Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-113/2023 23.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə, saat 19:00 radələrində aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı birgə yaşadıqları ünvan 2 ünvanında əli ilə qəsdən Zərərçəkmiş şəxs üz nahiyyəsindən vuraraq sonuncuya burun qan axması və tənəffüs keçiriciliyinin şişkinlik fonunda qismən pozulması ilə müşayət olunan burun və burun ətrafı yumuşaq toxumaların qançırı-şişkinlik halında əziyindən ibarət? dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb oian sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşının keçmiş arvadıdır.Belə ki, Zərərçəkmiş şəxs qardaşından boşansa da onlarla birlikdə yaşayır.11 yanvar 2023-cü il tarixdə öz otağında olarkən bayırdan qışqırıq səsi eşitmiş və otaqdan çıxanda Şəfanın anası ilə mübahisə etdiyini və onun ünvanına nəlayiq ifadələr işlətdiyi eşitmişdir.O, Şəfaya danışığına fikir verməsini bildirmiş və ona bununla bağlı xəbərdarlıq etmişdir.Lakin Şəfa anasının ünvanına söyüşləri davam etdirdiyindən əsəblərini cilovlaya bilməyərək onun sifət nahiyyəsindən bir dəfə sillə vurmuşdur.Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş qaynıdır.Keçmiş əri Xəyal Əlizadədən rəsmi qaydada boşansa da halhazırda uşaqları ilə birlikdə qaynatasına məxsus evdə yaşayır.11 yanvar 2023-cü il tarixdə evin mətbəxində uşaqların ayqqabılarını yuyarkən qayınanası ona irad bildirmiş və buna görə aralarında mübahisə yaranmışdır.Mübahisə zamanı keçmiş qaynı Təqsirləndirilən şəxs onun üstünə gələrək qəfildən sifət nahiyyəsinə vurmuş və onun burnundan qan açılmışdır.Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmayıb və ona qanuna uyğun qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs, oğlu Xəyalın keçmiş arvadıdır. Zərərçəkmiş şəxs oğlundan boşansa da onlarla birlikdə yaşayır.11 yanvar 2023cü il tarixdə axşam saatlarında televizora baxarkən Zərərçəkmiş şəxs arvadı Muxarram ilə mübahisə etdiyini, və Şəfanın arvadının ünvanına nəlayiq ifadələr işlətdiyini eşitmişdir.Həmin zaman oğlu Təqsirləndirilən şəxs da evdə oz otağında olmuşdur.Bu zman səs-küyə oğlu Vüsal otağdan çıxmış və Şəfaya xəbardarlıq etmişdir ki, anasının ünvanına söyüşlər söyməsin.Lakin Şəfa söyüşləri davam etdirdiyindən Vüsal onun sifət nahiyyəsindən sillə ilə vurmuşdur. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs oğlu Xəyalın keçmiş arvadıdır. Zərərçəkmiş şəxs oğlundan boşansa da onlarla birlikdə yaşayır.11 yanvar 2023cü il tarixdə axşam saatlarında mətbəxdə yemək bişirən zaman keçmiş gəlini Şəfa mətbəxə gələrək uşaqların ayaaqbılarını yumağa başlamışdır.O, yemək bişirilən yerdə ayaqqabiların yuyulması ilə bağlı Şəfaya irad bildirmiş və bu zaman Şəfa onu nəlayiq küçə söyüşləri ilə təhqir etmişdir.Bundan sonra səs-küyə oğlu Vüsal öz otağından çıxmış və Şəfaya xəbərdarlıq edəndən sonra onu sillə ilə vurmuşdur. İş materillarında olan “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" publik hüquqi şəxs tərəfindən verilmiş 13 yanvar 2023-cü il tarixli, 26 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs-burun qan axması və tənəffüs keçiriciliyinin şişkinlik fonunda qismən pozulması ilə müşayiət olunan burun və burun ətrafı yumşaq toxumalarının qançırı - şişkinlik halında əziyi müəyyən edilmişdir, qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi ilk dəfə cinayət əməli törətməsini, cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Təhqiqat zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saat hesabı ilə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat hesabı ilə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Təhqiqat zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saat hesabı ilə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat hesabı ilə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-113/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-113/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver