi “Hyundai-Accent” markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobildə özü və Asəf olmaqla «Meyvəli» bazarının yanında yerləşən Baş X22 İdarəsinin Avtomobillərin Qeydiyyat İdarəsinə yollanmışlar. Onlar bir-birinin arxasınca deyil, nədənsə ayrı-ayrı yollarla getmişlər. İlk olaraq oraya onlar çatmış, 10 dəqiqə sonra Manuyelgil gəlmişlər və onlar hamısı Avtomobillərin Qeydiyyat İdarəsinin yanındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasının qarşısındakı Lökbatan-Xocahəsən yolunda rastlaşmışlar. Orada Anarı bir nəfər arıq bədən quruluşlu, hündür boyu olan bir tanımadığı şəxs qarşılamış, Anarın tapşırığı ilə Hüseyn “Hyundai-Accent” markalı avtomobilin, hündür boyu olan şəxs isə “Hyundai-Sonata” markalı avtomobilin dövlət nömrə nişanlarını açmağa başlamışlar. Həmin anda Manuyel, Afət, Asəf, Hüseyn və hündür boyu olan şəxsin yanında Anar elə orada danışdıqları kimi “Hyundai-Accent” markalı avtomobilə görə olan pulun 4000 manatını ondan istəmişlər və o da adı çəkilən şəxslərin yanında 4000 manat pulu cibindən çıxardıb Anara vermişdir. Pulu verdikdən sonra Anar ondan və Manuyeldən şəxsiyyət vəsiqələrini alaraq Hüseyn və hündür boyu olan şəxsə təqdim etmiş və dövlət nömrə nişanları ilə birlikdə Baş X22 İdarəsinin Avtomobillərin Qeydiyyat İdarəsinə daxil olaraq avtomobilləri onun və Manuyelin adına sənədləşdirmələrini onlara bildirmişdir. Hüseyn və hündür boyu olan şəxs onlardan aralandıqda Anar onlara yaxınlıqda yerləşən kafeyə gedib gözləməyi təklif etmişdir. Onlar da Anarın sözü ilə orada yaxınlıqda yerləşən kafeyə daxil olmuşlar. Kafedə özü, Anar, Manuyel, Afət və Asəf oturub çay içirmişlər, kafedə olduqları müddətdə Anar özünü çox həyacanlı aparırmış, qulağında mobil telefonla tez tez onlardan aralanıb qayıdırmış. Bu arada 5-10 dəqiqədən sonra Hüseyn kafeyə daxil olub onun və Manuyelin şəxsiyyət vəsiqəsini özlərinə qaytarmış və yenidən çıxıb getmişdir. Bu zaman Anarın özünü çox narahat apardığından o, şübhələnmiş, lakin Afət və Asəfə görə utandığından Anardan şübhələndiyini deyə bilməmişdir. Bu səbəbdən özü heç kimə demədən Anarı güdmək qərarına gəlmiş, Anar əvvəlcə bir dəfə qulağında telefonla kiminləsə danışaraq kafedən bayıra çıxıb onun gözündən yayınmış və yenidən kafeyə qayıtmışdır. Anarın həyacandan hətta ağzı da köpüklənirmiş. Bu hərəkətlərə görə Anarın onları artıq aldatdığını və pulları ələ keçirtdiyindən şübhələnmiş, bu dəfə də Anar telefonla danışaraq kafedən çıxdığı zaman o, gizlicə Anarın arxası ilə düşmüşdür. Anar bayıra çıxaraq əvvəlcə asta asta və birdən qəflətən avtomobilləri saxladıqları yerə tərəf qaçmağa başlamışdır. O, Anarın arxasınca düşdükdə görmüşdür ki, Anar, yanında olan Hüseyn və tanımadığı hündür boyu olan şəxs “Hyundai-Sonata” markalı avtomobilin **-XT-*** olan hər iki dövlət qeydiyyat nişanının həmin avtomobilin kapotunun üstünə qoydular, özləri isə **-PR-*** dövlət qeydiyyat nişanları artıq yerində olmaqla “Hyundai-Accent” markalı avtomobilə əyləşirdilər. Hüseyn sükan arxasına, hündür boyu olan şəxs arxa sol oturacağa, Anar isə arxa sağ oturacağa tələsik əyləşmişlər və avtomobilin mühərrikini işə salmışlar. O, bu mənzərəni görüb Anar gilin qaçmaq istədiklərini başa düşmüş və qaçaraq Anar gilə yaxınlaşmışdır. Anar tərəfdən avtomobilin şüşəsi bir qədər açıq olduğundan sağ əlini salona atmış və Anarın yaxasından tutaraq «Hara qaçırsınız!» sözlərini deyib Anara avtomobildən çıxmağını tələb etmişdir. Anar əvvəlcə ona sakitləşməyini xahiş etmiş və «əlini məndən çək gözlə gəlirik!» sözlərini ona demişdir. O, Anarın sözlərinə əhəmiyyət verməyərək əlini yaxasından çəkməmiş və yenə də çıxmağını tələb etmişdir. Anar onun əlini çəkməyəcəyini başa düşüb Hüseynə «Sür qaç!» sözlərini demişdir. Anarın sözlərindən sonra avtomobilin qarşısında başqa bir avtomobilin dayandığını görüb Hüseynin sürə bilməyəcəyini güman etmiş və bu səbəbdən Anardan əlini çəkərək avtomobilin arxa tərəfindən Hüseynə doğru getmişdir ki, digər tərəfdən olan şüşəni yumruqla sındırıb Hüseyni avtomobildən çıxartsın. Lakin buna baxmayaraq o, avtmobilin arxa tərəfindən keçdiyi zaman Hüseyn avtomobili geriyə doğru vermiş, bu anda avtomobilin yük yeri hissəsi ona dəymiş, özü avtomobilin zərbəsindən yerə yıxılaraq əlindən və qolundan müxtəlif bədən xəsarətləri almışdır. Elə bu zaman da Hüseyn özü üçün yol açaraq dayandıqları kimi üzü Xocahəsən qəsəbəsi isə istiqamətində yola düşmüşlər. Bundan sonra o, ayağa qalxaraq Asəfgilin yanına qaçmış və nə baş verdiyi barədə danışmışdır. Bunu eşidən kimi Manuyel istifadəsində olan mobil telefonla 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra onları Qaradağ RPİnin 10-cu PB-nə dəvət etmişlər, özü oraya gedərək hadisə ilə əlaqədar ərizə yazmış və izahatının alındığını göstərmişdir. İlkin ərizə və izahatında Anar Şəfiyev və digərləri tərəfindən ümumilikdə 5000 manat pulunun ələ keçirildiyini səhv göstərmiş, əslində 5500 manat nağd pulu ələ keçirilmiş və baş vermiş cinayət nəticəsində ona 5500 manat məbləğində maddi ziyan dəydiyini təsdiq etmişdir. Onlar kafedə əyləşdikləri zaman Anar Şəfiyev bir-iki dəfə guya telefonla danışaraq kafedən çıxmış, hətta bir dəfə onun gözündən də yayınmışdır. Lakin sonuncu dəfə Anar kafedən çıxdıqda sonuncudan tam şübhələnmiş və arxasınca düşmüşdür. Anar, Hüseyn və yanlarında adını bilmədiyi şəxs avtomobilə əyləşdikdən sonra o, yaxınlaşıb Anarın yaxasından tutduğu zaman sonuncudan avtomobildən düşməyini tələb etmişdir. Həmin vaxt pulun qaytarmasını Anara deməmişdir. Onun məqsədi Anarı və yanında olan digərlərini avtomobildən çıxardıb cəzalandırmaq, Manuyel və digər yoldaşları ilə birlikdə onları döyüb pullarını geri götürmək məqsədi olmuşdur. X21 «sür!» dedikdə, habelə avtomobilin qarşısında başqa bir avtomobilin dayandığını görüb Hüseynin sürə bilməyəcəyini guman etmiş və bu səbəbdən Anardan əlini çəkərək avtomobilin arxa tərəfindən Hüseynə doğru getmişdir. O, şüşəni yumruqla sındırıb Hüseyni avtomobildən çıxartmaq istəmiş, Hüseyn isə avtomobili arxaya doğru verib həmin avtomobillə onu vurduqda yıxlıdığı üçün buna nail ola bilməmişdir. Avtomobilin sükan arxasında olan Hüseynin oun qəsdən və ya istəmədən ehtiyyatsızlıqdan vurduğunu bilməmiş, həmin vaxt Hüseyn ona fikir verməmişdir, Anarın sözü əsasında sürmüş və özü onların yalnız oradan uzaqlaşmaq istədiyini başa düşmüşdür. Anar Şəfiyevin ona “Hyundai-Accent” markalı avtomobili satdığı zaman Fərid Babayevin bu işdə hər hansı bir iştirakı olmamış, bildiyinə görə Manuyeli aldadıb “Hyundai-Sonata” markalı avtomobili satmaqda Fərid Anara köməklik göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 5 ünvanında qeydiyyatda olsa da hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisi, 2-ci sahə ünvanında ailəsi ilə birlikdə yaşayır, özü heç bir yerdə işləmir. X8 təxminən 2008-ci ildən tanıyır, əvvəllər 8-ci kilometrdə yaşadığı ünvanda qonşuluqda yaşamışlar, sonuncu ilə heç bir vaxt ədavət və düşmənçiliyi olmamışdır. Həmin məhəllədə onlar Anar, habelə dostları Asəf və Afət qardaşları ilə birlikdə böyümüşlər, son vaxtlara kimi də yoldaşlıq münasibətində olmuşlar. Afətlə həm də qohumluqları vardır, bacanağıdır. 01 oktyabr 2021-ci il tarixdə saat 11:00-12:00 radələrində Anar Şəfiyev onu xəngəl yemək üçün metronun «Neftçilər» stansiyasının yaxınlığında yerləşən gürcü mətbəxinə dəvət etmişdir. O, həmin kafeyə bacanağı Afət Həsənovla birlikdə getmiş və orada onları Anar qarşılamışdır. Həmin vaxt Anar oraya bir nəfər sonradan adını bildiyi Fərid Babayevlə birlikdə qara rəngli “Hyundai-Sonata” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobildə gəlmiş, avtomobili Anarın yanında olan Fərid idarə etmişdir. Kafedə oturduqları zaman Anar onları öz dostu Fərid Babayevlə tanış etmişdir. Birlikdə oturub xəngəl yeyib söhbət etdikləri zaman Anar ona bildirmişdir ki, hazırda gəldikləri 2016-cı il buraxılışlı “Hyundai-Sonata” markalı avtomobili satır. Avtomobilin qiyməti barədə maraqlandıqda Anar həmin avtomobili nağd şəkildə 26000 manata satdığını, lakin istəsə bir yoldaş kimi ilkin ödənişini 3500 manat pul verdiyi halda avtomobili onun adına banka girov qoya bildiyini, sonradan kredit şəkilində ödəməyini təklif etmişdir. O, Anarın təklifi ilə razılaşmış və onlar nahar etdikdən sonra çıxıb avtomobilə baxmışlar. Avtomobilin vəziyyəti barədə ona Fərid izah etmiş və o, fikirləşib bir söz deyəcəyini bildirmişdir. Bu zaman Anar ona hətta avtomobilin açarını verib xeyir dua etmiş, lakin Fərid müdaxilə edərək bildirmişdir ki, avtomobil onun hansısa dostunundur, ilkin ödənişini etmədiyi halda avtomobili verə bilməyəcəkdir. Anarda Fəridlə razılaşmışdır. Bundan sonra o, Anar və Fəridi səhərisi gün yaşadığı evin yaxınlığında dostu Mübarizin Ramana qəsəbəsində icarə əsasında işlətdiyi «Sərin Məkan» kafesində xaş məclisinə dəvət etmiş və orada avtomobilin ilkin ödəniş məsələsini həll edəcəyini bildirmişdir. Bundan sonra onlar sagollaşıb ayrılmışlar. Avtomobil həqiqətəndə xoşuna gəldiyi üçün almaq qərarına gəlmişdir. 02 oktyabr 2021-ci il tarixdə səhər saatlarında danışdıqları kimi Anar və Fərid həmin “Hyundai-Sonata” markalı avtomobildə «Sərin Məkan» kafesinə gəlmişlər, orada Afətdə onun yanında olmuşdur. Kafeni işlədən dostu Mübariz də gəlib kafeni açmış və onlar masa arxasına əyləşmişlər. Orada o, Anargilə avtomobili almaq istədiyini bildirmiş, lakin bir nəfər dostunun ona birazdan pul gətirəcəyini demişdir. Pul gətirməli olan Rəşad adlı dostu ilə əlaqə saxladıqda, Rəşad biraz gec gələcəyini və ümumi dostları Mübarizlə danışaraq sonuncudan ona 1500 manat pul verməyini, özünün də biraz sonra gəlib pulu Mübarizə qaytaracağını bildirmişdir. Mübariz də etiraz etməmiş, gedib haradansa 1500 manat pul götürüb kafeyə qayıtmış və pulu ona vermişdir. O, Afət, Mübariz və Fəridin yanında Anara “Hyundai-Sonata” markalı avtomobilə görə beh kimi 1500 manat pulu təqdim etmiş, pulun bir hissəsini də Anara həmin gün axşam əlaqə saxlayıb verəcəyini bildirmiş və Anar da onunla razılaşmışdır. Həmin vaxt Mübariz də onun həmin avtomobili qeyd olunan şərtlərlə aldığını eşidib özü də avtomobil almaq istədiyini Anara bildirmişdir. Anar isə onda başqa avtomobillərin olduğunu, o cümlədən hazırda əldə 2021-ci il buraxılışlı «Hyundai Accent» markalı avtomobilinin olduğunu demişdir. Mübarizə də eyni şərtlərlə ilkin ödəniş etdiyi halda həmin avtomobili banka girov qoymaqla ona satmağı təklif etmişdir. Bundan sonra o, alacağı “Hyundai-Sonata” markalı avtomobili götürüb sürüb getmişdir. O zaman Mübariz ilə Anarın arasında sonradan nə danışıq olduğunu bilməmişdir. Həmin gün, yəni 02 oktyabr 2021-ci il tarixdə aralandıqdan təxminən 3 saat sonra Anarla mobil telefonla əlaqə saxlamış, sonuncu hələ də «Sərin Məkan» kafesində olduğunu bildirmişdir. O, Anarı evin qarşısına çağırmış, Anar tək gəlmiş və o, Anara əlavə 1000 manat da pul vermiş, sonradan Anar kafeyə qayıtmışdır. Bildiyinə görə Anar orada Mübarizə də avtomobil satırmış. Lakin özü aldığı avtomobil ilə Lənkəran rayonuna yollandığı üçün kafeyə getməmişdir. Anarla elə razılığa gəlmişlər ki, o, Lənkərandan qayıtdıqdan sonra avtomobili Qaradağ rayonu ərazisində Meyvəli bazarının yanında yerləşən Baş X22 İdarəsinin Qeydiyyat İdarəsinə gedib orada adına sənədləşdirəcəklər. 03 oktyabr 2021-ci il tarixdə o, Lənkərandan Bakı şəhərinə evinə qayıtmış və Anarla telefonda əlaqə saxladıqda onlar səhərisi günə görüş təyin etmişlər. Hətta Lənkərandan qayıtdıqda axşam Mübariz və Afətlə də «Sərin Məkan» kafesində görüşmüşlər. Mübariz ona demişdir ki, özü də Anarla razılaşmış və 1500 manat beh pul vermiş, Anardan «Hyundai Accent» markalı avtomobili alacaqdır. Həmin avtomobil Mübarizin kafesinin qarşısında dayanmış, o da baxıb avtomobili bəyənmiş, Mübarizə xeyir dua vermişdir. Səhərisi gün, 04 oktyabr 2021-ci il tarixdə danışdıqları kimi Anarı yaşadığı evdən təxminən 3 km aralıda yerləşən «Araz» marketin qarşısından götürmüşdür. Həmin vaxt Anarın yanında sonradan adını Hüseyn kimi bildiyi şəxsdə olmuş, lakin Fərid onlarla olmamışdır. Hüseyni o, ilk dəfədir ki, orada görmüşdür. O, Anar və Hüseynlə idarə etdiyi “Hyundai-Sonata” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobildə «Sərin Məkan» kafesinin qarşısına gəlmiş, orada Mübariz, Asəf və Afətlə görüşüb «Meyvəli» bazarının yanında yerləşən Baş X22 İdarəsinin Avtomobillərin Qeydiyyat İdarəsinə yola düşmüşlər. O, “Hyundai-Sonata” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş, onunla atvomobildə Anar və Afət olmuşlar. “Hyundai-Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili isə Hüseyn idarə edirmiş, onlar bir birlərinin arxasınca deyil, nədənsə ayrı ayrı yollarla getmişlər. Onlar həmin idarənin qarşısındakı Lökbatan- Xocahəsən yolunda rastlaşmışlar, orada Anarı bir nəfər arıq bədən quruluşlu, hündür boyu olan bir tanımadığı şəxs qarşılamışdır. Anar ondan qalan 1000 manat pulu istədikdə o, avtomobili sənədləşdirdikdən sonra verəcəyini demiş və Anarda ona heç bir söz deməmişdir. Anarın tapşırığı ilə Hüseyn “Hyundai-Accent” markalı avtomobilin, hündür boyu olan şəxs isə “Hyundai-Sonata” markalı avtomobilin dövlət nömrə nişanlarını açmağa başlamışlar. Mübariz isə həmin anda Afət, Asəf, Hüseyn, hündür boyu olan şəxsin və onun yanında Anara “Hyundai-Accent” markalı avtomobilə görə olan 4000 manat pul vermişdir. Mübariz pulu verdikdən sonra Anar hər ikisindən şəxsiyyət vəsiqələrini alaraq Hüseyn və hündür boyu olan şəxsə təqdim etmiş və dövlət nömrə nişanları ilə birlikdə Baş X22 İdarəsinin Avtomobillərin Qeydiyyat İdarəsinə daxil olaraq avtomobilləri onun və Mübarizin adına sənədləşdirmələrini onlara bildirmişdir. Hüseyn və hündür boyu olan şəxs onlardan aralandıqda Anar onlara yaxınlıqda yerləşən kafeyə gedib gözləməyi təklif etmişdir. Onlar da Anarın sözü ilə orada yaxınlıqda yerləşən kafeyə daxil olmuşlar. Kafedə özü, Anar, Mübariz, Afət və Asəf oturub çay içirmişlər. Bir qədər sonra Hüseyn kafeyə daxil olub onun və Mübarizin şəxsiyyət vəsiqəsini özlərinə qaytarmış və yenidən çıxıb getmişdir. Biraz sonra Anar kiminləsə telefonla danışıb bayıra çıxmış, Anarın arxasınca Mübariz də çıxmış, lakin nəyə görə çıxdığına fikir verməmişdir. Bir qədər sonra Mübariz qaçaraq yanlarına gəlmiş və bildirmişdir ki, Anar, Hüseyn və yanlarında olan hündür boylu şəxs onları aldadıblar, «Hyundai Accent» markalı avtomobilə əyləşib qaçdılar, özü onları saxlamaq istədikdə onu da avtomobillə vurub xəsarət yetirmişlər. Bunu eşitdikdə o, Anar və yanında olan şəxslərin onları aldadıb pullarını ələ keçirdiklərini, heç bir avtomobil satmaq və adlarına sənədləşdirmək fikirləri olmadığını, bunun hamısı qurma iş olduğunu başa düşmüşdür. Ona görə də, Anar gilin etdiyi hərəkətləri ilə bağlı istifadəsində olan mobil telefonla 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra onları Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Sonradan onlara məlum olmuşdur ki, hər iki avtomobilin Anar gilə aidiyyəti yoxdur, AFN transport MMC-dən icarəyə götürülmüşdür. “Hyundai-Sonata” markalı avtomobil hadisə yerində qaldığı üçün o, avtomobili yaşadığı evə sürüb aparmış, AFN transport MMC-nin işçiləri isə gəlib avtomobili yaşadığı evin qarşısından apardıqlarını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X8 təxminən 2008-ci ildən tanıyır, əvvəllər 8-ci kilometrdə yaşadığı ünvanda qonşuluqda yaşamışlar, sonuncu ilə heç bir vaxt ədavət və düşmənçiliyi olmamışdır. Əvvəllər onun qardaşı Afət Həsənovla mühafizə şirkətləri olmuş, Anarı da həmin mühafizə şirkətinə düzəltmişlər və Anar tez tez yanlarında gəzirmiş, həmin vaxtdan münasibətləri daha da yaxın olmuşdur. Həmin məhəllədə onlar Anar, habelə dostu Şahid1 ilə birlikdə böyümüşlər, son vaxtlara kimi də yoldaşlıq münasibətləri olmuşdur. Manuyelin həm də qardaşı Afətlə qohumluğu yaranmış, bacanaq olduqlarını göstərmişdir. Zərərçəkmiş şəxsla da uzun illərdir ki, dostluq münasibəti vardır. 02 oktyabr 2021-ci il tarixdə səhər saatlarında qardaşı Afət onunla əlaqə saxlayaraq bildirmişdir ki, Mübarizin Ramana qəsəbəsində işlətdiyi «Sərin Məkan» kafesinə xaş yeməyə gedir, həmçinin Anar Manuyelə «Hyundai Sonata» markalı avtomobil satmalı, bununla bağlı onu da kafeyə dəvət etmişdir. O da işləri olduğu üçün həmin kafeyə biraz gec gəlmişdir. Orada qardaşı Afət, Manuyel, Anar və sonuncunun yanında əvvəllər tanımadığı Lənkəran rayonundan olan Fərid adlı şəxs olmuşdur. Həmçinin Mübariz özü də kafedə imiş. Söhbət zamanı ona məlum olmuşdur ki, kafenin qarşısında dayanmış, Anarın özü ilə sürüb gətirdiyi «Hyundai Sonata» markalı avtomobili Manuyelə satır. Özü də avtomobilə baxdıqda xoşuna gəlmişdir. Həmçinin kafeni işlədən Mübariz də avtomobil almaq istədiyini bildirdikdə Anar ona da bir avtomobil təşkil edəcəyini bildirmişdir. Anar həmin avtomobillərə görə ilkin ödənişini istəmiş, pulun qalan hissəsini isə adlara keçirib banka girov qoymaqla hissə hissə ödəmək təklifini etmişdir. O, özü və Manuyel Anarı uzun ilər tanıdıqları üçün sonuncuya etibar edirmişlər, həmin səbəbdən Mübarizə də bu barədə demişdir. Manuyel avtomobili almaq qərarına gəldiyi üçün Anara 1500 manat beh vermiş və avtomobili əvvəlcədən götürərək Lənkəran rayonuna çıxıb getmişdir. Onların arasında olan razılığa görə avtomobili Manuyelin adına sənədləşdirdikdən sonra sonuncu əlavə 1000 manat da pulu Anara verməli imiş, pulun qalan hissəsini banka girov qoymaqla ödəcəyəcəkmiş. Manuyel çıxıb getdikdən sonra Anar Mübarizə də 2-3 saata avtomobil gətirəcəyini bildirərək yanında olan Fərid adlı şəxslə çıxıb getmişdir. Üstündən bir neçə saat keçdikdən sonra Anar və yanında, sonradan adını Hüseyn kimi bildiyi şəxslə birlikdə qara rəngli “Hyundai-Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Sərin-Məkan” kafesinə gəlmişlər və avtomobili Mübarizə göstərmişlər. Avtomobil Mübarizin xoşuna gəlmiş və almaq istədiyini bildirmişdir. Aralarında olan razılığa əsasən Anar Mübarizdən ilkin olaraq elə kafedə 1500 manat beh pul istəmişdir. Pulun qalan hissəsini isə 1-ci gün, yəni 04 oktyabr 2021-ci il tarixdə Qaradağ rayonu ərazisində Meyvəli bazarının yanında yerləşən Baş X22 İdarəsinin Qeydiyyat İdarəsinə gedib orada avtomobili Mübarizin adına keçirtmək, avtomobili sənədləşdirdikdən sonra Mübarizdən əlavə 4000 manat da pul alacağını demişdir. Daha sonra isə avtomobili banka girov qoyacaqmışlar. Həmin vaxt kafenin həyətində söhbət etdikləri zaman Anarın yanında olan Hüseyn tez tez onlardan aralanaraq qulağında telefonla kiminləsə danışırmış, sanki avtomobilin satışı ilə bağlı olan söhbətdən yayınmaq istəmiş, lakin o, Anara etibar etdiyi üçün buna əhəmiyyət verməmişdir. Həmin gün Mübariz onun iştirakı ilə “Sərin-Məkan” kafesinin girişinin qarşısında Anara “Hyundai-Accent” markalı avtomobilə görə 1500 manat beh pul vermiş və avtomobili Mübarizə saxladıqdan sonra Anar və yanındakı Hüseyn taksi ilə çıxıb getmişlər. 04 oktyabr 2021-ci il tarixdə səhər saatlarında o, qardaşı Afətlə birlikdə Mübarizin kafesinə gəlmişdir. Bu ərəfədə Manuyel onlarla mobil telefonla əlaqə saxlayaraq bildirmişdir ki, Anar gili götürüb birlikdə kafeyə gələcəklər. Təxminən 15-20 dəqiqədən sonra Manuyel sükan arxasında olmaqla Anar və Hüseynlə birlikdə Manuyel almaq istədiyi “Hyundai-Sonata” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kafenin qarşısına gəlmişlər. Bundan sonra Manuyelin idarə etdiyi “Hyundai-Sonata” markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobildə Anar və Afət olmaqla və Hüseynin idarə etdiyi “Hyundai-Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobildə özü və Mübariz olmaqla «Meyvəli» bazarının yanında yerləşən Baş X22 İdarəsinin Avtomobillərin Qeydiyyat İdarəsinə yollanmışlar. Onlar bir birlərinin arxasınca deyil, nədənsə ayrı ayrı yollarla getmişlər. İlk olaraq oraya özləri çatmış, 10 dəqiqə sonra Manuyel gili gəlmişlər və onlar Avtomobillərin Qeydiyyat İdarəsinin yanındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasının qarşısındakı Lökbatan-Xocahəsən yolunda rastlaşmışlar. Orada Anarı bir nəfər arıq bədən quruluşlu, hündür boyu olan, onun tanımadığı bir şəxs qarşılamışdır. Anarın tapşırığı ilə Hüseyn “Hyundai-Accent” markalı avtomobilin, hündür boyu olan şəxs isə “Hyundai-Sonata” markalı avtomobilin dövlət nömrə nişanlarını açmağa başlamışlar. Orada Anar onların yanlarında Mübarizdən “Hyundai-Accent” markalı avtomobilə görə 4000 manat pulu götürmüşdür. Pulu verdikdən sonra Anar Mübariz və Manuyeldən şəxsiyyət vəsiqələrini alaraq Hüseyn və hündür boyu olan şəxsə təqdim etmiş və dövlət nömrə nişanları ilə birlikdə Baş X22 İdarəsinin Avtomobillərin Qeydiyyat İdarəsinə daxil olaraq avtomobilləri Mübariz və Manuyelin adına sənədləşdirmələrini onlara bildirmişdir. Hüseyn və hündür boyu olan şəxs onlardan aralandıqda Anar onlara yaxınlıqda yerləşən kafeyə gedib gözləməyi təklif etmişdir. Onlar da Anarın sözü ilə orada yaxınlıqda yerləşən kafeyə daxil olmuşlar. Kafedə özü, Anar, Manuyel, Mübariz və Afət oturub çay içirmişlər. Bir qədər sonra Hüseyn kafeyə daxil olub Mübariz və Manuyelin şəxsiyyət vəsiqələrini özlərinə qaytarmış və yenidən çıxıb getmişdir. Kafedə olduqları zaman Anar bir neçə dəfə telefonla danışaraq bayıra çıxıb qayıdırmış. Sonuncu dəfə Anar bir daha telefonla danışaraq çıxdıqda Mübariz də onun arxasınca çıxmış, lakin nəyə görə çıxdığına fikir verməmişdir. Bir qədər sonra Mübariz qaçaraq yanlarına gəlmiş və bildirmişdir ki, Anar, Hüseyn və yanlarında olan hündür boylu şəxs onları aldadıblar, «Hyundai Accent» markalı avtomobilə əyləşib qaçmışlar, Mübariz həmin şəxsləri saxlamaq istədikdə onu da avtomobillə vurub xəsarət yetirmişlər. Bunu eşitdikdə o, başa düşmüşdür ki, Anar və yanında olan şəxslər Mübariz və Manuyeli aldadıb pullarını ələ keçirmişlər, heç bir avtomobil satmaq və sənədləşdirmək fikirləri olmamış, bu hamısı qurma iş olmuşdur. Ona görə də, Mübariz mobil telefonla 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra onları Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Sonradan onlara məlum olmuşdur ki, hər iki avtomobilin Anar gilə aidiyyəti olmamış, AFN transport MMC-dən icarəyə götürülmüşdür. “Hyundai-Sonata” markalı avtomobil hadisə yerində qaldığı üçün Manuyel yaşadığı evə sürüb aparmış, AFN transport MMC-nin işçiləri isə gəlib avtomobili Manuyelin yaşadığı evin qarşısından götürərək aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, rəsmi olaraq "xxxx" MMC-də mühasib işləyir, eləcə də mühasib işləməklə yanaşı icarəyə götürülən avtomobillərə nəzarət edir, təhvil verib təhvil alarkən sazlığını yoxlayır. Qeyd etdiyi şirkətin səlahiyyətli nümayəndəsi olaraq bildirmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə şəxsiyyəti ona sonradan məlum olan X11 işlədiyi şirkətə gələrək 04 oktyabr 2021-ci il tarixədək olan müddətə kimi icarəyə 210 manat pul ödəməklə “Hyundai Sonata” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşdür. 02 oktyabr 2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs şirkətdən 140 manat icarə haqqı ödəməklə “Hyundai Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüşdür. 04 oktaybr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şirkətə heç bir məlumat vermədən, avtomobili şirkət nümayəndələrinə təqdim etmədən həmin “Hyundai Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili ofisin qarşısında atıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs şirkət tərəfindən zənglər edilsədə o, telefona cavab verməmişdir. Eləcə də 05 oktyabr 2021-ci il tarixdə Fərid Babayev tərəfindən icarəyə götürülmüş avtomobillə bağlı ona zənglər edilsədə sonuncu telefonu açmamış və şirkətin nömrəsini qara siyahıya atmışdır. Şirkət tərəfindən “Hyundai Sonata” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin “Siqnal” İLİİ idarəsinin 18 saylı cərimə meydanşçasında olması müəyyən edilmiş və avtomobil həmin meydançadan cərimə ödənilərək götürülmüşdür. Sonradan şirkətə polis əməkdaşı gəlmişdir və X14 Zeynalovun əlaqəli şəxslər olması və avtomobilləridə hansısa cinayətin törədilməsində istifadə etmələri üçün götürmələri şirkətə məlum olmuşdur. Şirkət əvvəlcədən X14 Zeynalovun qeyd edilən avtomobilləri icarəyə götürməklə hansısa bir cinayət əməli törədəcəkləri barədə məlumatlı olmamışdır. X8 tanımır və belə bir şəxs işlədiyi şirkətdən icarəyə avtomobil götürməmişdir. “Hyundai Sonata” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin "xxxx" MMC-dən icarəyə götürülərək qaytarılması nəticəsində MMC-yə hər hansı bir maddi ziyan dəyməmişdir. İş materiallarında olan tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 06.11.2013-cü il tarixdə doğulmuş X3, 29.02.2016-cı il tarixdə doğulmuş X5 və 08.02.2022-ci il tarixdə doğulmuş X6 ataları Təqsirləndirilən şəxsdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 29 dekabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 30 dekabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Hyundai Accent markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtoimobilin sahibi "xxxx" MMC-də saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 6 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Quba şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan Hyundai Accent markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtoimobilin sahibi "xxxx" MMC-də saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar