Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-112/2021 02.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(002)- 112/2021 saylı Qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, "xxxx" MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin satış müdiri X2 etibarından sui-istifadə edib qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin meyvə-tərəvəz satışı ilə məşğul olduğunu, meyvə-tərəvəzi elektron-qaimə əsasında digər obyektlərə nisyə şəkildə satdığını və satılan malın dəyərinin 10 gün ərzində MMC-nin hesabına mədaxil olduğunu bildirib "xxxx" MMC-dən meyvə-tərəvəzi elektron-qaimə əsasında nisyə şəkildə almaq istədiyini və alınan malın dəyərinin 10 gün ərzində ödəniləcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək və reallaşdırmaq üçün guya qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaratmaq naminə 12 iyun 2020-ci il tarixdə "xxxx" MMC-nin direktoru Şəlalə Məmmədova ilə 01/N/A nömrəli alqı-satqı müqaviləsi bağladıqdan sonra 23 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, «Meyvəli Bazar» topdan və pərakəndə satış bazarı ərazisindəki "xxxx" MMC-nin anbarından dəyəri 14809.99 manat təşkil edən limon və banan, 25 iyun 2020-ci il tarixdə eyni ünvandan dəyəri 15496.97 manat təşkil edən banan, 26 iyun 2020-ci il tarixdə eyni ünvandan dəyəri 6908.01 manat təşkil edən banan, 29 iyun 2020-ci il tarixdə eyni ünvandan dəyəri 4943.37 manat təşkil edən limon, mandarin, banan və sonuncu olaraq 01 iyul 2020-ci il tarixdə eyni ünvandan dəyəri 4555.84 manat təşkil edən limon və bananı vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdkdən sonra həmin meyvə-tərəvəzi Bakı şəhəri, Qaradağ rayonu, «Meyvəli Bazar» topdan və pərakəndə satış bazarı ərazisində alış dəyərindən daha ucuz qiymətə sataraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 46714.18 manat (qırx altı min yeddi yüz on dörd manat on səkkiz qəpik) məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin qanuni təmsilçisi, yəni direktorudur. Həmin MMC-ni 2017-ci ildə dostu Ruslan İsmayılov təsis edib dövlət qeydiyyatına aldırmışdır, bir il sonra isə, yəni 2018-ci ildə onun adına dövlət qeydiyyatından keçirib ona təhvil verərək özü Türkiyənin İstanbul şəhərinə köçmüşdür və hazırda da orada yaşayır. 2018-ci ildə həmin MMC onun adına dövlət qeydiyyatından keçəndən sonra MMC-nin qanuni təmsilçisi və direktoru o olmuşdur. "xxxx" MMC-nin fəaliyyətinin əsas istiqamətləri kolbasa və sosislərin istehsalı və ölkə daxili satışı, həmçinin qida və qeyri-qida məhsullarının istehsalçı və idxalçılardan alınıb satışını təşkil etməkdir. Direktoru olduğu MMC meyvə-tərəvəz satışı işində idxalçı şirkət deyildir, Bakı şəhərində yerləşən topdan satış nöqtələrindən münasib qiymətə meyvə-tərəvəz alıb üstünə müəyyən məbləğdə pul qoymaqla satışı ilə məşğul olmuşdur. X2 şikayəti ilə bağlı bildirir ki, sonuncunun işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Qaradağ rayonu, «Meyvəli bazar» topdan və pərakəndə satış bazarında meyvə-tərəvəzin idxalçı və topdan satış şirkəti olduğunu öyrəndiyi üçün "xxxx" MMC-dən meyvə-tərəvəz alıb üstünə müəyyən qədər pul qoymaqla satışını təşkil etmək qərarına gəlmişdir. Bu məqsədlə 2020ci ilin iyun ayının əvvəllərində istifadəsində olmuş ***-***-**-** saylı nömrədən Hüseyn Tağıyevin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək onunla danışmış və məlumat vermişdir ki, meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olan "xxxx" MMCnin direktorudur, meyvə-tərəvəz almaq istəyir, lakin alışı nisyə şəkildə, dəyərini 10 günə ödəməklə elektron-qaimə əsasında həyata keçirmək istəyir. Direktoru olduğu şirkət də malı elektron-qaimə əsasında nisyə şəkildə başqa obyektlərə satışını həyata keçirirdi və 10 gün ərzində malın pulu onun şirkətinin hesabına mədaxil olunurdu. Pul hesaba mədaxil olandan sonra nisyə aldığı malın pulunu ödəmək iqtidarında olmuşdur. Hüseyn müəllim öncə nisyə mal verməkdən imtina etdi və bildirmişdir ki, elektron-qaimə əsasında mal verə bilər, lakin pulunu nağd ödəmək şərti ilə. Sonra elə alınmışdır ki, o bu barədə tanışı Şahin Hümmətova məlumat vermişdir, sonuncu isə Hüseyn Tağıyevi tanıdığını bildirib ona görə xahiş edəcəyini və lazım gələrsə zamin dura biləcəyini bildirmişdir. Bir neçə gün sonra Şahin Hümmətov ona bildirmişdir ki, tanışı Hüseyn Tağıyevlə danışmış və onu razılığa gətirmişdir. O da köməkliyə görə Şahinə öz təşəkkürünü bildirmişdir. Daha sonra o Hüseyn Tağıyevlə bir də telefonla danışmış və razılığa gəlmişlər ki, müqavilə bağlasınlar, elektronqaimə əsasında ona nisyə şəkildə meyvə-tərəvəz verəcəkdir, lakin 10 gün ərzində pulunu ödəməli olacaq. Hüseyn Tağıyev onunla görüşmək istədiyini bildirsə də onun həqiqətən həmin ərəfədə işləri həddindən artıq çox olduğu üçün o görüşə işçisi İlqar Eyvazovu göndərmiş və detalları danışıb razılaşdırmışlar. Sonra "xxxx" MMC-nin Əliheydər adlı işçisi ilə danışmış və müqavilə bağlanması üçün tələb olunan sənədləri ona göndərmişdir. 12 iyun 2020-ci il tarixdə "xxxx" MMC ilə onun direktoru olduğu "xxxx" MMC arasında internet üzərindən alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilədə "xxxx" MMC-nin direktoru Şəlalə Məmmədova və o imza etmişlər. Həmin müqavilənin bir nüsxəsini o da almışdır. 23 iyun 2020-ci il tarixdə onun tapşırığı əsasında işçisi İlqar Eyvazov yük avtomobili ilə "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, «Meyvəli bazar» topdan və pərakəndə satış bazarındakı anbarından elektron qaimə əsasında 14.809 manatlıq limon və banan, 25 iyun 2020-ci il tarixdə 15.496 manatlıq banan, 26 iyun 2020-ci il tarixdə 6.908 manatlıq banan, 29 iyun 2020-ci il tarixdə 4.943 manatlıq limon, mandarin və banan, nəhayət 01 iyul 2020ci il tarixdə 4.555 manatlıq limon və bananı götürüb həmin ərəfədə icarəyə götürdüyü və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, dəmir yolu stansiyasının yaxınlığındakı köhnə zavodun ərazisində yerləşən anbara gətirərək boşaltmışdır. Hətta "xxxx" MMC-nin işçisi Əliheydər gəlib malın hara boşaldıldığını və saxlama şəraiti ilə tanış olmuşdur. Həmin ərəfədə direktoru olduğu MMC-nin borcları olduğundan o məcbur olub Hüseyn Tağıyevdən nisyə götürdüyü meyvə-tərəvəzi aldığı qiymətdən bir qədər də ucuz qiymətə Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli Bazar» topdan və pərakəndə satış bazarı ərazisindəki obyektlərə, həmçinin digər mağazalara sataraq əldə edilmiş pulu MMC-nin borclarının ödənilməsinə yönəltmişdir. Belə ki, onun Əhməd adlı şəxsə sitrus meyvəsinin alışından 140.000 manata yaxın borcu qalmışdır. Sonra bir nəfər Tofiq adlı şəxs ortalığa çıxıb bildirmişdir ki, Əhmədə olan borcu ona çatasıdır, ödəməsini istəmişdir. O, Əhmədlə danışanda sonuncu bunu təsdiq etmişdir. Hüseyn Tağıyevin malının satışından əldə edilmiş 39.000 manat pulu o Tofiqə olan borca görə ödəmişdir, qalan təxminən 7000 manat pulu isə digər xırda borclarına sərf etmişdir. Hüseyn Tağıyevlə onun arasında olan məsələyə başqa kiminsə aidiyyəti yoxdur, bu məsələ ilə bağlı Hüseyn Tağıyevin malının satışından əldə edilmiş puldan heç kimə pul verməmişdir, öz borcuna sərf etmişdir. Təqsirləndirilən şəxs sonda əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın yaxın qohumları tərəfindən tam ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə müdiri vəzifəsində çalışır. MMC meyvə-tərəvəz satışı ilə məşğul olur. Müqavilə bağladıqdan sonra özü də araşdırma aparmış və X8 ilə apardığı danışıq zamanı ona məlum olmuşdur ki, 2020-ci ilin iyun ayının əvvəllərində Hüseyn Tağıyevə ***-***-**-** saylı nömrədən bir nəfər zəng edib özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək, "xxxx" MMC-nin təsisçisi olduğunu və meyvə-tərəvəz satışı ilə məşğul olduğunu bildirib mal almaq istədiyini demişdir. Elnur bildirmişdir ki, malı elektron-qaimə əsasında, lakin nisyə almaq istəyir, belə ki, təsisçisi olduğu şirkət də malı elektron-qaimə əsasında nisyə başqa yerlərə verir və 10 gün ərzində malın pulu hesablarına mədaxil olur. Elnur demişdir ki, pul hesaba mədaxil olandan sonra nisyə götürdüyü malın pulunu ödəyəcək. Uzun danışıq və bir nəfər şəxsin, yəni Şahin Hümbətov adlı şəxsin zamin durmasından sonra Hüseyn Tağıyev razılaşmış və razılaşmaya əsasən Elnur malın dəyərini 10 günə ödəyəcək. Bundan sonra 12 iyun 2020-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında internet üzərindən müqavilə bağlanmışdır. 23 iyun 2020-ci il tarixdə Elnura dəyəri 14.809 (on dörd min səkkiz yüz doqquz) manat olan limon və banan, 25 iyun 2020-ci il tarixdə dəyəri 15.496 ( on beş min dörd yüz doğsan altı min) manat banan, 26 iyun 2020-ci il tarixdə yenidən dəyəri 6.908 (altı min doqquz yüz səkkiz) manat olan banan, 29 iyun 2020-ci il tarixdə dəyəri 4.943 (dörd min doqquz yüz qırx üç min) manat olan limon, mandarin və banan və 01 iyul 2020-ci il tarixdə dəyəri 4.555 (dörd min beş yüz əlli beş) manat təşkil edən limon və banan, beləliklə də ümumilikdə dəyəri 46.711 (qırx altı min yeddi yüz on bir) manat meyvə-tərəvəz göndərilmişdir. Bundan sonra Hüseyn Tağıyev Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli bazar”da olarkən sonuncuya məlum olmuşdur ki, Elnura göndərilmiş meyvə-tərəvəz satış qiymətindən daha ucuz qiymətə satılmışdır. Belə ki, Hüseyn Tağıyev 1 yeşik bananı Elnura 28 manata satdığı halda, Elnur həmin bananın 1 yeşiyini 25 manata, bununla 3 manat ziyanına, 1 yeşik limonu Elnura 44 manata satdığı halda, Elnur həmin limonun 1 yeşiyini 37 manata, bununla 7 manat ziyanına satmışdır. Hüseyn Tağıyev bunu biləndən sonra Təqsirləndirilən şəxs zəng edərək hansı səbəbə görə aldığı meyvə-tərəvəzi daha ucuz qiymətə satdığını soruşanda, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməyə başlamış və nisyə aldığı malın pulunu bu günədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, meyvə-tərəvəz satışı ilə məşğul olur və hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış üzrə müdir vəzifəsində işləyir. 2020-ci ilin iyun ayının əvvəllərində ona ***-***-**-** saylı nömrədən bir nəfər zəng edib özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək, "xxxx" MMC-nin təsisçisi olduğunu və meyvə-tərəvəz satışı ilə məşğul olduğunu bildirib onlardan mal almaq istədiyini demişdir. Aralarındakı danışıq zamanı Elnur bildirmişdir ki, ondan malı elektron-qaimə əsasında, lakin nisyə almaq istəyir, əlavə etmişdir ki, təsisçisi olduğu şirkət də malı elektron-qaimə əsasında nisyə başqa obyektlərə verir və 10 gün ərzində malın pulu hesablarına mədaxil olur. Pul hesablarına mədaxil olandan sonra ondan nisyə götürdüyü malın pulunu ödəyəcəkdir. O, nisyə mal verməkdən imtina etmiş və demişdir ki, elektron-qaimə əsasında mal verə bilər, lakin nağd pul ödəmək şərti ilə. Bununla aralarında danışıq başa çatmışdır. Bundan sonra onun tanıdığı Şahin Hümbətov ona zəng edib görüşəndə Şahin, Təqsirləndirilən şəxs tanıdığını deyib sonuncuya zamin dura biləcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Elnur yenidən ona zəng vurmuş və O, Elnura demişdir ki, görüşmək lazımdır, üzünü görmək və kim olduğunu bilmək istəyir. Elnur işlərinin çox olduğunu və işçi kimi təqdim etdiyi İlqar Eyvazovu onunla görüşə göndərəcəyini bildirmişdir. Bundan sonra İlqar adlı şəxs gəlib onunla görüşmüş və Təqsirləndirilən şəxs işçisi olduğunu deyib onlardan meyvə-tərəvəz alması barədə söhbətlər etmişdir. Bütün bu danışıqlardan sonra və Şahin adlı tanışının zamin durmasından sonra o Təqsirləndirilən şəxs nisyə, dəyərini 10 günə ödəmək şərti ilə mal verməyə razılaşmışdır. Sonradan Elnurla yenidən telefonla söhbət etmişlər və Elnur təklif etmişdir ki, müqavilə bağlasınlar ki, aralarındakı alış-veriş rəsmi olsun, bildirmişdir ki, aldığı malın pulunu 10 gün müddətində ödəyəcəkdir. O da Şahinə görə razılıq vermişdir. 12 iyun 2020-ci il tarixdə onun satış müdiri olduğu "xxxx" MMC ilə "xxxx" MMC arasında internet üzərindən müqavilə bağlanmışdır və müqavilə internet vasitəsi ilə tərtib edilmişdir. 23 iyun 2020-ci il tarixdə Elnur ona zəng etdikdə o şirkətlərində anbardar işləyən Şahid4 mobil telefon nömrəsini Elnura vermiş və onlar danışdıqdan sonra ilkin olaraq Elnura sonuncunun göndərdiyi marka və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə ümumi dəyəri 14.809 (on dörd min səkkiz yüz doqquz) manat olan limon və banan göndərilmişdir. Belə ki, onların malı Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli Bazar» topdan və pərakəndə satış bazarı ərazisindəki anbardan Elnurun göndərdiyi yük avtomobilinin saxlanc yerinə doldurulmuş və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki anbara aparılıb orada boşaldılmışdır. Həmin gün o anbardar olan Əliheydəri Elnurun işçisi İlqarla birlikdə "xxxx" MMC-nin iş yerinə göndərmiş və Əliheydər İlqarla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində, dəmir yolu stansiyası yaxınlığında yerləşən keçmiş zavodun həyətinə gedib orada Elnurla görüşüb zavodun həyətində meyvə-tərəvəz yığmaq üçün soyuducu konteynerlərin olduğunu görmüş, həmçinin onların göndərdiyi malın da ora boşaldılmasının şahidi olmuşdur. Bundan sonra, onun Elnura inamı yarandığı üçün 25 iyun 2020-ci il tarixdə dəyəri 15.496 ( on beş min dörd yüz doğsan altı min) manat banan, 26 iyun 2020-ci il tarixdə yenidən dəyəri 6.908 (altı min doqquz yüz səkkiz) manat olan banan, 29 iyun 2020-ci il tarixdə dəyəri 4.943 (dörd min doqquz yüz qırx üç min) manat olan limon, mandarin və banan və 01 iyul 2020-ci il tarixdə dəyəri 4.555 (dörd min beş yüz əlli beş) manat təşkil edən limon və bananı, beləliklə də ümumilikdə 46.711 (qırx altı min yeddi yüz on bir) manat meyvə-tərəvəzi Elnura göndərmişdir, eyni qaydada, yəni Meyvəli Bazardakı anbardan yük avtomobilinə doldurub Bakıxanov qəsəbəsi ərazisindəki anbara göndərmişdir. Sonuncu dəfə, 01 iyul 2020-ci il tarixdə Elnura mal göndərdikdən sonra o Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli bazar”da şirkətlərinin icarəyə götürdüyü anbarlara gedəndə, bazarda müxtəlif şəxslərin, təxmini adlarının Namiq, Fuad və Elçin olduğun bildiyi şəxslər tərəfindən onların şirkətinin Elnura göndərdiyi meyvə-tərəvəzin onlar satdığı qiymətdən ucuz qiymətə satıldığını bilmişdir. O, Elnura məsələn 1 kiloqram bananı 1.42 manata satdığı halda, yəni 1 yeşiyi 28 manata, həmin banan bazarda kiloqramı 1.25 manat qiymətinə, yəni bir yeşiyi 25 manata, bununla 3 manat ziyanına, 1 kiloqram limonu Elnura 2.47 manat qiymətinə, yəni bir yeşiyi 44 manata satdığı halda bazarda həmin mal 2.15 manata, yəni bir yeşiyi 37 manata, bununla 7 manat ziyanına satılırdı. Onu da qeyd etmişdir ki, onların şirkətinin satdığı mallarda onların tanıdıcı brendi, yəni “Solfrud” və “Safpro” yazıları yeşiklərin üzərlərində olur. O, dərhal həmin şəxslərdən şirkətlərinə aid malları kimdən aldıqlarını soruşanda, ona demişlər ki, Təqsirləndirilən şəxs və şəriki olan başqa Elnur adlı şəxsi tanıyırlar, Fuad malı Təqsirləndirilən şəxs şəriki Elnur adlı şəxsdən götürüb Namiq adlı şəxsin anbarına gətirmiş və oradan da satışını təşkil etmişlər. O, Təqsirləndirilən şəxs zəng edərək bu barədə deyib, hansı səbəbə görə ondan aldığı meyvə-tərəvəzi daha ucuz qiymətə satdığını soruşanda, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməyə başlamış və o pulunun dərhal tam olaraq ödənilməsini tələb etmişdir. Hətta anbardar Əliheydər Elnurun işlədiyi, yəni onların mal göndərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən konteynerlər olan zavodun həyətinə getsə də həmin yerin işləmədiyini görmüşdür. Bundan sonra o Elnur tərəfindən aldadıldığını bilib barəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə şikayət etmişdir. Elnur onu aldadaraq işçisi, daha dəqiq desə satış üzrə müdiri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan ümumilikdə 46.711 (qırx altı min yeddi yüz on bir) manat dəyərində meyvə-tərəvəzi ələ keçirmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin məbləğdə, yəni 46.711 (qırx altı min yeddi yüz on bir) manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində birbaşa maddi ziyan onun işçisi olduğu, satış üzrə müdir vəzifəsini icra etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmasına baxmayaraq, onu aldatdığına və danışıqları onunla apardığına görə o şikayət ərizəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Lakin bir daha vurğulayır ki, Təqsirləndirilən şəxs dələduz hərəkətləri nəticəsində birbaşa maddi ziyan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmuşdur və nəticədə MMC zərərçəkmişdir. Bu günə kimi Təqsirləndirilən şəxs tərəfindən həmin maddi ziyandan 1 manat belə olsun ödənməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X8 onun dayısıdır, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış üzrə müdir vəzifəsində işləyir, o isə həmin şirkətdə anbardar işləyir. "xxxx" MMC xarici ölkələrdən meyvə gətirib azərbaycanda topdan satışını təşkil edir. Təqsirləndirilən şəxs hadisə baş verənə qədər tanımamış, ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 7 ay olar ki, həmin MMC-də anbardar iləyir. 2020-ci ilin iyun ayının əvvəlləri olmuşdur ki, dayısı Hüseyn ona zəng vuraraq bildirmişdir ki, "xxxx" MMC adlı şirkət onlardan mal almaq istəyir, həmin şirkətin rəhbərinin mobil telefon nömrəsini ona verərək danışmağı və nə mal istədiyini, həmçinin digər texniki məsələləri aydınlaşdırmağı tapşırmışdır. O da dayısı Hüseynin ona verdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng vurub Təqsirləndirilən şəxs ilə danışmışdır, ilk tanışlığı məhz həmin danışıq zamanı baş tutmuşdur. Elnur bildirmişdir ki, banan və limon almaq istəyir. O, bildirmişdir ki, müqavilə hazırlanıb imzalanmalıdır və "xxxx" MMC-yə dair zəruri sənədlərin onlara verilməsini demişdir ki, müqavilə hazırlansın. Elnur bildirmişdir ki, sürücü ilə həmin sənədləri göndərəcəkdir. Bir neçə gün sonra Elnur tanımadığı sürücü ilə "xxxx" MMC ilə müqavilə bağlamaqdan ötrü tələb olunan sənədlərin surətini göndərmiş, o da həmin sənədləri mühasibatlığa vermişdir ki, müqavilə hazırlansın. Təxminən 1 günə həmin müqavilə hazırlanmışdır və o yenidən Təqsirləndirilən şəxs zəng vurub müqavilənin hazırlandığını, kiminsə gəlib müqaviləni götürməsini bildirmişdir. Elnur da ilk əvvəl göndərdiyi sürücünü bir daha göndərmiş və o hazır müqaviləni həmin şəxsə vermişdir. Həmin ərəfədə dayısı Hüseyn ona demişdir ki, müqavilə bağlanmasına baxmayaraq hələ həmin şirkətə mal verməsin, belə ki, "xxxx" MMC-nin rəsmi şəxsi gəlsin ki, görüşüb detalları dəqiqləşdirsinlər, çünki həmin vaxta qədər heç kim onlarla görüşə gəlməmişdir, bütün danışıqlar yalnız telefonla aparılmışdır. 23 iyun 2020-ci il tarixdə dayısı Hüseyn ona zəng vuraraq bildirmişdir ki, "xxxx" MMC-nin işçisi olan İlqar adlı şəxslə görüşüb danışmışdır və anbardan mal verməsini tapşırmışdır. Həmin gün, təxminən 16-17 radələrində onların anbarına, yəni Bakı şəhəri, Qaradağ rayonu, «Meyvəli Bazar»da yerləşən anbarın qarşısına yük avtomobili gəlmiş və sürücüsü ona sifariş kağızını verib sifarişdə göstərilən malları aparmalı olduğunu bildirmişdir. O, sifariş kağızına baxmış, sonra dayısına zəng vurub bu barədə məlumat vermiş və malı verib-verməməyi soruşanda, dayısı razılıq verdiyindən o sifarişdə göstərilən çəkidə malı, yəni banan və limonu həmin yük avtomobilinə doldurmuş, elektron qaimə hazırlanmış, bir nüsxəsi onlarda qalmış, digər nüsxəsi sürücüyə verilərək yük avtomobilini yola salmışdır. Dayısı demişdir ki, özü də mal boşaldılacaq yerə gedib malın saxlanılma şəraiti ilə tanış olsun ki, şərait uyğun olmasa mal verməsinlər, çünki mal tez xarab olduqda aralarında problem yaşana bilərdi. O da Təqsirləndirilən şəxs zəng vurmuş, malın boşaldılacağı yeri soruşmuş və bildirdiyi yerə, yəni Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, dəmir yolu stansiyası yaxınlığında yerləşən köhnə zavodun ərazisindəki anbara, yəni soyuducu kimi fəaliyyət göstərən dəmir konteynerlərin qarşısına gəlib Elnurla görüşmüşdür, işçisi İlqar da orada olmuşdur. O, konteynerlərə baxıb malın ora boşaldıldığının şahidi olmuşdur. Malı saxlama şəraiti uyğun olduğundan bu barədə dayısına məlumat vermiş və işə qayıtmışdır. Sonra, 01 iyul 2020-ci il tarix daxil olmaqla bir neçə dəfə sifariş kağızı əsasında Elnurun göndərdiyi yük avtomobilinə mal doldurub göndərmişdir, elektron qaimələr tərtib edilmişdir, toplam 46.711 manat dəyərində mal göndərmişdir. Bundan sonra, dayısına məlumat verilmişdir ki, onların malı satış qiymətindən daha ucuz qiymətə satılır. Maraqlandıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlardan nisyə götürdüyü malı aldığı qiymətdən daha ucuz qiymətə bazarda satır, bu səbəbdən dayısı mal verməyi dayandırmış və nisyə verdikləri malın pulunu tələb etməyə başlamışdır. Hətta onu mal göndərdikləri yerə göndərmiş, o, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, dəmir yolu stansiyasının yaxınlığında yerləşən köhnə zavodun ərazisindəki anbara gələndə oranın bağlı olduğunu görmüş və heç kimi tapa bilmədiyi üçün geri qayıdıb dayısına bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs hər dəfə bir bahənə gətirməklə malın pulunu ödəməkdən yayınmış, bu səbəbdən dayısı polisə şikayət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 10 ildir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli Bazar»da meyvə-tərəvəz satışı ilə məşğul olur. 2020-ci ilin iyun ayının sonlarında ona «ağ baş» ləqəbi ilə tanınan Elnur adlı şəxs zəng vurub bildirmişdir ki, adaşı olan Təqsirləndirilən şəxs ilə şərikli işə başlayır, meyvə satışını həyata keçirəcəklər, satış qiyməti isə bazarda olan qiymətdən daha aşağı olacaqdır. Elnuru o Bakı şəhərindəki marketlərə mal verən şəxs kimi tanıyırdı, özü də Bakı şəhərində fəaliyyət göstərən «Neptun» marketlər şəbəkəsinə mal verirdi. Həmin «ağ baş» Elnurun digər anket məlumatlarını bilmir, mobil telefon nömrəsinə də sonradan zəng çatmadığı üçün telefonundan pozmuşdur, çünki ona lazım olmamışdır. Bir neçə gün sonra, yəni 2020-ci ilin iyun ayının sonlarında «ağ baş» Elnur ona zəng vurub bildirmişdir ki, onun nömrəsini Təqsirləndirilən şəxs verəcəkdir ki, sonuncu onunla danışsın, o, satılacaq meyvələrin qiymətini soruşduqda və cavabını alıb sonra bazarda maraqlananda, ona məlum olmuşdur ki, satış qiyməti bazardakı qiymətlərdən çox aşağıdır. Ertəsi gün ona ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs zəng vurub bildirmişdir ki, şirkət müdiridir və onunla işləmək istəyir, lazım gələrsə müqavilə də bağlaya biləcəklərini bildirmişdir. Bundan sonra «ağ baş» Elnur ona zəng vurmuş və qiymətləri razılaşdırmışlar, belə ki, limonun bir qutusunu 36-37 manata, bananın bir qutusunu 24-25 manata razılaşdırmışlar və 60 qutuya yaxın limonu, 8 qutu bananı onun «Meyvəli bazar»da olan anbarına göndərmişdir. Onun soyuducusu olmadığından «Meyvəli bazar»da işləyən tanışı Namiqdən xahiş etmişdir ki, meyvələri sonuncunun soyuducusuna yığsın və razılıq əldə etdikdən sonra bunu etmişdir. Sonra Namiqin tanışı olan Elçin adlı şəxsə bir qutusunu 38 manatdan olmaqla 43 qutu limon satmışdır, bananı isə marketlərə hər qutusunu 25-26 manatdan satmışdır. Aldığı malın pulunu nağd ödəmiş və heç bir borcu qalmamışdır. Daha sonra ona meyvə-tərəvəzin topdan satışı ilə məşğul olan Hüseyn Tağıyev zəng vuraraq bu barədə danışmışlar və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs meyvəni nisyə götürərək ucuz qiymətə satışını həyata keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 7 ildir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli Bazar»da meyvə-tərəvəz satışı ilə məşğul olur. 2020-ci ilin iyun ayının sonlarında «Meyvəli Bazar»da meyvə-tərəvəz satışı ilə məşğul olan və əsasən marketlərə mal satan Şahid1 ona demişdir ki, anbarında 60-70 qutu limon vardır, soyuducusu olmadığından çox saxlaya bilməyəcək, çünki xarab ola bilər, xahiş etmişdir ki, onun soyuducusuna yığsın, o da razılıq vermişdir. Fuad bildirmişdir ki, limonu bazar qiymətindən aşağı qiymətə satır, istəyən olsa xəbər versin. O da tanışı Şahid2 bu barədə məlumat vermiş, Elçin qiymətini soruşanda o bu barədə Fuaddan soruşub Elçinə bildirmişdir ki, 1 qutusu 38 manata satılır. Elçin razılaşıb 43 qutu limonu Fuaddan almışdır, pulunu nağd ödəməklə. Həmin ərəfədə «Meyvəli Bazar»da meyvə-tərəvəzin topdan satışı ilə məşğul olan Hüseyn Tağıyev bunu bilib onunla və Fuadla görüşmüş, satılmış mala baxıb tanımışdır, sonuncunun malı olmuşdur, çünki üzərində tanınma nişanı var idi və maraqlananda onlar olduğu kimi məlumat vermişlər. Hüseyn Tağıyev demişdir ki, həmin malı Elnura nisyə satılan qiymətdən daha baha qiymətə vermişdir. Həmin malın cinayət yolu ilə əldə edildiyini nə o, nədə ki, Fuad bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli Bazar»da meyvə-tərəvəzin pərakəndə satışı ilə məşğul olur. 2020-ci ilin iyun ayının sonlarında, təxminən 25-28 tarixlərində «Meyvəli Bazar»da meyvə-tərəvəz satışı ilə məşğul olan tanışı Şahid3 ona zəng vuraraq bildirmişdir ki, tanışı olan və əsasən marketlərə mal satan Şahid1 əlində artıq limon qalmışdır, münasib qiymətə satır, almaq niyyətinin olubolmadığını soruşmuşdur. O, Namiqdən bir qutu limonun qiymətini soruşanda ilk əvvəl bildirmişdir ki, 40 manata satılır, sonda 1 qutu limonun qiymətini 38 manata razılaşdırmışlar. Həmin gün «Meyvəli bazar»da limonun topdan satış qiyməti 1 qutu üçün 42-45 manat arası olmuşdur. Bir sözlə Namiqin ona təklif etdiyi və razılaşdırdıqları məbləğ həmin günki bazar qiymətindən aşağı olmuşdur. O, Şahid3 «Meyvəli Bazar»da olan anbar yerindən dəyərini ödəməklə 43 qutu limon almış və «Meyvəli Bazar»da pərakəndə satışını təşkil edib həmin malı satmışdır. Daha sonra «Meyvəli Bazar»da meyvə-tərəvəzin topdan satışı ilə məşğul olan Hüseyn Tağıyev onunla görüşərək satdığı həmin limonu kimdən və harada aldığını soruşmuş, o da olduğu kimi məlumat vermişdir. Hüseyn Tağıyev bildirmişdir ki, Namiqdən aldığı limon ona məxsus olmuş, həmin malı 1 qutusunu 46 manatdan olmaqla nisyə şəkildə Təqsirləndirilən şəxs adlı şəxsə satmışdır və sonuncu həmin malı aldığı qiymətdən ucuz qiymətə satmışdır. Onun Namiqdən başqa görüşdüyü və həmin limon alışı ilə bağlı danışıq apardığı şəxs olmamışdır, Təqsirləndirilən şəxs tanımır. 43 qutu limon almışdır, hər qutuda onun qazancı bir neçə manat olmuşdur. Aldığı limonun qanunsuz yolla əldə edildiyini bilməmişdir, dəyərini ödəyib almışdır və sonra az bir məbləğdə pulu üstünə qoymaqla pərakəndə satış etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC-nin direktoru Şəlalə Məmmədova ilə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, 01/N/A nömrəli alqı-satqı müqaviləsindən görünür ki, malların pulu ödəniş elektron-qaiməni təqdim edilən tarixdən 10 (on) iş günü ərzində həyata keçirilməlidir. (i.v. 17-19) 23.06.2020-ci il tarixli Seriya EBAL № 484318 saylı elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ƏDV ilə birlikdə ümumilikdə 14809.99 manat məbləğində limon və banan məhsulları satılmışdır. (i.v. 20) 25.06.2020-ci il tarixli Seriya EBAL № 608895 saylı elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ƏDV ilə birlikdə ümumilikdə 15496.97 manat məbləğində banan məhsulları satılmışdır. (i.v. 21) 26.06.2020-ci il tarixli Seriya EBAL № 627037 saylı elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ƏDV ilə birlikdə ümumilikdə 6908.01 manat məbləğində banan məhsulları satılmışdır. (i.v. 22) 29.06.2020-ci il tarixli Seriya EBAL № 689612 saylı elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ƏDV ilə birlikdə ümumilikdə 4943.37 manat məbləğində limon, mandarin və banan məhsulları satılmışdır. (i.v. 23) 01.07.2020-ci il tarixli Seriya EBAL № 840078 saylı elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ƏDV ilə birlikdə ümumilikdə 4555.84 manat məbləğində limon və banan məhsulları satılmışdır. (i.v. 24) 25 sentyabr 2020-ci il tarixli baxış haqqında protokoldan və foto cədvəldən görünür ki, Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru İlqar İlyaszadə tərəfindən Şahid4, Əliyev Əhməd Mİrzə oğlu, X5 və X3 iştirakları ilə anbara baxış keçirilmişdir. Baxış Bakı şəhəri, Sabunçu rayonunda yerləşən texniki sahəsi 36 sot olan, mişar daşları ilə hasara alınmış sahədə keçirilmiş, qeyd edilən ərazinin giriş qapısı dəmir konstruksiyadan hazırlanmış, qırmızı çəhrayı rəngli darvazadır. Qapıdan içəri daxil olduqda sol tərəfdə iki tikili, qarşısında 20x30 metrə yarım sökülü tikili, ondan sonra isə tikilməkdə olan ərazisi 10x20 metrə, sonradan isə 20x30 metrə boş sahə vardır. Həmin sahə baxış zamanı qum və mişar daşları yığılmışdır. Vətəndaş Şahid4 baxış zamanı daş və qum yığılmış ərazini göstərib Təqsirləndirilən şəxs onları aldadıb aldığı meyvətərəvəzin baxış keçirilən yerdə gətirilərək 23 iyun 2020-ci il tarixdə oradan olan üç ədəd konteyner soyuducuya yığıldığını bildirmişdir. Baxış zamanı həmin ərazidə konteyner soyuducuların olmadığı , həmin yerdə tikinti işlərinin aparıldığı aşkar edilmişdir. baxış keçirilərkən vətəndaş Əliyev Əhməd Mİrzə oğlu bildirmişdir ki, qeyd edilən 36 sot sahəni 2020-ci ilin may ayında İslam adlı şəxsdən almış, alarkən həmin ərazidə 3 ədəd soyuducu konteyner olmuş, həmin konteynerlər Vüsal adlı şəxsə məxsus olmuş və Vüsal başqa şəxslərə icarəyə vermişdir. Əhməd Əliyev qeyd edilən ərazini aldıqdan sonra 2020-ci ilin iyul ayının son günlərində konteynerləri icarədarlar boşaltdıqdan sonra Vüsal adlı şəxs konteynerləri söküb apardıqlarını bildirmişdir. (i.v. 25-28) Cinayət işinin icraata qəbul edilməsi haqqında 08 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq aparılmışdır. (i.v. 45) Zərərçəkmiş hüquqi şəxs qismində tanlma haqqında 08 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. (i.v. 64) Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanıma haqqında 08 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi kimi tanınmışdır. (i.v. 66-67) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 19 noyabr 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 96) İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 10.00 AZN olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 20.04.2018-ci ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. (i.v. 121) Cinayət əməlinin tövsif edilməsi haqqında 04 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, cinayət işinin ibtidai istintaqı həmin maddələrlə davam etdirlmişdir. (i.v. 122-123) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. (i.v. 133-134) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2020-ci il tarixli, 4(011)-690/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. (i.v. 149-156) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2020-ci il tarixli, 4(103)-902/2020 nömrəli qərarından görünür ki, apellyasiya protesti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2020-ci il tarixli, 4(011)- 690/2020 nömrəli qərarından Bakı şəhər Prokurorunun müavini, ədliyyə müşaviri Mobil Şəfiyev tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (i.v. 162-168) Qətimkan tədbirinin seçilməsi haqqında 11 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 169-170) Sübutların qiymətləndirilməsi haqqında 15 dekabr 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 173.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham onun tərəfindən törədilmiş bütün əməlləri əhatə etdiyindən dəyişdirilmədən qüvvəsində saxlanılmış və haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmış, cinayət işinə əlavə edilmiş 12 iyun 2020-ci il tarixli 01/N/A nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında tərtib edilmiş 23.06.2020-ci il tarixli Seriya EBAL № 484318 saylı elektron qaimə, 25.06.2020-ci il tarixli Seriya EBAL № 608895 saylı elektron qaimə, 26.06.2020-ci il tarixli Seriya EBAL № 627037 saylı elektron qaimə, 29.06.2020-ci il tarixli Seriya EBAL № 689612 saylı elektron qaimə və 01.07.2020-ci il tarixli Seriya EBAL № 840078 saylı elektron qaimə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halı müəyyən etdiyindən sənəd olaraq sübut mənbəyi hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs əməli vahid niyyətlə əhatə olunan qəsdlə törədilmiş dələduzluq kimi tövsif edilmiş və barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi is cinayət təqibinin başlanması əməlində həmin cinayətin tərkibi olmadığından CPM-in 39.1.2- ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 308 və 309-cu maddələri ilə cinayət təqibinin başlanması əməlində həmin cinayətlərin tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs, Şahin Hümmətov, İlqar Eyvazov və «ağ baş» ləqəbli Elnur Babayevin barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 -ci maddəsi ilə cinayət təqibinin başlanması əməllərində həmin cinayətin tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şahid1, Şahid3 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 194-cü maddəsi ilə cinayət təqibinin başlanması əməllərində həmin cinayətin tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. (i.v. 172-182) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 1(002)- 112/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş , sonuncunun olduğu yer müəyyən edilərkən dərhal Qaradağ Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 10 may 2021-ci il tarixli, 098- 101745/21 nömrəli məktubundan və 10 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdə Nizami rayonu ərazisində saxlanılmış və həmin gün o, polis əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(002)-112/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının 14 iyul 2021-ci il tarixli, 17/38-4743 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03.07.2021-ci il tarixdə Bakı şəhəri BPİ-nin əməkdaşları tərəfindən tutularaq 06.07.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilimişdir. Axtarışda olan şəxsin tutulması haqqında 03 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2021-ci il tarixdə saat 14:45-də saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X6 tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş ziyan tam ödənilmişdir, sonuncuya qarşı heç bir şikayət, tələb və iddiaları yoxdur, göstərilənlərin nəzərə alınması xahiş olunmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 arasında 24 mart 2008-ci il tarixdə nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində bir 12.01.2009-cu il təvəllüdlü Nihat adlı azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanı tam ödəməsini (CM-59.1.14), zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə dövründə məhkəmədən gizlənməsinə görə barəsində axtarış qərarının qəbul edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 46.2ci maddəsi tətbiq edilməklə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq dövründə 04 dekabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 01 (bir) gün müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 03 iyul 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır (CPM-353.4.12). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə baxışı zamanı dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 54 (əlli dörd) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 54 (əlli dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 04 dekabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək tutma altında saxlanıldığı 01 (bir) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 54 (əlli dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-112/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-112/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver