Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-110/2025 18.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmünə əsasən CM-nın 66.5, 68.1.1- 1 və 69.3-cü maddələrinə əsasən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 may 2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 0,296 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib bir ədəd bükümdə qablaşdırıb Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində üzərində daşıyaraq saxlamış, barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Qaradağ RPİ-nin CAŞnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 07 mart 2025-ci il tarixdə saat 18:02 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Mədəniyyət sarayının arxasında saxlanılaraq üzərinə baxış keçirilən zaman bir ədəd bükümdə qablaşdırılmış 0,296 qram çəkidə xeyli miqdarda olan həmin narkotik vasitə heroin geyinmiş olduğu boz rəngli gödəkçənin sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərərək ifadəsində göstərmişdir ki, dəqiq tarix yadında qalmamışdır, deyəsən mart ayı idi. Narkotik vasitəni tanımadığı bir nəfər şəxsdən 20 manata aldığını, Lökbatan qəsəbəsində mədəniyyət sarayının yaxınlığında əməliyyatçılar ona yaxınlaşıb üstündə nəyin olduğunu soruşdular. Daha sonra polislər onu 10-cu polis şöbəsinə apardılar, orada onun üzərinə vəkilin iştirakı ilə baxış keçirildi. Polislər tərəfindən tutulan zaman ona heç bir zor və təyziq olmamışdır. Narkotik vasitəni videoçəkilişlə konvertə qoyub imzalayıb, möhürlədilər. İndi narkotik vasitə istifadə etmir. O, X3 iştirakçısı olmaqla, müharibə veteranıdır. Törətdiyi əməldən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur, psixoloji durumu normaldır, ifadə vermək iqtidarındadır. 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur, 2023-cü ildə azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra hərdən "kakos" deyilən heroin narkotik vasitə qəbul edir. xx.xx.2025-ci il tarixdə Hökməli qəsəbəsi ərazisində olan zaman günorta saatlarında təxminən saat 14:00 radələrində Hökməli dairəsində tanımadığım şəxsdən 20 manata narkotik maddə olan bir büküm heroin almış və Lökbatan qəsəbəsinə qayıtmış və sonra qəbul etmək məqsədilə cibində saxlamışdır. Həmin gün saat təxminən 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Mədəniyyət sarayının arxasında olarkən mülki geyimdə iki nəfər ona yaxınlaşaraq özlərini Qaradağ rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları kimi təqdim etmiş ondan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi şübhələndiklərini bildirmişlər və üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa, təqdim etməyini təklif etmişlər. Əynindəki parça gödəkçənin cibindən 1 ədəd içində heroin olan bükümü könüllü olaraq təqdim etmiş, həmin büküm videoçəkiliş aparmaqla zərfə qoyulmuş və möhürlənmiş və zərfin üzərini digər iştirakçılarla imzalamış, daha sonra 10-cu polis şöbəsinə gətirilmişdir. Orada qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və hüquqları izah olunmuşdur. Xidməti otaqların birində polis əməkdaşları videoçəkiliş aparmaqla ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə zərf açılaraq baxış keçirmiş, zərfdə olan heroinin özünə məxsus olduğunu bir daha təsdiq etmişdir. Yenidən həmin büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunandan sonra müdafiaçinin və iştirakçıların, habelə özünün iştirakı ilə imzalanmışdır. Baxtiyar Alicanov ifadəsində həmçinin göstərmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmin maddəni 20 manata öz istifadəsi üçün əldə etmişdir. Onu 07 mart 2025-ci tarixdə saat 14:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxs vermişdir. Həmin şəxsi tanımır, əlamətlərini xatırlamadığı üçün bu barədə dəqiq heçnə deyə bilmir. Saxlanılan zaman ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir və heç bir xəsarəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxslə heç bir qohumluq, düşmənçilik və ədavəti yoxdur. Hadisədən əvvəl təqsirləndirilən şəxsi tanımırdı. Günorta saatlarında, mədəniyyət sarayının arxasında əməliyyat məlumatına əsasən təqsirləndirilən şəxsə yaxınlaşıb, özlərini təqdim etdilər. Şəxsin üzərinə baxış keçirdikdə narkotik vasitə olan heroin aşkarlandı. X9 gətirib təhqiqatçının yanında video-görüntü vasitəsilə çəkiliş olub, hadisədən uzun müddət keçdiyi üçün bəzi detallar tam yadında qalmayıb. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, heç bir münasibətləri, o cümlədən ədavət və düşmənçilikləri olmamışdır. 07 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat üzrə əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərar qəbul edilmiş və özü, Qaradağ CAŞ-nın baş əməliyyat müvəkkili Şahid1, eləcə də kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi 07 mart 2025-ci il tarixdə saat 18:02 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədəniyyət sarayının arxasında piyada vəziyyətdə müəyyən edib ona yaxınlaşıb saxlamış, daha sonra özlərini təqdim edərək Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirməklə özünü təqdim etməyi təklif etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirəndən sonra ona barəsində əməliyyat-axtarış tədbiri keçirildiyini, onun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu söyləmiş, daha sonra həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamışlar. Əvvəlcə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri va ya psixotrop maddələri, dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin qablaşdırma ilə birlikdə 0,42 qram olduğu məlum olmuşdur. Kütlə qablaşdırılaraq götürülmüş, hamı ilə yanaşı Təqsirləndirilən şəxs zərfi imzalamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş vasitənin heroin olduğunu, onu Hökməli dairəsindən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Qeyd edilən əməliyyat axtarış tədbirləri keçirilən zaman Şahid3 tərəfindən videoçəkiliş aparılmışdır. Əməliyyataxtarış tədbirləri yekunlaşdıqdan sonra Baxtiyar Alıcanov, əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüş predmet və bununla bağlı toplanmış materiallar müvafiq tədbir görülməsi üçün göstəriş verilməsi məqsədilə rəhbərliyə təqdim edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilən zaman Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixoloji təzyiq, zorakılıq yaxud hər hansı bir təsir göstərilməmiş, barəsində hər hansı qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində tanınmış Qaradağ RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxslə heç bir qohumluq, düşmənçilik və ədavəti yoxdur. Hadisədən əvvəl təqsirləndirilən şəxsi tanımırdı. Hadisənin dəqiq tarixi yadında deyil. Mədəniyyət sarayının arxasında əməliyyat məlumatına əsasən təqsirləndirilən şəxsə yaxınlaşıb, özlərini təqdim etdilər. Şəxsin üzərinə baxış keçirdikdə narkotik vasitə olan heroin aşkarlandı. X9 gətirib təhqiqatçının yanında video-görüntü vasitəsilə çəkiliş olub. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, heç bir münasibətləri, o cümlədən ədavət və düşmənçilikləri olmamışdır. 07 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat üzrə əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərar qəbul edilmiş və özü, Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, eləcədə CA üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi 07 mart 2025-ci il tarixdə saat 18:02 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədəniyyət sarayının arxasında piyada vəziyyətdə müəyyən edib ona yaxınlaşıb saxlamış, daha sonra özlərini təqdim edərək Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirməklə özünü təqdim etməyi təklif etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirəndən sonra ona barəsində əməliyyat-axtarış tədbiri keçirildiyini, onun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu söyləmiş, daha sonra həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamışlar. Əvvəlcə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri va ya psixotrop maddələri, dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin qablaşdırma ilə birlikdə 0,42 qram olduğu məlum olmuşdur. Kütlə qablaşdırılaraq götürülmüş, hamı ilə yanaşı Təqsirləndirilən şəxs zərfi imzalamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş vasitənin heroin olduğunu, onu Hökməli dairəsindən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Qeyd edilən əməliyyat -axtarış tədbirləri keçirilən zaman Şahid3 tərəfindən videoçəkiliş aparılmışdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sonra Baxtiyar Alıcanov, əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüş predmet və bununla bağlı toplanmış materiallar müvafiq tədbir görülməsi üçün göstəriş verilməsi məqsədilə rəhbərliyə təqdim edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilən zaman Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixoloji təzyiq, zorakılıq yaxud hər hansı bir təsir göstərilməmiş, barəsində hər hansı qanunsuz hərəkətlər edilməmişdir. Şahid Qaradağ RPİ-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 Rafiq oğluna məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid3 Rafiq oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində digər şahidlər Şahid1 və Şahid2 ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Şahid3 Rafiq oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 07 mart 2025-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi 07 mart 2025-ci il tarixdə saat 18:02 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədəniyyət sarayının arxasında piyada vəziyyətdə müəyyən edib ona yaxınlaşıb saxlamış, daha sonra özlərini təqdim edərək Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirməklə özünü təqdim etməyi təklif etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirəndən sonra ona barəsində əməliyyataxtarış tədbiri keçirildiyini, onun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu söyləmiş, daha sonra həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamışlar. Əvvəlcə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri va ya psixotrop maddələri, dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin qablaşdırma ilə birlikdə 0,42 qram olduğu məlum olmuşdur. Kütlə qablaşdırılaraq götürülmüş, hamı ilə yanaşı Təqsirləndirilən şəxs zərfi imzalamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş vasitənin heroin olduğunu, onu Hökməli dairəsindən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sonra Baxtiyar Alıcanov, əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüş predmet və bununla bağlı toplanmış materiallar müvafiq tədbir görülməsi üçün göstəriş verilməsi məqsədilə rəhbərliyə təqdim edilmişdir. Əməliyyataxtarış tədbirləri keçirilən zaman Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixoloji təzyiq, zorakılıq yaxud hər hansı bir təsir göstərilməmiş, barəsində hər hansı qanunsuz hərəkətlər edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 mart 2025-ci il tarixli, 6/1015 №-li rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 222” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd Zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,296 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinlərin ümumi təmiz çəkisi-0,296 qram, tədqiqata cəmi sərf edildi-0,05 qram, qalıq-0,246 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 27 mart 2025ci il tarixli, 1736 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin VƏ Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra təmiz çəkisi 0,246 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılaraq baxış keçirilmiş "Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair" 07 mart 2025-ci il tarixli protokol, həmin protokola əlavə edilmiş 01 ədǝd DVD disk, eləcədə 07 mart 2025-ci il tarixli baxış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə 28 aprel 2025-ci il tarixli baxış protokolundan görünür ki, Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı ona üzərində dövriyyəsi qadağan olunan əşya varsa təqdim etməsi təklif olunduqdan sonra sonuncu əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində, tanımadığı şəxsdən 20 manata aldığını, özünün istifadəsi üçün saxladığını bildirmişdir.Həmçinin 07 mart 2025-ci il tarixli baxış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs ona nümayiş etdirilən narkotik vasitəyə bənzər kütlənin onun üzərindən götürüldüyünü təsdiq edir və onu öz istifadəsi üçün 20 manata aldığını bildirir. Eyni zamanda Təqsirləndirilən şəxs həmin prdemtin ona məxsus olub-olmaması barədə müdafiəçinin sualına narkotik vasitəyə bənzər həmin kütlənin özünə məxsus olduğunu təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin video faylda əks edilmiş görüntülər 07 mart 2025-ci il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasındakı xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilmişdir ki, təhqiqatçı Cəmşid Əliyev qarşı sağ tərəfində masa arxasında əyləşmiş şəxs, 10 saylı vəkil bürosunun vəkili X6, sol tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adı təhqiqatçı tərəfindən sadalanan Qaradag RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və baş əməliyyat müvəkkili, polis mayoru Şahid1dur. Video çəkilişin davamında təhqiqatçı Cəmşid Əliyev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilmişdir. Təqsirləndirilən şəxs da, əynində olan boz rəngli parça gödəkcənin sağ yan cibindən çıxardığı 01 ədəd qızılı siqaret falqasına bükülmüş bükümü çıxarıb təqdim etmişdir, həmin 01 ədəd kağız bükümdə narkotik vasitənin "kakos" olmasını, həmin maddəni həmin gün “Hökməli dairəsi” deyilən yerdən 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən təqdim edilmiş 04 aprel 2025-ci il tarixli arayışdan, habelə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmündən aydın olur ki, Təqsirləndirilən şəxs CM-nin 66.5, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 28 may 2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və müharibə veteranı olmasını CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi əməlində cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini , o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsinin, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə, saat 18:02-də şübhəli şəxs kimi tutulmuş və 09 mart 2025-ci il tarixdə, saat 11:20-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçiməsi üçün Qaradağ Rayon Prokuroruna vəsatətlə müraciət edilmiş, ancaq prokuror tərəfindən “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs barəsində Qaradağ rayon RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.246 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 30 saata görə 180 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 12 saata görə 132 manat olmaqla, ümumilikdə 312 manat, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən sərf edilmiş 30 iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 18 sentyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq çəkisi 0,246 qram təşkil edən narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disklər iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 30 saata görə 180 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 12 saata görə 132 manat olmaqla, ümumilikdə 312 (üç yüz on iki) manat, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən sərf edilmiş 30 iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun (Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi (aldığı) vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-110/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-110/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver