Məhkəmə qərarları › İş №1(002)-111/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-111/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-111/2024 12.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1984-cü ildə Yardımlı rayonu, Arus kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Arus kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsində, yeni tikili, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 21 oktyabr 2023-cü il tarixdə saat 08:00 radələrində idarə etdiyi “BMW” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Salyan yolunun 14 km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən Lökbatan qəsəbəsi istiqamətində iki istiqamətli asfalt yolun soldan birinci zolağı ilə hərəkətdə olarkən “Binǝ” TM-nin qarşı tərəfində “Feme Fashion” mağazasının paralelində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib yol hərəkəti qaydalarını pozaraq yolu sağdan sola doğru keçən piyada X5 avtomobilin qarşı sağ qanad, alın şüşəsi hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan, baş beyinin kəskin ödəmi, baş beyin toxumasına, onun mədəciklərinə və qişalararı altına qansızma, başın ənsə sümüyünün kəllə əsasında keçən xətti sınığı, ağciyərlərin kontuziyasıdan-ibarət, canlı şəxslərdə dərəcələrinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək 05 yanvar 2024-cü il tarixdə zərərçəkmiş şəxs R.Sədirovanın müalicə aldığı X9 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 11 il olar ki, nəqliyyat vasitəsi idarə edir və sürücülük vəsiqəsi vardır. 21 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində özünə məxsus texniki vəziyyətdən saz vəziyyətdə olan idarə etdiyi 1997-ci il istehsalı olan “BMW” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü kilometir adlanan dairədən üzü Lökbatan qəsəbəsi istiqamətində bir tərəfli iki zolaqlı yolun sol zolağı ilə təxminən 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxtı hava açıq günəşli və yer quru olmuşdur. İki metr aralıda sağ tərəfində, yəni yolun sağ zolağı ilə arxa tərəfi idarə etdiyi avtomobilin qarşı tərəfi ilə bərabər olan açıq qəhvəyi rəngli “Toyoto Prius” markalı avtomobil hərəkt edirmiş. “Binǝ” TM-nin qarşı tərəfində yəni «Feme Fashion» mağazasının qarşı tuşunda qəflətən Prius markalı avtomobili sürətini azaltmışdır. Həmin zaman Priusun qarşı tərəfindən sağdan sola düzünə adi yerişlə yaşlı bir qadının piyada hərəkət zolağına addımlamağını görmüşdür. Onu vurmamaq üçün əylǝci sıxmışdır. Lakin məsafə yaxın olduğundan hadisədən yan keçə bilməmiş va avtomobilin qarşı sağ yan hissəsi yəni alın şüşəsinin aşağı hissəsi həmin qadına dəymişdir. Nəticədə avtomobilin alın şüşəsinin sağ aşağı hissəsi dairəvi şəkildə çatlamışdır. O, avtomobildən düşdükdə həmin vurduğu piyada qadını idarə etdiyi avtomobilin qarşı sağ yan hissəsində asfalt yolda yerdə ayaqları təkər istiqamətdə hərəkətsiz vəziyyətdə uzanmış görmüşdür. Həmin vurduğu piyada qadını idarə etdiyi avtomobilin arxa oturacağına yerləşdirib Lökbatan qəsəbəsində X19 stansiyasına çatdırmışdır. Həmin qadına tibbi yardım göstərilərək TTY avtomobili ilə X16 xəstəxanasına çatdırmışdırlar. O, da onların arxası ilə getmişdir. Həmin qadın stasionar qaydada xəstəxanaya yerləşdirilmişdir. Orada məlum olmuşdur ki, həmin piyada qadın X6r və 62 yaşı vardır. Hansı ki, əvvəllər onu tanımamışdır. Bundan sonra polisin çağırışı ilə sərxoşluq müayinəsindən keçib hadisə yerinə gəlmişdir. Onun iştirakı ilə hadisə yeri müayinə olunmuşdur. Avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Hadisə zamanı sürücülük hüququndan məhrum edilməmişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur və avtomobildə yük olmamışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla, heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O verdiyi ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. X8 anası olmaqla 17 fevraı 1961-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli idi, ticarət ilə məşğul idi, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla birlikdə yaşayırmışlar. Ticarət ilə əlaqədar həftədə bir dəfə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzinə gəlirmiş. Heç kəslə ədavəti düşmənçiliyi yox imiş, heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyilmiş, psixoloji durumu normal və sağlam imiş. 21 oktyabr 2023-cü il tarixdə səhər saatlarında anası Rahilə “Binǝ TM-nə getmək üçün yaşadığı Xırmandalı kəndindən çıxaraq yol maşını ilə yola düşmüşdür. Səhər saat 08:00 radələrində yol maşını anasını “Binǝ” TM-nin əks tərəfində düşürmüşdür. Anası Rahilədə “Binə” ticarət mərkəzinə daxil olmaq üçün avtomobil yolunu piyada sağdan sola doğru keçərkən digər avtomobil onu vurmuşdur. Sonradan ona məlum olmuşdur ki, əvvəllər heç bir münasibətləri olmayan Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi tərəfdən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Binǝ” TM-nin qarşı tərəfində yolu sağdan sola adi yerişlə keçən piyada anası X5 asfalt yolda avtomobilin qarşı sağ yan hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, daha sonra sürücü bədən xəsarətləri alan anası X13 Yardıma çatdırmış, oradan da komada olan anası stasionar qaydada 1 saylı X17 xəstəxanasına yerləşdirilmişdir. Uzun müddət müalicə almasına baxmayaraq anası komadan ayılmamaqla 05 yanvar 2024-cü il tarixdə müalicə aldığı xəstəxanada ölümünə səbəb olmuşdur. Bundan sonra anası Rahilənin meyiti məhkəmə tibbi ekspertizasının Qaradağ şöbəsində müayinə olunduqdan sonra onlara təhfil verilmiş və onu Biləsuvar rayonu, Xırmandalı kəndi qəbiristanlıqda dəfn etmişdirlər. Baş vermiş hadisəni yol nəqliyyat hadisəsi kimi qiymətləndirirlər. Hadisədən sonra sürücü İlqar və onun qohum əqrəbələri hüzünlə onlara baş sağlığı vermişdirlər. Rəhmətlik anası Rahilənin varisi qismində tanınmağına heç kimin etirazı olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis serjantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə patrul yoldaşı Şahid2la Lökbatan qəsəbəsində ərazidə xidmətdə olan zaman səhər saatlarında onlara daxil olan məlumat əsasında hadisə yerinə gəlmişlər və hadisə yerində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW“ markalı 10-OT- 223 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Salyan yolunun 14 km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi tərəfdən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Binǝ TMnin qarşı tərəfində “Feme Fashion” mağazasının paralelində piyada X5 asfalt yolda avtomobil ilə vurmuşdur. Bundan sonra sürücünün vurduğu şəxsidə götürərək 1 saylı KTM xəstəxanasına yerləşdirilməsini müəyyən etmişdirlər. Sürücünün sərxoşluğa dair tibbi müayinədən keçirilməsi və hadisə yerinin müayinəsində iştirakı təmin edilmişdir. Hadisə yerinin müayinəsi zamanı sürücü Təqsirləndirilən şəxs bildirdirmişdir ki, 21 oktyabr 2023cü il tarixdə saat 08:00 radələrində idarə etdiyi “BMW” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Salyan yolunun 14 km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi tərəfdən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bina TMnin qarşı tərəfində “Feme Fashion” mağazasının paralelində piyada X3 asfalt yolda avtomobil ilə vurmuş və vurmuş olduğu piyadanı TTY stansiyasına, ordanda piyadanı X17 xəstəxanasına yerləşdirilmişdir. Sürücü hadisə yerindən yayınmamış və ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə patrul yoldaşı Şahid1la birlikdə Lökbatan qəsəbəsində ərazidə xidmətdə olan zaman səhər saatlarında Təqsirləndirilən şəxs idarə etdiyi “BMW“ markalı 10-OT- 223 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı- Salyan yolunun 14 km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi tərəfdən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Binǝ TM-nin qarşı tərəfində “Feme Fashion” mağazasının paralelində piyada X5 asfalt yolda avtomobil ilə vurmasına və sonuncunun müxtəlif bədən xəsarətləri ilə stasionar qaydada 1 saylı KTM xəstəxanasına yerləşdirilməsini müəyyən etmişdirlər. Sürücünün sərxoşluğa dair tibbi müayinədən keçirilməsi və hadisə yerinin müayinəsində iştirakı təmin edilmişdir. Hadisə yerinin müayinəsi zamanı sürücü Təqsirləndirilən şəxs bildirdirmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə saat 08:00 radələrində idarə etdiyi “BMW” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Salyan yolunun 14 km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi tərəfdən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bina TMnin qarşı tərəfində “Feme Fashion” mağazasının paralelində piyada X3 asfalt yolda avtomobil ilə vurmuş və vurmuş olduğu piyadanı TTY stansiyasına, ordanda piyadanı X17 xəstəxanasına yerləşdirilmişdir. Sürücü hadisə yerindən yayınmamış və ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X18 Qaradağ rayon şöbəsinin 16 noyabr 2023-cü il tarixli 791 №-li rəyindən görünür ki: 1.Vǝt. X3 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - baş beyin toxumasına subaraxnoidal qansızma, baş beyin toxumasının hemorragik əzilməsi, baş beyinin sol yarımkürəsinin alın-gicgah-təpə paylarının subdural hematoması ilə müşayiət olunan başın ənsə sümüyünün kəllə əsasına keçən sınığı, hər iki ağciyərlərin kontuziyasıbərk küt əşya (əşyalar) təsirindən, qərarın tesviri hissəsində göstərilən və onun tibbi yardım üçün X14 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. 2.Vǝt. R.X.Sədirovanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X18 Qaradağ rayon şöbəsinin 01 fevral 2024-cü il tarixli 03 №-li rəyindən görünür ki:

1. X1 meyitinin məhkəmə-tibbi ekspertizasında baş beyin kəskin ödemi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, ağciyərlərin kontuziyası aşkar edildi. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümlə bir başa səbəbli əlaqəlidirlər, bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər.

2. Mərhum R.X.Sədirovanın ölümünə səbəb başın ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma və kəskin artan ödemi olmuşdur.

3. Mərhum R.X.Sədirovanın ölümü xx.xx.2024-cü il tarixdə, saat 20:00-də X9 baş vermişdir.

4. Mərhum R.X.Sədirovanın bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qoranın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2023-cü il tarixli 8/3500 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, BMW 523 markalı 10-0T-223 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almaga texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarxli 2/40566 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 08 dekabr 2023-cü il tarixli 3-13-16/2- 17109/2023 nömrəli məktubdan məlum olur ki, 23 avqust 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək müddətə etibarlı olan olan) «BC» kateqoriyalı BB seriyalı 241074 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən aydın olur ki, 17 noyabr 2009-cu ildə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə beş ildən aşağı müddətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «BMW» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs Müdafiəçi göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «BMW» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar