Məhkəmə qərarları › İş №1(002)-113/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-113/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-113/2021 08.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin mart ayının ortalarında gecə saatlarında “xxxx” MTK tərəfindən məcburi köçkünlər üçün tikintisi həyata keçirilmiş və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Zərərçəkmiş şəxs2 verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” yaşayış kompleksində 21 nömrəli evin 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 6 nömrəli mənzilin eyvanına həyətdən qalxaraq qanunsuz daxil olub oradan Türkiyədə istehsal olunmuş, üzərində “E.C.A GeliosPlus” markalanma göstəricisi olan 01 ədəd kombi istilik sistemini ələ keçirərək Zərərçəkmiş şəxs2 750 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin mart ayının ortalarında gecə saatlarında “xxxx” MTK tərəfindən məcburi köçkünlər üçün tikintisi həyata keçirilmiş və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Zərərçəkmiş şəxs3 verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” yaşayış kompleksində 18 nömrəli evin 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 53 nömrəli mənzilin eyvanına həyətdən qalxaraq qanunsuz daxil olub oradan Türkiyədə istehsal olunmuş, üzərində “E.C.A GeliosPlus” markalanma göstəricisi olan 01 ədəd kombi istilik sistemini ələ keçirərək Zərərçəkmiş şəxs3 750 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 05:00 radələrində “xxxx” MTK tərəfindən məcburi köçkünlər üçün tikintisi həyata keçirilmiş xüsusi təyinatlı yaşayış sahəsinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 3” yaşayış kompleksində 34 nömrəli evin 1-ci blokunun 1ci mərtəbəsində yerləşən 4 nömrəli mənzilin eyvanına həyətdən qalxaraq qanunsuz daxil olub oradan Türkiyədə istehsal olunmuş, üzərində “E.C.A GeliosPlus” markalanma göstəricisi olan 01 ədəd kombi istilik sistemini ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin “Lökbatan 2” Mənzil Kommunal İstismar Sahəsinə 750 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonundan məcburi köçkün düşərək əvvəlcə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranının yaxınlığındakı X3 yataqxanasında məskunlaşmış, lakin sonradan dövlət tərəfindən verilmiş Bakı şəhəri, ünvan 3 ünvanına köçmüş və hazırda anası ilə birlikdə həmin ünvanda yaşayır. Özü heç bir yerdə işləmir və təxminən 5 ilə yaxındır ki, «kakos» adlandırdığı narkotik vasitə heroini inyeksiya vasitəsilə istifadə etməyə başlamışdır. Narkotik vasitə almağa pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx xxxxxxx 2020-ci il tarixdə saat 05:00 radələrində “xxxx” MTK tərəfindən məcburi köçkünlər üçün tikintisi həyata keçirilmiş xüsusi təyinatlı yaşayış sahəsində gəzərkən birinci mərtəbədə yerləşən mənzillərdən birində heç bir vaxt işıqların yanmadığını və yaşayış üçün təmirin olmadığını görüb orada yaşayış olmadığını düşünmüş, bu səbəbdən də həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 3” yaşayış kompleksində 34 nömrəli evin 1-ci blokunun 1ci mərtəbəsində yerləşən 4 nömrəli mənzilin eyvanına həyətdən qalxaraq qanunsuz daxil olub oradan Türkiyədə istehsal olunmuş, üzərində “E.C.A GeliosPlus” markalanma göstəricisi olan 01 ədəd kombi istilik sistemini ələ keçirmişdir. Belə ki, o, mənzilin eyvanına həyət tərəfdən tullanmaqla daxil olmuş, özündə olan bıçaqla kombi istilik sisteminin plastmas borusunu kəsib açmaqla götürmüş və həmin yerdən uzaqlaşmışdır. Bundan sonra oğurladığı kombi istilik sistemini həmin binanın yaxınlığındakı dayanacaqda dayanmış avtobusun təkərinin yanında gizlətmiş, zibilliyin yanından isə bir sellofan torba taparaq kombini sellofana bükmüşdür. Daha sonra kompleksin çıxışına gedib oradan bir taksi avtomobilinə əyləşmiş, həmin taksidə ondan başqa tanıdığı Kənan adlı müştəri də olmuşdur. Taksi «Mercedes» markalı avtomobil olmuş və o, taksi sürücüsündən əvvəlcə kompleksin içərisinə sürməsini xahiş etmiş və oradan gizlətdiyi kombini götürdükdən sonra onlar yola düşmüşlər. Yolda sürücünü əvvəlcə metronun «İnşaatçılar» stansiyasının yaxınlığına sürməsini xahiş etmiş, orada bacısı Məhbarəgilə dəyərək taksiyə yol haqqı vermək üçün 5 manat götürmüş, sonra Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranının yaxınlığında çıxmış, həmin kombini orada avtoyuyucu işlədən Elbrus adlı şəxsə 200 manata satmışdır. Həmin vaxt Elbrus kombinin kimə məxsus olduğunu soruşmuş, o da cavabında vəfat etmiş anasına məxsus olduğunu bildirmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulun bir hissəsinə Yasamal bazarının yaxınlığında tanımadığı şəxsdən bükümü 10 manatdan olmaqla, ümumilikdə 30 manat pula şəxsi istifadəsi üçün 3 büküm narkotik vasitə olan heroin almış və həmin narkotik vasitəni tək qəbul etmişdir. Pulun qalan hissəsini isə yemək, siqaret və digər tələbatlara xərcləmişdir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranının yaxınlığındakı X3 yataqxanasında, niy əvvəl yaşadığı ünvanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq kombi istilik sistemləri oğurlamaqda şübhəli olduğunu bildirərək onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Orada o, izahat verərək oğurluq etdiyini etiraf edərək, həmin cinayəti heç bir şəxsin köməyi olmadan tək törətdiyini bildirmişdir. O, oğurluq etdiyi zamanı istifadə etdiyi bıçağı könüllü olaraq istintaqa təqdim etmişdir və həmin bıçağı kombini oğurlayarkən plastik borularını kəsmək məqsədi ilə üzərində gəzdirmişdir. O, təkcə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 3” yaşayış kompleksində 34 nömrəli evin 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 4 nömrəli mənzilindən oğurluq etsə də, ibtidai istintaq zamanı ona edilmiş təzyiq nəticəsində 3 dəfə oğurluq etdiyini bildirmişdir. Onun Zərərçəkmiş şəxs2 verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” yaşayış kompleksində 21 nömrəli evin 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 6 nömrəli mənzilin və Zərərçəkmiş şəxs3 verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” yaşayış kompleksində 18 nömrəli evin 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 53 nömrəli mənzilin eyvanlarından edilmiş oğurluqla hər hansı əlaqəsi olmamışdır. O, həmin cinayət əməllərini törətməsə də, lakin həmin cinayətləri törətməsini etiraf etməyə məcbur edilmişdir. Təqsirləndirilən şəxs sonda özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bildiyini və oğruluq etdiyinə görə peşman olduğunu bildirərək, əməlinin düzgün tövsif olunmaqla, ədalətli həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindilərkən verdiyi ifadələrində həmin cinayət əməllərini törətməsini tam etiraf edərək bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatdadır, 1993-cü ildən məcburi köçkün düşərək əvvəlcə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranının yaxınlığındakı X3 yataqxanasında məskunlaşmış, lakin sonradan dövlət tərəfindən verilmiş Bakı şəhəri, ünvan 3 ünvanına köçmüş və hazırda anası ilə birlikdə həmin ünvanda yaşayır. Özü heç bir yerdə işləmir. Təxminən 5 ilə yaxındır ki, «kakos» adlandırdığı narkotik vasitə heroini inyeksiya vasitəsilə damara vurmaqla qəbul edir, bu səbəbdən narkotik almaq üçün məcbur olub yaşadığı «Qobu Park» yaşayış kompleksindəki birinci mərtəbədə olan mənzillərin eyvanlarına daxil olaraq kombi istilik sistemlərini oğurlayıb satmaqla əldə etdiyi pullara narkotik vasitə «kakos» alıb qəbul edir. Sonuncu dəfə xx xxxxxxx 2020-ci il tarixdə səhər saat 05:00 radələrində «Qobu Park 3» yaşayış kompleksində nömrəsini xatırlamadığı binanın 1-ci mərtəbəsində yerləşən bir mənzilin eyvanına həyət tərəfdən tullanmaqla daxil olmuş, özündə olan bıçaqla kombi istilik sisteminin plastmass borusunu kəsib açmaqla götürmüş və həmin yerdən uzaqlaşmışdır. Bundan sonra oğurladığı kombi istilik sistemini həmin binanın yaxınlığındakı dayanacaqda dayanmış avtobusun təkərinin yanında gizlətmiş, zibilliyin yanından isə bir sellofan torba taparaq kombini sellofana bükmüşdür. Daha sonra kompleksin çıxışına gedib oradan bir taksi avtomobilinə əyləşmiş, həmin taksidə ondan başqa tanıdığı Kənan adlı müştəri də olmuş, onlar birlikdə «Mercedes» markalı taksi avtomobilinə əyləşmişlər və o, əvvəlcə kompleksin içərisinə sürməsini xahiş etmişdir. Oradan gizlətdiyi kombini götürdükdən sonra onlar yola düşmüşlər. Yolda sürücünü əvvəlcə metronun «İnşaatçılar» stansiyasının yaxınlığına sürməsini xahiş etmiş, orada bacısı Məhbarəgilə dəyərək taksiyə yol haqqı vermək üçün 5 manat götürmüş, sonra Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranının yaxınlığında düşmüş, həmin kombini orada avtoyuyucu işlədən Elbrusa 200 manata satmışdır. Həmin gün əldə etdiyi pulun bir hissəsinə Yasamal bazarının yaxınlığında tanımadığı şəxsdən bükümü 10 manatdan olmaqla, ümumilikdə 30 manat pula 3 büküm narkotik vasitə «kakos» almış və tək qəbul etmişdir. Pulun qalan hissəsinə isə yemək, siqaret və digər tələbatlara xərcləmişdir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranının yaxınlığındakı X3 yataqxanası, əvvəl yaşadığı ünvanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq kombi istilik sistemləri oğurlamaqda şübhəli olduğunu bildirərək onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Orada o, izahat verərək oğurluq etdiyini etiraf etmiş, həmin cinayəti tək törətmiş, hər hansı bir şəxs ona köməklik göstərməmiş, qeyd olunan mənzildə heç bir vaxt işıqların yanmadığı və yaşayış üçün təmirin olmadığını görüb orada yaşayış olmadığını düşünmüş, bu səbəbdən də həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Narkotik vasitə olan kakos adlandırdığı heroini özü qəbul etmək məqsədi ilə əldə etmiş, narkotik vasitəni tək qəbul etmiş, bu barədə heç kimə bildirməmiş, narkotik maddə olan heroini gizli qəbul etmişdir. Narkotik vasitəni keçmiş Yasamal bazarının yaxınlığında tanımadığı şəxslərdən almış, onların anket məlumatlarını bilmir və xatırlamadığı üçün təsvir edə bilmədiyini göstərmişdir. Təqdim etdiyi bıçağı kombiləri oğurlayarkən plastik borularını kəsmək məqsədi ilə üzərində gəzdirmiş, polis bölməsində ona heç bir təzyiq göstərilmədiyini təsdiq etmişdir. Bundan başqa o, daha bir oğurluq hadisəsini törətdiyini göstərmişdir. Belə ki, 2020-ci ilin mart ayının ortalarında “Qobu Park 2” yaşayış kompleksində yerləşən binanın birinci mərtəbələrində yerləşən 1 ədəd E.C.A markalı kombi istilik sistemini tək başına oğurlayıb satmışdır. O, həmin müddətdə hansısa bir gündə axşam saatlarında “Qobu Park 2” yaşayış kompleksinin həyətlərini gəzərək birinci mərtəbələrdə işığı yanmayan mənzillər axtarmışdır ki, ev sahibinin evdə olmadığından istifadə edib eyvanlarda olan kombi istilik sistemlərini oğurlasın. “Qobu Park 2” yaşayış kompleksində 21 nömrəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən nömrəsini bilmədiyi mənzilin elektrik işığının yanmadığını görmüş, ətrafı nəzərdən keçirib heç kəsin olmadığını görüb həmin mənzilin eyvanına həyət tərəfdən tullanmaqla daxil olmuş, özündə olan bıçaqla kombi istilik sisteminin plastmas borusunu kəsib açmaqla kombini oğurlamış və həmin yerdən uzaqlaşmışdır. Oğurladığı kombini kompleksin ərazisində bir ətrafda heç kəsin olmadığı yerdə gizlədib üzərini də göy rəngli tentlə bağlamışdır ki, daha sonra münasib bir vaxtda onu aparıb kiməsə satıb pul əldə etsin. Bundan başqa qeyd olunan cinayət hadisəsinin üstündən təxminən 1-2 gün keçdikdən sonra 2020-ci ilin mart ayının ortalarında eyni qaydada xatırlamadığı bir gündə axşam saatlarında “Qobu Park 2” yaşayış kompleksinin həyətlərini gəzərək birinci mərtəbələrdə işığı yanmayan mənzil axtarmış, ev sahiblərinin evdə olmadığından istifadə edib eyvanlarda olan kombi istilik sistemlərini oğurlamaq qərarına gəlmişdir. Bununla bağlı “Qobu Park 2” yaşayış kompleksində 18 nömrəli binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən nömrəsini bilmədiyi mənzilin elektrik işığının yanmadığını görmüşdür. Ətrafı nəzərdən keçirib heç kəsin olmamasını görüb həmin mənzilin eyvanına həyət tərəfdən tullanmaqla daxil olmuş, özündə olan bıçaqla kombi istilik sisteminin plastmas borusunu kəsib açmaqla kombini oğurlamış və həmin yerdən uzaqlaşmışdır. Oğurladığı kombini kompleksin ərazisində qeyd etdiyi daha öncə oğurlayıb gizlətdiyi kombinin yanında gizlədərək üzərini də göy rəngli tentlə bağlamışdır ki, sonradan sonra münasib bir vaxtda onu aparıb kiməsə satıb pul əldə etsin. Bundan sonra tarixi yadında qalmasa da, təxminən 2020-ci ilin aprel aynın əvvəllərində səhər saatlarında “Qobu Park” yaşayış kompleksində olarkən iri həcmli bir taksi avtomobil axtarmış, həmin oğurladığı kombiləri aparıb 8-ci kilometrdə bazarda kiməsə satmaq istəmişdir. Bu zaman yaşayış kompleksinə dövlət qeydiyyat nişanına fikir vermədiyi “Chevrolet” markalı bir avtomobilin gələrək tanımadığı sürücünün bir nəfər tanımadığı şəxsi düşürtdüyünü görmüş, dərhal həmin tanımadığı sürücüyə yaxınlaşaraq özündə olan iki ədəd kombi aparatını 8-ci kilometr bazarına aparmaq istədiyini bildirmişdir. Sürücü isə 8-ci kilometr bazarına deyil, yalnız Lökbatan dairəsinə 14-cü kilometr adlanan əraziyə qədər apara biləcəyini ona demişdir. O, həmin sürücü ilə razılaşaraq avtomobilə əyləşib sürücünü oğurlayaraq kompleksin ərazisində gizlətdiyi yerə sürdürmüş, oğurladığı 2 ədəd kombiləri avtomobilin yük yerinə yerləşdirmişdir. Bundan sonra razılaşdıqları kimi sürücü onu Lökbatan dairəsi 14-cü kilometr adlanan yerə düşürərək çıxıb getmişdir. Yolda gedərkən sürücü ondan kombi haqqında maraqlanarkən hər birini 300 manata satdığını bildirmişdir. Lakin sürücüyə kombiləri oğurladığı və sair barədə heç bir söz deməmişdir. Bundan sonra sürücü oradan ayrılaraq çıxıb getmiş və həmin sürücü ilə bir daha rastlaşmamışdır. Daha sonra düşdüyü yerdə yadında qalmayan iri həcimli bir taksi avtomobili taparaq tanımadığı sürücüsü ilə 15 manata razılaşaraq, hər iki kombiləri 8-ci kilometr bazarına gətirmişdir. Küçədə bir müddət kombiləri baha qiymətə satmaq istəsə də satılmadığını görmüş, özünə məxsus olmasını, təcili pul lazım olduğunu bildirib hər birini 50 manatdan hər ikisini də tanımadığı heç bir anket məlumatlarını bilmədiyi bir orta yaşlarında kişiyə sataraq, həmin pullara da narkotik vasitə alıb qəbul etmişdir. Oğurluqları tək etməklə heç kəsə heç nə bildirməmişdir. 2020-ci ilin oktyabr ayının sonlarında təkrarən komplesdən oğurladığı kombiyə görə xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranının yaxınlığındakı X3 yataqxanası, əvvəl yaşadığı ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən tutulmuşdur. O, cəmi 3 oğurluq hadisəsi törətmiş, qeyd etdiyi oğurluq hadisəsindən başqa ilk olaraq 2020-ci ilin mart ayının ortalarında gecə saatlarında göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” yaşayış kompleksində 21 nömrəli evin 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 6 nömrəli mənzilin eyvanına həyət tərəfindən qalxaraq daxil olmuş, özündə olan bıçaqla orada quraşdırılmış kombi istilik sisteminin plastik borusunu kəsib açmaqla götürmüş, daha sonra eyvandan düşərək oradan uzaqlaşmışdır. Bundan başqa 2-ci dəfə o, 2020-ci ilin mart ayının ortalarında gecə saatlarında göstərdiyi “Qobu Park 2” yaşayış kompleksində 18 nömrəli evin 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 53 nömrəli mənzilin eyvanına həyət tərəfindən qalxaraq daxil olmuş, özündə olan bıçaqla orada quraşdırılmış kombi istilik sisteminin plastik borusunu kəsib açmaqla götürmüş, daha sonra eyvandan düşərək oradan uzaqlaşmışdır. Oğurladığı hər iki kombini kompleksin həyətində görsənməyən bir yerdə gizlətmiş, daha sonra isə onları 8-ci kilometr bazarında hər birini 50 manatdan olmaqla tanımadığı bir şəxsə satdığını bildirmişdir. Əvvəlki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin «Lökbatan 2» MKİS-nin mühəndisi Nümayəndə ifadəsində göstərmişdir ki, 2007-ci ildən Qaçqınların və X9 üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləmiş, 2020-ci ilin may ayından isə Komitənin «Lökbatan 2» MKİS-nin mühəndisi vəzifəsində işləyir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu Park 3» yaşayış kompleksində iş yerinə gəldikdə 34 nömrəli evin 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 4 nömrəli mənzilin eyvanında quraşdırılmış kombi istilik sisteminin yerində olmadığını aşkar etmişdir. Bunu bildikdən sonra MKİS-nin müdiri Azər Ağayevin vasitəsi ilə Komitəyə məlumat vermişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, kombi istilik sistemi aidiyyəti əməkdaşlar tərəfindən çıxarılmamış, oğurlanmışdır. Həmin səbəbdən o, bir MKİS-nin nümayəndəsi kimi xx xxxxxxx 2020-ci il tarixdə oğurluq barədə Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət etmişdir. Bununla bağlı polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və o da hadisə ilə əlaqədar izahat vermişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş «Qobu Park» yaşayış kompleksindəki binalar «xxxx» MTK tərəfindən inşa edilmiş və mənzillərin içərisində quraşdırılmış və yerləşdirilmiş bütün əşya və avadanlıqlar MTK tərəfindən alınmışdır. Onda olan şifahi məlumata görə hər bir kombi istilik sisteminin dəyəri 800 manata başa gəlmişdir. Lakin Məhkəmə Ekspertiza Mərkəzi kombi istilik sisteminin dəyəri barədə göstərdiyi qiymətlə razıdır və baş vermiş oğurluq cinayəti nəticəsində Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin «Lökbatan 2» MKİS-nə 750 manat maddi ziyanın dəydiyini təsdiq edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi sonda vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olmaqla, vurulmuş maddi ziyanı ödənilməsini tələb etdiklərini bildirmişdir. Əvvəlki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Füzuli rayonundan məcburi köçkün olduqları üçün xx xxxxxxx 2019-cu il tarixdə qaçqın və məcburi köçkünlər üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu park-2» yaşayış kompleksində dövlət tərfindən salınmış 18 saylı binanın 1-ci mərtəbəsində yerləşən 53 saylı mənzil içərisi dolu əşyalar ilə birlikdə müddətsiz olaraq müqavilə əsasında adına kirayə verilmişdir. Suyun və mənzilin isidilməsi üçün mənzilin eyvanında «E.C.A.» markalı istilik qurğusu olan kombi quraşdırılımış, lakin mənzilin eyvanda dəmir barmaqlığı olmamışdır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə təxminən səhər saat 08 radələrində ailəsi ilə birlikdə Novruz bayramını qeyd etmək üçün «Qobu park-2» yaşayış kompleksində olan mənzildən çıxaraq, Füzuli rayonu, Ölənqala deyilən qəsəbəyə yollanmışlar. xx xxxx 2020-ci il tarixdə mənzilə qayıdarkən eyvanında olan 1000 manat qiymətində «E.C.A.» markalı istilik qurğusu olan kombinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Evin giriş qapısında və pəncərəsində zədələr olmamışdır. Mənzil birinci mərtəbədə olduğundan, eyvan küçədən təxminən 2 metr hündürlüyündə olduğundan eyvana küçədən daxil olunaraq kombinin oğurlandığını başa düşmüşdür. Lakin daha sonra təmir üçün mənzil kommunal istismarı sahəsi tərəfindən açılıb aparıldığını düşündüyündən, həmin gün gözləməli olmuşdur. Lakin mənzil kommunal istismarı sahəsi ona kombidən xəbərlərinin olmadığını bildirdikdə kombinin oğurlandığını başa düşmüşdür. Bu səbəbdən də xx xxxx 2020-ci il tarixdə 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Həmin «E.C.A» markalı istilik qurğusu olan kombi ona məxsus olmuş, oğurluq zamanı mənzildə heç bir yer zədələnməmiş, oğurluq nəticəsində ona 1000 manat ziyan dəymişdir. Belə ki, «Qobu Park 2» yaşayış kompleksi, ev 18, mənzil 53 ünvanındakı mənzil xx xxxxxx 2019-cu il tarixli kirayə müqavilə əsasında ona təhvil verilmişdir və buna görə içərisində olan əşyalara görə cavabdehlik daşıyır. Baş vermiş oğurluq cinayəti nəticəsində ona 750 manat maddi ziyanın dəydiyini təsdiq edir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olmaqla, ona vurulmuş maddi ziyanı ödənilməsini tələb etdiyini bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, Zəngilan rayonu, Günqışlaq kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, ünvan 5 ünvanında yaşayır. Zəngilan rayonundan məcburi köçkün olduqları üçün xx xxxxxxx 2019-cu il tarixdə qaçqın və məcburi köçkünlər üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu park- 2» yaşayış kompleksində dövlət tərəfindən salınmış 21 saylı binanın 1-ci mərtəbəsində yerləşən 6 saylı mənzili içərisi dolu əşyalar ilə birlikdə müddətsiz olaraq müqavilə əsasında onun adına kirayə verilmişdir. O, səhhəti ilə əlaqədar, həmçinin pandemiyaya görə dövlət tərəfindən verilən həmin mənzildə tək yaşaya bilmədiyi üçün müvəqqəti olaraq Nərimanov rayonunda nəvəsinin evində qalmışdır. Bu səbəbdən də bir müddət «Qobu park-2» yaşayış kompleksində olan evində olmamışdır. Arada bir nəvəsi Şahid5 gedib həmin mənzilə baş çəkib, orada qalmışdır. Həmin «Qobu park-2» yaşayış kompleksində olan evi və içərisində olan əşyaları nəvəsi Ramilə həvalə etsə də, faktiki olaraq mənzil və içərisində olan əşyalar dövlət tərəfindən müqavilə əsasında onun özünə təhvil verilmişdir. Suyun və mənzilin isidilməsi üçün mənzilin eyvanında «E.C.A.» markalı kombi istilik sistemi quraşdırılmışdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında nəvəsi Ramil «Qobu park-2» yaşayış kompleksində olan mənzildən çıxmış və xx xxxx 2020-ci il tarixdə həmin mənzilə qayıdarkən mənzilin eyvanında olan «E.C.A» markalı kombi istilik sisteminin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Nəvəsi Ramil bu barədə ona bildirmiş, həmçinin evin giriş qapısında və pəncərəsində zədələr olmadığını söyləmişdir. Lakin mənzil birinci mərtəbədə yerləşdiyindən, habelə eyvanı da küçədə təxminən 2 metr hündürlüyündə olduğundan oğurluq edən şəxsin küçədən eyvana qalxmaqla daxil olaraq bu şəkildə kombini ələ keçirdiyini güman etmişlər. Əvvəlcə kombinin təmir üçün mənzil kommunal istismarı sahəsinin əməkdaşları tərəfindən açıldığını fikirləşmişlər, bu səbəbdən bir neçə gün gözləmişlər. Lakin mənzil kommunal istismarı sahəsinin əməkdaşları kombidən xəbərlərinin olmadığını bildirdikdə həmin əşyanın oğurlandığını başa düşmüşlər. Ona görə də nəvəsi Ramil xx xxxx 2020-ci il tarixdə 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra mənzilin eyvaninda dəmir barmaqlıqlar quraşdırmışlar. Oğurluq zamanı mənzildə heç bir yer zədələnməmiş və əlavə əşya oğurlanmamışdır. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən şəxs tutularaq həbs olunmuşdur. Baş vermiş oğurluq cinayəti nəticəsində ona 750 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zəngilan rayonu, Mincivan qəsəbəsində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 401-ci küçədə nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır, özü heç bir dövlət orqanında işləmir, lakin fərdi qaydada ünvan 7 ünvanda özünə məxsus avtoyuyucu məntəqəsini işlədir. Təqsirləndirilən şəxs 7-8 il olar ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranının yaxınlığındakı X3 yataqxanasında məskunlaşan şəxs olaraq tanımışdır. Onlar qonşuluqda yaşamışlar və əsasən də Sərdarın kiçik qardaşı Elşən ilə yoldaşlıq münasibətləri olmuşdur. Sonradan Sərdar anası ilə birlikdə «Qobu park» yaşayış komleksində dövlət tərəfindən verilən mənzilə köçmüşlər. xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Sərdar avtoyuyucunun yanına gəlib ona bir nəfər tanışına təcili pul lazım olduğunu, buna görə də həmin tanışı vəfat etmiş anasının evindən kombi istilik sistemini çıxarıb satmaq istədiyini bildirmişdir. O, Sərdara kombiyə baxdıqdan sonra bir söz deyə biləcəyini bildirmişdir. Bir qədər sonra Sərdar kombi istilik sistemini avtoyuyucunun qarşısına gətirmiş, o, kombini yoxlayıb işlədiyinə əmin olduqdan sonra qiymət barədə danışmış və 210 manata razılaşaraq həmin kombi aparatını ondan almışdır. Bundan sonra Sərdar oradan çıxıb getmişdir. Sərdar kombi istilik sistemini cinayət yolu ilə əldə etməsi barədə ona heç bir söz deməmiş, o, kombinin problemli olub-olmadığını soruşduqda Sərdar ona heç bir problem olmadığını bildirmişdir. Həmçinin Sərdarı və qardaşını tanıdığı üçün ona etibar etmişdir. Kombi istilik sistemini aldıqdan sonra yaşadığı evə aparmışdır. Daha sonra istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zəngilan rayonu, Günqışlaq kəndində qeydiyyatda olsa da, hazırda ünvan 8 ünvanında yaşayır. Zəngilan rayonundan məcburi köçkün olduqları üçün xx xxxxxxx 2019-cu il tarixdə qaçqın və məcburi köçkünlər üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu park-2» yaşayış kompleksində dövlət tərəfindən salınmış 21 saylı binanın 1-ci mərtəbəsində yerləşən 6 saylı mənzili içərisi dolu əşyalar ilə birlikdə müddətsiz olaraq müqavilə əsasında nənəsi Zərərçəkmiş şəxs2 adına kirayə verilmişdir. Nənəsi səhhəti ilə əlaqədar, həmçinin pandemiya ilə əlaqədar dövlət tərəfindən verilən həmin mənzildə tək yaşaya bilmədiyi üçün onunla Nərimanov rayonunda yaşamışdır. Bu səbəbdən də həmin «Qobu Park 2» yaşayış kompleksində olan evlərində daim yaşayış olmamışdır. Arada bir o, gedib həmin mənzilə baş çəkib, orada qalmışdır. Nənəsi həmin «Qobu Park 2» yaşayış kompleksində olan evi və içərisində olan əşyalara nəzarət etməyi ona tapşırmışdır. Həmin mənzildə suyun və mənzilin isidilməsi üçün mənzilin eyvanında «E.C.A» markalı kombi istilik sistemi quraşdırılmışdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında o, «Qobu Park 2» yaşayış kompleksində olan mənzildən çıxmış və xx xxxx 2020-ci il tarixdə həmin mənzilə qayıdarkən mənzilin eyvanında olan «E.C.A» markalı kombi istilik sisteminin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Evin giriş qapısında və pəncərəsində zədələr olmamış, lakin mənzil birinci mərtəbədə yerləşdiyindən, habelə eyvanı da küçədə təxminən 2 metr hündürlüyündə olduğundan, oğurluq edən şəxsin küçədən eyvana qalxmaqla daxil olaraq bu şəkildə kombini ələ keçirdiyini güman etmişdir. Əvvəlcə kombinin təmir üçün mənzil kommunal istismarı sahəsinin əməkdaşları tərəfindən açıldığını fikirləşmişlər, bu səbəbdən bir neçə gün gözləmişlər. Lakin mənzil kommunal istismarı sahəsinin əməkdaşları kombidən xəbərlərinin olmadığını bildirdikdə həmin əşyanın oğurluq nəticəsində ələ keçirildiyini başa düşmüşlər. Ona görə də o, xx xxxx 2020ci il tarixdə 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bununla bağlı polis əməkdaşları gəlmişlər, hadisə yerinə baxış keçirmişlər. Daha sonra o, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsində baş vermiş oğurluqla əlaqədar ərizə ilə müraciət etmişdir. Bundan sonra mənzilin eyvanında dəmir barmaqlıqlar quraşdırmışlar. Oğurluq zamanı mənzildə heç bir yer zədələnməmiş və əlavə əşya oğurlanmamışdır. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən şəxs tutularaq həbs olunmuş, həmin şəxsi tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, anası X2 adına olan, özünün etibarnamə ilə idarə etdiyi «Chevrolet Aveo» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərib ailəsini dolandırır. Təxminən 2020-ci ilin mart ayında səhər saatlarında Lökbatan qəsəbəsinin mərkəzində «Cırtdan» parkının yaxınlığından bir nəfər müştərini “Qobu Park” yaşayış kompleksinə aparmışdır. Müştərini düşürtdüyü zaman bir nəfər şəxs ona yaxınlaşaraq iki ədəd kombi aparatını 8-ci kilometr bazarına aparmasını xahiş etmişdir. O, müştəriyə razılıq verməmiş, həmin şəxsi yalnız Lökbatan dairəsi, 14-cü kilometr adlanan əraziyə qədər düşürdə biləcəyini demişdir. Buna baxmayaraq həmin şəxs razılaşmış və yaşayış kompleksində onu xatırlamadığı bir yerə sürdürüb orada iki ədəd kombini avtomobilin yük yerinə yerləşdirmişlər. Yolda getdikləri zaman kombinin qiyməti barədə maraqlandıqda həmin şəxs hər birini 300 manata satdığını ona bildirmişdir. Kombilərin kimə məxsus olması, həmin şəxsin onları haradan əldə etməsi barədə maraqlanmamışdır. Bundan sonra razılaşdıqları kimi həmin şəxsi Lökbatan dairəsi, 14-cü kilometr adlanan əraziyə düşürüb çıxıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ayrı-ayrılıqda məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidlərin ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır, özü heç bir yerdə işləmir, özünə məxsus taksi kimi idarə etdiyi «Mercedes» markalı, **-LE-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərir. 2020-ci ilin oktyabr ayının sonlarında səhər saat 06:00 radələrində qonşuluqda yaşayan Kənanı metronun «20 yanvar» stansiyasının qarşısına aparmaq üçün yaşadığı evdən çıxmışdır. Yaşayış kompleksinin çıxışında daha bir-iki nəfər müştərini yolüstü aparmaq üçün götürmək istədiyi zaman tanımadığı bir nəfər şəxs metronun «İnşaatçılar» stansiyasının yaxınlığına hansı qiymətə aparacağını ondan soruşmuşdur. O, həmin şəxslə yol haqqını 4 manata razılaşmışdır. Bundan sonra həmin şəxs ona «Qobu Park 3» yaşayış kompleksindən əşya götürəcəyini bildirmiş, o isə deyilən əraziyə sürmüşdür. Həmin şəxs düşərək bir yaşayış binasının qarşısında dayanmış avtomobillərin yanından göy sellofana bükülmüş vəziyyətdə böyük bir əşyanı götürüb avtomobilin yük yerinə qoymuşdur. Həmin əşyanın nə olduğunu bilməmiş, avtomobilə əyləşəndə qonşusu Kənan həmin şəxsi tanımış və onlar söhbət etməyə başlamışlar. Bundan sonra o, həmin şəxsi metronun «İnşaatçılar» stansiyasının yaxınlığına aparmışdır. Həmin şəxs orada düşərək bacısıgilin evinə baş çəkib qayıdacağını, bir qədər gözləməsini xahiş etmiş və bir neçə dəqiqədən sonra geri qayıtmışdır. Daha sonra həmin şəxs bir az artıq yol haqqı ödəmək şərti ilə onu Yasamal rayonu ərazisində «Kaktus» restoranının qarşısına aparmasını ondan xahiş etmişdir. O, Kənanla birlikdə həmin şəxsi dediyi ünvana düşürmüş, ondan ümumilikdə 5 manat yol haqqı aldıqdan sonra oradan uzaqlaşmış və sonradan Kənanı metronun «20 yanvar» stansiyasının qarşısında düşürtmüşdür. Yolda Kənan ona həmin şəxsin məhkumluq həyatı yaşadığını və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin ümumiyyətlə nə apardığını və həmin əşyanı cinayət yolu ilə əldə etməsindən məlumatı olmamış, bu barədə maraqlanmamışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, ünvan 10 ünvanında valideynləri ilə birlikdə yaşayır, özü heç bir yerdə işləmir. 2020-ci ilin oktyabr ayının sonlarında səhər saatlarında qonşusu Fazil ilə birlikdə sonuncunun taksi kimi fəaliyyət göstərdiyi «Mercedes» markalı avtomobilində metronun «20 yanvar» stansiyasının yaxınlığında yerləşən dayanacaqdakı iş yerinə getmişdir. Fazil yaşayış kompleksinin çıxışında daha bir iki nəfər müştərini yolüstü aparmaq üçün götürmək istədiyi zaman bir nəfər şəxs metronun «İnşaatçılar» stansiyasının yaxınlığına hansı qiymətə aparacağını Fazildən soruşmuşdur. Onların aralarında yol haqqı barədə razılaşmışlar. Həmin şəxs avtomobilə əyləşdikdən sonra o, həmin şəxsi onun Yasamal rayonunda işlədiyi avtoyuma məntəqəsindən tanımışdır. Həmçin şəxs əslən Ağdam rayonundan olan, məhkumluq həyatı sürən Sərdar olmuşdur. O, Sərdarla görüşmüş və hal-əhval tutmuşdur. Bundan sonra Sərdar Fazilə «Qobu Park 3» yaşayış kompleksindən əşya götürəcəyini bildirmiş, Fazil də deyilən əraziyə sürmüş, Sərdar isə düşərək bir yaşayış binasının qarşısında dayanmış avtomobillərin yanından göy sellofana bükülmüş vəziyyətdə böyük bir əşyanı götürüb avtomobilin yük yerinə qoymuşdur. O, həmin əşyanın nə olduğunu bilməmişdir. Bundan sonra Fazil razılaşdıqları kimi əvvəlcə Sərdarı metronun «İnşaatçılar» stansiyasının yaxınlığına aparmış, Sərdar orada düşərək bacısıgilin evinə dəyib qayıdacağını, bir qədər gözləmələrini xahiş etmiş və bir neçə dəqiqədən sonra geri qayıtmışdır. Daha sonra Sərdar bir az artıq yol haqqı ödəmək şərti ilə Yasamal rayonu ərazisində «Kaktus» restoranının qarşısına aparmasını Fazildən xahiş etmişdir. Fazil onunla birlikdə Sərdarı dediyi ünvana düşürtmüş, sonuncudan yol haqqı aldıqdan sonra oradan aralanmışlar və sonradan onu da metronun «20 yanvar» stansiyasının qarşısında düşürtmüşdür. Təqsirləndirilən şəxs ümumiyyətlə özü ilə nə apardığını və həmin əşyanı cinayət yolu ilə əldə etməsindən məlumatı olmamış və bu barədə ondan maraqlanmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Götürmə aparılması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 01 ədəd bıçağı təqdim edərək bildirmişdir ki, kombi istilik sistemləri oğurlayarkən həmin bıçaqdan istifadə etməklə borularını kəsmişdir. Təqdim olunan bıçaq maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (İ cild, i.v. 13, 15) Baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru X7, Qaradağ RPİ-nin 10cu PB-nin əməliyyat müvəkkili, polis mayoru Həsən Ağarzayevin, MKİS-in mühəndisi Nümayəndə Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə ünvan 11 ünvanına baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi ki, hadisə yeri Bakı şəhəri, ünvan 12 ünvanındakı mənzilin balkonundadır. Balkon açıqdır, pəncərə və ya barmaqlıqlar yoxdur. Balkonun sağ divarında kombi asmaq üçün dəmir və su xətləri olsa da, kombi yerində yoxdur. Təqsirləndirilən şəxs kombi yerini göstərərək bildirmişdir ki, oradakı kombini oğurlayaraq, aparıb satmışdır. Protokolun doğruluğunu tərəflər imzaları ilə təsdiq etmişlər. (İ cild, i.v. 20-23) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 29, 36) İfadələrin yerində yoxlanması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru X4 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanmışdır. İfadənin yerində yoxlanılması üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksinə yollanılmış, Təqsirləndirilən şəxs “Qobu Park 3” yaşayış kompleksində 34 nömrəli evin 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 4 nömrəli mənzilin ünvanını göstərərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 05:00 radələrində həmin mənzilin eyvanına həyət tərəfdən qalxaraq daxil olmuş, özündə olan bıçaqla orada quraşdırılmış kombi istilik sisteminin plastmas borusunu kəsib açmaqla götürmüş, daha sonra həmin eyvandan düşərək oradan uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə “Qobu Park” yaşayış kompleksində 21 nömrəli evin 1-ci blokunun1-ci mərtəbəsində yerləşən 6 nömrəli mənzilin eyvanının qarşısına yaxınlaşmışlar. Təqsirləndirilən şəxs həmin mənzilin eyvanını göstərərək bildirmişdir ki, 2020-ci ilin mart ayının ortalarında gecə saatlarında həmin mənzilin eyvanına həyət tərəfdən qalxaraq daxil olmuş, özündə olan bıçaqla orada quraşdırılmış kombi istilik sisteminin plastmas borusunu kəsib açmaqla götürmüş, daha sonra eyvandan düşərək oradan uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə “Qobu Park 2” yaşayış kompleksində 18 nömrəli evin 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 53 nömrəli mənzilin eyvanının qarşısına yaxınlaşmışlar. Təqsirləndirilən şəxs həmin mənzilin eyvanını göstərərək bildirmişdir ki, 2020-ci ilin mart ayının ortalarında gecə saatlarında həmin mənzilin eyvanına həyət tərəfdən qalxaraq daxil olmuş, özündə olan bıçaqla orada quraşdırılmış kombi istilik sisteminin plastmas borusunu kəsib açmaqla götürmüş, daha sonra eyvandan düşərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs “Qobu Park” yaşayış kompleksində oğurladığı kombi istilik sistemlərini gizlətdiyi yerləri xatırlamadığından göstərə bilməmiş, lakin 2020-ci ilin mart ayının ortalarında oğurladığı 2 ədəd kombi istilik sistemlərini 8-ci kilometrdə bazarda tanımadığı şəxsə satdığını, xx xxxxxxx 2020-ci il tarixdə oğurladığı kombi, istilik sistemini isə tanışı Elbrusa Bakı şəhəri Yasamal rayonu ərazisində sonuncunun işlədiyi avtoyuyucunun qarşısında Elbrusa satdığını təsdiq etmişdir. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. (İ cild, i.v. 46-51) Götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, ünvan 13 ünvanından oğrulanmış bir ədəd “E.C.A” markalı kombi istilik sistemi Şahid1 götürülmüşdür. (İ cild, i.v. 61) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-141/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 99-103) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından və Bakı Ağır Cinayətlər Məhkəməsinin A-1004 saylı, xx xxxxxx 2007-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək, əvvəli xx xxxx 2007-ci il tarixdən hesablanmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx xxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( İ cild, i.v. 106-107, İİ cild, i.v. 30-35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3/1898 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. (İİ cild, i.v. 36-38) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/4981 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Türkiyədə istehsal olunmuş, üzərində “E.C.A GeliosPlus” markalanma göstəricisi olan kombi istilik sisteminin istifadəyə yaralı vəziyyətdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 750 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. (İİ cild, i.v. 44- 47) Sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər elan edilmiş ittihamlara əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Törədilmiş cinayətin predmeti olan 01 ədəd Türkiyədə istehsal olunmuş, üzərində “E.C.A GeliosPlus” markalanma göstəricisi olan kombi istilik sistemi maddi sübut kimi tanınmış və saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs oğurluq hadisələri törədərkən cinayətin aləti kimi istifadə etdiyi, zavod üsulu ilə istehsal edilmiş bir ədəd mətbəx bıçağı maddi sübut kimi tanınmış, saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 228.4-cü maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmişdir. (İİ cild, i.v. 52-63) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq təkrar oğurluq etməklə müvafiq olaraq yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı tədqiq edilməklə hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı, o cümlədən işin faktiki hallarına uyğun olmaqla ibtidai istintaq zamanı öz müdafiəçsinin iştirakı ilə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu, zərərçəkmiş hüquqi şəxs və zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, hadisə yerlərinə baxış, ifadənin yerində yoxlanılması, üzləşdirmə, maddi sübutlar, axtarış və götürmə aparılması protokolu və istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxsin məhkəmədə özünü qismən təqsirli bilməsinə, yəni 2020-ci ilin mart ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs2 verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” yaşayış kompleksində 21 nömrəli evin 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 6 nömrəli mənzilin eyvanına həyətdən qalxaraq qanunsuz daxil olub oradan Türkiyədə istehsal olunmuş, üzərində “E.C.A GeliosPlus” markalanma göstəricisi olan 01 ədəd kombi istilik sistemini və Zərərçəkmiş şəxs3 verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” yaşayış kompleksində 18 nömrəli evin 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 53 nömrəli mənzilin eyvanına həyətdən qalxaraq qanunsuz daxil olub oradan Türkiyədə istehsal olunmuş, üzərində “E.C.A GeliosPlus” markalanma göstəricisi olan 01 ədəd kombi istilik sistemini oğurlamadığı barədə ifadəsində göstərdiyi xüsusatlara münasibətdə məhkəmə hesab edir ki, onun özünü qismən təqsirli bilməsi barədə heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakterli olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmaq, öz məsuliyyətlərini yügülləşdirmək məqsədi ilə verilmişdir və məhkəmə istintaqı zamanı araşdırılmış digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Onun cinayət əməlini törətməkdə tam təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ilkin izahatında, həmçinin daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, törətdiyi cinayət əməllərini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin müvafiq cinayət əməllərində təqsirliliyini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlləri 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin A-1004 saylı, xx xxxxxx 2007-ci il tarixli hökmü il ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını xx xxxx 2015-ci il tarixdə çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cəzanı çəkib qurtardığı gündən altı il keçməmiş, yenidən qəsdən cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran (residivin olması) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ibtidai istintaq dövründə tutma altında və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1,158.6), Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd Türkiyədə istehsal olunmuş, üzərində “E.C.A GeliosPlus” markalanma göstəricisi olan kombi istilik sistemi sahibinə geri qaytarılmalı (CPM-131), iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş zavod üsulu ilə istehsal edilmiş bir ədəd mətbəx bıçağı dövlət nəfinə müsadirə edilməli, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 işə qoşularaq ibtidai istintaq dövründə 80 (səksən) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 80 (səksən) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 480 (dörd yüz səksən) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixindən hesablansın. X1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd Türkiyədə istehsal olunmuş, üzərində “E.C.A GeliosPlus” markalanma göstəricisi olan kombi istilik sistemi sahibi zərərçəkmiş hüquqi şəxs Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin “Lökbatan 2” Mənzil Kommunal İstismar Sahəsinə geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş zavod üsulu ilə istehsal edilmiş bir ədəd mətbəx bıçağı dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 164 (yüz altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 80 (səksən) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 480 (dörd yüz səksən) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar