Məhkəmə qərarları › İş №1(002)-111/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-111/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-111/2023 22.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 01 avqust 1994-cü ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qəbələ rayonu, Bunud ərazi dairəsi, Bunud kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda 06 (altı) ədəd ağ kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,82 qram, 0,93 qram, 1,01 qram, 0,93 qram, 0,92 qram, 0,97 qram, ümumilikdə təmiz çəkisi 5,58 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində daşımış, 21 oktyabr 2022-ci il tarixdə saat 16:05 radələrində şübhəli şəxs qismində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının qabaq sağ yan cibindən 06 (altı) ədəd ağ kağız bükümdə həmin çəkidə narkotik vasitə olan marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qəbələ rayonu, Bunud ərazi dairəsi, Bunud kəndində qeydiyyatda olsa da ünvan 4 ünvanında yaşayır. Usta fəaliyyəti ilə məşğul olur. O, bir ilə yaxındır ki, “nəşə” kimi tanıdığı marixuana narkotik vasitəsindən çox gec-gec hallarda istifadə edir. Əsasən Rusiya Federasiyasında usta kimi işləmişdir. May ayının 25-də müvəqqəti olaraq Bakı şəhərinə gəlmişdir. Orada nikahdan kənar ailə qurmuş və bir övladı olmuşdur. Əvvəllər məhkum olunmamışdır. Təxminən tutulmamışdan 8-10 gün əvvəl İsmayıllı rayonuna qohumlarına baş çəkmək üçün getmişdir. İsmayıllıda olarkən meşədə öz istifadəsi üçün yabanı halda bitən nəşə kimi bildiyi otlardan yığmışdır. 20 oktyabr 2022-ci il tarixdən İsmayıllı rayonundan yaşadığı Bakı şəhərinə qayıtmışdır. O, nəşəni İsmayıllı rayonunda olarkən 6 ədəd kağız bükümə qoymuşdur. 21 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Qaradağ rayonu Sahil qəsəbəsi, Z.Qasımov küçəsində olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, ondan şəxsiyyətini təsdiq edən sənədini istəmişlər. Üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişdir. Bu zaman o özünü itirərək şübhəli hərəkətlər etdiyindən polis əməkdaşlarında ona qarşı şübhə yaranmışdır. O polis əməkdaşları ilə söhbətdən yayınan zaman polis əməkdaşları onu saxlayıb nə üçün özünü şübhəli apardığını, üzərində qanunla qadağan olunmuş hərhansı əşya və ya predmet olub olmadığını soruşmuşlar. O, bu zaman üzərində nəşə olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşları onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Daha sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Polis bölməsində otaqların birində vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Həmin otaqda vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilərkən hər kəsin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 6 ədəd ağ kağız bükülüdə nəşə kimi bildiyi narkotik vasitə marixuananı çıxardıb təqdim edərək bunun nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu bildirmişdir. Belə ki, həmin narkotik vasitəni 10 gün bundan əvvəl İsmayıllı rayonunda olarkən meşədə yabanı halda bitən kollardan öz istifadəsi üçün yığdığını bildirmişdir. Sonda onun üzərindən aşkar edilərək götürülmüş 6 ədəd ağ kağız bükülü, içərisində narkotik vasitə marixuana olan bükülülər zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. O, öz ifadəsində daha sonra istifadə etdiyi mobil telefon nömrəsində aşkar edilmiş sms mətnləri ilə bağlı bildirmişdir ki, həmin mesajların bəziləri telefonu müvəqqəti istifadə üçün verdiyi tanışları tərəfindən onun məlumatı olmadan yazılmış, eləcə də həmin mesajlar da “mənədə bir damci sagla imkan olsa, gəlim vurum məndə” ifadəsinin spirtli içki ilə bağlı olduğunu bildirmişdir. O, son olaraq CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Qaradağ RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Z.Qasımov küçəsi 41A saylı binanın qarşısında bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olmasından şübhələnərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan şəxsiyyətini təsdiq edən sənədi tələb edərkən həmin şəxsin danışan zaman gözlərinin axması, davranışları, həyəcanlanması və verilən suallara qeyri-müəyyən cavab verməsi şübhələrini daha da artırmışdır. Bu zaman həmin şəxs uzaqlaşmağa çalışmışdır. Daha sonra həmin şəxsi Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Həmin şəxsi Qaradağ RPİ-nin 38-ci PB-nə gətirərək raport yazıb təhvil vermişlər. 38-ci PB-nə gəldikdə həmin şəxsin Qəbələ rayonu, Bunud ərazi dairəsi, Bunud kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Daha sonra Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı Elşad Mirzəyev tərəfindən xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 6 ədəd ağ rəngli kağıza bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuana olduğunu bildirmişdir. Həmin bükülülər açılarkən içəsirində yaşıl rəngli bitki şəklində maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni, İsmayıllı rayonu, Kürdmaşı kəndində dağlıq ərazidə olan meşədən öz istifadəsi üçün yığdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək və ya cinayət xarakterli hər-hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Qaradağ RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2la birlikdə inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Z.Qasımov küçəsi 41A saylı binanın qarşısında bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olmasından şübhələnərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan şəxsiyyətini təsdiq edən sənədi tələb edərkən həmin şəxsin danışan zaman gözlərinin axması, davranışları, həyəcanlanması və verilən suallara qeyri-müəyyən cavab verməsi şübhələrini daha da artırmışdır. Bu zaman həmin şəxs uzaqlaşmağa çalışmışdır. Daha sonra həmin şəxsi Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Həmin şəxsi Qaradağ RPİ-nin 38-ci PB-nə gətirərək raport yazıb təhvil vermişlər. 38-ci PB-nə gəldikdə həmin şəxsin Qəbələ rayonu, Bunud ərazi dairəsi, Bunud kəndində qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Daha sonra Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı Elşad Mirzəyev tərəfindən xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 6 ədəd ağ rəngli kağıza bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuana olduğunu bildirmişdir. Həmin bükülülər açılarkən içəsirində yaşıl rəngli bitki şəklində maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni, İsmayıllı rayonu, Kürdmaşı kəndində dağlıq ərazidə olan meşədən öz istifadəsi üçün yığdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək və ya cinayət xarakterli hər-hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2022-ci il tarixli, 7/1209 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan kağız paketdəki 06 (altı) ədəd kağız büküldə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,82 qram, 0,93 qram, 1,01 qram, 0,93 qram, 0,92 qram, 0,97 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 5,58 qramdır. Qeyd: marixuananın ümumi çəkisi-5,58 qram (1-6№li ob), tədqiqata istifadə olundu cəmi-0,12 qram, (hər obyektdən 0,02 qram) qalıq-5,46 qramdır. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 23 noyabr 2022-ci il tarixli, 7094 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulan hüquq-vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir Təqsirləndirilən şəxs, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 6 ədəd ağ rəngli kağıza bükümü çıxardaraq masanın üzərinə qoyur. Həmin bükümlərin içərisində narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuana olmasını, həmin narkotik vasitəni İsmayıllı rayonu, Kürdmaşı kəndində dağlıq ərazidə olan meşədən öz istifadəsi üçün yığdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. İş üzrə "xxxx" MMC-dən daxil olmuş 27173 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə digər nömrələr arasında olan “Sadıgdı qaqaş şeyden neter çekey?”, “pulu götrüb qalxıb yuxarı..biraz sebrli ol əxi” “məndə bir damci sagla imkan olsa, gəlim vurum məndə”, “exi temiyən barter var”, “de yoxduda var siledndi oda qutardi 2 mizin csn” “10 verəmdə”, “sabahda de lap bidəndə tem oulsuz verərəm versən ona” “Əxi boş gəldim sənöl.. Sən dvijeni elesen xeber elədə mənə..” məzmunlu mesajlar göndərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,82 qram, 0,93 qram, 1,01 qram, 0,93 qram, 0,92 qram, 0,97 qram, ümumilikdə təmiz çəkisi 5,58 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 02 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə marixuananın 5,46 qram qalığı bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarından da aydın olur ki, Təqsirləndirilən şəxs ilə müxtəlif mobil nömrələr arasında “Sadıgdı qaqaş şeyden neter çekey?”, “pulu götrüb qalxıb yuxarı..biraz sebrli ol əxi” “məndə bir damci sagla imkan olsa, gəlim vurum məndə”, “exi temiyən barter var”, “de yoxduda var siledndi oda qutardi 2 mizin csn” “10 verəmdə”, “sabahda de lap bidəndə tem oulsuz verərəm versən ona” “Əxi boş gəldim sənöl.. Sən dvijeni elesen xeber elədə mənə..” və s. tipli mesaj mətnlərinin atılması müəyyən olunur. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə “həbs” qismində qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 vəsatəti əsasında verilmiş Bakı şəhəri Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədovun təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə baxılarkən təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək “törədilmiş cinayətdə özünü təqsirli bildiyini qeyd edərək, əvvəllər Rusiya Federasiyasında yaşadığını, yeddi ay öncə toy məclisində iştirak etmək üçün Azərbaycan Respublikasına gəldiyini, bir övladının isə anası ilə bərabər Rusiya Federasiyasının Tatarıstan Respublikasında yaşadığını, özü də istəmədən cinayət əməlini törətdiyini, əməlindən peşiman olduğunu, əvvəllər məhkum olunmadığını, istintaqın çağırışlarına vaxtı-vaxtında gələcəyini, cinayət məsuliyyətinə cəlb olunduğu gündən istintaqdan yayınması hallarının olmadığını, Bakı şəhərində bibisigilin evində yaşadığını nəzərə alaraq, barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir.” Bundan başqa Təqsirləndirilən şəxs götürülmüş 0,82 qram, 0,93 qram, 1,01 qram, 0,93 qram, 0,92 qram, 0,97 qram olan narkotik vasitələrin miqdarının bir-birinə çox yaxın ölçülərdə bükümlərə ayrılaraq üzərində saxlamaqla daşıması bir daha onun satış məqsədi ilə narkotik vasitəni üzərində daşımasına dəlalət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsindən görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 21 oktyabr 2022-ci il tarixdə saat 16:55-də şübhəli şəxs qismində tutulmuş, 22 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin dindirilməsi 16:55-də başa çatdıqdan sonra “həbs” qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq vəsatət verilmiş və daha sonra Qaradağ rayon prokuroru tərəfindən vəsatətin müdafiə edilməsindən imtina edildiyinə görə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə həmin qərar ona 22 oktyabr 2022-ci il tarixdə saat 18:20-də elan edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin tutulma müddəti bir gündən artıq davam etmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən iki gün kimi nəzərə alınmalıdır. Bundan sonra 12 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsə yenidən ittiham elan edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin MSSK-da saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq çəkisi 5,46 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 47 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 22 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin MSSK-da saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq çəkisi 5,46 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar