Məhkəmə qərarları › İş №1(002)-110/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-110/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-110/2024 18.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Beyləqan rayonu İ Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Beyləqan rayonu İ Şahsevən kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sahil Dadaşov küçəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 20 may 2023-cü il tarixdə işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzi, Təsərrüfat Bazarı, 6-cı sırada yerləşən 77 saylı mağazaya gələn müştəri Zərərçəkmiş şəxs2 sifariş verdiyi tökmə daş və keromaqraniti müəyyən edilmiş tarixdə ünvana çatdıracağını yalandan vəd edərək 950 manat məbləğində pul vəsaitini aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 13 iyun 2023-cü il tarixdə işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzi, Təsərrüfat Bazarı, 6-cı sırada yerləşən 77 saylı mağazaya gələn müştəri Zərərçəkmiş şəxs4 sifariş verdiyi tökmə daşı müəyyən edilmiş tarixdə ünvana çatdıracağını yalandan vəd edərək 7900 manat məbləğində pul vəsaitini aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 12 iyul 2023-cü il tarixdə işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzi, Təsərrüfat Bazarı, 6-cı sırada yerləşən 77 saylı mağazaya gələn müştəri Zərərçəkmiş şəxs3 sifariş verdiyi kafelmetlakı müəyyən edilmiş tarixdə ünvana çatdıracağını yalandan vəd edərək 1600 manat məbləğində pul vəsaitini aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 16 iyul 2023-cü il tarixdə işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzi, Təsərrüfat Bazarı, 6-cı sırada yerləşən 77 saylı mağazaya gələn müştəri Zərərçəkmiş şəxs1 sifariş verdiyi kafelmetlakı müəyyən edilmiş tarixdə ünvana çatdıracağını yalandan vəd edərək 5120 manat məbləğində pul vəsaitini aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində tikinti materialları mağazaları işlətmişdir. Daha sonra maddi problemlər üzündən mağazaları təhvil vermişdir. Daha sonra Cavanşir adlı şəxsin işlətdiyi “Biləv İnşaat” adlı mağazada satıcı işləmişdir. Bir müddət sonra icarə əsasında mağaza işlətməyə başlamışdır. Mağazada kafel-metlax, tökmə daş, fasad örtüyü (kabançik), qranit daşlar satışı ilə məşğul olurmuş. Mağazanı əslində əvvəllər tanımadığı, sadəcə olaraq müştərisi olmuş Rəsmiyyə adlı qadın icarəyə götürüb işlətmək üçün ona vermişdir. Mağazanı işlətdiyi ərəfələrdə Cavanşir ondan borcunu istəmişdir. Onun Cavanşirə əslində 2500 manat borcu olmuşdur. 2023-cü ilin yanvar ayında Cavanşir 9000 manat borc pul tapıb onun işlətdiyi mağazanın təmirinə xərcləmişdir. Bir müddət sonra onun maddi sıxıntıları yaranmışdır. Belə ki, 2023-cü ilin may ayında Səfura adlı xanım mağazaya gəlib 950 manat dəyərində tökmə daş və keromaqranit sifariş vermişdir. O sifarişi 1 ay müddətində çatdırmalı olmuş, lakin Səfura adlı xanımın sifarişi firmadan gəlib çıxmamışdır. Səfura adlı müştəri mağazaya gəlib ona verdiyi pulunu tələb etmiş, bir müddət sonra o həmin pulu qaytarmışdır. 2023-cü ilin iyun ayının əvvəlində Orxan adlı müştəri mağazaya gəlib 350 manat dəyərində tökmə daş sifariş vermiş, Orxan adlı müştərinin sifarişini 1 həftə ərzində çatdırmalı olmuşdur. O da müştərilərdən sifarişi qəbul etdikdən sonra firmalara, daş sexlərinə sifariş verib ucuz qiymətə alıb müəyyən miqdarda pul qoyub satırmış. Lakin onun verdiyi sifariş gəlmədiyindən Orxan adlı şəxs ondan şikayət etmişdir. Həmin ərəflərdə Orxan adlı şəxsdən başqa bir neçə nəfər olduğundan o həmin müştərilərdən aldıqlarını geri qaytara bilməmişdir. Bir neçə gün sonra Tural adlı şəxs mağazaya gəlib Polşa istehsalı olan fasad örtük (kabançik), kafel-metalk və asma tavan sifariş vermişdir. Tural adlı müştəri sifariş verdiyi günü 3000 manatı mağazada vermiş. O Tural adlı müştəriyə kafel-metlak və asma tavan göndərmişdir. Təxminən 10 gün sonra onun Turala verdiyi bank kartına 4900 manat pul göndərmişdir. Tural adlı şəxsin verdiyi fasad örtük gəlməmiş, ona da verdiyi pul öz şəxsi ehtiyaclarına, mağazanın aylıq icarə haqqına xərclənmişdir. Turalın verdiyi sifariş ona gəlmədiyi üçün o da Turaldan aldığı pulu qaytara bilməmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində Rəhim adlı müştəri mağazaya gəlib 1600 manat dəyərində asma tavan və kafel-metlak sifariş vermişdir. O Rəhim adlı müştərinin sifarişini təxminən 1 həftə ərzində göndərmiş, lakin Rəhim asma tavanı geri qaytarıb əlavə olaraq kafel-metlax sifariş vermişdir. Rəhimin verdiyi sifariş uzun proseslərdən keçməli olmuş, yəni kəsimə verilməli olmuşdur. Lakin Rəhimə dediyi müddətdə sifarişi göndərə bilməmişdir. Ona görə də Rəhim adlı şəxs ondan şikayət etmişdir. Yenə 2023-cü ilin iyun ayında Elşad adlı şəxs mağazaya yanında Fərid adlı ustası ilə gəlib ümumilikdə təxminən 9620 manat dyərində asma tavan və kafel-metlax sifariş vermişdir. Həmin sifarişi o 3 gün müddətinə Xaçmaz şəhərinə göndərməli olmuşdur. Elşad adlı müştəri mağazada ona 5120 manat vermiş, qalan pulu isə sifarişi alandan sonra verəcəkmiş. Lakin o Elşad adlı müştəridən aldığı pulun bir qismini borclu olduğu şəxslərə qaytarmış. Elşad adlı müştərinin verdiyi sifarişi almaq üçün əlində pul qalmamış, ona görə də o Elşadın yanında gələn Fərid adlı ustaya zəng edib demiş ki, “müdirdən qalan pulu imkan varsa al, mənə göndər, sifarişinizi göndərim. Sifariş verdiyiniz malın pulunda problem yaranıb göndərə bilmirəm”. Usta da ona demiş ki, “yox, mən edə bilməyəcəm, sən verdiyimiz pula uyğun malı göndər”. Onun əlində pul olmadığından sifarişi ala bilməmiş, ona görə də Elşad adlı müştəri də ondan şikayət etmişdir. Əslində onun heç bir müştərini aldatmaq fikrim olmamış, belə ki, o işlətdiyi mağazanın bağlanmaması və inkişaf etməsi üçün müştərilərdən aldığı pulları xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyərək onlarla barışıq əldə etmişdir. Ailəlidir və himayəsində üç azyaşlı uşağı var. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə birlikdə yaşayır. Hazırda heç bir işlə məşğul olmur. Yaşadığı evin təmiri ilə əlaqədar 16 iyul 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinə gəlmiş. O yanında Fərid adlı santexnik ustası ilə birlikdə gəlmişdir. Onlar Təsərrüfat bazarı, 6-cı sırada yerləşən 77 saylı mağazaya gəlmişlər. Mağazada olan satıcı Fətəli adlı şəxs özünü təqdim edərək mağazanın müdiri olduğunu bildirmiş. O kafel-metlax almaq istədiyini dedik də, ona müxtəlif görünüşlü kafel-metlaxlar təklif etmişdir. Fətəli adlı şəxs ona münasib qiymətlər dediyi üçün o sifariş verməli olmuşdur. O müxtəlif sayda və ölçüdə kafel-metlax və asma tavan sifariş vermiş, sifariş etdiyi malların ümumi dəyəri 9620 manat etmiş, lakin həmin günü mağazada o Fətəliyə 5120 manat nağd pul vermişdir. Belə razılaşmışlar ki, pulun qalan hissəsini malları gətirdikdən sonra verəcək. Fətəli də malları ona 3 gündən sonra göndərəcəyini bildirmişdir. Fərid öz istifadəsində olan mobil nömrəsini Fətəliyə vermiş. O da yanındakı Fərid adlı usta ilə bazardan çıxıb Xaçmaz şəhərinə qayıtmışlar. Onlar mağazada olan zaman Fətəli usta Fəridə demiş ki, “sənə ümumi məbləğdən 10 faiz verəcəm, müəllimi başqa mağazaya getməsinə imkan vermə”. Bu sözü Fərid ona demişdir. Onlar Xaçmaz şəhərində olan zaman Fərid onun yanında Fətəliyə zəng vuraraq demiş ki, “müəllimi yola saldım, getdi evinə, mənim faizimi nə vaxt verirsən?”. Fətəli də Fəridə demiş ki, “bank kartı göndər, pulu karta atım”. O da öz istifadəsində olan bank kartını Fəridə göndərmiş, Fərid də kartın şəkilini Fətəliyə göndərmişdir. Danışıqdan təxminən 1-2 saat sonra Fətəli Fəridə zəng edib demiş ki, “şirkət məbləğin az olduğunu deyir, ona görə də malı verim, sən bax gör müəllimdən qalan pulu ala bilirsən?. Qalan pulu al mən sənin faizini də göndərim”. Fərid də demiş ki, “qalan pulu indi ala bilmərəm, çünki malı gətirməlisən, danışığımız elə olub”. Sabahı günü Fətəlinin onlara verdiyi əlaqə nömrəsinə zəng etmişlər, lakin zəng çatmamışdır. O artıq başa düşmüş ki, Fətəli onları aldatmışdır. Lakin Fətəli ilə malın çatdırılmasını 19 iyul 2023cü il tarixə razılaşmışlar. Həmin vaxt gəlmiş, sifariş verdiyi məhsullar gəlmədiyindən o 25 iyul 2023-cü il tarixdə mağazaya gəlmiş, qonşu mağazalarda işləyənlər ona demişlər ki, “bu mağazanı işlədən mağazanı bağlayıb gedib, gəlib-gedənlər çoxdur, çox adamı aldadıb”. O da DİN-in 102 Zəng Xidmətinə məlumat vermiş, daha sonra 10-cu Polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2023-cü ilin may ayında yaşadığı evin həyətində təmir işləri aparmışdır. Həyətdə olan sütunlara bəzək daşları vurdurmaqdan ötrü 20 may 2023cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə gəlmiş. Ticarət mərkəzinin Təsərrüfat bazarında bir neçə sırada yerləşən mağazaları gəzmiş, bəyəndiyi bəzək tökmə daşları tapa bilməmişdir. Lakin Təsərrüfat bazarı, 6-cı sırada yerləşən 77 saylı mağazada olan zaman bəyəndiyi tökmə daş (kabançik) tapa bilmiş. O mağazada satıcı işləyən Fətəli adlı şəxsə 950 manat dəyərində tökmə daş və keromaqranit sifariş vermişdir. Mağazada Fətəliyə 200 manat vermiş, daha sonra həmin günün axşam saatlarında Fətəlinin ona verdiyi bank kartının nömrəsinə 750 manatı da göndərmişdir. Fətəli verdiyi sifarişi ona təxminən 2 gün sonra göndərmiş, lakin Fətəli tökmə daşı (kabançik) səhv göndərmişdir. O Fətəliyə bu barədə məlumat verəndə Fətəli ona demiş ki, “əgər səhvdisə, geri qaytar, təxminən 10 günə sifarişi göndərəcəm”. O da Fətəlinin göndərdiyi sifarişi geri qaytarmışdır. Lakin təxminən 2 ay gözləmiş, Fətəli onun verdiyi sifarişi göndərməmiş, o da məcbur qalıb polis bölməsinə ərizə ilə müraciət etmişdir. Müraciətdən bir neçə gün sonra o Fətəlinin işlədiyi mağazaya getmiş, Fətəli ondan aldığı 950 manatı geri qaytarmışdır. O da Polis bölməsində Fətəlinin ona vurduğu ziyanı tam ödədiyi üçün şikayət və tələbinin olmaması barədə ərizə yazmışdır. Hazırda da onun Fətəliyə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. "xxxx" MMC-də produser vəzifəsində çalışır. 2023-cü ilin iyul ayının əvvəllərində evin təmiri ilə əlaqədar Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzi Təsərrüfat bazarına gəlmişdir. Təmir üçün kafel-metlak almalı olmuş, Təsərrüfat bazarı, 6-cı sırada bir neçə mağazanı gəzmiş, sonuncu dəfə həmin sırada 77 saylı mağazaya daxil olmuşdur. Mağazada satıcı ilə söhbət zamanı adının Fətəli olduğunu bilmiş, həmin vaxt yanında bir nəfər yaşlı kişi də olmuşdur. O Fətəli ilə danışmış, qiymət münasib olduğundan 1620 manat dəyərində kafelmetlak, 370 manat dəyərində asma tavan sifariş vermişdir. O sifariş verdikdən 1 gün sonra sifariş verdiyi ünvana çatdırılmış. 12 iyul 2023-cü il tarixdə o yenidən Fətəlinin işlədiyi mağazaya gəlmişdir. Yenidən Fətəli adlı satıcı ilə danışıb yenidən kafel-metlak sifariş vermişdir. Fətəli ilə belə bir söhbətləri olmuşdur ki, o Fətəlidən aldığı 370 manat dəyərində asma tavanı geri qaytarıb, əvəzində kafel-metlak versin. Asma tavanlar onun idarə etdiyi avtomobildə olmuş, Fətəli də həmin asma tavanları avtomobildən götürmüş, mağazaya aparmışdır. Bundan əlavə o Fətəli 1230 manat Fətəli nağd pul vermiş, Fətəli də ona demiş ki, “sifariş verdiyim kafel-metlak lazerlə kəsilməlidir, hazırda növbə var, ona görə biraz gecikmə olacaq”. O Fətəli ilə razılaş, Fətəli ona sifarişi təxminən 3 gün sonra, yəni, 15 iyul 2023-cü il tarixə göndərəcəyini bildirmişdir. Həmin tarix keçmiş, lakin Fətəlidən xəbər çıxmamış, o mağazaya gəlmiş, mağaza artıq bağlı olmuşdur. Həmin mağazanın yaxınlığındakı mağazada işləyənlər demişlər ki, “Fətəli adlı şəxs mağazanı bağlayıb gedib”. O da biraz gözləmiş, lakin Fətəlidən xəbər çıxmadığından 19 iyul 2023-cü il tarixdə o 10-cu PB-nə müraciət etmişdir. PB-də ona məlum olmuşdur ki, Fətəli onun kimi bir neçə nəfəri aldatmışdır.Zərərçəkmiş şəxs3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o Sədərək TM-i, Təsərrüfat bazarı, 6-cı sırada yerləşən 77 saylı mağazada Fətəliyə pul verib kafel-metlak sifariş edən zaman yanımda həyat yoldaşı Züleyxa Səfərova, dostu Novruz adlı şəxs olmuşdur. Mağazada bir nəfər yaşlı kişi olub, o bildiyinə görə həmin yaşlı kişi Fətəlinin atasıdır. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O 2023-cü ilin yay aylarında Ağcabədi şəhərində özünə məxsus evi təmir etdirmişdir. Evin həyət divarına bəzək daşları olan tökmə daşlar (kabançik) vurulur. O da divara vurulmalı olan bəzək daşlarını almaq üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzi, Təsərrüfat bazarına gəlmişdir. Təsərrüfat bazarında bir neçə mağazaları gəzmiş, lakin onun axtardığı malı tapa bilməmişdir. Təsərrüfat bazarı, 6-cı sırada yerləşən 77 saylı mağazaya yaxınlaşmış, ona lazım olan tökmə daşlar orada olmuşdur. Mağazada satıcı işləyən adını sonradan bildiyi Fətəli adlı şəxs ilə danışmış. Fətəli demiş ki, “sifariş verdiyiniz tökmə daşlar sifariş ilə gəlir, ona görə sifariş təxminən 10 günə gələcək”. Onun alacağı malın ümumi qiyməti 7900 (yeddi min doqquz yüz) manat tutmuşdur. O 13 iyun 2023-cü il tarixdə Fətəliyə mağazada 4700 (dörd min yeddi yüz) manat vermişdir. Təxminən 3-4 gün sonra Fətəli Ağcəbədi şəhərinə onun üçün öz dediyinə görə təxminən 420 manat dəyərində tökmə daş göndərmiş, qalanını isə təxminən 30 iyun 2023-cü il tarixdə göndərəcəkdir. 23 iyun 2023cü il tarixdə yaşadığı evdə olan zaman Fətəli ona zəng edərək qalan 3200 manatı da göndərməyini demişdir. O da Fətəlinin ona göndərdiyi 4169-7385-6073-3200 nömrəli bank kartına göndərmişdir. Fətəlinin ona dediyi müddət çatmış, lakin heç nə göndərməmişdir. O Fətəli ilə əlaqə saxlayıb sifarişi tələb edəndə, Fətəli ona demiş ki, “sənin sifariş verdiyin mal gəlib çatıb, gömrükdə qalıb, gömrükdən götürəndən sonra göndərəcəm”. Lakin sonradan Fətəli ilə bir neçə dəfə əlaqə saxlamış, Fətəlinin istifadəsində olan nömrəyə zəng çatmamışdır. O da Fətəlidən Qaradağ RPİ-nin 10-cu Polis şöbəsinə şikayət ərizəsi vermişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. “Sədərək” Ticarət Mərkəzində tikinti materiallarının satışı ilə məşğul olur. Mağazanı icarə əsasında işlədir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, Sədərək TM-dən tanıyır. Fətəli əvvəllər kafet-metlak satışı ilə məşğul olub. Təxminən 2022-ci ilin sentyabr ayında Fətəli ona yaxınlaşıb demişdir ki, “sən Təsərrüfat bazarı, 6-cı sırada yerləşən 77 nömrəli mağazanı al, mağazaya verdiyin pulu çıxardıqdan sonra şərik işləyək”. Həmin mağazanı Rəsmiyyə adlı qadın işlədib, Fətəli də orada satıcı işləyib. Fətəli həmin mağazada bir neçə nəfərdən pulu alıb, müştərinin məhsulunu göndərməyib, buna görə Fətəlidən bir neçə nəfər şikayət üçün onun yanına gəlmişlər. Fətəli əvvəllər onun yanında da işləyib. O, şikayətçilərin pulunu öz cibindən qaytarmışdır. Fətəli də onu əmin eləmişdir ki, “mağazanı al, işləyib həm sənin borcunu qaytarım, daha sonra şərik işləyək”. O da Fətəli ilə razılaşmış, həmin mağazanı 9000 manata Sədərək TM-in rəhbərliyindən almışdır. Adətən müştəri məhsulu sifariş edən zaman pulu verir, hərdən də məhsulu ünvana çatdırdıqdan sonra ödəyir. Fətəli həmin mağazada işləməyə başlamışdır. O, Salehi Fətəliyə nəzarət etmək üçün yanına göndərmişdir. Salehin pulunu o özü ödəyib. Əvvəl vaxtlarda Saleh mağazada olan satışı, müştərilərdən aldıqları pulun hamısını gətirib ona vermişdir. 2023-cü ilin iyul ayının əvvəllərində o işlədiyi mağazaya bir neçə müştərilər gəlmiş, digər mağazada, yəni Fətəlinin işlədiyi mağazada məhsul sifariş edib pulunu Salehin yanında Fətəliyə vermişlər. Bundan sonra ona məlum oldu ki, bir neçə müştəri mağazaya gəlib seçdiyi məhsulu sifariş verib, pulunu da Fətəliyə Salehin yanında verib, araların müəyyən müddət ərzində məhsulu göndərəcəyi adı ilə razılaşma olub, pulu müştəridən alıb, lakin məhsulu göndərməyiblər. Bundan sonra ona məlum olmuşdur ki, təxminən 2023-cü ilin may-iyun aylarında o, Salehdən satış olub-olmadığını soruşanda, hər dəfə Saleh ona satışın olmadığını deyirdi. Lakin əslində isə müştəri mağazaya gəlib seçdiyi məhsulu sifariş verib, pulunu da Fətəliyə Salehin yanında verib, araların müəyyən müddət ərzində məhsulu göndərəcəyi adı ilə razılaşma olub, pulu müştəridən alıb, lakin məhsulu göndərməyiblər. Fətəlinin bu günə qədər ona 17000 (on yeddi min) manat borcu var. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində fərdi qaydada fəhlə işləyir, kim çağırsa malları boşaldıb, ya da yükləyir. Əsasən Təsərrüfat bazarında işləyir. Şahid3 təxminən 2-3 ildir ki, tanıyır. 2022-ci ilin sonlarında Orxan ona demiş ki, “işlədiyim müdir fəhlə axtarır, işləyə bilərsən?”. O Orxanla razılaşmış, Orxanın işlədiyi Sədərəkə TMi, Təsərrüfat bazarı, 5-ci sırada yerləşən nömrəsini unutduğu mağazada fəhlə işləmişdir. O Cavanşir adlı şəxsin mağazasında işə başladıqdan təxminən 1 həftə sonra Fətəli adlı şəxs gəlmişdir. Cavanşir ona demişdir ki, “Fətəli Təsərrüfat bazarı, 6-cı sırada yerləşən 77 nömrəli mağazanı işlədəcək, sən də Fətəlinin satışına, işinə nəzarət edəcəksən”. O da Cavanşirlə razılaşmış, Cavanşir də ona gündəlik 18 manat maaş verirmiş. O Fətəlinin yanında işə başlamışdır. Həmin mağazada piştaxtada kafel-metlak, tökmə daşların nümunəsi olmuş, müştəri sifariş verəndə həmin məhsulu anbardan alıb müştərinin ünvanına çatdırmaqla məşğul olmuşlar. Müştəri ilə Fətəli danışmış, müştəri sifarişi verəndən sonra o anbardan malı gətirmişdir. Cavanşir satışa nəzarəti ona tapşırdığından, Fətəli ona demiş ki, “pulu mən müştəridən alacam, müştəri gedəndən sonra sənə verəcəm”. Onlar elə də edirmişlər. Müştərilər bəzən sifariş verdiyi malın pulunu nağd vermiş, hərdən bank kartına göndərmiş, bəzən də beh verib malın qalan pulunu sifariş çatdırılandan sonra verirmiş. Bank kartları Orxanın, Fətəlinin qardaşına məxsus olmuş, həmin bank kartlarını müştərilərə Fətəli təqdim etmişdir. Satış olanda o Fətəlidən pulları alıb, axşam Cavanşir ilə hesablaşırmışdır. Bəzən elə olmuş ki, Fətəli onu anbara malı gətirmək üçün göndərmiş, həmin vaxt, o olmayanda pulu müştəridən alırmış, onun da Fətəlinin müştəridən nə qədər və ya pul alıb-almadığından məlumatı olmurmuş. O Fətəlidən pulu soruşanda deyirmiş ki, “Orxanın bank kartına göndəriblər”. O Orxan ilə əlaqə saxlayıb istifadəsində olan bank kartına pulun gəlib-gəlmədiyini soruşanda, Orxan da ona pulun göndərildiyini demişdir. Cavanşir ona əvvəldən tapşırmış ki, “mən olmayanda Orxan ilə hesablaşarsan”. O da ona görə Orxana arxayın olmuşdur. Həm də Cavanşir işdə olmadığı müddətdə satış olanda, Cavanşir işə gələndən sonra Orxan hamısını Cavanşirə demişdir. 2023-cü ilin yay aylarında mağazada olan zaman bir neçə nəfər mağazaya yaxınlaşıb sifariş verdikləri malları tələb edirmişlər, Fətəli də həmin şəxslərə müxtəlif bəhanələr gətirib yola salırmış. Lakin bir müddətdən sonra onlara məlum olmuş ki, Fətəli bir neçə müştərini aldadıb pulu almış, lakin malı göndərməmişdir. Ona görə də Cavanşir Fətəlinin işlədiyi Təsərrüfat bazarı, 6-cı sırada yerləşən 77 saylı mağazanı bağlamışdır. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, özünə məxsus Ford Tranzit markalı avtomobil ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində yük daşımaqla məşğul olur. Mağazada işləyən müştərinin daşınmalı yükü olanda xəbər verirlər, o da yükü aparıb ünvana çatdırır. Mağazada müştəriyə malı nağd və ya nisyə satılmasına o qarışmır, o yükü aparanda daşıma pulunu ya əvvəlcədən mağaza ona verir, ya da malı müştərinin ünvanına çatdıranda daşıma pulunu ev sahibindən alır. Məsələ ilə bağlı başqa deyiləsi sözü yoxdur. İş materillarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3587 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılq və ya sair psixi xəstəlik məlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materillarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində 01 ay 23 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları,zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs tutma altında və həbsdə olduğu 08 (səkkiz) ay 15 (on beş) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 42 (qırx iki) saata görə 242 (iki yüz qırx iki) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saat görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın tutma altında və həbsdə olduğu 08 ay 15 gün azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 42 (qırx iki) saata görə 242 (iki yüz qırx iki) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saat görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar